Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-27/2022 27.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxsin hüquqi varisi: X3 Müdafiəçi: 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1958-ci il tarixdə Zərdab rayonu, Otmanoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Aydınbəyov küçəsi, ev 29A-da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mərhum Zərərçəkmiş şəxs Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsinə əsasən ödənilməli olan məcburi işburaxma müddəti üçün hesablanmış 5.254 manat əmək haqqı və mənəvi zərərə görə 1.000 manat pulun öz adına olan bank hesabına köçürülməsini və köçürüldükdən sonra məxaric edərək Zərərçəkmiş şəxs hüquqi varisi X6 verəcəyinə dair yalan vəd verib aldadaraq, Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən ona məxsus AZ 16İBAZ******************** nömrəli bank hesabına 2017-ci il 13 mart, 03 və 13 aprel, habelə 01 may tarixlərdə ayrılıqda 1.018 manat 50 qəpik, 10 may tarixdə 1.180 manat, 30 may tarixdə isə 1.000 manat olmaqla, ümumilikdə köçürülmüş 6.254 manat pulu "xxxx" ASC-nin Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 210-cu məhəllə, ev 191-də yerləşən “Səbail” filialından 11 aprel, 21 aprel, 21 iyun və 18 iyul 2017-ci il tarixlərində məxaric etməklə zərər çəkmiş şəxsin hüquqi varisi E.Nağıyevə verməyib sonuncuya 6.254 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Zərərçəkmiş şəxs tutduğu laborant vəzifəsindən 01.10.2012-ci il tarixdən işdən azad etmişdir. Zərərçəkmiş şəxs işə bərpa və çarəsizlikdən məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə iddia ərizəsini 18.02.2013-cü ildə Qazax Rayon Məhkəməsinə vermişdir. Qazax Rayon Məhkəməsində bir neçə ay mülki işə baxıldıqdan sonra cavabdehin nümayəndəsi işin tezliklə və düzgün həllinə mane olmaq məqsədi ilə ərazi aidiyyətini mübahisələndirmiş və işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair əsassız və qanunsuz vəsatət vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin 02.07.2013-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilərək işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs vəkil ilə müqavilə bağlanması və kassasiya şikayətinə vəkil orderi əlavə edilməsi üçün özünün, ərinin və qohumlarının pulu olmadığına görə Gəncə Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verə bilməmişdir və Qazax şəhərindən Bakı şəhərinə gedib-gəlməyə pulu olmadığına görə Nərimanov Rayon Məhkəməsində onu təmsil etməsi üçün qardaşı X4 11.09.2013-cü il tarixdə Qazax rayon notariusunda etibarnamə vermişdir. Bundan sonra onun dostu X9 17.10.2013-cü il tarixdə ona zəng edib poçta gəlməsini xahiş etmiş, poçtun mətbəxində özünün həmyerlisini, tanımadığı, ilk dəfə gördüyü X5 onunla tanış etmiş, onun bacısı Zərərçəkmiş şəxs əsassız və qanunsuz çıxarıldığı əvvəlki işinə bərpa olunmasına onun etibarnamə ilə nümayəndə kimi hüquqi yardım göstərməsini ondan xahiş etmiş və bu şəxslərin pulları olmadığı üçün zəhmət haqqını sonda verəcəklərini söyləmişdir. Həmin günü X10 öz adından Bakı şəhəri 4 saylı notariusda etibarnaməni və 1 ay ərzində bacısının xeyrinə heç bir iş görə bilmədiyindən bacısının 11.09.2013-cü il tarixdə ona verdiyi etibarnaməsini də ona vermiş, özünün və bacısının işləmədikləri üçün pullarının olmadığını və ata-anasının pensiya pulu ilə dolandıqlarını bildirmiş, bacısının əvvəlki işinə bərpa olunmasına nail olunduqdan sonra alacağı əmək haqqı pulunun məbləğindən asılı olmayaraq yarısını ona verəcəklərinə söz vermişlər. 23.10.2013-cü il tarixdə Zərərçəkmiş şəxs şəxsən özü də Qazax rayon notariusunda ona etibarnamə vermiş və qardaşı Elxan Nağıyevin verdiyi sözü bir daha təsdiq etmiş, işin sonunda alınacaq əmək haqqının yarısını ona verəcəyinə və onun köməyini layiqincə qiymətləndirəcəyini bildirmişdir. Bu etibarnamədə Zərərçəkmiş şəxs digər səlahiyyətlərlə yanaşı məhkəmə aktından şikayət verilməsini, icra sənədini təqdim etməyi və geri çağırmağı, məhkəmə aktının məcburi icrası tələblərini, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verməyi, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasını, bütün dövlət, bələdiyyə, QHT, təhqiqat, istintaq, prokurorluq, məhkəmə orqanlarında ona aid olan mülki işlərin, cinayət işlərinin aparılmasını, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Onun iştirakı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində gedən məhkəmə prosesində iddia təmin edilməmişdir. O da bu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra qarşı tərəf kassasiya şikayəti versə də, Ali Məhkəmə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs işinə bərpa edilsin, əmək haqqısı 01.10.2012-ci ildən hesablanaraq ödənilsin və əlavə 1.000 manat mənəvi ziyana görə təzminat ödənilsin. Azərbaycan Müəllimlər İnstitutu 2016-cı ildə ləğv edilmiş, Qazax filialı Bakı Dövlət Universitetinin təbeliyinə verilmişdir. Bakı Dövlət Universitetinin Qazax filialı Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsini tam icra etməmiş, yəni 01.10.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi 21.12.2016-cı il tarixədək 51 aylıq məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq və mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs ödənilməsini təmin etməyərək yalnız formal olaraq işə bərpa edilmə haqqında 21.12.2016-cı il tarixli 3/71 saylı əmr vermişdir. Zərərçəkmiş şəxs xəstə olduğu, habelə müalicə olunduğu üçün işə başlaya bilməmiş, xəstəlik vərəqəsini təqdim etmiş, 01.10.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək 51 aylıq məcburi işburaxma müddəti üçün əmək haqqını və mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul vəsaitini ala bilməyib 08.01.2017-ci il tarixdə vəfat etmişdir. O, 4 il ərzində Bakı şəhərindən Ağstafa və Qazax şəhərlərinə dəfələrlə taksi ilə gedib-gəlməyə, Bakı, Ağstafa və Qazax şəhərlərində notariat kontorlarına, Bakı və Qazax şəhərlərində keçmiş və indiki cavabdehlərin ünvanlarına, məhkəmələrə, icra şöbəsinə və s. yerlərə taksi ilə gedib-gəlməyə, yazışmalara, kirayədə yaşayış sahəsinin icarəsinə, qətnamənin icra olunmasına və bu kimi işlərə görə 5.000 manat pul xərcləmiş, mülki işin müvəffəqiyyətli həllinə nail ola bilmişdir. Zərərçəkmiş şəxs özü, onun əri Şahid1, qardaşı X11 və digər qohumları heç vaxt bu işə görə məhkəmələrdə və ya icra şöbəsinə getməmişlər. Şahid1 vəfat etmiş Zərərçəkmiş şəxs birinci növbəli vərəsəsidir, onun səyi nəticəsində Ağstafa rayon notariat kontoru 06.02.2017-ci il tarixdə İlqara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etmiş, İlqar da pul vəsaitinin borcludan məcburi tutulmasını, bank hesabına köçürülməsini tələb etməsi və s. ilə bağlı ona etibarnaməni vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli qətnaməsinin məcburi icra olunması, aylıq əmək haqqı məbləğlərinin dəqiqləşdirilməsi, hər gecikdirilmiş gün üçün 1% ödənilməsi və bank hesabına köçürülməsi tələbi ilə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində yenidən iddia qaldırmış, onun təkidli tələbindən sonra pullar hissə-hissə olmaqla onun "xxxx" ASC-dəki hesabına hissə-hissə olmaqla 2017-ci ilin mart-avqust ayları ərzində köçürülmüşdür. 13 mart, 03 aprel və 13 aprel 2017-ci il tarixlərdə ayrılıqda 1.018 manat pul köçürülmüş, o da həmin pulları bank xidmət haqqı çıxıldıqdan sonra hər dəfə 1.000 manat olmaqla, cəmi 3.000 manat pulu bank vasitəsilə Şahid1 adına göndərmişdir. Əldə olunmuş razılaşmaya görə isə qalan pullar zəhmət haqqı kimi ona çatmalı idi. Bu səbəbdən də yerdə qalan 3.200 manat pulu o, bu işlə bağlı çəkdiyi xərclərə görə borc aldığı Şahid3 qaytarmışdır. İlqarla aralarında olan bu razılaşmanı X7 və Şahid2 da təsdqi edirlər. Bununla belə, Elxan Nağıyev ondan tələb etmişdirdi ki, bank hesabına köçürülən pulu Şahid1 göndərməsin, çünki sonuncu spirtli içkilərin aludəçisidir, özü isə işləmir, gəliri və qazancı yoxdur. Lakin, o, bundan imtina etmişdir. X11 vəfat etmiş Zərərçəkmiş şəxs qardaşıdır, ikinci növbəli vərəsəsidir və Zərərçəkmiş şəxs birinci növbəli vərəsələri mövcud olduğun halda, ona miras əmlakdan pay düşmür. O, isə miras əmlakın hamısını əsassız və qanunsuz tələb edir və tamah məqsədi ilə əsassız və qanunsuz olaraq tələb etdiyi pulu ala bilmədiyi üçün ondan hədəqorxu ilə pul tələb etmiş, haqqında şər-böhtan xarakterli rüsvayedici məlumatlar yaymış, bilə-bilə qəsdən cinayət barədə yalan xəbərçilik etmişdir. Hətta İlqara demişdir ki, ona verdiyi etibarnaməni ləğv edib özünə versin ki, o, bu pulları şəxsən alsın. İlqar da ona məhkəmədə təmsil olunmaq üçün vermiş olduğu etibarnaməni ləğv etdirdiyi üçün o, 08 avqust 2017-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edə bilməmiş və cavabdehlərdən 5.000 manat məbləğində pulu, hər gecikdirilmiş gün üçün 1% əvəzində 13.900 manat pulu ala bilməmişdir. Bundan sonra E.Nağıyevə və Şahid1 qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 5.000 manat zəhmət haqqının və 5.000 manat mənəvi ziyana görə təzminatın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmə dövlət rusumu ödənilmədiyi üçün iddia ərizəsini geri qaytarmışdır. Sonra səhhəti ilə əlaqədar olaraq təkrar müraciət edə bilməmiş, lakin 09 mart 2021-ci il tarixdə ikinci dəfə müraciət etmişdir. Bu mübahisə məhkəmədə mülki icraat qaydasında baxılmalı və həll edilməli olduğuna görə Nəsimi Rayon Polis İdarəsinin bir neçə müstəntiqləri tərəfindən 11 dəfə cinayət işinin başlanması rədd edilməsi haqqında qərarlar qəbul olunsa da, sonda Azərbaycan Respublikası İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Aparatında işləyən Elxan Nağıyevin qanunsuz təzyiqləri nəticəsində hazırki cinayət işi başlanılaraq ona əsassız və qanunsuz ittiham irəli sürülmüşdür. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X11 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır və o, uzun sürən xəstəlikdən sonra 08 yanvar 2017-ci il tarixdə rəhmətə getmişdir. Kəmalə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında laborant işləyirdi və ora yeni təyin edilən direktorun əmri ilə işdən azad edilmişdir. Onlar da bu əmrdən şikayət etmək fikrinə düşmüş və buna görə məhkəməyə müraciət etmək üçün onları təmsil edə biləcək adam axtarmışlar. Elə həmin ərəfədə o, tanışı Dadaş vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, nümayəndə qismində məhkəməyə ərizə yazıb onları təmsil edə bilər. Bunun üçün o, ilkin olaraq 500 manat pul istəmişdir. Lakin o, Əsgərə bildirmişdir ki, həmin pulu məhkəmə prosesi ərəfəsində verəcək. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Bacısının işə bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində işə baxılmış və məhkəmə iddianı təmin etməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi də bacısının xeyrinə qərar qəbul etmişdir. Qarşı tərəf bundan kassasiya şikayəti vermişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs bildirmişdir ki, vəkil olmadığı üçün o, məhkəmədə iştirak edə bilməz və 500 manata bu işə vəkil tapar. O da həmin pulu yaşadığı Bakı şəhəri, Binəqədi rayonunda yerləşən evində ona vermişdir. Lakin Ali Məhkəmədə məhkəmə prosesi zamanı o, vəkil görməmiş və bu barədə Təqsirləndirilən şəxs soruşanda, sonuncu prosesdə özünün çıxış edəcəyini bildirsə də, məhkəmədə iştirak etməmişdir. Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Qətnaməyə əsasən bacısı Kəmaləyə ümumilikdə 5.254 manat əmək haqqı və mənəvi zərər görə 1.000 manat təzminat ödənilməli idi. İcra mərhələsində onlara bildirmişlər ki, əgər bank hesabı varsa bu pulu ora köçürə bilərlər. Təqsirləndirilən şəxs da bunu eşidən kimi onlara bildirmişdir ki, "xxxx" ASC-də özünə məxsus bank hesabı var, əgər həmin pullar oraya köçürülərsə, o bu vəsaiti onlara təqdim edər. O da buna etiraz etməmiş və pulların Təqsirləndirilən şəxs məxsus hesaba köçürülməsinə icazə vermişdir. Həmin ilin martın 13-də ilkin olaraq Əsgərin hesabına 1.018 manat pul köçürülmüşdür. Eyni zamanda 03 və 14 aprel tarixlərdə də Təqsirləndirilən şəxs hesabına hər dəfə bu qədər vəsait mədaxil edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs onlara bu barədə heç nə deməmiş, o da bu barədə bacısının işlədiyi yerdən soruşanda bilmişdir ki, artıq mart və aprel ayının pulları Təqsirləndirilən şəxs bank hesabına köçürülüb. O da Əsgərlə görüşəndə sonuncu hələ pulun hesabına köçürülmədiyini demişdir. O isə onun yalan danışdığını, pulun artıq hesabına köçürüldüyünü söyləmişdir. Onun etirazından sonra Əsgər aprel ayında bank vasitəsilə bacısının əri Şahid1 ünvanına 1.000 manat, aprel sonunda və may ayının əvvəlində ayrılıqda 1.000 manat pul göndərmişdir. Lakin sonradan öyrənmişdir ki, 6.254 manat pul may ayının sonuna kimi Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür. O, bu barədə Əsgərdən soruşduqda, sonuncu əvvəlcə pulun köçürülmədiyini bildirsə də, onun təkidindən sonra Əsgər bunu etiraf etmiş, lakin bu işə görə əziyyət çəkdiyini, ora-bura getdiyini, məhkəmələrə müraciət etdiyini, Qazax şəhərinə gedib-gəldiyini bildirmişdir. O da Əsgərə pulları qanunsuz olaraq ələ keçirdiyini demiş, əvvəlcədən belə razılaşmanın olmadığını xatırlatmış, qalan 3.254 manat pulun qaytarılmasını tələb etmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs 3.254 manat pulu onlara geri qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X3 ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında Şahid2 və Şahid3 şahid kimi dindirilmişlər. Şahid2 ifadəsində göstəmişdir ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə əvvəlki işlərinə bərpa olunması və əmək haqqlarının alınmasına dair mülki işə hüquqi yardım göstərilməsi üçün 23.10.2013-cü ildə Qazax şəhərində notariusda Təqsirləndirilən şəxs etibarnamələr vermişlər. Həmçinin, özü şəxsən Təqsirləndirilən şəxs hər dəfə 200 manat pul versə də, Zərərçəkmiş şəxs pulu olmadığı üçün işin sonunda alacağı əmək haqqının yarısını Təqsirləndirilən şəxs verəcəyinə söz vermişdir. 02.02.2017-ci ildə Təqsirləndirilən şəxs və X7 ilə birlikdə Ağstafa rayonu Dağkəsəmən kəndində yerləşən Şahid1 məxsus evə Zərərçəkmiş şəxs yas mərasiminə getmiş, orada söhbət əsnasında Kəmalənin əri İlqar arvadının alacağı əmək haqqının yarısını Təqsirləndirilən şəxs çatacağını bir daha təsdiq etmişdir. 07.07.2017-ci il tarixdə o, İbrahimova Sona və Təqsirləndirilən şəxs bir daha Şahid1 yaşadığı evə getmişlər. Həmin vaxtı İlqar yatmış, yalnız mobil telefonla zəng etdikdən sonra oyanıb qapını açmışdır. Təqsirləndirilən şəxs İlqara demişdir ki, onun təkidli tələblərindən sonra Kəmalənin 51 aylıq əmək haqqından yalnız 6.250 manat pul bank hesabına hissə-hissə köçürülmüş, həmin puldan 3.000 manatı ona göndərmiş, qalan pulu isə bu işə görə borc aldığı şəxsə qaytarmışdır. İlqar da 3.000 manat pulu aldığını təsdiq etmiş, qalan vəsaiti isə Əsgərin borc aldığı şəxsə şəxsə qaytarmasına etiraz etməyib onunla razılaşmışdır. Şahid3 ifadəsində bildirmişdir ki, o, bərbər işləyir, Təqsirləndirilən şəxs da onun həm qohumu, həm də müştərisidir. 17.10.2013-cü ildə Əsgər onun yanında olarkən Qazaxdan Əsgərin telefonuna zəng gəlmiş, Kəmalə adlı qadın ona etibarnamə verməsini soruşanda, Əsgər ondan zəhmət haqqını istəmişdir. Kəmalə isə pulunun olmadığını və işin sonunda alacaqları əmək haqqının yarısını ona verəcəyini bildirmişdir. Kəmalənin işi ilə bağlı rayona gedib-gəlmək üçün yol və qalmaq xərci, habelə məhkəmələrdə iştirak və s. ilə bağlı Əsgər ondan 4 il ərzində hissə-hissə olmaqla 3.200 manat borca pul vermiş, 2017-ci ilin yay aylarında isə borcunu tam qaytarmışdır. İş materiallarında olan: Qazax rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 23.10.2013-cu il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərər çəkmiş şəxsə verilmiş bütün hüquqlara, o cümlədən iddia ərizəsinin imzalanmasını, işin sülh yolu ilə qurtarmasını, münsiflər məhkəməsinə verilməsini, iddia tələblərindən tam və ya qismən imtina edilməsini, iddianın etiraf edilməsini, iddianın predmetinin və ya əsasının dəyişdirilməsini, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırmasını, Vəkillər Kollegiyası ilə müqavilə bağlanmasını, məhkəmə aktından şikayət verilməsini, icra sənədini təqdim etməyi və geri çağırmağı, məhkəmə aktının məcburi icrası tələblərini, icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verməyi, qət olunmuş əmlakın və ya pul məbləğinin alınmasını, bütün dövlət, bələdiyyə, QHT, təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarında ona aid olan mülkı işlərin və cinayət işlərinin aparılmasını və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir (cild İ, i.v.22); Qazax rayon dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş 03.02.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid1 tərəfindən də Təqsirləndirilən şəxs demək olar ki, eyni məzmunlu hərəkətlərin həyata keçirilməsi etibar olunmuşdur (cild İ, i.v.23); Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2(103)-1267/2016 saylı qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.10.2015-ci il tarixli, 2(005)-5488/2015 saylı qətnaməsi ləğv olunmuş, Zərərçəkmiş şəxs tutduğu vəzifədən azad edilməsi barədə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 24.12.2012-ci il tarixli, 3/126 saylı əmri etibarsız hesab edilərək o, həmin filiala laborant vəzifəsinə bərpa edilmiş, filial tərəfindən 01.10.2012-ci il tarixdən başlayaraq iddiaçının işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq Zərərçəkmiş şəxs ödənilməsi, habelə filialdan mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (cild İ, i.v.25); Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2016-cı il tarixli, 2(102)-4112/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2(103)- 1267/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (cild İ, i.v.26); Bakı Dövlət Universitetinin Qazax filialının 21.12.2016-cı il tarixli, 3/71 saylı əmri ilə Zərərçəkmiş şəxs filiala laborant vəzifəsinə bərpa edilmişdir (cild İ, i.v.27); Ölüm haqqında şəhadətnaməyə əsasən Zərərçəkmiş şəxs 08 yanvar 2017-ci il tarixdə parkinson xəstəliyindən dünyasını dəyişmişdir (cild İ, i.v.28); Agstafa rayon notariat kontoru tərəfindən verilmiş 06.02.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə görə Zərərçəkmiş şəxs vərəsəsi - əri Şahid1 miras əmlakdan pay almalıdır. Verilən miras əmlak: Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2(103)-1267/2016 saylı qətnaməsinə əsasən Qazax rayon İcra şöbəsinin 26.10.2016-cı il tarixli qərarına və 25.11.2016-cı il tarixli bildirişinə, Bakı Dövlət Universitetinin Qazax filialının 21.12.2016-cı il tarixli, 3/71 saylı əmrindən çıxarışa görə mərhum Zərərçəkmiş şəxs verilmiş 1.000 manat nəğd pul vəsaitindən və 01.10.2012-ci il tarixdən 31.12.2016-cı il tarixədək 51 aylıq çarəsizlikdən məcburi işburaxma müddəti üçün əmək haqqından ibarətdir (cild İ, i.v.29); Bakı Dövlət Universitetinin Qazax filialının 01.06.2017-ci il tarixli, 226 saylı məktubunda qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli, 2(103)-1267/2016 saylı qətnaməsinin icrası ilə bağlı Zərərçəkmiş şəxs ödənilməsi məcburi işburaxma müddəti üçün ödənilməsi nəzərdə tutulmuş 5.254 manat və mənəvi zərərə görə 1.000 manat pul Təqsirləndirilən şəxs məxsus hesaba köçürülmüşdür (cild İ, i.v.51); Ödəniş tapşırıqlarına görə Bakı Dövlət Universitetinin Qazax filialı tərəfindən Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Səbail” filialında olan hesabına 2017-ci ilin martın 13, aprelin 03 və 13, mayın 01-i tarixlərində hər dəfə 1.018,50 manat, mayın 10-u 1.180,00 manat və mayın 30-u 1.000 manat vəsait köçürülmüşdür (cild İ, i.v.52-57); "xxxx" ASC-dən daxil olmuş 16.02.2021-ci il tarixli, 41-2020/2021 nömrəli məktub və ona əlavə edilmiş hesabdan çıxarış və məxaric orderlərindən görünür ki, Təqsirləndirilən şəxs hesabına 2017-ci ilin mart, aprel və may ayları ərzində ümumilikdə 6.254 manat pul köçürülmüş, o, həmin pulları məxaric edərək nağlaşdırmışdır (cild İl, i.v.71-75); “İBA-Express” pul köçürmə sistemindən olan çıxarışlara əsasən Təqsirləndirilən şəxs Şahid1 2017-ci il 11 və 21 aprel, habelə 22 may tarixlərində hər dəfə 1.000 manat (hər ödənişə görə 5 manat komissiya haqqı tutulub) pul göndərmişdir (cild İİl, i.v.74-76). Məhkəmədə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığını bildirib ona qarşı irəli sürülmüş ittihamın müdafiəsindən imtina edərək barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı fikrini onunla əsaslandırdı ki, məhkəmə istintaqının nəticəsinə əsasən xəstəliyi ilə əlaqədar 08.01.2017-ci il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında tutduğu laborant vəzifəsindən 01.10.2012-ci il tarixdən azad edilmiş, əvvəlki işinə bərpa olunması üçün sonuncunun qardaşı Elxan Nağıyev vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs 23.10.2013-cü il tarixli etibarnamə vermişdir. Təqsirləndirilən şəxs nümayəndə olaraq iştirak etdiyi və uzun müddət davam edən məhkəmə proseslərinin nəticəsində Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qarşı iddiası qismən təmin edilməklə, əmək müqaviləsinin ləğv olunması haqqında 24.12.2012-ci il tarixli, 3/126 saylı əmrin etibarsız hesab edilməsi, Zərərçəkmiş şəxs filialda laborant vəzifəsinə bərpa edilməsi, 01.10.2012-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının məbləğinin və mənəvi zərər olaraq 1.000 manat pul məbləğinin iddiaçıya ödənilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi ilə ona çatmalı olan pulu almadan xəstəliyi ilə əlaqədar 08.01.2017-ci il tarixdə vəfat etmişdir. Mərhumun əri Şahid1 birinci növbəli vərəsə olaraq İnstitut tərəfindən iddia üzrə ödəniləcək məbləğin ona miras əmlak olaraq keçməsi ilə bağlı işləri Təqsirləndirilən şəxs görməsi üçün sonuncuya Qazax rayon notariat kontorunda 03.02.2017-ci il tarixdə digər səlahiyyətlərlə yanaşı, bütün dövlət orqanlarında, məhkəmə instansiyalarına və digər inzibati orqanlarda onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərər çəkmişə, şahidə, xüsusi ittihamçıya verilmiş bütün hüquqlarla, o cümlədən, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişinin bağlanması, səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar bütün məhkəmə orqanlarında ona aid olan bütün cinayət işləri və mülki işləri aparmağı və s. hərəkətlər etmək barədə etibarnamə vermişdir. Təqsirləndirilən şəxs bununla bağlı müvafiq hərəkətlər etmiş və Ağstafa rayon notariat kontorunun 06.02.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 15.03.2016-cı il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs verilməli olan 1.000 manat və 01.10.2012 - 31.12.2016-cı il tarixədək 51 aylıq çarəsizlikdən məcburi işburaxma müddəti üçün pul vəsaitindən ibarət miras əmlakın mərhumun əri Şahid1 almalı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ittiham aktında qeyd edilən və İnstitut tərəfindən hesabına köçürülmüş 6.254 manat məbləğə dair Şahid1 hesabına pul köçürənədək müvafiq olaraq 11.04.2017 və 21.04.2021-ci il tarixlərdə aparılmış 10.03 və 5.03 manat məxaric əməliyyatları nəzərə alınmaqla, hər hansı əsaslı sərəncamverici hərəkətlər etməmiş, Şahid1 və iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış mərhum Zərərçəkmiş şəxs qardaşı Elxan Nağıyevin onun hesabına pulun köçürülməsi barədə bildirdiklərindən sonra xəbərdar olmuş və dərhal da 3.000 manat məbləğində pulu Şahid1 hesabına köçürmüş, qalan digər məbləği isə mərhum Zərərçəkmiş şəxs ilə aralarında əldə edilmiş razılaşmaya əsasən özü götürmüşdür. İnstitut tərəfindən Təqsirləndirilən şəxs hesabına 13.03.2017-ci il tarixdə 1.018,50 manat, 03.04.2017-ci il tarixdə 1.018,50 manat, 13.04.2017-ci il tarixdə 1.018,50 manat, 01.05.2017-ci il tarixdə 1.018,50 manat, 10.05.2017-ci il tarixdə 1.180 manat, 30.05.2017ci il tarixdə 1.000 manat olmaqla, ümumilikdə 6.254 manat pul köçürülmüş və bundan qısa müddət sonra - 11.04.2017-ci il tarixdə 2.005 manat, 21.04.2017-ci il tarixdə 1.005 manat məxaric əməliyyatı aparılmış, həmin pulları hər dəfə 5 manat komissiya haqqı tutulmaqla 11.04.2017-ci il tarixdə 1.000 manat, 21.04.2017-ci il tarixdə 1.000 manat və 22.05.2017-ci il tarixdə 1.000 manat olmaqla, ümumilikdə üç dəfəyə 3.000 manat pulu Şahid1 adına köçürmüşdür. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı nə Elxan Nağıyev, nə də Şahid1 qeyd olunan məbləğin sonuncunun hesabına köçürülməsini təkzib etməmişlər. Mərhum Zərərçəkmiş şəxs əri Şahid1 və iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 Qasımlı ilə Zərərçəkmiş şəxs arasında “Əgər işə bərpa ilə bağlı məhkəmə proseslərini qazanacağı təqdirdə qətnamə ilə ödəniləcək məbləğin yarısının Təqsirləndirilən şəxs çatacağı ilə bağlı” hər hansı razılaşmanın olmadığı, Təqsirləndirilən şəxs onların etibarını qazanaraq İnstitut tərəfindən pulların öz hesabına köçürməsinə nail olduğu, sonuncuya 4 il müddətində nümayəndə kimi göstədiyi xidmətə görə 1.000 manat puldan başqa hər-hansı məbləğin verilməli olmaması ilə bağlı bildirdikləri məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, mərhum Zərərçəkmiş şəxs, Şahid1, eləcə də Elxan Nağıyevin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş, İnstitut tərəfindən ödənilməli olan 6.254 manat pulun Təqsirləndirilən şəxs həmin vaxt mövcud hesabına köçürülməsinə razılıq vermələri istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı dövründə Zərərçəkmiş şəxs istisna olmaqla, adları qeyd olunan şəxslərin ifadələri ilə təkzib olunmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs 6.254 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməmiş, həmin puldan komissiya haqqı çıxılmaqla 3.000 manatı Şahid1 hesabına köçürmüş, qalan məbləği isə məhkəmə proseslərinin nəticəsindən asılı olaraq mərhum Zərərçəkmiş şəxs tərəfindən vəd edilmiş xidmət haqqı hesab edərək həmin hissəyə dair sərəncam vermişdir. Eləcə də, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı qeyd etdiklərini təsdiq edərək bu ərəfədə Təqsirləndirilən şəxs ona da nümayəndə kimi xidmət göstərdiyi üçün mərhum Zərərçəkmiş şəxs ilə danışıqlarından, sonuncunun xeyrinə qətnamə çıxarılacağı təqdirdə qət olunacaq məbləğin yarısının Təqsirləndirilən şəxs çatacağı ilə bağlı razılaşmalarının olmasından xəbərdar olduğunu, bu barədə Təqsirləndirilən şəxs eşitməklə yanaşı, Zərərçəkmiş şəxs ölümündən sonra Təqsirləndirilən şəxs və sonuncunun tanışı X7 ilə birlikdə mərhum Zərərçəkmiş şəxs əri Şahid1 evinə getdiklərini, razılaşma barədə Şahid1 da məlumatlı olduğunu və orada aparılan danışıqlarda sonuncunun 3.000 manat pulun onun hesabına köçürüldüyünü, nəticədə həmin pulu aldığını təsdiqlədiyini, qalan məbləğin isə Təqsirləndirilən şəxs çatmalı olduğunu inkar etmədiyini bildirmişdir. Beləliklə, hazırkı iş üzrə yuxarıda qeyd olunan hallar nəzərə alınaraq, eləcə də aparılmış məhkəmə istintaqı zamanı ittihamda irəli sürülmüş cinayət xarakterli xüsusatlar öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Qeyd olunan Məcəllənin 43.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Bu Məcəllənin 314.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Eyni zamanda həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, onun barəsində cinayət təqibinə xitam verilməli, həmçinin seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 314, 344-345, 356-cı, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət təqibindən imtina olunduğundan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-27/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-27/2022
27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver