Məhkəmə qərarları › İş №1(006)-256/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-256/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-256/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulduğu günədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 oktyabr 2024-cü il tarixdə saat 14:56-da Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanında yerləşən “Neptun” marketin qarşısında olarkən kənar şəxslərin görmədiyi şəraitdə həmin yerdə saxlanılmış “İsuzu” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 120 manat dəyərində “Samsung Galaxy A10 S” markalı mobil telefonu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 130 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2024-cü iı tarixdə saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A ünvanının qarşısında olarkən kənar şəxslərin görmədiyi şəraitdə həmin yerdə saxlanılmış “Mercedes Sprinter” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobilin salonundan Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 məxsus içərisində 4 manat dəyərində ***- ***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində “Xiaomi 14" markalı “2406APNFAG” modelli mobil telefonu və telefonun üzərindəki 4 manat dəyərində telefon üzlüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 708 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2024-cü il tarixdə saat 14:19-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 200 ünvanının qarşısında olarkən kənar şəxslərin görmədiyi şəraitdə həmin yerdə saxlanılmış “Mitsubishi" markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapılarının açıq olmasından istifadə edərək avtomobilin salonundan Zərərçəkmiş şəxs3 məxsus içərisində 4 manat dəyərində ***-***-**-** və 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan 400 manat dəyərində “Honor X9b" markalı “ALİ NX1” modelli mobil telefonu və telefonun üzərindəki 4 manat dəyərində telefon üzlüyünü gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 412 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evlidir və heç bir yerdə işləmir. ünvan 1 ünvanında həyat yoldaşı və qızı ilə birlikdə yaşayır. Maddi imkanı zəif olduğundan qızı Elladanın təhsil haqqını ödəyə bilməmiş və bu səbəbdən oğurluq etməklə pul əldə edib qızının təhsil haqqını ödəmək istəmişdir. 29 oktyabr 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsində yerləşən “Neptun” marketin yaxınlığında “İsuzu” markalı yük avtomobilinin sürücüsünün yük boşaltdığını görmüş və qapını açıq saxlayıb-saxlamayacağını bilmək üçün həmin şəxsi izləmişdir. Bir müddətdən sonra sürücünün yükü boşaldıb avtomobildən uzaqlaşdığını gördükdə həmin avtomobilə yaxınlaşmış, sürücü tərəfdən pəncərənin açıq olmasından istifadə edib əlini pəncərədən salona salıb salonda olan “Samsung Galaxy A10 S” markalı mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Fikirləşmişdir ki, həmin mobil telefonu satıb pul əldə edər. Bundan başqa, 13 noyabr 2024-cü il tarixdə, saat 12:30 radələrində “28 Mall” ticarət mərkəzinin yaxınlığında piyada gəzən zaman ticarət mərkəzinin qarşısında işıqforun yanında “Mercedes Sprinter” markalı avtomobilin dayandığını və sürücü ilə sərnişinin qapını açıq qoyaraq uzaqlaşdıqlarını görmüşdür. Bundan sonra həmin avtomobilə yaxınlaşmış və sağ qapısının açıq olmasından istifadə edib qapını açmışdır. Qapını açdıqda “Xiaomi” markalı mobil telefonun olduğunu görmüş və həmin mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Fikirləşmişdir ki, həmin mobil telefonu sataraq pul əldə edər və həmin pulla qızı Elladanın təhsil haqqını ödəyər. Bundan sonra yaşadığı ünvan istiqamətində getmişdir. Bir neçə saat sonra təxminən saat 14:20 radələrində “Af Mall” ticarət mərkəzinin yaxınlığında “Grandmart”ın yanında “Mitsubishi” markalı yük avtomobilinin qapılarının açıq olmasını görmüşdür. Həmin vaxt avtomobilin yanında bir nəfər olmasına görə kənarda durub gözləmişdir. Daha sonra avtomobilin yanında heç kimin olmadığını görüb avtomobilə yaxınlaşmış və sürücü tərəfdən qapının açıq olmasından istifadə edərək qapını açmışdır. Qapını açdıqda salonda bir ədəd “Honor” markalı mobil telefonu görmüş və həmin mobil telefonu götürərək oradan uzaqlaşmışdır. Həmin mobil telefonu da sataraq pul əldə etmək fikrində olmuş, həmin pul ilə də qızı Elladanın təhsil haqqını ödəmək istəmişdir. Lakin, həmin mobil telefonları satmağa imkan tapa bilməmiş və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra 13 noyabr 2024-cü il tarixdə oğurladığı mobil telefonları təhvil vermişdir. Həmçinin, 22-ci Polis şöbəsində başqa bir təhqiqatçı tərəfindən də araşdırma aparıldığını bildirdiyi üçün o, “Samsung Galaxy A 10 S” markalı mobil telefonu da təhvil vermişdir. Lakin həmin vaxt orada həmin mobil telefonu oğurladığını deyil, tapdığını bildirmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, psixi xəstəliyinin olmasını və ikinci dərəcəli əlilliyinin olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Mercedes Sprinter” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə iş yoldaşı Şahid ilə birlikdə yük daşımaqla məşğuldur. 13 noyabr 2024-cü il tarixdə saat 12:30 radələrində qeyd etdiyi avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında saxlamışdır. Həmin vaxt Şahid ilə avtomobildən yükləri götürüb yaxınlıqdakı mağazalara aparmışlar və avtomobilin qapılarını açıq saxlamışlar. Özünə məxsus olan içərisində ***-***-**-** saylı mobil nömrə olan “Xiaomi 14” markalı mobil telefonu avtomobildə qoymuşdur. Bir müddət sonra geri döndükdə özünə məxsus olan “Xiaomi” markalı mobil telefonun olmadığını və axtardıqda isə oğurlandığını müəyyən etmişdir. Bundan sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış mobil telefonun markası “Xiaomi 14”, yaddaşı isə 256 GB olmuşdur. Telefonun əlavə yaddaş kartı olmamış, lakin üzərində kaburası olmuşdur. Oğurluq hadisəsi nəticəsində mobil telefonun qiyməti 1200 manat, ***-***-**-** saylı mobil nömrənin qiyməti 5 manat, kaburanın qiyməti 5 manat olduğundan ona ümumilikdə 1210 manat maddi ziyan dəymişdir, lakin ekspertiza rəyində göstərilən qiymətlərlə razıdır, avtomobildən başqa hansısa əşya oğurlanmamışdır, qeyd olunan oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır. Daha sonra ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, “Xırdalan şərab A+CO” şirkətində “İsuzu” marakalı, **-AG-*** qeydiyyat nişanlı yük avtomobili ilə sürücü işləyir. 29 oktyabr 2024-cü il tarixdə saat 15:00 radələrində qeyd etdiyi yük avtomobilini ünvan 2 ünvanında yerləşən “Neptun” marketin qarşısında saxlayıb avtomobildən yükü götürüb ‘‘Neptun” marketin anbarına aparmışdır. Həmin vaxt özünə məxsus olan “Samsung Galaxy A10 s” markalı mobil telefonu avtomobildə qoymuşdur. Təxminən 30 dəqiqədən sonra avtomobilin olduğu yerə qayıtdıqda avtomobilin salonunda olan özünə məxsus olan “Samsung Galaxy A10 s” markalı mobil telefonunun olmadığını, yəni ki, oğurlandığını aşkar etmişdir. Həmin vaxtlarda vaxtı olmadığından bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmiş, lakin 14 noyabr 2024-cü il tarixdə ona məxsus olan mobil telefonu oğurlayan şəxsin 22-ci Polis şöbəsində saxlanıldığı barədə ona məlumat verildiyindən, o da bu barədə 22-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış mobil telefonun markası “Samsung Galaxy A10 S”, yaddaşı isə 32 GB-dir. Oğurlanmış mobil telefonun kaburası və ya əlavə yaddaş kartı olmamışdır, oğurlanmış mobil telefonun İMEİ kodu **********59108 və **********59106-dır, oğurlanmış mobil telefonun içərisində 055 ***-**-** saylı mobil nömrə olmuşdur, oğurluq hadisəsi nəticəsində mobil telefonun qiyməti 120 manat, ***-***-**-** saylı mobil nömrənin qiyməti 10 manat olduğundan ona ümumilikdə 130 manat maddi ziyan dəymişdir, ilkin izahatında ancaq mobil telefonun maddi dəyərini yazdığı üçün 120 manat maddi ziyan dəydiyini qeyd etmişdir, avtomobildən başqa hansısa əşya oğurlanmamışdır, qeyd olunan oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır. Məhkəməyədək istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, “166” daşıma xidmətində “Mitsubishi” markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etməklə sürücü işləyir. 13 noyabr 2024-cü il tarixdə saat 14:20 radələrində qeyd etdiyi yük avtomobilini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Af Mall” ticarət mərkəzinin yan tərəfində “Grandmart”ın qarşısında saxlayıb daşınma ilə bağlı yükü ünvandan götürmək üçün getmişdir. Həmin vaxt tez qayıdacağını fikirləşib avtomobilin qapılarını açıq saxlamışdır. Eləcə də, özünə məxsus olan “Honor X9b” markalı, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonu da yük avtomobilində qoymuşdur. Bir müddət sonra geri qayıtdıqda yük avtomobilində qoyduğu “Honor X9b” markalı, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefonun olmadığını və axtardıqda tapa bilmədiyi üçün oğurlandığını görmüşdür. Bundan sonra bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, ilkin müraciətində DİN-in 102 xidmətinə 14:52-də məlumat verdiyinə görə hadisənin istiliyi ilə fikirləşmişdir ki, telefonun oğurlanmasını aşkar etdikdən dərhal sonra məlumat vermişdir, lakin o, telefonun olmadığını görüb bir müddət avtomobildə axtarmışdır, eləcə də, yükü təhvil götürməyə getdiyi müddəti də nəzərə almamışdır, oğurlanmış mobil telefonun markası “Honor X9B”, yaddaşı isə 256 GB-dir, oğurlanmış mobil telefonun əlavə yaddaş kartı olmamışdır, lakin üzərində kaburası olmuşdur, oğurlanmış mobil telefonun İMEİ kodu 8691 8207 5994 828 və 8691 8207 6016 837-dir, oğurlanmış mobil telefonun içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur, oğurluq hadisəsi nəticəsində mobil telefonun qiyməti 1200 manat, ***-***-**-** saylı mobil nömrənin qiyməti 50 manat, ***-***-**-** saylı mobil nömrənin qiyməti 5 manat, kaburanın qiyməti 5 manat olduğundan ona ümumilikdə 1260 manat maddi ziyan dəymişdir, lakin, ekspertiza rəyində göstərilən qiymətlərlə razıdır, ilkin müraciətində ancaq mobil telefonun maddi dəyərini qeyd etmişdir, ifadəsində isə həm mobil telefon, həm mobil nömrələr, həm də kaburaya görə ona dəymiş ümumi maddi ziyanı göstərmişdir, avtomobildən başqa hansısa əşya oğurlanmamışdır, oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərmişdir ki, Tuğrul Ayhan onun iş yoldaşıdır, birlikdə Bakı şəhərində ayrı-ayrı mağazalara “Mercedes Sprinter” markalı, **- TG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə türk şirniyyatları daşıyırlar. 13 noyabr 2024-cü il tarixdə saat 12:30 radələrində qeyd etdiyi avtomobili Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında saxlamışlar. Həmin vaxt Tuğrul Ayhan ilə avtomobildən yükləri götürüb yaxınlıqdakı mağazalara aparmış və avtomobilin qapılarını açıq saxlamışlar. Bir müddət sonra geri döndükdə Tuğrul Ayhan özünə məxsus olan “Xiaomi” markalı mobil telefonun olmadığını və axtardıqda isə oğurlandığını bildirmişdrı. Bundan sonra Tuğrul Ayhan onun mobil telefonu ilə DİN-in 102 xidmətinə məlumat vermişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, oğurlanmış mobil telefonun markası “Xiaomi 14” olmuşdur, avtomobildən ona məxsus və ya ümumiyyətlə başqa hansısa əşya oğurlanmamışdır, oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild İ, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild İ, i.v.54-55); - “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i.v.108); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-640/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 14:00-dan hesablanmışdır (cild İ, i.v.136-139); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-101/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 06 mart 2025-ci il tarixədək uzadılmışdır (cild İİ, i.v.10-11); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur (cild İ, i.v.225-226); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 mobil telefonunun oğurlandığı hadisəsi baş verən ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin ünvan 3 ünvanın qarşısı olması müəyyən edilmiş, nəqliyyat vasitəsinin kilidinin və ya pəncərəsinin sındırılması müəyyən edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, eləcə də, videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilərək götürülmüşdür (cild İ, i.v.10-16); - “Baxış olunması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlandığı hadisəsi baş verən ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin ünvan 4 ünvanın qarşısı olması müəyyən edilmiş, nəqliyyat vasitəsinin kilidinin və ya pəncərəsinin sındırılması müəyyən edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, eləcə də videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilərək götürülmüşdür (cild İ, i.v.22-25); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 mobil telefonunun oğurlandığı hadisəsi baş verən ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin ünvan 5 ünvanın qarşısı olması müəyyən edilmiş, nəqliyyat vasitəsinin kilidinin və ya pəncərəninin sındırılması müəyyən edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilərək götürülmüşdür (cild İ, i.v.169-172); - 20 noyabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmiş və hadisənin görüntülərini əks etdirən 01 ədəd CD disk raporta əlavə edilmişdir (cild İ, i.v.174-175); - “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi maddi sübut əhəmiyyəti kəsb edə biləcək bir ədəd “Xiaomi” və bir ədəd “Honor” markalı mobil telefonlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən istintaq zərurəti ilə bağlı götürülmüşdür (i.v.32- 35); - Könüllü təqdim etmə və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqata təqdim etdiyi **********59108 və **********59106 İMEİ kodlu “Samsung A10 S” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb edəcəyini nəzərə alaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Mirzəyev tərəfindən götürülmüşdür (cild İ, 168); - “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Honor X9b” markalı mobil telefona Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı “Honor X9b” markalı mobil telefonun 8691 8207 5994 828, 8691 8207 6016 837 İMEİ kodlu olması, üzərində kabura olması, eləcə də içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin mobil telefonun özünə məxsus oğurlanmış mobil telefon olduğunu bildirmişdir (cild İ, i.v.80); - “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Xiaomi” markalı mobil telefona Zərərçəkmiş şəxs2 və tərcüməçi X2 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı “Xiaomi 14” markalı mobil telefonun 8683 2907 9229 245 və 8683 2907 9229 252 İMEİ kodlu olması, üzərində kabura olması, eləcə də içərisində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin mobil telefonun özünə məxsus oğurlanmış mobil telefon olduğunu bildirmişdir (cild İ, i.v.106); - “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Samsung A10 S” markalı mobil telefona Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı “Samsung A10 S” markalı mobil telefonun **********59108 və **********59106 İMEİ kodlu olması və içərisində ***-***- **-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin mobil telefonun özünə məxsus oğurlanmış mobil telefon olduğunu bildirmişdir (cild İ, i.v.197); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskin içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə 13 noyabr 2024-cü il tarixdə saat 14:19-da “Mitsubishi” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən bir nəfər şəxsin bir müddət kənarda gözləməsi, daha sonra ətrafda heç kim olmadığını görüb həmin yük avtomobilinin sürücü tərəfdən qapısını açaraq mobil telefonu oğurlaması görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 bildirdi ki, həmin yer Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 200 ünvanının qarşısıdır, oğurlanmış mobil telefon isə ona məxsusdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonu oğurlayan şəxsin özü olduğunu təsdiqləmişdir (cild İ, i.v.81, 224); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskin içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə 13 noyabr 2024-cü il tarixdə saat 12:28-də “Mercedes Sprinter” markalı yük avtomobilinin yük yerindən Zərərçəkmiş şəxs2 və iş yoldaşı Şahid yük boşaltması, 12:30-da həmin şəxslərin kənarlaşması, 12:30-da bir nəfər şəxsin kənardan gələrək avtomobilin sağ ön qapısını açaraq oradan mobil telefonu oğurlaması görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin yer Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall”un qarşısıdır, oğurlanmış mobil telefon da ona məxsusdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonu oğurlayan şəxsin özü olduğunu təsdiqləmişdir (cild İ, i.v.107, 223); - “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd CD diskin içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə 29 oktyabr 2024-cü il tarixdə saat 14:56-da “İsuzu” markalı **-AG-*** qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən Zərərçəkmiş şəxs1ıın yük boşaltması, bir nəfər şəxsin isə sürücü tərəfdən pəncərədən avtomobilin salonundan mobil lelefonu oğurlaması görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirdi ki, həmin yer Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi 100 ünvanında yerləşən “Neptun” marketin qarşısıdır, qeyd olunan yük avtomobili onun idarə etdiyi “İsuzu markalı” **-AG-*** qeydiyyat nişanlı yük avtomobilidir, yük boşaldan şəxs də özüdür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin mobil telefonu oğurlayan şəxsin özü olduğunu təsdiqləmişdir (cild İ, i.v.198, 222); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 dekabr 2024-cü il tarixli, 9/9442 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olması nəzərə alınmaqla “Xiaomi 14” markalı, “2406ARNFAG” model, **********29245 və **********29252 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefonun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 700 manat, telefon üzlüyünün 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 4 manat, ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 4 manat, “Honor X9b" markalı, “ALİ NX1” model, **********94828 və **********16837 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefonun 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 400 manat, telefon üzlüyünün 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 4 manat, ***-***-**- ** saylı GSM mobil nömrənin (dublikat) 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 4 manat və ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 4 manat olmaqla, həmin malların ümumi dəyəri təxminən 1120,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.202-205); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 noyabr 2024-cü il tarixli, 3407 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi anda şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma xroniki psixi xəstəliyi remissiya vəziyyətində olduğundan, onu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk elmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda şizofreniya paranoid forma xroniki psixi xəstəliyi aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma psixi xəstəliyi hazırda remissiya vəziyyətindədir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şizofreniya paranoid forma xroniki psixi xəstəliyi remissiya vəziyyətində olduğundan, onu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, K.T.Cavadov ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. K.T.Cavadov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şizofreniya paranoid forma xroniki psixi xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hadisəni törətməzdən bilavasitə əvvəl və hadisəni törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkən təfəkküründə konkretlik, bir prosesdən digərinə keçirilməsində çevik olmamaq, mühakimələrində səthilik müəyyən edilsə də, tənqidi münasibətinin saxlanıldığı, proqnozlaşdırma qabiliyyətinin normaya uyğun çıxış eldiyi, qavramasının adekvat olması, yaddaş proseslərinin normaya uyğun çıxış etməsi aşkar olunur. Təqsirləndirilən şəxs hadisədən bilavasitə əvvəl ekstremal psixi vəziyyətdə (fizioloji afiekt, stress, emosionalpsixi gərginlik, frustrasiya və s.) olmamışdır (cild İ, i.v.206-210); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Xiaomi 14” markalı, “2406APNEAG” model, **********29245 və **********29252 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefon, həmin mobil telefonun üzlüyü, ***-***-**-** saylı GSM mobil nömrə (dublikat), “Honor X9b” markalı, ‘‘ALİ NX1” model, **********94828 və **********16837 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefon, həmin mobil telefonun üzlüyü, ***-***-**-** saylı GSM mobil nömrə (dublikat), ***-***-**-** saylı GSM mobil nömrə (dublikat), “Samsung Galaxy A10 S” markalı mobil telefon və ***-***-**-** saylı GSM nömrə və oğurluq hadisələrinin videogürüntüləriui özündə əks etdirən 03 ədəd CD disk maddi sübut kimi tanınmışdır (cild İ, i.v.242-253); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 26 Bakı Komissarı Rayon Xalq Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilmiş, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilərək 1 saylı X5 göndərilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 21-ci maddəsinə əsasən tibbi xarakterli məcburi müalicə tətbiq edilərək azad edilmişdir (cild İ, i.v.145-146); - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus olan 01 ədəd “Samsung Galaxy A10 S” markalı mobil telefon mobil nömrəsi ilə birlikdə sonuncuya təhvil verilmişdir (cild İ, i.v.262); - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan 01 ədəd “Xiaomi 14” markalı mobil telefon kabura və mobil nömrəsi ilə birlikdə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (cild İ, i.v.264); - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olan 01 ədəd “Honor X9b” markalı mobil telefon kabura və mobil nömrəsi ilə birlikdə sonuncuya təhvil verilmişdir (cild İ, i.v.266); - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Bakı Baş Səhiyyə Mərkəzi” X8 1 nömrəli şəhər poliklinikasının 03 dekabr 2024-cü il tarixli, 18-1-1- 83/3-90/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri, D.Əliyeva ev 215, m 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs 1990-cı ildən psixiatr kabinetində qeydiyyatdadır. Dz:Şizofreniya paranoid forma (cild İİ, i.v.20-21); - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildən ikinci qrup əlilliyə görə pensiyaçıdır, pensiya müddəti ömürlükdür (cild İİ, i.v.22); - AZE 12860810 saylı şəxsiyyət vəsiqəsinin və AZ-İİİ №712904 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan bir uşağı vardır (cild İİ, i.v.24-25). Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu 3 ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hər bir CD diskin içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdən birində 13 noyabr 2024-cü il tarixdə saat 14:19-da “Mitsubishi” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanında Təqsirləndirilən şəxs bir müddət kənarda gözləməsi, daha sonra ətrafda heç kim olmadığını görüb həmin yük avtomobilinin sürücü tərəfdən qapısını açaraq mobil telefonu oğurlaması görünür. Digər diskdəki videogörüntüdə 13 noyabr 2024-cü il tarixdə saat 12:28-də “Mercedes Sprinter” markalı yük avtomobilinin yük yerindən Zərərçəkmiş şəxs2 və iş yoldaşı Şahid yük boşaltması, 12:30-da həmin şəxslərin kənarlaşması, 12:30-da Təqsirləndirilən şəxs kənardan gələrək avtomobilin sağ ön qapısını açaraq oradan mobil telefonu oğurlaması görünür. Üçüncü diskdəki videogörüntüdə 29 oktyabr 2024-cü il tarixdə saat 14:56-da “İsuzu” markalı **-AG-*** qeydiyyat nişanlı yük avtomobilinin yük yerindən Zərərçəkmiş şəxs1ıın yük boşaltması, Təqsirləndirilən şəxs isə sürücü tərəfdən pəncərədən avtomobilin salonundan mobil telefonu oğurlaması görünür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi eyni əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, şizofreniya paranoid forma xroniki psixi xəstəliyinin və ikinci dərəcəli əlilliyinin olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışıq əldə etməsini, xəstə olmasını və ikinci dərəcəli əlilliyinin olmasını, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 06 ay 22 gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Xiaomi 14” markalı, “2406APNEAG” model, **********29245 və **********29252 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefonun, həmin mobil telefonun üzlüyünün və ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) sahibi Zərərçəkmiş şəxs2, 01 ədəd “Honor X9b” markalı, ‘‘ALİ NX1” model, **********94828 və **********16837 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefonun, həmin mobil telefonun üzlüyünün, ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) və ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) sahibi Zərərçəkmiş şəxs3, 01 ədəd “Samsung Galaxy A10 S” markalı mobil telefonun və ***-***-**-** saylı GSM nömrənin sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, oğurluq hadisələrinin videogürüntülərini özündə əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 16 saata görə 176 (yüz yetmiş altı) manat olmaqla, ümumi 32 saata görə cəmi 272 (iki yüz yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 06 (altı) ay 22 (iyirmi iki) gün həbsdə olma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - 01 ədəd “Xiaomi 14” markalı, “2406APNFAG” model, **********29245 və **********29252 İMEİ kodlu, 256 GB daxılı yaddaşlı mobil telefonun, həmin mobil telefonun üzlüyünün, ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, “Honor X9b” markalı, “ALİ NX1” model, **********94828 və **********16837 İMEİ kodlu 256 GB daxılı yaddaşlı mobil telefonun, həmin mobil telefonun üzlüyünün, ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat), ***-***-**-** saylı GSM mobil nömrənin (dublikat) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, “Samsung Galaxy A10s” markalı mobil telefonun və ***-***-**-** saylı GSM nömrənin Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar - oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 (otuz iki) saata görə 272 (iki yüz yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar