Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-254/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci tarixdə saat 04.13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 nömrəli ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs məxsus “YAMAHA SZ-RR-V2” markalı, 99-B-247 dövlət nömrə nişanlı motosiklin kilid yerini üzərində olan istintaqa məlum olmayan açarla sındırıb işə salaraq motosikli gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla, zərərçəkmiş şəxsə 3700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 yanvar 2021-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonuunda, Amerika səfərliyinin arxasında yerləşən motosikl ehtiyyat hissələri satılan mağazaya getmişdir. Həmin gün qeyd etdiyi mağazaya getməkdən öncə, şəhəri yaxşı tanımadığı üçün səhvən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 ünvanına getmişdir. Həmin ünvanda “Yamaha” markalı motosiki görmüşdür və həmin ünvanı yadda saxlamışdır. Gəldiyi mağazadan lazımlı olan ehtiyyat hissələrini alıb yaşadığı ünvana geri qayıtmışdır. 19 yanvar 2021-ci il tarixdə spirtli içki təsiri altında həmin ünvana gedib motosikli qaçırmaq qərarına gəlmişdir. Gecə saat 02 radələrində yaşadığı evin yaxınlığında yoldan keçən nömrəsini xatırlamadığı Toyota Prius markalı taksiyə əyləşmiş və Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Qismət” şadlıq sarayının yanına getmişdir. Şadlıq sarayının yanında olan zaman Neft Emalı zavodunda birlikdə işlədiyi Vasif adlı dostuna zəng vurmuşdur. Vasifə şəhərə gəldiyini və özünə məxsus motosiklin xarab olduğunu, həmin motosikli əmisi gilin məhəlləsində saxladığını bildirdib oradan motosikli tək çıxara bilməyəcəyi üçün motosikli çıxarıb düzəltmək üçün sonuncuya köməklik etməsini xahiş etmişdir. Belə ki Vasif ona inanmışvə etiraz etməmişdir, lakin səhər saatlarında Kürdəmir rayonuna getməsi üçün Qaradağ rayonuna Lökbatan qəsəbəsinə getməli olduğunu demişdir. Həmin vaxtı Vasifə bildirmişdir ki motosikli düzəldib işə sala bilsə sonuncunu Kürdəmir rayonuna getməsi üçün Qaradağ rayonuna, Lökbatan qəsəbəsinə aparacaqdır. Bakı şəhərini yaxşı tanımadığım üçün Vasiflə ünvanını dəqiq xatırlamadığı, lakin 28 may metrostansiyasına yaxın bir ərazidə görüşmüş və onu taksi ilə götürmüşdür. Vasiflə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 70 nömrəli ünvana getmişdir. Ora çatdıqda artıq saat 04 radələri imiş. Həmin vaxt Vasifin qara-qırmızı rəngli 99-B-247 dövlət qeydiyyat nişanlı motosiklin özünə məxsus olduğunu bildirib ona göstərmişdir, xarab olduğunu demişdir və sonuncunun köməyi ilə motosikli itələyib məhəllədən çıxarmışlar. Motosikli yolun kənarına çıxardıqdan sonra həmin vaxtı üzərində olan açarı motosiklin kilid yerinə salaraq guya motosikli düzəltməyə çalışdığını Vasifə göstərmişdir. Həmin vaxtı Vasifdə hər hansı şübhə yaratmadan motosiklin kilid yerini həmin açarla sındıraraq işə salmağa nail olmuşdur. Bundan sonra ona məlum olmuşdur ki motosikldə yanacaq bitmək üzərədir. Motosikldə yanacaq olmadığı üçün Vasif yolun kənarında gözləmişdir sonuncu isə taksiyə əyləşərək yaxınlığda dəqiq ünvanını xatırlmadığı Lukoil YDM-ə gedib boş su qabı taparaq həmin su qabına yanacaq doldurub motosiklin yanına qayıtmışdır. Vasiflə birlikdə Lökbatan qəsəbəsinə, Lökbatan dairəsi adlanan əraziyə getmişdir. Həmin ünvana çatdıqda artıq səhər saatları imiş, Vasifi orada düşürmüş və o oradan Kürdəmir rayonuna gedəcəyini bildirmişdir. 20 yanvar 2021-ci il tarixdə polis sonuncunu tapmış, polis bölməsinə dəvət etmiş, polis bölməsinə gələrkən motosikli özü ilə gətirib yolun kənarında saxlamışdır, daha sonra polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə almasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, ekspert rəyi, maddi sübutun götürülməsi barədə protokol, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək istintaq dövründə dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olundu və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, 8 aydır ki, Yasamal rayonunda,“Sushi yakudza” adlanan restoranda, şəxsi Yamaha markalı SZ-RR-V-2 modelli motosikli ilə kuryer kimi fəaliyyət göstərir. Özünə məxsus motosikli 2020-ci ilin may ayında 4500 manata almış, həmin motosikl özünə məxsusdur baş etibarnamə ilə idarə edirmiş. 19 yanvar 2021-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı ünvan 6 ünvana gəldikdə özünə məxsus motosikli məhəllədə olan davanacaqda saxlamış, həmin motosikli hər zaman orada saxlayırmış. 19 yanvar 2021-ci il tarixdə həmin yerə yaxınlaşdıqda, motosiklin yerində olmadığını aşkar etmişdir. İlk öncə dostlarının onunla zarafat etdiklərini düşünmü, sonradan məlum olmuşdur ki, motosikli oğurlanıb və bu barədə polisə müraciət etmişdir. Polis bölməsində motosikli oğurlayan şəxsi və motosikli tapmışlar. Hadisə nəticəsində sonuncuya 4500 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan olundu və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, 19 yanvar 2021-ci il tarixdə saat 20-21 radələrində Fuad sonuncuya zəng edərək əmisinin həyətində özünə məxsus motosikl olduğunu, motosiklin işə düşmədiyi üçün ona kömək etməyini xahiş etmişdir. Belə ki, Fuad bildirmişdir ki, həmin motosikl xarabdır və Fuadın belində problem olduğu üçün motosikli məhəllədən kənara çıxarmağa kömək lazımdır. Motosikli həmin yerdə düzəldib işə sala biləcəyi halda həmin gün səhər saatlarında Kürdəmir rayonuna getmək üçün Qaradağ rayonuna, Lökbatan qəsəbəsinə aparacağına dair söz vermişdir. Sonuncu onunla razılaşmış və kömək edə biləcəyini demişdir. Həmin gün saat 03 radələrındə Fuad təkrar sonuncuya zəng etmiş, onlar Nəsimi rayonunda, 28 may metrosu yaxınlığında görüşməyə razılaşmışlar. O, həmin vaxtı Nərimanov rayonunda imiş, taksiyə əyləşərək həmin ünvana getmişdir. Fuad taksiylə 28 may metrosu yaxınlığına gəlmişdir və sonuncunu oradan götürərək artıq saat 04 radələrində ünvan 8 ünvana çatdıqda Fuadla binaların arasına daxil olmuşlar, orada Fuad ona motosikli göstərmişdir. Fuad bel nahiyyəsindən əməliyyat olunduğu üçün motosiklər əyləşmişdir, sonuncu isə itələməyə başlamışdır və onlar motosikli yolun kənarına çıxarmışlar. Fuadın motosikli işə salmaq üçün motosilin kilid yerini düzəltməyə çalışdığını görmüşdür. Bir müddət Fuad motosikli düzəltməyə çalışdıqdan sonra üzərində olan açarla motosikli işə salmağa nail olmuşdur. Motosikli işə saldıqdan sonra onlara məlum olmuşdur ki motosikldə yanacaq bitmək üzərə imiş. Bundan sonra Fuad taksi çağıraraq yanacaq almaq üçün yanacaq doldurma məntəqəsinə getmişdir, sonuncu isə onu orada motosiklin yanında gözləmişdir. Bir müddət sonra Fuad geri dönmüşdür motosiklə yanacaq dolduranan sonra oradan uzaqlaşmışlar. Fuada daha əvvəl Kürdəmir rayonuna getməli olduğunu bildirmiş, bunun üçün sonuncunu Qaradağ rayonunda, Lökbatan dairəsi yaxınlığına aparmış, orada düşmüşdür və bundan sonra Fuadı göndərmişdir. Motosiklin Fuada məxsus olmamaması barədə məlumatsız imiş, həmin vaxtı onun oğurluq etməsi barədə məlumatsız imiş, bir neçə gün sonra Fuadın qardaşı sonuncuya zəng edərək Fuadın motosikl oğurladığını sonuncunun da onun yanında olduğunu bildirmişdir, o bu səbəbdən Kürdəmir rayonundan Bakı şəhərinə geri qayıtmışdır. Cinayət işinin 66-cı vərəqəsində olan 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 02 aprel 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 80-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2021-ci il tarixli, 9/427 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş hərəkət hissələrinin yaxşı saz vəziyyətdə(motosiklin işə salınması üçün nəzərdə tutulan sınıq vəziyyətdə olan açar salınması üçün kilid yeri istisna olmaqla) olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2018-ci il buraxılışlı, mühərrikin həcmi 150 kub santimetr olan qara rəngli “YAMAHA SZ-RR-V2” markalı, 99-B-247 dövlət nömrə nişanlı motosiklin, 19 yanvar 2021-ci il tarixə, motosiklin işə salınması üçün nəzərdə tutulan açar salınması üçün kilid yerinin sınıq olmasını nəzərə alaraq respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 3.700 manat müəyyən edilir. Cinayət işinin 81-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 15 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 89-96-cı vərəqələrində olan 02 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerindən götürülmüş və üzərində iki nəfər şəxsin qeyd edilən binadan motosikli oğurlamasının videogörüntülərini əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş digər maddi sübut Təqsirləndirilən şəxs tərəfindən talanmış bir ədəd “YAMAHA SZ-RR-V2” markalı, 99-B-247 dövlət nömrə nişanlı motosikl saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin 75-76-cı vərəqələrində olan 01 ədəd DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülərdə əks olunan yer ünvan 9 ünvandır. Diskdə ümumümilikdə 1 ədəd video fayl mövcuddur. Videogörüntüdə hadisənin dəqiq baş vermə tarixi 19 yanvar 2021-ci il saat 04:13 kimi görsənir. Baxış zamanı videoda iki nəfər şəxsin məhəllədə motosikl saxlanan istiqamətdə hərəkət etmələri görsənir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntdüdə əks etdirilən şəxsin özü olduğunu yanındaki şəxsin tanışı Şahid olduğunu və oğurluq etməklərindən xəbərsiz olduğunu bildirdi və özünü təqsirli bilərək oğurluq etdiyini etiraf edir. Cinayət işinə əlavə edilmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və ona yüngül cəza verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında, zərərçəkmiş şəxsin, şahidin verdikləri ifadələri, ekspert rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını, ona yüngül cəza verilməsini xahiş etməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və “YAMAHA SZ-RR-V2” markalı, 99-B-247 dövlət nömrə nişanlı motosikl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq “YAMAHA SZ-RR-V2” markalı, 99-B-247 dövlət nömrə nişanlı motosikl zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-254/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-254/2021
03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver