Məhkəmə qərarları › İş №1(006)-26/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-26/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-26/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, “X23” MMCdə hüquqşünas işləyən, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, ev 8, mənzil 9 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 27 may 2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi 360 ünvanında yerləşən binanın 2 saylı avto dayanacağında qonşusu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları mərtəbənin təmir xərclərinin sonuncunun öhdəsinə düşən hissəsinin ödənilməməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurduqdan sonra sinəsindən tutub avtomobilə çırparaq sonuncuya Xİ döş fəqərəsinin sol yan çıxıntısının qabırğa birləşməsi nahiyəsindən qopma xarakterli yerdəyişməyən sınığı ilə müşayət olunan döş qəfəsinin arxa səthinin geniş həcmli hematoması, aşağı dodağın sağ hissəsinin selikli qişasının əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sağ yan səthinin hematoması, döş qəfəsinin ön səthinin qançırı və sıyrığı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 20 ilə yaxın müddətdir tanıyır və onunla ədavət və düşmənçiliyi olmamışdır. O, özü Zərərçəkmiş şəxs onun hazırda yaşadığı binadan ev almasına köməklik göstərmiş və onunla qonşu olmuşdur. 2020-ci ilin dekabr ayında yaşadığı mərtəbəni təmir etdirmək qərarına gəlmişdir. Bu vaxt çəkilən xərclərin qonşular arasında bərabər bölünməsi barədə razılaşmışlar. Təmir etdirib qurtarmağına baxmayaraq, Ayaz müxtəlif bəhanələr edib öz öhdəsinə düşən 1000 (min) ABŞ dolları pulu verməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs əvvəlki illərdə çəkdiyi təmir xərclərinin isə onun yaşadığı ünvana aidiyyatı olmamışdır. 27 may 2022-ci il saat 10- 11 radələrində yaşadığı binanın yer altı avto duracağından avtomobili ilə çıxarkən Zərərçəkmiş şəxs və Amin Məmmədovun dayanıb söhbət etdiyini görmüşdür. Həmin vaxt orada Amin Məmmədovun sürücüsü Rəfail adlı şəxs olmuşdur. O, avtomobildən düşüb Zərərçəkmiş şəxs və Amin Məmmədova yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs borcunu nə vaxt verəcəyini soruşmuşdur. Amin Məmmədov onun dediyi sözü zarafat mənasında qəbul edərək qeyd olunan məbləğin qaytarılacağını bildirmiş, lakin Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadə işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla sözlü mübahisəsi yaranmış, lakin ona hər hansı xəsarət yetirməmişdir. Daha sonra avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Həmin mübahisə zamanı komendant Şahid2 yaxınlıqda olmuş və hadisənin şahidi olmuşdur. Bundan əlavə Amin Məmmədovun sürücüsü Rəfail Gözəlov da hadisənin şahidi olmuşdur. Qeyd olunan şəxslərdən başqa hadisə vaxtı digər şahidlər olmamışdır. Əgər, o, Zərərçəkmiş şəxs vurmuş olsaydı, sonuncu daha ağır xəsarət alardı. Zərərçəkmiş şəxs təmir xərclərini almasın deyə ona yalandan böhtan atmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bir binada, eyni mərtəbədə yaşayırlar. Təxminən 4-5 il əvvəl yaşadığı mərtəbədə təmir işləri görmüşdür. Həmin vaxt təmir xərclərini o çəkmişdir. O, Təqsirləndirilən şəxs müraciət edərək təmir ilə əlaqədar xərclərin müəyyən qisminin pulunun onun verməsini təklif etsə də, sonuncu pul verməkdən imtina etmişdir. Təxminən 2022-ci ilin yaz aylarında Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaşadıqları mərtəbədə təmir işləri gördürəcəyini deyib ondan pul istəmişdir. Əvvəllər təmir işlərini gördürdüyünü və həmin vaxt heç kəsin ona pul vermədiyini əsas gətirərək pul verməyəcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsla aralarında soyuqluq yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı binanın yeraltı avtomobil duracağında dayısı oğlu Amin Məmmədov ilə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onları uzaqdan görüb avtomobili ilə onlara yaxınlaşmışdır. Dayısı oğlu Amin Məmmədov ilə Təqsirləndirilən şəxs dostdurlar və yaxın münasibətləri vardır. Ceyhun avtomobildən düşdükdən sonra təmir işləri ilə əlaqədar onun pul vermədiyini deyib mübahisə yaratmışdır. Lakin Təqsirləndirilən şəxs danışıq tərzi onun xoşuna gəlməmiş və bu barədə Ceyhuna öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs öz iradını bildirməsinə baxmayaraq sonuncu barəsində hər hansı nalayiq ifadə işlətməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb üz nahiyyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt dayısı oğlu Amin Məmmədov onu və Təqsirləndirilən şəxs bir-birindən aralamağa çalışmışlar. Lakin sonradan Təqsirləndirilən şəxs yenidən onun üzərinə gələrək sinə nahiyəsindən əlləri ilə tutub özünə məxsus avtomobilinə itələmişdir. Avtomobilə dəydiyi üçün sinə və bel nahiyəsindən ağır zədə aldığını hiss etmişdir. Həmin vaxt onun sürücüsü Şahid1 da onlara yaxınlaşmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Hadisə vaxtı yaşadığı binanın nəzarətçisi Şahid2 avtomobil duracağında mübahisə olmasını görüb gəlmişdir. Bundan sonra aidiyyatı üzrə hüquq mühafizə orqanlarına şikayət etmişdir. Hadisə vaxtı orada dayısı oğlu Amin Məmmədov və sürücüsü Samir adlı şəxs hadisənin birbaşa şahidi olmuşlar. Həmçinin, nəzarətçi Şahid2 mübahisə olduqdan sonra hadisə yerinə gəlmişdir. Qeyd etdiyi şəxslərdən başqa, avto duracaqda başqa şəxs olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirərək, məhkəmədən ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs sürücüsü olduğu Zərərçəkmiş şəxs yaşadığı binada qonşusu olaraq tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs “Deko Points” şirkətinin rəhbəridir və həmin şirkətə məxsus Zərərçəkmiş şəxs avtomobilini idarə edir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən götürmək üçün həmin binanın 2 saylı yeraltı avto duracağına düşmüşdür və avtomobildə oturub Zərərçəkmiş şəxs gözləmişdir. Bu vaxt Zərərçəkmiş şəxs dayısı oğlu Amin Məmmədov ilə duracaqda söhbət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara yaxınlaşmışdır. Təxminən 2-3 dəqiqə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla A.Fərəmozovu vurduğunu görmüşdür. Dava baş verdiyini görüb onlara yaxınlaşmışdır. Bu vaxt A.Məmmədov mübahisə edən şəxsləri aralamağa çalışmışdır. Lakin həmin vaxt Ceyhun Ayazı əlləri ilə tutub öz avtomobilinə çırpmışdır. O, yaxınlaşmış və onları sakitləşdirməyə çalışmışdır. Daha sonra binada nəzarətçi işləyən Mikayıl adlı şəxs də onlara yaxınlaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əsəbi şəkildə avtomobilinə oturub oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs belində ağrıları olduğunu və xəsarət aldığını, lakin avtomobili özü idarə edəcəyini bildirmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs dodağında xəsarət olduğunu müşahidə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs komendantı işlədiyi yaşayış binasının sakinləri kimi tanımışdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, Abay Döngəsi 360 ünvanında tikilmiş 3 hündür mərtəbəli binanın komendantı işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində həmin binanın yeraltı duracağına düşmüşdür. Bu vaxt səs-küy olduğunu eşidib mübahisənin olduğu istiqamətə doğru getmiş və Təqsirləndirilən şəxs öz avtomobilinə minərək uzaqlaşdığını, ardınca Zərərçəkmiş şəxs avtomobillə ərazidən uzaqlaşdığını görmüşdür. Həmin vaxt mübahisə olan yerdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Amin Məmmədov və sonuncunun sürücüsü Rəfail Gözəlov olmuşdur. O, hadisə olduqdan sonra mübahisə olan yerə getdiyinə görə kiminsə xəsarət almasını görməmişdir. Bir müddət sonra bölmədən ona zəng vurularaq izahatının alınması üçün dəvət edilmiş, o da bölməyə gedərək izahat vermişdir. Lakin həmin izahatında müstəntiqə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görmədiyini bildirmişdir. Lakin sonradan müstəntiq ona izahatını imza etmək üçün təqdim etmiş, o da həmin sənədi oxumadan imzalamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə o, sürücüsü işlədiyi müdiri Amin Məmmədovu onun yaşadığı binanın qarajında hər gün olduğu kimi gözləmişdir. Amin Məmmədov bibisi oğlu Ayaz ilə bir yerdə binanın qarajına enərək ona yaxınlaşmış və idarə etdiyi avtomobili işə salmağı göstəriş vermişdir. Amin Məmmədov və Zərərçəkmiş şəxs avtomobilləri bir-birinə yanaşı olan qarajda saxlanılmışdır. Bu zaman digər qonşu Təqsirləndirilən şəxs da onlara yaxınlaşmış və salamlaşmışdır. Həmin vaxt binanın komendantı Şahid2 də yaxınlıqda olmuş, lakin başqa heç kim orada olmamışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona olan borcunu tələb etmiş, Ayaz isə müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs ona öz iradını bildirmiş və sözlü mübahisə yaranmışdır. Daha sonra Təqsirləndirilən şəxs öz avtomobilinə, o da Amin Məmmədovla birlikdə öz avtomobilinə minib oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs isə zəng edərək yanına kimisə çağırmışdır. Həmin yerdən uzaqlaşdığına görə Ayazın yanına kimi çağırdığını bilməmişdir. Lakin güman edir ki, həmin şəxs onun sürücüsü olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, bibisi oğlu Zərərçəkmiş şəxs ilə bir yerdə binanın qarajına enərək özlərinə məxsus avtomobillərə yaxınlaşmışlar. Həmin vaxt onun və Ayazın avtomobilləri bir-birinə yanaşı olan qarajda saxlanılmışdır. X3 avtomobili işə salmasını tapşırmışdır. Bu zaman digər qonşu Təqsirləndirilən şəxs da onlara yaxınlaşmış və salamlaşmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona olan borcunu istəmiş, Ayaz isə müxtəlif bəhanələr gətirmişdir. Ceyhun isə ona iradlarını bildirmiş və sözlü mübahisə yaranmışdır. Sonra Təqsirləndirilən şəxs öz avtomobilinə, o da sürücüsü ilə birlikdə öz avtomobilinə minib ərazini tərk etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs kiməsə zəng edərək yanına çağırmışdır. Həmin yerdən uzaqlaşdığına görə Ayazın yanına kimi çağırdığını bilməmişdir. Lakin güman edir ki, həmin şəxs sürücüsü olmuşdur. Həmin vaxt oradan keçən binanın komendantı Mikayıl və sürücüsü Rəfail Gözəlovdan başqa yanlarında heç kim olmamışdır. İş materiallarında olan 27 may 2022-ci il tarixli “hadisə yerinin müyainə olunması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, hadisənin baş verdiyi ünvan ünvan 3arajıdır (i/v 7-9). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 canlı şəxsin ekspertizasına dair 13 iyun 2022-ci il tarixli, 644 saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-Xİ döş fəqərəsinin sol yan çıxıntısının qabırğa birləşməsi nahiyəsindən qopma xarakterli yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin geniş həcmli hematoması, aşağı dodağın sağ hissəsinin selikli qişasının əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sağ yan səthinin hematoması, döş qəfəsinin ön səthinin qançırı və sıyrığı bərk küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i/v 16- 17). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X17 canlı şəxsin ekspertizasına dair 10 oktyabr 2022-ci il tarixli, T 448/2022 saylı məhkəmə-tibbi ekspertizasının bədən xəsarətlərinin təyininə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs Xİ döş fəqərəsinin sol yan çıxıntısının qabırğa birləşməsi nahiyəsindən qopma xarakterli yerdəyişməyən sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin geniş həcmli hematoması, aşağı dodağın sağ hissəsinin selikli qişasının əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sağ yan səthinin hematoması, döş qəfəsinin ön səthinin qançırı və sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın tədrindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i/v 74-76). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 avqust 2022-ci il tarixli arayışdan və Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli Qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökümü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2014-cü il tarixli hökm ləğv edilərək yenidən baxışa qaytarılmışdır. Bakı Apellasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 07 il azadlıqdan məhrum etmə 3 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il il tarixli qərarı ilə Bakı Apellasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. (i/v 45-46). İş materiallarına əlavə olunmuş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən üz nahiyəsinə yumruqla zərbə endirilərək onu döyməsini və onu avtomobilə çırpmasını bildirsə də, sonuncu ona xəsarət yetirməməsini bildirmişdir. (i/v 69-70). İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 oktyabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 113-114). İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 18 noyabr 2008-ci il təvəllüdlü X11 və 01 mart 2013-cü il təvəllüdlü X8 adlı iki uşağı vardır. (i/v 121). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs digər şəxs tərəfindən qəsdən vurularaq ona bədən xəsarəti yetirilməsi faktı qeydə alınmamışdır və ya onun bədən səthində aşkar olunan xəsarətlərin hər hansı digər şəraitdə yaranması inkar edilmiş, onun dediyi şəraitdə, yəni yumruqla üzünə zərbə vurulması və avtomobilə çırpılması nəticəsində yaranması mümkün sayılmış və xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı hesab edilməmişdir. Ekspertiza rəylərindən göründüyü kimi, zərərçəkmiş şəxsin aldığı xəsarətlərin cinayət hadisəsinin baş verdiyi tarixdə əmələ gəlməsi təsdiq edilmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq, dəlillərini əsaslı hesab etmir, onun özünü cinayət məsuliyyətdən yaxa qurtarmağa cəhdi kimi qiymətləndirir. Məhkəmə şahid qismində dindirilmiş X14 və X2 cinayət hadisəsinin baş vermə müxanizmi, işin halları və xüsusən də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı heç bir xəsarət yetirməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin şahidlərdən X14 təqsirləndirilən şəxsin dostu, digəri isə X1, ona görə də onların ifadələri təqsirləndirilən şəxsin müdafiə edilməsi məqsədi ilə verilmiş kimi qəbul edilir. Belə ki, həmin şəxslərin qeyd etdiyi xüsusatlar həm iş materialları, eləcə də, digər şahid ifadələri ilə təkzib edilir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-491/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 68 (altmış səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 408 (dörd yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar