Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-267/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 34, mənzil 19-da qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 fevral 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs işlətdiyi ünvan 1 ünvanda yerləşən “Toys İsland” oyuncaq mağazasının ikinci mərtbəsinin aşağı hissəsindən keçən qaz borusunun üzərinə çıxaraq mağazanın ikinci mərtəbəsinin pəncərəsini istintaqa məlum olmayan taxta parçası ilə sındırmış, sonra içəri qanunsuz daxil olub ikinci mərtəbədə masanın üzərindən Zərərçəkmiş şəxs məxsus 650 manat dəyərində, ağ rəngli bir ədəd “Dell” markalı, “P89 F(G3)” modelli noutbuku, 220 manat dəyərində, qara rəngli bir ədəd “Samsung” markalı, “270E MP” modelli noutbuku, mağazanın birinci mərtəbəsində masanın üzərindən 200 manat dəyərində, qara rəngli bir ədəd “Dell” markalı, “İnspiron 15-3521” modelli noutbuku və giriş qapısının yanındakı masanın siyirməsindən 300 manat nağd pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1.370 manat məbləğində maddi ziyan vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, işləmədiyi üçün maddi vəziyyəti yaxşı olmamış, ailə üzvləri ilə birlikdə kirayədə yaşadığı mənzilin pulunu ödəyə bilmədiyi üçün oğurluq etmək fikrinə düşmüşdür. Bu məqsədlə 22 fevral 2022-ci il tarixdə, gecə saatlarında “Toys İsland” oyuncaq mağazasının qarşısından keçərkən onun 2-ci mərtəbəsində plastik pəncərə yerləşdiyini, pəncərənin aşağı hissəsində isə qaz boru xəttinin keçdiyini görmüşdür. O, qaz xəttinin üzərinə çıxıb pəncərəni sındıraraq içəri daxil olmağı qərarlaşmış, bu minvalla xəttin üzərinə çıxaraq taxta parçası ilə pəncərəni sındıraraq içəri daxil olmuşdur. İçəri daxil olduqda otaqda sol tərəfdə masanın üzərində bir ədəd ağ rəngli “Dell” markalı və bir ədəd qara rəngli “Samsung” markalı noutbukları görüb götürmüşdür. Sonra 1-ci mərtəbəyə düşmüş, pilləkəndən sol tərəfdə yerləşən masanın üzərindən bir ədəd “Dell” markalı noutbuku, habelə giriş qapısının yanındakı masanın siyirməsindən 135 manat pulu götürmüşdür. Bundan sonra daxil olduğu pəncərədən çıxaraq oradan uzaqlaşmış və yaşadığı mənzilə getmişdir. Noutbukları yaşadığı evdə əl çantasının içərisində gizlətmiş, 135 manat nağd pulu isə kirayə haqqı olaraq ödəmişdir. Götürdüyü noutbukları istintaqa təhvi vermiş, pulu isə qaytarmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yerləşən “Toys İsland” oyuncaq mağazasını işlədir. Mağaza iki mərtəbədən ibarətdir. Birinci mərtəbədəki masanın üzərində bir ədəd qara rəngli “Dell” markalı noutbuk və giriş qapısının yanındakı masanın siyirməsində 300 manat pul, ikinci mərtəbədə isə masanın üzərində bir ədəd ağ rəngli “Dell” markalı və bir ədəd qara rəngli “Samsung” markalı noutbuklar var idi. Atası xx.xx.2022-ci il tarixdə, səhər saat 09:30 radələrində ona zəng edərək mağazanın ikinci mərtəbəsindəki pəncərənin şüşəsinin qırıldığını və mağazadan həmin əşyaların oğurlandığını demişdir. O da saat 09:45 radələrində mağazaya gəlmiş, daha sonra hadisə barədə polisə məlumat vermişdir. Noutbukları qaytarılsa da, oğurlanmış pulu qaytarlmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Toys İsland” uşaq oyuncaqları mağazasından oğurladığı 01 ədəd qara rəngli “Dell” markalı, 01 ədəd ağ rəngli “Dell” markalı və 01 ədəd qara rəngli “Samsung” markalı noutbukları könüllü olaraq təqdim edir. Notbuklara baxış keçirildi, 01 ədəd qara rəngli, “Dell” markalı noutbukun üzərində “İnspiron 15-3521”, 01 ədəd qara rəngli “Dell” markalı noutbukun üzərində “P89 F (G3)”, 01 ədəd qara rəngli “Samsung” markalı noutbukun üzərində isə “270E MP” sözləri yazılmışdır. Zərərçəkmiş şəxs baxış zamanı həmin əşyaların ona məxsus olduğunu bildirməklə 22 fevral 2022-ci il tarixdə işlədiyi mağazadan oğurlanmış əşyalar olduqlarını təsdiq etdi (cild İ, i.v.36, 37-39); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2965 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd qara rəngli, “Dell” markalı, “İnspiron 15-3521” modelli noutbukun 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti 200,00 manat; 01 ədəd ağ rəngli, “Dell” markalı, “P89 F(G3)” modelli noutbukun - 650,00 manat və 01 ədəd qara rəngli, “Samsung” markalı, “270E MP” modelli noutbukun - 220,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (cild İ, i.v.99-100); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla 01 ədəd qara rəngli, “Dell” markalı, “İnspiron 15-3521” modelli noutbuk, 01 ədəd ağ rəngli, “Dell” markalı, “P89 F(G3)” modeeli noutbuk və 01 ədəd qara rəngli, “Samsung” markalı, “270E MP” modelli noutbuk iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır (cild İ, i.v.108-114); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 6 dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 18 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, xx.xx.2015-ci il tarixdə cəzası sona çatmışdır (cild İ, i.v.89-91, 93-97); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-121/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmışdır (cild İ, i.v.85-87); “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2013 və xx.xx.2014-cü il təvəllüdlü iki övladı var (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onu xarakterizə edən halları, o cümlədən kriminal meyilliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli 22 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd qara rəngli, “Dell” markalı, “İnspiron 15- 3521” modelli noutbuk, 01 ədəd ağ rəngli, “Dell” markalı, “P89 F(G3)” modeeli noutbuk və 01 ədəd qara rəngli, “Samsung” markalı, “270E MP” modelli noutbuk sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 22 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli, “Dell” markalı, “İnspiron 15- 3521” modelli noutbuk, 01 ədəd ağ rəngli, “Dell” markalı, “P89 F(G3)” modeeli noutbuk və 01 ədəd qara rəngli, “Samsung” markalı, “270E MP” modelli noutbuk sahibi Zərərçəkmiş şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-267/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-267/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver