Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-27/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Müdafiəçi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Pilot-16" MMC-də iş icraçısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı ərazi dairəsi, Sığırlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ümumi təhlükəli üsulla qəsdən külli miqdarda dəyəri olan özgə əmlakını məhv etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində iş icraçısı vəzifəsində işləmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatında” nəzərdə tutulmuş xidməti vəzifələrinin icrası ilə əlaqədar "xxxx" MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 18 mart 2024cü il tarixdə saat 12 radələrində ünvan 2 ünvanında yerləşən və əvvəlcədən sakinlər tərəfindən söküntüsünə razılığı alınmış evlərin sökülməsini həyata keçirən şəxsiyyəti istintaqa məlum olmayan və günəmuzd işləyən ekskovatorçuya həmin ünvanda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********91 reyestr nömrəli hüquqlarının qeydiyyatına dair çıxarışa əsasən ünvan 3 ünvanında Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan 0,021830 ha torpaq sahəsində yerləşən 68 kvadrat metrlik fərdi yaşayış evinin sonuncunun razılığı olmadığı halda sökülməsinə göstəriş verib ümumi təhlükəli üsulla, yəni ağır texnikadan istifadə etməklə həmin evin, torpaq sahəsinin sərhədinə çəkilmiş hasar tikilisinin, həyətyanı sahədə yerləşən hamam və ayaqyolu tikilisinin bir hissəsini sökməsi nəticəsində zərərçəkmiş şəxsə 53542 (əlli üç min beş yüz qırx iki) manat məbləğində, söküntü nəticəsində evdə olan və Zərərçəkmiş şəxs qiymətləndirməsinə əsasən sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində bir ədəd 2019-cu il buraxılışlı “Beko” markalı kondisioner, 900 (doqquz yüz) manat dəyərində bir ədəd 2018-ci il buraxılışlı “Mitsubishi” markalı kondisioner, 700 (yeddi yüz) manat dəyərində bir ədəd 2019-cu il buraxılışlı “LG” markalı soyuducu, 600 (altı yüz) manat dəyərində bir ədəd 2020-ci il buraxılışlı “Panasonic” markalı televizor, 1000 (bir min) manat dəyərində 2019-cu il buraxılışlı mətbəx mebeli, 1000 (bir min) manat dəyərində 2019-cu il buraxılışlı bir ədəd şkaf, bir ədəd güzgülü rəf, iki nəfərlik çarpayıdan ibarət yataq dəsti, 758 (yeddi yüz əlli səkkiz) manat dəyərində 2020-ci il buraxılışlı bir ədəd divan, 500 (beş yüz) manat dəyərində 2018-ci il buraxılışlı bir ədəd stol və 6 ədəd stullar, 300 (üç yüz) manat dəyərində 2019-cu il buraxılışlı bir ədəd “Ronni” markalı qaz sobası, 800 (səkkiz yüz) manat dəyərində 2020-ci il buraxılışlı, bir ədəd “BELOPAD NİTRO-28 KW” markalı kombi və 100 (yüz) manat dəyərində qab-qacağın məhv olması nəticəsində isə 7458 (yeddi min dörd yüz əlli səkkiz) manat məbləğində, ümumilikdə isə 61000 (altmış bir min) manat məbləğində külli miqdarda ziyan vurmaqla qəsdən özgə əmlakını məhv etmiş və sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin noyabr ayından etibarən "xxxx" MMC-də mühəndis vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdə iş icraçısı vəzifəsinə keçmişdir. İş icraçısı kimi vəzifəsi "xxxx" MMC-nin tikinti həyata keçirdiyi ərazilərdə qazıntı, söküntü işlərinə nəzarəti həyata keçirmək, sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etməkdən ibarətdir. Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində qazıntı, söküntü və tikinti işləri aparılmışdır. Həmin ərazidə yerləşən evlərin çoxu "xxxx" MMC tərəfindən qarşılıqlı razılıq əsasında vətəndaşlardan alınmış və həmin evlərin sökülməsi işlərinə nəzarət onun tərəfindən həyata keçirilmişdir. Ərazidə söküntülər gündəlik işçilər tərəfindən aparılmış, belə ki, daş bazarına gedərək gündəlik ekskavator icarəyə götürmüşdür. xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində MMC tərəfindən alınan evlərin söküntüsü aparılmışdır. O, həmin vaxt iki evin boş və dağıntı halında olduğunu görəndə ekskavator sürənə göstəriş vermişdir ki, həmin evləri söksün. Bir ev tam söküləndən sonra Şəmistan adlı qonşunun oğlu onlara yaxınlaşaraq Şahid1 adlı şəxsin evini icazəsiz sökdüyünü bildirəndə o, işi dərhal dayandırmışdır. Həmin vaxt ikinci evin arxa divarı uçurulmuşdur. Şahid1 evi tamamilə sökülməmişdir. O, tikintini dərhal dayandıraraq şirkətin hüquqşünası Nicat müəllimə zəng vuraraq tikinti ərazisində problem olduğunu bildirəndə sonuncu ona sökdüyü evlərin alınmadığını, dərhal söküntünü dayandırmağı bildirmişdir. Nicat müəllim əsəbiləşərək "xxxx" MMC tərəfindən alınmayan evləri sökdüyünü bildirirək ona irad tutmuşdur. Belə ki, evlərdən birinin bir divarında deşik açılmışdır. Şahid1 evinin isə bir divarı sökülmüş, qonşu xəbərdarlıq etdikdən sonra isə söküntü dayandırılmışdır. Divarı sökülən hissədəki otaqda hər hansı əşya olmamışdır. O, həmin evin sökülən evlərin siyahısında olduğunu bilib ekskavator sürənə evin sökülməsini bildirmişdir. Şahid1 tanımamışdır. Onunla düşmənçiliyi və ya şəxsi ədavəti yoxdur. Ekskavator sürücüsünün kim olduğunu xatırlamır, çünki, daş bazarından gündəlik olaraq evlərin sökülməsi üçün ekskavator icarəyə götürərək söküntü işləri aparmışlar. Şahid1 məxsus evin sökülməsi barədə Şahid2 və digər hər hansı şəxs ona göstəriş verməmişdir. Əvvəlcə topoqraf əraziyə gələrək ona binanın blokunun tikiləcəyi yeri əyani şəkildə göstərir. Bundan sonra isə həmin ərazidə olan binaların sökülməsi barədə müvafiq işçilərə göstəriş verir. Həmin bina və ya evlərin sökülməsinə razılıq əldə edilib-edilmədiyini isə şirkətin hüquqşünasından öyrənir və o da əlində olan rəsmi sənədlər əsasında ona həmin evin sökülməsinə razılıq verilib-verilmədiyini bildirir. Söküntüdən əvvəl topoqraf binanın bloklarından birinin tikintisi aparılmalı yeri əyani şəkildə ona göstərmişdir. Həmin ərazi boş sahə olmuşdur. Yəni əvvəlcədən razılığı alınmış evlər artıq sökülmüşdür. Həmin ərazidə sonradan Şahid1 aid mənzilin olduğunu öyrəndiyi tikili olmuş və digər evə bitişik olmuşdur. Həmin tikili evə də bənzəməmişdir. O, həmin hissənin mənzil olmadığını, sadəcə olaraq digər mənzilə bitişik istifadəsiz bir yer olduğunu bilib ekskavator sürücüsünə həmin hissəni sökməyi tapşırmışdır. Ekskovatorçu da həmin hissəni sökməyə başlamış və sökərkən qonşular həmin evin Şahid1 məxsus olduğunu və sökməyə icazə olmadığını bildirmişlər. Evin bir hissəsi söküldükdən sonra söküntünü dayandırmışdır. Sonradan isə həmin hissəni bərpa etmişlər. Şirkət tərəfindən həmin hissənin sökülməsi barədə ona razılıq verilməmişdir. Nicat ona mənzilin sökülməsi barədə göstəriş verməmişdir. O, onsuz da işini iş planı əsasında qurur və söküntü işlərinin aparılmasını özü təşkil edir. Topoqraf dediyi əraziləri də sökür. Sadəcə olaraq Nicat ümumilikdə demişdir ki, ərazidəki evlər alınmışdır. Lakin, o, söküntü apararkən hansı evlərin alınıb-alınmadığını dəqiqləşdirməmişdir. Hüquqşünas kimi sənədlərə Nicat baxdığı üçün sakinlərlə razılığın əldə edilib-edilmədiyini də Nicat bilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs dəymiş ümumilikdə 61000 manat zərəri Baş Prokurorluğun depozit hesabına ödəmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Onlar həmin fərdi yaşayış evini birgə nikah dövründə əldə etmişlər. Həmin fərdi yaşayış evinin **********91-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışı və **********91-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportu var. Həmin fərdi yaşayış sahəsi 2,183 sot özəl torpaq sahəsindən, ümumi sahəsi 68,0 kv.m olan bir mərtəbəli fərdi yaşayış evindən, həyət tikililəri-sahəsi 6,25 kv.m olan hamam, sahəsi 1,2 kv.m olan ayaqyolu, 119,7 kv.m ağlay döşənmiş sahə və sahəsi 18,0 kv.m olan qarajdan ibarətdir. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşasalar da, bir ildən artıqdır ki, həmin evdə yaşamaqlarına "xxxx" MMC tikinti şirkəti tərəfindən imkan verilməmişdir. Belə ki, 2022-ci ilin aprel ayından "xxxx" MMC tərəfindən evlərinin ətrafında yerləşən fərdi yaşayış evlərinin bir hissəsi ağır texnika ilə sökülmüş və tikiləcək hündürmərtəbəli binanın bünövrəsi ilə bağlı qazıntı işləri aparılarkən fərdi yaşayış evlərinə xeyli miqdarda ziyan vurulmuşdur. Həmin vaxt "xxxx" MMC-nin icraçı direktoru Şahid2 qəsdən fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunu qazdırıb dağıdaraq yararsız hala salaraq fərdi yaşayış evinə nəqliyyat vasitəsinin girib-çıxmasını qeyri-mümkün etmişdir. Eyni zamanda "xxxx" MMC-nin icraçı direktoru Şahid2 göstərişi ilə evin qaz sayğacı qaz xəttindən ayrılmaqla, qaz təchizatı və su xətti sındırılaraq su təchizatı dayandırılmışdır. Evin həyətyanı sahəsinin daş hasarının bir hissəsi qəsdən uçurulmuş və evin həyətyanı sahəsinin sərhəddində bünövrə qazıldığından evin özülü dərinliyə doğru açılmışdır. Bu yolla MMC-nin icraçı direktoru Şahid2 onlardan həmin fərdi yaşayış evini dəyərindən dəfələrlə ucuz qiymətə ona satmağa məcbur etmişdir. Həmin vaxtdan sonra "xxxx" MMC-nin icraçı direktoru Şahid2 göstərişi ilə bir neçə dəfə fərdi yaşayış evini sökməyə də cəhd göstərmişlər. O, dəfələrlə "xxxx" MMC-nin icraçı direktoru Şahid2 Raqif oğlu ilə görüşüb ona iradını bildirsə də o, hərəkətlərini dayandırmamışdır. Bundan sonra o, və həyat yoldaşı Məhbubə mütəmadi olaraq "xxxx" MMC-nin icraçı direktoru Şahid2 Raqif oğlunun qanunsuz hərəkətləri ilə bağlı hüquq-mühafizə orqanlarına və yuxarı orqanlara şikayətlər etmişlər. Eyni zamanda həyat yoldaşı xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək "xxxx" MMC tərəfindən ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə vurulmuş maddi zərərin ödənilməsi və ünvan 4 ünvanında yerləşən, fərdi yaşayış evinə münasibətdə həmin evin həyətyanı sahəsinin sərhəddində və yaxınlığında qazıntı, söküntü və tikinti fəaliyyətini dayandırmaq və xitam vermək vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin 2(006)-1549/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuşdur. O, həyat yoldaşı Məhbubəyə demişdir ki, "xxxx" MMC-nin icraçı direktoru Şahid2 Raqif oğlu 13 mart 2023cü il və 16 mart 2023-cü il tarixlərdə ona zəng edərək onun barəsində yuxarı orqanlara şikayət etməsini irad tutaraq şikayət etdiyinə görə həmin fərdi yaşayış evini ağır texnika ilə söküb məhv edəcəyini, özünü isə şərlədərək tutduracağı ilə hədə-qorxu gəlmişdir. 18 mart 2023-cü il tarixdə həyat yoldaşı Məhbubə ilə Beyləqan rayonuna getmişdir. Həmin gün saat 12 radələrində Şahid2 onlardan qisas almaq üçün Bakı şəhərində olmadığından istifadə edərək ağır texnika ilə ona məxsus Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evini sökərək məhv etmişdir. Bu barədə həmin ərazidə yaşayan Şəmistan telefonla məlumat verən kimi dərhal DİN-nin “102” xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Lakin, ağır texnika ilə fərdi yaşayış evi sökülərək məhv edilmişdir. "xxxx" MMC tərəfindən onlara məxsus ünvan 4 ünvanında yerləşən, fərdi yaşayış evinin ağır texnika ilə qəsdən sökülərək məhv edilməsini təsdiq edən kifayət qədər şahidlər, fotoşəkillər və videogörüntülər vardır. 18 mart 2023-cü il tarixdə saat 12 radələrində ona məxsus Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" MMC-nin icraçı direktoru Şahid2 göstərişi ilə ağır texnika ilə məhv edilmişdir. Evinə dəyən ziyan 55.000 manatdan artıqdır. Həmin vaxt evin içərisində olan mebellər, soyuducu və digər əşyalar da məhv edilmişdir. Evin içərisində olan əşyaların məhv edilməsi nəticəsində isə onlara 6.000 manat maddi ziyan dəymişdir. Ümumilikdə ona 61.000 manatdan artıq ziyan dəymişdir. Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı qəbul olunmuşdur. Həmin qərara əsasən onun qəbul edilməsinin məqsədi Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən, fərdi yaşayış evi qəzalı vəziyyətdə olmamış, yaşayış üçün tam yararlı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulduğu, eləcə də, Bakı şəhəri, Nəsimi rayon İH-nin xx.xx.2020-ci il tarixli sərəncamında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evlərinin razılaşma yolu ilə alınıb söküntü işləri aparılması "xxxx" MMC-yə həvalə edilsə də, "xxxx" MMC-nin icraçı direktoru Şahid2 ilə aralarında ünvan 4 ünvanında yerləşən, fərdi yaşayış evinin alınması ilə bağlı razılaşma olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 2,183 sot torpaq sahəsinə münasibətdə ləğv edilməsi ilə bağlı tərəfindən Bakı İnzibati məhkəməsinə ərizə verilmiş, həmin inzibati mübahisələrə dair 1(112)-6977/2023 saylı iş Aysel Almazovanın icraatında olmuşdur. "xxxx" MMC ətrafda yerləşən fərdi yaşayış evlərində söküntü işləri apararkən qəsdən ona məxsus fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunu qazma işləri aparmaqla yararsız hala salmaqla fərdi yaşayış evinə nəqliyyat vasitəsinin girib-çıxmasının qeyri-mümkün olmasını, fərdi yaşayış evinin su xəttini sındıraraq su təchizatını dayandırmaqla MMC-nin icraçı direktoru Şahid2 onlardan həmin fərdi yaşayış evini dəyərindən dəfələrlə ucuz qiymətə ona satmağa məcbur etmək istəmişdir. Nəsimi rayon Prokurorluğunda araşdırma aparılarkən eşitmişdir ki, guya ona məxsus Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs göstərişi ilə ağır texnika ilə məhv edilmişdir. Bu tam yalandır. Onun evi "xxxx" MMC-nin ofisinin 60-70 metrliyində yerləşir. Həmin "xxxx" MMC-nin bütün əməkdaşları dəfələrlə MMC-nin icraçı direktoru Şahid2 Raqif oğlu ilə həmin fərdi yaşayış evi ilə bağlı mübahisə etdiklərini görmüşlər və onlar həmin evin sökülməsi ilə bağlı heç bir razılaşma olmadığını bildirmişlər. Hətta məhkəmə çəkişmələrində də MMC-nin əməkdaşlarının çox hissəsi, o cümlədən Nicat müəllim dəfələrlə iştirak etmişdir. Ona görə də "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs bunu bilməyə bilməzdi. Eyni zamanda "xxxx" MMC-nin sahə rəisi Təqsirləndirilən şəxs bu işi görməmişdən əvvəl mütləq ki, Şahid2lə görüşüb dəqiqləşdirməli və ya bununla bağlı müvafiq sənəd tələb etməli idi. Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 55 ünvanında yerləşən fərdi yaşayış evi MMC-nin icraçı direktoru Şahid2 göstərişi və təşkilatçılğı ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qisas niyyəti ilə məhv edilmişdir. MMC-nin icraçı direktoru Şahid2 məsuliyyətdən yaxa qutarmaq üçün sahə rəisi Təqsirləndirilən şəxs həmin cinayəti öz üzərinə götürməsini təşkil etmişdir. Onun əmlakına dəymiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən zərərin məbləği olaraq hesablanmış 61.000 manat məbləğində pul təqsirləndirilən şəxs tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Daha sonra təqsirləndirilən şəxslə barışmadığını, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də 2020-ci il tarixdən direktor vəzifəsində işləmişdir. Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli, Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazisinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-yə istifadəyə verilmişdir. Həmçinin həmin ərazidə yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdə olması, qüvvədə olan seysmik normaların tələblərinə cavab verməməsi barədə 07 yanvar 2021-ci il tarixli Fövqəladə Hallar Nazirliyinin rəyi mövcuddur və həmin ərazidə yerləşən evlərin sahibləri ilə qarşılıqlı razılıq əsasında evlər alınır, daha sonra söküntü işləri aparılır. Həmin əraizdə Şahid1 məxsus Nəsimi rayonu, Novruzov Qardaşları 55 ünvanında yerləşən həmin ev 68 kvadrat metr rəsmi olaraq yaşayış sahəsi, 27 kvadrat metr isə sonradan tikili formasında olmaqla əlavə olaraq da 110 kvadrat metr həyətyanı sahəsi olmuşdur. O, özü dəfələrlə Şahid1 evinin dəyərinin ödənilməsi ilə bağlı təkliflər etmişdir. Hətta həmin ərazidə tikiləcək binada 180 kvadrat metrlik təmirsiz mənzil və 160000 manat da pul təklif etmişlər. Belə ki, həmin ərazidə mənzilin kvadrat metr üzrə qiyməti minimum 2300 manatdır. Lakin, Şahid1 konkret bir fikir bildirməmiş, gah şifahi olaraq razılaşacığını demiş, gah da razı olmadığını bildirmişdir. Konkret olaraq nə istədiyini deməmişdir. Aralarında hər hansı razılıq olmadığı üçün həmin yerdə bina tikintisini dayandırmışlar. xx.xx.2023-cü il tarixdə şirkətin hüquqşünası Nicat ona zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində bir evin söküldüyünü, digər evə isə ziyan vurulduğunu bildirmişdir. Həmin qeyd olunan 3 yaşayış sahəsinin ətrafında uzun müddətdir ki, torpaq qazıntı işləri aparılmışdır. Martın 18-i şənbə günü olduğuna görə MTK-nın ofisi işləməmiş, o da həmin gün işdə olmamışdır. Həmin tarixdə günorta saatlarında MTK-da iş icraçısı vəzifəsində işləyən Əlisahib Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsində yerləşən evi sökməsi, bununla bağlı polis orqanlarına dəvət olunması ilə bağlı hüquqşünasa zəng etmiş, sonuncu həmin yerdə torpaq qazıntı işləri aparan vaxt Şahid1 məxsus yaşayış sahəsini sökdüyünü, Elvin adlı şəxsə məxsus yaşayış sahəsinin divarına isə ziyan vurduğunu bildirmişdir. Sonuncu Şahid1 evinin boş olduğunu, evdə yaşayış olmadığını, həmin evin MTK tərəfindən alındığını zənn etdiyini, ona görə həmin evi sökdüyünü hüquqşünasa söyləmişdir. Hadisə ilə bağlı onun və rəhbərliyin məlumatı olmamışdır. Hadisədən sonra Şahid1 dəymiş zərərinin ödənməsi, eləcə də mənzilinin qarşılığında “28 Residence” adlı binada kvadrat metri 2800 manat olan yerdə 195 kvadrat mənzil və əlavə olaraq da təqribi 60000 manat pul təklif etmişdir. Lakin, Yusif yenə də razı olmamışdır. Onlar hələ də Şahid1 nə istədiyini bilmirlər. Tanışlar vasitəsilə eşitmişdir ki, həmin mənzilin qarşılığında şirkətdən 1 milyon dollar almaq istəyir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə dövründə, eləcə də hal-hazırda söküntü və tikinti işlərinə iş icraçısı kimi Təqsirləndirilən şəxs nəzarət etmişdir. Belə ki, Əlisahib rəhbərlik tərəfindən verilən göstərişləri yerinə yetirmişdir. Təqsirləndirilən şəxs hansı evlərin sökülməsi barədə məlumatları sahə rəisi verir. Sahə rəisi həmin məlumatları MMC-nin direktorundan alır. O, hüquqşünas kimi şirkətdə müqavilələrin tərtibi, şirkətin dövlət orqanları və digər qurumlarda təmsil edilməsini həyata keçirir. Onun tikinti və ya söküntü işləri ilə bağlı hər hansı göstəriş vermək səlahiyyəti yoxdur. Əlisahib həmin evin sökülməsinə razılıq alındığını zənn etmiş, ev də boş və qəzalı vəziyyətdə olduğu üçün sökmüşdür. Bu barədə şirkət rəhbərliyi və onun məlumatı olmamışdır. O, evlərin sökülməsi barədə hər hansı məlumat və göstəriş vermir. Bu, onun işi deyildir. Hadisə günü Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, Şahid1 məxsus evi sökərkən qonşular həmin evin alınmadığını bildirmişlər və onlar dərhal söküntünü dayandırmışlar. O da Əlisahibə həmin evin həqiqətən də alınmadığını bildirmişdir. Ona təqdim edilən video görüntüdəki ağ gödəkcəli şəxs “Maqa” adı ilə tanınan Mamed adlı şəxsdir. Əvvəllər şirkətdə nəzarətçi vəzifəsində işləmiş və işdən çıxmışdır. Qara gödəkcəli və papaqlı şəxs Ceyhundur və hal-hazırda da şirkətdə nəzarətçi vəzifəsində işləyir. Şəkildə kənarda dayanmış, nisbətən kök şəxs isə şirkətdə nəzarətçi kimi işləyən Faiqdir. Şahid1 tərəfindən təqdim edilmiş diskdə olan 01 ədəd audio faylda Əlisahib Şahid1 məxsus mənzilin sökülməsi barədə onun tərəfindən hər hansı göstəriş verildiyini deməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, iki ildən artıqdır ki, "xxxx" MMC-də nəzarətçi vəzifəsində işləyir. Elə həmin tarixdən də şirkətin Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrində yerləşən ərazidə tikinti sahəsində işləyir. Nəzarətçi kimi vəzifəsi fəhlələrin işinə nəzarət etmək və ərazidə ümumi nəzarəti həyata keçirməkdən ibarətdir. Qeyd olunan ərazidə uzun müddətdir ki, birmərtəbəli həyət evlərinin sakinlərlə razılaşdırılmış formada söküntüsü və buna paralel olaraq da yeni binaların tikintisi həyata keçirilir. xx.xx.2023-cü il tarixdə həftənin altıncı günü yenə də vətəndaşlarla razılaşdırılmış mənzillərin söküntüsü aparılırdı. İş icraçısı Əlisahib də orada olmuş və evlərin sökülməsi barədə traktor sürənə məlumat vermişdir. Həmin vaxt da traktorçu ərazini düzəltmiş və bəzi evləri sökmüşdür. Bir də görmüşdür ki, səs-küy düşmüş və qonşulardan biri traktorçuya evi sökməməsini, həmin evin qonşularına məxsus olduğunu demişdir. Bundan sonra həmin şəxsi sakitləşdirməyə çalışmışlar və söhbət zamanı başa düşmüşlər ki, Şahid1 məxsus həmin evin sökülməsi barədə razılıq alınmamışdır. Buna görə də işi dərhal saxlamışlar. Evin bir hissəsi sökülmüşdür. Həmin ərazidə söküntü və tikinti işlərinə iş icraçısı Əlisahib və baş nəzarətçi Elvin nəzarət etmişlər. Lakin, həmin gün Elvin işdə olmamış və Əlisahib söküntüyə nəzarət etmişdir. Əlisahib traktorçuya həmin evin sökülməsi barədə göstəriş vermişdir. O, traktorçunu tanımır. Günəmuzd işləyən şəxs olmuşdur. Əlisahib hadisədən sonra demişdir ki, elə bilib ki, həmin evin sökülməsinə razılıq alınmışdır. Bilmədən həmin yerin sökülməsinə göstəriş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid1 onun qonşusudur və Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 55 ünvanında yaşamışlar. Onların yaşadıqları ərazi pilot lahiyəyə düşdüyü üçün vətəndaşlarla razılaşdırmaqla söküntü və tikinti işləri apamışlar. xx.xx.2024-cü il tarixdə saat 12-13 radələrində o, evində televizora baxarkən qonşunun uşağı gəlib ona demişdir ki, “dostun Yusifin evini uçurdurlar”. O da Yusifgilin evdə olmadıqlarını bilmişdir. Çünki, Yusif həmin evdə yaşamamışdır və ona evinə göz-qulaq olmasını demişdir. Tez çölə çıxıb Yusifin evi tərəfə getdikdə görmüşdür ki, ekskavator Yusifin evinin bir hissəsini uçurtmuşdur. Oğlu Şamil ilə birlikdə qışqıraraq Yusifin evini uçurtmamalarını demişlər. Bundan sonra ekskavator işini dayandırmışdır. Bundan sonra Yusifə də bu barədə məlumat vermişlər və Yusif özü rayondan gəlmişdir. O, nə ekskavatorçunu, nə də şirkətin digər işçilərini tanımır. Hadisə yerində sadəcə şirkətdə nəzarətçi işləyən şəxsi görmüş, Təqsirləndirilən şəxs isə orada görməmişdir. Evin söküntüsü dayandırıldıqdan sonra oğlu ilə birlikdə öz evlərinə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yanvar ayınadək qardaşı Elçin Hacıbalayev, anası və bacısı ilə birlikdə qeydiyyatda olduqları Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, 39-da yerləşən fərdi yaşayış evində 1991-ci il tarixdən etibarən yaşamışdır. Həmin ərazi pilot layihəyə düşdüyü üçün "xxxx" MMC tərəfindən həmin ərazidə evlər sökülərək yerində yeni hündürmərtəbəli binalar tikilmişdir. O və ailəsinə məxsus mənzilin çıxarışı və texniki pasportu olmamışdır. Onlar sadəcə olaraq həmin evdə qeydiyyatda olmuşlar. Həmin şirkətlə 2022-ci il tarixdə aralarında olan danışıq zamanı 113 kvadrat metrlik həmin mənzil üçün yeni tikiləcək binada 80 kvadrat metr mənzil və 30 kvadrat metr qeyri-yaşayış sahəsi istəmişdir. Bundan sonra hər hansı danışıq olmamışdır. 2023-cü il yanvar ayından isə ətraf ərzilərdə aparılan söküntü və tikinti işləri ilə bağlı evdə yaşamaq mümkün olmadığından kirayədə yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat 12-13 radələrində qonşusu Nazir qardaşı Elçin və ona zəng edərək "xxxx" MMC tərəfindən evinin arxasının dağıdıldığını demişdir. Qardaşı və o, tez hadisə yerinə gəlmiş və qardaşı bu barədə 102 xidmətinə zəng edərək evin damının qanunsuz olaraq söküldüyünü bildirmişdir. Onlar həmin yerə çatanda qonşuları Nazir orada olmuş, ekskovator olmamışdır. Nazir səs-küyə çölə çıxdığını, ekskavatorun qonşusu Şahid1 evini sökdüyünü, həmin vaxt onların da evinin damının söküldüyünü bildirmişdir. Nazir əmigil yaxınlaşıb həmin evlərdə yaşayış olduğunu dedikdə söküntü işi dayandırılmışdır. Sonradan öyrənmişdir ki, şirkətdə iş icraçısı vəzifəsində işləyən Əlisahib Şahid1 evinin sökülməsinə göstəriş vemrişdir. Həmin vaxt onların da evinin damı sökülmüşdür. Bundan əlavə isə evdə olan bazar dəyəri olmayan köhnə əşyaların bir hissəsi də məhv olmuşdur. Hadisədən sonra o və qardaşı "xxxx" MMC ilə razılaşmş və onlara dəyən zərər ödənilmiş, eləcə də evlərinin qarşılığında yeni tikiləcək binada 110 kvadrat metrlik təmirsiz mənzil veriləcəyi ilə bağlı notariusda müqavilə də bağlanmışdır. Buna görə də evinin damının sökülməsi ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1-2); - “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.87); - “Cinayət əməlinin tövsif olunması və cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsindən həmin Məcələnin 186.2.1 və 308.1-ci maddələrinə tövsif edilərək cinayət işi istintaq aidiyyəti üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir (İİ cild, i.v.109-111); - xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən, 68 kvadrat metr yaşayış sahəsi olan və 0.021830 hektar torpaq sahəsi olan mənzil Zərərçəkmiş şəxs məxsusdur (İ cild, i.v.42); - Əmək müqaviləsi və elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir və əmək müqaviləsi qüvvədədir (İİ cild, i.v.187-198); - xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən təsdiq edilmiş “iş icraçısının vəzifə təlimatı”ndan görünür ki, iş icraçısına sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, tikinti-quraşdırma və buraxılış sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək, istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin etmək səlahiyyətləri həvalə edilmişdir (İİ cild, i.v.199-201); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı Şahid1 təqdim etdiyi 01 ədəd diskə sonuncunun iştirakı ilə baxış zamanı müəyyən edildi ki, diskdə Şahid1 məxsus mənzilin söküntülərinin görünüşü olan çox sayda foto şəkillər vardır. Bundan əlavə diskdə olan 01 ədəd audio fayla baxış zamanı Şahid1lə Təqsirləndirilən şəxs arasında 5 dəqiqə 54 saniyəlik telefon danışığı olduğu müəyyən edilmişdir və həmin səs yazısının məzmunundan başa düşülür ki, Şahid1 Təqsirləndirilən şəxs zəng edərək evini nəyə görə uçurtduğunu soruşur və Təqsirləndirilən şəxs da cavabında “dedilər ki, o həmin Nicat var e Nicat dedi ki, almışıq eləmişik oranı, mən vallah sizin ev olduğunu bilmirdim, mənim qazancım nədi orda? mən maaşa işləyən adamam, Nicat get uçurt deməyib, deyib ki, oralığı almışıq, birinci blok yerləşməyi sizin evin yerinə düşür, vallah mənim nə işim var sizin evinizlə” deyir. Bundan əlavə diskdə olan 01 ədəd 1 dəqiqə 58 saniyəlik video görüntüyə baxış zamanı müəyyən edildi ki, ekskovator söküntü işi apararkən Şəmistan adlı şəxsin oğlu Şamil ekskavatorun qapısını açaraq ekskavator sürənə mane olmaq istəyir. Ağ kurtkalı “Maqa” adlı şəxs isə Şamili oradan uzaqlaşdırmaq istəyir və aralarında mübahisə yaranır. Qara kurtkalı, papaqlı Ceyhun adlı şəxs də Şamili uzaqlaşdırmaq istəyir. Şamil adlı şəxs “sən kimsən e camaatın evini uçurdursan” deyir. Ağ kurtkalı şəxs isə “pulunu verib işimizi görürük” deyir. Bundan sonra Şamili ekskavatorun yanından uzaqlaşdırırlar və video bitir (İİ cild, i.v.146); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, istintaq zamanı "xxxx" MMC və Azercell MMC-dən daxil olmuş 03 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 12-14 radələrində X5 və Y.V.Çəmənzəminli küçələrində olmuşdur. Bundan başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə edilməmişdir (İİİ cild, i.v.52); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3546 saylı ekspert rəyindən görünür ki, Şahid1 yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı sahədə yerləşən tikililərin sökülməsi nəticəsində adı çəkilən şəxsə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetiriləcək tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 53542 manat məbləğində müəyyən olunmuşdur. X2 yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin damının sökülməsi nəticəsində adı çəkilən şəxsə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetiriləcək tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3567 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.2-9); - xx.xx.2024-cü il tarixli 1 nömrəli ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 61.000 (altmış bir min) manat pul vəsaiti vurulmuş zərərin əvəzi kimi Baş Prokurorluğun depozit hesabına köçürülmüşdür (İİİ cild, i.v.81); - “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi/vəsaitin depozit hesaba yerləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 61.000 (altmış bir min) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi alınmış və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılmışdır (İİİ cild, i.v.83-84); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə yenidən ittiham edilmiş, cinayət iş materiallarına əlavə edilmiş sənədlər, disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmış, həmçinin Təqsirləndirilən şəxs tərəfindən Baş Prokurorluğun depozit hesabına ödənilmiş ümumilikdə 61.000 (altmış bir min) manat pul vəsaiti cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi kimi qəbul edilmişdir (İİİ cild, i.v.120-138); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir (İİİ cild, i.v.54-55); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə, həmin Məcəllənin 186.2.1-ci maddəsi zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilməsinə görə, həmin Məcəllənin 186.2.1-ci maddəsi yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduğuna görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun yaşını, əvvəllər məhkum olunmamasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödənilməsi üçün Baş Prokurorluğunun depozit hesabına yerləşdirilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 və 308.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməklə o, tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini tədqiq edərək, habelə işin mühüm və diqqətəlayiq hallarını, əvvəllər məhkum olunmamasını, dəymiş zərəri tam ödəməsinı və yaşını, təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Təqsirləndirilən şəxs oğlunun üzərinə şərti məhkum etmə dövründə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs oğluna təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, sübut növü kimi tanınmış 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza tədqiqatının xərci olaraq 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 61.000 (altmış bir min) manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməlidr. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 5 saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1-ci, 186.2.2-ci və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 186.2.1-ci və 186.2.2-ci maddələri ilə 03 (üç) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanı tam, əsas cəzaları isə qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə tikinti sahəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə müvafiq olaraq bu cəzalar müstəqil icra edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 61.000 (altmış bir min) manat pul zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-27/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-27/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver