Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-265/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,197 qram olan narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla özü ilə daşımış və X10 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 13:15-də Sabunçu dəmir yolu stansiyası ərazisində saxlanılaraq X10 Polis İdarəsinin inzibati binasına dəvət olunmuş və idarənin növbətçi hissəsində həmin gün saat 14:10-da üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli köynəyin sol yan cibindən «Sobranie» adlı siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyətdə, ümumi təmiz çəkisi 0,197 qram olan qəhvəyi rəngli, tozşəkilli, küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən istifadə etmiş və narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən əldə etmişdir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Bakıxanov qəsəbəsində dəmir yolu stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxslə tanış olub bir qədər söhbət etdikdə, həmin şəxs ona narkotik vasitə heroini sata biləcəyini bildirdiyindən şəxsi istifadəsi üçün ondan 20 manata siqaretin gümüşü kağızına bükülmüş bir büküm heroin almış və üzərində saxlamışdır. Həmin gün aldığı bükümdəki narkotik vasitədən bir az istifadə edib qalan hissəsini siqaret qutusunun içərisində saxlayaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 13:15 radələrində Sabunçu dəmir yolu stansiyasında olarkən 2 nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini X10 Polis İdarəsinin əməkdaşları kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən köynəyinin sol cibində olan üzərində “Sobranie" sözü yazılmış siqaretin qutusunu masanın üzərinə qoymuş, siqaret qutusu açıldıqda içərisində saxladığı 1 ədəd siqaretin gümüşü kağızına bürünmüş büküm aşkar edilmişdir. Sorğu zamanı narkotik vasitə olan heroini Bakıxanov qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar olunmuş narkotik maddə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkiliş aparılmışdır. O, narkotik vasitəni ona satan şəxsi tanımamış, adı və yaşayış yeri barədə heç-bir məlumatı olmamışdır. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş DYNPİ-nin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkiliŞahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. DYNPİ-nin Cinayət Axtarış Şöbəsinə «Vüqar» adlı şəxsin Sabunçu dəmir yolu stansiyası ərazisində qanunsuz olaraq narkotik vasitənin istifadəsində, üzərində saxlama və gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də, «Vüqar» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Sabunçu dəmir yolu stansiyasının xidməti ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərara əsasən o, qrup rəhbəri, DYNPİ-nin əməliyyat müvəkkili Şahid2 isə qrup üzvü təyin edilmişlər. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumataəsasənəlamətləri uyğun gələn şəxs saat 13:15 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində saxlanılaraq saat 13:40-da DYNPİ-nin növbətçi hissəsinə gətirilmişdir. DYNPİ-də həmin şəxsin xx.xx.1978-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. DYNPİ-nin növbətçi hissəsində saat 14:10-da X2 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli köynəyin sol yan cibindən üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisindən bir ədəd siqaretin gümüşü kağızına bürünmüş büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik toz halında maddə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx xxx 2020-ci il tarixdə Bakıxanov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmiş, aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmişDYNPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 da, Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı Anar Rüstəmov tərəfindən tərtib edilmiş və həmin İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, DYNPİ-nin KTQ-nun inspektoru Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə barədəprotokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan bütün qeyriqanuni əşya və sənədləri masanın üzərinə qoyulması təklif edilmişdir. Təqsirləndirilən şəxs qara rəngli köynəyinin sol yan cibində olan, üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunu masanın üzərinə qoymuşdur. Siqaret qutusu açıldıqda içərisindən 1 ədəd siqaretin gümüşü kağızına bürünmüş büküm aşkar olunmuşdur. Həmin büküm açıldıqda içərisindən tünd qəhvəyi rəngli spesifik iyə malik olan toz halında maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümün içərisində el arasında “kakos” deyilən narkotik vasitə heroin olduğunu, həmin maddəni xx xxx 2020-ci il tarixdə, səhər saatlarında Bakıxanov qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Aşkar olunmuş maddə iştirakçıların müşayiəti altında qablaşdırılaraq möhürlənmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı video görüntü çəkilərək protokola əlavə edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir irad və təklif daxil olmamışdır (i/v 25). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 6/752 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdə, 01 ədəd bükümdə, təmiz çəkisi –0,197 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 31-35). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanıma və saxlanması üçün verilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 0,197 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,147 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilməsi qərara alınmışdır (i/v 74). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxx 2020-ci il tarixli, 1934 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 101-102). İş materiallarında olan “maddi sübut kimi tanımaq haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş olan 1 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i/v 87). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon məhkəməsinin qərarı ilə xx xxxx 2018-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmiş və xx xxxx 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır (i/v 89-90). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 13:50-də şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxx 2020-ciil tarixli, 4(006)-268/2020 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 13, 72-73). İş materiallarında olan 01 ədəd CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx xxx 2020-ci il tarixdə saat 13:40-da DYNPİ-nin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə DYNPİnin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı, X9 tərəfindən DYNPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1, CAŞ-nin əməliyyat müvəkkili Şahid2 və KTQ-nun inspektoru polis kapitanı Şahid3 iştirakları ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və sənədlərin olub-olmaması soruşulur və həmin əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli köynəyin sol cibindən üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunu çıxarıb masanın üzərinə qoyur. Masanın üzərində olan siqaret qutusunda olan siqaretlər masanın üzərinə boşaldılarkən qutunun içərisindən bir ədəd siqaretin gümüşü kağızına bürünmüş büküm aşkar edilir. Həmin büküm açıldıqda içərisində toz halında maddə olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə «kakos» olduğunu, həmin narkotik vasitəni 20 manata öz şəxsi istifadəsi üçün aldığını, yarı hissəsini istifadə etdiyini, qalan hissəsini isə üzərində saxladığını, Sabunçu dəmir yolu vağzalında iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdiklərini deyir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalarla imzalanır. Daha sonra protokol tərtib edilməsi məqsədi ilə çəkilişin dayandırıldığı bildirilir. Protokol tərtib edildikdən sonra ücadan oxunaraq iştirakçılar tərəfindən imzalanır və çəkiliş dayandırılır. Bununlada, baxış sona çatmış hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında daimi pasport qeydiyyatındadır. Həbsə düşən günə kimi anası ilə birgə qeyd olunan ünvanda yaşayıb və onun barəsində Balaxanı qəsəbə nümayəndəliyinə yazılı surətdə şikayət ərizəsi daxil olmamışdır (i/v 100). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan və X10 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 0,197 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,147 qram olan narkotik vasitə - heroin məhv edilməlidir Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-265/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun vəkili X6tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhukm edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və X10 Polis İdarəsinin maddi sübutların saxlanması anbarında saxlanılan, ilkin çəkisi 0,197 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,147 qram olan narkotik vasitə - heroin məhv edilsin. Hökmün icrası X10 Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəriNəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-265/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-265/2020
14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver