Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-257/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, himayəsində yetkinlik yaşına çatmamış 2 övladı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda xx.xx.2020- ci il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını tərk edərək idarə etdiyi «BMW» markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qayınatasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gedib həmin gün qeyd olunan avtomobil ilə geri yaşadığı ünvana qayıtmış, daha sonra xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanı tərk edərək idarə etdiyi «BMW» markalı **- NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qayınatasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisinə gedib həmin gün saat 18:30 radələrində qeyd olunan avtomobil ilə geri yaşadığı ünvana qayıtmış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 17:45 radələrində yaşadığı Bakı şəhəri, ünvan 4 ünvanını tərk edərək piyada yaxınlıqda yerləşən ərzaq mağazasına gedib geri yaşadığı ünvana qayıtmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə özünü pis hiss etdiyinə görə COVİD-19 xəstəliyinə yoluxmağından şübhələndiyi üçün xx.xx.2020-ci il tarixdə işdən icazə alaraq evə gəlmiş, 814 qaynar xəttə zəng vuraraq analiz götürülməsi barədə mütaciət etmiş, xx.xx.2020-ci il tarixdə saat təxminən 11-12 radələrində 20 saylı poliklinikadan yaşadığı ünvana tibb işçiləri gələrək ondan analiz götürmüşlər. xx.xx.2020-ci il tarixdə onun ***-***-**-** saylı mobil nömrəsinə Gigiyena və Epidemalogiya mərkəzindən zəng gələrək Covid-19 virusuna yoluxduğunu bildirərək yaşadığı ünvanı tərk etməməyini bildirmiş, xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə TƏBİB-dən onun COVİD-19 analizinin cavabının “pozitiv” olması barədə sms gəlmişdir. O, xx.xx.2020-ci il tarixdə övladlarını Bakı şəhəri, Binəqədi rayonuna qayınatası yaşadığı ünvana aparmış, xx.xx.2020-ci il tarixdə o, yenidən övladlarını qayınatası yaşadığı ünvandan ünvan 6i rayonu, 4-cü mikrorayon Hüseyn Seyidzadə küçəsi 3169-cu məhəllə, mənzil 86 A ünvanına gətirmiş, xx.xx.2020-ci il tarixdə 7 yaşlı oğlu ilə yaşadığı mənzili tərk edərək yaşadığı binanın həyətinə düşmüş, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, məhəllə 3169-da yerləşən avtomobil dayanacağında nəzarətçi işləyən Şahid1 yaxınlaşıb qarajda maşın saxlamaq üçün yer olması barədə məlumat almış, xx.xx.2020-ci il tarixdə yaxınlıqda yerləşən mağazadan ərzaq almaqla yenidən yaşadığı ünvanı tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratması və ona məxsus mobil nömrənin statistik məlumatlarında yaşadığı ünvanı tərk etməsinin müşahidə olunması Nəsimi RPİ-nin CAŞ-nin polis nəfərləri tərəfindən aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özünü təqsirli bilərək törərdiyi əməli səmimi etiraf etməsini, gənc olmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 övladının olmasını və əvvəllər məhkum olunmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş ünvan 6i RPİ-nin CAŞ-ın CA üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, COVİD-19 xəstəliyinə yoluxmuş ünvan 6i rayonu, Hüseyn Seyidzadə küçəsi, bina 21 B, mənzil 86 A-da qeydiyyatda olmaqla yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs işlətdiyi ***-***-**-** saylı mobil nömrə üzrə anten dairəsinin müşahidəsindən, onun yaşadığı ünvanı tərk etməsi barədə məlumat daxil olduğu üçün xx.xx.2020-ci il tarixdə saat 17:45 radələrində sonuncunun yaşadığı ünvana o, və Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru vəzifəsində işləyən polis nəfəri, Şahid3 ilə birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs COVİD-19 xəstəsi olduğu halda niyə yaşadığı ünvanı tərk eldiyi soruşulduqda, sonuncu ilk öncə yaşadığı mənzili tərk etdiyini etiraf etməsədə, sonradan yaşadığı mənzili tərk edərək, yaşadığı binanın yaxınlığında olan marketə getdiyini və evə ərzaq məhsulları aldığını etiraf etmiş, həmçinin sonuncunun yaşadığı ünvanı tərk etməsini həmin ünvanda binanın qarşısında avto dayanacaqda nəzarətçi işləyən Şahid1 görmüş, həmçinin Təqsirləndirilən şəxs həyətdə onunla söhbətdə etmiş, sonuncuya yaşadığı mənzili tərk edərək başqalarının həyatına təhlükə yaratdığı izah olunmuş, R,Xudaverdiyev etdiyi əməlin səhv olduğunu anlayaraq, bundan peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olundu və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, ünvan 6i rayonu, Hüseyn Seyidzadə küçəsi 3169 məhəllədə yerləşən avtomobil dayanacağında hər gün axşam saat 17:00-dan səhər saat 08:00-dək nəzarətçi işləyir, həmin ünvanda yerləşən binanın 18-ci mərtəbəsində yəni 86 A saylı mənzildə Təqsirləndirilən şəxs, onun həyat yoldaşı və iki az yaşlı uşaqları ilə birlikdə yaşayır və xx.xx.2020-ci il tarixdə o, küçədə maşınlara nəzarət edən zaman təxminən saat 18:30 radələrində yanında uşaq olan maska taxmış bir nəfər cavan oğlan yaxınlaşmış o, əvvəlcə onu tanımamış, sonra onun Təqsirləndirilən şəxs olduğunu bilmiş və sonuncu ondan qarajda maşınını saxlaması üçün yer istəmişdir. Cinayət işinin 63-64-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinın 19-cu vərəqəsində olan xx xxxxxx 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 20 saylı şəhər poliklinikasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə götürülmüş yaxma ilə bağlı keçirilən labaratoriya nəticəsindən sonuncuda COVİD-19 virusu müsbət, pozitiv nəticələnmişdir. Cinayət işinın 23-25-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 96/KEŞ saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün davam edir. Cinayət işinın 16-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, X3 xx xxx 2014-cü il və X2 xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar, atası Təqsirləndirilən şəxs, anası isə X1r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə onun epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, törərdiyi əməli səmimi etiraf etməsini, gənc olmasını, himayəsində yetkinlik yaşına çatmamış 2 övladının və evə qazanc gətirən yeganə şəxs olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni onun özünü təqsirli bilməsini, gənc olmasını, himayəsində yetkinlik yaşına çatmamış 2 övladının və evə qazanc gətirən yeganə şəxs olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-257/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-257/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver