Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-278/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.1967-ci ildə Gədəbəy rayonu, Qumlu kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri məh 27, ev 1, mənzil 47-də qeydiyyatda olan, ünvan 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 2020-ci ilin yanvar ayının əvvəllərində ağır vəziyyətdə xəstə olan qohumu X4 bir müddət qulluq etməsi üçün sonuncunun arvadı Zərərçəkmiş şəxs tərəfindən ona edilmiş təklifə razılıq verdikdən sonra 20 yanvar 2022-ci il tarixdən etibarən Sətdar Nağıyevə məxsus ünvan 1 ünvanda yaşayarkən özgə əmlakını gizli olaraq talama niyyəti ilə 24 yanvar 2022-ci ildə saat 20 radələrində mənzilin yataq otağında olan dolabın üzərində sellofan torbada saxlanılan, Zərərçəkmiş şəxs məxsus həmin günün məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dollar və 300 manat pulu, həmin dolabın içərisində asılqandan asılmış vəziyyətdə saxlanılan Zərərçəkmiş şəxs məxsus olan paltonun sol yan cibindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində qızıl metaldan 750 əyyarlı, İtaliya istehsalı olan, 11 qram çəkidə üzərində qızıl qıfıl formalı burlok olan boyunbağını, 450 manat dəyərində 750 əyyarlı İtaliya istehsalı olan, 9,7 qram çəkidə üzüyü və 1.200 manat dəyərində qəhvəyi rəngli dəri kəmərli qızıldan kişi qol saatını gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 9.250 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. X1 onun anasının dayısı oğludur. O, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Azərbaycanda olarkən hər zaman Sətdar Nağıyevin qulluğunda durmuş, ona köməklik etmişdir. Hətta Rusiyada olarkən bir neçə dəfə Sətdar Nağıyevin arvadı Səidə ondan pul istəmiş, o da bir dəfə 500 manat, bir dəfə 300 manat və bir dəfə də 200 manat göndərmişdir. Belə ki, Sətdar Nağıyevin arvadı üç il bundan qabaq 2019-cu ilin may ayının 14-də ölmüş və o sonradan hazırki iş üzrə Zərərçəkmiş şəxs (Nəsibova) ilə ailə həyatı qurmuşdur. Onun nə əvvəlki arvadından nə də ki, Zərərçəkmiş şəxs uşağı olmamışdır. 2021-ci ilin dekabr ayının 28-də Bakıya gəldikdən sonra da Sətdar Nağıyevə baş çəkmiş, müəyyən köməkliyini göstərmişdir. 2022-ci ilin yanvar ayının 4-də Zərərçəkmiş şəxs ona zəng edərək həyat yoldaşı Sətdarın vəziyyətinin pis olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs şəhərdən kənarda olduğunu, nə köməklik lazımdırsa edəcəyini demişdir. Zərərçəkmiş şəxs da ərini həkimə aparmaq üçün 170 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, xəstəxana ilə danışmış və həqiqətən də orada Sətdara kömək edə biləcək həkimin oldğunu öyrənmiş və Səidəyə 170 manatı göndərərək dayısını xəstəxanaya aparmasını demişdir. Zərərçəkmiş şəxs da onu qonşunun oğlu ilə xəstəxanaya aparmışlar. Növbəti gün isə o özü də şəhərə gəlmiş və Sətdarı başqa bir həkimə aparmış, orada onu müayinə etdikdən sonra dərman yazılmışdır. O həkmiə və dərmanlara 120 manat xərcləmişdir. Ümumilikdə onun bütün bu məsələlərə görə 1500- 2000 manat pulu çıxmışdır. 2022-ci ilin yanvar ayının 20-də Sətdarın arvadı Səidə ona zəng edib ərinin vəziyyətinin çox pis olduğunu, özünün də xəstə olduğu üçün Sətdara qulluq edə bilmədiyini demişdir. O da Sətdargilə gəlmiş və evə girdikdən sonra sonuncunun çarpayıda uzandığını və vəziyyətinin yaxşı olmadığının şahidi olmuşdur. Zərərçəkmiş şəxs isə özünü yaxşı hiss etmədiyi üçün bir saatlıq həkimə gedib qayıdacağını demiş, lakin geri qayıtmamışdır. Onun həqiqətən də xəstəxanaya getdiyini və orada olması barədə məlumatı olmamışdır. Yanvar ayının 26-a kimi o, Sətdarın yanında olmuş və ona qulluq etmişdir. Həmin müddətdə Sətdarın evinə onun qohumları da gəlib-getmişdir. Yanvar ayının 26-sı Sətdar rəhmətə getmiş, o dəfn xərclərini qarşılamışdır. Sonradan isə Zərərçəkmiş şəxs cari ilin mart ayının 7-si Nəsimi rayon polis idarəsinin 20-ci polis şöbəsinə müraciət edərək onun evindən oğurluq etməsi barədə şikayət etmişdir. O anasının dayısı oğlu Sətdarın evindən ittihamda göstərildiyi pul və qızıl-zinət əşyalarını götürməmişdir. Onunla Zərərçəkmiş şəxs arasında müəyyən məsələlər olmuş və o baxımdan istintaq vaxtı həmin əşyaları götürməsi və özünü təqsirli hesab etməsi barədə ifadə vermiş və imza etmişdir. Tutulduğu günün səhərisi bütün ziyanı Zərərçəkmiş şəxs ödəmişdir. İfadəsinin sonunda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam olaraq ödənildiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, həyat yoldaşı X8 xx.xx.2022-ci ildə vəfat etmişdir. Sətdar xərçəng xəstəsi olduğundan 2022-ci ilin yanvar ayının əvvəllərində vəziyyəti ağırlaşmış, onun, özünün ayağında "Qızıl yel" xəstəliyi olduğu üçün Sətdara qulluq edə bilməmişdir. Ona görə də Sətdara qulluq olunması üçün Sətdarın qohumu Təqsirləndirilən şəxs zəng edib Sətdara qulluq olunmasını xahiş etmiş, Mübariz də razılaşaraq xx.xx.2022-ci ildə onlara gəlmiş, o, da müalicə olunmaqdan ötrü X11 getmiş, orda qalmış və müalicə olunmuşdur. Mübariz isə Sətdarla birlikdə onun yaşadığı ünvan 3 ünvanda yaşamış, xx.xx.2022-ci ildə Sətdar vəfat etmiş, o, da yaşadığı evə getmiş, yas mərasimini yola vermiş, xx.xx.2022-ci ildə yaşadığı ünvan 3 ünvanda olan zaman pul lazım olmuş, o, yataq otağında geyim əşyalarının saxlanılması üçün istifadə etdiyi dolabın üzərinə selofan torbada olan 4000 ABŞ dolları pulu və 300 manatı götürmək istəmiş, lakin dolab hündür olduğu üçün əli çatmadığına görə bacısı oğlu X6 çağırmış, sonuncu dolabın üzərinə baxmış, lakin dolabın üzərində heç bir şeyin olmadığını söyləmiş, o, bundan təəccübləndiyi üçün dolabda olan paltonun sol cibində saxladığı qızıldan olan bir ədəd boyunbağı, bir ədəd üzüyün və qızıldan olan kişi qol saatının orda olub-olmamasını yoxlamış və ona məxsus olan həmin əşyaların orda olmadığını aşkar etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və Nəsimi rayon prokuroru vəzifəsini icra edən Kənan Əliyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 mart 2022-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətindən imtina edilmişdir (i/v 41-42, 76-77). İş materiallarında olan şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, dindirmə zamanı ifadəsində göstərdiklərini təsdiq etmişdir və ifadəsi yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, 3-cü Alatava küçəsi 358 nömrəli mənzildə dolabda özünə məxsus pul kisəsinin içərisində saxladığı 300 ABŞ dollar pulu çıxarıb təqdim edərək Nəsimi rayonu, 3-cü Alatava küçəsi 310 nömrəli mənzildən oğurladığı 4.000 ABŞ dollar puldan qalan hissəsi olduğunu bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 300 ABŞ dollar pul götürülmüşdür (i/v 58-63). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 78). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 83). İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir, onunla barışmışdır, şikayət və tələbi yoxdur. Cinayət işinə xitam verilməsini xahiş etmişdir (i/v 84). İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 3 ədəd 100 ABŞ dollar əskinazların maddi sübut kimi tanınması və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır (i/v 87). İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun evindən oğurladığı puldan 300 ABŞ dollarını Nəsimi RPİ-nin müstəntiqi X3 təhvil almışdır (i/v 88). Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil, ona dəymiş zərər tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 300 ABŞ dolları əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-278/2022 saylı, 07 iyun 2022-ci il tarixli qərara əsasən 13 iyun 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 300 ABŞ dolları əskinazların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-278/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-278/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver