Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-255/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçilər “Xəzər Konsaltinq” və “BHM və Partnoyları” Vəkil Bürosunun vəkilləri X7 və X5, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə saat 21:45-də etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Corolla» markalı **-BT- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 3 ünvanının qarşısındakı avtomobil yolu ilə 5 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri ilə və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmama barədə tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbləri pozaraq yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol qanad hissəsi ilə vurduqdan sonra avtomobilin təkəri ilə sonuncunun sağ ayağının üzərindən keçməklə ehtiyatsızlıqdan sonuncunun sağ iç topuğun qapalı yerdəyişməyən sınığı, sağ diz oynağı nahiyəsinin, sağ baldırının sıyrıqları, sağ baldırın və iç topuğun qançır şişkinliyi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmaqla vol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 dekabr 2022-ci il tarixdə saat 21:45-də etibarnamə əsasında idarə etdiyi atasına məxsus «Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 5 kilometr sürətlə Nəsimi rayonu, Ə.Salamzadə küçəsi ilə körpünün altından dönmə əməliyyatı edib üzü "Papanin" adlanan ərazi istiqamətində hərəkət edirmiş. Körpünün sağ hissəsindən gələn avtomobilləri gözləyib, əsas yola çıxıb hərəkətə başlayan zaman, ünvan 4 ünvanın qarşısında anidən avtomobilin ön sol qanad hissəsinə əli ilə bir nəfər şəxsin vurduğunu görüb dərhal əyləci basaraq avtomobili saxlamış və avtomobildən düşmüşdür. Həmin şəxs körpünün alt tərəfindən anidən yola çıxmış və orada piyada keçidi olmamışdır. Həmin şəxsə xəsarət alıb almamasını soruşmuş, ona xəstəxanaya aparmağı təklif etmiş, sonuncu problem olmadığını avtomobilin təkəri ilə onun ayağının üzərindən keçdiyini demişdir. O həmin şəxsə öz nömrəsini vermişdir ki, problem olduğu halda onunla əlaqə saxlasın. Sonuncu öz telefonuna nömrəni qeyd etmişdir. Sonradan təhqiqat araşdırması zamanı məlum olmuşdur ki, həmin şəxs nömrəni yalnış qeyd etmişdir. Hazırda həmin şəxslə barışıq əldə etməyə çalışsa da o barışmaq istəmir və artıq pul tələb edir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, mülki iddianı qismən qəbul edir və zərərçəkmiş şəxsə 1000 manat nəğd, həmçinin sığorta vasitəsilə alınacaq 1500 manat, cəmi 2500 manatı zərərçəkmiş şəxsə ödəməyə hazırdır. Daha sonra Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün təklif etməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində görsətmişdir ki, o, 16 dekabr 2022-ci il tarixdə saat 21-45-də ünvan 5 ünvanın qarşısı ilə körpünün altından yolun sol istiqamətindən sağ istiqamətinə keçmək istəmişdir. Körpünün altında yolun boşalmasını gözləmiş, bu zaman körpünün altına avtomobil yola çıxıb dayandığını görmüş və bu zaman o hərəkətə başlamışdır. Yola bir addım atdıqda tünd göy rəngli rəngli 77-B1-137 dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkətə başlamış, geri addım atmış lakin sürücü avtomobil ilə sonuncunun üzərinə sürmüş, həmin zaman əli ilə kapot hissəsinə vurmuşdur, lakin o hərəkəti dayandırmamış və ön sol təkəri ilə sonuncunun sağ ayağının üzərindən keçmişdir. Həmin zaman şokda düşmüş və asfaltın üzərinə yıxılmışdır. Bir müddət sonra ayağa qalxmış, sürücü avtomobildən düşüb ondan nə baş verdiyini soruşmüş, o, isə sürücüya ayağının üzərindən keçdiyini bildirmişdir. Həmin sürücü ona əlaqə nömrəsi vermiş o, həmin nömrəni telefona yazmışdır, ad və soyadını təqdim etmiş, o, isə bir daha düzgünlüyünü yoxlamaq üçün sürücüdən soruşmuş, sonuncu bir daha təsdiq etmişdir adı Raqifdir. Yaşadığı ünvan yaxın olduğu üçün axsayaraq evə getmişdir. Evdə ayağının şişdiyini görmüş, həmin şəxsin verdiyi nömrəyə zəng etmiş, bu zaman başqa bir şəxsin nömrəsi olduğunu görmüş və anlamışdır ki həmin şəxs nömrəni yalnış vermişdir. Həmin gün atası onu travmatologiya institutuna aparmış, orada müayinə olunmuşdır. İlkin olaraq orada sadəcə əzik olmasını bildirmişlər, 6 gün sonra yenidən travmotologiya institutuna getmiş, digər həkim müayinə etmiş və ayağının sağ topuğunda yerdəymişmiş sınıq olmasınə bildirmişdir. Orada dərhal ayağı gipsə qoyulmuş, bir həftə sonra isə 30 dekabr tarixdə əməliyyat olunmuşdur. 1 ay ayağında gips qalmış, hazırdada gəzə bilmsədə ağrıları dəvam edir. 6 ay sonra yenidən əməliyyat olunmalıdır, ayağında olan millər çıxarılmalıdır. Ümumilikdə ona 4700 manat məbləğində maddi ziyan dəymişdir, belə ki, əməliyyat olunmuş, əmək qabiliyyətini itirmiş və hərəkət qabiliyyəti tam bərpa olunmamışdır. Daha sonra Zərərçəkmiş şəxs mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Müdafiə tərəfin vəsatəti əsasında ekspert qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və PA-nın” ETT Birliyi Nəsimi rayon şöbəsinin məhkəmə-tibb eksperti X6 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi iş materiallarından da göründüyü kimi xx.xx.2022-ci il tarixdə baş vermişdir. Tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli çəkilmiş rentgenlər və mütəxxəsis olaraq rentgenoloqun təqdim etdiyi sənədlər əsasında ekspert rəyi verilmişdir. Həmçinin ona təqdim olunmuş rentgen şəkilləri və tibbi arayışlar da nəzərə alınmışıdr. xx.xx.2022-ci il tarixli rentgen şəkilində sınıq görünməmiş lakin xx.xx.2022-ci il tarixli rentgen şəkilində isə sınıq aşkar formada görünmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixli rentgen şəkilində ayaq ödəmli olduğundan və həmin ödəm sınığın üstünü örtdüyündən sınıq görünməmiş lakin ödəm sonradan çəkildiyi üçün xx.xx.2022-ci il tarixli çəkilən rentgendə həmin sınıq aşkar görünmüşdür “bu ehtimal deyil, prosedur qaydasıdır”. Bundan sonra tərəfindən həmin rəy tərtib edilərkən yanında mütəxəssis olaraq rentgenoloq olmuş, sonuncunun təqdim etdiyi sənədlər əsasında da o, həmin rəyi tərtib etmişdir. Tibbi terminalogiyaya əsasən çat sınıq hesab edilir, həmin sınıqlar yer dəyişən və yer dəyişməyən sınıqlara ayrılır. Həmin yerdəyişmə sınıqları da iki formada olur. Məsələn, insan var ki, sınığı olsun, həmin sınığın olmasını bir neçə gün sonra bilsin, insan da var ki, əlində bir balaca yara olur ona dərhal reaksiya verir. Zərərçəkmiş şəxsin ayağında olan çata əsasən o gəzə bilərdi. Səhiyyə tövsiyəsinə görə ayağın həmin hissəsində çat olarsa cüzi şişkinlik ola bilər. Müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 İnstitutunda həkim rezident travmatoloq X2 ifadəsində göstərmişdir ki, ilkin olaraq xəstə xəstaxanaya müraciət edəndə xəsarətin hansı səbəbdən və hansı şəraitdə baş verməsi soruşulur və bundan sonra o, müayinə olunur zəruri olan tədbirlər görülür. Daxil olan xəstəyə 3 həkim, köməkçi, məsul və digər həkim baxır və bundan sonra rəy qəbul olunur. İlkin olaraq müayinə otağında xəstə müayinə olunur və qısa anamneziya qeydiyyatı birbaşa aparılır. Xəstənin qeydiyyatı ilə bağlı gecikmə ola bilər. Xəstənin sağlamlığı önəmli olduğuna görə birbaşa müayinə olunur və sonra qeydiyyatı aparılır. Anamnez məlumatları ilkin olaraq xəstədən alınır. Həmin günü zərərçəkmiş şəxsi o, müayinə edərək rentgen etmiş və həmin vaxt aşkar sınıq görməmişdir. Belə ki, xəsarət yeni olduğu vaxtda sınıq və ya çat görünməyə bilər, bu səbəbdən də xəstəyə məsləhət görülür ki, əgər ağrılar çoxalarsa yenidən müraciət etsin. Həmçinin yerdəyişməyən sınıqlar, sonradan yerdəyişən sınığa çevirilə bilər, xəstə sonradan gəzdiyinə görə ayağında şiş arta bilər. Hazırki halla ayaqda iç topuq yük götürən olmadığından, buda zərərçəkmiş şəxsin yeriməsinə mane olmamışdır. Belə olan halda ayaqda sadəcə ağrılar ola bilər. Bundan başqa məhkəmə iclasında X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin rentgen çəkilişində ayaqda ödem olduğu halda həmin sınığın üstü örtülə bilər, ödəm sonradan çəkildiyi halda isə sınıq aşkar görünür. Cinayət işinin 88-90-cı vərəqələrində olan 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 21-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 31 oktyabr 2014-cü il tarixdə verilmiş AE seriyalı 907190 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ var və 31 oktyabr 2024-cü ilədək etibarlıdır. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Ağcabədi RQİ və TBŞ tərəfindən 22 dekabr 2022-ci il tarixdə verilmiş BD seriyalı 169086 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Corolla” markalı **- BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X8r. Cinayət işinin 22-ci vərəqəsində olan 10 may 2023-cü il tarixli arayışdan görünür ki, “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi E.Ə.Səfərov tərəfindən idarə edilməsi üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. Cinayət işinin 28-30-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq olunmuş Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 27 dekabr 2022-ci il tarixli 1685 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ iç topuğun qapalı yerdəyişməyən sınığı, sağ diz oynağı nahiyəsinin, sağ baldırının sıyrıqları, sağ baldırın və iç topuğunun qançır şişkinliyi küt əşyanın(əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdilər, qərarın təsviri hissəsində göstərilən 16 dekabr 2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın üzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin 45-51-ci vərəqələrində olan məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 22 fevral 2023-cü il tarixli 8/236-4/101 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki - tədqiqata təqdim edilmiş 1 ədəd diskdə qeydə alınmış “WhatsApp Video 2023-01-19 at 10.32.56 (1)”, “WhatsApp Video 2023-01-19 at 10.32.56” videoyazılara görə videogörüntülərdə qeydə alınmış nəqliyyat vasitəsinin sürətini tədqiqi hissədə göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində göstərilən şəraitdə “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 14 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum edilmiş, 12 dekabr 2018-ci ildə Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cərimə cəzası 7 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və 30 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 12-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 16 dekabr 2022-ci il tarixdə saat 21-45-də ünvan 6 ünvanın qarşısında “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkətə başlayır, Zərərçəkmiş şəxs üzərinə sürür, nəticədə sonuncu yıxılır, bundan sonra nəqliyyat vasitəsi biraz qabaqda saxlayır və ora geri qayıdır. Cinayət işinin 97-101-ci vərəqələrində olan 02 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs istifadəsində olması nəzərə alınmış və bir ədəd DVD disk sübut kimi tanınmışdır. Cinayət işinin 61 və 62-ci vərəqələrində olan ərizədən və 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmış və vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 4700 manat məbləğində pul tələb edir. Cinayət işinə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli Ağcabədi Şəhər İƏDÜN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X10 13 iyul 2013-cü il tarixdə, X12 19 may 2016-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşlar, ataları Təqsirləndirilən şəxs və anaları isə X4r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, sonuncunun, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri, DVD diskdə olan görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs in təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 12-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, hadisələrin təsadüfi axarı zəminində cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün cəhd etməsini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və ailənin yeganə qazanc gətirən şəxsi olmasını, mülki iddianı qismən qəbul etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə maddi sübut və məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs saxlanması nəzərə alınmalı və ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən qismən qəbul edildiyindən iddia qismən təmin edilməli və vurulmuş maddi zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti sonuncudan tutlaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia vurulmuş maddi zərərin digər hissədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən rədd edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Corolla” markalı **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs istifadəsində olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutlaraq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia maddi zərərə görə digər hissədə rədd edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-255/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-255/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver