Məhkəmə qərarları › İş №1(006)-266/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-266/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-266/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71 (inzibati bina) qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 72, mənzil 161-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs papağının yerə atılması səbəbi ilə şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı onun baş nahiyəsindən qəsdən kəllə ilə vurmaqla ona alt dodağın əzilmiş-cırılmış yarası, çənə nahiyəsinin sıyrığı ilə müşaiyət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında spirtli içki qəbul etmək üçün “Corona pub” adlı məkana getmişdir. Bir neçə qədəh spirtli içki qəbul etdikdən sonra oturduğu masadan qalxıb ayaqyoluna getmişdir. Təxminən 5 dəqiqə sonra geri qayıtdıqda onun əyləşdiyi masada tanımadığı bir nəfər şəxsin oturduğunu görmüşdür. Həmin şəxsə yaxınlaşıb masanın ona aid olduğunu, oranı müvəqqəti olaraq tərk etdiyini bildirmişdir. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs pencəyi əzilməsin deyə kənarda olan oturacağın üzərinə qoyduğunu bildirib masada əyləşmək üçün ondan icazə istəmişdir. O da buna etiraz etməyib pencəyini götürdükdə orada papağının olmadığını görmüş və papağını axtaran zaman Zərərçəkmiş şəxs ayağının yanında masanın altında tapmışdır. Zərərçəkmiş şəxs nə üçün papağı yerə atdığını soruşduqda, sonuncu onunla kobud danışmış və üzrxahlıq etməmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Obyektdə səs-küy olmasın deyə Zərərçəkmiş şəxs çölə çıxmağı və çöldə söhbət etməyi təklif etmişdir. Onlar çölə çıxıb obyektin yerləşdiyi binanın tinində söhbət edən zaman Zərərçəkmiş şəxs yenidən ona qarşı kobudluq etdiyi üçün o, onun sifət nahiyəsinə başı ilə zərbə vurmuşdur. Zərərçəkmiş şəxs yerə yıxılan zaman ağzından qan gəldiyini görüb etdiyi əməldən peşman olub onu sakitləşdirməyə çalışmışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs hadisə barədə polisə məlumat vermişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, dəymiş zərəri ödəmişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsində yerləşən “Carona Pub” adlı məkana getmişdir. İçəri daxil olub boş masa görərək ona yaxınlaşmış, bu zaman masanın yanındakı oturacağın üzərində kişi pencəyini görmüşdür. Oturacağa əyləşən zaman əzilməsin deyə pencəyi kənarda olan digər oturacağın üzərinə qoymuşdur. Təxminən 5 dəqiqə sonra ona bir nəfər şəxs yaxınlaşaraq pencəyi soruşduqda, o, əzilməsin deyə onu kənardakı boş oturacağın üzərinə qoyduğunu bildirmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs pencəyi götürən zaman papağı yerə düşdüyü üçün ona irad bildirmiş və papağın onun namusu olduğunu deyərək mübahisə etməyə başlamışdır. O da həmin məkanın daimi müştərisi olduğu üçün içəridə mübahisə yaranmasını istəməmiş və Təqsirləndirilən şəxs çölə çıxıb söhbət etməyi xahiş etmişdir. Onlar birlikdə həmin obyektdən çölə çıxıb 121 saylı binanın tininə keçib söhbət etmiş, Təqsirləndirilən şəxs yenidən papağını namusu ilə əlaqələndirib mübahisəyə davam etmişdir. O isə bunu qəsdən etmədiyini bildirməyinə baxmayaraq, Təqsirləndirilən şəxs anidən onun sifət nahiyəsindən başı ilə zərbə vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış və ağzından qan gəlmişdir. Bundan sonra polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X2 Nəsimi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 526 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – alt dodağın əzilmiş-cırılmış yarası, çənə nahiyəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərər çəkən şəxsin göstərdiyi və qərarın təsviri hissəsində qeyd olunan şəraitdə, yəni insan bədəninin hissələri (baş, əl, ayaq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər (İ cild, i.v.29-30); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışı və məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza 02 il sınaq müddəti tətbiq edilməklə şərti hesab olunmuşdur (İ cild, i.v.63-64, 68-73). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar