Məhkəmə qərarları › İş №1(006)-276/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-276/2021

03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-276/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, tutulduğu günə qədər həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 183 ünvanında yerləşən “X3 1” klinikasının birinci mərtəbəsində yerləşən həkim otağının qapısını qapının üzərində olan açarla açıb oraya qanunsuz daxil olaraq iş masasının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisindən bir ədəd 10 manat dəyərində “xxxx” ASC-yə məxsus 4127-2081-2430-6563 nömrəli plastik kart, bir ədəd 10 manat dəyərində “xxxx” ASC-yə məxsus 4169-7413-5109-0657 nömrəli plastik kart və içərisində 1250 manat nağd pul olan 5 manat dəyərində “Banana” markalı pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1275 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, işsiz olduğu və maddi sıxıntıları olduğu üçün 09 yanvar 2021-ci il tarixdə oğurluq etmək qərarına gəlmişdir. O, 09 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində ünvan 4 ünvanda yeləşən “X3 1” adlı xəstəxanaya daxil olmuş və xəstəxanaya daxil oİduqda birinci mərtəbədə həkim otaqlarının birinin qapısını qapının üzərində olan açarla açaraq həmin otağa daxil olmuşdur. O, həmin otaqda masanın üzərində qadın əl çantası olduğunu görmüş, həmin əl çantasını açmış və içərisində çəhrayı rəngli pul kisəsinin olduğunu görmüşdür. Həmin pul kisəsini açmadan cibinə qoymuş və həmin otağı tərk edərək xəstəxanadan çıxıb getmişdir. Xəstəxanadan bir az uzaqlaşdıqdan sonra pul kisəsinə baxdıqda pul kisəsinin içərisində 1250 manat nağd pul, sahibinə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olduğunu görmüşdür. O, 1250 manat pulu götürmüş, pul kisəsini isə içindəki sənədlərlə birlikdə yolun kənarına atmışdır. Cinayət yolu ilə əldə etdiyi 1250 manat pulu şəxsi ehtiyaclarına, evin ərzaqlarına və sair xərcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara pul kisəsini atdığı yeri göstərmiş və onlar həmin pul kisəsini həmin yerdən götürmüşlər. Daha sonra özünü təqsirli bilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, 3-cü dərəcə əlilliyinin olmasını və anasının onun himayəsində olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, ünvan 5 ünvanda yerləşən “X3 1” adlı klinikada tibb bacısı vəzifəsində çalışır. 09 yanvar 2021-ci il tarixdə, günorta saat 12 radələrində özünə məxsus əl çantasını klinikada 1-ci mərtəbədə həkim otağında stolun üstündə qoyaraq əməliyyata getmiş, otaqdan çıxarkən qapını açarla bağlamış və açarı qapının üzərində saxlamışdır. Təxminən saat 15 radələrində əməliyyat başa çatdıqdan sonra həmin otağa geri qayıtmışdır. Otağa qayıtdıqda çantasının açıq vəziyyətdə oturacağın üzərində olduğunu və içərisində təxminən 1250 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, xxxxa məxsus plastik hesab kartı və nişanlısı X1 adı qeyd olunan xxxxa aid plastik hesab kartı olan çəhrayı rəngli pul kisəsinin yerində olmadığını və oğurlandığını görmüşdür. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və sonuncuya ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.03.2021-ci il tarixli, 9/1329 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd çəhrayı rəngli, ölçüsü 9,5x18,5 olan, süni dəri materialından hazırlanmış “Banana” markalı pul kisəsinin qiyməti 5 manat, bir ədəd “xxxx” ASC-nə məxsus 4127 2081 2430 6563 seriyalı plastik kartın qiyməti 10 manat, bir ədəd “xxxx” ASC-nə məxsus 4169 7413 5109 0657 seriyalı plastik kartın qiyməti 10 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.217-220); - “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 12.03.2021-ci il tarixli qərarla bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd çəhrayı rəngli süni dəri materialından hazırlanmış “Banana” markalı pul kisəsi, bir ədəd “xxxx” ASC-yə məxsus 4127 2081 2430 6563 seriyalı plastik kart, bir ədəd “xxxx” ASC-yə məxsus 4169 7413 5109 0657 seriyalı plastik kart iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir (İ cild, i.v.228-232); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli, 4(006)-29/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.99-101); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.03.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 1) Yasamal Rayon Məhkəməsinin 30.06.2015ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və 29.02.2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 03 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuş, 2) Nəsimi Rayon Məhkəməsinin 06.03.2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 06.03.2020-ci il tarixdə Xətai Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl cəzasını çəkməkdən azad edilmişdir. 15.05.2020ci il tarixdə cəza müddəti bitmişdir (İ cild, i.v.208-210, 212-216). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. şıyaşaY“ sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.3-cü maddəsi isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 yanvar 2021-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 183 ünvanında yerləşən “X3 1” klinikasının birinci mərtəbəsində yerləşən həkim otağına qanunsuz daxil olmuş, iş masasının üzərinə qoyulmuş Zərərçəkmiş şəxs məxsus əl çantasından içərisində bir ədəd 10 manat dəyərində “xxxx” ASC-yə məxsus 4127-2081-2430-6563 nömrəli plastik kart, bir ədəd 10 manat dəyərində “xxxx” ASC-yə məxsus 4169-7413-5109-0657 nömrəli plastik kart və içərisində 1250 manat nağd pul olan 5 manat dəyərində “Banana” markalı pul kisəsini oğurlayıb zərər çəkmiş şəxsə ümumilikdə 1275 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs oğlu əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, bununla da yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olmasını, cinayətin törədilməsi vərdişinin dayanıqlılığını, məhkum edildikdən və cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs oğlu cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə "həbs" qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 13 yanvar 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd çəhrayı rəngli süni dəri materialından hazırlanmış “Banana” markalı pul kisəsi, bir ədəd “xxxx” ASC-yə məxsus 4127 2081 2430 6563 seriyalı plastik kart, bir ədəd “xxxx” ASC-yə məxsus 4169 7413 5109 0657 seriyalı plastik kart Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli, Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs oğlunun məhkəmədə hüquqlarını müdafiə etmiş 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd çəhrayı rəngli süni dəri materialından hazırlanmış “Banana” markalı pul kisəsi, bir ədəd “xxxx” ASC-yə məxsus 4127 2081 2430 6563 seriyalı plastik kart, bir ədəd “xxxx” ASC-yə məxsus 4169 7413 5109 0657 seriyalı plastik kart Zərərçəkmiş şəxs qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar