Məhkəmə qərarları › İş №1(006)-274/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-274/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-274/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Qax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “KROK” Universitetindən aldığı diplomun Azərbaycan Respublikasında tanıdılmasında köməklik göstərəcəyinə dair yalan verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 yaxınlığında yerləşən “Embawood” mağazasının qarşısında 5000 manat, xx.xx.2021-ci il tarixdə həmin ünvanın qarşısında 2000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanının qarşısında 1500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 8.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə sonuncunun Ukrayna Respublikasında təhsil aldığı universitet tərəfindən verilmiş bakalavr diplomunun Azərbaycan Respublikasında tanıdılmasında köməklik göstərəcəyinə dair yalan verib aldadaraq bu adla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Qarabağ küçəsi 22 ünvanında yerləşən “X3”in ofisində 1.200 manat, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 1300 manat, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində həmin ünvanda 3000 manat və xx.xx.2021-ci il tarixdə ünvan 3nvanında yerləşən “8 Noyabr metrostansiyası”nın çıxışının qarşısında 3000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdarda 8.500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir və 1993-cü ildən 2016-ci ilədək Təhsil Nazirliyində referent və böyük elmi işçi vəzifəsində çalışmışdır. 2016-cı il tarixdə Təhsil Nazirliyinin Tələbə Elmi Cəmiyyətləri üzrə Respublika Şurası ləğv edildiyi üçün işdən çıxmışdır. Bundan sonra 2016-cı ildən 2018-ci il tarixədək Bakı Slavyan Universitetində dekan müavini vəzifəsində çalışmışdır. Şahid ailə münasibətləri zəminində uzaq qohumu kimi tanımışdır. Pərviz ona zəng edərək tanışı Zərərçəkmiş şəxs1 imtahandan kəsildiyini və həmin şəxsin yenidən imtahan vermək imkanının olub-olmadığını ondan soruşmuşdur. O, əvvəllər Təhsil Nazirliyində işlədiyi üçün qanunlardan xəbərdar bir işçi kimi Şahid Zərərçəkmiş şəxs1 məhkəmədən qərardad almaq yolu ilə yenidən imtahan verə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 özü onunla görüşüb işin necə olacağı barədə soruşmuşdur. O həmin şəxsə məhkəmədən qərardad alaraq 3 dəfə imtahan verə bilmək imkanının olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs1 ona bu işlərdən başı çıxmadığını bildirmiş və işlərin görülməsində həmin şəxsə yaxından kömək etməsini ondan xahiş etmişdir. O həmin şəxsə bütün bu proseslərlə əlaqədar 8.500 manat pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 ilkin olaraq 2021-ci ilin aprel ayının 25-i 5000 manat pulu Şahid ilə birlikdə gələrək Bakı şəhəri, Nərimanov rayonu, X5 yaxınlığında ona əlbəəl vermişdir. Bundan təxminən bir neçə gün sonra yəni xx.xx.2021-ci il tarixdə o, Şəbnəmlə yenidən özü təkbətək eyni yerdə görüşmüş və görüşən zaman Zərərçəkmiş şəxs1 ona işin görülməyi ilə bağlı əlavə olaraq 2.000 manat pulu əlbəəl vermişdir. Təxminən bir neçə gün sonra, yəni xx.xx.2021-ci il tarixdə o, Şəbnəmlə ünvan 2 ünvanında yenidən görüşmüş və Zərərçəkmiş şəxs1 ona 1.500 manat pulu işin görülməsi ilə bağlı əlbəəl vermişdir. Bundan sonra o həmin işin görülməsi ilə bağlı cəhd etsə də, söz verdiyi vaxtadək işi alındıra bilməmişdir. Zərərçəkmiş şəxs1 ona vermiş olduğu pulu ondan geri tələb etdikdə o maddi imkanının olmadığı üçün həmin pulu geri ödəyə bilmcmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 uzaq qohumu Şahid vasitəsilə tanımışdır. Sonuncu ona ailəvi dostunun diplomu təsdiq etdirməsi ilə bağlı işinin olduğunu və onun bu işdə kömək edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, Zərərçəkmiş şəxs2 əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. 20 may 2021-ci il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, Qarabağ küçəsi 22, X4 ünvanında Zərərçəkmiş şəxs2lə görüşüb 1.200 manat pulu əlbəəl götürmüşdür. Bundan sonra 04 iyun 2021-ci il tarixdə o, yenidən həmin ünvanda Zərərçəkmiş şəxs2lə görüşüb 1.300 manat pulu da məhz həmin ünvanda həmin şəxsdən almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2lə həmin ünvanda yenidən 09 iyun 2021-ci il tarixdə görüşüb 3.000 manat pulu da məhz həmin ünvanda əlbəəl təhvil almışdır. Sonuncu dəfə 16 iyun 2021-ci il tarixdə o, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs2lə görüşüb 3.000 pulu Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 2 ünvanında sonuncudan əlbəəl götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini, sonuncuların ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və cinayət işinə xitam verilməsini xahiş etmələrini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında məbləğin onun tərəfindən dövlət büdcəsinə ödənilməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, baxış protokolu ilə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci il may ayının 12-də, 10 illik dostu və etibarından heç bir şübhəsi olmayan P.İsmayılovdan Ukraynadan almış bakalavr diplomunun tanıdılması üçün, kömək göstərə bilən əlaqələndirici hər hansı bir şəxs tanıyıb tanımadığını soruşmuşdur. Həmin şəxs isə öz növbəsində ona, güvənilir olduğunu bildirdiyi Təqsirləndirilən şəxs tövsiyə etmişdir. O, bu iş üçün nə qədər vəsait lazım olduğunu soruşmuşdur. Pərviz bəy həmin adamla danışdıqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bu işin həll edilməsi ilə bağlı 8.500 manat lazım olduğunu bildirmiş və işin 2021-ci il sentyabr ayında həll olacağını demişdir. 19 may 2021-ci il tarixində, Pərviz bəyin whatsapp nömrəsindən Təqsirləndirilən şəxs ona ünvanladığı mesajı ona gəlmişdir. Pərviz bəy Təqsirləndirilən şəxs mesajlarını eyni ilə ona göndərmişdir. Mesajda 20 may 2021-ci il tarixi üçün təcili şəkildə 1.200 manat pulun çatdırılmalı olduğu yazılmışdır. Ertəsi günü o, Ülkər xanıma zəng etmiş və sonuncu onun ofisinə yaxınlaşmış, Qarabağ küçəsi 22, X3, No 104-də ondan 1.200 manat pul almış və getmişdir. 03 iyun 2021-ci il tarixdə axşam saat 20:59-da Ülkər xanım öz şəxsi nömrəsindən ona yazaraq qalıq məbləğlə bağlı onu narahat etdiyini bildirmişdir. Ona 04 iyun 2021-ci il tarixində saat 15:00 radələrində gələcəyini və pulun çatdırılması gərəkdiyini demişdir. O da ertəsi günü saat 15:00-da Təqsirləndirilən şəxs öz ofisində qəbul edib, 1.300 manat pulu zərfdə vermişdir. 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona yazaraq, geri qalan 6 min manatın çatdırılması gərəkdiyini demişdir. O, Təqsirləndirilən şəxs bu məbləğin nə zaman çatdırılması gərəkdiyini soruşduqda isə maksimum 10 iyun 2021-ci il tarixinə qədər çatdırılmalı olduğunu, Təhsil Nazirliyinin içində olan adamlara pulların bir an öncə çatdırılması gərəkdiyini vurğulamışdır. 09 iyun 2021-ci il tarixində, saat 18:00-19:00 arasında Təqsirləndirilən şəxs onun ofisinə yaxınlaşmış və ondan 3 min manat daha pul almışdır. O, pulu 30 ədəd yüzlük əskinas halında ağ zərfdə vermişdir. Təqsirləndirilən şəxs pulları saymağa ehtiyac duymamışdır. Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə 8 Noyabr metrosunun yanında, ondan daha üç min manat almış, o eyni şəkildə yüzlük əskinaslar halında və zərfdə məbləği vermişdir. Sonra da o həmin şəxsi taksi ilə “Azərcell”in Statistika tərəfdə olan xidmət mərkəzinin yanına aparmışdır. İlk dəfə 13 iyul tarixində işdən bir xəbər olub olmadığını soruşmuş, Təqsirləndirilən şəxs ona 15 iyuldan sonra sənədlərin çıxacağını demişdir. Gah demişdir ki, 12 dekabrda sənədləri portala vurublar amma şəxsi kabinetdə 22-si görünəcək. Müxtəlif bəhanələrlə Təqsirləndirilən şəxs onu dekabrın sonuna gətirmişdir. Həmin gündən sonra onların Təqsirləndirilən şəxs ilə münasibətləri artıq gərginləşmiş, o daha sonra Təqsirləndirilən şəxs ilə əlaqəni kəsmiş, həmin şəxsə bunun nəticələrinin çox ağır olacağını, hüquqi müstəvidə nə gərəkirsə ediləcəyini bildirmişdir. O gündən sonra Pərviz müəllimdən bu işin ənənəvi qohum əqraba təsiri ilə həll edilməsi üçün xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ona dəymiş 8.500 (səkkiz min beş yüz) manat maddi ziyandan 8.000 (səkkiz min) manat ona geri ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan, yəni 8.500 manatın tamamilə ödənildiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi məhkəmə iclasında elan olunmaqla, tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2019-cu ildə Ukrayna Respublikası Kiyev şəhərinin KROK Universitetini bitirmişdir. 2021-ci ilin aprel ayında Türkiyəyə magistratura oxumaq məqsədi ilə Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “GLC” adlı kursa yaxınlaşmışdır. Həmin kursun rəhbəri Şahid adlı şəxslə söhbət zamanı əyani təhsil zəruri olduğunu bilmişdir və fikrindən vaz keçmişdir. Həmin şəxs ilə bir qədər söhbət etdikdən sonra o, KROK universitetinə aid diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsində çətinliyi barədə qeyd etmişdir. Bu zaman Şahid tanışı Təqsirləndirilən şəxs ona bu işdə kömək edəcəyini bildirmişdir. Həmin zaman bu köməkliyə görə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və sonuncu bu işin həll edilməsi ilə bağlı 8.500 manat verməli olduğunu bildirmişdir. Səhəri gün o, tələb olunan sənədlərlə birgə 5.000 manat pul götürərək həmin kursa yaxınlaşmış, həmin pulu Pərviz adlı şəxsə vermiş, lakin Şahid qeyd edilən pulu götürmək istəmədiyi bildirmiş və həmin pulu Ülkər xanımın özünə verməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə onlar birlikdə Gənclik metrostansiyasmın yaxınlığında “Embawood” mağazasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Bu zaman Pərviz ona məxsus olan sənədləri və 5.000 AZN pulu Ülkərə təqdim etmişdir. Bundan 2 gün sonra xx.xx.2021-ci il tarixdə o, həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs ilə yenidən görüşərək 2.000 manat pul vermiş və sonuncu geri qalan 1.500 manatı 1-2 gün ərzində ödəməli olduğunu ona bildirmişdir. Bundan 2-3 gün sonra yəni xx.xx.2021-ci il tarixdə o, Nəsimi rayonu, H.B.Əliyev 1 ünvanının qarşısında geri qalan 1.500 manatı Ülkərə vermişdir. Həmin vaxt Ülkər bu məsələnin 6 ay ərzində həll olunacağına vəd vermişdir. Vəd verdiyi vaxtda o, Ülkərlə əlaqə saxlamışdır. Danışıq zamanı sonuncu ondan 1 ay daha gözləməyini istəmişdir, daha sonra müxtəlif vaxtlarda Ülkərlə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlansa da, hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzadaraq həmin şəxs bu günədək verdiyi vədə əməl etməmişdir. Ən son xx.xx.2022-ci il tarixində o həmin şəxslə görüşərək əgər iş alınmırsa verdiyi 8.500 manat pulu geri qaytarmasını tələb etmişdir. Cavabında Ülkər ona 1 həftə ərzində məsələni həll edəcəyini, etməyəcəyi təqdirdə pulu geri qaytaracağına söz vermişdir. xx.xx.2022-ci il tarixdə o, Ülkərlə “Whatsapp” şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış və bu zaman Təqsirləndirilən şəxs yenidən vaxt istəmişdir. O, həmin şəxsə polisə şikayət edəcəyini bildirsə də Ülkər bu barədə etiraz etməmişdir. Həmçinin məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ona dəymiş 8.500 (səkkiz min beş yüz) manat maddi ziyandan 4.500 (dörd min beş) manat ona geri ödənilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını, sonuncu tərəfindən ona vurulmuş maddi ziyannın tamamilə ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birini müxtəlif vaxtlarda tanımışdır. Zərərçəkmiş şəxs1 direktoru olduğu GLC kursuna müraciət etmiş tələbə kimi tanımışdır. Sonuncu ona Ukrayna Respublikasının Kiyev şəhərində KROK Universitetinin diplomunu təsdiq etdirmək üçün köməklik göstərməsini xahiş etmişdir. O həmin şəxsə bildirmişdir ki, özü bu işlə məşğul olmur. O, uzaq qohumu Təqsirləndirilən şəxs Təhsil Nazirliyində işlədiyini bildirmişdir. Şəbnəm xanım Ülkərlə danışıb diplomunu təsdiq etdirməklə bağlı razılığa gəldiyini və Ülkərin ondan bununla bağlı 8.500 manat pul istədiyini ona bildirmişdir. Şəbnəm xanım ona 5.000 manat pul gətirmiş və bildirmişdir ki, həmin pulu o Ülkərə çatdırsın. O Zərərçəkmiş şəxs1 ilə razılaşmamış və bildirmişdir ki, pulu özü əlbəəl Ülkərə versin onu haqq-hesab işlərinə qarışdırmasın. O, 2021-ci ilin aprel ayının sonlarında Şəbnəm xanımla birlikdə ona məxsus şəxsi avtomobili ilə Gənclik metrostansiyasının yaxınlığında X5 ətrafında yerləşən “Embawood” mebel evinin qarşısında Ülkər xanımla görüşmüşdür. Şəbnəm ona məxsus avtomobildə məbləğini bilmədiyi zərfdə olan pulu və sənədləri əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, həmin şəxslərin işi ilə bağlı tam məlumatsız olmuşdur. Zərərçəkmiş şəxs2 isə təxminən 10 il müddətində yaxın dostluq münasibətləri saxladığı şəxs kimi tanımışdır. Elməddin ona tanışının diplomunu təsdiq etdirmək istədiyini bildirmiş və o həmin şəxsi Təqsirləndirilən şəxs yönəltmişdir. Bundan sonra həmin şəxslərin aralarında olan söhbətlərdən ümumiyyətlə məlumatı olmamışdır. 2022-ci ilin fevral ayında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adları qeyd olunan hər iki şəxsi aldadaraq Zərərçəkmiş şəxs1 8.500 manat və Zərərçəkmiş şəxs2 isə 8.500 manat pul alıb həmin şəxslərin işlərini görməmişdir. Cinayət işinin 112-116-cı vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 74-75-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 “whatsapp” mobil tətbiqi ilə Təqsirləndirilən şəxs yazmış olduğu “yubatdınız bizi bəsdi, sabah sizə verdiyimiz 8.500 azn hazır edin” sms mətninə Təqsirləndirilən şəxs “Şəbnəm salam ayıbdır yalan danışmıram, tapşıran yoldaş çıxıb yuxarı. özüm də burdayam bir saata yazacam sənə gözləyirəm” sms mətnindən və cavab olaraq göndərdiyi Təhsil Nazirliyinin şəklindən aydın olur ki, Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs1 Təhsil Nazirliyində diplomunu təsdiqlətdirmək üçün pul alaraq duzluq etmişdir. Təqsirləndirilən şəxs yazmış olduğu “Salam tələbələr hər vaxtınız xeyir. Hamınıza deyilmişdi ki, telefon nömrələriniz verilib. Zəng olunacaq sizə sənədinizlə bağlı sabah saat 12:00-dan 15:00-dək aidiyyati idarədən sizə zəng ıacaq. Bilirəm zəngi hamı gözləyir. Xahiş edirəm telefon başında olun və tanımadığınız nömrədən gələn zəngə cavab verin. Bununla da hamının çəkdiyi əziyyətə son qoyulacaq.” mətnlərindən Təqsirləndirilən şəxs işin görülməsi ilə bağlı yalan vəd verdiyini və özünü sanki səlahiyyəti olan bir şəxs kimi göstərdiyi sübuta yetirilir. Zərərçəkmiş şəxs1 “hələ sistemdə heçnə yoxdur belə baxıram olmuyacaq da” sms mətninə Təqsirləndirilən şəxs “Şəbnəm. Hələ işdədirlər, sabah da obedə qədər da iş gedəcək. And olsun Allaha ki o, cavab hər an şəxsi kabinetə otura bilər. Qoy oğlan çıxsın işdən mənə indi xəbər edəcək mən saat 11-ə qədər sənə yazacam bir xəbər.” cavabından görünür ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmiş müxtəlif bəhanələrlə Zərərçəkmiş şəxs1 aldatmağa və vaxt aparmağa çalışmışdır. Bundan başqa Təqsirləndirilən şəxsnən “görüşə bilərik hər zaman ancaq səbəb diplomusa mütləq surətdə bütün prosesdən keçib və cavab kabinetə vurulacaq” smsinə Zərərçəkmiş şəxs1 “Bəli diplomdu və gecikməsidi” cavabı və həmin cavaba uyğun Təqsirləndirilən şəxs “Dünən Pərviz bəy də yığmışdı ona da dedim bayrama vurulacaq 100% ilim sonudu” deməsi Təqsirləndirilən şəxs öz cinayətkar əməllərinin davamı olaraq hələ də Zərərçəkmiş şəxs1 aldadıb vaxt uzatmasını və sonuncuya qarşı dələduzluq etməsini daha sübuta yetirir. Cinayət işinin 124-cü vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncu tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının yoxdur, sonuncu tərəfindən ona vurulmuş maddi ziyan, yəni 8.500 manatın tamamilə ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Kapital Bankın xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 17000 manatın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir (4.250 manat məbləğində pul vəsaiti). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, baxış protokolu və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməlidir. Lakin qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərizələrindən və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, sonuncular Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayətləri, tələbləri və mülki iddiaları yoxdur, sonuncu tərəfindən onlara vurulmuş maddi ziyan tamamilə ödənilmiş, həmçinin, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş 17.000 (on yeddi min) manat məbləğində ziyanın 25 % (iyirmi beş) faizi miqdarında, yəni 4.250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəlləsinin 10.3-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinin tələbinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata isə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və maddi sübüt yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar