Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-262/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:45 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055 məhəlləsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 mart 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanının qarşısına gəlib giriş qapısının qarşısında yerdə olan xalçanın altından mənzilin açarını götürərək həmin açarla mənzilin giriş qapısını açmaqla oraya qanunsuz daxil olub qonaq otağında olan 01 ədəd 500 manat dəyərində “Zimmer” markalı, “ZM-TVSF4336” modelli televizoru və yataq otağında döşəyin altından 01 cüt 550 manat dəyərində 750 əyarlı, 5 qram çəkdə, İtaliya istehsalı olan sırğanı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1050 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzsının sonu ilə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra tikinti yerlərində işləməyə başlamış, dəmir metal tullantıları yığmışdır. Məhkumluğu olduğu üçün iş tapmaqda çətinlik çəkmişdir. Bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə dəmir yığmaq üçün binaları gəzmişdir. Həmin gün axşam saat 18 radələrində Bakı şəhəri, Moskva prospektində yerləşən 5 mərtəbəli binaya qalxmışdır. Üçüncü mərtəbəyə qalxdıqda bir mənzilin qapısının qaşısında yerləşən balaca xalçanın üzərindən keçərkən ayağı ilə xalçanın altında bir əşyanın olduğunu hiss etmişdir. Xalçanın altına baxdıqda orada açar olduğunu görmüşdür. Həmin açarın üzərində olan yazı ilə qapıdakı yazının eyni olduğunu görmüşdür. Bu zaman oğurluq etmək fikrinə düşmüş, qapının gözlüyündən baxmış, evin işığının sönülü olduğunu gördükdə fikrini qətiləşdirmiş və təcili olaraq qapını açaraq içəri girmişdir. Evdəki otaqları axtarmağa başlamış, yataq otağına daxil olmuş, döşəyin altına baxdıqda sırğa olduğunu görmüş və götürmüşdür. Daha sonra qonaq otağına daxil olmuş, orada olan “Zimmer” markalı televizoru qablaşdırılmış şəkildə görmüş və televizoru karton qutusu ilə birlikdə götürmüşdür. Saat 18:40 radələrində evdən çıxmış, evin açarını həmin xalçanın altına qoymuş və oradan uzaqlaşmışdır. Evə tərəf gedərkən yol kənarında tanımadığı bir şəxsə evdən götürdüyü sırğanı satmağı təklif etmişdir. Həmin şəxs onun təklifi ilə razılaşmış və o, sırğanı həmin şəxsə 100 manat müqabilində satmışdır. Televizoru isə kirayədə yaşadığı evə aparıb qoymuşdur. Bir neçə gün sonra polis əməkdaşları onu saxlamışdır. Saxlanıldıqdan sonra oğurladığı televizoru polislərə təhvil vermiş, üzüyün pulunu isə şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. İfadəsinin sonunda əməlindən peşman olduğunu, dəymiş zərərin qismən ödənildiyini bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, keçmiş yoldaşı X5 ilə 2000-ci ildə ailə həyatı qurmuş, 2003-cü ildə ayrılmışdır. Həmin evlilikdən xx.xx.2002-ci il təvəllüdü Şahid adlı bir övladı vardır. Oğlu Elayev X4 Cümhuriyyətində təhsil alır. Elnur Azərbaycan Respublikasına gələn zaman onunla qalsa da, Türkiyədə olan zaman o tək yaşayır. Hal-hazırda o, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Nəqşicahan” adlı kafedə qabyuyan işləyir. Qeydiyyatı Balakən rayonu olsa da təxminən 3 ilə yaxındır ki, ünvan 4 ünvanında yaşayır. Hər gün səhər saat 09 radələrində evdən çıxıb işə gedir və axşam 21:30 radələrində işdən evə geri qayıdır. Oğlu Azərbaycan Respublikasında olan zaman bəzən tək qalır, bəzən isə oğlu evdə olmayanda açarı qapının ağzında olan balaca xalçanın altına qoyur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında ilk öncə oğlu bacısıgilə, yəni X3gilə getmişdir. O, isə 11 radələrində evdən çıxaraq işə getmişdir. O, axşam saat 21:20 radələrində işdən evə gələn zaman mənzilin qapısına çatdıqda xalçanın altından qapının açarını götürmüş, lakin qapını açmağa çalışdıqda qapının açıq olduğunu görmüşdür. Dərhal evə daxil olmuş, evin içərisində olan hər iki otağın dağınıq vəziyyətdə olduğunu, yataq otağında döşəyin altına qoyduğu italyan istehsalı, dəyəri təxminən 350 manat olan sırğanın oğurlandığını aşkar etmişdir. Bundan əlavə qonaq otağında olan iki ay əvvəl Abşeron rayonunda yerləşən “Kontakt home” mağazalar şəbəkəsindən 12 aylıq kredit ilə 1400 manata aldığı “Zimmer” markalı 108 diaqonallı televizorun karton qutusu ilə birlikdə oğurlandığını aşkar etmişdir. O, dərhal DİNin 102 xidmətinə məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra oğlu gəlmiş və o hadisəni oğluna danışmışdır. Bundan təxminən 10 dəqiqə sonra polis əməkdaşları evə gəlmişdirlər. “Zimmer” markalı televizoru iki ay əvvəl alsa da evə tək yaşadığı üçün qutusundan çıxarmamışdır. Oğlu Azərbaycan Respublikasında il ərzində təxminən iki ay yaşayır. Bu səbəbdən televizoru iki ay əvvəl alsa da oğlu olmadığı üçün quraşdırmamışdır. Bundan sonra oğlu gəldikdə isə quraşdırmağı düşünsə də işdən vaxt tapmamışdır. O, evdən çıxan zaman və evə daxil olan zaman ətrafda şübhəli heç kəsi görməmişdir. Evə daxil olan zaman evdə başqa şübhəli nəsə görməmişdir. Həmin sırğanı təxminən 5 il əvvəl 350 manata almışdır. Aldığı yeri xatırlamır, üzərində 750 yazısı olmuşdur. İtaliya istehsalı olmaqla çəkisi təxminən 5 qram olmuşdur. Hal-hazırda ona dəymiş ziyan tam olaraq ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və 750 yazı olan cəkisi 5 qram olan qızıl zinyət əşyanın əvəzini tələb edir. İş materiallarına əlavə olunmuş 03 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ev 46 ünvanında yerləşən 36 saylı mənzildir. (i/v 5-8). İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsinə dair xx.xx.2023cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:59:46 ilə saat 18:59:53 aralığında 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara saçları, əynində göy rəngli gödəkcə, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ev 46 ünvanının yaxınlığındakı küçənin səkisində əlində karton televizor qutusu ilə birlikdə hərəkət etdiyi müşahidə olunur. (i/v 15- 16). İş materiallarına əlavə edilmiş 07 mart 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-135/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. (i/v 37, 88-91). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” 03 aprel 2023cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanından aşkar edilmiş 01 ədəd açar və 01 ədəd qıfıl (silindirik mexanizm) maddi sübut kimi tanınmış və saxlanılması üçün RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i/v 108-109). İş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə 14:00-dan 14:30-dək müddət ərzində Təqsirləndirilən şəxs habelə onun müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılarkən hadisənin baş verdiyi ünvanın ünvan 6duğu müəyyən edilmişdir. (i/v 79-80). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 fevral 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunaraq 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 96-98, 116-125). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2023-cü il tarixli, 9/2168 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd təzə vəziyyətdə Çin istehsalı olan, “Zimmer” markalı, “ZM-TVSF4336" model, 43 düym Led televizorun 2023-cü ilin mart ayına olan orta bazar qiyməti təxminən 500.0 manat, qərarın təsviri hissəsində göstərilən 01 cüt çəkisi 05 qram, 750 əyarlı, İtalya istehsalı sırğanın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 550.0 manat müəyyən edilir. (i/v 126-128). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 11 may 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd təzə vəziyyətdə Çin istehsalı olan, “Zimmer” markalı, “ZM-TVSF4336” model, 43 düym Led televizorun maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. (i/v 136-144). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ona məxsus 01 ədəd təzə vəziyyətdə Çin istehsalı olan, “Zimmer” markalı, “ZM- TVSF4336" model, 43 düym Led televizoru istintaq şöbəsinin 303 saylı xidməti otağında müstəntiq Süleyman Qəşəmlidən təhvil almışdır. (i/v 167). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablanmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd təzə vəziyyətdə Çin istehsalı olan, “Zimmer” markalı, “ZM-TVSF4336” model, 43 düym Led televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd açar və 01 ədəd qıfıl (silindirik mexanizm) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(006)-262/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 25 may 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Universal” Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd təzə vəziyyətdə Çin istehsalı olan, “Zimmer” markalı, “ZM-TVSF4336” model, 43 düym Led televizorun sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 ədəd açar və 01 ədəd qıfıl (silindirik mexanizm) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-262/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-262/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver