Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-262/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs «Neftin, Qazın Geotexnoloji problemləri və Kimya» X3 nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Salyan rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluğa cəhd etmişdir Belə ki, Təqsirləndirilən şəxsqəsdən, tamah niyyəti və özgənin əmlakını gizli daraq talama məqsədilə xx xxxx 2020-ci il tarixdə saat 05:30 radələrində ünvan 1 nömrəli ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki «Neftin, Qazın Geotexnoloji problemləri və Kimya» Elmi X1 pəncərədən keçməklə binaya qanunsuz daxil olaraq oradan 2 manat dəyərində bir cüt gövdəsi qara rəngdə kompüter səs gücləndirici qurğunu, bir ədəd 30 manat dəyərində «EAST» markalı UPS-i, bir ədəd 60 manat dəyərində «LOC E97S» markalı LSD kompüter manitoru, bir ədəd 150 manat dəyərində «Samsung, Molten» markalı kompüter prosessorunu, bir ədəd 4 manat dəyərində klaviaturanı, bir ədəd 3 manat dəyərində kompüter siçanını, bir ədəd 2 manat dəyərində «Neval» markalı elektrik su qızdırıcını, zərərçəkmişin qiymətləndirməsinə görə hər birinin dəyəri 50 manat olan qablaşdırılmış vəziyyətdə içərisində ayrı-ayrı növdə labarotoriya ləvazimatları, sınaq şüşəsi və mikroskop qoyulmuş 4 ədəd birlikdə dəyəri 200 manat olan taxta qutuları, X3 Laborotoriyasından gizli olaraq ələ keçirib oranın həyətini tərk edən zaman saat 07:40 radələrində «Vətən-N» Mühafizə xidmətində mühafizəçi işləyən Şahid4 ilə qarşılaşmış və tutulacağından qorxaraq əşyaları qeyd edilən yerdə qoyub bilavasitə iradəsindən asılı olmayan səbəblərə görə əməlini başa çatdıra bilməyib hadisə yerindən qaçaraq X1 məxsus ümumilikdə 451 manat dəyərində əmlakı oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində müxtəlif evlərdə kirayədə yaşayır. xx.xx.2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən kirayədə yaşadığı evdə yemək yeyən zaman spirtli içki qəbul etmiş, bundan sonra gecə yata bilmədiyi üçün evdən saat 02 radələrində çıxaraq gəzə-gəzə oradan Nəsimi rayonu, 28 may metrostansiyasının yaxınlığına gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 nömrəli ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki 2-ci tədris korpusunda yerləşən X3 Problem Laborotoriyasmın yanından keçərkən dəmir barmaqlıqdan olan hündür darvazanın açıq olmasını görüb oğurluq etmək qərarına gəlmişdir. Təxminən saat 05:30 radələrində ətrafa nəzər salıb heç kimin olmadığını və onu heç kimin görmədiyinə əmin olduqdan sonra həmin dəmir barmaqlıqdan olan darvazanın üzərindən aşaraq həyətə düşmüşdür. Həyətə daxil olub bir neçə addım getdikdən sonra orada plastikdən olan pəncərəni görüb yaxınlaşmış və pəncərəni əli ilə itələyib açıq olduğunu görmüşdür. Bundan sonra həmin pəncərədən labaratoriya otağına daxil olmuş, otaqda bir qədər axtarış apardıqdan sonra 01 cüt kompyuter səs gücləndirici qurğu, 01 ədəd UPS, 01 ədəd komyutcr manitoru, 01 ədəd komyuter prossessoru, 01 ədəd klaviatura, 01 ədəd kompyuter siçanı, 01 ədəd Neval markalı elektrik su qızdırıcısı və sonradan adını bildiyi 04 ədəd taxta qutuda ayrı-ayrı növdə labaratoriya sınaq şüşəsi mikroskopunu, götürüb pəncərənin qarşısına qoymuş, pəncərədən həyətə düşərək həmin əşyaları götürüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin darvazasının qarşısına gətirmişdir. Təxminən saat 07:40 radələrində oğurladığı əşyaları hündür dəmir barmaqlıqdan olan darvazadan necə bayıra çıxaracağını fikirləşdiyi vaxt oraya bir nəfər cavan oğlan yaxınlaşmış və ondan burada nə etdiyini soruşduqda həmin tanımadığı oğlana bildirmişdir ki, zibilliyi axtarır. Oğurluq etdiyinin bilinəcəyindən qorxub oğurladığı əşyaları darvazanın yanında qoyub özü oradan qaçmağa başlamış, həmin cavan oğlan onun arxasınca qaçmağa başlamışdır. Bu vaxt iki nəfər polis əməkdaşları qaçaraq ona yaxınlaşmış və o, tutulmasından qorxaraq cibində olan mətbəx bıçağını çıxarıb öz boynuna tutaraq yaxınlaşmamağı, özünə xəsarət yetirəcəyini polis əməkdaşlarına bildirmişdir. Lakin polis əməkdaşları onunla bir qədər söhbət etdikdən sonra bıçağı onlara vermiş, bundan sonra polis əməkdaşları onu oğurlamaq istədiyi əşyalarla birlikdə Nəsimi RPİ-nə gətirmiş və o, polis idarəsində etdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini, vurulmuş zərərin tamamilə aradan qaldırmasını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin, mülki iddiasının olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti «Neftin, Qazın Geotexnoloji problemləri və Kimya» X4 hüquqşünas vəzifəsindi işləyir. xx xxxx 2020-ci il tarixdə iş yerinə gəldikdə məlum olmuşdur ki, oradan universitetə məxsus «Molten» markalı stolüstü kompyuter, «Biolab» markalı laboratoriya mikroskopunun sınaq şüşələri və elektrik su qızdırıcısı oğurlanmışdır. Həmin günü saat 12 radələrində artıq Nəsimi rayon Pİ-nin İŞ-dən ona məlumat daxil olmuşdur ki, universitetdən oğurluq etmiş şəxs saxlanılmışdır və həmin şəxsin şəxsiyyəti müəyyən edilərək Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və ekspertiza rəyində də göstərildiyi kimi, 4 ədəd taxta qutularda ayrı-ayrı növdə labarotoriya ləvazimatları, sınaq şüşəsi və mikroskopun dəyərinin ümumilikdə 200 manat təşkil etmişdir. Daha sonra Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs vurduğu zərəri tamamilə aradan qaldırmasını, hazırda ona qarşı heç bir tələblərinin, şikayətlərinin və mülki iddialarının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ADNSU-da X3 direktor müavini vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə iş yerinə gəldikdə oradan universitetə məxsus «Molten» markalı stolüstü kompyuterin, «Biolab» markalı laboratoriya mikroskopunun sınaq şüşələrinin və elektrik su qızdırıcısının oğurlandığının şahidi olmuş, həmin günü saat 12 radələrində Nəsimi rayon Pİ-nin İŞ-dən ona məlumat daxil olmuşdur ki, universitetdən oğurluq etmiş şəxs saxlanılmış və o, polis idarəsinə dəvət olunmuş, orada ona məlum olmuşdur ki, universitetdən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxsdur. Əlavə olaraq göstərmişdir ki, universitetdən oğurlanmış 4 ədəd mikroskopun sınaq şüşələrinin dəyəri 200 manat, bir ədəd stol üstü kompyuterin dəyəri 960 manat, bir ədəd elektrik su qızdırıcısının dəyəri 20 manat təşkl edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş «Vətən-N» Mühafizə xidmətində Baksellin növbə rəisi Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20:00 radələrində işlədiyi Vətən-N Mühafizə xidmətinə işinə gəlmiş, xx xxxx 2020-ci il tarixdə saat 05:20 radələrində işdən digər postları yoxlamaq məqsədi ilə çıxıb getmək istərkən bu zaman işlədiyi yerlə yaxın Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 nömrəli ünvanda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki 2-ci tədris korpusunda X3 Problem Laborotoriyasının pəncərəsinin bayır tərəfdən olan hisəsində bir ədəd ağ rəngli sellofan torba və bir ədəd qadın çantasının olmasını, onların yanında yerdə bir ədəd qara rəngli kompyuter klaviyaturasının qoyulduğunu görüb oraya yaxınlaşmışdır. Bu zaman həmin idarənin həyətinə giriş qapısından içəridə bir nəfər arıq bədən quruluşlu tanımadığı oğlanın qapının yanına bir neçə ədəd qutunu, bir ədəd manitor, bir ədəd prosessor, kalonka və kompyuterə aid naqilləri qoyub yenidən içəriyə qayıtdığını görmüş, o, qapıya yaxınlaşıb həmin şəxsə burada nə etdiyini soruşduqda ona “zibillik eşirəm” deyə cavab vermiş və oradan dərhal qaçmışdır. O, həmin şəxsin arxasınca qaçmağa başlamış, bu zaman görmüşdür ki, ərazidə xidmət aparan PPXB-nün əməkdaşları xidməti avtomobildə gəlirlər və sonuncular onu görən kimi avtomobili saxlayıb düşmüş, polis əməkdaşları da həmin şəxsin arxasınca qaçaraq onu idarənin həyətində tutub saxlamışlar. Əlavə olaraq göstərmişdir ki, həmin şəxsin oğurluq etdiyini əvvəlcədən görməmiş, polis əməkdaşları həmin şəxsə yaxınlaşarkən sonuncu cibindən mətbəx bıçağı çıxararaq polislərə yaxınlaşmamağı, özünə xəsarət yetirəcəyini bildirmiş, lakin polis əməkdaşları onunla profilaktik söhbət apararaq bıçağı onun əlindən alıb zərərsizləşdirmiş, bundan sonra PPXB-nün polis nəfərləri həmin şəxsi oğurladığı əşyalarla birlikdə onu polis avtomobilinə əyləşdirib Nəsimi RPİ-nə gətirmiş, Nəsimi RPİ-də məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrindən xx.xx.2020-ci il saat 08:00-a qədər 6257 saylı çağırışla polis nəfəri Şahid3 ilə birlikdə xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdə saat 07:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun yaxınlığında xidmətdə olarkən 2 nəfər şəxsin qaçdığını görüb avtopatruldan düşərək onların arxasınca qaçmış, həmin qaçan şəxslərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin arxa həyətinə girdiyini görüb onlar da həmin istiqamətə qaçmışlar. Həyətə daxil olduqda görmüşlər ki, qaçan şəxslərdən digərinə nisbətən irəlidə qaçan əvvəllər tanımadığı şəxs əlində olan mətbəx bıçağını boynuna tərəf tutaraq ona yaxın gəlməməyi bildirmişdir. Onlar həmin şəxslə fərdi söhbətlər aparıb onu sakitləşdirmiş və bıçağı həmin şəxsin əlindən almışlar. Məlum olmuşdur ki, həmin şəxsin arxası ilə qaçan şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühafizəçi işləyir. Həmin mühafizəçi onlara bildirmişdir ki, saxladıqları şəxs Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasından kompyuter avadanlığını və digər əşyaları oğurlayıb qaçmaq istəmiş, bundan sonra polis idarəsinə məlumat vermiş və həmin şəxsi oğurlamaq istədiyi əşyalarla birlikdə avto patrula əyləşdirib Nəsimi rayon Polis İdarəsinə təhvil vermiş, Polis İdarəsində məlum olmuşdur ki, oğurluq etməyə cəhd edən xx xxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə icasında iştirak etməyən Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki o, ifadəsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 45-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 79-cu vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 235-236-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edimiş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 249-250-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 253-254 vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 132-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1039 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir cüt xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi qara rəngdə kompyuter sss gücləndirici qurğu 2,00 manat; bir ədəd üzərində «EAST» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş sökülmüş vəziyyətdə UPS, təyinatı üzrə istifadəyə yararlı olduğu halda şərti olaraq 30,00 manat; bir ədəd üzərində «LOC E97S, LSD monitor, made in China» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş kompyuter manitoru 60,00 manat; bir ədəd «Samsunq, Molten» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş kompyuter prosessoru 150,00 manat; bir ədəd xarici görünüşünə görə istifadədə olmuş klaviatura 4,00 manat; bir ədəd xarici görünüşünə görə istifadədə olmuş kompyuter siçanı 3,00 manat; bir ədəd xarici görünüşünə görə uzun müddət istifadədə olmuş (üzəri ərp ilə örtülmüş) «Neval» markalı elektrik su qızdırıcı 2,00 manat. Cinayət işinin 133-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 75 (yetmiş beş) manat müəyyən edilmişdir. Cinayət işinin 141-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/546 saylı ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində sonradan düzəlişlər edilməmişdir. Cinayət işinin 142-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 162-170-ci və 190-cı vərəqələrində olan xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, istintaq zamanı götürülmüş bir cüt xarici görünüşünə görə uzun müddət istifadədə olmuş, gövdəsi qara rəngli kompyuter səs gücləndirici qurğu, bir ədəd üzərində «EAST» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş sökülmüş vəziyyətdə UPS, bir ədəd üzərində «LOC E97S, LSD monitor, made in China» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş kompyuter manitoru, bir ədəd «Samsunq, Molten» markalanma yazıları olan, xarici görünüşünə görə istifadədə olmuş kompyuter prosessoru, bir ədəd xarici görünüşünə görə istifadədə olmuş klaviatura, bir ədəd xarici görünüşünə görə istifadədə olmuş kompyuter siçanı, bir ədəd xarici görünüşünə görə uzun müddət istifadədə olmuş (üzəri ərp ilə örtülmüş) «Neval» markalı elektrik su qızdırıcısı işüzrə maddi sübut kimi tanınmış və qəbzlə zərərçəkmişşəxsin nümayəndəsinə qaytarılmışdır. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1) Bakı HərbiMəhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 333.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və x xxxx 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 2) Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və xx xxxxxx 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 3) Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və xx xxxxxx 2019-cu il tarixdə həmin Məhkəmənin həmin tarixli Qərarı ilə 3 ay 9 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 259-cu vərəqəsində olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edtdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir tələb, şikayət və mülki iddiaları yoxdur, və bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluğa cəhd etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş zərərin tamamilə aradan qaldırılmasını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən üç il, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxsXətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmiş və həmin Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli Qərarı ilə 3 ay 9 gün vaxtından əvvəl şərti azad olunmuş, lakin 2 il keçmədən xx xxxx 2020-cı il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, onun xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir Təqsirləndirilən şəxshəmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığıxx xxxxxx 2020-ci il tarixdən, saat 12:00-dan məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir cüt gövdəsi qara rəngdə kompyuter səs gücləndirici qurğu, bir ədəd üzərində “EAST” markalanma yazıları olan sökülmüş vəziyyətdə UPS, bir ədəd üzərində “LOC E97S, LSD monitor, made in China” markalanma yazıları olan kompyuter monitoru, bir ədəd “Samsung Molten” marklanma yazıları olan kompyuter prosessoru, bir ədəd klaviatura, bir ədəd kompyuter siçanı, bir ədəd (üzəri ərp ilə örtülmüş) “Neval” markalı elektrik su qızdırıcısı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 139 (bir yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakışəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakışəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 12:00-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir cüt gövdəsi qara rəngdə kompyuter səs gücləndirici qurğu, bir ədəd üzərində “EAST” markalanma yazıları olan sökülmüş vəziyyətdə UPS, bir ədəd üzərində “LOC E97S, LSD monitor, made in China” markalanma yazıları olan kompyuter monitoru, bir ədəd “Samsung Molten” marklanma yazıları olan kompyuter prosessoru, bir ədəd klaviatura, bir ədəd kompyuter siçanı, bir ədəd (üzəri ərp ilə örtülmüş) “Neval” markalı elektrik su qızdırıcısı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 139 (bir yüz otuz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-262/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-262/2020
18.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver