Məhkəmə qərarları › İş №1(006)-255/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-255/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-255/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, evli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” X18 Mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 09, mənzil 144-də qeydiyyatda olan, məhkum edilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müstəqil hərbi-ekspert (hərbi bloqer) qismində Dövlət Sərhəd Xidmətinin dəvəti əsasında Dövlət Sərhəd Xidmətinin X2 “Qazax” əlahiddə sərhəd diviziyasının fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə 22 noyabr 2024cü il tarixdə həmin Xidmət tərəfindən mediatur adı altında jurnalist, blogerlər və media nümayəndələri üçün təşkil edilmiş səfərdə iştirak edən zaman Dövlət Sərhəd Xidmətinin məsul hərbi qulluqçuları tərəfindən dövlət sirri təşkil edən məlumatların yayılmaması, belə məlumatların yayılmasına görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət, eləcə də səfər çərçivəsində ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə qeydə alınacaq foto və videoçəkilişlərin əvvəlcədən sonuncularla razılaşdırılması barədə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, Ermənistan Respublikasının işğalından 2024-cü ilin may ayında azad edilmiş və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülmüş Qazax rayonunun Xeyrimli kəndi və ətraf kəndlərində yerləşən yeni istifadəyə verilmiş sərhəd zastavaları ilə tanış olarkən həmin günü günorta saatlarında Qazax rayonunun Xeyrimli kəndi ərazisində yeni tikilmiş sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin məsul hərbi qulluqçularının dövlət sirrini özündə ehtiva edən məlumat və obyektlərin foto və videoçəkilişlərinin aparılması, eləcə də onların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlərin görülməməsindən istifadə edərək şəxsi istifadəsində olan “X19 11” markalı mobil telefonunun videokamera funksiyası ilə Dövlət Sərhəd Xidmətinin məsul hərbi qulluqçularının yerində verdikləri məlumatlar və təlimatlandırma əsasında ona etibar edilmiş və işinə görə ona məlum olan, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 5.1.4, 5.1.5 və 5.4.7-ci maddələrinə əsasən müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, qoşunların dislokasiyası, həqiqi adları, onların döyüş təminatı, əməliyyat şəraiti, həmçinin Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında məlumatları təşkil etməklə dövlətin hərbi, əməliyyataxtarış və digər fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 0N iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”na əsasən qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu açıqlayan məlumatlar, yayılması dövlətin mənafeyinə ziyan vura bilən, silah və hərbi texnikanın, onların döyüş səmərəliliyinin yüksəldilməsi imkanlarının keyfiyyətcə yeni səviyyəsini müəyyən edən məlumatlar, eləcə də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 oktyabr 2007-ci il tarixli 0144 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə məxfiləşdirilmiş məlumatların geniş siyahısı”na əsasən “Dövlət sərhəddinin mühafizəsinin üsul və metodlarını, qoşun əməliyyatlarını açıqlayan məlumatlar”, eləcə də “Dövlət sərhədinin mühafizəsində istifadə edilən hərbi texnika və xüsusi vasitələrin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlərin mahiyyətini açıqlayan məlumatlar“ olmaqla dövlət sirrinə aid edilən həmin sərhəd zastavasının ərazisinin, orada dövlət sərhədinin pozulması əlamətlərinin qabaqcadan aşkarlanması və qarşısının alınması məqsədi ilə istifadə olunan dron, həmçinin quraşdırılmış müşahidə məntəqələri, müşahidə kameralarının texniki göstəriciləri, yerləşmə yerlərini, hansı istiqamətlərdə, məsafədə və müddətdə müşahidənin aparılmasını, konkret döyüş məntəqələrinin adlarını, onların yerləşdiyi yüksəklikləri və konkret yerlərini, həmçinin yaxınlıqdakı Məzəm gölü, Ermənistan Respublikası ərazisində olan həmin ərazidən görünən avtomobil yolu, eləcə də Ermənistan Respublikasının ərazisində yerləşən konkret yaşayış məntəqələrinə münasibətdə məsafələrini və yerləşmə istiqamətlərini qeyd edərək həmin məntəqələri əli ilə işarə etməklə nümayiş etdirib, şərhlər verib videoçəkilişlər apardıqdan sonra 2N noyabr 2024-cü il tarixdə, saat 10 radələrində qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanında bu videoları “Qəhrəman sərhədçilərimiz Avey dağda, Odun dağda, Boz dağda, “Uğur” və “Məğrur” məntəqələrində döyüş mövqelərində yerləşib. Bu mövqelərin ortasında və daha aşağı yüksəklikdə fərari ordusunun 5N0-cu motoatıcı briqadasının bir tağımı cəmisi bir dayaq məntəqəsində yerləşir. Dizləri əsir...” başlığı ilə 02 dəqiqə 04 saniyə, həmçinin “Xeyrimli kəndi ərazisində Qazax əlahiddə sərhəd diviziyasının yeni bir sərhəd zastavası açılıb, həmin ərazidə Azərbaycan bayrağı dalğalanır” başlığı ilə 02 dəqiqə 11 saniyə olmaqla internetdə öz bloqunda (veb gündəliyində), yəni “Facebook” sosial şəbəkəsinin özünə məxsus “Təqsirləndirilən şəxs” profili ilə qeydiyyatdan keçirdiyi hesabı vasitəsilə paylaşmaqla dövlətə xəyanət əlamətləri olmadan qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymışdır. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı bildirdi ki, o, əvvəllər Silahlı Qüvvələrdə xidmət etmiş, 2016-cı ilin aprel döyüşlərindən sonra isə müstəqil şəkildə hərbi ekspert qismində ictimai əsaslarla fəaliyyət göstərmişdir. “AzTv”də, habelə digər yerli və xarici medianın efirlərində yayımlanan verilişlərdə Azərbaycan Respublikasında ordu quruculuğu və hərbi nailiyyətlərlə bağlı çıxışlar etmiş, eləcə də ölkə rəhbərliyinin bütün çıxışlarını canlı olaraq dövlət televiziyalarında şərh etmişdir. Bundan başqa, 2024-cü il ərzində Dövlət Sərhəd Xidmətinin Sərhəd Komandanlığının “Heydər Əliyev adına” hava limanında təşkil etdiyi mediaturda və X4 Xəzər dənizində təşkil etdiyi təlimlərdə, o cümlədən X2 Ağstafa və Qazax rayonlarında təşkil etdiyi mediaturlarda iştirak etmişdir. Həmin təlimlərə və mediaturlara onu Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi ŞahidN dəvət etmişdir. Ümumiyyətlə, 2024-cü il ərzində 15-dən artıq mediaturlarda iştirak etmiş, çəkilişlər üçün işğaldan azad edilmiş ərazilərə səfər etmişdir. 18 noyabr 2024-cü il tarixdə ŞahidN “WhatsApp” proqramı vasitəsilə ona dəvət mesajı yazdıqdan sonra zəng edərək onu 21 noyabr 2024-cü il tarixdə Qazax-Ağstafa-Şəmkir rayonlarında baş verəcək mediatura müstəqil hərbi ekspert kimi dəvət etmiş, o da bu dəvəti qəbul etmişdir. 21 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində Dövlət Sərhəd Xidmətinin inzibati binasının önünə gəlmiş və bir qrup media mənsubları ilə birlikdə avtobusla əvvəlcə Şəmkir rayonuna yollanmışlar. Yolboyu onları Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətinin nümayəndələri müşaiyət etmişlər. Şəmkir rayonuna çatdıqdan sonra gecəni hərbi hissənin balansında olan yataqxanada qalmışlar. 22 noyabr 2024-cü il tarixdə, 09 radələrində Şəmkir rayonundan Qazax rayonu istiqamətində yola düşüb hərbi hissəyə, diviziyaya gəlmişlər. Əsgərlərin xidmət etdiyi yerlərə baxış keçirildikdən sonra zastavalar yerləşən Babakər dağına, Avey dağına gedib orada sərhədboyu mühafizə olunan əraziləri ziyarət edib videoçəkiliş etdikdən sonra Qazax rayonu, Xeyrimli kəndində, Məzəm çayı və gölü yaxınlığında yerləşən işğaldan azad olunan və hazırda Dövlət Sərhəd Xidmətinin “Qazax” əlahiddə sərhəd diviziyasının yerləşdiyi zastavaların ərazisinə daxil olmuşlar. Həmin ərazilərə müstəqil şəkildə daxil olmaları Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli əməkdaşlarının tapşırığı və müşaiyəti ilə baş vermişdir. Həmin vaxt orada Dövlət Sərhəd Xidmətinin general rütbəli əməkdaşları Şahid1, Şahid5 və digər yüksək rütbəli zabitlər də olmuş, eyni zamanda ŞahidN tərəfindən bütün media nümayəndələrinə videoçəkiliş aparmaq üçün icazə verilmişdir. 2N noyabr 2024-cü il tarixdə artıq mediaturdan Bakıya qayıtdıqdan sonra yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, ev 09, mənzil 144-də olan zaman istifadəsində olan “X19 11” markalı mobil telefonunda olan və çəkdiyi videoları “Təqsirləndirilən şəxs” adlı şəxsi “Facebook” sosial şəbəkəsində olan səhifəsində paylaşmışdır. 24 noyabr 2024-cü il tarixdə, səhər saatlarında ŞahidN tərəfindən ona zəng olunaraq həmin müsahibənin narahatlıq yaratdığını və onları dərhal silməsini bildirildikdən sonra o, öz səhifəsindən həmin görüntüləri pozmuşdur. “Qəhrəman sərhədçilərimiz Avey dağda, Odun dağda, Boz dağda, “Uğur” və “Məğrur” məntəqələrində döyüş mövqelərində yerləşib. Bu mövqelərin ortasında və daha aşağı yüksəklikdə fərari ordusunun 5N0-cu motoatıcı briqadasının bir tağımı cəmisi bir dayaq məntəqəsində yerləşir. Dizləri əsir...” başlığı ilə 02 dəqiqə 04 saniyə, həmçinin “Xeyrimli kəndi ərazisində Qazax əlahiddə sərhəd diviziyasının yeni bir sərhəd zastavası açılıb, həmin ərazidə Azərbaycan bayrağı dalğalanır” başlığı ilə 02 dəqiqə 11 saniyə olmaqla paylaşdığı həmin videolarda etdiyi çıxışlar zamanı yeganə məqsədi Ermənistanı silalanmadan əl çəkib öhdəliklərini yerinə yetirməsi üçün hansısa formada təbliğat aparmaq olmuşdur. Videolarda döyüş mövqelərinin adları, onların Məzəm gölü, erməni yaşayış məntəqələri və Ermənistan ərazisindən keçən magistral yola münasibətdə yerləşmə yerləri və məsafələri göstərib təhlil etməsi, eləcə də müşahidə kameralarının iş prinsipi və radiusunu qeyd etməsi düşmən tərəfində təşviş yaratmaq üçün edilmişdir. Bəlkə də həmin məlumatlar artıq olmuşdur. Belə ki, orada dövlət sirri olması ehtimalı olduğundan həmin məlumatları detallı incələməsi düzgün olmamış, buna görə peşmandır. Hərbi ekspert kimi bunu dərk edir. Həmin zaman işğaldan azad olunmuş ərazilərdə olduğu üçün həyəcanlı olduğundan belə məlumatları videoya çəkmişdir. Mediatur zamanı çəkilişlərə məhdudiyyət tətbiq edilməmiş, yeganə məhdudiyyət zastavanın ərazisində olan idarəetmə məntəqəsinin çəkilişi olmuşdur. Bu barədə onlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şifahi xəbərdarlıq olunmuşdur. Onlara şifahi olaraq həmin məntəqənin dəqiq yeri barədə məlumat verməmək tapşırılmışdır. Avey dağı və həmin istiqamətdə olan döyüş məntəqələri barədə məlumatın paylaşılmaması barədə ona və digər media subyektlərinə xəbərdarlıq edilməsini xatırlamır. Mediatur zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən döyüş mövqelərinin yerləri, həmin döyüş mövqelərinin adları, döyüş mövqelərində dislokasiya olunmuş şəxsi heyət barədə, döyüş mövqelərinin məsafələri və sair bu kimi məlumatları onlara Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları vermişdir. Məhkəmə istintaqında ŞahidN ifadəsində bildirdi ki, o, Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsində işləyir və vəzifələrindən biri də Dövlət Sərhəd Xidmətinin döyüş fəaliyyəti və əldə olunmuş nailiyyətlərin ictimaiyyətə çatdırılması, sərhədçi peşəsinə marağın artırılması, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və yeni kadrların xidmətə qəbul olunmasının təşkil olunması məqsədi ilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən plan üzrə qeyri-hökümət təşkilatları, hərbi ekspertlər və müxtəlif media nümayəndələrinin iştirakları ilə mütəmadi olaraq mediaturlar təşkil etməkdən ibarət olmuşdur. Mediatur iştirakçıları şəxsən və ya “WhatsApp” proqramında yaradılmış qruplar vasitəsilə tədbirin keçirilməsinə dəvət alırdı. Hər bir halda mediatur keçirilməmişdən öncə tədbirin keçiriləcəyi hərbi birləşmələrin rəhbərləri tərəfindən plan (proqram) hazırlanaraq təsdiq olunur. Həmin proqramda hansı tədbirlərin görüləcəyi göstərilir. Hərbi ekspert Təqsirləndirilən şəxs xidməti işi ilə bağlı 2022-ci ilin sonlarında tanımış, sonuncu hərbi ekspert olaraq yerli mətbuat və televiziyalarda rəylər verir, çıxışlar edirdi. Təqsirləndirilən şəxs hərbi ekspert olaraq bir neçə dəfə Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş mediaturlarda iştirak etmiş, sonuncunu peşəkar və təcrübəli ekspert kimi tanımışdır. 2024-cü ilin oktyabr-noyabr ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən 0N dəfə mediatur keçirilmişdir. Belə ki, 22 oktyabr 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, 01 noyabr 2024-cü il tarixdə Sərhəd Nəzarətinin, 22 noyabr 2024-cü il tarixdə isə “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazilərində media nümayəndələrinin iştirakları ilə müvafiq turlar keçirilmişdir. 18 noyabr 2024-cü il tarixdə həmin mediaturun keçirilməsi barədə Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyət üzrə müavini, general-leytenant Şahid4lə danışmış, Şahid4 ona 22 noyabr 2024-cü il tarixdə həmin mediaturun keçirilməsi barədə göstəriş vermişdir. Odur ki, o və rəhbərlik etdiyi idarənin sosial media üzrə mütəxəssisi Şahid11 tərəfindən 18 noyabr 2024-cü il tarixdən başlayaraq tədbir iştirakçılarına mediaturun 22 noyabr 2024-cü il tarixdə keçiriləcəyi bildirilmişdir. Proqrama əsasən mediatur iştirakçıları Qazax rayonunun işğaldan azad edilmiş Xeyrimli kəndi ərazisində müvəqqəti inşa edilmiş sərhəd məntəqəsində yaradılmış şəraitlə yaxından tanış olmalı idilər və X9, general-leytenant Şahid1 tərəfindən iştirakçılara işğaldan azad olunan kəndlərində Azərbaycan-Ermənistan sərhədinin hansı səviyyədə qorunması, burada görülən işlərlə bağlı ətraflı məlumat verilməsi nəzərdə tutulmuşdur. Tədbirdə ümumilikdə 51 nəfər şəxsin iştirak etməsi nəzərdə tutulmuşdur. 21 noyabr 2024-cü il tarixdə, saat 14:00-da o, Dövlət Sərhəd Xidməti Aparatının inzibati binasının qarşısında mediatur iştirakçıları ilə görüşmüş, saat 14:N0-da iştirakçıların böyük hissəsi xüsusi təyin olunmuş avtobusla yola salınmışdır. Bəzi iştirakçılar təyinat məntəqəsinə öz şəxsi avtomobilləri ilə getmişlər. O, isə xidməti avtomobillə getmişdir. Siyahıda göstərilən baş redaktor Elçin Alıoğlu və bloqer Tofiq Şahmuradov istisna olmaqla, digər şəxslər tədbirdə iştirak etmişlər. Bəzi iştirakçılar bölgələrdə olduqlarından təyinat məntəqəsinə sərbəst qaydada gəlmiş, saat 20 radələrində onlar Şəmkir rayonuna çatmış, ondan sonra X10, general-leytenant Şahid1 tərəfindən iştirakçılara tədbirin planı və X2 xidməti fəaliyyəti barədə məlumat verilmişdir. Bundan sonra tədbirin iştirakçıları tərəfindən xidməti döyüş fəaliyyətini əks etdirən videoçarxa baxılmışdır. 22 noyabr 2024-cü il tarixdə saat 08:N0-da onlar əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsində yaradılmış şəraitlə tanış olmuşlar. Daha sonra onlar “Qazax” əlahiddə sərhəd diviziyasına, oradan dövlət sərhədində yerləşən “Babakər” sərhəd zastavasına, daha sonra isə Qazax rayonunun Xeyrimli kəndi ərazisində yerləşən yeni inşa edilmiş sərhəd zastavasına getmişlər. Həmin tədbirdə media nümayəndələri ilə yanaşı Dövlət Sərhəd Xidmətinin X10, general-leytenant Şahid1, Komandanın şəxsi heyət üzrə müavini, polkovnik Şahid2, “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Şahid5 və bir sıra zabitlər iştirak etmişlər. Xeyrimli kəndi ərazisində inşa edilmiş sərhəd məntəqəsi Azərbaycan-Ermənistan sərhədində yerləşdiyindən Şahid1 və digər zabitlər tərəfindən media nümayəndələrinə bir neçə dəfə təhlükəsizlik və məxfiçilik qaydalarına riayət etmələri, müəyyən edilmiş hərəkət yollarından kənara çıxmamaları, minalanmış ərazilərə girməmələri və zabitlərin göstərişlərinə tabe olmaları ilə bağlı xəbərdarlıq olunmuşdur. Həmin təlimatlandırma şifahi qaydada aparıldığından mediatur iştirakçılarından bununla bağlı hər hansı iltizam alınmamışdır. Təhlükəsizlik qaydaları dedikdə, sərhəd məntəqəsinin yerləşdiyi ərazinin kənarında minaların olması ehtimalı nəzərdə tutulmuş, məxfiçilik qaydaları dedikdə isə şəxsi heyətin sayı, silah-sursatın saxlanıldığı dəqiq yer, sərhəd məntəqəsinin adı, hərbi xəritələr və bu kimi məlumatların qorunmasıdır. Həmin qaydalar X10, general-leytenant Şahid1, “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri, general-mayor Şahid5 və onun tərəfindən media subyektlərinə 22 noyabr 2024-cü il tarixdə həm tədbirdən əvvəl və həm də tədbir gedişatında bir neçə dəfə çatdırılmışdır. Tədbir zamanı media nümayəndələri kameranın qarşısında çıxışlar etmiş və çəkilişlər aparmışlar. Bəzi media nümayəndələri ekspert Təqsirləndirilən şəxs mühasibə almışlar. Mediatur zamanı media nümayəndələri istənilən yerin foto və ya video çəkilişini apara bilməzdilər. Belə ki, onlar yalnız sərhəd məntəqəsində yaradılmış şəraitlə, yəni şəxsi heyətin istirahət yerləri, qida qəbulu və sair yerlərində çəkiliş apara bilərdilər. Bundan başqa, media subyektləri X10 və diviziyanın komandiri tərəfindən nümayiş etdirilən silah-sursat, texnika və avadanlıqları çəkə bilərdilər. Digər yerləri media subyektləri çəkə bilməzdilər, çünki Komandanlıq tərəfindən icazə verilməmişdir. Qadağan olunmuş hallar istisna olmaqla media subyektlərinə çəkilmiş videoların sonradan televiziya, xəbər saytları və sosial şəbəkələrdə ictimailəşdirilməsi qadağan olunmamışdır. Mediaturun məqsədi məhz o idi ki, sərhəd məntəqəsində yaradılmış şəraitlə bağlı ictimaiyyətə düzgün məlumatlar çatdırılsın. “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində təşkil olunmuş mediatur ilə bağlı Dövlət Sərhəd Xidməti tərəfindən hər hansı xəbər, foto və ya video material ictimailəşdirilməmiş, çünki tədbir haqqında məlumat və fotoşəkillər hazırlanaraq 25 noyabr 2024-cü il tarixdə rəhbərliyə təqdim olunmalı idi. Bir qayda olaraq, mediatur haqqında məlumatlar və foto şəkillər rəhbərliyin icazəsi ilə Dövlət Sərhəd Xidmətinin rəsmi internet saytında paylaşılır. 24 noyabr 2024-cü il tarixdə, saat 07:N0-da Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyət üzrə müavini, general leytenant Şahid4 hərbi ekspert Təqsirləndirilən şəxs mediatur zamanı Xeyrimli kəndi ərazisində yerləşən sərhəd məntəqəsində çəkdiyi və sosial şəbəkədə yayılmış videosunu ona göndərərək həmin videonun silinməsi üçün təcili olaraq Təqsirləndirilən şəxs ilə əlaqə saxlamasını tapşırmışdır. O, dərhal Təqsirləndirilən şəxs ilə telefonla danışaraq paylaşdığı videonu təcili olaraq silməsini demişdir. Təqsirləndirilən şəxs də ona paylaşdığı həmin videonu siləcəyinə söz vermişdir. Həmin videonun çəkilməsi və sonradan müxtəlif internet informasiya resurslarında yayılması ilə bağlı əvvəlcədən heç bir məlumatı olmamış, bu videoların yayılması onunla və ya Dövlət Sərhəd Xidmətinin hər hansı vəzifəli şəxsi ilə razılaşdırılmamışdır. Təqsirləndirilən şəxs ilə danışan zaman sonuncu ona həmin videonu özü çəkdiyini bildirmiş və videonu dərhal siləcəyini demişdir. Ümumiyyətlə, təşkil ediləcək səfərlərə dair plan mediaturun keçiriləcəyi birləşmənin rəhbərliyi tərəfindən hazırlanır və təsdiq olunur. “Qazax” əlahiddə sərhəd diviziyasında təşkil olunmuş plan tədbirdən öncə X11, general-leytenant Şahid1 tərəfindən təsdiq olunmuşdur. Mediatur zamanı dövlət sirrinin pozulmasının qarşısının alınması dəqiq olaraq kimə həvalə olunmasını bilmir. Mediatur hərbi birləşmənin xidməti ərazisində keçirildiyindən tədbir zamanı dövlət sirrinin pozulmasının qarşısının alınması əsasən həmin birləşmənin komandanlığının üzərinə düşür. Məhkəmədə Şahid11 ifadəsində bildirdi ki, o, Dövlət Sərhəd Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin sosial media üzrə mütəxəssisi vəzifəsində işləyir. Dövlət Sərhəd Xidmətində şəxsi heyətin sosial-məişət şəraitinin və sərhədçi peşəsinin layiqli təbliğatı məqsədi ilə qeyri-hökümət təşkilatları, hərbi ekspertlər və müxtəlif media nümayəndələrinin iştirakları ilə mediaturlar təşkil edilmişdir. 18-19 noyabr 2024-cü il tarixlərində işlədiyi idarənin rəisi, polkovnik ŞahidN ona göstəriş verərək bildirmişdir ki, növbəti mediaturda iştirak edəcək media subyektlərinin siyahısı hazırdır, şəxsən televiziyalar, bloqer Şahid8, hərbi ekspert Ramil Məmmədli, hərbi jurnalist Fərdin İsazadə və hərbi ekspert Təqsirləndirilən şəxslə özü danışacağını, siyahı üzrə digər media subyektləri ilə onun danışıb dəvət etməsini tapşırmışdır. O, da həmin tapşırıq əsasında “Respublika”, “Xalq”, “Azərbaycan”, “Səs“, “Yeni Müsavat“ qəzetləri, eləcə də “Azərtac”, “Azvision.az”, “Axar.az”, “MediaTurk”, “Report”, “X1N”, “X15”, “Baku.es”, “Rezonans.az”, “RTV” və “BizimMedia” adlı media subyektləri ilə əlaqə saxlayaraq mediatura dəvət etmişdir. Təqsirləndirilən şəxs hərbi ekspert olaraq bir neçə dəfə Dövlət Sərhəd Xidməti tərəfindən keçirilmiş mediaturlarda iştirak etmişdir. 21 noyabr 2024-cü il tarixdə media subyektləri tərəfindən Dövlət Sərhəd Xidmətinin X10, general-leytenant Şahid1 “Şəmkir” sərhəd dəstəsində təşkil edilmiş brifinqdə çıxışının çəkilməsi üçün həmin günü saat 14:N0da mediatur iştirakçıları ilə birlikdə Dövlət Sərhəd Xidmətinə məxsus avtobus ilə Şəmkir” sərhəd dəstəsi istiqamətində hərəkət etmişlər. 21 noyabr 2024-cü il tarixdə, saat 20:N0 radələrində “Şəmkir” sərhəd dəstəsinə çatdıqdan sonra brifinq lentə alınmış, orada yalnız general-leytenant Şahid1 çıxış etmiş və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti döyüş fəaliyyəti zamanı əldə olunmuş nəaliyyətlər və ictimaiyyətə açıqlana biləcək statistik məlumatları çatdırmış, çəkiliş başa çatdıqdan sonra media nümayəndələrinə sabahkı tədbirlə bağlı səthi məlumat vermiş, xüsusilə bildirmişdir ki, təhlükəsizlik qaydalarına riayət olunsun, minalı ərazilərə daxil olunmasın və məxfiçilik qaydaları gözlənilsin. Daha sonra mediatur iştirakçıları onlar üçün təşkil edilmiş şam yeməyi və konsert proqramında iştirak etmişlər. 22 noyabr 2024-cü il tarixdə, təxminən saat 07 radələrində “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində media nümayəndələrinə dövlət sərhədinin mühafizəsi zamanı xidmətin təşkilində istifadə olunan xidməti heyvanlar, eləcə də hərbi texniki cihaz, silah və texnika nümunələri nümayiş olunmuş, oradan isə birbaşa “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisinə yollanmışlar. Diviziyanın ərazisinə çatdıqdan sonra orada şəhidlərin abidə kompleksi ziyarət olunmuş, daha sonra burada da dövlət sərhədinin mühafizəsi zamanı xidmətin təşkilində istifadə olunan hərbi texniki cihaz, silah və texnika nümunələri nümayiş olunmuş, diviziyanın daxilində yerləşən əsgər yataqxanası və müşahidə kameralarının idarəetmə otağına baxış olmuşdur. O, əsgər yataqxanasına baxış keçirilərkən orada iştirak etmiş, lakin müşahidə kameralarının idarəetmə otağına baxış keçirildiyi zamanı həmin inzibati binanın qarşısında olmuş, çöldə qalan media nümayəndələrinin bir yerə toplanması ilə məşğul olmuşdur. Bundan sonra təşkil edilmiş çay süfrəsində iştirak etdikdən sonra onları Bakı şəhərindən gətirən “İsizu” markalı avtobus diviziyanın ərazisində qalmış, media nümayəndələri Dövlət Sərhəd Xidməti tərəfindən ayrılmış avtomobillərlə “Babakər” sərhəd zastavasının xidməti ərazisinə yola düşmüşlər. Diviziyanın “Babakər” sərhəd zastavasının ərazisində açıq havada quraşdırılmış 02 ədəd monitorda şərti sərhəd pozucusunun aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı videomaterial nümayiş etdirilmiş, onun həmin videonun əvvəlcədən hazırlanmış olması və ya həmin vaxt real olaraq baş verməsi barədə məlumatı olmamışdır. Bundan sonra Xeyrimli kəndi ərazisində yerləşən sərhəd zastavası istiqamətində hərəkət etmiş, zastavanın ərazisində yerləşən müşahidə məntəqəsinə baxış keçirilmişdir. Orada Təqsirləndirilən şəxs “Real TV”yə müsahibəsi zamanı, axra fonda Ermənistan bayrağının Azərbaycan bayrağından hündürdə göründüyünü müşahidə etdiyi zaman, çəkilişə mane olmuş və onlardan çəkiliş fonunun dəyişdirilməsini tələb etmişdir. Sonra isə media nümayəndələrinin minalı əraziyə keçməməsi üçün onları nəzarətdə saxlamaq üçün oradan ayrılmışdır. Bundan sonra media nümayəndələri Avey dağı istiqamətində yolda düşmüşlər. “Avey” sərhəd zastavasında ərazi ilə tanışlıqdan sonra media nümayəndələri Dövlət Sərhəd Xidməti və Mədəniyyət Nazirliyi tərəfindən qorunan Avey alban məbədinə doğru hərəkət etmiş və orada məqsəd sərhədçilərin dövlət sərhədi ilə bərabər həm də tarixi-mədəni irsimizin də keşiyində durduğunu media nümayəndələrinə nümayiş etdirmək olmuşdur. Həmin ərazidə çəkiliş başa çatdıqdan sonra media nümayəndələri geri qayıdaraq “Avey” zastavası ərazisində avtomobillərlə “Qazax” əlahiddə sərhəd diviziyasına yollanmışlar. Orada şam yeməyi yedikdən və konsertdə iştirak etdikdən sonra təxminən saat 21 radələrində Bakı şəhərinə doğru hərəkət etmişlər. Həmin gün boyunca və sonrakı müddətdə media nümayəndələri tərəfindən ona göndərilmiş bütün çəkilişlər və yazıları dərhal polkovnik ŞahidN göndərmişdir. ŞahidN media subyektləri tərəfindən mediaturla bağlı göndərilən materialları ona göndərməsini bildirdiyi üçün media subyektləri tərəfindən göndərilmiş bütün materialları dərhal ŞahidN göndərmişdir. Mediaturla bağlı yaratdığı “Mediatur: əlaqələndirmə qrupu” adlı “WhatsApp” proqramında olan materialları ŞahidN özünün də həmin qrupa üzv olduğu üçün göndərməmişdir. O, həmin “WhatsApp” proqramı vasitəsilə 21 noyabr 2024-cü il tarixdə mediaturda iştirak edən media subyektlərinin bölgə nümayəndələrinin tədbirin gedişatı barədə məlumat alması, xüsusilə marşrut xətti boyunca Bakı şəhərindən yola çıxan avtobusun harada olması barədə məlumat almaları və iştirakçılar arasında koordinasiya yaradılması üçün yaratmışdır. Həmin qrupda mediaturda iştirak edən bütün media nümayəndələrini, operatorlar xaric olmaqla əlavə etmişdir. Əvvəllər də mediatur keçirildiyi zaman ŞahidN əlaqələndirmə üçün “WhatsApp” proqramında olan qrupunun açılması və hamının əlavə edilməsi barədə göstəriş verdiyi üçün bu mediaturda da “WhatsApp” proqramında qrup yaratmış və sonuncunu da qrupa əlavə etmişdir. Mediatur zamanı qrupda olan hər kəsdən hazırladıqları materialları şəxsi mesaj şəklində göndərmələrini xahiş etmişdir. Bununla onların həmin materialları qrupa yox, ya birbaşa ona, ya da ŞahidN göndərmələrini nəzərdə tutmuşdur. Eyni zamanda polkovnik ŞahidN tərəfindən ona bildirilmişdir ki, mediatur iştirakçıları tərəfindən göndərilən materialları toplasın ki, onları sonda Şahid4 təqdim etsinlər. Ona görə də ona gələn materialları dərhal ŞahidN göndərmişdir. ŞahidN ona göndərdiyi materiallarda bəzi mətnlərdə statistik məlumatların düzgün təqdim edilməməsini bildirmiş və onlarda düzəliş edilməsini söyləmişdir. Mediatur zamanı məxfilik qaydalarının qorunmasına onun fikrincə cavabdeh şəxslər generalleytenant Şahid1 və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi ŞahidN olmuşlar. Hətta səfər zamanı zastavalardan birində yerləşən bunkerin çəkilişini müşahidə edən “Qazax” əlahiddə sərhəd diviziyasının komandiri general-mayor Şahid5 ŞahidN həmin çəkilişin dayandırılmasını, silinməsini və ictimaiyyətə verilməməsini tələb etdiyini şəxsən eşitmişdir. ŞahidN ona bildirmişdir ki, bu barədə “Mediatur: Əlaqələndirmə qrupu”na səs atsın, lakin o, sonuncuya rəhbər şəxs olduğu üçün tələbinə daha ciddi yanaşılacağını bildirirərək özünün səsli mesaj göndərməsini xahiş etmişdir. ŞahidN da bu barədə qrupa səsli mesaj göndərmişdir. “Azvision.az” saytının redaktoru Şahid10 tərəfindən həmin “WhatsApp” proqramında olan qrupa göndərilmiş, Təqsirləndirilən şəxs Avey dağı üzərində yerləşən zastava, Uğur və Məğrur postlarının yerləşmə yerləri və sair barədə izahlar verməsi haqda videogörüntünü lentə alaraq qrupa göndərdiyinə görə Şahid10 təşəkkür etmişdir. Həmin videonun tərkibində dövlət sirri olduğunu bilməmiş, hətta videoya qrupa göndərildikdən sonra baxmamışdır. Təqsirləndirilən şəxs həmin videogörüntünü öz “Facebook” sosial şəbəkəsində olan səhifəsində yaymasını sonradan ŞahidN sözləri əsasında bilmişdir. Ümumiyyətlə mediatur zamanı şifahi olaraq məxfilik qaydalarına əməl edilməsi Şahid1 tərəfindən bildirilmişdir. Təqsirləndirilən şəxs səfərdən geri qayıtdıqdan sonra ondan xahiş etmişdir ki, Dövlət Sərhəd Xidmətinin çəkiliş qrupu tərəfindən özü ilə bağlı çəkilmiş şəkilləri ona göndərsin. O da həmin şəkilləri Dövlət Sərhəd Xidmətinin çəkiliş qrupundan aldıqdan sonra polkovnik ŞahidN icazəsi ilə “Mediatur: Əlaqələndirmə qrupu” və Təqsirləndirilən şəxs göndərmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış aparılması haqqında” 24 noyabr 2024-cü il tarixli protokolda qeyd olunur ki, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində olan hesabına 24 noyabr 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan və həmin protokola əlavə olunmuş CD diskdəki olan məlumatlardan görünür ki, həmin səhifənin linki “https://www.facebook.com/adalet.verdiyev.10?mibextid=ZbWKwL” kimidir. Həmin səhifədə xx.xx.2024-cü ildə paylaşılmış (https://www.facebook.com/story.php?story_fbid=**********948NN9&id=**********657 49&rdid=qHUZRRRDQ0vNQErw) 2 ədəd videoda Təqsirləndirilən şəxs aşağıdakı məzmunda qeydlər etmişdir: “Qazax və Şəmkir istiqamətində xidmət edən sərhədçilərimiz üçün yaradılan şəraitlə tanış oldum. Azad edilən kəndlərdə yarım ildə ikinci dəfə oldum. Cəmi 6 ay ərzində həqiqətən böyük işlər görülüb. Vətənimizin hər qarışı, hər daşı, hər zərrəsi sərhədçilər tərəfindən göz bəbəyi kimi qorunur”. N dəqiqə 18 saniyə davam edən birinci videoda Təqsirləndirilən şəxs “Azərbaycan Dövlət Sərhəd Xidmətinin X2 “Qazax” əlahiddə sərhəd diviziyası erməni işğalından yeni azad olunan Xeyrimli kəndində sərhəd zastavası qurub, hazırda biz zastavanın ərazisindəyik. Zastavada şəxsi heyətin xidməti üçün bütün şərait yaradılıb. Hazırda bu ərazi ilə daha yaxından tanış olmağa çalışacam... daha yuxarıdan sizi Ermənistan tərəfinin mövqeləri ilə tanış edəcəm. Burada şəxsi heyətin sanitar qovşağı, generator qurğusu, əraziyə su çəkilib, su xəttini görürük, bu konteynerlər isə şəxsi heyətin burda yerləşir yataq dəstləri, ehtiyat geyim əşyaları, lampalar, təmizləmə vasitələri, ehtiyat yataq dəstləri, qış geyim paltarı, formaları və s. hər bir şey var. Zastavalar gücləndirilib, təkərlər içinə torpaq doldurmaqla. Ona görə burda şəxsi heyətin su ehtiyatları...” deyə təsvir edərək sərhəd zastavasının ərazisini təqdim edir. Jurnalist olması ehtimal edilən bir qadının “Ədalət müəllim deməli bura hansı ərazi idi?” sualına “Xeyrimli kənd sərhəd zastavası” deyə cavab verir. Daha sonra videoda zastavanın ərzaq və qida anbarı nümayiş etdirilir. N dəqiqə 21 saniyə davam edən ikinci videoda isə Təqsirləndirilən şəxs tərəfindən zastavanın digər əraziləri təqdim edilir: “bu zastava rəisinin otağıdır. Həmin Xeyrimli kəndində yerləşən, yeni inşa olunan zastava, sərhəd zastavası.. bu gizirlərin otağıdır, zastava rəisinin müavini də burda qalır. Sonra burada şəxsi heyətin dincəlməsi üçün şərait yaradılıb, hər bir yerdə radiator, boiler sistemi yığılıb, istilik verilib, əsgərlərin də istirahət otaqları tam yaxında, burda da yenə eyni boiler sistemi...işıqlanma və s. var. Generator daim işləyir...”. Daha sonra yeməkxana, döyüş hazırlığı keçirilən sinif otağı nümayiş etdirilir. Videonun sonunda Təqsirləndirilən şəxs üzərində “Silah otağı” yazılan qapını göstərərək oranın silah otağı olduğunu, oraya daxil olmağa icazəsinin olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixdə paylaşılan N7 saniyə davam edən digər videonun (https://www.facebook.com/adalet.verdiyev.10/videos/ qazax- %C9%99lahidd%C9%99-s%C9%99rh%C9%99d-diviziyas%C4%B1-m%C N%BChafiz%C9%99-v%C9%99-m%CN%BCdafi%C9%99-etdiyi-142-kmd%CN% B6vl%C9%99ts%C9%99rh%C9%99d/**********902296/?rdid=LgpOLknVUj8 dp94B) açıqlama bölməsində ““Qazax” əlahiddə sərhəd diviziyası mühafizə və müdafiə etdiyi 142 km dövlət sərhədinə həm də 1000-dən çox kameralar ilə nəzarət edir. Bu kameraların görüntüləri diviziyadan başqa yuxarı komandanlıq, yəni həm də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi. Həm də X5 üçün onlayn rejimdə əlçatandır” qeyd edilmişdir. Videomaterialda müşahidə kameralarının izlənildiyi otaq nümayiş etdirilmiş, Təqsirləndirilən şəxs aşağıdakı məzmunda açıqlamalar vermişdir: “Qazax əlahiddə sərhəd diviziyasında sərhədlərimizin hər bir qarışı, hər bir daşı bax belə qorunur. Texniki vasitələrlə əməliyyat şəraitinə idarəetmə məntəqəsindən operatorlar nəzarət edirlər. Şəraitdə dəyişikliklər dərhal qeydə alınır” kimi qeydlər vardır. • xx.xx.2024-cü il tarixdə paylaşılan (https://www.facebook.com/adalet.verdiyev.10/vide os/q%C9%99hr%C9%99man-s%C9%99rh%C9%99d%CN%A7il%C9%99rimizavey-da%C4%9Fda-odun-da%C4%9Fda-boz-da%C4%9Fda-u%C4%9Fur-v%C 9%99-m%C9%99%C4%9Frur-m%C9%99nt%C9%99q%C9%99l/**********45 2491/?rdid=GPxzOAhgCYCqLEAz) və 2 dəqiqə 4 saniyə davam edən digər bir videoda Ədalər Verdiyev hərbi mövqeləri aşağıdakı kimi təqdim edir: “Hazırda biz Qazax əlahiddə sərhəd diviziyasının Avey dağı yüksəkliyi üzərində yerləşən sərhəd zastavasının mövqelərindəyik. Bildiyiniz kimi bu ərazidən sərhəd qoşunlarının hissə və bölmələri Odun dağda sol tərəfdə ən yüksək dağ, sonra Uğur və Məğrur postlarının yerləşdiyi yüksəkliklərdə və sol tərəfdə əhalinin Boz dağ adlandırdığı yüksəklik üzərində mövqelərimiz yerləşir və bu mövqelərin ortasında Ermənistanın 5N0-cu motoatıcı briqadasının bir bölməsi Ermənistanın Xotnik kəndi adlanan, o tüstü çıxır yuxarıda bax onun sol tərəfindəki Xotnik kəndinin yuxarısında olan, həmin o kənddə bəri gəldikdə isə ortada aşağıda bir yüksəklik var. Həmin o yüksəklik üzərində də düşmənin mövqeləri var. Başqa sözlə desək düşmənin N tərəfdən sərhəd diviziyasının şəxsi heyətinin döyüş mövqeləri ilə əhatə olunub. Bu ərazilərdə biz kifayət qədər böyük bir coğrafiyanı müşahidəmiz altında saxlayırıq və bu müşahidəni eyni zamanda yaxınımızda olan termal kamera ilə ərazidə baş verənləri izləyirik. Xatırladıram ki, kamera gecə və gündüz rejimində 20 km-ə qədər məsafəni müşahidə etməyə imkan verir. Belə bir yüksəklikdə yerləşən sərhəd qoşunlarının fəaliyyəti təbii ki Qaraçal postunda yerləşən düşmən mövqeləri üçün kifayət qədər böyük təhlükələr vəd edir”. Qeyd edilən paylaşımın 959 sosial şəbəkə istifadəçisi tərəfindən izlənilməsi, 7 istifadəçi tərəfindən paylaşılması, 149 istifadəçi tərəfindən bəyənilməsi, 7 istifadəçi tərəfindən paylaşıma şərh yazılması müəyyən olunur. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə paylaşılan 2 dəqiqə 11 saniyə davam edən videogörüntüdə isə Təqsirləndirilən şəxs çəkdiyi ərazini nümayiş etdirərək aşağıdakı sözləri deyir: “Xeyrimli kəndi ərazisində Qazax əlahiddə sərhəd diviziyasının yeni bir sərhəd zastavası açılıb, həmin ərazidə Azərbaycan bayrağı dalğalanır. Hazırda ətrafda Ermənistanın kəndləri aşkar gözlə müşahidə olunur. Bu da Məzəm gölüdür. Məzəm gölünün ətrafında baxın yaşayış məntəqələri ərazilərin hamısı ayağımızın altındadır və digər tərəfdən də sizə daha maraqlı bir detal göstərəcəm, görək hərəkət olarsa baxın uzaqda dağların arasından bir yol görünür. Orda hətta bir maşın da hərəkət edir. Ağ maşın baxın. Həmin o, Ermənistan-Gürcüstan yoludur. Bu da ermənilərdir. Üst tərəfdə, əks tərəfdə, delimitasiya olunmuş sərhədin əks tərəfində yerləşiblər və maraqlı daha bir detal göstərirəm. Bilmirəm nədənsə əks tərəf sərhədi tez-bazar delimitasiya edib. Baxın görünür məftilləri çəkiblər. Mənə elə gəlir bir az tələsiblər. Çünki hələ Azərbaycanın 4 kəndi var. N-ü Qazax ərazisində olmaqla, hansı ki eksklav kəndlərdir. Onlar bizə qaytarılmayıb, ona görə də delimitasiya prosesindən sonra dərhal sərhədi erməni tərəfinin çəkməsi birmənalı olaraq onların dərin narahatlıq hissi keçirməsi ilə əlaqədardır. Belə bir narahatlıq keçirən Ermənistana silahlanması da məqsədəuyğun deyil. Ərazidə də hamı buradadır. Baxın bu da bizim termal müşahidə kameralarımız, ərazi 24 saat izlənilir. Baxın yuxarıda dronumuz da bizi çəkir. Aha bu da var. Hamı məni çəkir, məndə hamını”. xx.xx.2024-cü il tarixdə edilən digər paylaşımda (https://www.facebook.com/story.php?storyfbid=**********681620&id = **********65749&rdid=KqVUYNBGHMcz0kBw# ) “Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçında N əlahiddə diviziya, N hərbi hissə sərhəd mühafizəsinə başlayıb” deyə qeyd edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə feysbuk hesabında etdiyi digər paylaşımında mediatur zamanı verdiyi müsahibə əsasında “Medianews.az” informasiya portalında xx.xx.2024-cü il tarixdə saat 1N:27-də dərc edilən, müəllifi Nailə Qasımova olan “Sərhədimizin XEYRİMLİ ZİRVƏSİ: Əsgərlərimiz Ermənistanın 20 kilometr dərinliyinə kimi… – FOTOLAR” başlıqlı məqalədə (https://medianews.az/2024/11/2N/serhedimizin-xeyrimli-zirvesi-esgerlerimizermenistanin-20-kilometr-derinliyine-kimi-fotolar) bir qrup hərbi ekspert, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) “Qazax” əlahiddə sərhəd diviziyasına mediatur təşkil olunduğu, səfər çərçivəsində mediatur iştirakçılarının Ermənistan işğalından azad olunmuş Xeyrimli kəndi ərazisinə səfər etdikləri və Qazaxın işğaldan azad olunan kəndlərində Azərbaycan-Ermənistan sərhədinin hansı səviyyədə qorunması, ötən müddət ərzində burada görülən işlər barədə məlumatlandırıldıqları bildirilmişdir. Həmçinin səfər iştirakçısı Təqsirləndirilən şəxs “Medianews.az”-a açıqlamasında “Qazax” əlahiddə sərhəd diviziyasının yeni zastavasında, işğaldan azad olunmuş kəndlərin ərazisində müvafiq sərhəd infrastruktunun qurulduğunu, 142 kilometrlik sərhəd xəttinin müdafiə və mühafizəsini həyata keçirən diviziyanın Xeyrimli kəndindəki sərhəd zastavası da şəxsi heyətin xidməti üçün zəruri olan bütün silah-sursat, texnika və avadanlıqla təchiz olunduğunu, diviziyanın müdafiə və mühafizə etdiyi 142 kilometrlik dövlət sərhədi 1000-dən çox müxtəlif təyinatlı kameralarla 7 gün 24 saat rejimində müşahidə olunduğunu, dövlət sərhədindən hətta Ermənistanın 20 kilometr dərinliyinə qədər müşahidə aparmaq, orada baş verən prosesləri izləməyin mümkün olduğunu, bunun həm sərhəd zastavasından, həm diviziyanın qərargahından, həm də Dövlət Sərhəd Xidməti komandanlığının qərargahından, aidiyyəti qurumlarının idarəetmə məntəqələrindən onlayn rejimdə həyata keçirilə bildiyini bildirmişdir. Təqsirləndirilən şəxs eyni zamanda hazırki zastavanın müvəqqəti olaraq həmin ərazidə yerləşəcəyini, Xeyrimli, Bağanıs Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin ərazisində hazırda minatəmizləmə işlərinin davam etdiyini və bu proses başa çatdıqdan sonra, təxminən 2025-ci ildə həmin kəndlərin bərpasının başlanacağını, qeyd edilən kəndlərin bərpası ilə bağlı hazırlanan planlara uyğun olaraq sərhəd zastavasının yerləşdiyi ərazidə müəyyən dəyişikliklər gözlənildiyini, Azərbaycan əsgərinin düşmən işğalında qalan Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara, eləcə də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndlərinin geri qaytarılması üçün istənilən vəzifəni və tapşırığı yerinə yetirməyə hazır olduğunu, Ermənistanın danışıqlar yolu ilə bu kəndləri də geri qaytarmayacağı halda, Azərbaycan əsgərinin bunu edə biləcəyini qeyd etmişdir (İ cild, i.v.16-2N, disk); • "Könüllü təqdim edilən əşyaların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi “X19 11” markalı mobil telefon götürülmüşdür (İ cild, i.v.6N-64); • “Baxış aparılması haqqında” 25 noyabr 2024-cü il tarixli protokolda qeyd olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi Redmi” markalı telefonunun “WhatsApp” proqramında “Mediatur: Əlaqələndirmə qrupu” adlı, N9 üzvdən ibarət qrup aşkarlanmış, qrup +**********22 mobil telefon nömrəsi vasitəsilə açılmış “Fəqan Dsx” adı ilə qeyd edilmiş istifadəçi tərəfindən xx.xx.2024-cü il tarixdə məlumat paylaşılması məqsədilə yaradılmışdır. Qrupda xx.xx.2024-cü il tarixdə saat 18:14-də +**********99 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş, “Səbinə Azvuzion” adlı istifadəçi tərəfindən Təqsirləndirilən şəxs 2 dəqiqə 4 saniyə davam edən və hərbi mövqelər barədə məlumat verən videosu paylaşılmışdır. Həmin videonu göndərdiyinə görə “Fəqan Dsx” tərəfindən “Səbinə Azvuzion”a təşəkkür edilmişdir. Təqsirləndirilən şəxs saat 20:11-də yenidən həmin videonu qrupa göndərərək “kim istəsə istifadə edə bilər. Qəhrəman sərhədçilərimiz Avey dağda, Odun dağda, Boz dağda, “Uğur” və “Məğrur” məntəqələrində döyüş mövqelərində yerləşib. Bu mövqelərin ortasında və daha aşağı yüksəklikdə fərari ordusunun 5N0-cu motoatıcı briqadasının bir tağımı cəmisi bir dayaq məntəqəsində yerləşir. Dizləri əsir...” deyə qeyd etmişdir. +**********70 mobil telefon nömrəsinin sahibi (Təqsirləndirilən şəxs tərəfindən adı Rahim Speys kimi qeyd etmişdir) xx.xx.2024-cü il tarixdə fotoşəkil istəmiş, Təqsirləndirilən şəxs 2 ədəd “Rahim Speys” adlı şəxslə çəkilməsi ehtimal edilən şəkil, bu yazışmadan öncə isə “Qazax” əlahiddə sərhəd diviziyasının ərazisində yerləşən 17-cü sərhəd nişanının şəklini göndərmişdir; Telefona baxış zamanı, Təqsirləndirilən şəxs apardığı bütün çəkilişlər onun mobil telefonunun “Kamera“ bölməsində aşkarlanmış, eyni zamanda Təqsirləndirilən şəxs bunker adlanan bölməni də çəkməsi müəyyən edilmişdir. Həmin video 17 saniyə davam etmiş, Təqsirləndirilən şəxs “bunkerlər şəxsi heyətin mühafizəsi üçün nəzərdə tutulub. Kifayət qədər möhkəmləndirilmiş bunkerimiz” məzmunlu fikirlər səsləndirmiş, videoda qapalı dəhlizdə hərəkət edən media nümayəndələri və sərhədçilər müşahidə edilmişdir (İ cild, i.v.208-215); • “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunur ki, “Musavat TV”-nin rəsmi “Tiktok” və digər sosial şəbəkə səhifələrinə keçirilmiş baxış protokolundan və ona əlavə edilmiş CD diskdə olan məlumatlardan görünür ki, “tvmusavatofficial” adlı “Tiktok” kanalında yayımlanmış 1 dəqiqə N7 saniyə davam edən video görüntüdə hərəkətdə olan nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini - X10, generalleytenant Şahid1, onun sol tərəfində hərbi ekspert Təqsirləndirilən şəxs, arxada isə səsindən qadın olması ehtimal edilən naməlum səfər iştirakçısının (Musavat TV-nin əməkdaşı olması ehtimal edilir) “Qazax” əlahiddə sərhəd diviziyasının erməni işğalından yeni azad olunan kəndləri istiqamətində hərəkət edərkən apardıqları danışıqlar əks olunmuşdur. Videonun əvvəlində Təqsirləndirilən şəxs telefonla çəkiliş aparması, hətta sərhəd nişanını videoya çəkə bilmək üçün Şahid1 arxaya çəkilərək ona şərait yaratması aydın şəkildə müşahidə edilmişdir. Eyni zamanda Şahid1 videonun 4N-44-cü saniyələrində arxada oturan qadına tərəf dönərək onunla danışması nəzərə alınaraq Şahid1 həmin qadının da videoçəkiliş aparmasından məlumatlı olması müəyyən edilmişdir. Videoda Şahid1 media nümayəndələrinə izahlar verməsi və verilən sualları cavablandırması müəyyən olunur. Belə ki, Videoda aşağıdakı məzmunda danışıq aparılır: • Şahid1: Bax bu sərhəd nişanı, bir dənə zəhmət olmasa yavaş-yavaş sür. Budur bax, gördünüz? • Naməlum qadın: Aha • Şahid1: Budur bax • Naməlum qadın: Bura nədir? Bura haradır? • Təqsirləndirilən şəxs: Sərhəd xəttidir. • Şahid1: Sərhəd xətti gedir belə bura, burdan da qayıdır çayı keçmir, geriyə. Bax burda görürsünüz? • Naməlum qadın: Aha. • Şahid1: Bax orda görürsünüz çəpəri orda? • Naməlum qadın: Aha, sərhəd xəttimizdir hə? • Təqsirləndirilən şəxs: 17-dən sonrakı hardadır, yuxarıdadır o da? • Şahid1: Yox, onlar bir az içəridədir. Biz yolları bir az aralı çəkmişik. Onlar ərazidə hamısı basdırılıbdı. • Naməlum qadın: Deməli müəllim bu Ermənistanla 17-ci sərhəd xəttimiz oldu? • Şahid1: Sərhəd nişanı, nişan. • Naməlum qadın: Bəli • Təqsirləndirilən şəxs: NN dənədir. • Şahid1: NN dənə vurulub o nişandan, • Təqsirləndirilən şəxs: bu 17-cidir. • Şahid1: bu 17-cidir. • Naməlum qadın: Biz hazırda hansı ərazidəyik? • Şahid1: Xeyrimli kəndinə gedirik. • Təqsirləndirilən şəxs: Xeyrimli kəndinə yaxınlaşırıq. • Şahid1: Bax mən siz xəritədə göstərirəm, bax biz hal-hazırda buranı qalxırıq. Bu yolu qalxırıq, bu yoldayıq, həmin nişan da budur bax görürsünüz? • Təqsirləndirilən şəxs: Burun kimi girib içəri. • Şahid1: Burun kimi girib içəri (İ cild, i.v.229-2N8, disk); • “Baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokolda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində mövcud olan ermənilərə məxsus “hap.armenia.2021” (https://www.instagram.co m/hap.armenia.2021/reel /DCtKPXQP5jL/) və “analytic.am” (https://www.instagram.com/analy tic.am/ reel/DCrw_p0İDNP/) hesablarında “Düşmən onlara hədiyyə edilmiş ərazilərdə güclənir, Tavuşun yaşayış məntəqələrinin qonşuluğunda sərhəd zastavaları qururlar” məzmunlu paylaşım edilmişdir. Ümumerməni Milli Dövlət partiyasının sədri Artur Vardanyan öz yutub hesabında “Düşmən güclənir, Tavuşun yaşayış məntəqələrinin qonşuluğunda sərhəd zastavaları qururlar” məzmunlu 2 dəqiqə 11 saniyə davam edən video paylaşım (https://www.youtube.com/watch?v=7xBXwFYxcwA) etmişdir. Video səssiz rejimdə yayımlanmışdır. Göstərilən videonun araşdırılması zamanı onun hərbi ekspert Təqsirləndirilən şəxs tərəfindən feysbuk sosial şəbəkəsində paylaşılan video ilə eyni olması müəyyən edilmişdir. Bununla yanaşı, xx.xx.2024-cü il tarixdə saat 22:N9-da qrup tərtibatçısı “ВДВ ОСНАЗ” şərti adlı hesab olan “SisMasis chat” adlı teleqram sosial şəbəkəsinə məxsus erməni kanalında Təqsirləndirilən şəxs çəkdiyi 2 dəqiqə 11 saniyə davam edən videogörüntü yayılmış, videoda Təqsirləndirilən şəxs çəkdiyi ərazini nümayiş etdirərək azərbaycan dilində aşağıdakı sözləri demişdir: “Xeyrimli kəndi ərazisində Qazax əlahiddə sərhəd diviziyasının yeni bir sərhəd zastavası açılıb, həmin ərazidə Azərbaycan bayrağı dalğalanır. Hazırda ətrafda Ermənistanın kəndləri aşkar gözlə müşahidə olunur. Bu da Məzəm gölüdür. Məzəm gölünün ətrafında baxın yaşayış məntəqələri ərazilərin hamısı ayağımızın altındadır və digər tərəfdən də sizə daha maraqlı bir detal göstərəcəm, görək hərəkət olarsa baxın uzaqda dağların arasından bir yol görünür. Orda hətta bir maşın da hərəkət edir. Ağ maşın baxın. Həmin o Ermənistan-Gürcüstan yoludur. Bu da ermənilərdir. Üst tərəfdə, əks tərəfdə, delimitasiya olunmuş sərhədin əks tərəfində yerləşiblər və maraqlı daha bir detal göstərirəm. Bilmirəm nədənsə əks tərəf sərhədi tez-bazar delimitasiya edib. Baxın görünür məftilləri çəkiblər. Mənə elə gəlir bir az tələsiblər. Çünki hələ Azərbaycanın 4 kəndi var. N-ü Qazax ərazisində olmaqla, hansı ki eksklav kəndlərdir. Onlar bizə qaytarılmayıb, ona görə də delimitasiya prosesindən sonra dərhal sərhədi erməni tərəfinin çəkməsi birmənalı olaraq onların dərin narahatlıq hissi keçirməsi ilə əlaqədardır. Belə bir narahatlıq keçirən Ermənistana silahlanması da məqsədəuyğun deyil. Ərazidə də hamı buradadır. Baxın bu da bizim termal müşahidə kameralarımız, ərazi 24 saat izlənilir. Baxın yuxarıda dronumuz da bizi çəkir. Aha bu da var. Hamı məni çəkir, məndə hamını”. Videonun rus dilində olan açıqlama hissəsində aşağıdakı sözlər yazılmışdır. “Azərbaycan Tavuş rayonunun işğal olunmuş Kiranç kəndi istiqamətində yeni hərbi baza yaratdı. Azərbaycan mənbələri bildirir ki, bu mövqenin strateji əhəmiyyəti var və Ermənistan-Gürcüstan dövlətlərarası yola nəzarət edir. Bu zaman isə Paşinyan bildirir ki, Kiranç heç vaxt indiki kimi təhlükəsiz olmayıb”. Eyni zamanda xx.xx.2024-cü il tarixdə,saat 2N:55-də “parallel95” adlı (qrup tərtibatçısı barədə məlumat qeyd edilməmiş) teleqram sosial şəbəkəsinə məxsus kanalda “SisMasis chat” kanalında Təqsirləndirilən şəxs tərəfindən paylaşılmış 2 dəqiqə 11 saniyə davam edən həmin video paylaşılmış, açıqlama hissəsində rus dilində aşağıdakı məzmunda yazı qeyd edilmişdir: “Azərbaycan Paşinyanın satdığı Kiranç kəndi istiqamətində yeni hərbi baza yaradır (Tavuş rayonu). Azərbaycan mənbələri bildirir ki, mövqe mühüm əhəmiyyətə malikdir və yüksəklikdən Ermənistanın Rusiya-Gürcüstan- Ermənistan-İran dövlətlərarası yoluna tam nəzarət edir. Yada salaq ki, 2024-cü ilin yazında Ermənistan və Azərbaycan rəhbərliyi arasında ticarət sövdələşməsi nəticəsində Ermənistanın Travuş rayonundakı 4 yaşayış məntəqəsi birtərəfli qaydada Azərbaycana verilib. Eyni zamanda, Ermənistan tərəfi Azərbaycandan qoşunlarını daha öncə işğal olunmuş ərazilərdən çıxarmağı belə tələb etməyib. Sülh dövrü gəlir – onlar deyirdilər”. Bununla yanaşı, Ermənistanın “azatutyun.am” (https://www.azatutyun.am/a/adrbejanin -veradardzvats-chorsgyougheroum-bakoun-mtadir-e-nor-sahmanayin-oughekalner-karoutsel /********.html), “infoport.am” (https://infoport.am/am/news/international/tavushicadrbejanin-handznvats-taratsqnerum-baqun-mtadir-e-nor-sahmanayinughekalner-karucel), “armday.am” (https://armday.am/post/270495), “168.am” (https://168.am/2024 /xx/xx/21N0N47.html), “tert.am” (https://www.tert.am/am/news /2024/11/22 /region/421N182) xəbər portallarında Azərbaycan Sərhəd Qoşunlarının komandanı Şahid1 2025-ci ildə Ermənistanın Azərbaycana təhvil verdiyi dörd kəndin (Qızıl Hacılı, Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım) bərpa ediləcəyini və orada 2025-ci ildə sərhəd zastavalarının tikiləcəyi ilə bağlı məlumat verdiyini bildirən məqalələr dərc edilmişdir. Armday.am saytı Şahid1 APA xəbər agentliyi ilə müsahibəsində qeyd edilən fikirləri bildirdiyini qeyd etmişdir (İ cild, i.v.2N9-246, disk); • X12 üzrə İdarələrarası Komissiyanın 2N yanvar 2025-ci il tarixli, N-51/2-N/2025 saylı məktubundan görünür ki, təqdim olunmuş videomateriallarda əks olunmuş məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 0N iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı” ilə dövlət sirrinə aid edilmişdir (İİİ cild, i.v.29-N0); • Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli məxfi məktubundan edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının dövlət sərhəddinin mühafizəsinin və müdafiəsinin təmin edilməsində bir üsul olaraq videokameralardan istifadə olunmuşdur. Qeyd olunan videokameralar sərhəd zastavalarının müşahidə qüllələrində yerləşdirilməklə dövlət sərhəddinin pozulması əlamətlərinin qabaqcadan aşkarlanması və qarşısının alınması məqsədilə quraşdırılmışdır. Azərbaycan Respubliksının Dövlət Sərhəd Xidməti rəisinin 15 oktyabr 2007-ci il tarixli, 0144 №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti üzrə məxfilləşdirilmiş məlumatların geniş siyahısına əsasən “Dövlət sərhəddinin mühafizəsinin üsul və metodlarını, qoşun əməliyyatlarını açıqlayan məlumatlar”, eləcə də “Dövlət sərhədinin mühafizəsində istifadə edilən hərbi texnika və xüsusi vasitələrin səmərəliyinin artırılması üzrə həyata keçirilən tədbirlərin mahiyyətin açıqlayan məlumatlar” dövlət sirrinə aid edilən məlumatlar hesab edilir. Bu videokameraların yerləşdiyi nöqtələrin fotoşəkillərinin çəkilərək kimlərəsə göndərilməsi dövlət sirrinin yayılmasıdır (İİİ cild, i.v.172-17N, disk); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 4(001)- 908/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.216-217); • “Sübutların qiymətləndirilməsi haqqında” 06 fevral 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs yaydığı “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd zastavasının ərazisinin, orada dövlət sərhədinin pozulması əlamətlərinin qabaqcadan aşkarlanması və qarşısının alınması məqsədi ilə istifadə olunan dron, həmçinin quraşdırılmış müşahidə məntəqələri, müşahidə kameralarının texniki göstəriciləri, yerləşmə yerlərini, hansı istiqamətlərdə, məsafədə və müddətdə müşahidənin aparılmasını, konkret döyüş məntəqələrinin adlarını, onların yerləşdiyi yüksəklikləri və konkret yerlərini, həmçinin yaxınlıqdakı Məzəm gölü, Ermənistan Respublikası ərazisində olan həmin ərazidən görünən avtomobil yolu, eləcə də Ermənistan Respublikasının ərazisində yerləşən konkret yaşayış məntəqələrinə münasibətdə məsafələrini və yerləşmə istiqamətlərinin videoçəkilişləri dövlət sirri kimi qiymətləndirilmiş və Füzuli Hərbi Məhkəməsinin 26 iyun 2024-cü il tarixli, 1-1(097)-26/2024 saylı hökmü qeyd olunan hissədə hazırki cinayət işi üzrə preyudisial qaydada qüvvəyə malik hal kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs istifadəsində olan “Xiaomi Redmi” markalı, “Note 11” modelli mobil telefon maddi sübut kimi tanınmış və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır (İİİ cild, i.v.177-2N8); • “XN Sistemi”nin xx.xx.2025-ci il tarixli məhkumuq məlumatlarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİİ cild, i.v.166); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 X14 Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Ambulator kitabçadan (xəstəlik kartından) Çıxarış”lara əsasən Təqsirləndirilən şəxs “insulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Başlanğıc qocalıq kataraktası, Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, onurğanın osteoxondrozu, boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi” diaqnozu qoyulmuşdur (İİİ cild, i.v.160-161). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılmasına görə, dövlətə xəyanət əlamətləri olmadıqda cinayət məsuliyyətini müəyyən edir. "Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: • dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır (1.0.1-ci maddə); • milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi, tikintisi və istismarı, habelə bu obyektlər üçün torpaq, yer təki və akvatoriyalar ayrılması haqqında, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında hərbi sahədə məlumatlar dövlət sirrini təşkil edir (5.1-ci maddə); • Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında məlumatlar kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində olan məlumatlara aiddir (5.4.7-ci maddə). Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 0N iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”na əsasən qoşunlardan istifadənin strateji planlanın, əməliyyat planlarını, döyüşü idarəetməyə dair sənədləri, qoşunların müxtəlif dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi üzrə sənədləri, onların strateji və əməliyyat planlan üzrə düzülməsini, quruculuq planlarını, döyüş hazırlığını, hərbi-siyasi və (və ya) əməliyyat şəraitini, əməliyyat (döyüş) hazırlığı vəziyyətini, fəaliyyətinin təminatlığını, səfərbərlik hazırlığını, dövlət ehtiyatlarının yaradılmasını və istifadəsini, qoşunları idarəetmə sistemlərinin tərkibini və (və ya) vəziyyətini, qoşunların səfərbərlik üzrə düzülməsini, səfərbərlik üzrə düzülməsini idarəetmə sistemini (və ya) onların şəxsi heyətlə, silah, hərbi texnika və başqa maddi vasitələrlə, maliyyə vəsaiti ilə, habelə hərbi daştmalarla təmin olunma imkanlarını, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olaraq açıq bildirilməli olmayan qoşunların dislokasiyasını, həqiqi adını, təşkilati strukturunu, şəxsi heyətinin sayını, döyüş tərkibini və ya miqdarını açıqlayan məlumatlar dövlət sirrinə aid edilən məlumatlardır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.N-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 200N-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinə uyğun cəzanın təyin edilməsi qanuni və ədalətlidir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səhhətini, yaşını və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, o, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, ailəsi və yaxınlarından, habelə uyğunlaşdığı mühitdən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə bilər. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza şərti hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın şərti tətbiq olunması qənaətinə gələrkən məhz sosial ədalətin bərpasını və məhkumun islah olunmasının mümkünlüyünü, cəza təyin edilərkən humanizm, ədalətlilik, cəzanın fərdliyini və törədilmiş cinayətin ağırlığına uyğunluğunu nəzərə alır. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Bu Məcəllənin 70.N-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur və bu müddətin həddi altı aydan beş ilədəkdir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Həmin Məcəllənin 181.1-ci maddəsinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Eyni zamanda, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 200N-cü il tarixli Qərarının 25-ci bəndinə əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs 24 noyabr 2024-cü il tarixdən həbsdə olması müddətini ona Cinayət Məcəlləsinin 69.N-cü maddəsində göstərilən kimi təyin edilən cəza müddətinə hesablamır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsində saxlanılan “Xiaomi Redmi” markalı, “Note 11” modelli mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19N.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.N-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli N1 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19N.2, 19N.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X8 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N44-N47, N49, N51-N5N, N56, N58 və N85-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 0N (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş əlavə cəzanın və sınaq müddətlərinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın və onlar müstəqil icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsində saxlanılan “Xiaomi Redmi” markalı, “Note 11” modelli mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X8 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar