Məhkəmə qərarları › İş №1(006)-274/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-274/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-274/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs 25.01.2019cu il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən rəsmi qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 qardaşı X1 üçün Litva Respublikasında iş vizası alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 08 oktyabr 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində 2.400 manat pulunu alaraq verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən 25.01.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən rəsmi qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 Litva Respublikasında iş vizası alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 07 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində 1.600 manat pulunu alaraq verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən 25.01.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən rəsmi qeydiyyatdan keçmiş "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olmaqla öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 Litva Respublikasında iş vizası alınmasına köməklik göstərəcəyinə dair yalan vədlər verərək 07 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində 1.400 manat pulunu alaraq verdiyi vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, "xxxx" şirkətini 2019-cu ilin yanvar ayının ortalarında təsis etmişdir. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biridə xarici ölkələrdə təhsil alma və Avropa da iş vizasının alınmasıdır. Şirkət hazırda Nizami rayonu, “Nizami Mall” adlanan ticarət mərkəzinin 7-ci mərtəbəsində yerləşməklə fəaliyyət göstərir. Onun VÖEN-i və şirkətin nizamnaməsi vardır. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs3 sözügedən şirkətə gələrək xarici ölkələrin birinə gedib orada işləmək istədiyini bildirmiş, o, sonuncunu Litvaya iş vizası düzəldə biləcəyini demişdir. Vüsal bunun üçün şərtlərin nə olmasını soruşduqda o, xarici pasportunun, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq və məhkumluq haqqında arayışları verməli, həmçinin 3200 manat puldan ilkin olaraq 1600 manat pul ödəniş etməli və yerdə qalan 1600 manat pulu isə iş dəvəti gəldikdən sonra ödəməli olduğunu bildirmiş, Vüsal da bir-iki günə fikirləşib gələcəyini demişdir. Növbəti dəfə sonuncu 07 noyabr 2019-cu il tarixdə şirkətə gəlib qeyd edilən sənədlərlə yanaşı, 1.600 manat pulun ödənişini etmişdir. Bu barədə o, Vüsalla müqavilə bağlamış və ödənişlə bağlı ona 1.600 manata dair qəbz vermişdir. O, Zərərçəkmiş şəxs3la bağladığı müqavilədən sonra işlərlə bağlı onu yönləndirdiyi yerlərdə ödənişləri etmiş, belə ki, Vüsalın verdiyi 1.600 manat pulun təxminən 300 manatını sertifikata, 100 avroyu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmiş, həmçinin AR DİN-dən ona məhkumluğunun olmamasına dair arayış almış və AR XİN-də Apostillə təsdiq etdirmiş, qalan pulu isə özündə saxlamışdır. Müqavilənin şərtlərinə görə şirkətə 45 gün müddət ərzində Vüsalın Litvada işə düzəlməsi ilə bağlı iş dəvətnaməsi gəlməli idi, lakin bu müddət gəlib keçsə də, iş dəvətnaməsi gəlməmişdir. İş dəvətnaməsinin gəlməsi uzandığına görə o, Vüsala gözləyə bilməcəyi halda pulunu geri qaytarmasını, gözləyirsə səbrli olmasını demiş, daha sonra Vüsal onunla razılaşaraq iş dəvətnaməsini gözləmişdir. Bundan sonra, iş dəvətini gözləyərkən Vüsalla mübahisə yaranmış, həmin mübahisə əsnasında ona ödənişin geri götürməsini təklif etsə də Vüsal buna etiraz etmiş və ona hədə-qorxu gələrək ödədiyi 1.600 manat puldan əlavə pul, yəni 2.000 manat tələb etmiş, o bununla razılaşmamış, Vüsalda onun barəsində şikayət etmişdir. Daha sonra ziyana düşsədə polis vasitəsi ilə Vüsalın verdiyi 1600 manat pulunu ona qaytarmışdır. Bundan başqa, o, İ.T.Abdullayevlə Nərimanovda çayxanaların birində tanış olmuş və söhbət əsnasında onun işsiz olmasını bilib onu işlədiyi şirkətə dəvət etmiş, İlqar onun işlədiyi şirkətə gələrək onu Litvaya iş vizasının alınmasında köməklik edə biləcəyini deyib ondan xarici pasportun və şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq və məhkumluq haqqında arayışları və çəkiləsi xərclər üçün 2.400 manat ödəniş etməli olduğunu bildirmiş, İlqar həmin tarixdə 2.400 manat pulu ödəmiş, bu barədə aralarında müqavilə bağlanmış, ödəniş barədə qəbz verilmişdir. O, daha sonra həmin pulun 300 manatını sertifikata, həmin sertifikatı "xxxx" şirkəti verir, 100 avronu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmiş, yerdə qalan pulu özündə saxlamışdır. Sonradan iş dəvətinin gəlməsi üçün Litvada olan Rafael adlı şəxsə ödəniş etmiş və bundan sonra Litvadan dəvət gəlmişdir. İş dəvətini araşdırdıqda onda güvənsizlik yarandığından İlqara daha yaxşı təklifin gəlməsini və gözləməsini, lakin uzun vaxt alabiləcəyini bildirmiş və İlqar onunla razılaşmışdır. 2019-cu ilin dekabr ayının sonlarına yaxın iş dəvətlərin hazır formasının bir nüsxəsini ona göndərilmiş və o, da həmin formaları bütün müştərilərin whatsapp nömrələrinə göndərmişdir. Sonra 30 dekabr 2019-cu ul tarixdə İlqar ona zəng edərək görüşmək istədiyini bildirmiş, onlar görüşdükdə İlqar bildirmiş ki, həmin dəvətlər Litva Respublikasına aid deyil. Həmin an o, anlamışdır ki, İlqar ora getməmək üçün bəhanələr axtarır və o da, bildirmiş ki, müqavilədə nəzərdə tutulmuş qaydada ona pulu geri qaytaracaqdır. Daha sonra Səfirliyə müraciət edərək ödənişin qaytarılması ilə bağlı razılığa gəldikdə İlqar ondan şikayət etmişdir. İlqarın da ondan 2.400 manatdan artıq pul tələb etmiş, lakin o, sonradan ilk dəfə İlqarın 1.000 manatını sonra isə 1.400 manatı geri qaytarmışdır. O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2 heç vaxt görməmiş müqaviləni onun qardaşı İlqarla bağlamış və Mahirlə ilk dəfə məhkəmədə qarşılaşmışdır. Mahir məhkəməni aldadaraq onunla müqavilə bağladığını qeyd edir, lakin bunların hamısı yalandır sonuncunun qardaşı İ.Abdullayevlə bağlamış, Zərərçəkmiş şəxs2lə heç bir müqaviləsi olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 da Litvaya iş vizası düzəltmək üçün ondan 15 noyabr 2019-cu il tarixdə müvafiq sənədləri və 1.400 manat pul almış, bu barədə müqavilə bağlanmış, qəbz tərtib edilmişdir. Nazimin də verdiyi puldan 300 manatını sertifikata, 100 avroyu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmiş, Zərərçəkmiş şəxs1 müvafiq sənədləri almaq üçün “Asan Xidmət” mərkəzinə göndərmiş, həmçinin Litvada dəvətlə bağlı əlaqə saxladığı Rafael adlı şəxslədə onunla əlaqələndirmişdir. Həmçinin sertifikata, “Asan Xidmət”dən alınan arayışlara və digər sənədlərə dair ödənilən rüsumlar ona verilən puldan ödənilmişdir. Lakin müqavilədə nəzərdə tutulmuş müddət keçdiyindən və ondan aslı olmayan səbəblərdən vizanın alınmasında gecikmə yarandığındanvə onun pulu geri qaytarmaq istəməsinə baxmayaraq Nazim ondan şikayət etmiş və sonra sosial şəbəkədə təhqirlərlə dolu mesajlar paylaşmışdır. Nazimlə görüşə bilmədiyi üçün onun pulunu ancaq polis bölməsində ilk öncə 600 manatı daha sonra isə 800 nanat ödəmişdir. O həmçinin bildirmişdir ki, bağladığı müqavilələrdən gələn öhdəlikləri yerinə yetirmək üçün üzərinə düşən bütün hərəkətləri etmişdir. Lakin özündən asılı olmayan səbəblərdən müqavilə bağladığı şəxslərə viza alınması gecikmişdir, bu səbəbdən viza ala bilmədiyi şəxslərin ödənişini geri qaytarmışdır. Həmçinin o, da bu işlərlə bağlı ziyana düşmüş və zərərçəkmişdir. Bundan başqa, onu deyə bilər ki, o, müqavilə bağlayarkən heç bir zaman niyyəti insanların etibarından sui-istifadə edərək onların pulunu mənimsəmək və ya aldatmaq olmamışdır. Əgər belə olsa idi, müqavilədən gələn heç bir öhdəliyi yerinə yetirməz və həmin adamlardan lazımı sənədlər tələb etməzdi. Bundan başqa, direktoru olduğu MMC fəaliyyət göstərdiyi vaxtdan bugünədək bir çox insan onun müştərisi olmuş və həmin şəxslərə viza alınmasına köməklik göstərmişdir. Belə ki, həmin şəxslərdən bir neçəsinin müqaviləsini və vizasının surətini məhkəməyə təqdim edir. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Litva Respublikasına müştərilərin ilkin iş dəvətnaməsinin ödənişi üçün göndərdiyi 954 ABŞ dolları (hər bir şəxs üçün 318 dollar) vəsaiti banka gedərkən şəxsiyyət vəsiqəsi üstündə olmadığına görə dostu Xəyal Yusubovun adından Linas Kaupaitisə göndərmişdir (qəbzi məhkəməyə təqdim edir). Zərərçəkən deyən şəxslərə ödənişlərini geri qaytarmaq üçün özü borca düşməsinə baxmayaraq onların pulunu geri qaytarmışdır. Göstərilənləri nəzərə alaraq onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrar dələduzluq etmə cinayətinin törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri mövcud olmamışdır. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə ilk dəfə “İnstagram” və “Facebook” sosial şəbəkəsində tanış olmuş, Rasim həmin sosial şəbəkələrdə "xxxx" adlı səhifə yaratmış və həmin səhifədə müxtəlif xarici ölkələrə iş, təhsil, səyahət vizalarının təşkili qeyd etmişdir. O da özünə xarici ölkədə iş vizası düzəltmək istəyirmiş. Bu niyyətlə o, Rasimin əlaqə telefon nömrəsini götürüb onunla əvvəlcə danışmış, daha sonra isə onun dediyi ünvadakı ofisinə getmişdir. Orada Rasimlə söhbət əsnasında sonuncudan Litvaya iş vizasının düzəltməsini istəmiş, Rasim ona bunun üçün 1.600 manat ilkin ödəniş etmək lazım olduğunu bildirmişdir. Belə ki, o, Litvada 1 il iş vizası əsasında qalıb orada işləməliymiş. Rasim ona ümumilikdə 3.200 manat pul ödəməli olduğunu, ilkin 1.600 manat pulu ödədikdən sonra Litvadan rəsmi iş dəvətnaməsi gəldikdən sonra yerdə qalan digər hissə yəni 1600 manat pulu da ödəməliydi. Bu barədə o Rasimlə müqavilə də bağlamış və sonuncuya 1600 manat puldan əlavə, şəxsiyyət vəsiqəsinin surətini, xarici pasportunun surətini, “Asan Xidmət”dən məhkumluğu barədə arayışı alıb şəxsən təqdim etmiş, bu vaxt Rasim ona Litvadan iş dəvətnaməsinin ödənişin edildiyi tarixdən 45 gün ərzində gəlməli olduğunu demişdir. Lakin 2 ay yarım keçsə də Rasim ona iş dəvətnaməsinin gəlmədiyini və səbəbinin Litvadan ona dəvətnamə göndərilmədiyini bildirmiş, o Rasimdən dəvətnamənin gəlməməsinin səbəbini soruşduqda sonuncu ona Litvadakı adamın onu aldatdığını demişdir. Rasim onu aldadaraq 1.600 manat pulunu dələduzluqla ələ keçirmiş, sonuncu ondan aldığı 1.600 manat pulu 1 ildən sonra tam olaraq qaytarmışdır. Bundan əlavə, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş vizası almaq üçün Rasim onunla müqavilə bağlamış, ödədiyi 1600 manata dair müvafiq qəbz ona təqdim etmiş, AR DİN-dən ona məhkumluğunun olmamasına dair arayış alınmış və AR Ədliyyə Nazirliyində Apostillə təsdiq etdirilmiş, həmçinin Rasimə verdiyi 1600 manat pulun sonuncu tərəfindən təxminən 300 manatını sertifikata, 100 avroyu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında bildirdi ki, o, Rasimdən verdiyi olduğu 1600 manatı alsada hazırda sonuncu ona mənəvi zərər vurmuş bu səbəbdən də, ondan əlavə pul tələb edir əks təqdirdə həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İ.T.Abdullayev onun doğma qardaşıdır. Qardaşı İlqar 2019-cu ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə Nərimanov rayonunda yerləşən çayxanaların birində tanış olmuş, o, Rasimə işsiz olduğunu, ölkə hüdudlarından kənarda mümkündürsə Litva Respublikasında tikinti işlərində işləmək istədiyini demiş, Təqsirləndirilən şəxs da bunun müqabilində qardaşı İlqara 2.400 manat pul müqabilində onu Litvaya tikinti işinə düzəldə biləcəyini bildirmişdir. Qardaşı İlqar bu barədə ona dedikdə o, həmin məbləğdə yəni 2.400 manat pulu verə biləcəyini demiş, çünki İlqar həmin ərəfədə işsiz olduğundan o, böyük qardaş kimi kömək etmək istəyib. Həmin 2.400 manat pulu o, İlqar və qohumu Məmmədağa ilə birlikdə Təqsirləndirilən şəxs işlədiyi ofisdə görüşərək 2019-cu ilin oktyabr ayının 8-də vermiş, sonuncu bununla bağlı İlqarla müqavilə bağlamış, Rasim həmçinin İlqardan məhkumluq, sağlamlıq haqqında arayış və xarici pasportunu istəmiş, İlqar da həmin sənədləri Rasimə vermişdir. Təqsirləndirilən şəxs qardaşına 45 gün müddət ərzində onu Litvaya işə göndərəcəyi demiş, lakin 2 aydan çox müddət keçməsinə baxmayaraq heç bir xəbər çıxmamışdır. İlqar Rasimlə bu barədə əlaqə saxladıqda sonuncu qardaşının tikinti kursuna göndərəcəyini və həmin kursdan sertifikat alacağını bildirmiş, İlqar da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül bazarı tərəfdə yerləşən “TCS MMC”-nin ofisinə gedərək orada 30-35 dəqiqəlik rəngsazlıqla bağlı təlim keçmiş, həmin müəllimin adı Ceyhun olmuşdur. Bundan sonra İlqar Rasimlə görüşüb ondan pulunu geri tələb etdikdə sonuncu ona ödədiyi 2.400 manat pulun 300 manatını sertifikata, 100 avroyu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərclədiyini 1.400 manat pulu isə geri qaytaracağını demiş, bundan sonra İlqar Rasimlə yenidən görüşərək ona verdiyi sənədləri kursla bağlı sertifikatı, verdiyi pulun 1.000 manatını həmin anda qalan 1400 manat məbləği isə sonradan Rasimdən polis bölməsində almışdır. Bundan əlavə, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş vizası almaq üçün Rasim onun qardaşı ilə müqavilə bağlamış, ödənilən 2400 manata dair müvafiq qəbz təqdim etmiş, həmçinin Rasim İlqarın “TCS MMC”-nin ofisində rəngsazlıqla bağlı təlim keçməsi ilə əlaqədar 300 manat ödəniş etmiş və İlqara “TCS MMC”-nin Sertifikatının alınmasına şərait yaratmış, həmçinin Rasimin dediyinə görə verdiyi 2400 manat pulun sonuncu tərəfindən 100 avrosunu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirdi ki, o, Rasimdən verdiyi olduğu 2400 manatı hissə-hissə alsa da hazırda sonuncu ona mənəvi zərər vurmuş bu səbəbdən də, ondan əlavə pul tələb edir əks təqdirdə həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin sosial şəbəkədə “RT Group Academy” adlı səhifədə ***-***-**-** saylı GSM nömrəsini görmüş, o, həmin nömrəyə zəng vuraraq ofisə dəvət edilmiş, o da işlədiyi ofisə gedib orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. O, Rasimə işsiz olduğunu, ölkə hüdudlarından kənarda mümkündürsə Litvada mebel sexində işləmək istədiyini bildirdikdə sonuncu onu 2.400 manat pul müqabilində iş vizası alaraq Litvaya mebel sexində işləməyə düzəldə biləcəyini demişdir. O, Rasimə 1.400 manat pul verə biləcəyini demiş, sonuncu da bununla razılaşmış və həmin 1.400 manat pulu 15 noyabr 2019-cu il tarixdə tək Təqsirləndirilən şəxs işlədiyi ofisdə görüşərək vermişdir. Təqsirləndirilən şəxs bununla bağlı onunla müqavilə bağlamış, həmçinin ondan məhkumluq, sağlamlıq haqqında arayış və xarici pasportu alaraq ona 1 ay ərzində Litvadan iş dəvətnaməsi gəlməli olduğunu demişdir. O da nə az, nə çox 2 aya yaxın gözləmiş, lakin Rasimdən səs çıxmadığını görüb sonuncu ilə işlədiyi ofisdə görüşmüşdür. Rasim onunla görüş zamanı müxtəlif bəhanələr gətirmiş, sonra isə onu Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül bazarı tərəfdə yerləşən “TCS MMC”-nin ofisinə sertifikat almaq üçün göndərmişdir. O, da ora gedərək 30-35 dəqiqəlik təlim keçmiş, həmin təlimin sertifikatını isə gedib “Çinar Plazadan” götürmüşdür. O, işlərinin alınmamasını görüb Rasimdən pulunu tələb etmiş, Rasimə verdiyi 1.400 manat puldan 600 manatını 27 fevral 2021-ci il tarixdə polis bölməsində olarkən digər məbləği isə daha sonra almışdır. Bundan əlavə, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş vizası almaq üçün Rasim onunla müqavilə bağlamış, ödənilən 1.400 manata dair müvafiq qəbz təqdim etmiş, həmçinin Rasim Nazimin “TCS MMC”-nin ofisində tikinti işləri bağlı təlim keçməsi ilə əlaqədar 300 manat ödəniş etmiş və İlqara “TCS MMC”-nin Sertifikatının alınmasına şərait yaratmış, həmçinin Rasimin dediyinə görə verdiyi 1.400 manat pulun sonuncu tərəfindən 100 avrosunu iş dəvəti üçün və 318 dolları isə iş dəvətlərinin ilkin ödənişinə xərcləmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında bildirmişdir ki, o, Rasimdən verdiyi 1.400 manatı hissə-hissə alsa da hazırda sonuncu ona mənəvi zərər vurmuş bu səbəbdən də, ondan əlavə pul tələb edir əks təqdirdə həbs olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr ayından Bakı şəhəri, Nərimanov mu, Əhməd Rəcəbli küçəsində yerləşən “TCS yəni X8” təlimçi vəzifəsində işləyir, onun əsas vəzifəsi şirkətə gəlmiş şəxslərə əsasən rəngləmə, mebel və tikinti işləri üzrə yükqaldırma avadanlıqları üzrə təlim keçməkdən ibarətdir. Şirkətə həm adi vətəndaş özü istəyi ilə, həm də digər bir şirkətlə bağlanmış müqavilə əsasında həmin şirkət tərəfindən göndərilmiş şəxslər gələrək təlimdə iştirak edə bilərlər. Onun keçdiyi təlimlər əsasən 6 saat davam edir, təlimlər əsasən nəzəri və praktiki hissədən ibarətdir, bu keçirilən təlimə əsasən dəyişilir. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında onun işlədiyi şirkətə gələrək nümayəndə ilə söhbət etmiş və xaricə işləmək üçün getmək istəyən təxminən 4-5 nəfər gəlib onların şirkətində təlim keçməsi lazım olduğunu bildirmiş, şirkətin nümayəndəsi də Təqsirləndirilən şəxs şirkətə təlim keçmək üçün şəxslər göndərməsinə etiraz etməmiş, təxminən 4-5 nəfər şəxs hansılarki Təqsirləndirilən şəxs direktoru olduğu “RTGroup” şirkəti ilə müqavilə bağlayaraq xaricdə işləməkdən ötrü sertifikat almaq məqsədi ilə onların şirkətinə gəlmiş, həmin şəxslərdən həm İ.Abdullayev, həm də Zərərçəkmiş şəxs1 “TCS MMC”-yə gələrək onlara “rəngsaz” və “mebel ustası” sahəsi üzrə təlim keçmiş və buna görə həmin vətəndaşlar 270 manat pulu şirkətin maliyyə-plan şöbəsinə ödəmişlər. “Rəngsaz” ixtisası üzrə o, adı çəkilən vətəndaşlara bir günlük təlim keçmiş və bu barədə onlara sertifikat, həmçinin vəsiqə verilmişdir. Cinayət işinin 1-ci cild 165-166-cı vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 213-214-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 27 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 176-cı vərəqəsində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 25.01.2019-cu il tarixli Çıxarışdan görünür ki, “R.T.Group Akademiya“ MMC 25.01.2019-cu il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4i təmsilçisi və təsisçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 1-ci cild 178-180-ci vərəqələrində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, 3.1 "xxxx" MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lizenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işinin 1-ci cild 16-17-ci vərəqəsində olan 07 noyabr 2019-cu il tarixli, seriya ÇVU:128 saylı müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, müqavilədə sənədləşmə işinin ümumi 45 gün müddətində başa gəlməsi göstərilmiş, xidmət haqqı 3.200 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 1.600 manat ödəniş etməsi, digər hissəsinin isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi viza ala bilmədiyi təqdirdə şirkətə ödədiyi bütün məbləği 5 iş günü içində sifarişçiyə qaytarılması, sifarişçi vizadan imtina alarsa bu müqavilə çərçivəsində şirkətə ödədiyi məbləğ xaricində heç bir məbləğlə bağlı iddia qaldırmayacaq və tələb etməyəcəkdir. 3.3-cü maddəsinə əsasən sifarişçi müraciət etdikdən sonra, viza görüşünə girməmiş könüllü olaraq müraciətini dayandırırsa, şirkət heç bir məbləği geri qaytarmayacaqdır. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan 07 noyabr 2019-cu il tarixli, kassa mədaxil qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən həmin tarixdə Litva Respublikasında iş ərizəsi üçün 3200 manatdan 1.600 manat pul "xxxx" MMC-yə ödənilmişdir. Cinayət işinin 1-ci cild 26-27-ci vərəqələrində olan 16 mart 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması tərəflər arasındakı mübahisə mülki xarakter daşıdığından rədd edilmişdir. Cinayət işinin 1-ci cild 33-34-cü vərəqələrində olan 28 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması tərəflər arasındakı mübahisə mülki xarakter daşıdığından rədd edilmişdir. Cinayət işinin 1-ci cild 55-57-ci vərəqələrində olan 02 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarın ləğv olunması barədə qərardan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Tağı Tağıyevin ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 18.08.2020-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Cinayət işinin 1-ci cild 78-79-cu vərəqələrində olan 13 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 1-ci cild 82-ci vərəqəsində olan qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ödədiyi 1.600 manatı geri almışdır. Cinayət işinin 1-ci cild 116-118-ci vərəqəsində olan 08 oktyabr 2019-cu il tarixli, seriya ÇVU: 114 saylı müqavilənin surətindən görünür ki, İ.T.Abdullayev "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, xidmət haqqı 2.400 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 2.400 manat və vizanı almaq üçün 35 Avro ödəniş etməsi, digər hissəsinin isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi viza ala bilmədiyi təqdirdə şirkətə ödədiyi bütün məbləği 5 iş günü içində sifarişçiyə qaytarılması, sifarişçinin vizadan imtina alarsa bu müqavilə çərçivəsində şirkətə ödədiyi məbləğ xaricində heç bir məbləğlə bağlı iddia qaldırmayacaq və tələb etməyəcəkdir. 3.3-cü maddəsinə əsasən sifarişçi müraciət etdikdən sonra, viza görüşünə girməmiş könüllü olaraq müraciətini dayandırırsa, şirkət heç bir məbləği geri qaytarmayacaqdır. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan 08 oktyabr 2019-cu il tarixli, kassa mədaxil qəbzinin surətindən görünür ki, İ.T.Abdullayev tərəfindən 2.400 manat pul "xxxx" MMC-yə ödənilmişdir. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan "xxxx" MMC tərəfindən verilmiş sertifikatın surətindən görünür ki, İ.T.Abdullayevin hər hansı bir ölkədə “rəngsaz” kimi fəaliyyət göstərməsi ilə bağlı ona beynəlxalq sertifikat verilmişdir. Cinayət işinin 1-ci cild 133-135-ci vərəqələrində olan 15 noyabr 2019-cu il tarixli, seriya ÇVU:129 saylı müqavilənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, müqavilədə sənədləşmə işinin ümumi 45 gün müddətində başa gəlməsi göstərilmiş, xidmət haqqı 2.400 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 1.400 manat ödəniş etməsi, digər hissəsi 1.000 manatın isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi viza ala bilmədiyi təqdirdə şirkətə ödədiyi bütün məbləği 5 iş günü içində sifarişçiyə qaytarılması, sifarişçinin vizadan imtina alarsa bu müqavilə çərçivəsində şirkətə ödədiyi məbləğ xaricində heç bir məbləğlə bağlı iddia qaldırmayacaq və tələb etməyəcəkdir. 3.3-cü maddəsinə əsasən sifarişçi müraciət etdikdən sonra, viza görüşünə girməmiş könüllü olaraq müraciətini dayandırırsa, şirkət heç bir məbləği geri qaytarmayacaqdır. Cinayət işinin 1-ci cild 132-ci vərəqəsində olan 15 noyabr 2019-cu il tarixli, kassa mədaxil qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən həmin tarixdə 2400 manatdan 1.400 manat pul "xxxx" MMC-yə ödənilmişdir. Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan 27 fevral 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ.T.Abdullayevə 1.400 manat, Zərərçəkmiş şəxs1 isə 800 manat, ümumilikdə 2.200 manat verəcəyi var. Təqsirləndirilən şəxs 27 fevral 2021-ci il tarixdə 2.200 manat puldan 1.200 manat pulu ödəyir və qalan borcunu isə 15 mart qədər ödəyəcəyinə söz vermişdir. 1.200 manatdan 600 manatı İ.T.Abdullayevə, digər 600 manatı isə Zərərçəkmiş şəxs1 vermişdir. Cinayət işinin 1-ci cild 227-ci vərəqəsində olan məktubdan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında əldə olunmuş razılığa əsasında 2019-cu ilin noyabr ayında vətəndaşlar İ.Abdullayevə və Zərərçəkmiş şəxs1 təlim keçirilib beynəlxalq sertifikat ilə təmin edilmişlər. Təlimin ödənişi 22.11.2019-cu il tarixdə "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən hər bir nəfər üçün 270 AZN olmaqla ödənilmiş və ödəniş qəbzləri Təqsirləndirilən şəxs təqdim edilmişdir. Ödənişlə bağlı təlim iştirakçıları ilə heç bir ünsiyyət aparılmamışdır. Cinayət işinə əlavə edilmiş 21.11.2019-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş sertifikatdan görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı bir ölkədə “mebel ustası” kimi fəaliyyət göstərməsi ilə bağlı ona beynəlxalq sertifikat verilmişdir Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli, H-20453 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs3 məhkumluğunun olub-olmaması ilə bağlı tərtib olunmuş və AR XİN-də Nazirliyində Apostillə təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş 20 dekabr 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Xəyal Yusubov tərəfindən 954 ABŞ dolları (1624 manat 66 qəpik) Litva Respublikasında Linas Kaupaitisə göndərilmişdir. Cinayət işinin 1-ci cild 233-234-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 mart 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş və 08 fevral 2016-cı il tarixdə cərimə cəzası tam ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 27 dekabr 2019-cu il tarixli, seriya ÇVU: 142 saylı müqavilənin surətindən görünür ki, X6 "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, müqavilədə sənədləşmə işinin ümumi 45 gün müddətində başa gəlməsi göstərilmiş, xidmət haqqı 2.000 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 1.000 manat ödəniş etməsi, digər hissəsi 1.000 manatın isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur və X2 Litva Respublikası tərəfindən 08 mart 2021-ci il tarixdən 08 mart 2022-ci il tarixədək mult Viza verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 23 yanvar 2021-ci il tarixli, seriya ÇVU: 175 saylı müqavilədən görünür ki, X7 "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, müqavilədə sənədləşmə işinin ümumi 45 gün müddətində başa gəlməsi göstərilmiş, xidmət haqqı 1.900 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 1.900 manat ödəniş etməsi, digər hissəni (1.200) manatın isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuş və K.Ş.Əzizliyə Litva Respublikası tərəfindən 08 mart 2021-ci il tarixdən 06 mart 2022-ci il tarixədək mult Viza verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş və cinayət işinə əlavə edilmiş 24 oktyabr 2019-cu il tarixli, seriya ÇVU: 114 saylı müqavilənin surətindən görünür ki, Rustamaliyev Rustam "xxxx" MMC ilə həmin tarixdə viza alınması üçün müqavilə bağlamış, xidmət haqqı 1.200 manat nəzərdə tutulmuş, həmin rüsuma müqavilənin 1.1-ci bəndində göstərilmiş xidmətlər daxil edilmiş, sifarişçinin müqaviləni bağlayarkən 1.200 manat və vizanı almaq üçün 35 Avro ödəniş etməsi, digər hissəsinin isə rəsmi iş icazəsinin gəldikdən sonra ödənilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən sifarişçi viza ala bilmədiyi təqdirdə şirkətə ödədiyi bütün məbləği 5 iş günü içində sifarişçiyə qaytarılması, sifarişçinin vizadan imtina alarsa bu müqavilə çərçivəsində şirkətə ödədiyi məbləğ xaricində heç bir məbləğlə bağlı iddia qaldırmayacaq və tələb etməyəcəkdir. Cinayət işinə əlavə edilmiş 24 oktyabr 2019-cu il tarixli, kassa mədaxil qəbzindən görünür ki, Rustam Rustamaliyev tərəfindən həmin tarixdə 2.400 manat pul "xxxx" MMCyə ödənilmiş, lakin sonuncunun ərizəsindən görünür ki, X4 işçi vizasını almaq üçün bağladığı ÇVU № 114 nömrəli müqaviləyə tam xitam verilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə yuxarıda qeyd edilən sübutları tədqiq edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamış, müqavilənin şərtlərinə görə ödənişlər almış və bu barədə qəbzlər təqdim etmiş, həmin müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün üzərinə düşən bütün vəzifələri icra etmiş, yəni müqavilə bağladığı şəxslərdən viza almaq üçün lazım olan sənədləri tələb etmiş, onları müvafiq dövlət qurumlarında təsdiq etdirmiş, həmin şəxslərə beynəlxalq iş sertifikatı almaq üçün müqavilə bağladığı "xxxx" şirkətinə təlim keçmək üçün göndərmiş, sertifikatlar və vəsiqələr almış, həmçinin vizanın alınması üçün Litva Respublikasına iş dəvətlərinin ilkin ödənişini etmiş, yalnız müqavilədə nəzərdə tutulan Litva Respublikasında iş vizası almaq üçün 45 günlük müddət keçməsinə baxmayaraq sonuncudan asılı olmayan səbəblərdən viza alına bilməmiş və nəticədə Təqsirləndirilən şəxsla müqavilə bağlayan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, İ.T.Abdullayev və Zərərçəkmiş şəxs1 onların iş vizasının gəlmədiyini görüb müqaviləyə xitam vermədən ödəniş etdikləri pulun geri qaytarılmasını, hətta Təqsirləndirilən şəxs əlavə pulunda ödənilməsini tələb etmişlər. Nəticədə Təqsirləndirilən şəxs özü maddi ziyana düşdüyü halda zərərçəkmiş şəxlərin pulunu geri qaytarmışdır. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş “TCS yəni X8” təlimçi vəzifəsində işləyən Şahid ifadəsindən də görsənir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayında onun işlədiyi şirkətə gələrək xaricə işləmək üçün getmək istəyən təxminən 4-5 nəfərin onların şirkətində təlim keçməsinin lazım olduğunu bildirmiş, şirkətin nümayəndəsi də Təqsirləndirilən şəxs şirkətə təlim keçmək üçün şəxslər göndərməsinə etiraz etməmiş, təxminən 4-5 nəfər şəxs Təqsirləndirilən şəxs direktoru olduğu “RTGroup” şirkəti ilə müqavilə bağlayaraq sertifikat almaq məqsədi ilə onların şirkətinə gəlmiş, həmin şəxslərdən İ.Abdullayevə və Zərərçəkmiş şəxs1 “TCS MMC”-də “rəngsaz” və “mebel ustası” sahəsi üzrə təlim keçirilmiş və buna görə həmin vətəndaşların hər birinə görə 270 manat pul şirkətin maliyyə-plan şöbəsinə ödənilmiş, həmçinin həmin ixtisaslar üzrə adı çəkilən vətəndaşlara sertifikat və vəsiqələr verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təsisçisi olduğu "xxxx" MMC 25.01.2019-cu il tarixdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən rəsmi qeydiyyatdan keçərək ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 27 dekabr 2019-cu il tarixli, seriya ÇVU: 142 saylı müqavilədən göründüyü kimi, sonuncu tərəfindən vətəndaş X2 22 fevral 2021-ci il tarixdə 08 mart 2021-ci il tarixdən 06 mart 2022-ci il tarixədək, 23 yanvar 2021-ci il tarixli, seriya ÇVU: 175 saylı müqavilədən göründüyü kimi vətəndaş X3 22 fevral 2021-ci il tarixdə 08 mart 2021-ci il tarixdən 06 mart 2022-ci il tarixədək və sair şəxslərə mult Viza alınmasını təmin etmişdir. Əlavə olaraq iş materiallarında olan 16 mart, 28 iyun, 18 avqust və 13 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında Təqsirləndirilən şəxs barəsində toplanmış materialar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyəti olmamış, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyəti ilə bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməmiş, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi və ya görüntüsünün yaradılmasına dair hərəkətlər etməmiş, əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə müqavilə ilə üzərinə götürdüyü hər hansı öhdəliyi özündən birbaşa aslı olduğu halda yerinə yetirməkdən yayınmamış, həmçinin sonuncu tərəfindən müqavilələr üzrə digər şəxslər qarşısında olan öhdəliklər yerinə yetirilərək vizalar alınmış, öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, İ.T.Abdullayevi və Zərərçəkmiş şəxs1 aldatmamış, onların etibarından sui-istifadə etmə yolu ilə əmlaklarını ələ keçirməmiş və sonunculara maddi ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməmişdir. Həmçinin məhkəmə qeyd etməyi vacib hesab edir ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs İ.T.Abdullayev arasında bağlanmış müqaviləyə görə iş dəvəti gəlməsinə baxmayaraq sonuncu min bəhanələr gətirməklə iş vizasının alınmasından imtina etmiş və Təqsirləndirilən şəxs həmin dəvətlərin Litva Respublikasına aid olmadığını bildirmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs onunla bağlı hazırlanmış sənədlər üzrə çəkdiyi xərcləri ödəməli olmadığı halda tam ödənilmişdir. Belə ki, həmin müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən sifarişçi müraciət etdikdən sonra, viza görüşünə girməmiş könüllü olaraq müraciətini dayandırırsa, şirkət heç bir məbləği geri qaytarmayacaq və sifarişçi vizadan imtina alarsa bu müqavilə çərçivəsində şirkətə ödədiyi məbləğ xaricində heç bir məbləğlə bağlı iddia qaldırmayacaq və tələb etməyəcəkdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin qərarın 27-ci bəndində qeyd edilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasının, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasının müəyyənləşdirilməsindən ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları“qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşməsinə baxmayaraq ittihamçı bunu edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, bu Məcəllənin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri, işə əlavə edilmiş sənədlər və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmadığı sübuta yetirildi. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 42.1.1-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü“çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Bununla da məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, elan edilən ittiham üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə əməlində cinayət tərkibi olmadığından ona həmin maddələr ilə bəraət verilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Budan başqa Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikasının CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.1, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri olmadığından ona həmin maddələr ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “Kapital Bank“ ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Bakı şəhəri Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X10 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar