Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-258/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 07, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, mənzil 13-də yaşayan, məhkum olunmamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, mənzil 13-də olarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası”na əsasən “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilmiş səlahiyyətləri icra etmək, yəni mənzillərdə qaz cihazları və qaz xətlərinə baxış keçirmək üçün həmin mənzilə gələn hakimiyyət nümayəndələri olan “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamentinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin qaz təsərrüfatının nəzarətçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən aşkar etdikləri nöqsanların 01 ay müddətində aradan qaldırılmayacaqları təqdirdə qaz təminatının dayandırılacağını bildirmələrini qəbul etməyərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə qəsdən vurub zor tətbiq etməklə müqavimət göstərərək Ayxan Abuzərliyə alın nahiyəsinin qançır-şişkinliyi, sağ alın-gicgah nahiyəsinin və sol çənə bucağının sıyrıqları kimi ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 isə başın ənsə nahiyəsinin qançır-şişkinliyi və üst dodağın selikli qişasının səthi əzilmiş yarası kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan və sağ ayağın İİİ daraq sümüyünün yerdəyişən, sağ ayağın İİ daraq sümüyünün yerdəyişməyən sınıqları kimi dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə atası Şahid1 Nəsimi rayonu, İmran Qasımov 16, mənzil 13-də olan zaman özlərini “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departementinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları kimi təqdim edən, adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gələrək hər hansı sənəd təqdim etmədən mənzilə daxil olmuşlar. Mənzilə daxil olandan sonra sonuncular evdə qaz xətlərinin yoxlamağa başlamış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 atası Şahid1 mənzildə qaz xətlərinin düzgün quraşdırılmadığını bildirmiş, atası isə onlara mənzilin "xxxx" MTK adlı şirkət tərəfindən təmir olunduğunu, qaz xətlərinin hansı qaydada çəkildiyinin məlumatı olmadığını, şikayətlərinin şirkətə bildirməklərini söyləmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 atasına mənzildə qaz xətlərinin kəsiləcəyini bildirəndə, atası onlara mənzili tərk etmələrini və şirkətin rəhbərliyinə müraciət etmələrini demişdir. Onlar mənzildən çıxmayaraq İ qrup əlil, xəstə olan atası ilə mübahisə etməyə başlamışlar. Bu zaman o, mənzilə daxil olanda “Azəriqaz” İB-nin işçilərinin atası ilə uca səslə və əl-qol hərəkətləri ilə danışdıqlarını görəndə, Ayxan və Aqşinə yaxınlaşaraq kim olduqlarını soruşmuş, sonuncular ona “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları olduqlarını söyləmişdir. O, Aqşin və Ayxandan mənzili tərk etmələrini istəyəndə, sonuncular onunla kobud danışdığı üçün o, Zərərçəkmiş şəxs1 çiynindən tutaraq çölə çıxartmaq istəyəndə sonuncu onun sifət nahiyəsinə yumruq zərbəsi endirmiş, o da özünü müdafiə edərək Aqşinin sinəsinə bir dəfə yumruq zərbəsi ilə vuraraq köynəyindən tutanda aralarında çəkişmə baş vermişdir. Elə bu vaxt Ayxan da ona yaxınlaşaraq başının arxa nahiyəsinə yumruq zərbəsi endirmiş, həmin an atası əsəbiləşərək qışqırdıqdan sonra Aqşin və Ayxan evdən çıxaraq qaçmağa başlamışlar. Bir müddət sonra evə polis əməkdaşları gələrək onu 20-ci polis şöbəsinə dəvət etmişlər. Hazırda zərər çəkmiş şəxslərlə barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdən etibarən “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departementinin Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə mənzillərə texniki baxışın keçirilməsi, qaz sızmalarının aşkar olunub aradan qaldırılması, sayğacların yoxlanılması və digər vəzifələr daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mənzillərə texniki baxışın keçirilməsi 2024-cü ildən etibarən “Azəriqaz” İstehsalat Birliyinə həvalə olunmuş, bununla əlaqədar mənzillərə qrafiklər əsasında texniki baxışın keçirilməsini müvafiq əməkdaşlara tapşırılmışdır. xx.xx.2024-cü il tarixdən etibarən işlədiyi şöbənin əməkdaşları tərəfindən mənzillərdə qaz cihazlarına və xətlərinə baxış keçirilməsinə başlanılmışdır. O, iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən, "xxxx" MTK-ya aid iki bloklu binanın mənzillərinə baxış keçirməyə başlamışlar. Saat 15 radələrində üçüncü mərtəbəyə çatan zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxsla rastlaşmış, ona xidməti vəsiqəsini təqdim edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən mənzil sahibinin icazəsi ilə mənzildə qaz cihazlarına və xətlərinə baxış keçirməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və onlar mənzilə daxil olmuşlar. Mənzildə Fuadın atası kimi özünü təqdim edən yaşlı kişi və orta yaşlı bir qadın var idi. O, Ayxanla birlikdə mənzildə qaz xətlərini, cihazlarını müayinə etmək üçün mətbəxə və balkona baxış keçirtmişdir. Baxış zamanı mənzilin mətbəxində yerləşən qaz xəttinin mebelin arxası ilə çəkildiyini və gilizdən, yəni divarda əlavə xətt quraşdırılan zaman borulardan istifadə olunmadığını, bunun da qanunvericiliyin tələblərinə zidd olduğunu, hər an mənzildə boğulma təhlükəsi yarana biləcəyini deyərək aşkar olunmuş nöqsanların 01 ay ərzində aradan qaldırılmasını, əks halda qaz təminatının “Azəriqaz” İB tərəfindən dayandırılacağını bildirmişdir. Bu vaxt Fuad aqressiv şəkildə “siz kimsiz ki, qazımızı kəsirsiz? söyləyəndə, o, nöqsanların aradan qaldırılmayacağı təqdirdə qazın 01 aydan sonra kəsiləcəyi barədə təkrar məlumat verəndə, Fuad üzərində olan gödəkcəni çıxarıb ona anidən hücum edərək sağ əli ilə üst dodağından yumruq zərbəsi endirmiş, o isə əlləri ilə onun hər iki çiynindən tutaraq Fuadı mətbəxin qapısından çıxartmaq istəyəndə, sonuncu onu mətbəxin qapısının divarına çırparaq dəhlizə yerə yıxmışdır. Yerə yıxılan zaman onun başı yerə dəymiş, sağ ayağı burularaq ayaq barmaqlarının xəsarət aldığını hiss etmişdir. O, yerə yıxılandan sonra Fuad onu vurmaq istəyərkən iş yoldaşı Ayxan ona mane olmaq istəmiş, bu zaman Fuad Ayxanın üzərinə hücum çəkərək sonuncuya yumruqla vurmuş, mənzilin giriş qapısına çırparaq Ayxanı bloka itələmişdir. Daha sonra o, yerdən duraraq şok vəziyyətdə aşağı düşməyə başlamış, həmin vaxt onun sifət nahiyəsi qan olmuş, axsayaraq pilləkənlərlə aşağı düşərək məhəllədə dayanan tanımadığı şəxslərdən kömək istəyərək "xxxx" xidmətinə məlumatın verilməsini xahiş etmişdir. Daha sonra MTK-nın mühafizə xidmətinə yaxınlaşaraq baş verənləri bildirmişdir. Daha sonra Ayxanın binadan çıxdığını görmüşdür. Sonra hadisə yerinə “103” xidməti gəlmiş, o və Ayxan təcili tibbi yardımla 1 saylı X2 Təcili tibbi yardım şöbəsinə yerləşdirilmişlər. Müayinə olunan zamanı sağ ayağında İİİ daraq sümüyünün yerdəyişən, İİ daraq sümüyünün yerdəyişməyən sınıq diaqnozu qoyulmuşdur. Həmçinin başının sol arxa nahiyəsi şişmiş və əzilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 digər zərər çəkmiş şəxsin ifadəsinə oxşar məzmunda ifadə verərək hadisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş zərbələr zamanı alın nahiyəsinin qançır-şişkinliyi, sağ alın-gicgah nahiyəsinin və sol çənə bucağının sıyrıqları kimi xəsarətlər aldığını bildirmişdir. Təqsirləndirilən şəxslə barışdığını söyləyərək ondan şikayətçi olmadığını bildirdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin: - xx.xx.2024-cü il tarixli, 188 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər - sağ ayağın İİİ daraq sümüyünün yerdəyişən, sağ ayağın İİ daraq sümüyünün yerdəyişməyən sınıqları, başın ənsə nahiyəsinin qançırşişkinliyi və üst dodağın selikli qişasının səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdən əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ ayağın İİİ daraq sümüyünün yerdəyişən, sağ ayağın İİ daraq sümüyünün yerdəyişməyən sınıqları dərəcəsinə görə həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, bədənində aşkar olunmuş digər xəsarətlər isə, yəni başın ənsə nahiyəsinin qançır-şişkinliyi və üst dodağın selikli qişasının səthi əzilmiş yarası həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.205-206); - xx.xx.2024-cü il tarixli, 189 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin qançır-şişkinliyi, sağ alın-gicgah nahiyəsinin və sol çənə bucağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ayrı-ayrılıqda və həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. A.Abazəlinin bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İ cild, i.v.207-209); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 864 saylı rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə cinayət əməlini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçübbiçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təlükəliliyini tam dərk etmək və ya həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanları normaya uyğun olmaqla, ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs hadisədən az əvvəl və hadisə zamanı psixiemosional halında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı hərəkətlərinə əhəmiyyətli dərəcədə təsir edə bilən fərdi-psixoloji keyfiyyətləri müəyyən edilmədi (İ cild, i.v.258-261); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-74/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, bu qətimkan tədbirinin müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.125-128); • Elektron prokurorluq informasiya sistemindən əldə olunmuş xx.xx.2024-cü il tarixli məhkumluq məlumatlarına görə Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur (İ cild, i.v.268); • Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.264). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmağa, həmin Məcəllənin 127.2.1-ci maddəsi eyni əməllərin zərər çəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədilməsinə, bu Məcəllənin 315-ci maddəsi isə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Xidməti vəzifəsinin yerinə yetirilməsi dedikdə, hər hansı bir şəxsin dövlət, bələdiyyə, xüsusi və mülkiyyət formasından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçən sair müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsindən irəli gələn xidməti vəzifələri dairəsinə daxil olan hərəkətlərini başa düşmək lazımdır. Fiziki zorakılıq dedikdə, hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış, onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsi başa düşülür ki, bu vasitələr hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və s. məqsədinə xidmət etmiş olsun. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinin həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan “zor tətbiq etmə” və “həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2023-cü il tarixli qərardadında qeyd olunur ki, qanunverici Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) Məcəllənin 128 və 127.1-ci maddələri ilə müqayisədə daha ağır, Məcəllənin 127.2 və 126-cı maddələrinə münasibətdə isə daha yüngül cəza müəyyən etməklə, sağlamlığa yüngül zərər vurma və sağlamlığa az ağır zərər vurma ilə nəticələn halların yalnız Məcəllənin 315-ci maddəsi ilə tövsifini mümkün edir. Həmin Məcəllənin 315ci maddəsi ilə tam şəkildə əhatə olunmayan sağlamlığa ağır zərər vurma və ağırlaşdırıcı hallarda sağlamlığa az ağır zərər vurma hallarına münasibətdə isə əməl cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusıya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarında göstərilir ki, hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeçiliyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur. Hakimiyyət nümayəndələri dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərlərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qaz paylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətidir (1.2ci bəndi). Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir (2.7-ci bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 215 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın 2.1-ci bəndinə əsasən müayinə zamanı qaz qurğularının, qaz xətlərinin və tüstü bacalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, 2023-cü il 6 fevral tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”ə, 2023-cü il 6 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”ə və 2023-cü il 6 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası”na uyğunluğu yoxlanmalıdır. Həmin Qaydaya 1 nömrəli əlavədə qaz qurğuları, qaz xətləri və tüstü bacaları, habelə havalandırma və havadəyişmə xətləri üzrə müayinənin predmetləri və metodlarının siyahısı göstərilmiş və bura qaz xətləri üzrə qoruyucu örtüyün və səthin, qaynaq birləşmələrinin və inşaat konstruksiyalarından keçidlərin vəziyyətinin müayinəsi də aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müayinə və texniki xidmət məlumatları üzrə reyestrin aparılması və ondan istifadə qaydası”na əsasən reyestr müayinə və texniki xidmət üzrə məlumatların toplusundan ibarət dövlət informasiya ehtiyatıdır (1.2-ci bənd); reyestrin formalaşdırılması, aparılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətinin vəsaiti və qanunla müəyyən olunan digər mənbələr hesabına maliyyələşdirilir (1.5-ci bənd); reyestrin strukturu aşağıdakı bölmələrdən ibarətdir: müayinə (o cümlədən təkrar müayinə), texniki xidmət, ixtisaslaşmış podratçılar (5.1-ci bənd); reyestrin müayinə bölməsinə müayinə zamanı istehlakçının qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində aşkar edilmiş nöqsan və (və ya) pozuntuların mahiyyəti və onların aradan qaldırılması üçün verilmiş vaxt (bir aydan çox olmayan müddət) barədə məlumatlar göstərilir (5.2.9-cu bənd). Beləliklə məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, habelə zərər çəkmiş şəxslərlə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmaqla az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 04 ay 13 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 315-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs ev dustaqlığında olduğu 04 (dörd) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsi, ev 16, mənzil 13-ü hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-258/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-258/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver