Məhkəmə qərarları › İş №1(006)-267/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-267/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-267/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, 03 iyul 2023-cü il tarixdə saat 08:55-də ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasının qarşısından keçərkən mağazanın içərisində heç kimin olmamasından istifadə edərək özgənin əmlakını gizli olaraq talama məqsədilə mağazaya müştəri qismində daxil olub dolabın üzərinə qoyulmuş mağazanın icarədarı Zərərçəkmiş şəxs məxsus 01 ədəd 450 manat dəyərində “İphone XS Max” markalı mobil telefonu, içərisində 1 ədəd 130 manat dəyərində “Samsung Galaxy A 20s” markalı mobil telefon, 01 ədəd 5 manat dəyərində "xxxx" ASC-yə aid bank kartı, 01 ədəd 5 manat dəyərində "xxxx" ASC-yə aid bank kartı, 01 ədəd 5 manat dəyərində "xxxx" ASC-yə aid bank kartı və 2004 manat nağd pul olan 20 manat dəyərində pul kisəsini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2619 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Eurolux” mağazasının qarşısından keçərkən həmin mağazanın qapısının açıq olmasından istifadə edib içəri daxil olmuşdur. Mağazaya daxil olduqdan sonra orada nəzarətsiz vəziyyətdə olan kassanın yaxınlığında olan pul kisəsini və “İphone XS Max” markalı mobil telefonu oğurlayıb mağazadan çıxmışdır. O, mağazaya daxil olan zaman həmin mağazada kimsə olmamışdır. Mağazanı tərk etdikdən sonra Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “3-ün kruqu” adlanan yerə getmişdir. Həmin vaxt pul kisəsini açmış və içərisində “Samsung Galaxy A 20s” markalı mobil telefon və kartlar (bank, işıq, metro) olduğunu görmüşdür. Lakin həmin pul kisəsində ümumiyyətlə nağd pul olmamışdır. Bundan sonra həmin yerdən bir qədər uzaqlaşıb pul kisəsini içərisindəki kartları ilə birlikdə ona lazım olmadığı üçün yaxınlıqda xatırlamadığı bir yerə atmışdır. Daha sonra “İpnone XS Max” markalı mobil telefonun kodu olduğundan onu aça bilməmiş və həmin telefonu yerə çırparaq sındırmışdır. “Samsung Galaxy A 20s” markalı mobil telefonu isə 40 manata Bakı şəhəri Nəsimi rayonu 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsə satsa da, sonradan həmin telefon zərərçəkmiş şəxsə qaytarılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra müstəntiq Kamal Hüseynov ona ittiham üzrə qeyd edilmiş formada izahat verməsini tələb etmiş və əgər qeyd edilmiş formada izahat verərsə, zərərçəkmiş şəxsin ondan şikayətçi olmayacağını bildirmişdir. Halhazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı kiçik sahibkar kimi ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasını işlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasına gəlmişdir. O, mağazaya daxil olmuş və özünə məxsus olan bir ədəd “İphone XS Max” markalı mobil telefonu, içərisində ona məxsus olan 1 ədəd “Samsung Galaxy A 20s” markalı mobil telefon, müxtəlif sənədlər və 2004 (iki min dörd) manat nağd pul olan tünd qəhvəyi rəngli pul kisəsini mağazanın girəcəyində dolabın üzərində qoymuşdur. O, mağazanın giriş qapısını açıq qoyub mağazanın daxilində yerləşən ayaqyoluna daxil olmuş, təxminən 10 dəqiqə sonra dolabın üzərindən ona məxsus olan bir ədəd “İphone XS Max” markalı telefonun və tünd qəhvəyi rəngli içərisində 1 ədəd “Samsung Galaxy A 20s” markalı mobil telefonun, kartların, sənədlərin və 2004 (iki min dörd) manat nağd pulun olduğu pul kisəsininin oğurlandığını aşkar etmişdir. O, həmin vaxt baş vermiş hadisə ilə bağlı olaraq DlN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Pul kisəsinin içərisində 2004 manat nağd pul 100 manatlıq iyirmi və 1 manatlıq dörd əskinazlardan ibarət olmuşdur. Həmin pullar nisyə mallar götürüldükdən sonra ödənişlərin edilməsi məqsədilə onun tərəfindən yaşadığı evdən götürələrək pul kisəsinə qoyulmuşdur. Sonradan 1 ədəd “Samsung Galaxy A 20s” markalı mobil telefon ona qaytarılmışdır. Oğurlanmış digər “İphone XS Max” markalı mobil telefon isə atasının vəfatından sonra yazışmalar və digər faylların həmin telefonda olması səbəbindən həm də onun üçün mənəvi olaraq dəyərli olmuşdur. Lakin “İphone XS Max” markalı mobil telefon təqsirləndirilən şəxs tərəfindən sındırılmışdır. İfadəsinin sonunda oğurlanmış pul, telefon və digər sənədlərin ona qaytarılmasını xahiş edir. Müdafiə tərəfi Şahid1 və Şahid2 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə tərəfindən şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Musatafyev küçəsində 10 ilə yaxındır "Vertu" telefon mağazasını işlətmişdir. Həmin mağazaya iyul ayının 5-6-da əvvəlcədən tanımadığı X5 gəlib "Samsung Galaxy A20s'' markalı **********23502 İMEİ kodlu telefonu 85 manata öz şəxsiyyət vəsiqəsini surətini verb imzalayaraq satmışdır O həmin şəxsiyyət vəsiqəsinin surəti olan kağızı könüllü şəkildə Nəsimi RPİ-nin İŞ-nə təqdim etmişdir. Həmin telefonu daha sonra o, Şahid2 140 manata satmışdır. O, telefonu satan X1 əvvəllər mağazada görməmişdir və həmin telefonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Şahid2 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Alı Musatafayev küçəsində yerləşən Şahid1 məxsus telefon mağazasından "Samsung Galaxy A20s" markalı **********23504; **********23502 İMEİ kodlu telefonu 140 manata almışdır. O, həmin telefonu alan zaman öz şəxsiyyət vəsiqəsini təqdim etməmişdir. O, “Samsung Galaxy A20s“ markalı telefonun üzərində ***-***-**-** və ***-***-**-** nömrələrini işlətmişdir. ***-***-**-** saylı mobil nömrə onun tanışı X2 adına olmuşdur. O, həmin telefonu könüllü şəkildə Nəsimi RPİ-nin İŞ-nə təqdim etmişdir. Verilmiş suallara cavab olaraq, o, "Samsung Galaxy A20s" telefonu mağazadan aldığı üçün oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş 03 iyul 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasıdır. (i/v 8-10). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 93, 129-130). İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, “Eurolux” mağazasında quraşdırılmış müşahidə kamerasında xx.xx.2023-cü il tarixdə, saat 08:55:20-də bir nəfər orta boylu, qara saçlı, qarayanız, qara rəngli uzunqol köynək, qara rəngli şalvar geyinmiş, çiynindən qara rəngli çanta asmış şəxsin ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasına daxil olması, mağazanın daxilində olan dolabın üzərindən mobil telefon və pul kisəsini götürüb, xx.xx.2023-cü il tarixdə saat 08:55:36-da mağazanı rahat şəkildə tərk etməsi əks olunmuşdur. (i/v 12). İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi mobil telefon «Samsung Galaxy A20s» markalı olmaqla həmin mobil telefonun qarşı tərəfi sensor ekrandan ibarətdir, kənarları qara rəngdədir, qarşıda şəkil çəkmək üçün xüsusi kamerası vardır. Mobil telefonun arxa hissəsi qara rəngində olmaqla yuxarı hissəsində şəkil çəkmək uçün kamerası vardır, mobil telefonun imei kodu **********23504 və **********23502-dir. Mobil telefon işlənmiş vəziyyətdədir, üzərində cızıqlar vardır. Baxışda iştirak edən Şahid2 təqdim etdiyi mobil telefonu 2023-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Alı Musatafyev küçəsində yerləşən Şahid1 məxsus telefon mağazasından 140 manata aldığını göstərmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Şahid2 təqdim etdiyi mobil telefonu nəzərdə keçirib, həmin mobil telefonun ona məxsus olduğunu və 03 iyul 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Eurolux” mağazasının içərisindəki dolabın üzərindən oğurlandığını bildirmişdir. (i/v 55). İş materiallarında olan “götürmə aparılması və baxış keçirilməsi haqqında” 19 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini X3 məxsus olduğunu və 2023-cü ilin iyul ayında ona Anar Mirabasov tərəfindən «Samsung Galaxy A20 S» markalı mobil telefonu satan zaman sonuncunun özünə imza etdirməklə qeydlər apardığını, həmin qeydlərin «Samsung Galaxy A20 S» markalı mobil telefona aid olduğunu göstərmişdir. (i/v 63). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli tələbnamədən və Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 16 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (i/v 66-68, 141-144). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9902 saylı rəyindən görünür ki, mobil telefonların komplektləşdirilməsinə da edilən aksessuarlarının olmaması nəzərə alınmaqla orta istismar intensivliyi parametrilərin uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxmin 580.00 manat müəyyən olunmuşdur. o cümlədən 2019-cu il mart ayında alınmış 01 ədəd “Samsung Galaxy A 20s" markalı, 32 GB yaddaşa malik mobil telefon 130 manat, və 2023-cü ilin yanvar ayında alınmış 01 ədəd “İphone XS MAX” markalı 256 GB yaddaşa malik mobil telefon 450,0 manat müəyyən olunmuşdur. (i/v 75- 77). İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 08 fevral 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd DVD formatlı diskdə 01 ədəd videofayl vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü 25 saniyə davam edtmişdir. Həmin videogörüntüdə 03 iyul 2024-cü il tarixdə saat 08:55-də “Eurolux” mağazasının içərisində mağazaya bir nəfər əynində qara rəngli uzunqol köynək, qara rəngli şalvar, alt hissəsi ağ rəngli olan qara rəngli idman ayaqqabısı, çiynindən qara rəngli çanta asılan saqqallı şəxsin daxil olub üzərində mobil telefon olan, pul kisəsini dolabın üzərindən götürüb mağazadan çıxaraq uzaqlaşmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan mağazaya bir nəfər əynində qara rəngli uzunqol köynək, qara rəngli şalvar, alt hissəsi ağ rəngli olan qara rəngli idman ayaqqabısı, çiynindən qara rəngli çanta asılan saqqalı şəxsin daxil olub üzərində mobil telefon olan, pul kisəsini dolabın üzərindən götürüb mağazadan çıxan şəxsin özü olduğunu bildirmişdir. (i/v 134). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə 01 ədəd “Samsung Galaxy A20s” markalı 32GB daxili yaddaşlı mobil telefon, hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk və Anar Mirabasova məxsus şəxsiyyət vəsiqəsinin surəti maddi sübut kimi tanınmış, “Samsung Galaxy A20s” mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması, 01 ədəd diskin və şəxsiyyət vəsiqəsinin surətinin iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. (i/v 154-164). İş materiallarında olan 18 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin İstintaq şöbəsində ona məxsus olan “Samsung Galaxy A20s” mobil telefonu təhvil almışdır. (i/v 166). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 21 sentybr 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə təqsirləndirilən şəxs oğurluq əməli üzrə 2004 manat nağd pul məbləğini oğurlamamasını qeyd edərək, ittihamı bu hissədə qəbul etməmişdir. Lakin təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində oğurluq əməli üzrə 2004 manat nağd pulun onun tərəfindən oğurlanmasını etiraf etmişdir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinin müdafiə xarakterli olduğunu hesab edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda vurğulanmış qanunvericiliyin normalarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özü-özlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Hüquq nəzəriyyəsinə görə hüquq, törədilmiş pozuntunun qarşılığında alınacaq cəza ilə özünü bərpa etməli, başqa sözlə, hüquqa və qanuna müxalif xüsusi iradənin öz-özünə mövcud olan məntiqli, azad, ümumi iradəyə, yəni hüquqa tabe edilməsi lazımdır. Cəza əslində törədilmiş cinayətə görə hüquqi baxımından verilən qanuni cavabdır. Lakin cinayətin səbəb olduğu ziyanla və cəza ilə təqsirkara verilən cəza arasında bərabərlik şəklindəki əvəzçıxma deyildir. Sadəcə olaraq cəza həmin şəxslərin islah edilməsi üçün nəzərdə tutulmuş sosial reabilitasiya vasitəsidir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 13 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Nəsimi Rayon Məhkəməsinin 4(006)-269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A 20s” markalı 32 GB daxili yaddaşlı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması və 01 ədəd CD diskin və Anar Mirabasova məxsus şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-267/2024 saylı, 07 may 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 10 may 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Nəsimi Rayon Məhkəməsinin 4(006)-269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A 20s” markalı 32 GB daxili yaddaşlı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması və 01 ədəd CD diskin və Anar Mirabasova məxsus şəxsiyyət vəsiqəsinin surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar