Məhkəmə qərarları › İş №1(006)-251/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-251/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-251/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “BAKQAZMAŞ” zavodunun yataqxanasında qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 19, mənzil 127-də yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs 19.500 manat pul verəcəyi təqdirdə şəxsi əlaqələri vasitəsilə sonuncunun adına "xxxx" KB ASC-dən 200.000 manat məbləğində güzəştli kredit götürülməsi məsələsini həll edəcəyinə dair yalan söz verərək vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin iyun ayının əvvəllərində ünvan 1 ünvanda yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankının qarşısındakı dayanacaqda Zərərçəkmiş şəxs 500 manat, 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çay evində 3.000 manat, 06 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Elit” Ticarət Mərkəzində Zərərçəkmiş şəxs göstərişi ilə sonuncunun tanışı Şahid 15.000 manat, 02 sentyabr 2023-cü il tarixdə isə ünvan 2 ünvanda yerləşən “28 Mall” Ticarət Mərkəzinin qarşısında 1.000 manat pul alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 19.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin may ayında Zərərçəkmiş şəxsla Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Turac” restoranında olarkən Elşən ona 2014cü il tarixdə Xızı rayonu, Yaşma qəsəbəsi ərazisində meyvə bağı salmaq məqsədilə 50 ha torpaq sahəsini icarəyə götürdüyünü, 2023-cü ilin may ayında həmin torpaq sahəsinin 10 ha ərazisində badam bağı salmaq qərarına gəldiyini, ancaq həmin bağ sahəsini salmaq üçün əlində yetəri qədər pulun olmadığını demişdir. O, Elşənə Aqrar Kredit və İnkişaf Agentliyində tanışı olduğunu və həmin tanışı vasitəsilə illik 5.976 olmaqla "xxxx" KB ASCdən 200.000 manat güzəştli kredit götürməsinə köməklik edə biləcəyini bildirmişdir. Bunun müqabilində Zərərçəkmiş şəxs 19.500 manat pul istəmiş və sonuncu onunla razılaşmışdır. O, 27 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək həmin torpaq sahəsinə baxmaq istədiyini demişdir. Həmin günü onunla görüşərək Xızı rayonu, Yaşma qəsəbəsinə getmiş, Zərərçəkmiş şəxs torpaq sahəsinin videogörüntüsünü çəkməsini istəmişdir. O, torpaq sahəsinə baxdıqdan sonra Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhərinə qayıtmışlar. 2023-cü ilin iyun ayının əvvəlində o, Zərərçəkmiş şəxs zəng etdikdən sonra Mərkəzi Bankın qarşısındakı dayanacaqda onunla görüşmüş, Mərkəzi Bankdan razılıq aldığını və ilkin sənədləşmə üçün 500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs orada ona 500 manat pul vermişdir. Təxminən bir həftə sonra o, Zərərçəkmiş şəxs zəng edərək Yeni Günəşli qəsəbəsi ərazisində olduğunu bildirmiş və onu söhbət etmək üçün çağırmışdır. Onlar orada çay evində əyləşərək çay içmiş, Zərərçəkmiş şəxs işin hazırki mərhələsində 3.000 manat pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs də bu vəsaiti ona vermişdir. O, 05 avqust 2023-cü il tarixdə zəng edərək Zərərçəkmiş şəxs 15.000 manat pulu hazır etməsini xahiş etmiş, 2-3 gün ərzində 200.000 manat krediti alacağını demişdir. Elşən ona Qax rayonunda olduğunu, 06 avqust 2023-cü il tarixdə pulu çatdıracağını demişdir. Zərərçəkmiş şəxs xahişi ilə 06 avqust 2023-cü il tarixdə sonuncunun “Elit” ticarət mərkəzində yerləşən dükanına gedərək Əli adlı işçisindən 15.000 manat pulu götürmüşdür. 08 avqust 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs zəng edərək işin bir az yubandığını demiş və gözləməsini xahiş etmişdir. 21 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs zəng edərək işin alınmasına inanmadığını demiş və ona verdiyi 18.500 manatı geri qaytarmağını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs işin həll olunduğunu demiş və bir az daha gözləməsini xahiş etmişdir. 02 sentyabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs zəng edərək sonuncunu “28 Mall” ticarət mərkəzinin qarşısına çağırmış, orada Zərərçəkmiş şəxs pulun artıq "xxxx" KB ASC-yə köçürüldüyünü və pulu 02 gündən sonra götürə biləcəyini, lakin əlavə olaraq bankın əməkdaşına 1.000 manat pul verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs də ona 1.000 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs ayrıldıqdan sonra istifadəsində olan mobil telefon nömrəsini söndürmüş və sonuncudan aldığı ümumilikdə 19.500 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda vurulmuş zərərdən 10.000 manat ödəmiş, qalan məbləği də qısa müddətə ödəyəcəyinə söz verir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs kənd təsərrüfatına aid dərman və kübrə satışı ilə məşğul olur. 2014-cü il tarixdə Xızı rayonu, Yaşma qəsəbəsi ərazisində meyvə bağı salmaq məqsədilə 50 ha torpaq sahəsini icarəyə götürmüşdür. 2023-cü ilin may ayında həmin torpaq sahəsinin 10 ha ərazisində badam bağı salmaq qərarına gəlmişdir. Ancaq həmin bağ sahəsini salmaq üçün əlində yetəri qədər pulu olmamışdır. Bu ərəfədə Zərərçəkmiş şəxs tanıdığı Təqsirləndirilən şəxs ilə “Turac” restoranında birlikdə olarkən məsələ barədə sonuncuya məlumat vermişdir. Rəcəb söhbət əsnasında Aqrar Kredit və İnkişaf Agentliyində tanışı olduğunu və onun vasitəsilə illik 5.976 olmaqla "xxxx" KB ASC-dən 200.000 manat güzəştli kredit götürməyinə köməklik edə biləcəyini bildirmişdir. Bunun müqabilində Zərərçəkmiş şəxs 19.500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs Rəcəbi uzun illərdir tanıdığı üçün onun dediklərinə inanmış və onunla razılaşmışdır. 27 may 2023-cü il tarixdə Rəcəb Zərərçəkmiş şəxs zəng edərək həmin torpaq sahəsinə baxmaq istədiyini demişdir. Həmin günü onlar görüşərək Xızı rayonu, Yaşma qəsəbəsinə getmişlər. 2023-cü ilin iyun ayının birinci həftəsi Rəcəb zəng edərək E.X4rşısına çağırmış və onlar Mərkəzi Bankın qarşısındakı dayanacaqda görüşmüşlər. Rəcəb E.X5 razılıq aldığını və ilkin sənədləşmə üçün 500 manat pul lazım olduğunu demiş, Zərərçəkmiş şəxs da Rəcəbə bu pulu vermişdir. Təxminən 10 gün sonra Rəcəb Zərərçəkmiş şəxs zəng edərək Yeni Günəşli qəsəbəsində olduğunu demiş və onu söhbət etmək üçün dəvət etmişdir. Onlar həmin ərazidə yerləşən “Bolmart” marketinin yaxınlığındakı çay evində görüşmüş, Rəcəb Zərərçəkmiş şəxs işin hazırki mərhələsində 3.000 manat pul lazım olduğunu dediyi üçün sonuncu bu məbləği ona vermişdir. Zərərçəkmiş şəxs 05 avqust 2023-cü il tarixdə Qax rayonunda olduğu zaman Rəcəb zəng edərək 15.000 manat pulu hazır etməyini istəmiş və iki gündən sonra 200.000 manat pulu alacağını bildirmişdir. Zərərçəkmiş şəxs də Əli adlı işçisinə zəng edərək Rəcəbin gələrək ondan 15.000 manat pul götürəcəyini demişdir. 06 avqust 2023-cü il tarixdə Rəcəb Zərərçəkmiş şəxs “Elit” ticarət mərkəzində yerləşən dükanına gedərək Əlidən 15.000 manat pul götürmüşdür. 08 avqust 2023-cü il tarixdə Rəcəb Zərərçəkmiş şəxs zəng edərək işin bir az yubandığını demiş və gözləməyini xahiş etmişdir. 13 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Türkiyə Respublikasına getmiş, 21 avqust 2023-cü il tarixdə geri qayıtdıqdan sonra Rəcəbə zəng edərək işin alınmayacağı təqdirdə verdiyi 18.500 manatı geri qaytarmasını xahiş etmişdir. Rəcəb işin demək olar ki, həll olunduğunu bildirib Zərərçəkmiş şəxs bir az daha gözləməyini xahiş etmişdir. 02 sentyabr 2023-cü il tarixdə Rəcəb zəng edərək Zərərçəkmiş şəxs “28 Mall” ticarət mərkəzinin qarşısına dəvət etmiş, onlar görüşən zaman Rəcəb Zərərçəkmiş şəxs pulun artıq "xxxx" KB ASC-yə köçürüldüyünü və bu vəsaiti 02 gündən sonra götürə biləcəyini, eyni zamanda həmin bankın əməkdaşına 1.000 manat pul verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs da Rəcəbə həmin pulu da vermişdir. Lakin, Zərərçəkmiş şəxs banka getdikdən sonra Rəcəbin dediklərinin yalan olduğunu bilib 04 sentyabr 2023-cü il tarixdə onun istifadəsində olan mobil telefon nömrəsinə zəng etdikdə nömrənin bağlı olduğunu bilmişdir. Bundan sonra bir neçə gün ardıcıl olaraq həmin telefon nömrəsinə zəng etsə də, nömrənin məqsədli şəkildə bağlandığını və Rəcəb tərəfindən aldadıldığını anlamışdır. Zərərçəkmiş şəxs bir müddət Rəcəbi axtarsa da, onu tapa bilməmiş və baş vermiş hadisə ilə bağlı polisə şikayət etmişdir. Ələ keçirilmiş vəsaitdən yalnız 10.000 manat geri qaytarılmış, qalan zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 2011-ci ildən tanıyır. Həmin ildən də Bakı şəhərində yerləşən “Elite” ticarət mərkəzində fəaliyyət göstərən “Baku Karting” əyləncə mərkəzində işləyir. 05 avqust 2023-cü il tarixdə Elşən ona zəng edərək səhər işə tez gəlməyini xahiş etmişdir. O, Elşəndən bunun səbəbini soruşanda, sonuncu Rəcəb adlı şəxsin gələcəyini deyərək kassadan ona 15.000 manat pul verməsini xahiş etmişdir. 06 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Elşən ona yenidən zəng edərək Rəcəb adlı şəxsin tezliklə əyləncə mərkəzində olacağını demişdir. Həmin günü saat 11 radələrində Rəcəb adlı şəxs gəlmiş və o, ona həmin vəsaiti qara sellofan torbada vermişdir. Daha sonra Elşənə zəng edərək pulu Rəcəbə verdiyini demişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Şahid təqdim etdiyi 01 ədəd diskdə ümumilikdə 03 ədəd videogörüntü var. Videogörüntülərə baxış zamanı 02 nəfər şəxsin obyektə daxil olaraq söhbət edə-edə obyektdəki otaqların birinə daxil olduğu, həmin otaqda bir nəfərin digərinə paketdə nəsə verməsi və paketi alan şəxsin obyekti tərk etməsi müşahidə edilir. Baxışda iştirak edən Şahid bildirdi ki, videogörüntülərdə əynində qara şalvar və qısaqol qəhvəyi rəngli köynəkdə olan şəxs Təqsirləndirilən şəxsdur, otaqda Təqsirləndirilən şəxs verdiyi paketdə 15.000 manat pul vardır (İ cild, i.v.92-93); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Şahid təqdim etdiyi 01 ədəd içərisində videogörüntülər olan disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.108-115); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 571/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2023cü il tarixdən hesablanmışdır (İ cild, i.v.70-73); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 580/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İ cild, i.v.78-81); • “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 19 aprel tarixində iş üzrə icraat təzələnmiş və həmin tarixli qərarla onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.95-96, 99, 103-104, 107); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.74-75). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin qismən ödənilməsini Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında olduğu 02 ay 01 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə həbsdə və ev dustaqlığında olduğu 02 (iki) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ev 19, mənzil 127-i hər gün saat 22:00-dan növbəti gün saat 07:00dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar