Məhkəmə qərarları › İş №1(006)-252/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-252/2020

18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-252/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 4 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 16 radələrində avtomobil nəzarətçisi işlədiyi ünvan 2 saylı ünvanın qarşısında olarkən həmin ünvana Zərərçəkmiş şəxs idarə etdiyi "Hyundai Santafe" markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaxınlaşıb avtomobilini saxlayıb, avtomobilin qapılarını bağlayaraq açarı Ceyhuna vermiş və o, açarın özündə olmasından və Zərərçəkmiş şəxs oradan uzaqlaşmasından istifadə edərək, avtomobilin qapılarının açaraq sürücü tərəfdən avtomobilə oturub, avtomobilin qoltuqaltı hissəsindən 01 ədəd 585 əyyarında 2800 manat dəyərində qızıl üzüyü, 01 ədəd 585 əyyarında 400manat dəyərində məscid şəkilli klon və həmin klonun qızıl boyunbağını və 50 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3250 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, ailəlidir və himayəsində dörd azyaşlı övladı var. O, Azərbaycan Respublikasının 1 saylı Psixiatrik xəstəxanasında qeydiyyatdadır. 5-6 il olar ki, ünvan 3 saylı ünvanın qarşısında avtomobillərin dayanması və durmasına nəzarət edir. Həmin ünvanda ara bir üzdən tanıdığı adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Santafe” markalı **-DV-*** dövət nömrə nişanlı avtomobilini qeyd olunan küçənin sağ tərifində maşını park edərək, avtomobilin açarlarını ona verib qısa müddətdə işlərini görüb qayıdırmış. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində həmin ünvanın qarşısında olarkən Zərərçəkmiş şəxs həmin qaydada avtomobili ilə gəlmiş və dayanacaq yeri dolu olduğundan avtomobilini ikinci cərgədə saxlayıb, avtomobilinin açarını ona verib “28 Mail” ticarət mərkəzinə tez gedib qayıtmağını bildirmişdir. Onun övladı xəstə olduğundan və bu səbəbdən pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Ona görə də avtomobilin açarı onda olduğundan avtomobil sahibi oradan uzaqlaşaraq ticarət mərkəzinə daxil olduqdan sonra o, həmin açarla avtomobilin qapısını açıb avtomobilə sürücü tərəfdən oturmuş, oturan kimi avtomobilin qoltuqaltı deyilən yerini açıb içərisini axtarmışdır və həmin yerdən 01 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı və 50 manat nəğd pulu oğurlayıb əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibinə qoyaraq avtomobildən düşmüşdür. Sonra avtomobilin qapılarını açarla bağlayıb açarı orada duran digər avtomobillərə nəzarət edən Etibar adlı şəxsə verib və işi olduğunu, bir azdan gələcəyini bildirib oradan uzaqlaşmışdır. Bundan sonra o oğurladığı qızılları Nəsimi rayonu, Fizuli küçəsi 79-saylı ünvanda yerləşən qızıl- zinət əşyaları alqı-satqısı mağazasına satmaq üçün təklif etmişdir. Qızılı alan şəxs qızıllar üçün ona 350 manat pul təklif etmişdir, o da onunla razılaşmışdır. Həmin şəxs ondan şəxsiyyət vəsiqəsini tələb etmişdir, lakin üzərində şəxsiyyət vəsiqəsi olmadığından o, üzərində olan xarici pasportunu ona təqdim etmişdir. Bundan sonra həmin şəxs onun xarici pasportunu alaraq ksero surətini çıxarıb pasportu ona qaytarmışdır. Bundan sonra həmin şəxs onun gözləməyini və bankomatdan pul çıxarıb gələcəyini bildirmişdir. O, təxminən həmin ünvanda 30 dəqiqəgözləmişdir və həmin şəxs gələrək ona 350 manat pul vermişdir. O, həmin şəxslə sağollaşıb oradan uzaqlaşmışdır. Bundan sonra o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzinin qarşısına gəlib həmin ticarət mərkəzinin qarşısında dayanan rayon taksilərinə yaxınlaşmış, Beyləqan rayonuna gedən taksilərin birinə minib bir başa Beyləqan rayonuna getmişdir. Sonra rayondan ailəsinin yaşadığı Şahsevən kəndinə getmişdir. Bundan sonra əldə etdiyi həmin pulla azyaşlı övladını rayonda müalicə etdirmişdir, bütün pulların hamısını övladını müalicəsinə xərcləmişdir. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, anası ilə yetkinlik yaşına çatmayan dörd uşağını böyütməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmədən ona yüngül cəza verilməsini istəməsini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,etibarnamə ilə "Hyundi Santafe" markalı ** DV *** dövlət nömrə nişanlı avtomobili idarə edir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi həmin avtomobillə ünvan 4 saylı ünvanın qarşısında olan "28 mail" tricarət mərkəzinə alış-veriş etmək üçün gəlmişdir. O, həmişə alış-veriş etmək üçün həmin ünvanda olan ticarət mərkəzinə gəlirmiş və ona görə də orada işləyən avtomobil gözətçilərini də üzdən tanıyırmış. xx xxxx 2020-ci il tarixdə də saat 16 radələrində həmin mərkəzinə gəlmiş və idarə etdiyi avtomobili park edib ticarət mərkəzinə girmək istəyən zaman bir nəfər tanımadığı şəxs onu arxadan çağıraraq bildirmişdir ki, "xanım avtomobili pis saxlamısmız, açarı verin lazım gələrsə avtomobilin yerini dəyişək". O, da həmin şəxsə demişdir ki, "mən sizi tanımıram, siz kimsiniz", həmin şəxs də ona demişdir ki, burada təzə avtomobil gözətçisi işləyir. Ona görə də o əvvəldən orada işləyən avtomobil gözətçisinə demişdir ki, bu kimdir, həmin avtomobil gözətçisi də demişdir ki, bu təzə avtomobil gözətçisidir, ona açar vermək olar. O da ona inanıb həmin şəxsə avtomobilinin açarlarını verib, tələsdiyi üçün ticarət mərkəzinə daxil olmuşdur. Təxminən bir saat ticarət mərkəzində qalmış və bayıra çıxnda açarı ondan alan təzə avtomobil gözətçisinin orada olmadığını görmüşdür və avtomobilin açarını köhnə avtomobil gözətçisindən alaraq avtomobili idarə edib yaşadığı evə getmişdir. O, həmin günü ad gününə gedəcyinə görə pul kisəsini maşının salonunda qoymuş və ona görə də pul kisəsinə baxan zaman 50 manat pulun pul kisəsində olmadılğını görmüşdür. Sonra avtomobilin salonunda olan qolutqaltına baxan zaman oradan 2800 manat dəyərində bir ədəd qızıl üzüyünün, 400 manat dəyərində bir ədəd məscid şəkilli klonla birlikdə nazik qızıl boyunbağının və 50 manat nağd pulunun olmadığını görmüşdür. Bunlardan başqa heç bir əşyası və ya pulu oğurlanmamışdır. Artıq gecə olduğuna görə gözləmişdir və səhəri gün həmin avtopark olan yerə gedərək əvvəldən tanıdığı avtomobil gözətçisinə maşından qızıl əşyalarının və pulunun oğurlanmasını bildirmişdir. Avtomobil gözətçisi də ona demişdir ki, "sən içəri ticarət mərkəzinə daxil olandan az sonra avtomobilin açarını verdiyin oğlan tualetə getmək adı ilə açarı mənə verərək geri qayıtmamışdır". O, göstərmişdir ki, ərizə vermək üçün həmin günün səhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə getmiş, lakin Kənan adlı polis əməkdaşı ilə bu barədə söhbət etmiş və qızıl əşyalarını, pulunu oğurlayan şəxsin Ceyhun adlı şəxs olmasını bilmiş, Ceyhun adlı şəxslə telefon əlaqəsi saxlayan zaman Ceyhun adlı şəxs törətdiyi cinayət əməlini etiraf etmiş, hazırda Beyləqan rayonunda olduğunu bildirib, oğurladığı pulu və qızıl əşyalarını tezliklə qaytaracağına söz verdiyinə görə ona inanmışdır.Oğurluq faktına görə həmin, günü ərizə verməmişdir. Sonradan Ceyhun adlı şəxsin onu aldadaraq yalan danışdığını görüb, pulunu və qızıl əşyalarını qaytarıb vermədiyinə görə onun barəsində sonradan Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. O, ifadəsində göstərmişdir ki, oğurluq cinayət hadisə xx.xx.2020 ci il tarixdə təxminən saat 16 radələrində ünvan 5 saylı ünvanın qarşısında idarə etdiyi "Hyundai Santafe" markalı ** DV *** dövlət nömrə nişanlı avtomobilin salonunda baş vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxsməhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,ünvan 6 saylı ünvanda yerləşən dükanda qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğuil olur. Həmin əşyaların alqı-satqısına dair VÖEN və digər rəsmi sənədləri də var. İşinin xüsusiyəti ondan ibarətdir ki, vətəndaşlardan qızıl-zinət əşyalarını alır və alıcılara da baha qiymətə satır. Onlara qızıl-zinət əşyaları satan vətəndaşlardan onların şəxsiyətini təsdiq edən sənədin surətini alandan sonra onlardan həmin əşyaları alır və bir az da baha sataraq çörək pulu qazanır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18 radələrində işlədiyi dükanda olduğu zaman əvvəldən tanımadığı bir nəfər təxminən 30 yaşlı oğlan dükana gələrək özündə olan qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin şəxs bir ədəd üstündə məsçid şəkili klon olan nazik qızıl zəncir və bir ədəd də qızıl üzük çıxarıb göstərmişdir. O,da baxıb görmüşdü ki, üstündə klon olan qızıl zəncir 585 əyarlı olmaqda çəkisi 5,50 qram, qızıl üzük isə 585 əyarlı olmaqla çəkisi 4 qram olmuşdur. Həmin şəxs demişdir ki, qızıl əşyaları özünündür, özünə məxsusdur və pula ehtiyacı olduğuna görə onları satmaq istəyir. Sonra həmin oğlan demişdir ki, evdəkilərlə də bir məsləhətləşsin, o bayıra çıxmışdır və bir neçə dəqiqə sonra dükana qayıdaraq xarici pasportunu təqdim etmişdir, onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Həmin şəxsin xarici pasportunda şəkili olan vərəqənin kserosurətini çıxartmışdır, həmin qızıl əşyalarının cəmi çəkisi 9,50 qram olmuşdur və o, 585 əyarlı qızıl əşyalarının həmin günə olan məzənnəsi ilə hesablayıb Ceyhun adlı şəxsə 430 manat pul verərək ondan bir ədəd klonlu qızıl zənciri və bir ədəd də qızıl üzüyü ondan almışdır, pasportunun kserosurətinin üstünə də qızıl əşyalarının əyarı, qiyməti və ona 430 manat pul verdiyi barədə qeydlər edərək özünə vermişdir. Sonradan həmin qızıl əşyalarını o da az sonra tanımadığı başqa adama satmış, amma, həmin qızıl əşyalarını kimə satdığı və neçiyə satdığı yadında qalmamışdır. O, daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində yalan ifadə verir, o, Ceyhuna 350 manat yox, 430 manat pul vermişdir. Ceyhun adlı şəxsin ona satdığı qızıl əşyalarının oğurluq olmasını bilməmiş, o qızıl əşyalarının özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir, qızılların oğurluq olması barədə məlumatı olmuş olsaydı, heç zaman həmin qızıl əşyalarını ondan almazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 22-ci PŞ-daəməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində PŞ-nin qarşısında olduğu zaman sonradan adını və soyadını bildiyi Zərərçəkmiş şəxs PŞ-nə gələrək xx xxxx 2020-ci il tarixdə Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 104 saylı ünvanın qarşısında avtomobilindən pulunun və qızıl əşyalarının oğurlanmasını şifahi olaraq bildirmişdir və həmin ərazi də onun xidməti ərazisi olduğuna görə o, bu hadisə ilə maraqlanaraq Zərərçəkmiş şəxs hadisə barəsində geniş məlumat verməsini xahiş etmişdir. Sonuncu da şifahi olaraq bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi "Hyundai Santafe" markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 7 saylı ünvanın qarşısında olan "28 mail" tricarət mərkəzinə alış-veriş etmək üçün gəlmiş, idarə etdiyi avtomobili park edib ticarət mərkəzinə girmək istəyən zaman bir nəfər tanımadığı şəxs onu arxadan çağıraraq bildirmişdir ki, "xanım avtomobili pis saxlamısınız, açarı verin lazım gələrsə avtomobilin yerini dəyişək". O, da həmin şəxsə demişdir ki, "mən sizi tanımıram, siz kimsiniz", həmin şəxs də ona demişdir ki, "mən burada təzə nəzarətçi işləyirəm". O, da əvvəldən orada işləyən nəzarətçiyə demişdir ki, bu kimdir, həmin nəzarətçi də demişdir ki, o təzə nəzarətçidir, ona açar vermək olar. Ona görə o, da ona inanıb həmin şəxsə avtomobilinin açarlarını verib, tələsdiyi üçün ticarət mərkəzinə daxil olmuşdur. Təxminən bir saat ticarət mərkəzində qalmış, bayıra çıxnda açarı ondan alan təzə nəzarətçinin orada olmadığını görmüşdür və avtomobilin açarını köhnə nəzarətçidən alaraq avtomobili idarə edib yaşadığı evə getmişdir. Həmin günü ad gününə gedəcyinə görə pul kisəsini maşının salonunda qoymuş, ona görə də pul kisəsinə baxan zaman 50 manat pulun pul kisəsində olmadılğını görmüşdür. Sonra qolutqaltına baxan zaman oradan 2800 manat dəyərində bir ədəd qızıl üzüyünün, 400 manat dəyərində bir ədəd məscid şəkilli klonla birlikdə nazik qızıl boyunbağının olmadığını görmüşdür, gecə olduğuna görə gözləmiş və səhəri günü həmin dayanacaq olan yerə gedərək əvvəldən tanıdığı avtomobil nəzarətçisinə maşından qızıl əşyalarının və pulunun oğurlanmasını bildirmişdir. Nəzarətçi də ona demişdir ki, "sən ticarət mərkəzinə daxil olandan az sonra avtomobilin açarını verdiyi oğlan açarları ona verərək oradan getmişdir. Odur ki, o, həmin ərazidə olan nəzarətçilərlə telefon əlaqəsi saxlayaraq Zərərçəkmiş şəxs avtomobilin açarını almış nəzarətçinin Təqsirləndirilən şəxs olduğunu müəyyən edib onun mobil telefonunu da öyrənərək onunla telefon əlaqəsi saxlamış və Ceyhun hazırda Beyləqan rayonunda olduğunu, xəstə qızının müaicəsi ilə məşğul olduğunu bildirərək, həmin avtomobildən pul və qızıl əşyalarını oğurlamasını telefonda etiraf etmiş, oğurladığı pulu və qızıl əşyalarını tezliklə qaytaracağına söz verdiyinə görə Zərərçəkmiş şəxs da ona inanmışdır, pulunun və qızıl əşyalarının tezliklə qaytarılacağına görə həmin günü 22-ci PŞ-nə ərizə verməmişdir. Sonradan Ceyhun adlı şəxsin yalan danışdığını görən Zərərçəkmiş şəxs pulunun və qızıl əşyalarını Ceyhun adlı şəxs tərəfindən qaytarılıb vermədiyinə görə onun bu hərəkəti barəsində xeyli vaxtdan sonra Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə icasında iştirak etməyən şahid X1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki o, ifadəsində göstərmişdir ki, təxminən 4-5 il olar ki, ünvan 2 saylı ünvanın qarşısında avtomobillərin dayanması və durmasına nəzarət edir. Həmin ünvanda Ş.Bədəlbəyli küçəsinin sol tərəfi onun xidmət sahəsidir. Sağ tərəfdə isə müxtəlif adamlar işləyirlər. Həmin yerdə işlədiyi müddətdə Zərərçəkmiş şəxs tanımamış və həmin xanım onun xidmət apardığı yerdə avtomobil saxladığını görməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 16 radələrində yolun digər tərəfində avtomobil gözətçisi işləyən və sonradan adını bildiyi Ceyhun adlı şəxs ona yaxınlaşaraq yolun digər tərəfində dayanan bir avtomobil göstərərək ona demişdir ki, həmin avtomobiln açarları ondadır, avtomobiln sahibi gələndə onun açarlarını ona verməsini xahiş etmiş, o,əvvəlcə avtomobilin açarlarını götürmək istəməmiş, Ceyhun ona yalvarmışdır ki, tualetə gedir və ona görə də onun xahişini nəzərə alaraq avtomobilin açarlarını ondan götürmüşdür ki, avtomobilin sahibi gələndə açarları ona versin. Aradan bir qədər keşmişdir ki, Ceyhunun ona göstərdiyi avtomoibilin yanında cavan qadın dayandığını görmüş, ona yaxınlaşaraq avtomibilin açarını ona təqdim etmiş və oradan da öz işinə qayıtmışdır. Həmin qadın da avtomiobilə əyləşərək oradan getmişdir. Aradan xeyli müddət keçəndən sonra eşitmişdir ki, Ceyhun adlı şəxs həmin avtomobildən qızıl əşyaları və pul oğurlamışdır. Amma Ceyhunun həmin avtomobildən nə qədər pul oğurlaması və hansı qızıl əşyaları oğurlamasını bilmir. Bu hadisəyə qədər avtomiobil sahibi olan qadını tanımamış, onunla heç bir münasibəti olmamışdır. Cinayət işinin 103-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 186-187-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməyərək qüvvədə saxlanılmışdır. Cinayət işinin 50-53-cü vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08iyun 2020-ci il tarixli 1031 nömrəli ambulator məhkəmə-psixatrik ekspertizasının rəyindən görünür ki,Təqsirləndirilən şəxs yüngül kəmağıllıq(kəskin ifadə olunmuş debillik dərəcəsində oliqofreniya) (F70.1) müəyyən edilir, Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri o dərəcədə ifadə olunmayıb ki, onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxsona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlarə tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin həyata keçirilməsi mümkündür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 43-cü vərəqəsində olan vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs birinci qrup əlildir. Cinayət işinin 54-58-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxssonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törədən zaman anlaqsız olduğu üçün həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Cinayət işinin 195-ci vərəqəsində olan zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxsilə barışmış, sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələri və digər iş materialları ilə onun tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən və Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşsə də, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 22.1-ci madəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, himayəsində dörd az yaşlı uşaqının olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını, törətdiyi cinayət əməli həmin Məcəllənin 22.1-ci maddəsinin təsiri altınadüşməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun törətdiyi əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altınadüşməsini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya məhkəmə icraçısının iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsməhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək barədə iltizamqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun iş yeri üzrə qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar