Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-254/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)- 434/2023 saylı hökmü ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-681/2024 saylı qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilməklə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Talib oğlu 12 dekabr 2024-cli il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən “Kafe Delikates” restoranında müştəri qismində olarkən restorana ödənilməli olan hesabının mobil bank tətbiqinin “card to card” köçürmə sistemi vasitəsilə ödənilməsində köməklik göstərilməsi üçün ona yaxınlaşmış Zərərçəkmiş şəxs mobil telefonunun sonuncuya məxsus 5243-7544-4360-9860 nömrəli bank kartına bağlı olan "xxxx" ASC-yə aid mobil bank tətbiqinə daxil olub özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs hiss etmədiyi şəraitdə həmin gün saat 19:28-də qeyd olunan kartın hesabından 500 manat pulu öz istifadəsində olan “X5” ASC-yə aid 4613- 8602-0873-1768 nömrəli bank kartının hesabına köçürməklə elektron məlumat daşıyıcısından istifadə edərək özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Kafe Delikates” adlı restorana yemək yeyib spirtli içki qəbul etmək məqsədi ilə getmişdir. Təxminən 1 saat oturub yemək yemişdir. O, oturduqdan təxminən 15 dəqiqə sonra biri qadın olmaqla 3 nəfər şəxs həmin kafeyə gələrək masalardan birində əyləşmişlər. Onlar bir qədər spirtli içki qəbul edib yemək yemişlər. Bir qədər sonra həmin şəxslərdən biri digər tanışları ilə hansısa səbəbdən mübahisə edib onun əyləşdiyi masaya doğru yaxınlaşmış, hesabı ödəmək istədiyini, lakin pulunun kartda olduğunu və ona köməklik etməsini xahiş etmişdir. O, etiraz etməyərək adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs restorana ödəməli olduğu 54 manat pulu sonuncunun telefonunda olan mobil tətbiq vasitəsi ilə kafenin dəqiq xatırlamadığı kart hesabına göndərmişdir. Kart hesabında ümumilikdə təxminən 1010 manat pul olduğunu görmüşdür. Bundan sonra həmin şəxs mobil telefonunu kilidə salıb masanın üzərinə qoymuş və onunla gələn tanışlarının yanına getmişdir. Onlar birlikdə bayıra çıxmış, təxminən 5 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs özü kafeyə qayıtmış və onun əyləşidyi masaya yaxınlaşmışdır. Təxminən 40-50 dəqiqə Zərərçəkmiş şəxs ilə müxtəlif mövzularda söhbət etmişlər. Bu zaman Zərərçəkmiş şəxs çay sifariş vermiş, lakin o, Xəyala bildirmişdir ki, çay üçün ödəməyə pulu yoxdur. Zərərçəkmiş şəxs isə bildirmişdir ki, çayın pulunıı özü ödəyəcəkdir. Bir qədər də Zərərçəkmiş şəxs ilə çay içib söhbət etdikdən sonra hesabı istəmişlər. Bu zaman kafenin ofisiantı hesabı demiş, Zərərçəkmiş şəxs mobil telefonunu ona təqdim edərək ondan telefonda olan mobil tətbiq vasitəsi ilə hesabı ödəməsini xahiş etmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs telefonunda olan "xxxx" mobil tətbiqinə baxarkən bir daha əmin olmuşdur ki, sonuncunun hesabında 1010 manat pul vardır. Həmin tətbiq vasitəsi ilə 5 manat pulu kafenin ofisiantının təqdim etdiyi xatırlamadığı kart hesabına göndərmiş, lakin Zərərçəkmiş şəxs mobil telefonu onda qalmışdır. Bundan təxminən 3-4 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs başının qarışıq olmasını, həmçinin sonuncunun sərxoş vəziyyətdə olmasını fürsət bilərək telefonunda olan mobil tətbiq vasitəsi ilə 500 manat pulu istifadəsində olan 4613-8602-0873-1768 nömrəli "xxxx" ASC-yə aid olan bank kartına göndərmişdir. Bundan təxminən 5 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs ilə sağollaşmışdır. 4613-8602-0873-1768 nömrəli "xxxx" ASC-yə aid olan bank kartı onun istifadəsində olsa da, Sübhan adlı tanışının adına rəsmiləşdirilmişdir. Bu əməli maddi ehtiyacı olduğu üçün törətmişdir. Belə ki, o, cəzaçəkmə müəssisəsində olarkən həyat yoldaşı və 2 yaşlı qızı dəm qazından dünyalarını dəyişmiş və onların məzar daşını düzəltdirməsi üçün pula ehtiyacı olmuşdur. Törətdiyi əməldən peşmandır. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində tanışları Aynur və adını xatırlamadığı digər şəxs ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən “Kafe Delikates” adlı restorana getmişlər. Onlarla oturub bir qədər yemək yeyib spirtli içki qəbul etmiş, təxminən 1 saat sonra Aynurla həmin şəxs getmək qərarına gəlmiş və onlar kafedən çıxan zaman o, kassaya yaxınlaşmışdır. Hesab 54 manat təşkil etmişdir. Həmin hesabı “X6” üsulu ilə ödəyəcəyini restoranın əməkdaşına təklif etmiş, lakin bir neçə dəfə cəhd göstərsə də bunu edə bilməmişdir. Bu zaman kassanın yanında tək oturan müştəridən onun mobil telefonu ilə hesab ödəməsini xahiş etmişdir. Həmin vaxt özünü ona Ramin kimi təqdim edən adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs Talib oğlu 54 manat hesabı onun mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə ödəmişdir. Daha sonra o, mobil telefonunu kilidə salıb masanın üzərinə qoymuş və kafedən çıxan Aynurla digər tanışlarının yanına getmişdir. Onlarla çöldə bir qədər söhbət etdikdən sonra yenidən kafeyə qayıtmışdır. Kafedə həmin Təqsirləndirilən şəxs masasına doğru yaxınlaşmış, onunla iş barəsində çay içərək təxminən 40 dəqiqə söhbət etmişdir. Bundan sonra kafenin ofisiantı onlara yaxınlaşaraq içdikləri çayın pulunu ödəmələrini xahiş elmişdir. Bu zaman o, yenidən mobil telefonu Təqsirləndirilən şəxs verərək xahiş etmişdir ki, sonuncu mobil tətbiq vasitəsi ilə çay üçün ödənilməli olan 5 manat hesabı ödəsin. Təqsirləndirilən şəxs kafenin ofisiantının bildirdiyi hesaba 5 manat ödənişi etmiş, lakin mobil telefon 5-10 dəqiqə ərzində Təqsirləndirilən şəxs qalmışdır. Bundan sonra o, mobil telefonu Təqsirləndirilən şəxs geri almış və mobil tətbiqə baxdıqda ona məlum olmuşdur ki, kart hesabından 500 manat pul naməlum şəraitdə çıxarılmışdır. O, ilk öncə məhz Təqsirləndirilən şəxs şübhə etmişdir, belə ki, Təqsirləndirilən şəxs çayın pulunu ödədikdən sonra telefon təxminən 5- 10 dəqiqə ərzində sonuncuda kilidi açıq vəziyyətdə qalmışdır. Buna görə də Təqsirləndirilən şəxs pulu çıxarıb-çıxarmaması barədə sual etmiş, buna cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, güya kart hesabından pulu çıxartmamışdır. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs restortandan çıxıb getmişdir. Həmçinin Zərərçəkmiş şəxs qeyd etmişdir ki, bank kartı "xxxx" ASC-yə aiddir, 5243-7544-4360-9860 nömrəlidir. Hadisə baş verən zaman kart hesabında ümumilikdə 1000 manatdan bir qədər çox pul vəsaiti var idi, 19:28 dəqiqədə onun 500 manatı çıxarılmışdır, bununla bağlı müvafiq bank çıxarışını təqdim etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.31); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v.65); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v.83-86); - “Baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə hadisənin baş verdiyi ünvan 3 ünvanda yerləşən “Kafe Delikates” restoranına baxış keçirilərək müvafiq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v.4-6); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş bank hesabından çıxarışa baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin çıxarış xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində vətəndaş Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş və sonuncunun istifadəsində olan 5243-7544-4360-9860 nömrəli bank kartına aiddir. Həmin bank kartının hesab nömrəsi AZ70UBAZ**********1010AZN001 simvollarından ibarətdir. Həmin bank kartına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə və müxtəlif hesablardan pul vəsaitləri mədaxil və məxaric edilir. İş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi kimi həqiqətən də, göstərilən bank kartından xx.xx.2024-cü il tarixdə saat 19:28-də 500 manat pul vəsaiti məxaric edilmişdir (i.v.57-58); - “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC tərəfindən vətəndaş X2 təqdim edilmiş bank hesabından çıxarışa baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin çıxarış xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində vətəndaş X1 adına rəsmiləşdirilmiş, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Talib oğlunun istifadəsində olmuş 4613-8602- 0873-1768 nömrəli bank kartına aiddir. Həmin bank kartının hesab nömrəsi AZ63AZRT******************** simvollarından ibarətdir. Həmin bank kartına müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə və müxtəlif hesablardan pul vəsaitləri mədaxil və məxaric edilir. İş üçün əhəmiyyət kəsb edən xüsusat isə budur ki, bank hesabından çıxarışın 2-ci vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işinin materiallarında göstərilən hallara uyğun olaraq 4613-8602-0873-1768 nömrəli "xxxx" ASC-yə aid bank kartına "xxxx" ASC-yə aid bank kartından 500 manat pul vəsaiti mədaxil edilmişdir (i.v.105-111); - “Şəxsin tanınmaya təqdim olunması barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs kart hesabından 500 manat pulu talayaraq ona maddi ziyan vurmuş şəxsi, yəni Təqsirləndirilən şəxs Talib oğlunu tanımışdır (i.v.131-133); - xx.xx.2025-ci il tarixli “Üzləşmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Talib oğlunun aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində gösətrdiklərini bir daha bildirmişdir (i.v.134-136); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-yə aid 4613-8602-0873-1768 nömrəli bank kartı maddi sübut kimi tanınmış və vətəndaş X2 qaytarılmışdır (i.v.139-145); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1, 333.4, 177.2.1, 177.2.3, 326.2, 68.1, 68.1.1 və 66.3-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1, 66.1 və 66.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 68.3.1, 67.1 və 69.3-cü maddələri ilə 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 01 il 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq 06 ay 07 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 03 ay 10 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur (i.v.112-114); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-434/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.116-123); - Salyan Rayon Məhkəməsinin 7(057)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-434/2023 saylı, xx.xx.2023cü il tarixli hökmü iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2024-cü il tarixdə başa çatan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi isə eyni əməlin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətlərə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən onun kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-681/2024 saylı qərarı ilə sonuncunun barəsində təyin olunmuş cəzadan 03 (üç) ay 10 (on) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-434/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 28 dekabr 2024-cü il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində "xxxx" ASC-yə aid Təqsirləndirilən şəxs istifadəsində olan, lakin X2 məxsus olan 4613-8602-0873-1768 nömrəli bank kartının sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(057)-681/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-434/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 03 (üç) ay 10 (on) gün müddət hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 28 dekabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd üzərində "xxxx" ASC-yə aid Təqsirləndirilən şəxs istifadəsində olan, lakin X2 məxsus olan 4613-8602-0873-1768 nömrəli bank kartının sahibinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-254/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-254/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver