Məhkəmə qərarları › İş №1(006)-263/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-263/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-263/2023 21.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2mrəsiz yarımtikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonununda yerləşən "xxxx" QSC-nin Hövsan dəmiryol stansiyasının ərazisinə odlu silah və onun komplekt hissələrini daşıyaraq gəzdirmiş, həmin tarixdə DYNPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 14:30-da Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" QSC-nin Hövsan stansiyasının yaxınlığında yerləşən "Kafe Vağzal” kafesində saxlanılaraq DYNPİ-yə gətirilmişdir. Həmin gün saat 15:45-də DYNPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman ondan 01 ədəd silah - zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Frommer 37.M (1937 Minta)” modelli, yivli odlu döyüş silahı hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, saz vəziyyətdə olan, təyinatı üzrə istifadəyə yararlı "169094" №-li yarımavtomatik tapança, tapançanın üzərində 01 ədəd “Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS”) və s. Uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulıı ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 04 ədəd 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2 ay əvvəl Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsində dəniz kənarında dəmir metal axtaran zaman “Xrom'’ rəngli üzərində 169094 nömrəsi olan “FEMARU,FEGYVER ES GEPGYAR RT 37” markalı tapança, tapançanın üzərində 1 ədəd sandıqça və sandıqççada 04 patron olduğunu görmüşdür. Həmin tapança və patronlar ona maraqlı gəldiyindən götürərək üzərində saxlamış və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı yarımçıq tikilidə heç kəsin görməyəcəyi yerdə gizlətmişdir. Gündəlik olaraq yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı yerləri dəyişdiyindən və evin ətrafında kənar şəxslərin görə biləcəyindən ehtiyat edib tapançanın yerini dəyişdirmək qərarına gəlmişdir. Həmçinin, yeni yaşayış yerinə köçdükdən sonra yararlı olub-olmadığını yoxlamaqdan ötrü onu ustaya aparıb yoxlatmaq olmuşdur. xx.xx.2023-cü il tarixində saat 14 radələrində tapançanı sandıqçası ilə birlikdə yaşadığı nömrəsiz yarımçıqtikilidəki ünvandan gizlətdiyi yerdən götürüb belinə qoyaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Hövsan dəmiryolu stansiyasında yerləşən ‘"Kafe Vağzal” kafesinə gedərək pivə içmək qərarına gəlmişdir. Kafeyə daxil olub pivə içmək istəyən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini X4 İdarəsinin əməkdaşları kimi təqdim etmiş və ona qanunsuz odlu silah əldə edib, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək Nəsimi rayonu S.Rəhimov 192 ünvanında yerləşən DYNPİ-yə dəvət etmişlər. İdarəyə gətirildikdən sonra o müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Polis əməkdaşları onu təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış video görüntü ilə həyata keçirilmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı hər hansı bir qanunla qadağan edilən əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə orada olan masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman belində olan qulpu qara rəngli izolentlə bağlanmış “Xrom” rəngli bir ədəd üzərində 169094 nömrəli yazısı olan, “FEMARU,FEGYVER ES GEPGYAR RT 37” markalı tapança, tapançanın üzərində 1 ədəd sandıqçadan ibarət 04 patron aşkar edilmişdir. Daha sonra özünü təqsirli bilməsini və atasının yaşlı olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, DVD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin XMİÜ-ə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixdə məxfi mənbədən Bakı şəhəri, Suraxanı rayonu “Hövsan” dəmir yolu stansiyasının ərazisində “Rövşən” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Bu barədə dərhal raportla idarə rəhbərliyinə müraciət etmiş və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərar əsasında ondan və CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik özü tərəfindən həyata keçirilmişdir. Daha sonra məlumatı yoxlamaq və şəxsin qanunazid əməllərinin ifşa edilməsi məqsədi ilə “Rövşən” adlı şəxsin zahiri görünüşünü və dəmir yolu stansiyasında olmasını dəqiqləşdirdikdən sonra 20 fevral 2023-cü il tarixdə həmin ünvana getmişlər. Orada, yəni “Hövsan” dəmir yolu stansiyasının ərazisində, yaxınlığında yerləşən “Kafe Vağzal” kafesində zahiri görünüşündən “Rövşən” adlı şəxsə oxşar təxminən 30-35 yaşlarında bir nəfər şəxsin orada olduğunu görüb saat təxminən 14:30-da ona yaxınlaşmışlar. Özlərini ona təqdim edib odlu silah əldə edib saxlamasında və daşınmasında şübhəli olduğunu bildirmiş və onu DYNPİ-yə dəvət etmiş o, isə razlılıq verərək polis əməkdaşları ilə birlikdə DYNPİ-nin inzibati binasına gəlmişdir. Orada Təqsirləndirilən şəxs silah əldə edib daşımasında şübhəli olduğu üçün təhqiqatçı dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən sonuncu müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuş və bundan sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə idarənin inzibati binasında növbətçi hissənin qarşısında keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qanunsuz əşyaları və sənədləri orada olan masa üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən üzərində olan şalvarın bel hissəsindən qulpu qara rəngli bir ədəd tapançanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin tapançanın sandıqçası üzərində olmuş və açıldıqda içərisində 04 ədəd patron aşkar edimişdir. Tapançaya baxış zamanı həmin tapança üzərində «169094» nömrəsi həkk edilmiş və “FEMARU, FEGYVER ES GEPGYAR RT 37M” konstruksiyalı silah yazısı müəyyən olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş tapança və dörd ədəd patron təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə idarənin “Zərflər“ üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs götürülmüş silah, patron darağı və patronlar qablaşdırılaraq məhkəmə ballistik eksperetizasına göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin DYNPİ-nin KTQ-nın inspektoru Şahid3 xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən DYNPİ-nin inzibati binasında sonradan adını bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmiş və həmin axtarışın videogörüntülərini çəkmişdir. Həmin tarixdə saat 15:45-də idarənin növbətçi hissəsinin qarşısında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki qanunsuz əşyaları və sənədləri orada olan masanın üzərinə qoyması təklif edilmiş, şəxsi axtarış zamanı sonuncu həmin vaxt belində olan qulpu qara rəngli izolentlə bağlanmış “xrom'’ rəngli bir ədəd üzərində “169094” nömrəsi həkk edilmiş və “FEMARU, FEGYVER ES GEPGYAR RT 37 M” tapança, ona aid 1 ədəd sandıqça və 04 ədəd patron aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamış, üzərindən aşkar olunaraq götürülmüş l(bir) ədəd tapança, ona aid 1 ədəd sandıqça və 04 ədəd patronlar təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə idarənin “Zərflər” üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmaqla götürülmüş, bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmə və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç bir əşya, predmet, aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 86-90-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsin barəsində xx.xx.2023cü tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə, yəni xx.xx.2023-cü ilədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 42-48-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli 153R saylı Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 169094 nömrəli silah zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli. Minta-37 modelli tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 04 ədəd patronlar zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) Slcçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atış açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Təqdqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNinnin KTİ-də yerləşən “güllə-giliz” kartotckasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 04 ədəd 09 mm kalibrli patronlardan 02 ədədi eksperimental atışlər zamanı istifadə olundu. Cinayət işinin 1-ci cild 122-125-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli 3/502 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, ‘Trommcr 37.M (1937 Minta)” modelli, “169094“ nömrəli, yarımavtomatik tapançadır - yivli odlu döyüş silahı hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, saz vəziyyətdədir, təyinatı üzrə istifadəyə-atəşə yararlıdır. Təqdim edilmiş 01 (bir) ədəd sandıqça -“Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 02 ədəd patron 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” kostruksiyalı avtomatik tapançalarda (“APS”) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli patronlardır, təyinatı üzrə istifadəyə yararlıdırlar. Həmin patronlarla tədqiqata təqdim edilmiş tapançadan atəş açmaq mümkündür. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, expertiza xərci 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 126-134-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd silah - zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli, “Frommer 37.M (1937 Minta)” modelli, yivli odlu döyüş silahı hesab edilən, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, saz vəziyyətdə olan, təyinatı üzrə istifadəyə yararlı “169094" №-li yarımavtomatik tapança, tapançanın üzərində 01 ədəd “Makarov” (“PM") konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 01 ədəd 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalı tapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS") və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patronlar maddi sübut qismində tanınmış və saxlanılması üçün NBPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 101-102-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 mart 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR-nın Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, 2) Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR-nın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 1-ci cild 167-172-ci vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 1-ci cildinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, DYNPİ-nin xidməti otaqların birində xx.xx.2023-cü il tarixdə saat 15-45-dən başlayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Sonuncuya üzərində qanunla qadağan edilmiş əşya olub olmaması soruşulur və həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs belində qulpu qara rəngli izolentlə bağlanmış 01 ədəd 169094 nömrəli silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Frommer 37.M (1937 Minta)” modelli tapança, tapançanın üzərində 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulan Makarov konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan daraq və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 04 ədəd atəş üçün yararlı döyüş sursatı hesab olunan patronu çıxardaraq iştirakçılara təqdim edir. Cinayət işinin 1-ci cild 92-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarışı özündə əks etdirən DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskində olan video görüntülərlə və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR-nın Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq iki il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan 01 (bir) ədəd silah – zavod üsulu ilə istehsal olunmuş, 9mm kalibrli, “Frommer 37.M (1937 Minta)” modelli, yivli odlu, saz vəziyyətdə olan döyüş silahı, təyinatı üzrə istifadəyə yararlı “169094” nömrəli yarımavtomatik tapança, tapançanın üzərində 01 ədəd “Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 02 ədəd 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalıtapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS”) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili N.S.Fərzəliyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. İş maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəqliyyatda Baş Polis İdarəsində saxlanılan 01 (bir) ədəd silah – zavod üsulu ilə istehsal olunmuş, 9mm kalibrli, “Frommer 37.M (1937 Minta)” modelli, yivli odlu, saz vəziyyətdə olan döyüş silahı, təyinatı üzrə istifadəyə yararlı “169094” nömrəli yarımavtomatik tapança, tapançanın üzərində 01 ədəd “Makarov” (“PM”) konstruksiyalı yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqça, 02 ədəd 9 mm kalibrli “Makarov” (“PM”), “PA63”, “P64”, “RK59”, “CESKA ZBROJOVKA” konstruksiyalıtapançalarda, “Steçkin” konstruksiyalı avtomatik tapançalarda (“APS”) və s. uyğun kalibrli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x18 mm kalibrli, təyinatı üzrə istifadəyə yararlı patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar