Məhkəmə qərarları › İş №1(006)-259/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-259/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-259/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qasım oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vax:da və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,683 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin cinayət-axtarış şöbəsinin və kibercinayətkarlıqla mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 yanvar 2025-ci il tarixdə saat 19:00-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,683 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 03-04 aydır psixotrop maddələrdən və narkotik vasitələrdən istifadə edir. Rəsmi olaraq heç yerdə işləmir, əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. O, adətən narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərinin müxtəlif ərazilərində üzdən tanıdığı, lakin adlarını və ya anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən alıb istifadə etmişdir. Belə ki, o, həmin şəxsləri üzdən tanıdığına görə narkotik vasitə və psixotrop maddə istifadə etmək istəyəndə həmin şəxslərin olduqları ərazilərə getmiş və həmin şəxsləri gördükdə dərhal narkotik vasitə və psixotrop maddə alıb həmin yerdən uzaqlaşmışdır. Sonuncu dəfə o, 29 yanvar 2025-ci il tarixdə təxminən günorta saatlarında Bakı şəhəri “Sovetski” adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və fürsət olanda istifadə etmək məqsədi ilə həmin psixotrop maddəni əynində olan şalvarın cibinə sağ yan cibinə qoyaraq üzərində saxlamışdır. O, həmin tarixdə saat 19:00-da ünvan 5 ünvanının qarşısında dayanan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər və özünü təqdim etməsini ondan xahiş etmişlər. O, heç bir etiraz etmədən özünü təqdim edərək anket məlumatlarını polis əməkdaşlarına bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, üzərində saxlayaraq daşımaqda və satmaqda şübhəli olduğunu deyərək onu Nəsimi RPİ-nin inzibati binasına dəvət etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis İdarəsinin inzibati binasına getmişdir. Bundan sonra xidməti otaqların brində təhqiqatçı Elşən İsmayılov tərəfindən ona hüquq və vəzifələri, eləcə də nədə şübhəli olduğu izah olunmuş, daha sonra təhqiqatçı Elşən İsmayılov tərəfindən ona vəkillər siyahısı təqdim olunmuş və hüquqlarının müdafiə edilməsi üçün istədiyi vəkili seçməsi təklif olunmuşdur. O isə ərizə yazaraq maddi imkanı olmadığını bildirmiş və istənilən bir vəkilin dövlət hesabına onun müdafiəçisi qismində dəvət edilməsini xahiş etmişdir. Bundan sonra müdafiəçi X7 onun hüquqlarının müdafiə edilməsi üçün Polis İdarəsinə dəvət olunmuş və o, şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, ona hüquq və vəzifələri izah olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elşən İsmayılov tərəfindən ona üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və sol yan cibindən özünə məxsus 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı o, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Bakı şəhəri “Sovetski" adlaran ərazisə sadəcə üzdən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdəki maddə ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, onun üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğuna görə təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəməkimyəvi ekspertizasının 30 yanvar 2025-ci il tarixli rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, şəxsi axtarış və götürmə zamanı onun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,683 qramdır. O, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamindən istifadə etməmiş və ya kiməsə pay verməmiş, həmin 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə saxlamışdır. O, hazırda heç bir yerdə psixotrop maddə metamfetamin saxlamır. O, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini aldığı şəxsin anket məlumatlarını və ya istifadə etdiyi mobil telefon nömrəsini bilmir, həmin şəxsi sadəcə üzdən tanıyır, həmin şəxsin adı, soyadı, yaşadığı ünvanı və sair barədə heç bir məlumatım yoxdur. Ola bilər həmin şəxsdən əvvəllər də narkotik vasitə və psixotrop maddə almışdır, lakin həmin şəxsdən əvvəllər narkotik vasitə və psixotrop maddə aldığını xatırlamır, həmin şəxsi sadəcə üzdən tanıyır. Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman, eləcə də Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. Tutulmamışdan əvvəl ***-***-**-** saylı GSM nömrəsini istifadə etmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində bir uşağının olmasını, İİİ qrup əlil olmasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ifadəsində göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə «Rövşən» adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Cinayət Axtarış Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində «Rövşən» adlı şəxsin 10 oktyabr 1978ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, daha sonra həmin məlumat onun tərəfindən raportla PRİ-nin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədilə ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvafiq qərar qəbul olunmuş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvləri isə RPİ-nin KMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Elnur Abasquliyev və RPİ-nin CAŞ-nin kiçik inspektoru polis kiçik serjantı Fərid Salmanov olmaqla əməliyyat qrupu yaradılmış, beləliklə, həmin tarixdə saat 19:00-da baş əməliyyat qrupunun üzvləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Nəsimi rayonu, A.D.Qurbanov küçəsi 58 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olduqlarını və Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu dəvət edərək Polis İdarəsinin inzibati binasına gətirmişlər. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün təhqiqatçı Elşən İsmayılov tərəfindən Bakı şəhəri Xəzər Konsalting Vəkil Bürosunun vəkili Fərhad Əliyev müdafiəçi qismində Polis İdarəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları videoçəkiliş aparılmaqla təhqiqatçı Elşən İsmayılov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni və sol yan cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl Bakı şəhəri “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd bükümdəki maddə ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanaraq maddi sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğuna görə təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 1-ci vərəqində olan “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin 22-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdə, saat 20:00-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 yanvar 2025-ci il tarixdən, saat 19:00-dan tutulmuş hesab edilmişdir. Cinayət işinin 29-cu vərəqində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet, eləcədə narkotik vasitə və psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. Cinayət işinin 31-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 29 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa, könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əvvəlcə əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin şalvarının sol yan cibindən “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl şəxsi istifadəsi üçün “Sovetski” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb üzərində saxlayaraq daşıdığını, psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-nin 186 nömrəli möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin 48-51 vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2025-ci il tarixli, 6/405 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş..." sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,683 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin 65-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 81-83-cü vərəqlərində olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiq Rauf Xalıqzadənin 30 yanvar 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilərək, onun barəsində daha yüngül növlü qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. Cinayət işinin 91-ci vərəqində olan “mobil telefona baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 30 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən təqsirləndirilən şəxs X5 məxsus 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs Elşən Əliyevə məxsus 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonun bütün qovluqları incələnmiş, lakin həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir. Cinayət işinin 95-ci vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 30 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 29 yanvar 2025-ci il tarixdə Nəsimi RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Elşən İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən əvvəlcə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarn sağ yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd bükümü və şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir.Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl “Sovetski” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 edəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən, 01 ədəd kağız zərfə qoyulub qablaşdırılaraq götürülmüşdür. Sonda təhqiqatçı Elşən İsmayılov tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş və doğruluğu bütün iştitrakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Cinayət işinin 99-100-cü vərəqələrində olan “Maddi sübut qismində tanıma haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, 29 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,683 qram olan psixotrop maddə metamfetamin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə iş üzrə maddi sübut kimi tanınsın və tədqiqata sərf edilən 0,050 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,633 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 116-117-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin Ambulator X1 dair 30 yanvar 2025-ci il tarixli, 471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 129-cu vərəqində olan “diskə baxış keçirilməsi haqqında” 23 fevral 2025-ci il tarixli protokoldan görünür ki, DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD diskdə olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi 29 yanvar 2025-ci il tarixdə 16:09-da ünvan 6 ünvanında yerləşən ötürücünün anten dairəsinə olmuş, həmin vaxtdan sonra sonra dəqiq ünvanı göstərilməmiş, saat 19:00-dan sonra isə heç bir məlumat yoxdur. Cinayət işinin 130-138-ci vərəqələrində olan “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, məhkəmə-tibbi ekspertizasının rəyi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin ifadələri, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol, şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkiliş, həmin videoçəkilişin həkk olunduğu 01 ədəd DVD disk, DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD disk, istintaq hərəkəti protokolları, cinayət işinə əlavə edilmiş digər sənədlər obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videoçəkilişin həkk olunduğu 01 ədəd DVD disk və DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti daşıdığından protokola əlavə kimi qiymətləndirilərək iş materiallarında saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,683 qram olan psixotrop maddə metamfetaminin 31 yanvar 2025-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınması, qalıq təmiz çəkisi 0,633 qram olan psixotrop maddə metamfetaminin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilmədiyindən özünə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 12 yanvar 2010-cu il təvəllüdlü X2 atası Təqsirləndirilən şəxsdur. Azemis Elektron Məhkəmə İnformasiya Ssitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 0,683 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, İİİ qrup əlil olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun İİİ qrup əlil olması nəzərə alınaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun onun özünə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qasım oğluna məhkəmədə iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,633 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun onun özünə qaytarılması nəzərə alınsın. Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qasım oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar