Məhkəmə qərarları › İş №1(006)-26/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-26/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-26/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X4 hüquqi varisi Zərərçəkmiş şəxs, Zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndələri X8 və X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının 19-da saat 12 radələrində "xxxx" MMC-yə məxsus yol vərəqi ilə idarə etdiyi “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla ünvan 3 ünvandan keçən avtomobil yolunda 10-15 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu yerdəyişməzdən əvvəl idarə etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı vəziyyətdə avtobusu manevr etdirməməli, yəni qarşıdan hərəkəti istiqamətinin əksinə velosipedçi X4 hərəkətdə olmasını nəzərə almalı və sola doğru manevr etməklə hərəkət üçün təhlükə yaratmamalı olduğu halda, bunları etməmiş, o, idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu velosipedçi Qoşqar Əhmədovun hərəkətdə olduğu zolağa manevr etdirərək hərəkət üçün təhlükə yaratmaqla ehtiyatsızlıqdan velosipedçi Qoşqar Əhmədovu vurmaqla baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi və baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sol kürək və bel nahiyəsinin sıyrıqlarına səbəb olan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq 26 may 2021-ci il tarixdə Baş Sİ-nin 3 №-li Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuş, həmçinin velosipedin zədələnməsi nəticəsində mərhum Qoşqar Əhmədova 50 manat məbləğində maddi ziyan vurulmuş, eləcə də “BMC PROCİTY 12M” markalı, **-JU- *** dövlət nömrə nişanlı avtobusun zədələnməsi nəticəsində zərər çəkmiş şəxs "xxxx" MMC-yə 2.595,56 manat məbləğində maddi ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin 88 №-li sərnişin daşıma "BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü olaraq fəaliyyət göstərir. 19 may 2021-ci il tarixdə saat 12 radələrində yol vərəqi ilə idarə etdiyi "xxxx" MMC-yə məxsus “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusu Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə hərəkət edərək həmin küçədə sağ tərəfdə “Mərkəzi Bank"ın qarşısında yerləşən dayanacaqda təxminən bir neçə dəqiqə saxlamış, avtobusdan düşən və minən sərnişinlərin hərəkətləri bitdikdən sonra avtobusu işə salaraq qabağa və sol tərəfə baxaraq avtomobil yolunun boş olduğuna əmin olduqdan sonra sol tərəfə baxa-baxa 10-15 km/saat sürətlə hərəkətə davam etmişdir. Təxminən 2-3 metr getdikdən sonra öz hərəkətə keçdiyi zolaqla üzü idarə etdiyi avtobusa tərəf sonradan adını soyadını öyrəndiyi X4 velosipedlə hərəkətdə olduğunu görmüşdür. O, qarşıdan gələn velosipedçini görən kimi təhlükənin qarşısını almaq üçün idarə etdiyi **-JU-*** dövlət nömrə nişanlı avtobusu yolun sol tərəfinə yönəltsə də, velosipedçi avtobusun güzgüsünə dəymiş və yerə yıxılmışdır. O, dərhal avtobusu saxlamış, avtobusdan düşərək velosipedçiyə yaxınlaşmış, dərhal DİN-in 102 xidmətinə və 103 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polislər və həkimlər gəlmiş, velosipedçini xəstəxanaya aparmışlar. Onun əməlində cinayət tərkibi yoxdur və ona elan olunmuş ittiham əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı X4 hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X10 onun qardaşı olmuşdur. 19 may 2021-ci il tarixdə saat 16 radələrində qardaşının nömrəsindən ona zəng gəlmiş və tanımadığı şəxs ona qardaşının avtobusla toqquşduğu üçün Bakı şəhəri 3 №-li Sabunçu xəstəxanasına aparıldığını söyləmişdir. O, Bakı şəhəri 3 №-li Sabunçu xəstəxanasına getmiş, orada ona məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 90 ünvanında Təqsirləndirilən şəxs idarə etdiyi "xxxx" MMC-yə məxsus “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusla Qoşqarın idarə etdiyi velosiped toqquşmuş, nəticədə Qoşqar xəsarət aldığı üçün Bakı şəhəri 3 №-li Sabunçu xəstəxanasına yerləşdirilmişdir. Velosipedə isə 50 manat məbləğində maddi ziyan dəymişdir. 26 may 2021-ci il tarixdə qardaşı Qoşqar xəstəxanada vəfat etmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs və qohumları onlara başsağlığı verməmiş, heç bir maddi yardım göstərməmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş şəxs X4 hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində X5 əməliyyat xərclərinə, həmçinin, koma vəziyyətində qaldıqda dərman və xəstəxana xərclərinə sərf olunmuş 6500 manat məbləğində pulun, Qoşqar Əhmədovun dəfn xərclərinə görə 1500 manat məbləğində pulun və velosipedin əzilməsi nəticəsində 50 manat məbləğində pulun, ümumilikdə dəymiş zərərə görə 8550 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı X4 hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X12 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də baş məsləhətçihüquqşünas işləyir. 19 may 2021-ci il tarixdə Nəzarət şöbəsindən Təqsirləndirilən şəxs idarə etdiyi “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusun qarşısına çıxan velosipedçi ilə toqquşması ilə bağlı məlumat daxil olmuşdur. Hadisədən dərhal sonra sürücü 102 xidmətinə zəng etmiş, velosiped sürən şəxs yaralandığı üçün təcili tibbi yardım çağırılmış və xəsarət alan şəxs Sabunçu xəstəxanasına aparılmışdır. Tərəflərindən zərər çəkmiş şəxsə sığorta pulu ödənilməsi üçün icbari sığorta ilə bağlı müvafiq quruma müraciət olunmuşdur. Baş vermiş hadisə zamanı "xxxx" MMC-yə məxsus olan “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobus zədələnmiş və Cəmiyyətə 2.595,56 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidirlər və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X12 mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində "xxxx" MMC-yə dəymiş 2.595,56 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X6 "xxxx" MMC-nin nümayəndəsi X12 ilə eyni məzmunlu ifadə verərək məhkəmədən təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini və "xxxx" MMC-nin mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X10 onun əmisi oğlu olmuşdur. Hadisə olan gün o, işdə olmuşdur. Telefonuna tanımadığı nömrədən zəng gəlmiş və qəza baş verməsi, əmisi oğlunun xəsarət alması, vəziyyətinin pis olması və 3 saylı Sabunçu xəstəxanasına aparılması ilə bağlı ona məlumat verilmişdir. O, dərhal xəstəxanaya getmiş, xəstəxanada həkimlər Qoşqarın beyninə qan sızdığını bildirmişlər. Daha sonra Qoşqar əməliyyat olunmuş, bir həftə koma vəziyyətində qaldıqdan sonra rəhmətə getmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.167-168); - “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq edərək 19 may 2021-ci ildə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 90-dan keçən avtomobil yolunda idarə etdiyi “BMC PROCİTY 12M” markalı **-JU-*** dövlət nömrə nişanlı avtobusla velosipedçi X7 vurmasını əyani şəkildə göstərmişdir (i.v.52-53); - Diskə köçürülmüş “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobusa quraşdırılmış kamera görüntülərinin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, “BMC PROCİTY 12M” markalı, **-JU-*** dövlət nömrə nişanlı avtobus hərəkətdə olaraq Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 90-da avtobus dayanacağında xx.xx.2021-ci ildə saat 12:16:12-də dayanır. Avtobusda olan sərnişinlər düşür, dayanacaqda gözləyən sərnişinlər isə avtobusa minir. Saat 12:17:08-də avtobus hərəkətə başlayır. Saat 12:27:14-də avtobus dayandığı zolaqdan yolun digər zolağına keçərkən velosipedçi X7 vurur. Q.Şahid yolun səkiyə yaxın olan zolağına yıxılır və idarə etdiyi velosiped də həmin zolaqda Q.Şahid yaxın hissədə aşır. Sürücü Təqsirləndirilən şəxs avtobusdan enərək Q.Şahid yaxınlaşır. Ətrafda olan şəxslər Q.Şahid Təqsirləndirilən şəxsla birlikdə yardım göstərib yolun kənarında əyləşdirirlər; - “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X18 xx.xx.2021-ci il tarixli, 66 №-li rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X4 bədənində baş beyinin travmatik ödemi, baş beyinin əzilməsi və baş beyin toxumasına, qişaları altına, mədəciklərinə qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sol kürək və bel nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı şəhər, Baş Sİ-nin 3 №-li Şəhər Klinik Xəstəxanasına gətirildiyi xx.xx.2021-ci il tarixdə yaranmışdırlar, qərarda göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı velosipedçinin hərəkətdə olan avtobusla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Q.Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər qısa zaman kəsiyində yarandıqlarına görə ardıcıllığı barədə fikir söyləmək mümkün deyildir. İlkin zərbənin hansı istiqamətdə olmasının, həmin zərbənin avtobusun ön hissəsi ilə vurulmasının və zərbə anında hansı vəziyyətdə olmasının təyini üçün ekspertin iştirakı ilə istintaq eksperimentinin aparılması, o cümlədən kompleks (avtotexniki və məhkəmə-tibbi) ekspertizanın keçirilməsi məsləhətdir. Q.Şahid adına tərtib edilmiş tibbi sənədlərdə görmə və eşitmə orqanları haqqında heç bir qeydiyyat aparılmamışdır. Q.Şahid ölümünə səbəb baş beyinin əzilməsi, sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı, beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar nəticəsində inkişaf edən baş beyinin travmatik ödemi olmuşdur. Q.Şahid ölümü xx.xx.2021-ci il tarixdə, saat 04:50-də Bakı şəhər, Baş Sİ-nin 3 №-li Şəhər Klinik Xəstəxanasında baş vermişdir. Q.Şahid meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (i.v.73-78); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1542 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (i.v.70-72); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/3192-4/1798 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd diskdə olan videoyazılara görə toqquşma anında avtobusun sürəti Vvat =18,74 km/saat, velosipedçinin sürəti isə Vvel=13,38 km/saat olmuşdur. Hadisədən əvvəl velosipedçinin qarşıdan hərəkətin əksi istiqamətində avtobuslar üçün ayrılmış zolağı soldakı zolaqla ayıran qırıq xəttin üzəri ilə düzünə hərəkətdə olması və hərəkət hissəsinin sağ kənarında yerləşən avtobus dayanacağında dayanmış “BMC Procity 12M” markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtobusun hərəkətə başlayıb soldakı zolağa keçmək üçün sola istiqamətlənərkən qırıq xəttin üzərində velosipedçinin vurulması nəzərə alınmaqla qeyd olunan vəziyyətdə hərəkət üçün təhlükə düzünə hərəkətdə olan velosipedçinin hərəkətləri ilə deyil, avtobusun sürücüsü Təqsirləndirilən şəxs avtobusu sola, yəni velosipedçinin hərəkət trayektoriyasına doğru istiqamətləndirməsi ilə əlaqədar olaraq yaranır. “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə velosiped yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından velosipedçinin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus Bakı Nəqliyyat Agentliyinin sahibliyindədir (i.v.17); - Yol vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmək hüququ verilmişdir (i.v.16); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur (i.v.18); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “BMC PROCİTY 12M" markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobus və X4 idarə etdiyi velosiped iş üzrə maddi sübut qismində tanınmış və həmin avtobusun "xxxx" MMCdə, velosipedin isə Zərərçəkmiş şəxs saxlanması nəzərə alınmışdır (i.v.82-84); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.81); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il və xx.xx.2007-ci il təvəllüdlü 2 övladı vardır. - Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs hər iki aşağı ətrafın qızılyel xəstəliyi diaqnozu qoyulmuşdur (i.v.161-163); - xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X13 xx.xx.2013-cü il tarixdə Füzuli rayonu uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuşdur (i.v.164). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, baş vermiş yol-nəqliyyat hadisəsində heç bir təqsiri olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini və iki yetkinlik yaşına çatmayan övladının olmasını, qızılyel xəstəliyindən əziyyət çəkməsini, şəhid qardaşı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X14 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-də, velosipedin isə Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. Yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında mülki cavabdeh – Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs – mülki iddiaçı "xxxx" MMC-yə 2595,56 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin mülki iddiası təmin edilməli, "xxxx" MMC-yə dəymiş ziyana görə 2595,56 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs X2 hüquqi varisi və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən onun mülki iddiası üzrə icraata xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X14 müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli X14 müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-nin mülki iddiası təmin edilsin. Dəymiş maddi zərərə görə 2595,56 (iki min beş yüz doxsan beş manat, əlli altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilsin. Zərər çəkmiş şəxs X4 hüquqi varisi Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “BMC Procity 12M” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusun "xxxx" MMC-də, velosipedin isə Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar