Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-269/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1985-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Azəriqaz” İB-də təmirçi çilingər vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Kür Qaraqaşlı Ərazi Dairəsi, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 11 may 2022-ci il tarixdə saat 13:30 radələrində ünvan 2 ünvanında bacanağı Zərərçəkmiş şəxs onun həyat yoldaşına sataşmasına iradını bildirməsi səbəbi ilə bağlı aralarında olan münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs üz-sifət nahiyəsinə vuraraq, ona üst çənənin sağdan İV dişin travmatik laxlaması ilə müşayiət olunan yuxarı dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası, sağ yanaq nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun bacanağıdır, 2 ilə yaxındır ki, sonuncunu tanıyır. 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsində o, həyat yoldaşı ilə həkimdən gələrkən həmin məhəllədə yerləşən pilləkənlərdən düşən zaman arxadan kiminsə qaça-qaça gəlməsini eşitmişdir. Arxaya baxanda gələn şəxsin Nurlan olduğunu görmüşdür. Zərərçəkmiş şəxs onların yanından keçmiş, sonra çönüb onun yoldaşına tərs-tərs baxmışdır. İkinci dəfə Nurlan yenə çönüb baxanda o, Nurlandan “ə, nəyə baxırsan” deyə soruşmuş, Nurlan da “ə deyil, Nurlandır” deyə cavab vermiş və onun üstünə cummuşdur. O, Nurlanın onu vuracağını düşünüb sonuncunu sifətindən itələmişdir. Yoldaşı onları aralamış, dalaşmağa qoymamışdır. Sonra Nurlan onu dava eləməyə çağırmış, lakin o, evə getmişdir. İş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Belə ki, o, Zərərçəkmiş şəxs dişini qırmamışdır və əl ilə itələməklə sonuncuda elə bir xəsarət yaranması mümkün deyil. Daha sonra ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi 2 ilə yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs onun həyat yoldaşının bacısının əridir. O, özü kuryer işləyir. 11 may 2022-ci il tarixdə sifarişi lazım olan ünvana çatdırıb işə qayıdan zaman ünvan 3n qarşısından tələsik gedərkən Xankişi və onun həyat yoldaşının yanından keçmişdir. Xankişinin əynində qırmızı gödəkçə olduğundan həmin gödəkçə onun diqqətini çəkmiş və çönüb ona baxmışdır. O, Xankişinin həyat yoldaşına baxmamışdır. Xankişi ona demişdir ki, “ə, nəyə baxırsan”, o da cavabında “ə deyil, Nurlandır” deyə bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun sifətinə yumruq ilə vurmuşdur. O, təqsirləndirilən şəxsi söyməmiş, yoldaşına baxmamışdır. Onun arxadakı dişi əvvəl çürük olmuş, Xankişi vuranda isə sınmışdır. Daha sonra zərər çəkmiş şəxsdən şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 11-də təxminən saat 13:00 radələrində Bakı şəhəri Nəsimi rayonu M.Cəfərov küçəsində, həyat yoldaşı Xankişi ilə evə gələrkən həmin məhəllədə yerləşən pilləkənlərin yanında arxalarınca kiminsə qaça-qaça gəldiyini eşitmişlər. Yanlarından keçən zaman həmin şəxsin onun bacısının əri Nurlan olduğunu görmüşlər. Qohum olsalar da, onların Nurlanla yaxın münasibətləri olmamışdır. Nurlan onların yanından keçdikdən sonra çönüb arxaya baxmışdır. X2 “ə, nəyə baxırsan” deyə soruşmuş, sonuncu da “ə deyil, Nurlandır” deyı cavab vermiş, sonra Nurlan yoldaşını söymüş, yoldaşı da Nurlan onu təhqir etdiyi üçün əsəbləşib vurmuşdur. O, dava düşməsin deyə Nurlan və Xankişini aralamışdır. Nurlan aralanmış, daha sonra onlar bloka girmək istəyəndə Nurlan onun yoldaşını söhbət etməyə çağırmış, o isə yoldaşını getməyə qoymamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2022-ci il tarixli, 574 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-üst çənənin sağdan İV dişin travmatik laxlaması ilə müşayiət olanan yuxarı dodağın selikli qişasının iri ölçülü əzilmiş-cırılmış yarası, sağ yanaq nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasyiasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (i.v.28-30); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa görə Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.25); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayıt hadisəsinin videogörüntüsünü özündə əks etdirən bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmışdır (i.v.60-62); - İş üzrə maddi sübut kimi tanınmış bir ədəd diskin məhkəmə iclasında nümayişi zamanı Təqsirləndirilən şəxs öz bacanağı Zərərçəkmiş şəxs əli ilə vurması müəyyən edilmişdir; - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şikayət vermiş şəxs Zərərçəkmiş şəxs oğunun sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurması özünün, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamını və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, ilk dəfə cinayət törətməsini və himayəsində azyaşlı uşaqlarının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 6 saata görə 36 (otuz altı) manat Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-269/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-269/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver