Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-266/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:15 Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 09 avqust 2024-cü il tarixdə, saat 16:22-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində təxminən 10-20 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyib həmin vaxt yolu sağdan sola keçən piyada X3 vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun posttravmatik və posthemorragik şokla müşayət olunan sol bazu, oma, ikitərəfli çanaq sümüklərinin və 5-ci bel fəqərəsinin sol yan çıxıntısının sınıqları, ağciyərlərin əzilməsi, sol gicgah-alın, sol bazu, sağ said, döş qəfəsinin arxa səthi, bel, qarın, sol qasıq, sol budun və sol dizoynağı nahiyələrinin iri ölçülü dərialtı hematomaları, alın, burun, sağ almacıq, sol dirsək oynağı, sağ said, bel, sağ-aşıq baldır oynağı nahiyələrinin sıyrıqlarından ibarət həyati, ölümlə bilavasitə əlaqəli və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlərlə əlaqədar baş vermiş posttravmatik dövrdə inkişaf edən orqanizmin septiki intoksikasiyası (septisemiya) nəticəsində 30 avqust 2024-cü il tarixdə, saat 12:40-da 1 saylı X11 ölməsinə səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 09 avqust 2024-cü il tarixdə, saat təxminən 16 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə hərəkətdə olduğu zaman işıqforun qırmızı xəbərdaredici işığında dayanmışdır. Daha sonra işıqforun yaşıl işığı yandıqda sola dönmə işığını yandıraraq Füzuli küçəsinə doğru avtomobili hərəkət etdirmişdir. Füzuli küçəsinə dönən kimi təxminən 10 metr irəlilədikdən sonra avtomobilin qabaq sol hissəsinə naməlum şəxsin dəydiyini səs eşitdiyinə görə hiss etmiş və həmin şəxsin daha sonra yerə yıxıldığını müşahidə etmişdir. O, dərhal əyləcə basaraq avtomobili saxlamış və yerə düşmüşdür. Daha sonra təcili-tibbi yardımın 103 qaynar xəttinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 10 dəqiqədən sonra təcili-tibbi yardımın əməkdaşları gəlmişlər və qadını təcili-tibbi yardım avtomobili ilə 1 saylı X13 aparmışlar. O, 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində etibarnamə ilə idarə etdiyi “Hyundai Elantra” markalı, **-RP-*** nömrə nişanlı avtomobili saatda 10-20 km/saat sürətlə idarə etmişdir. Hadisə vaxtı X5 qəfil olaraq qarşısına çıxmış və gün şüaları onun görmə bucağını məhdudlaşdırmışdır. Sonradan zərərçəkmiş şəxsin səhhəti ilə maraqlanmış, sonuncunun qidalanması və müalicəsi ilə bağlı tədbirlər görmüşdür. Ümumiyyətlə, zərərçəkmiş şəxs vegeterian şəxs olmuş və bir neçə dəfə yolda səhhətində problemlər olduğuna görə yıxılmışdır. O, zərərçəkmiş şəxsə görə təxminən 4000-4500 manat xərc çəkmişdir. Həmçinin, zərərçəkmiş şəxs vəfat etdikdən sonra dəfn xərci çəkmiş, “yeddi” və “qırx” mərasimlərinin keçirilməsinə kömək etmişdir. İfadəsinin sonunda baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsə köməklik göstərdiyini, maddi və tibbi yardımlar üçün xərclər çəkdiyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini və hadisələrin təsadüfi axarı zəminində cinayət törətdiyini bildirərək barəsində yüngül cəzanın verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X9 göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs X6 vəfat etdikdən sonra yaxın qohumları müəyyən edilmədiyindən o, Nəsimi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elvin Allahquliyev tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. O baş vermiş hadisənin birbaşa şahidi olmamış, yalnız istintaq dövründə əldə etdiyi məlumatlar əsasında X1 yolda hərəkəti nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurulmasını və həmin hadisədən bir müddət sonra 1 saylı X11 vəfat etməsini bilmişdir. Bundan başqa, o 1 saylı X11 Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə həm tibbi, həm də maddi yardım köməkliyinin göstərilməsi barədə məlumata sahibdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs X6 anasının rəfiqəsi olduğuna görə 1980-ci ilin əvvəlindən tanımışdır. Larisa Kirsanova ilə 09 avqust 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verən günədək mütəmaidi olaraq görüşmüşdür. 09 avqust 2024-cü il tarixdə 1 saylı X10 zəng edərək Larisa Kirsanovanın yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını deymişlər və o, dərhal həmin xəstəxanaya getmişdir. 30 avqust 2024-cü il tarixədək yəni, Larisa Kirsanova dünyasını dəyişənədək xəstəxanada onun yanına gedib-gəlmişdir. O baş vermiş hadisənin birbaşa şahidi olmamış, yalnız istintaq dövründə əldə etdiyi məlumatlar əsasında X1 yolda hərəkəti nəticəsində Təqsirləndirilən şəxs idarə ediyi avtomobillə vurulmasını bilmişdir. 30 avqust 2024-cü il tarixdə Larisa Kirsanova dünyasını dəyişdikdən sonra onu dəfn etmişlər. Larisa Kirsanova vegeterian şəxs olmuş və səhhətində problmlər olduğuna görə başgicəllənməsindən teztez yıxılmışdır. Zərərçəkmiş şəxsin dəfn xərci və digər xərcləri Təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və “Hyundai Elantra” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili oğlu Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etmişdir. 09 avqust 2024-cü il tarixdə, saat 16 radələrində Rəmşad mobil telefonuna zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində idarə etdiyi qeyd edilən avtomobillə yaşlı qadını vurduğunu bildirmişdir. O, hadisə yerinə yaxın ərazidə olduğu üçün hadisənin baş verdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsinə getmişdir. Zərərçəkmiş şəxs X6 təcili yardımın xidməti avtomobili ilə 1 saylı X13 aparılmışdır. Daha sonra Rəmşad ilə birlikdə polis idarəsinə getmişlər. Daha sonra 1 saylı X13 gedərək xəsarət almış X4 baş çəkmişlər və bundan sonra zərərçəkmiş şəxsin müalicə xərcləri və digər xərclərini qarşılamışlar. X6 səhhətində əvvəlcədən problemlər olmuş, sonuncu vəfat etdiyi tarixədək Rəmşadın onu avtomobillə vurmadığını və ağır şəkər xəstəsi olduğunu bildirmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin müalicəsinə və dəfn xərclərinə 4500 manatdan çox xərc çəkmişlər. İş materiallarında olan 30 avqust 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Nəsimi RPİnin İstintaq Şöbəsinin baş müstəntiqi Elvin Allahquliyev tərəfindən X2 ölməsi faktı əsasında ********* saylı cinayət işi başlanmışdır (i/v 1). İş materiallarına əlavə edilmiş “diskə baxış keçirilməsi haqqında” 02 oktyabr 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi "Hyundai Elantra" markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində işıqforda dayanır. İşıqforun yaşıl işığı yandıqdan sonra Füzuli küçəsinə dönərək orta zolaqla hərəkət edir. Həmin vaxt Füzuli küçəsində sağdan sola, Heydər Əliyev adına istirahət parkına doğru qaçaraq yolu keçməyə çalışan X3 vurur. (i/v 33). Məhkəmə baxışı zamanı da qeyd olunan hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və “videoyazıya baxış keçirilməsi haqqında” 02 oktyabr 2024-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X8» X12 məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 80 saylı rəyindən görünür ki, 1940cı il təvəllüdlü X1 meyitində aşkar olunmuş xəsarətlər - posttravmatik və posthemorragik şokla müşayiət olunan sol bazu, oma, ikitərəfli çanaq sümüklərinin və V bel fəqərəsinin sol yan çıxıntısının sınıqları, ağciyərlərin əzilməsi, sol gicgah-alın, sol bazu, sağ said, döş qəfəsinin arxa səthi, bel, qarın, sol qasıq, sol budun və sol diz oynağı nahiyələrinin iri ölçülü dərialtı hematomaları, alın, burun, sağ almacıq, sol dirsək oynağı, sağ said, bel, sağ aşıq-baldır oynağı nahiyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan L.D.Kirsanovanı vurması nəticəsində törənə bilmələri mümkündür. L.D.Kirsanovanın ölümünün bilavasitə səbəbi kaxeksiya və yataq yaraları fonunda ağciyərlərin əzilməsi, sol bazu, oma, ikitərəfli çanaq sümüklərinin və V bel fəqərəsinin sol yan çıxıntısının sınıqları ilə əlaqədar posttravmatik dövrdə inkişaf edən orqanizmin septiki intoksikasiyası (septisemiya) olmuşdur. L.D.Kirsanovanın ölümü xx.xx.2024-cü il tarixdə saat 12:40-da X11 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. L.D.Kirsanovanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (i/v 150-157). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/3416 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara görə, “Hyundai Elantra” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i/v 167-169). İşdə olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində baş vermiş, yol asfalt örtüklü, quru, düz və hamardır. Hərəkət bir istiqamətlidir, Hərəkət zolaqları qırıq-qırıq xətlə bölünmüşdür. 04 hərəkət zolağı olmaqla, hərəkət hissənin eni 12 metrdir. (i/v 5-11). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (i/v 163-164). İş materiallarında olan 01 noyabr 2024-cü il tarixli “ölmüş zərər çəkmiş şəxsə hüquqi varisi qismində tanımaq haqqında” qərardan görünür ki, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X9 ********* saylı cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmışdır. (i/v 46). İş materiallarında olan nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Hyundai Elantra” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 adına qeydiyyatdadır və sonuncu tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixədək etibarnamə verilmişdir. (i/v 14). İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Məmmədəli Əzizzadə tərəfindən Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisinə ünvanlanmış 12 fevral 2025-ci il tarixli, 51-1/1314/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Hümbət oğluna məxsus AE117364 nömrəli "B,C" kateqoriyalı sürücülük vəsiqəsi mövcuddur, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində hər hansı bir məlumat qeydə alınmamışdır. (i/v 177). İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil və TŞ-3-36-2 kamerasından 09 avqust 2024-cü il saat 16:20-dən 16:30-dək olan görüntülərin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınmış və avtomobilin Şahid3 qaytarılması və 01 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 208-218). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/43057 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i/v 12). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti alıtna vermə” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 203-204). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqirləndirilən şəxsin təqsirini etiraf edən ifadəsi və zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, diskdə olan görüntülər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf edərək peşman olmasını və zərərçəkmiş şəxsə maddi və tibbi yardımlar edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 85 (səksən beş) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində quraşdırılmış TŞ-3-36 2 kamerasından 09 avqust 2024-cü il saat 16:20-dən 16:30-dək olan görüntülərin köçürüldüyü 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-266/2025 saylı 27 fevral 2025-ci il tarixli qərara əsasən 28 fevral 2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 194.1-1-ci maddəsinə əsasən ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən vəkilin xüsusi ittihamçının nümayəndəsi və ya ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində, yaxud cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşaqlara və ya məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət hesabına göstərdiyi hüquqi yardım bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X9 tərəfindən hüquqi yardım həyata keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkilə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 26 (iyirmi altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 196 (yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində quraşdırılmış TŞ-3-36 2 kamerasından 09 avqust 2024-cü il saat 16:20-dən 16:30-dək olan görüntülərin köçürüldüyü 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 196 (yüz doxsan altı) manat pul ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-266/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-266/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver