Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-263/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü MİK, ev 16-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on səkkiz yaşına çatmış şəxs olmaqla yetkinlik yaşına çatmayan şəxsi aldatma, vədlər vermə ilə cinayətkar fəaliyyətə cəlb edib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olub, özgənin əmlakını gizli talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirərək qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışları X16 və X6 ilə qabaqcadan əlbir olub qrup şəxs halında xx xxxxxxx 2019-cu il tarixdə saat 03:00 radələrində ünvan 1 ünvanda dayanmış Zərərçəkmiş şəxs1 məxsus “KİA Cerato” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa, on səkkiz yaşına çatmış, xx xxxxxx 1999-cu il təvvəllüdlü Təqsirləndirilən şəxs tanışı yetkinlik yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü Şahid1 aldadıb, vədlər verməklə qəsdən cinayətkar fəaliyyətə cəlb edib onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 03:48 radələrində X10 işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 saylı ünvanda yerləşən “New life” telefon mağazasının giriş qapısının kilidini özləri ilə gətirdikləri vintaçan əşya ilə sındırıb saxlanc yer hesab edilən mağazaya qanunsuz daxil olaraq oradan piştaxta üzərində olan 1 ədəd qiyməti 649 manat olan «Samsung A 51» markalı, 2 ədəd hər birinin qiyməti 409 manat olan «Samsung A 20» markalı, 2 ədəd hər birinin qiyməti 469 manat olan «Samsung A30» markalı, 1 ədəd qiyməti 599 manat olan «Samsung A 50» markalı, 2 ədəd hər birinin qiyməti 229 manat olan «Redmi 7 A» markalı, 3 ədəd hər birinin qiyməti 299 manat olan «Redmi 8 A» markalı, 2 ədəd hər birinin qiyməti 429 manat olan «Xiaomi Mi A 3" markalı, 2 ədəd hər birinin qiyməti 429 manat olan «Redmi Note 7» markalı, 1 ədəd qiyməti 449 manat olan «Redmi Note 8» markalı mobil telefon aparatlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 6314 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, küçələrdə salfet satış ilə məşğul olur. Belə ki, supermarketlərdən ucuz qiymətə salfetlər alır və Bakı şəhərinin mərkəzi küçələrində dəyərindən çox baha qiymətə satıb pul əldə edir. Əldə etdiyi pulla isə öz şəxsi ehtiyaclarını təmin edir və gündəlik qaldığı evin pulunu ödəyir. Bakı şəhərində daha çox yetkinlik yaşına çatmayan Rafiq adlı şəxslə birlikdə olur. Onu 4 il olar ki, tanıyır. Rafiq də Bakı şəhərinin Tarqovu adlanan ərazisində salfet satışı ilə məşğul olur. X3 və X12 2019-cu ilin oktyabr ayının ortalarından tanıyır. xx.xx.2019-cu il tarixdə saat 01:00 radələrində dostları Aslan və Ayxan ilə birlikdə 20 yanvar metrosu yaxınlığındakı parkda olan “Playstation” klubuna getmiş, saat 03 radələrində klubdan çıxandan sonra Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsinə getmişlər. Həmin R.Məmmədov küçəsində olan 5 mərtəbəli binanın qarşısına çatdıqda orada gümüşü rəngli «KİA CERATO» markalı ** FN *** dövlət nömrə nişanlı avtomaşının saxlanıldığını görmüşdür. Ətrafda heç kimin olmadığını gördükdən sonra Ayxan həmin maşını qaçıraraq bir qədər sürməyi, daha sonra isə geri gətirməyi təklif etmişdir. O və Aslan Ayxanın təklifi ilə razılaşmışlar. O, həmin avtomobilin içərisinə baxdıqda start-stop düyməsinin işığının yandığını görmüşdür. Bundan sonra Aslan yerdən tapdığı dəmir parçası ilə maşının qabaq sağ yan qapısının şüşəsini sındırmışdır. Daha sonra Ayxan maşının içinə sındırılmış qabaq qapının sağ yan şüşəsinin yerindən daxil olsa da maşının açarını tapa bilməmişdir. Bundan sonra Ayxan sükan arxasına əyləşmiş, maşının tormozunu, sonra isə start-stop düyməsini basaraq mühərriki işə salmışdır. Bundan sonra Ayxan maşının qapılarını açmışdır. Ayxan maşının qapılarını açdıqdan sonra Aslan qabaq oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Ayxan maşını idarə edərək 20 yanvar istiqamətindən Xırdalan şəhəri istiqamətində sürsə də, Masazır dairəsində maşını idarə etmək üçün Aslana vermişdir. Aslan da maşını Saray yolu ilə idarə etdikdən sonra Sumqayıt şəhərinə sürmüş, Ayxan da Sumqayıt şəhərində avtovağzalın yanında olan məscidin qarşısında maşından düşmüşdür ki, Aslanın necə maşın sürməyini telefona çəksin. Aslan maşını irəli sürüb dairədən geri qayıtmaq istəyən zaman yolun istiqamətini tapa bilmədiyindən maşını Saray yolu ilə idarə edərək Qurd Dərəsi deyilən yerə sürmüşdür. Qurd Dərəsində səhərə qədər maşını sürəndən sonra Aslan maşının benzininin azaldığını görmüşdür. Maşına benzin doldurmaq üçün Saray yolunda olan «Nikoil» yanacaqdoldurma məntəqəsinə gəlmiş, lakin Aslan maşına benzin vurmamışdır. Belə ki, həmin yanacaqdoldurma məntəqəsinə çatan zaman tanımadığı boz rəngli «Mercedes Benz C 220» markalı maşının sürücüsü ilə Aslan onun yoluna çıxmasına görə mübahisə etmişdir. Bu zaman tanımadığı həmin sürücü üzərində olan mobil telefonla Aslanın sürdüyü onun da içərisində olduğu «KİA» markalı avtomobilin şəklini çəkməyə başlamış və buna görə Aslan ordan uzaqlaşıb Novxanı qəsəbəsi istiqamətinə getmişdir. O da həmin vaxt avtomobilin qabaq oturacağında əyləşmişdir. Aslan Novxanı qəsəbəsində xatırlamadığı marketin qarşısında avtomobili saxlamışdır ki, ona bir qədər yemək üçün nəsə alsın. Aslan avtomobili saxlayıb marketdən yemək almaq istəyən zaman o yan oturacaqdan düşüb sükan arxasında əyləşmiş və maşını irəli sürmüşdür. O maşını sürən zaman yol kənarında olan səkinin üzərinə çıxartmış və həmin zərbənin təsirdən maşını qabaq və arxa sol təkərləri partlamış və maşın dayanmışdır. Maşını saxlayandan sonra tanımadığı qırmızı rəngli «Opel» markalı avtomobilin sürücüsü onlara kömək etmək üçün yaxınlaşmış və kömək məqsədi ilə maşını həmin marketin qarşısına sürüb saxlamışdır. Həmin vaxt o qaçdığından Aslan da onun arxasınca qaçmışdır. Onlar qaçan zaman həmin sürücü onları tutub saxlayaraq həmin yerə polis əməkdaşlarını çağırmışdır. Polis əməkdaşları qeyd edilən yerə gələrək onları 19-cu Polis Şöbəsinə aparmışlar. Bundan başqa, xx xxxxxx 2020-ci il tarixdən yetkinlik yaşına çatmayan Rafiq ilə birlikdə Tarqovu adlanan yaşayış sahəsində salfet satmış və Rafiq satışdan təxminən 40 manata yaxın pul əldə etmişdir. Bu vaxt Rafiq ona qazancının az olduğunu və bu səbəbdən də birlikdə oğurluq etməyi təklif etmişdir. O ilk öncə Rafiqə razılıq verməsə də, sonradan birlikdə oğurluq etməyə razılıq vermişdir. Onlar oğurluq etmək üçün ucluğu olan vintaçan almaq məqsədilə 20 Yanvar metrostansiyası tərəfdə yerləşən “Bravo” hiper marketə getmiş və 2 manat 50 qəpiyə ucluğu uzun olan vintaçan almışlar. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 23:30 radələrində onlar “Bravo”dan çıxmış və şəhərdə gəzərək oğurluq etmək üçün münasib mağaza axtarmağa başlamışlar. Onlar gəzə-gəzə 28 may metrostansiyasının yaxınlığına gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində o Rafiqə qarşıda olan “New life” telefon mağazasını göstərmiş və orada piştaxtanın üzərində bahalı telefonların olduğun bildirmişdir. O və Rafiq bir neçə dəfə həmin mağazanın qarşısından keçmiş və ətrafda gözətçilərin olub-olmamasını yoxlamışlar. Həmin vaxt isə ətrafda heç kim olmamışdır. Sonradan hər ikisi mağazanın giriş qapısına yaxınlaşmış və Rafiq üzərində saxladığı vintaçanı çıxarıb mağazanın giriş qapısının kilidini sındırmışdır. Onlar dərhal qaçaraq həmin ərazidən uzaqlaşmış, bir müddət keçdikdən sonra isə əvvəl giriş qapısını açdıqları üzərində “New life” yazısı yazılmış telefon mağazasına hər ikisi daxil olmuş, mağazanın daxilində giriş qapısından içəri daxil olan kimi sağ tərəfdə piştaxta olmuş və üzərində isə çoxlu sayda təzə və işlənmiş mobil telefonlar olmuşdur. Həmin telefonlara diqqət edən zaman “İphone” markalı mobil telefonlar da görmüşlər, lakin onları götürməmişlər. Çünki “İphone” markalı telefonların “İcİoud”u olur və oğurlandıqdan sonra həmin “İcloud” ilə asanlıqla telefonu tapmaq olur. Buna görə də o və Rafiq məhz “Samsung” və digər markalı mobil telefonları oğurlamaq qərarına gəlmişlər. Mağazanın içərisində hətta müşahidə kamerasının olduğunu belə görmüş, lakin artıq mağazaya daxil olduqlarına görə, onsuz da daxil olmalarına görə oğurluq etməkdə qərarlı olmuşlar. Yol ilə keçən şəxsin olduğunu görüb mağazanın daxilində hər ikisi aşağı əyilmişdir ki, mağazanın içərisində onları görməsinlər. Daha sonra mağazadan çıxaraq həmin ərazidən uzaqlaşmışlar. O, Rafiqə bildirmişdir ki, ona inanır, həmin mobil telefonları aparıb satar və əldə edilən puldan onun da payını verər. Onlar mağazadan təxminən 16 ədəd müxtəlif markalı mobil telefon oğurlamış, lakin həmin mobil telefonlar arasında «İphone» markalı mobil telefon olmamışdır. Onlar həmin ərazidən uzaqlaşdıqdan sonra taksiyə əyləşərək Gəncə şəhərinə getmək üçün avtovağzala yola düşmüşlər. Avtovağzalda olan taksi sürücülərindən biri onları 60 manata Gəncə şəhərinə aparacağını bildirsə də, həmin vaxt onların üzərində pul olmamışdır. Bu zaman onlar taksi sürücüsünə pullarının olmadığını, lakin üzərlərində oğurluq yolu ilə əldə etdikləri mobil telefonların olduğunu bildirmişlər. Həmin taksi sürücüsünə yol pulu əvəzinə 2 ədəd mobil telefon təklif etsələr də, taksi sürücüsü 3 ədəd mobil telefon götürəcəyini bildirmiş və Rafiq də etiraz etməyib həmin taksi sürücüsünə 3 ədəd mobil telefon vermişdir. Həmin sürücü mobil telefonları oğurladıqlarını bilmiş və onlara da tapşırmışdır ki, heç bir yerdə onun adını çəkməsinlər. 3 ədəd mobil telefonu taksi sürücüsünə verdikdən sonra qalan telefonlar Rafiqdə qalmış və həmin vaxt o da mobil telefonlar arasından 1 ədəd göy rəngli mobil telefonu götürmüşdür. Onlar həmin taksi sürücüsü ilə birlikdə Gəncə şəhərinə getmişlər. Sonradan Rafiqin həmin telefonların hamısını anası və qardaşına verməsini, Rafiqin onu aldatmasını bilmişdir. Belə ki, Rafiq həmin telefonların bir hissəsini satıb pul əldə etsə də, həmin puldan ona verməmişdir. Sonrdan bilmişdir ki, Rafiq həmin telefonları Gəncə şəhərində olan telefon mağazalarına özü və yaxınlarının şəxsiyyət vəsiqəsi ilə satmışdır. Həmin telefonları alan şəxsləri o tanımamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iş üzrə zərəçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsi tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 2018-ci ilin avqust ayında etibarnamə əsasında X7 «KlA Cerato» markalı ** FN *** dövlət qediyyat nişanlı avtomobil almış və avtomobil kredit yolu ilə bankdan alınmasına görə həmin vaxtdan etibarən demək olar ki, avtomobilə görə öz adına olmaqla 2 il müddət ərzində hər ay 600 manat kredit ödənişi edir. Lakin həmin avtomobilə dair texniki şəhadətnaməni ala bilməmişdir. Ruslan Qasımov hazırda İsrail Respublikasındadır və onun avtomobilə dair hər hansı bir tələbi yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə şəxsi işləri olmasına görə yaşadığı evə bir qədər gec gəlmiş və saat 23:50 radələrində avtomobilini yaşadığı Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 27 saylı evin qarşısında saxlayıb avtomobilinin qapı və pəncələrlərini bağlayaraq evinə getmişdir. Sabahı gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 09:20 radələrində yaşadığı evdən çıxan zaman avtomobilinin yerində olmadığını və yerdə xırda şüşə qırıntılarının olduğunu görmüşdür. O, Nəsimi rayon Polis İdarəsinin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək baş vermiş hadisə barədə izahat yazmışdır. Bir müddət sonra ona avtomobilinin Siqnal idarəsinin cərimə meydançasında olması barədə məlumat verilmişdir. O, həmin yerə gedən zaman avtomobilinin sol ön və arxa təkərlərin cırıldığını və istifadəyə yararsız olduğunu, ön sərnişin tərəfdə olan şüşənin isə sındırıldığını görmüşdür. İstintaq zamanı ona avtomobilini qaçıran şəxslərin Ayxan, Nicat və Aslan adlı şəxlərin olduğunu və həmin şəxslərin polis idarəsində saxlanmasını bildirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 1250 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə iş üzrə zərəçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və digər zərərçəkmiş şəxsi tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 23 saylı ünvanda yerləşən “New life” telefon mağazasını təxminən 4 ildir ki, icarə əsasında işlədir və eyni zamanda orada telefon ustası kimi də işləyir. Mağazada olan telefonlar və aksesuarlar ona məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə o, axşam saatlarında mağazanı bağlayıb evinə getmişdir. Sabahı gün, yəni xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında onun mobil telefonuna zəng edilmiş və işlədiyi “New life” telefon mağazasının giriş qapısının kilidinin sındırıldığı və içəridə olan mobil telefonların oğurlandığı bildirilmişdir. O, dərhal işlədiyi mağazaya getmiş və piştaxtada olan mobil telefonlara baxan zaman ümumilikdə 16 ədəd təzə vəziyyətdə olan müxtəlif markalı mobil telefonun oğurlandığını müəyyən etmişdir. Belə ki, 649 manat olan Samsung A51 markalı **********57948 İMEİ kodlu, 2 ədəd hər birinin qiyməti 409 manat olan Samsung A20 markalı 3522xx/xx/521846/4, 3522xx/xx/521846/2 və 3582xx/xx/670116/4, 3582xx/xx/670116/1 İMEİ kodlu, 2 ədəd hər birinin qiyməti 469 manat olan Samsung A30 markalı 3548xx/xx/129080/3, 3548xx/xx/129080/1 və 3548xx/xx/073410/8, 3548xx/xx/073410/6 İMEİ kodlu, 1 ədəd qiyməti 599 manat olan Samsung A 50 markalı 3583xx/xx/807121/2 İMEİ kodlu, 2 ədəd hər birinin qiyməti 229 manat olan Redmi 7A markalı **********72805, **********72813 və **********25025, **********25033 İMEİ kodlu, 3 ədəd hər birinin qiyməti 299 manat olan Redmi 8A markalı **********24730, **********24748 və **********34951, **********34969 və **********78655, **********78663 İMEİ kodlu, 2 ədəd hər birinin qiyməti 429 manat olan Xiaomi Mi A3 markalı **********03256, **********03264 və **********08537, 8671P045308545 İMEİ kodlu, 2 ədəd Redmi Note 7 markalı hər birinin qiyməti 429 manat olan **********86221 və **********50780, **********60785 İMEİ kodlu və 1 ədəd qiyməti 449 manat olan Redmi Note 8 markalı **********26328 və **********26336 İMEİ kodlu olan mobil telefon aparatları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 6314 manat məbləğində maddi ziyan dəymişdir. Həmin oğurluğun sonradan Nicat və Rafiq adlı şəxslər tərəfindən edilməsini bilmiş və hadisə zamanı həmin şəxslərin oğurluq əməlləri mağazada olan müşahidə kamerasında qeydə alınmış və həmin görüntü olan CD diski də istintaq zamanı təqdim etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığından ona təyin ediləcək cəzanı məhkəmənin mülahizəsinə buraxır. Bununla bağlı məhkəməyə ərizə təqdim edir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclaslarına gəlməmiş və onların məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən həmin şahidlərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində daimi yaşayşı yeri yoxudur, qardaşı ilə birlikdə Gəncə şəhərində yaşayır. Rayonda pul toplamaqla Bakı şəhərinə gəlir və ucuz qiymətə salfet almaqla Bakıda tarqovu deyilən yerdə xarici vətəndaşlara satır. Belə ki, bir paçka salfeti 15 qəpiyə alır və Traqovu adlanan ərazidə isə daha çox ərəb və pakistanlılara hər qutunu 2-3 manata satır. Əldə etmiş oldğu pulları şəxsi ehtiyaclarına xərcləyir. Gün ərzində salfet satışından təxminən 30-40 manat qazanc əldə edir. Həmin puldan artıq qaldıqda isə özünə güclü təsir edən psixtrop maddələr və narkotik vasitələr alır. 2 il müddət olar ki, narkotik aludəçisidir. El arasında şüşə kakos adlanan narkotik vasitədən istifadə edir. Sonuncu dəfə təxminən bir neçə gün bundan əvvəl narkotik vasitə olan kakos istifadə etmişdir. Həmin narkotik vasitələri iyləyərək, çəkərək və inyeksiya yolu ilə istifadə edir. Bakı şəhərində daha çox Nicat adlı şəxslə birlikdə olur. Nicat onun həmyerlisi olmaqla Tarqovu adlanan yaşayış sahəsində salfet satışı ilə məşğul olur. Nicat təxminən 20-21 yaşlarında olmuş və onu təxminən 4 il müddət olar ki, tanıyır. Onunla gecələr əvvəllər Nəsimi rayonun 3-cü MKR dairəsinin yaxınlığında yerləşən internet klublardan birində gecələmişdir. Həmin internet klubda gecədən səhərə qalaraq 3 manat pul ödəmiş və daha sonra isə həmin əraziyə yaxın yerlərdə yerləşən hosteldə gecələməyə başlamışlar. Sonradan isə yenidən internet klublarda gecələməyə başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Nicatla birlikdə Tarqovu adlanan yaşayış sahəsində salfet satmış və təxminən 40 manata yaxın satışdan qazanc əldə etmişdir. Bu vaxt Nicat ona bildirmişdir ki, bu gun qazancı çox azdır və onunla birlikdə oğurluq etməyi təklif etmişdir. O əvvəlcə razılıq verməmiş sonradan onunla birlikdə oğurluq etməyə razılıq vermişdir. Bu zaman onun ağlına gəlmişdir ki, oğuruq etmək üçün ucluğu uzun olan vintaçan lazımdır. Bu zaman o Nicatla birlikdə 20 yanvar metrostansiyası tərəfdə yerləşən “Bravo” hiper marketə getmiş və 2 manat 50 qəpiyə ucluğu uzun olan vintaçan, yəni el arasında atvyorka deyilən aləti almışlar. Həmin vaxtı təxminən 23:30 radələri olardı. Bundan sonra onlar, yəni o və Nicat “Bravo”dan çıxmış və şəhərdə gəzməyə başlamışlar ki, oğurluq etmək üçün münasib mağaza tapsınlar. Onlar gəzə-gəzə 28 may metrostasiyasının yaxınlığına gəlmiş və həmin vaxtı artıq xx xxxxxx 2020-ci il saat 05 radələri olmuşdur. Həmin vaxtı Nicat ona qarşıda olan telefon mağazasını göstərmiş və bildirmişdir ki, vitrin üzərində qəşəng bahalı telefonlar vardır. O və Nicat bir neçə dəfə həmin mağazanın qarşısından keçmişlər ki, ətrafda kənar şəxslərin və gözətiçi olubolmamasını yoxlasınlar. Sonra artıq münasib şərait olmasına əmin olduqdan sonra hər ikisi birlikdə mağazanın giriş qapısına yaxınlaşmışlar və o üzərində olan vintaçanı çıxarıb mağazanın giriş qapısının kilidini sındırmış və telefon mağazasının giriş qapısı açılmış və sonra bir kənara çəkilmişlər və bir neçə dəqiqədən sonra bir neçə dəqiqə öncə açmış olduqları “Nevv life” yazısı yazılmış telefon mağazasına daxil olmuşlar. Mağazanın daxilindən giriş qapısından içəri daxil olan kimi sağ tərəfdə piştaxta olmuşdur. Üzərində isə çoxlu sayda təzə və işlənmiş telefonlar olmuşdur. Belə ki, “İphone” markalı mobil telefonların “İcloud”u olmasına görə həmin telefonları qeyd edilən vasitə ilə tapmaq asan olur. Buna görə o və Nicat məhz “Samsung'’ markalı telefonları oğurlamaq qərarına gəlmişlər. Həmin vaxtı mağazanın içərisində hətta müşahidə kamerası olduğunu belə görmüşlər, lakin artıq mağazaya daxil olmuşlar. Onlar mağazada təxminən 20 dəqiqə müddətində qalmış və sonra isə yol ilə keçən şəxsin olmasını görüb hər ikisi aşağı əyilmişlər ki, mağazanın içərisində onları görməsinlər. Sonradan mağazadan çıxaraq həmin ərazidən uzaqlaşmışlar. Belə ki, onlar öncədən razılaşmışlar ki, oğurluq nəticəsində əldə etmiş olduqları qazancı birgə bölsünlər. Belə ki, Nicat bildirmişdir ki, həmin mobil telefonları satmaqla əldə etdiyi puldan ona da verər. Həmin ərazidən uzaqlaşdıqdan sonra taksi sürücülərdən birinə əyləşməklə avtovağzala yola düşmüşlər ki, Gəncə şəhərinə getmək istəyirlər. Orda olan taksi sürücülərindən bir ilə danışmışlar və onları 60 manata aparacağını bildirmişdir. Onların isə üzərlərində hər hansı midarda pul olmamışdır. Onlar isə Gəncəyə yola düşmək istəmişlər. Gəncə şəhərinə aparan taksi sürücüsü yol haqqı olaraq onlardan 60 manal pul istəmişdir. El arasında 4 fara deyilən “Mercedes” markalı dövlət qeydiyyat nişanlı taski sücüsünün idarə etdiyi maşına əyləşmişlər və üzərlərində hər hansı miqdarda pulları olmadığından oğurluq yolu ilə əldə etdikləri mobil telefonlar olmasını bildirmişlər. Həmin taski sürücüsünə yol pulu əvəzinə 2 ədəd mobil telefon təkif etmişlər, lakin o, 2 ədəd deyil ona 3 ədəd mobil telefon verilməsini bildirmişdir. O isə etiraz etməmiş və taksi sücüsünə 3 ədəd mobil telefon vermişdir. Həmin mobil telefonlardan birinin arxasında 4 ədəd kamera olmuş və digər telefonlar isə “Samsungu A 20”, “Samsung A 30” olmuşdur. Həmin telefonları oğurlamalarını taksi sürücüsünə bildirmişlər və ona görə həmin sürücü onlara tapşırmışdır ki, heç yerdə onun adını çəkməsinlər. Həmin taksi sürücüsünün adını bilməmişlər, lakin həmin taksi sürücüsünü görsə tanıyar. Belə ki, taksi sürücüsü Bakı- Gəncə istiqamətində taksi fəliyyəti ilə məşğul olmaqla qara rəngli “Mercedez” markalı avtomobil idarə etmişdir. 3 ədəd mobil telefonu taksi sürücüsünə verdikdən sonra qalan telefonlar onda qalmış və həmin vaxtı Nicat da mobil telefonlar arasından bir ədəd göy rəngli markasını bilmədiyini telefon götürmüş və qalan telefonlar onda qalmış, onlar həmin taksi sürücüsü ilə birlikdə Gəncə şəhərinə gəlmişlər. xx xxxxxx 2020-ci il tarixdə evlərinə getmiş və evdə olan qardaşı onun gətirmiş olduğu telefonların oğurluq olmasını bilmişdir. Anası və Afiq isə yalnızca 1 telefondan xəbəri var idi. Üzərində həmin telefonu görən vaxtı telefonu hardan əldə etməsini maraqlanan zaman Bakı şəhərindən aldığını hazırda isə satmaq istədiyini bildirmişdir. Anası etiraz etməmiş onunla birlikdə Gəncənin Qlavnı deyilən ərazisində mobil telefonu anasının şəxsiyyət vəsiqəsi ilə satmışdır. Qalan telefonları anasına göstərməmişdir ki, anası oğurluq etdiyini bilər. Lakin sonradan oğurluq etdiyini bilən qardaşı ilə birlikdə yerdə qalan mobil telefonların hamısını qardaşına məxsus şəxsiyyət vəsiqəsi ilə telefon mağazalarına satmışdır. Satan zaman isə həmin telefonları dayısının Rusiya Federasiyasından göndərməsini bildirmişdir. Mobil telefonları alan zaman sahibləri və satıcıların heç birinin mobil telefonların oğurluq olması barədə məlumatı olmamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin yanvar ayından Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X9” yerləşən 31 nömrəli piştaxtada satıcı işləyir. Həmin piştaxtanı X13 icarə müqaviləsi əsasında işlədir. Həmin piştaxtanı icarəyə götürmüş, Bəhruz Həsənovla arasında hər hansı bir əmək müqaviləsi bağlanmamış və buna səbəb isə Bəhruz Həsənovun onun doğma dayısı oğlu olması olmuşdur. xx.xx.2020-ci il tarixdə təxminən saat 11 radələrində satıcısı olduğu 31 saylı piştaxta arxasında satıcı olaraq fəaliyyət göstərmiş və bir də görmüşdür ki, onun satıcısı olduğu piştaxtaya bir nəfər şəxs yaxınlaşmışdır. Söhbət əsnasında bilmişdir ki, həmin şəxs Şahid1dur. Rafiq onun satıcısı olduğu piştaxtaya yaxınlaşmış və ona «Samsung A20 S» markalı mobil telefon təqdim etmiş və dayısının həmin telefonu Rusiya Federasiyasından gətirdiyini və ona hədiyyə etdiyini və üzərində hər hansı bir GS mobil nömrə işləmədiyini bildirmişdir. Bundan sonra o həmin telefona baxış keçirmiş və müəyyən etmişdir ki, həmin mobil telefon «Samsung A 20S» markalı **********01164/01 İMEİ kodlu mobil telefondur. O həmin mobil telefona görə 150 manat məbləğində nağd pul vermişdir. Hətta həmin şəxsin, yəni Şahid1 anasının mobil nömrəsi ilə danışmış və anasına oğlunun mobil telefon satdığı barədə məlumat verən zaman anası isə “öz telefonudursa satsın” demişdir. Bundan sonra ona tam inanmış və Şahid1 şəxsiyyət vəsiqəsini tələb etmiş və həmin sənədin surətini çıxardıqdan sonra həmin sənədin arxasında müvafiq qeydlər aparmış və ona 150 manata pul vermişdir. O həmin «Samsung A 20S» markalı **********01164/01 İMEİ kodlu mobil telefonu Şahid1 tərəfindən cinayət yolu ilə əldə edildiyini qabaqcadan bilməmişdir. Halhazırda isə arxasına sözlər yazılmış vət. Şahid1 məxsus şəxsiyyət vəsiqəsinin surətini könüllü olaraq təqdim etmişdir. Şahid3 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, özü 2014-cü il tarixdən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “X14”da yerləşən 29 №-li piştaxtada satıcı işləyir. Həmin piştaxtanı X17 ilə icarə müqaviləsi əsasında işlədir. Piştaxtanı icarəyə götürmüş olduğu Ayaz Sayadov arasında hər hansı əmək müqaviləsi bağanmamışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 12 radələrində satıcı olduğu 29 saylı piştaxta arxasında satıcı olaraq fəaliyyət göstərdiyi zaman 2 nəfər şəxs biri yetkinlik yaşına çatmayan olmaqla yaxınlaşmışlar. Söhbət əsasında həmin şəxslərdən birinin Rafiq digərinin isə Miri olmasını bilmişdir. Miri adlı şəxs ona bir ədəd “Redmi note 7” markalı mobil telefon təqdim etmiş və bildirmişdir ki, həmin mobil telefon yanındakı şəxs, yəni Rafiqin mobil telefonudur. Həmin mobil telefonun üzərində hətta kilid belə olmuşdur. Ekranda isə Rafiqin fotoşəkili olmuşdur. Miri ona bildimişdir ki, telefon Rafiqin telefonudur. Hətta qeyd etmişdir ki, bəs telefonun üzərində olan kilidi aça bilər. O, Mirinin fikrlərinə hər hansı münasibət bildirməmiş, Rafiq mobil telefonu götümüş və onun üzərində olan kilidi açmışdır. Bundan sonra həqiqətən də “Redmi 7“ markalı mobil telefonun Rafiqin mobil telefonu olmaqla ona məxsus olmasına inanmışdır. Mobil telefonu baxış keçirən zaman ona məlum olmuşdur ki, həmin telefonun üzərində hər hansı CSM mobil nömrə qoyulmamışdır. O bunun səbəbini Rafiqdən xəbər alan kimi o, bildirmişdir ki, o həmin telefonu Rusya Federasiyasından almışdır. O həmin tefefona baxış keçirmiş və telefon onu qane etdiyi halda alacağını bildirmiş və yalnız həmin telefonu şəxsiyyət vəsiqəsi ala biləcəyini bildirmişdir. Həmin mobil telefona görə 115 manat pul vemişdir. Çünki 65 manat qediyyata görə pul çıxmış onlara da 115 manat pul təklif etmişdir. Rafiq onunla razılaşmış və Rafiqdən sənədi tələb edən zaman o üzərində hər hansı sənədi olmadığını bildirmiş və Rafiq Miriyə şəxsiyyət vəsiqəsi üzərindədirsə sənədini təqdim etməsini bildirmişdir. Həmin vaxtı Miri öz şəxsiyyət vəsiqəsini ona təqdim etmiş həmin sənədin surətini çıxarmış və həmin sənədin arxasında mobil telefon imei kodunu qeyd etmiş ona Miriyə həmin telefona görə 115 manat pul vermişdir. Miri İrzayevə məxsus olan şəxsiyyət vəsiqəsini ifadəsinə əlavə olaraq təqdim etmiş və həmin telefonun oğurluq olmasından xəbəri olmadığını bildirmişdir. Şahid4 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 doğma qardaşıdır. Özü 2009-cu ildən 2014-cü ilə kimi Gəncə şəhərində yerləşən “Gəncə uşaq” evində yaşamışdır. Qardaşı Rafiq isə 2009-2011-ci illərdə Gəncə uşaq evində yaşamışlar. Hazırda heç bir yerdə işləmir, lakin əvvəllər Gəncə şəhərində yerləşən “Dubay” bazarında fəhlə kimi günəmuzd işləmişdir. Qardaşı Rafiq də heç bir yerdə işləmir, Bakı şəhərində küçələrdə salfet satışı ilə məşğul olur. Qardaşı Rafiq Bakı şəhərinə gedir, ucuz qiymətə salfet alır və Bakı şəhərinin mərkəzi küçələrində baha qiymətə satır və əldə etdiyi pullarla öz şəxsi tələbatlarını təmin edir. Rafiq Bakı şəhərindən Gəncəyə qayıdan zaman çox vaxt üzərində müəyyən qədər pul olurdu. xx xxxxxx 2020-ci il tarixdə onun ad günü olmuşdur. Həmin günün səhərisi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə Rafiq Gəncə şəhərinə gəlmiş və gələn zaman onunla görüşüb Dubay bazarına fəhlə kimi işləməyə getmişdir. Axşam işdən gələndə Rafiq bildirmişdir ki, o özünə məxsus olan mobil telefonu öz şəxsiyyət vəsiqəsi ilə satmaq istəmiş, lakin satıcılar ona yetkinlik yaşına çatmadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə mobil telelon ala bilməyəcəklərini bildirmişlər. Ona görə də Rafiq həmin mobil telefonu ona məxsus şəxsiyyət vəsiqəsi ilə satmaq istədiyini bildirmiş və o da doğma qardaşı olduğu üçün heç bir şey maraqlanmadan öz razılığını bildirmişdir. Öz şəxsiyyət vəsiqəsini də götürüb onunla birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən mobil telefon alqısatqı mağazalarının yerləşdiyi istiqamətində getmişdir. Həmin vaxt qardaşı ona bildirmişdir ki, satmaq istədiyi mobil telefon «Samsung A 51» markalı mobil telefondur. Onlar H.Əliyev prospektində yerləşən mobil telefon mağazalarından birinə daxil olmuş və qardaşı mobil telefonu çıxarmış və həmin telefonu satmaq istədiyini bildirmiş və telefonun özünə məxsus olmasını qeyd etmişdir. Satıcı həmin telefona baxış keçirərək bildirmişdir ki, telefona ümumiyyətlə hər hansı bir mobil nömrə qoyulmayıb və mobil telefon qeydiyyatdan keçməmişdir. Satıcı həmin telefonu 350 manata ala biləcəyini qeyd etmiş və qardaşı da razılığını bildirmişdir. Bu zaman o, öz şəxsiyyət vəsiqəsini satıcıya təqdim etmiş və satıcı sənədin surətini çıxarmış və sənədin surətinin arxasına tarix, telefon nömrəsi, mobil telefonların İMEİ kodunu və razıyam sözlərini yazmışdır. Satıcının təqdim etdiyi 350 manat pulu isə qardaşı Rafiq götürüb cibinə qoymuşdur. Mağazaya satdığı “Samsung A51 markalı” mobil telefonun cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Lakin sonradan Bakı şəhərindən polis əməkdaşları gələndə bilmişdir ki, həmin mobil telefon oğurluqdur və qardaşı Rafiq Bakı şəhərində yerləşən mobil telefon mağazalarının birindən oğurluq yolu ilə 16 ədəd mobil telefon ələ keçirmişdir. O isə mobil telefonu satan zaman həmin satdığı mobil telefonun oğuruq olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/112 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda mobil telefonların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3820,00 manat müəyyən edilir. Digər 2 adda mobil telefon haqqında ətraflı məlumat (markası, modeli və s.) olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir (i/v 102-103). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 781 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində istinaqın ekspertlər qarşısında qoyduğu sualların ambulator şəraitdə cavablandırılması çətinlik törətdiyindən yoxlanılan şəxsin daha əsaslı və uzun müddətli müayinəsi məqsədilə stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab olunmuşdur (i/v 106-107). İş materiallarında olan xx.xx.2020-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin video görüntülərin əldə edildiyi müşahidə kamerası “New life” telefon mağazasının giriş qapısının və mağazanın daxili divarında olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 03:48 radələrində 2 nəfər - biri başında ağ rəngli beyzbolka papaq, əynində ağ rəngli kürək hissəsində qara rəngli zolağı olan şəxs (Şahid1) və bir nəfər qara rəngli çeçenka papaq olan şəxs (Təqsirləndirilən şəxs) giriş qapısının yanında dayanır ağ papaqlı şəxs bir əli ilə giriş qapısının tutacağından tutub digər bir əlində olan uzun aləti qapı ilə çərçivəsinin arasına keçirib qapını açmağa çalışır, digər çeçenka papaqlı şəxs isə onun yanında dayanıb ətrafı müşahidə edir. Mağaza daxilində olan müşahidə kamerasının görüntüsündə 4 ədəd müşahidə kamerası görüntüsü vahid ekranda 4 ramkada CAM 1, CAM 2, CAM 3, CAM 4 adları ilə kameraların görüntüləri əks olunmuşdur ki, CAM 3-də ağ papaqlı şəxs piştaxtadan əşyaları götürüb çıxışa doğru, digər qara papaqlı şəxsə isə CAM 4-də qeydə müşahidəsi altında siyirtmədə kassa aparatının yanında olan piştaxtadan əşyaları götürüb və CAM 1 isə ağ papaqlı şəxsin qara papaqlı şəxsi arxasından dartması əks olunmuşdur (i/v 174). Qeyd olunan diskə məhkəmə iclasında da baxış keçirilmiş və protokolda göstərilənlər təsdiq olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 43 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməldir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırda anlaqlı və ya anlaqsız vəziyyətdə olub-olmaması məsələsini həll etmək olmaz. Çünki anlaqlı və anlaqsız terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilər. Yeganə olaraq onu qeyd etmək olar ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictiami təhlükəlilyini dərk etmək habelə idarə etmək iqtidarındadır. Hal-hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunun və tibbi xarakterli məcburi müalicə tədbirinin görülməsini tələb etmədiyini göstərir. Həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyyə olunur (i/v 185-188). İşdə olan “sübutların qiymətləndirilməsi və s. haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə “KİA Cerato” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti daşıdığından maddi sübut olaraq tanınmış və qorunub saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş CD disk və tədqiqata təqdim edilmiş əl barmaq izləri KTİin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə X1 əlinin böyük barmağı olan daktiloxəritə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i/v 189-218). İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 176-183). İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixədək, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixədək uzadılmışdır (i/v 127-134, 250-255, 290-294). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazıradək çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3, 177.2.4 və 185.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti törədərkən anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olmasını və həmin Məcəllənin 59.2-ci maddəsinə əsaslanmaqla onun törətdiyi cinayət əməllərini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənildiyini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, həmin hökm çıxarılmazdan əvvəl törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla sonuncuya cəza təyin olunmalıdır. Belə ki, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə və azadlığın məhdudlaşdırılması növündə cəzalar toplanılarkən qanunun daha ciddi cəza nəzərdə tutan maddəsinin müəyyən etdiyi həddə toplama həyata keçirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Yəni, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən isə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulduğundan, cəzalar toplanılaraq azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 116 (yüz on altı) manat 29 (iyirmi doqquz) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş CD diskin və tədqiqata təqdim edilmiş əl barmaq izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə X1 əlinin böyük barmağı olan daktiloxəritənin cinayət işinin materiallarında saxlanılması və iş üzrə maddi sübut kimi tanınmış “KİA Cerato” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-263/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 05 (beş) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış istintaq zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş CD diskin və tədqiqata təqdim edilmiş əl barmaq izləri KTİ-in ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə X1 əlinin böyük barmağı olan daktiloxəritənin cinayət işinin materiallarında saxlanılması və iş üzrə maddi sübut kimi tanınmış “KİA Cerato” markalı **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 116 (yüz on altı) manat 29 (iyirmi doqquz) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-263/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-263/2020
19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver