Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-277/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 16 sentyabr 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə 28 May küçələrinin kəsişməsində olarkən, 28 May küçəsi istiqamətində piyada hərəkətdə olan Zərərçəkmiş şəxs və sonuncunun əmisi oğlu Şahid yaxınlaşıb aralarında olan rolların bölgüsünə görə X1 Əsədullayevlə ünsiyyət quraraq öz niyyətlərini həyata keçirilməsini asanlaşdırmaq məqsədilə sonuncunu özü ilə birlikdə oradan uzaqlaşdırmış, o isə Zərərçəkmiş şəxs mağazadan su almasını xahiş etmiş, Zərərçəkmiş şəxs su alması üçün cibindən 1 manat pul çıxararaq təqdim edərkən Təqsirləndirilən şəxs guya vətəndaşların mərhəmət hissini yoxlamaq üçün sosial eksperiment keçirdiklərini bildirib Zərərçəkmiş şəxs üzərində olan pulları göstərməsini təklif etdikdə, sonuncu cibində olan 120 manat pulu çıxaran zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan 120 manat pulu götürüb şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hər ikisi hadisə yerindən qaçıb uzaqlaşmaqla həmin pulu birlikdə xərcləməklə özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs 120 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Ərəstun adlı dostu ilə birlikdə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrosu yaxınlığında olan zaman gündəlik xərcləməyə pulları qalmadığından tanımadıqları şəxslərə yaxınlaşıb onlardan sosial eksperiment adı ilə pul istəməyi onlar planlaşdırmışlar. Bundan sonra, xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində R.Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsi istiqamətində olarkən onlar iki nəfərə yaxınlaşmışlar. Ərəstun adlı dostu həmin şəxslərdən birinə, o isə sonradan şəxsiyyəti tam olaraq məlum olan Zərərçəkmiş şəxs yaxınlaşmış, ona yaxınlaşmaqda məqsədi onun cibindəki pulu eksperiment adı ilə alıb geri qaytarmamaq olmuşdur. Bundan sonra, Zərərçəkmiş şəxs ona su ala biləcəyini soruşmuş, həmin şəxs onunla razılaşmış və ona su ala biləcəyini demiş, bu zaman həmin şəxs cibindəki pul qabından 1 manat pulu çıxarıb ona vermiş, o da həmin şəxsi tərifləyib ona 5 manat pul vermək istədiyini demişdir. Zərərçəkmiş şəxs bunun sosial eksperiment olmasını bildirmiş, lakin, həmin şəxs pulu götürməkdən imtina etmişdir. Daha sonra Zərərçəkmiş şəxs cibində nə qədər pul olmasını soruşmuş, o isə cibindəki pul qabından pulları çıxarıb əlində saxlamışdır. Bu zaman o, Zərərçəkmiş şəxs əlindəki pulu götürüb ona haqqına halal et demiş və ona uzaqlaşmasını tapşırmışdır. Həmin şəxs bir anlıq nə hərəkət edəcəyini bilməmiş və ona heç bir şey demədən narazı halda arxaya çönüb oradan uzaqlaşmışdır. Onun cibində həmin vaxt dırnaqtutan olmuş, lakin həmin əşyadan istifadə etməmişdir. Daha sonra, o, Ərəstuna yaxınlaşmış və 120 manat pul aldığını demiş, bundan sonra, maddi ehtiyaclarına həmin pulu xərcləmişlər. xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində o və Ərəstun 28 May metrosu yaxınlığında olan zaman polis əməkdaşları onlara yaxınlaşmış, o bu zaman qaçmış, Ərəstun isə polis əməkdaşlarına təslim olmuşdur. xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu, Montin adlanan yerdə dostu ilə görüşmək istəyərkən əlində telefon olduğu üçün başı telefona qarışdığından polis əməkdaşları ona yaxınlaşıb onu Polis şöbəsinə aparmışlar. İfadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş zərərin ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmamasını bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Sentyabr ayının 15-dən 16-na keçən gecə saat 00:30 radələrində əmisi oğlu Ülviylə birlikdə R.Behbudov küçəsi ilə 28 May küçəsi istiqamətində hərəkət edərkən, həmin küçələrin kəsişməsinə doğru, piyadalar üçün nəzərdə tutulan səkidə əvvəllər tanımadığı iki nəfər şəxs onları səsləmişdir. O, həmin şəxslərdən sonradan şəxsiyyəti tam olaraq məlum olan Təqsirləndirilən şəxs, Ülvi isə digər şəxsə yaxınlaşmışdır. Həmin şəxslər onlardan su almalarını istədikləri üçün, o, cibindən 1 manat pul çıxarıb yaxınllaşdığı şəxsə vermək istəmiş, lakin Təqsirləndirilən şəxs bunun sosial eksperiment olduğunu və onların pula ehtiyacının olmadığını demişdir. Bundan sonra onun söhbət etdiyi şəxs ona 5 manat uzadaraq götürməsini demiş, o, isə onun puluna ehtiyacının olmadığını demişdir. Bundan sonra həmin şəxs onun cibində nə qədər pul olduğunu soruşduqda, o cibində olan 120 manat pulu çıxarıb ona göstərən zaman həmin şəxs, onun sağ əlindəki pulları ovucunun içindən götürüb və ona uzaqlaşmağını demişdir. O, da həmin şəxsin hərəkətindən qorxmuşdur, belə ki, onunla söhbət edən zaman həmin şəxsin sağ, iç ciblik hissəsində bıçağın olduğunu görmüşdür. Təqsirləndirilən şəxs bıçağı onun üzərinə çıxartmamış, sadəcə olaraq, bıçağı onun cibində gördüyü üçün ondan ehtiyatlanmışdır. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra heç bir şey deməyərək onunla sağollaşmış, daha sonra Ülvi də digər şəxslə sağollaşıb yanına gəlmişdir. Bundan sonra o, əmisi oğlu ilə təxminən 20 metr yollarına davam etdikdən sonra həmin şəxslər onlardan əks istiqamətdə yolu keçib getmişlər. Onları görmədikdən sonra o, əmisioğlu Ülviyə Təqsirləndirilən şəxs onun 120 manat pulunu götürdüyünü demişdir. İlk öncə onlar yaxınlıqdakı post patrul maşınına yaxınlaşmışlar, lakin polislər onlara ərazi üzrə polis bölməsinə getmələrini bildirmişlər. Bundan sonra o, Ülvi ilə birlikdə 102 xidmətinə zəng vurmuş və yaxınlıqda olan 22-ci Polis Şöbəsinə müraciət etmişlər. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsidir (i/v 15-18). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Xətai rayon məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Xətai rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 altı ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli Qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Mili Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək, onun azadlığının məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 1 il 8 ay 5 gün hissəsi 1 il azaldılaraq cəzasının sonu 10 iyul 2022-ci il tarixə müəyyən edilmişdir (cild 01, 190-191, cild 02, 89-97, 98-101). İş materiallarında olan “Axtarışda olan şəxsin yaxalanması barədə” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə gətirilmişdir (i/v 10). İş materiallarında olan “Tutmaq haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 27). İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs diskdə olan videogörüntüyə baxış zamanı həmin videogörüntüdə hadisə baş verməmişdən əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs arxasınca gedən şəxsin özü olmasını, hadisə baş verdikdən sonra videogörüntüdə qaçaraq oradan uzaqlaşan şəxsin X3 olduğunu bildirmişdir (i/v 63). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 02 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 mart 2022-ci il tarixdən hesablanmaqla 02 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 75-78). İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Ədil Bayramova ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş 120 manat maddi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən şikayət və tələbi yoxdur (i/v 105). Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Nəsimi Abuşov tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2022-ci il tarixli, 21-1-3-10755-11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında Azərbaycan Respublikası Mili Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək, onun azadlığının məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 1 il 8 ay 5 gün hissəsi 1 il azaldılmış və cəzasının sonu xx.xx.2022-ci il tarixə dəyişdirilmişdir. Məhkum barəsində Nəsimi rayon məhkəməsinin 4(006)-184/2022 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkumun həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixdən hesablandığından hazırda cəzanın çəkilməmiş hissəsi 03 ay 10 gün təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidin ibtidai istintaq dövründə ifadəsi, videogörüntüyə baxış keçirilməsi, üzləşdirmə aparılması, ifadənin yerində yoxlanılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 31 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X4 vəkil işlədiyi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-277/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13 iyun 2022-ci il tarixdən 06 iyul 2022-ci il tarixədək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 14 (on dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 (üç) il 05 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 03 (üç) ay 10 (on) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-277/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-277/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver