Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-275/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi: Nümayəndə Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Cavadxan küçəsi, ev 01, mənzil 57-də qeydiyyatda olan, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qıznın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs mərhum qohumu X4 onun adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində rəsmiləşdirdiyi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Şahid2 bacısı Zərərçəkmiş şəxs tərəfindən geri qaytarılması tələbinə görə aralarında əvvəlcədən olan sözlü mübahisə səbəbindən 13 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində həmin qeyri-yaşayış sahsinə gedib orada Zərərçəkmiş şəxs olduğunu görərək onunla mübahisə edib heç bir əsaslı səbəb olmadan üzərinə hücum edərək xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə əlindəki çanta ilə qəsdən zərbələr vurmaqla soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançırşişkinliyi, sol yanaq və döş sümüyü nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla bağlı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə ittiham irəli sürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən bu əməlin xuliqanlıq niyyəti ilə törədilməsi sübuta yetirilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Nəsimi rayonu, Tbilisi prospekti, 56 saylı ünvanda yerləşən, çörək sexi kimi fəaliyyət göstərən birmərtəbəli binadan ibarət qeyri-yaşayış sahəsi 2002-ci ildən onun mülkiyyətindədir. Həmin vaxtdan o, bu sexi mərhum dayısı oğlu X6 icarəyə vermiş və sonuncu qohumu olduğu üçün onunla rəsmi icarə müqaviləsi bağlamamışdır. 2021-ci ilin yay aylarında Eldəniz rəhmətə getmiş və sexi bir müddət işlədən olmamışdır. O da dayısı qızlarının ərləri Firudin və Eyvazla razılaşmışdır ki, obyekti onlar icarə əsasında işlətsinlər. Lakin, onlar vaxtı-vaxtında icarə pulunu verməmiş, sonradan isə ümumumiyyətlə onu verməkdən yayınmışlar. Buna görə də o, onları oradan çıxartmış və sexi Nəriman adlı şəxsə icarəyə vermişdir. Həmin ərəfələrdən də dayısı qızları olan Ülviyyə, Aybəniz, Nəzakət, onların ərləri Firudin, Eyvaz və Ədalət, habelə dayısı oğlu Elsevər bu obyekti əsassız olaraq onun əlindən almaq istəmişlər. 13 dekabr 2021-ci il tarixdə, axşam saat 6 radələrində o, öz sexinə gedən zaman orada Ülviyyə, Nəzakət, Aybəniz və Nərimanı, habelə əvvəllər tanımadığı Sahib adlı şəxsi görmüşdür. Bu vaxtı Nəzakət ilə Ülviyyə onun üzərinə hücum çəkərək oranı dağıdıb yandıracaqları ilə hədələmişlər. O da onlara nə üçün belə danışdıqlarını soruşanda, sonuncular səbəb olaraq ərlərinə həmin obyekti vermədiyi üçün bu cür hərəkət etdiklərini bildirmişlər. O isə obyektin ona məxsus olduğunu və onu kimə istəyirsə icarə verə biləcəyini deyib oranı tərk etmişdir. Bir neçə dəqiqədən sonra Nəriman ona zəng edərək qohumlarının oranı dağıtdığını və açarları dəyişdiyini bildirmişdir. O da dərhal geri qayıtmış və sexə daxil olan kimi Sahib ona sərt şəkildə bildirmişdir ki, Eldənizin ona 140.000 manat borcu var idi, buna görə də həmin obyekti satıb bu pulun qaytarılmasını istəyir. O da ona bu borcdan xəbərinin olmadığını və borcun ona aidiyyəti olmadığını, həmin obyekti öz vəsaiti hesabına aldığını söyləmişdir. Sonradan söhbət əsasında ona məlum olmuşdur ki, dayısı oğlu Eldənizin Sahibə borcu olmamış, sadəcə olaraq bunlar hamısı dayısı qızları və onların ərlərinin, habelə dayısı oğlu Elsevərin qurmasıdır. Həmin vaxt Sahib onu hədələyərək bildirmişdir ki, onun və övladlarının evinin ünvanını, telefon nömrələrini bilir, obyekti satmayacağı təqdirdə onu narahat edib rahat buraxmayacağını, biabır edəcəyini və özü bildiyi yolla bu məsələni həll edəcəyini demişdir. O da Sahibə öz etirazını bildirəndə orada səs-küy düşmüş, Nəzakət və Ülviyyə ona nalayiq ifadələr işlədərək onu obyektdən döyə-döyə çıxartmış, hətta Nəzakət onun başına çoxsaylı zərbələr endirmişdir. O isə nə Nəzakətə, nə də başqasına hansısa bir xəsarət yetirməmiş, əlindəki çantada isə yalnız mobil telefonu və eynəyi olmuş, onunla da heç kimi vurmamışdır. Bayıra çıxandan sonra Nəriman onu çətinlikə evinə aparmışdır. Evdə olan zaman özünü pis hiss edib qusmağa başlamışdır. Vəziyyətinin yaxşı olmadığını görüb “X16” xidmətinə zəng etmiş, daha sonra baş verənlərdən əsəbləşdiyi üçün polisə məlumat vermişdir. Bir müddət sonra həkimlər gəlib onu müayinə etmək üçün xəstəxanaya aparmış və orada məlum olmuşdur ki, onun böyrəyi zədələnmiş və kəllə-beyin silkələnməsi xəsarəti almışdır. Ona xəstəxanada qalaraq müalicəsini davam etdirməyi məsləhət bildirilsə də, evdə nəvəsi tək olduğu üçün o, bununla razılaşmayıb çıxıb evinə getmək istədiyini söyləmiş, X16 maşını da onu evinə aparmışdır. Evə gedən zaman qohumlarından eşitmişdir ki, guya Nəzakətin qabırğası sınıb. Halbuki, Nəzakət 2021-ci ilin noyabr ayında öz evində yıxılaraq qabırğasını sındırmışdır. Hadisənin ertəsi günü isə təhqiqatçı ilə birlikdə sexə gedəndə Nəzakətin orada çörək bişirdiyini görüb qabırğası sındığı halda ondan necə nəfəs aldığını soruşanda, sonuncu qışqıraraq onun oradan çıxmağını tələb etmişdir. Qeyd edir ki, hadisənin baş vermə səbəbi adları çəkdiyi şəxslərin obyektini onun əlindən alınmasının istəyidir. Onun heç bir təqsiri yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı X11 2002-ci ildə Nəsimi rayonu, Tbilisi prospekti, 56 saylı ünvanda yerləşən, çörək sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsini almış, lakin Bakı şəhərində qeydiyyatı olmadığı üçün onu bibisi qızı Təqsirləndirilən şəxs adına rəsmiləşdirmişdir. Eldəniz 2021-ci ilin yay ayında rəhmətə getdikdən sonra bu obyekti özü işlətmiş, eyni zamanda bacıları Aybəniz və Ülviyyə ilə birlikdə mütəmadi olaraq həmin əmlakı Güllübəyimdən geri qaytarılmasını tələb etmişlər. Lakin, sonuncu obyektin ona məxsus olduğunu bildirərək onlarla razılaşmamışdır. 13 dekabr 2021-ci il tarixdə həmin obyektə o, bacısı Ülviyyə, mərhum qardaşının dostu Baba, Nəriman, Sabir, sonradan isə Sahib və bacısı Aybəniz gəlmişlər. Təxminən saat 18 radələrində Güllübəyim içəri daxil olmuş, bacısı Ülviyyənin üzərinə hücum çəkərək heç bir səbəb olmadan onun üz nahiyyəsinə yumruq vurmuş, bundan sonra əlindəki çantanı Ülviyyənin başına çırpmışdır. O da ayağa qalxaraq Güllübəyimi sakitləşdirmək istəyən zaman sonuncu onun üz nahiyyəsindən yumruq vurmuş və boğazından tutaraq çantasını dəfələrlə baş nahiyyəsindən vurmuşdur. Eldənizin dostu Nəriman çətinliklə Güllübəyimin əlini onun boğazından çəkmiş və “bibi öldü axı, əl çək sözlərini demişdir. Aybəniz Güllübəyimə tərəf gedərək sakitləşməsini bildirən zaman, sonuncu bacısının başına yumruqla vuraraq sinəsini dırnaqları ilə cızmışdır. O, özündə güc taparaq yenidən Güllübəyimə tərəf getmiş və onun sakitləşməsini istəyən zaman sonuncu əlindəki çanta ilə sol tərəfinə, qabırğasının üstünə var gücü ilə vuraraq itələyərək yerə yıxmışdır. O, huşunu itirərək özündən getmişdir. Güllübəyimin əlindəki çanta çox ağır olmuş, sanki içərisində daş var idi. Bir müddət sonra bacıları təcili-tibbi yardım çağırmış və bunu görən Güllübəyim oradan çıxaraq getmişdir. O, yeriyə bilməmidiyi üçün təcili-tibbi yardım maşınına qohumları onu qucaqlarına almış, sonra o, xəstəxanaya aparılmışdır. Orada onu müayinə etsələr də, şiş olduğu üçün ertəsi günü gəlməyini məsləhət bilmişlər. Sonradan o, “İstanbul NS” klinikasına gedərək orada KT-dən keçmiş və məlum olmuşdur ki, mübahisə zamanı Güllübəyim onun sol nahiyyəsindən əlindəki çanta ilə vuraraq 3 qabırğasını sındırıb. O, qohum olduğu üçün ilk öncə bu barədə polisə müraciət etməmiş, lakin sonradan Güllübəyim ondan və bacılarından polisə şikayətçi etdiyi üçün o da ora müraciət etmişdir. Onu da qeyd edir ki, hadisə zamanı Elsevər, Ədalət və Firudin orada olmamış, onlar Güllübəyimi nə döyməmiş, nə də təhqir etməmişlər. Hadisənin ertəsi günü polis əməkdaşı onu sexə çağırdığı üçün bacılarının köməkliyi ilə o, oraya getmiş, lakin orada hansısa iş görməmişdir. Eyni zamanda bildirir ki, hadisədən təxminən bir ay əvvəl evində yıxılaraq soldan Vİİİ qabırğasını sındırmış, Təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş xəsarətlər nəticəsində isə onun İX, X, Xİ qabırğalarında sınıq əmələ gəlmişdir. Təqsirləndirilən şəxslə hər-hansı barışığı yoxdur, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 zərər şəkmiş şəxsin ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Tbilisi prospekti, 56 saylı ünvanda yerləşən çörək sexini 3-4 ildir icarə əsasında işlədir. Ondan əvvəl oranı Şahid4 işlətmişdir. Obyekt Təqsirləndirilən şəxs adına olduğu üçün icarə müqaviləsini onunla bağlasa da, sex mərhum dostu Eldəniz Əliyevə məxsus idi. Sadəcə olaraq X10 Respublikasında qeydiyyatda olduğu üçün obyekti Bakı qeydiyyatında olan bibisi qızı Güllübəyimin adına sənədləşdirmişdir. Eldəniz rəhmətə gedənə qədər Güllübəyim ümumiyyətlə obyektə gəlib-getməmiş və o, icarə haqqını heç vaxt ona verməmişdir. 13 dekabr 2021-ci il tarixdə sexə Nəzakət, Ülviyyə, Süleyman, Sabirlə birlikdə gəlmiş, sonradan isə Sahib və Aybəniz də ora gəlmişlər. Təxminən saat 18 radələrində Güllübəyim içəri daxil olaraq Ülviyyənin üzərinə hücum çəkərək onun üz nahiyyəsinə yumruq vurmuş, bundan sonra əlindəki çantanı Ülviyyənin başına çırpmışdır. Nəzakət ayağa qalxaraq Güllübəyimi sakitləşdirmək istəyən zaman sonuncu Nəzakətin üz nahiyyəsindən yumruq vurmuş və boğazından tutaraq çantasını dəfələrlə baş nahiyyəsindən vurmuşdur. O, çətinliklə Güllübəyimin əlini Nəzakətin boğazından çəkmiş və onları sakitləşdirmək istəmişdir. X5 tərəfə gedərək ondan sakitləşməyi istəmiş, bu zaman Güllübəyim əlindəki çanta ilə Nəzakətin qabırğasının üstünə vuraraq onu itələmiş və Nəzakət yerə yıxılmışdır. Bunu görən Güllübəyim sexdən kənarlaşaraq getmişdir. Onlar dərhal təcili-tibbi yardıma müraciət etmiş və bir müddət sonra onlar Nəzakəti qucaqlarına alıb tibbi yardım avtomobilinə əyləşdirib onu xəstəxanaya yollamışlar. Qeyd edir ki, hadisə vaxtı Elsevər orada ümumiyyətlə olmamış, o isə Güllübəyimə zəng edərək qohumlarının sexi dağıtdığını və oraya gələrək obyektin açarlarını dəyişməsini deməmiş, çünki ümumiyyətlə onun nömrəsini bilmir. Sahib adlı şəxs də sexdə Güllübəyimi hədələməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Tbilisi prospekti, 56 saylı ünvanda yerləşən çörək sexini mərhum qaynı Eldəniz özü öz hesabına tikdirmiş, rəhmətə gedənə qədər də onunla birlikdə orada işləyərək ailələrini dolandırmışlar. Həmin obyekt tikiləndən orada çörəkçi kimi Nəriman da çalışmış, Eldəniz rəhmətə getdikdən sonra isə Nəriman oranı icarə əsasında işlətmişdir. X10 Respublikasında qeydiyyatda olduğu üçün həmin obyekti Bakı qeydiyyatında olan bibisi qızı Güllübəyimin adına sənədləşdirmiş və sonuncunun sex ilə hansısa bir əlaqəsi olmamışdır. 13 dekabr 2021-ci il tarixdə sexdə baş vermiş mübahisə zamanı o orada olmamış, sadəcə olaraq sonradan arvadı Nəzakət həmin günü axşam xəstəxanadan evə gələn zaman hadisəni ona danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunda izahat verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mərhum Eldəniz Əliyevlə 25 il dostluq etmiş, birlikdə şərikli işlər görmüş, hətta Eldənizin ona 140.000 manat borcu olmuşdur. 2021-ci ildə Eldəniz rəhmətə getdiyi üçün bu borcla bağlı o, ilk olaraq Eldənizin qardaşı Elsevərlə, sonra isə digər qohumları və bacıları ilə söhbətlər aparmışdır. 13 dekabr 2021-ci il tarixdə, axşam saat 6 radələrində borcun qaytarılması ilə bağlı Eldənizə məxsus, lakin sənəddə onun bibisi qızı Güllübəyimin adına olan sexə gedəndə orada Güllübəyimlə üç bacı olan Nəzakət, Ülviyyə və Aybənizin dalaşdığını, Nəzakətin çarpayıya dəyərək yerə yıxıldığını, Güllübəyimin isə əlindəki çanta ilə onu vurduğunu görüb digər şəxslərlə birlikdə onları aralamağa çalışmışdır. Daha sonra ora təcili-tibbi yardım çağırılmış və onların köməkliyi ilə Nəzakət maşına qoyularaq xəstəxanaya aparılmışdır. Güllübəyim isə həmin vaxtı çıxıb getmişdir. Hadisə baş verən vaxtı o, Güllübəyimdən sexin satılaraq onun 140.000 manat pulunun verilməsini tələb edib ona hədə-qorxu gəlməmişdir. Sadəcə olaraq onun da bu məsələdən xəbəri olsa da, sexin ona məxsus olduğunu deyib geri qaytarılmasından boyun qaçırır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli, 001296 saylə şəhadətnamənin surətinə əsasən ünvan 1 ünvanda yerləşən birmərtəbəli binanın 88,5 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir (İ cild, i.v.12); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X14 Nəsimi rayon şöbəsinin: • 09.01.2022-ci il tarixli, 1244 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol əlin İİ barmağının qançırı küt əşyanın təsirindən xx.xx.2021ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin edilmir. Bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür (İ cild, i.v.41-42); • 15.01.2022-ci il tarixli, 1255 saylı rəyinə görə Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançır-şişkinliyi, sol yanaq və döş sümüyü nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiyindən, dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilər (İ cild, i.v.47-48); • 28.06.2022-ci il tarixli, 17 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançır-şişkinliyi, sol yanaq və döş sümüyü nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərdən soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançırşişkinliyi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər, sol yanaq və döş sümüyü nahiyələrinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərdən soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançır-şişkinliyi müxtəlif şəraitlərdə, o cümlədən yıxılaraq həmin nahiyəsinin sərt müstəviyə çırpılmasından yarana bilərdilər. Bu məsələnin dəqiq həlli istintaq yolu ilə aydınlaşa bilərdi. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə çəkilmiş döş qəfəsinin rentgen müayinəsində aşkar edilmiş soldan Vİİİ qabırğanın arxa qoltuq xətti üzrə bitmiş sınığın xx.xx.2021-ci il tarixdə baş vermiş hadisə ilə səbəbli əlaqəsi inkar edilir və qərarda göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə də əmələ gəlməsi istisna olunmur (İ cild, i.v.81-83); • “X15” X14 Bakı şəhər Nəsimi rayon Polis idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 1479 saylı məktubuna əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 21:15də 5 saylı X16 Stansiya briqadasının müşayəti ilə Mərkəzə gətirilmişdir. Xəstənin dediyinə görə Moskva prospekti 26-da çörək sexində yıxılıb. Xəstəyə döş qəfəsi rentgenoqrafiya, qarın boşluğu ultrasəs müayinə olundu, patalogiya aşkar edilmədi (Diaqnoz: döş qəfəsinin sol yarısının küt travması). Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, saat 20:40-da X12 müraciət etmişdir. Xəstənin dediyinə görə evdə yıxılıb. Xəstəyə rentgenoqrafiya, ultrasəs müayinəsi olundu, tibbi məsləhət verildi (Diaqnoz: döş qəfəsinin arxa sol yarısının yumşaq toxumalarının əzilməsi) (İ cild, i.v.76); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.163). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Verilmiş ittihama əsasən təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Ali Məhkəmənin Plenumunun bir sıra qərarları bu cinayətin səciyyəvi əlamətlərinin şərhi və izahına həsr olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli qərarında qeyd etmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (5-ci bənd). Ali Məhkəmənin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin qərarda vurğulanır ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz (6-cı bənd). “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinadsızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyətilə cinayət törətmə çox hallarda təqsirkarın neqativ davranışı barədə zərər çəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Ona görə də motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna olunmalıdır. Yuxarıda qeyd olunan qərarlarda xuliqanlığa verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq kimi qiymətləndirilməməlidir. Məhkəmədə tədqiq olunmuş işin faktiki hallarından belə aydın olur ki, hazırki hadisənin baş verməsinin səbəbi Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin vəfat etmiş X6 məxsus olmasına və bu səbəbdən də obyektin geri qaytarılmasına dair sonuncunun yaxın qohumları, o cümlədən bacısı, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaranmış və davam edən mübahisə olmuşdur. 13 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs öz mülkiyyətində olan həmin obyektə gələrkən orada Zərərçəkmiş şəxs və digər şəxslər olmuş, əmlak məsələsi ilə bağlı aralarında təkrar yaranmış mübahisə zamanı dava-dalaş düşmüş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə əlindəki çanta ilə zərbələr vurmuşdur. Nəticədə sonuncu yerə yıxılıb sərt müstəviyə çırpılmaqla soldan İX, X, Xİ qabırğaların paravertebral xətt üzrə qapalı yerdəyişməyən sınıqları ilə müşayiət olunan döş qəfəsinin sol yarısının qançır-şişkinliyi, sol yanaq və döş sümüyü nahiyələrinin sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Bu münaqişə daha sonra böyüməmiş, obyektdən kənara çıxmamışdır. Beləliklə müəyyən edilir ki, təqsirləndirilən şəxslə qohumu olan zərər çəkmiş şəxs arasında qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə və bundan irəli gələn münaqişəli vəziyyət olmuş, qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, bununla da təqsirləndirilən şəxsin qəsdi müstəsna olaraq zərər çəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun hərkətində hər-hansı xuliqanlıq niyyəti olmamış və buna dair ittiham tərəfi digər tutarlı dəlil təqdim etməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə deyil, əmlak məsələsindən törəyən və əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində yaranan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid olan əməl kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını iş yeri üzrə çəkməli, cəzasının əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X3 məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancının tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-275/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-275/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver