Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-266/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 01 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1773/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 12 yanvar 2022-ci il tarixdən cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 dekabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, X4 küçəsi, 762 ünvanında yerləşən Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasının həyətində olan zaman “Chevrolet” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxlamaqda çətinlik çəkən Zərərçəkmiş şəxs yaxınlaşıb avtomobili saxlamaqda köməklik etməyi təklif edərək sonuncunun razılığı ilə avtomobilin sükanı arxasına əyləşib bir qədər qarşıya hərəkət etdirərək Dövlət ittihamçısı görmədiyi şəraitdə qabaq sərnişin oturacağının üzərində olan sonuncuya məxsus əl çantasının içərisindən elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 416973******7526 nömrəli plastik bank kartını götürmüş və avtomobilin açarını Dövlət ittihamçısı qaytardıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə həmin gün saat 19 radələrində 416973******7526 nömrəli plastik bank kartı vasitəsilə ünvan 4 ünvanda yerləşən “Gümüş Butik” adlı mağazadan 85 manat, ünvan 5 ünvanda yerləşən “Sarı Əcəmi” adlı mağazadan 38 manat, 39 manat, 38 manat, 39 manat olmaqla ümumilikdə 154 manat, ünvan 6 ünvanda yerləşən “Zilli” geyim mağazasından 4 dəfəyə hər biri 50 manat olmaqla ümumilikdə 200 manat, ünvan 7 ünvanında yerləşən “Al market” mağazasından hər biri 18 manat, 25 manat 20 qəpik və 36 qəpik olmaqla ümumilikdə 43 manat 56 qəpik məbləğində alış-veriş etməklə həmin bank kartının hesabından ümumilikdə 482 manat 56 qəpik məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Dövlət ittihamçısı maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 dekabr 2021-ci il tarixdə Respublika Klinik xəstəxanasının dayanacağında olan zaman Chevrolet Cruse markalı avtomobil markasını xatırlamadığı avtomobilə dəymişdir. Həmin zaman Chevrolet markalı avtomobilin xanım sürücüsü çox həyəcanlı vəziyyətdə avtomobildən düşmüşdür. Qadının əlində çantası və bir neçə kağız vərəq olmuşdur. Orada nə isə danışdıqdan sonra camaat ətrafdan yığışmışdır. Bundan sonra o, orada öz işi ilə məşğul olmuşdur. Həmin zaman yerdə Chevrolet Cruze markalı avtomobilin sürücüsünə məxsus olan bank kartının yerə düşdüyünü görmüşdür. Sonradan həmin kartı götürüb cibinə qoymuşdur. O, həmin tarixdə qeyd olunan bank kartı ilə Nəsimi rayonu Əcəmi mctrostansiyası yaxınlığında yerləşən “Gumush Butiki” adlı mağazadan 85 manata bir ədəd gümüş boyunbağı almış, daha sonra Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Sarı market” adlı mağazadan ümumilikdə 154 manat məbləğində alış-veriş etmiş, daha sonra həmin kartla Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Zilli” geyim dükanından 200 manat dəyərində özünə paltar almışdır. Daha sonra Nəsimi rayonu Cavadxan küçəsində yerləşən «Almarket» adlı mağazadan 43 manat 56 qəpik məbləğində alış-veriş etmişdir. Sonradan isə həmin kart bağlandığı üçün alı-veriş edə bilməmişdir. Günayın avtomobilinə əyləşməmiş, həmin zaman avtomobilinə başqa tanımadığı şəxs oturaraq park etmişdir. Həmin kartı heç bir bankomata daxil etməmişdir. Kart ilə alış-veriş edən zaman heç bir pin kod tələb etməmişdir. O, ödənişləri təmassız olaraq etmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, ödəniş kartını yerdən tapmasını, 01 azyaşlı uşağının və gənc olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, 01 ədəd DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Respublika Klinik Xəstəxanasında üz-çənə cərrahı işləyir. O, etibarnamə əsasında “Chevrolet” markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir, hər gün işə həmin avtomobillə gedib-gəlir. 20 dekabr 2021-ci il tarixdə saat 13 radələrində o, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həyətində idarə etdiyi avtomobili park etməyə çalışan zaman iş yoldaşının avtomobilini cızmış və həmin vaxt öz avtomobili də cızılmış və bununla avtomobilin park olunması ilə bağlı çətinliyi yaranmışdır. Orada olarkən bir nəfər cavan oğlan ona yaxınlaşmış və avtomobili park elməkdə ona köməklik etməyi bildirmişdir. O da etiraz etməmiş və avtomobildən düşmüşdür. Avtomobildən düşən zaman o, əl çantasını avtomobildə saxlamışdır. Həmin şəxs avtomobilə oturub avtomobili idarə edib harasa sürüb getmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs onun yanına qayıdaraq avtomobilin açarını vermiş və çıxıb getmişdir. Həmin vaxt həmin şəxs həyəcanlı olmuş və həmin oğlandan hətta avtomobili harada saxlamasını soruşa bilməmişdir. Həmin şəxs getdikdən sonra o, çantasına baxdıqda ona məxsus "xxxx" ASC-yə aid kredit kartını görməmiş, düşünmüşdür ki, yəqin kart evdə qalmışdır. Həmin gün axşam saatlarında mobil telefonuna baxdıqda ona məxsus "xxxx" ASC-yə aid kredit “birkart” kartından müxtəlif məbləğlərdə alış-veriş olunması barədə SMS-lər gəldiyini görüb o, bank kartının avtomobilini park edən şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. SMS-lərlə baxıb pulları hesabladıqda kartından 482 manat 56 qəpik pulun xərcləndiyini bilmişdir. O, dərhal mobil tətbiq vasitəsilə kartını bloklamışdır. Sonra əl çantasına baxdıqda əl çantasından bank kartının oğurlandığını müəyyən etmiş və başa düşmüşdür ki, avtomobili park edən şəxs əl çantasından bank kartını oğurlamış və bank kartı ilə alış-veriş etməklə ona 482 manat 56 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan sonra o, polisə müraciət etmişdir. Qeyd etsin ki, bank kartını oğurlayan şəxs Bakı şəhəri Nəsimi rayonu Əcəmi metrostansiyası ərazisində geyim və ərzaq mağazalarından alış-veriş etmişdir. O, izahat verən zaman kartından oğurlanmış, yəni alış-veriş edilmiş məbləğləri səhv hesablamışdır. Hazırda ifadəsində qeyd etdiyi məbləğ isə düzdür. Ona 482 manat 56 qəpik maddi ziyan dəymişdir. Sonuncu dəfə bank kartını çantasında 20 dekabr 2022-ci il tarixdə görmüşdür. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə ialasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs yalan deyir mənim kartım əl çantasından götürülmüş, ona dəymiş zərər bu günə kimi ödənilməmiş, bu səbəbdən də təqsirləndirilən şəxslə barışıq əldə etməmiş və sonuncuya qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Cinayət işinin 77-ci vərəqəsində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntü 6 saniyə davam edir, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Gümüş Butik” adlı mağazada qeydə alınmışdır. Videogörüntüdə bir nəfər əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, ağzında qara rəngli tibbi maska olan şəxs “Gümüş Butik2 mağazasında xx.xx.2021 -ci il tarixdə saat 19:45-də müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, videogörüntüdəki qara geyimli, ağzında qara rəngli tibbi maska olan şəxs o, özüdür, ifadəsində qeyd etdiyi kimi həmin mağazadan bir ədəd gümüş boyunbağı almış, pulunu isə avtomobilini park etdiyi qadının yerə düşmüş bank kartı vasitəsilə ödəmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(004)-285/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1773/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-285/2022 saylı hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin ifadələri, 01 ədəd DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli, 4 saylı qərarına əsasən ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü qismən təqsirli bilməsini, 01 azyaşlı uşağının və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü və 83.3.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq 02 (iki) il müddət keçmədən yenidən xx.xx.2021-ci il tarixdə qəsdən hazırki iş üzrə cinayət törətmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, eyni tərkibli cinayət törətməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-285/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1773/2022 saylı qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-285/2022 saylı hökmü ilə onun barəsində təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il 06 (altı) aya endirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməlinin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1773/2022 saylı qərarı çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin qərarla təqsirləndirilən şəxsə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)- 1773/2022 saylı Qərarına əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində; Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-285/2022 saylı hökmünə əsasən xx.xx.2022-ci il tarixdən hesablamalı və sonuncunun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-1773/2022 qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Yasamal Rayon Məhkəməsinin 20 iyul 2022-cü il tarixli, 1(004)-285/2022 saylı hökmünə əsasən 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-266/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-266/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver