Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-27/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 17:47 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 17 nömrəli ünvanda yerləşən “28 Mall” adlanan Ticarət Mərkəzinin daxilində 2-ci mərtəbəsində yerləşən “Massimo Dutti” adlanan kişi geyimlərinin satışı mağazasına gəldikdən sonra, həmin mağazaya müştəri kimi gəlib bəyəndiyi paltarı əyninə geyinmək məqsədi ilə mağazanın içərisində olan geyim paltarlarının dəyişmə otağına doğru getmiş Zərərçəkmiş şəxs məxsus satış masasının üzərində qalmış gödəkçənin sağ cibindən 1 ədəd 1000 manat dəyərində “Samsung” markalı, “SM-G975F” modelli mobil telefonu, həmin telefonun üzərində olan 1 ədəd 4 manat dəyərində Azercell şəbəkəsinə məxsus ***-***-**-** GSM nömrəni, ümumilikdə 1004 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, əvvəllər törətdiyi cinayətlərə görə dəfələrlə məhkum olunmuşdur. Azadlıqda olduğu müddətdə əvvəl taksi fəaliyyəti ilə məşğul olmuşdur, lakin sonradan heç bir yerdə işləmədiyindən pula ehtiyacı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən «28 Mall» adlanan ticarət mərkəzinə gəlmişdir. Həmin ticarət mərkəzində şərait yarandığı halda kiminsə cibindən pul və ya dəyərli hansısa əşyanı oğurlamağı düşünmüşdür. Ticarət mərkəzinə daxil olub içərisində bir müddət gəzərək 2-ci mərtəbəsində yerləşən «Massimo Dutti» adlanan kişi geyimlərinin satışı mağazasına daxil olmuşdur. Qeyd olunan mağazanın içərisində olan zaman satıcı və müştərilərin hərəkətlərinə kənardan baxmış və mağazada müştərilərdən biri onun əvvəllər tanımadığı adını sonradan bildiyi Zərərçəkmiş şəxs satışda olan paltarlardan birini seçdikdən sonra əynində olan gödəkçəni çıxarıb satış masasının üzərinə qoyuduğunu və seçdiyi paltarı əyninə geyinib necə yaraşdığına baxmaq üçün masadan aralaşıb mağazanın içərisində olan güzgülər tərəfə getdiyini görmüşdür. Bunu gördükdən sonra o, masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus gödəkçənin cibindən oğurluq etmək niyyəti ilə satış masasına yaxınlaşıb paltarlara baxmaq bəhanəsi ilə orada olan sonuncuya məxsus gödəkçəni götürüb ciblərinə baxmışdır. Həmin vaxt gödəkçənin sağ cibində telefon aparatı olduğunu görüb, həmin telefon aparatını gödəkçənin cibindən oğurladıqdan sonra gödəkçəni yerinə qoyub, masanın üzərində satış üçün qoyulmuş paltarlardan birini götürüb həmin yerdən aralaşmışdır. Həmin vaxt gödəkçənin sahibi Zərərçəkmiş şəxs və mağazanın içərisində olan digər şəxslərin onun tərəfindən oğurluq edilməsini görmədiyinə diqqət yetirmişdir. Bundan sonra o, masa üzərindən götürdüyü paltarı mağazanın digər satış masasının üzərinə qoyub əvvəl həmin mağazadan, sonra isə ticarət mərkəzindən çıxıb həmin yerdən uzaqlaşmışdır. Oğurladığı telefon aparatını cibindən çıxardıqda "Samsung S10+” markalı olduğunu görmüşdür. Ticarət mərkəzindən çıxdıqdan sonra o, «28 May» mctrostansiyasından «20 Yanvar» metrostansiyasına gəlmişdir və oradan 1 manat pul ödəyərək taksi maşını ilə Masazır qəsəbəsinə yaşadığı evə getmişdir, lakin kiməsə oğurluq etməyi barədə məlumat verməmişdir. Telefon aparatının üzərində olan GSM nömrəni hadisənin sabahı günü Sumqayıt şəhərində parkda olan zaman xatırlamadığı yerə tullamışdır. Oğurladığı telefon aparatını isə imkan olduqda kiməsə satmaq məqsədilə üzərində gəzdirmişdir. Bu məqsədlə həmin gün Bakı şəhərinə gəlib oğurladığı telefon aparatını «20 Yanvar» və «28 May» metrostansiyalarının yaxınlığında yerləşən telefon mağazalarına satmaq istəsə də, telefonu almaq üçün ona şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi tələb etmişlər. Vəsiqənin surəti olmadığına görə o, qeyd olunan telefon aparatını kiməsə sata bilməmiş və üzərində saxlamışdır. Oğurladığı telefon aparatını satıb pul əldə edə bilmədiyi üçün yenidən «28 Mall» adlanan ticarət mərkəzinə gedib digər oğurluq hadisəsini törətmək qərarına gəlmişdir. Bu məqsədlə o, xx xxxxxx 2020-ci il tarixdə qeyd olunan ticarət mərkəzinə gəlib mağazaları gəzərkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb şübhəli olduğunu demişlər və sonra onlarla birlikdə Nəsimi rayon 22-ci Polis Şöbəsinə getməyini təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə gəldikdən sonra orada polis əməkdaşları onu xx xxxxxx 2019-cu il tarixdə törətdiyi qeyd olunan oğurluq hadisəsi ilə bağlı sorğu etmişlər və sonra ona oğurluq hadisəsini törətdiyi mağazanın içərisində quraşdırılmış müşahidə kamerasında çəkilmiş görüntünü göstərmişlər, həmin görüntüyə baxdıqda onun tərəfindən telefon aparatını necə oğurlamağı həmin görüntüdə tam olaraq görünməsinin şahidi olmuşdur. Buna görə də o, törətdiyi qeyd olunan oğurluq hadisəsini etiraf etmişdir və sonra oğurladığı telefon aparatını polis əməkdaşlarına təqdim etmişdir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, oğurluğu maddi imkansızlıq ucbatından törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Müdafiə tərəfi isə Zərərçəkmiş şəxs iştirakını tələb etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərərçəkmiş şəxs və şahidin iştirakı olmadan məhkəmə istintaqının yekunlaşdırılmasını xahiş etmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nicat Ədlibəyli tərəfindən tərtib edilmiş “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "Samsung S10+” markalı mobil telefonu hal şahidlərinin iştirakı ilə təqdim etmiş və Zərərçəkmiş şəxs tərəfindən həmin telefon İMEİ koduna əsasən tanınaraq ona məxsus olması özü tərəfindən təsdiq olunmuşdur (i/v 24). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 271 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, SM-G975F” model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 1000,00 manat, ***-***-**-** saylı GSM nömrənin 4,0 manat olması müəyyən edilmişdir (i/v 36-37). İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin “DVD diskinə baxış keçirilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş DVD diskində bir ədəd qovluq olmuşdur. Həmin qovluqda oğurluq hadisəsi faktının fiksə edildiyi bir videogörüntü öz əksini tapmışdır. Həmin görüntüyə baxış zamanı mağazanın içərisində bir nəfər əynində göy rəngdə paxlava formasında naxışları olan gödəkçə, qara şalvar, qara ayaqqabı və başında papaq geyinmiş cavan oğlanın saat 17:47:24-də mağazanın içərisində olan üzərində satış üçün paltar sərilmiş masaya yaxınlaşıb orada olan gödəkçəni götürüb cibindən nəsə oğurladıqdan sonra gödəkçəni götürdüyü yerə qoyması, sonra masanın üzərində olan satış üçün sərilmiş paltarlardan birini götürüb həmin masadan aralaşdığı əks olunmuşdur. DVD diskinə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntüdə əksi təsvir olunan hərəkət edən şəxs onun özü olmuşdur. Həmin gün o, görüntüdə göründüyü qaydada qeyd olunan mağazanın içərisində masanın üzərində olan gödəkçənin cibindən telefon aparatını oğurladıqdan sonra gödəkçəni geri yerinə qoyub, sonra diqqət cəlb etməmək üçün həmin masa üzərində satış üçün sərilmiş paltarlardan birini götürüb həmin masadan aralaşdıqdan sonra, götürdüyü satış paltarını digər masanın üzərinə qoyub mağazadan çıxaraq həmin yerdən aralaşmışdır. Qeyd olunan DVD diskində cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən görüntü fiksə edildiyindən, özündə görüntünü əks etdirən DVD disk protokola əlavə olunmuş və gələcəkdə cinayət işinin materiallarına əlavə olancağı qeyd olunmuşdur. Bu səbəbdən də müstəntiq tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir təklif daxil edilməmişdir (i/v 105-106). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-127/2017 saylı, xx xxxxx 2017-ci il tarixli hökmündən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-339/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 177.1, 66.3-cü maddələri ilə təqsirli bilinib Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 05 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx xxxxxx 2018-ci tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 45-47). İş materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, baş vermiş oğurluq hadisəsinin video görüntüsünü özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi və Zərərçəkmiş şəxs məxsus oğurlanmış 01 ədəd “Samsung” markalı, “SM-G975F” modelli telefon aparatının iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır (i/v 124-130). İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan, “Axtarışda olan şəxsin yaxalanması barədə” xx xxxxx 2020-ci il tarixli protokoldan və “Şübhəli şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxx 2020-ci il tarixdə axtarış elan edilmiş, xx xxxxx 2020-ci il tarixdə saxlanılaraq xx xxxxx 2020-ci il tarixdə barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 67-68, 75, 100-101). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus oğurlanmış 01 ədəd “Samsung” markalı, “SM-G975F” modelli mobil telefonu təhvil almışdır. Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Abşeron rayon məhkəməsinin 1(012)-462/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli və 1(012)-462/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verildiyindən iş üzrə icraat təzələnmişdir. Məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi Probasiya Xidməti Sumqayıt şəhər Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Cavadov tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx xxxx 2021-ci il tarixli, 965 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-339/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Təqsirləndirilən şəxs şöbəyə gəlib qeydiyyatdan keçmədiyindən ona təyin olunmuş cəzanı çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla, oğurluq cinayətini törətməsi özünün etirafı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu xx.xx.2020-ci il tarixdə ödənilməli olduğu üçün, o əvvəllər məhkum edilmiş şəxs hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-339/2019 saylı hökmü ilə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-339/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-339/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 06 (altı) ayı, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilməli və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “SM-G975F” modelli telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı və Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-203/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxx 2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(006)-339/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 06 (altı) ay hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində «həbs» qətimkan tədbiri seçilsin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung” markalı, “SM-G975F” modelli telefon aparatının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-27/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-27/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver