Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-279/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Balakən rayonu, Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 sentyabr 2019-cu il tarixdə əmisi oğlu X2 bıçaqlayaraq sonuncuya az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirən, həmin fakta görə Balakən rayon polis idarəsinin İstintaq şöbəsində başlanmış cinayət işi üzrə barəsində axtarış elan edilmiş qohumu Zərərçəkmiş şəxs 24 oktyabr 2019-cu il tarixdə, saat 19:30 radələrində Nəsimi rayonu, Moskva prospektində gördükdə onu tutaraq polis orqanına təhvil vermək məqsədi ilə sonuncuya yaxınlaşıb yumruqla sifət nahiyəsinə qəsdən vurmaqla ona alın nahiyəsində solda sıyrıq, sağ gözaltının qançırı, üst və alt damaqların qansızmaları ilə müşayiət olunan xəsarətlər yetirmiş, daha sonra təpiklə Zərərçəkmiş şəxs qəsdən vurmaqla döş qəfəsinin şişkinliyi, sol 3-cü qabırğa cisminin ön kənarının və sağ 9-cu qabırğa cisminin orta qoltuq xətti üzrə az yerdəyişməli sınıqlarla nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qardaşı Şahid3 məxsus olan ağ rəngli «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar metrosunun yaxınlığından Xırdalan şəhəri istiqamətinə taksiçilik fəaliyyəti işə məşğul olur. Şahid1 əmisidir, X3 atasının əmisi oğludur, həmin şəxslərlə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 30 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs əmisi oğlu X2 heç bir səbəb olmadan bıçaqlamışdır. Bu barədə ona həmin gün evdən anası Zəminə zəng edib demiş və İnqılabın hadisəni törətdikdən sonra Bakıda olduğunu bildirmişdir. Bununla əlaqədar o, əmisi Şahid1lə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Farizi soruşmuş, əmisi Şahid1 Farizin vəziyyətinin ağır olduğunu və axşam Farizi Bakıda yerləşən xəstəxanaya aparacaqlarını bildirmişdir. Daha sonra qardaşı Məftunla söhbət zamanı ona məlum olmuşdur ki, Fariz İnqılab tərəfindən bıçaqlandığı üçün Travmotologiya İnstitutunda əməliyyat olunmuşdur. O, Farizə baş çəkmək məqsədi ilə Travmotologiya İnstitutuna getmiş, orada əmisi Tofiqin oğlu Emil ilə görüşmüş, Emildən Farizi soruşduqda, Emil Farizin əməliyyatda olduğunu bildirmiş, o da işə getməli olduğundan ordan çıxıb işə qayıtmışdır. 22 oktyabr və ya 23 oktyabrda (dəqiq tarixini xatırlamır) işdən çıxıb Nəsimi rayonu, 20 Yanvar metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu zaman hava artıq qaralan vaxtı uzaqdan təxminən 20 metr aralıda Zərərçəkmiş şəxs maşına minən yerdə görmüşdür. Həmin vaxt avtobuslar gəldiyindən maşını saxlamağa yer olmamış, bu səbəbdən maşını kənarda saxlamışdır. Həmin yerdə dayanmış polis serjantına yaxınlaşıb ona axtarışda olan şəxsi gördüyünü bildirmiş, həmin polis serjantı onun sözlərinə fikir verməyib heç nə deməyərək çevrilib çıxıb getmişdir. Daha bu barədə heç kimə bildirməyərək taksiçilik fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin gün təxminən saat 22:00 radələrində evə qayıtdıqdan sonra əmisi Tofiqə zəng edib ona İnqılabın 20 Yanvar metrosunun yaxınlığından taksiyə minib naməlum istiqamətə getdiyini gördüyünü bildirmişdir. Əmisi Tofiq ona ehtiyatlı olmasını, İnqılabın gəlib ona və qardaşı Məftuna da xəsarət yetirə biləcəyini demiş, o, qardaşı Məftuna da İnqılabı 20 yanvar metrostansiyasının yaxınlığında gördüyünü demişdir. Qardaşı Məftundan və əmisi Tofiqdən başqa heç kimə İnqılabı gördüyünü deməmişdir. 24 oktyabr 2019-cu il tarixdə həmişəki kimi iş yerindən çıxıb 20 Yanvar metrosunun yanına taksiçilik fəaliyyəti ilə məşğul olmağa getmişdir. Təxminən bir saat müddətində o, müştəriləri Xırdalan şəhərinə aparıb geriyə qayıtmışdır. Təxminən saat 21 radələrində Nəsimi rayonu, 20 Yanvar metrosundan yuxarıya - «Şamaxinka» adlanan yer istiqamətində yerləşən avtobus dayanacağının yanında «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb yanında dayanaraq müştəri gözləmişdir. O, ani bir anda arxa istiqamətdə çevrildikdə Zərərçəkmiş şəxs ona yaxınlaşdığını görmüş, həmin vaxt İnqılab ilə aralarında məsafə 1,5 metr olmuşdur. İnqılab əlindəki açılmış vəziyyətdə bıçaqla onun üzərinə doğru gəlmiş və əlindəki bıçaqla artıq onun yanında olduğundan o, əli ilə onun sinəsindən itələmiş, İnqılab yaxınlıqda olan səkinin üzərinə üzü üstə yıxılmışdır. Həmin vaxt İnqılabın əlindəki bıçaq yerə düşmüş, İnqılab yıxılarkən səkiyə möhkəm dəymiş, bundan sonra İnqılab xəsarətlər aldığından ona hücum edə bilməmişdir. O, İnqılabın yerdəki bıçağı götürərək onun üzərinə gələcəyini ehtimal edib cəld şəkildə İnqılaba yaxınlaşmış, qolundan tutmuş, ətrafa nəzər keçirdikdə polis əməkdaşının olmadığını görmüşdür. O, hər ehtimala «Polis» deyərək qışqırmış, lakin ətrafda polis olmadığından onlara polis əməkdaşının yaxınlaşmayacağını bilmişdir. İnqılabın uzun müddət axtarışda olduğunu, polisdən qaçıb gizləndiyini, bundan əlavə gələcəkdə ona qohumlarına yenidən zərər yetirə biləcəyini düşündüyündən onu aparıb polisə təhvil verməyi qərarlaşdırmışdır. Bununla əlaqədar İnqılabı idarə etdiyi «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının sağ tərəfində əyləşdirmişdir. Həmin vaxtı yanlarından keçən tanımadığı bir nəfər vətəndaşdan avtomobili sürə bilib-bilmədiyini soruşmuş, həmin şəxs onun avtomobilini idarə etməsinin səbəbini soruşduqda o, avtomobildə əyləşən İnqılab adlı şəxsin axtarışda olan adam olduğunu, həmin şəxsin onun əmisi oğlunu bıçaqladığını və hal-hazırda ona xəsarət yetirmək istədiyini, ətrafda polis əməkdaşı olmadığından İnqılabı polisə aparıb təhvil verməkdə köməklik etməsini xahiş etmişdir. Həmin şəxs ətrafda polis olmadığını gördükdən sonra ona köməklik etməyə razılıq vermişdir. Bundan sonra həmin şəxs avtomobili idarə etmiş, o avtomobilin arxa oturacağının sağ tərəfində, İnqılab isə avtomobilin arxa oturacağının sol tərəfində əyləşmişdir. Onun avtomobilin arxa oturacağında İnqılabın yanında əyləşməkdə məqsədi isə İnqılabın avtomobildən düşüb qaçmaması olmuşdur. Avtomobili idarə edən tanımadığı şəxsə Abşeron rayonu, Gənclər şəhərciyi istiqamətində idarə etməsini xahiş etmişdir. Bundan sonra istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsində kontur olmadığından «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə əmisi Tofiqin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib 20 yanvar metrostansiyasının yaxınlığında İnqılabı onu vurmağa gəldiyi zaman tutduğunu, polisə təhvil vermək üçün apardığını, lakin şəhəri tanımadığını bildirmişdir. Əmisi Tofiq ona «gözlə, indi sənə zəng gələcək, nömrəni polis əməkdaşlarına verirəm» demişdir. Balakən RPŞ-dən ona sonu «07» ilə bitən mobil telefon nömrəsindən zəng gəlmişdir. Həmin polis əməkdaşına şəhəri tanımadığını bildirdikdə, onunla danışan polis əməkdaşı onun Abşeron Gənclər şəhərciyinə gəlməsini bildirmişdir və həmin yerdə onu polislərin gözləyəcəyini demişdir. Onunla danışan polis əməkdaşına maşınının nömrəsini də demiş, polis əməkdaşı ona Abşeron Gənclər şəhərciyinin yaxınlığında yerləşən piyada keçidin yanında polis əməkdaşlarının onu gözlədiklərini bildirmiş, o da artıq həmin yerə çatdığını bildirmişdir. Abşeron Gənclər şəhərciyinin yaxınlığında yerləşən piyada keçidin yaxınlığında avtomobilini idarə edən tanımadığı şəxsə 5 manat pul verərək onu yola salmış, özü isə İnqılabla birlikdə avtomobildə əyləşərək polislərin yaxınlaşmasını gözləmişdir. Avtomobildə əyləşən vəziyyətdə ətrafa baxdıqda polis əməkdaşı görməmişdir. Belə ki, ona «Tofaş» və «Mersedes C» markalı avtomobildə polis əməkdaşlarının gözləyəcəklərini demişlər, lakin göstərilən avtomobillər orada olmamışdır. Təxminən 4-5 dəqiqədən sonra qardaşı Məftun və əmisi Eldəniz əyləşdiyi avtomobilə yaxınlaşmışlar, o qardaşı Məftuna və əmisi Eldənizə İnqılabın 20 yanvar metrostansiyasının yaxınlığında ona bıçaqla xəsarət yetirmək istəyərkən tutduğunu, polis əməkdaşları ilə əlaqə saxladığını, polis əməkdaşlarının «Tofaş» və «Mercedes C» markalı avtomobillərlə onları burada gözləməli olduqlarını demişdir. Qardaşı Məftun və əmisi Eldəniz ətrafa nəzər keçirsələr də, orada göstərilən avtomobillərin və ya polis əməkdaşlarının olmasını aşkar edə bilməmişlər. Qardaşı Məftunun və əmisi Eldənizin orada olduğunu haradan bildiklərindən məlumatı olmamışdır. Belə ki, o özü onlara zəng edib baş verənlər barəsində məlumat verməmişdir. Həmin vaxtı əmisi Tofiq onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ona həmin yerdə polisin olmadığını bildirmişdir. Əmisi Tofiqdən nə edəcəyini soruşduqda ona «burada, yəni Balakəndə polislərin xəbəri var, mən artıq danışmışam, bütün postlar da bilirlər, rayon polisləri də qabağınıza gəlir, İnqılabı gətirin gəlin rayona» demişdir. Həmin ərəfədə İnqılab da ondan onu Balakən rayon polisinə təhvil vermələrini xahiş etmişdir. 20 yanvar metrostansiyasının yaxınlığından Abşeron rayonu ərazisindəki həmin keçidə çatdıqdan sonra orada avtomobil 5-6 dəqiqə müddətində olmuşdur. Bundan sonra onlar avtomobillərə əyləşərək Balakən rayonuna yola düşmüşlər, avtomobili qardaşı Məftun idarə etmiş, əmisi Eldəniz avtomobilin ön oturacağında, onunla İnqılab isə avtomobilin arxa oturacağında əyləşmişlər. Bakı şəhərindən Balakən rayonu istiqamətinə avtomobillə hərəkətə başlamamışdan əvvəl o, əmisi Tofiqlə və Balakən RPŞnin polis əməkdaşları ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin ərəfədə Balakən RPŞ-nin iki müxtəlif əməkdaşı ilə mobil telefon vasitəsi ilə danışmış, onlardan birinin mobil telefon nömrəsinin sonu «07» ilə bitirdi, digərini isə xatırlamır. Bakı şəhərindən Balakən şəhərinə yola düşərkən mobil telefonunun cərəyanı qurtardığından daha heç kimlə telefon əlaqəsi saxlaya bilməmişdir. Avtomobillə hərəkətdə olarkən İnqılab heç nə danışmamış, sadəcə bir dəfə siqaret və su istəmişdir. Balakən rayonu istiqamətində avtomobillə hərəkətdə olarkən tanımadığı rayon ərazisində avtomobili saxlamış, mağazadan su alıb yollarına davam etmişlər. Avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olduqları zaman təxminən Şəki rayonuna çatmamış (hansı yerdə olduğunu dəqiq xatırlamır) görmüş ki, qarşı hərəkət zolağından «Mercedes Vita» markalı maşın keçmişdir. Həmin vaxt Məftun avtomobilin siqnalını vermiş, daha sonra isə əmisi Tofiqə zəng edərək «əmi, sənsən?» deyə soruşmuş, əmisi Tofiq də «mənəm, dal-qabaq gedək rayona» deyə cavab vermişdir. Bundan sonra əmisi Tofiqin əyləşdiyi avtomobil qarşıda onlar isə onun arxası ilə yollarına davam etmişlər. Təxminən saat 03 radələrində Balakən şəhəri «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına çatmışlar. Həmin yerdə əmisi Tofiqin əyləşdiyi avtomobil yanacaqdoldurma məntəqəsinin yanında saxlamış, Məftun da avtomobili həmin yerdə saxlamışdır. Həmin yerdə «Niva» markalı avtomobildə polis əməkdaşları gəlmişlər, onlar İnqılabı polis əməkdaşlarına təhvil vermişlər. Daha sonra ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirmədiyini bildirərək, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Rəsmiyyə və qızı Günay Rusiya Federasiyasında yaşayır, oğlu Fərid 2017-ci ilin yanvar ayının 9-da Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilmişdir. Şahid1 doğma əmisi oğludur, uşaqlıqdan çox yaxın münasibətləri və ailəvi get-gəlləri olmuşdur. Lakin o, Rəsmiyyə ilə Tofiq arasında münasibət olduğunu öyrənmiş, bundan sonra Tofiqin işlədiyi Balakən şəhərində yerləşən «Emil» kişi geyimləri mağazasının qarşısına getmişdir. Gedərkən özünə məxsus olan odlu silahı da idman çantasına qoyub aparmışdır. Fikri mağazada Tofiqi tutub silahla qorxudub ona qarşı etdiklərini Tofiqə etiraf etdirmək olmuşdur. Tofiqin oğlu Fariz gəlib mağazanı açmağa başlamışdır. Farizi görəndə bir anlıq elə bilmişdir ki, Tofiqin üzünü görüb. Tofiqin namussuzluqları gözünün önündən keçmişdir. Bir müddət sonra mağazaya girmişdir. Mağazaya girəndə bıçaq üstündə olmuşdur. Xatırladığı qədər mağazada heç kim olmamışdır. İçərisində silah olan çantanı içəri girəndə mağazanın baş hissəsində yerə qoyub Farizə yaxınlaşmışdır. Təxminən 5 dəqiqə Farizlə hal-əhval tutub danışmışdır. Atasının gəlib gəlməyəcəyini də soruşmuşdur. Fariz ona atasının gəlməyəcəyini bildirmişdir. Fariz onunla gülüb danışıb sağollaşanda yenə atasının üzü gözünün qarşısına gəlmişdir. Fikirləşmişdir ki, deməli üzünə gülüb arxasınca belə işlər çevirirmişlər. Bir anlıq gözü qaralmışdır. Tofiq gözünün qabağına gəlmiş və Tofiqi cəzalandırmaq istəmişdir. Atasının gəlməyəcəyini bildikdə bütün nifrətini Farizə yönəltmişdir. Tofiq orada olmadığına görə Farizə xəsarət yetirmişdir. Əlindəki bıçaqla bir neçə dəfə Farizin əl-qol və ayaq nahiyələrinə zərbə vurmuşdur. Daxili orqanlarına xəsarət yetirməmişdir. Farizi öldürmək fikri olmamışdır. Ordan çıxıb hazırda xatırlamadığı taksiyə minib evin yaxınlığındakı fındıq bağı sahəsinə getmişdir. Bağda siqaret çəkdikdən sonra Hənifə kəndi tərəfdən marşrut avtobusuna minib Balakən şəhəri «Beynəlxalq» bankın qarşısında düşüb taksiyə minib Zaqatala şəhərinə getmişdir. Zaqatala şəhərindən taksiyə minib Bakı şəhərinə getmişdir. 30.09.2019-cu il tarixdə axşam artıq Bakı şəhərində olmuşdur. Bakı şəhərində Nəsimi bazarının yaxınlığında sutkalıq kirayəyə verilən evdə qalmışdır. 24.10.2019-cu il tarixə qədər Bakı şəhərində qalmışdır. 24 oktyabr 2019-cu il tarixdə təxminən axşam saat 18 radələrində Nüşabəgilə getmək üçün 20 Yanvar metrosunun yaxınlığından “Şamaxinka” adlanan yerə getmişdir. Həmin yerdə Xırdalana gedən taksilər dayanmışdır. Taksi 4 nəfər sərnişini gözləmişdir. Ondan başqa bir sərnişin də olmuşdur. Sürücü daha iki nəfər sərnişini gözlədiyindən taksinin yanında dayanıb siqaret çəkmişdir. Bu zaman arxadan baş nahiyəsinə güclü zərbə dəymişdir. Bir anlıq arxadan onu maşın vurduğunu hesab etmişdir. Ağzı yuxarı yerə yıxılmışdır. Görmüşdür ki, Tofiqin qardaşı Nazimin oğlu Təqsirləndirilən şəxs başının üstündə durub onu təpikləyir. Pərvizin yanında başqa bir tanımadığı şəxs olmuşdur. Həmin şəxs də onu təpikləmişdir. Ətrafdakı adamlar köməyə gəlmək istədikdə Pərviz ucadan “mənim qardaşımı bıçaqlayıbdır” deyərək yaxına gələni ucadan söymüşdür. Bu səbəbdən də ona kömək edən olmamışdır. Həmin vaxt ətrafda polis əməkdaşları da olmamışdır. Pərvizlə birlikdə tanımadığı iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri Pərvizlə birlikdə onu döymüş, digər şəxs isə vurmamışdır. Təxminən 15 dəqiqə ərzində onu döymüşlər. Hətta Pərvizə ayağa durub onunla danışmaq istədiyini desə də imkan verməmişdir. Həm Pərviz, həm də yanındakı iki nəfər şəxs onu zorla Pərvizə məxsus olan ağ rəngli «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı maşına mindirmişlər. Maşının sükanına onu döyən şəxs əyləşmişdir. Digər şəxs maşına onu zor tətbiq edərək mindirməyə kömək etsə də, özü maşına əyləşməmişdir. Pərviz arxa sərnişin oturacağına uzadıb sinəsinə dizini qoyub üstündə əyləşmişdir. Həmin şəxslərdən onu buraxmalarını, sinəsində dözülməz ağrıları olduğundan dizini sinəsindən götürməyini Pərvizdən tələb etsə də, o, buna məhəl qoymamışdır. Maşın hərəkət edərkən Pərvizin telefonu maşını sürən şəxsdə olmuşdur. Pərviz dizini onun sinəsinə sıxıb onun üzərində oturduğundan həmin şəxsə nömrələri yığmağı tapşırmışdır. Həmin şəxs də nömrəni yığıb telefonu uca səsə qoyub Pərvizə yaxınlaşdırmış, Pərviz də danışmışdır. Pərviz birinci, səhv etmirsə, Tofiqə zəng edib onu tutduğunu bildirmiş və onunla nə etməli olduğunu Tofiqdən soruşmuşdur. Tofiq onu Balakənə gətirməyi Pərvizə demişdir. Telefonun səsi mikrofonda olduğundan Tofiqin dediklərini eşitmişdir. Pərviz Bakıda bazarda işləyən kiçik əmisi Eldənizə də zəng etmişdir. Yolboyu Balakənə gələrkən Pərviz sonradan çox adama zəng edib onu tutduğunu bildirmişdir. Həmin yerdən təxminən 15 dəqiqə sonra Xırdalana çatmışlar. Yolun kənarında maşını sürən şəxs maşını saxlamışdır. Orda Şahid4 və Şahid3 onları gözləmişlər. Həmin yerdə maşını sürən tanımadığı şəxs ehtiyac varsa özünün də Balakənə gələcəyini Pərvizə bildirmişdir. Pərviz ona ehtiyac olmadığını demişdir. Məftun sükanın arxasına keçmiş, Eldənizlə Pərviz də hərəsi bir böyründə əyləşmişlər. Eldəniz onun əllərini skoçla bağlamaq lazım olduğunu bildirmişdir. Hətta “Tofiqdən tapşırıq belə olub” demişdir, əlində skoç da gətirmişdir. Onsuz da vəziyyətinin ağır olduğunu deyərək əllərini bağlamamağı onlardan xahiş etmişdir. Pərviz də Eldənizə heç hara qaça bilməyəcəyini demişdir. Xırdalandan çıxıb Balakən istiqamətinə yola düşmüşlər. Bakıdan çıxana qədər Pərvizə zənglər gəlmişdir, bəzi zənglərə cavab verməmişdir. Pərviz Eldənizə polisin zəng etdiyini bildirmiş, Eldəniz də ona cavab verməməsini, telefonu söndürməsini tapşırmışdır. Onlardan özünü polisə təhvil vermələrini tələb etsə də razı olmamışlar. Hətta Bakıda yolda onu döyüb maşına mindirdikləri vaxt da onlardan özünü polisə təhvil vermələrini tələb etmişdir. Həmin yerdə də ona Pərviz “səni evimə aparıram, mənim dustağım olacaqsan, söhbət edib buraxacağam səni” demişdir. Həmin şəxslər yolda tez-tez telefonla əlaqə saxlayıb zəng etdikləri adama çatdıqları yeri bildirmişlər. Onlardan kiminlə danışdıqlarını soruşduqda ona guya “zavçast” gəldiyini, yolda olduğundan onu soruşduqlarını bildirmişlər. Balakən istiqamətində yola düşdükdən sonra yolun yarısında, təxminən İsmayıllıda qarşıdan Bakı istiqamətində “Mercedes Vita” markalı tünd rəngli maşın gəlmişdir. Həmin maşın onların böyürlərindən keçmişdir. Maşın keçdikdən sonra Eldəniz zəng edib “siz bizi keçdiz” demişdir. Həmin maşın geri gəlib əvvəl qabaqda, sonra isə arxada sürməyə başlamışdır. Təxminən yarım saata qədər münasib yer tapana qədər sürmüşlər. Tofiqin gəldiyini bilmişdir. Tofiqin onları sadəcə müşayiət etmək üçün gəldiyini fikirləşmişdir. Tofiqin olduğu “Vita” markalı maşın yoldan içəriyə doğru sürmüşdür. Meşə yolu kimi yer olmuşdur. Həmin yerdə olduqları müddətdə oradan bir dənə də olsun maşın keçməmişdir. Maşınları saxlamışlar, digər maşından Tofiq, oğlu Emil və maşını idarə edən Asif düşmüşlər. Asif kənarda dayanmışdır, ona yaxın gəlməmişdir. Tofiq və oğlu Emil maşına yaxınlaşıb ona qarşı təhqiramiz və əxlaqsız hərəkətlər etməklə onu təhdid etməyə başlamışlar və ona maşından düşməyini bildirmişlər. Onların dediklərini eşidib maşından düşməkdən imtina etdikdə Eldəniz, Emil və Pərviz onu zorla sürüyüb maşından düşürmüşlər. Emil onu maşından düşürən zaman maşının içinə təpiyini uzadıb təpiklə vurmağa başlamışdır. Maşından düşürəndən sonra Emil təpiklə onun sinə nahiyəsinə çoxlu zərbələr vurmuşdur. Onunla birlikdə Pərviz də ayaq nahiyələrini təpikləmişdir. Emil sinəsinin daha çox ağrıdığını hiss etdikcə ağrıyan yerinə vurmuşdur. Onu Tofiqin qarşısına gətirmişlər. Tofiq ayaq üstə dayanmışdır. Pərviz ona diz çökməyini, əks təqdirdə Bakıdakından pis günə qoyacağını bildirmişdir. Pərviz arxadan ayağının bükənək yerindən təpiklə vurub Tofiqin qarşısında diz çökdürmüşdür. Tofiq ona qarşı şərəf və ləyaqətini alçaldan əxlaqsız hərəkətlər edəcəyini bildirdikdə Tofiqə yalvarmağa məcbur olmuşdur. Onu nə qədər döysələr də “məni vurmayın” sözünü deməmişdir, lakin artıq bu məqamda əxlaqsız hərəkətlər etməklə onu təhdid etdiyinə görə Tofiqə yalvarmaq məcburiyyətində qalmışdır. Eldəniz həmin vaxtı əlində telefon onun Tofiqə yalvarmağını çəkmişdir. Sonra Emil onun üstünə işəmiş, həmin məqamı da Eldəniz telefona çəkmişdir. Təxminən yarım saatdan çox həmin yerdə qalmışlar. Həmin vaxtı onlardan biri Farizə zəng edib telefonu mikrofona qoyub ona yaxınlaşdırmışlar. Fariz onu nalayiq sözlərlə təhqir etmişdir. Yenidən onu maşına mindirmişlər və həmin yerdən əsas yola çıxaraq Balakən istiqamətinə sürməyə başlamışlar. Eyni qaydada hərə öz maşınına əyləşmişdir. Maşında getdikləri zaman, səhv etmirsə, Tofiq Məftuna zəng edərək şikayət etməməyini tələb etdiyini ona bildirməyini, rayona çatan kimi polisdon özünə ən ağır cəza istəməyini bildirməyini Məftuna demişdir və əks təqdirdə onu təhqir edən həmin görüntüləri paylaşacağı ilə təhdid etmişdir. Təxminən bir saat yol getdikdən sonra ayaqyoluna düşmək istəmişdir. Maşını saxlamalarını xahiş etmişdir. Onlardan biri, deyəsən Eldəniz Tofiqə zəng edib maşını saxlamalarını bildirmişdir. Emil də, Tofiq də maşını saxlayıb tez yaxınlaşıb nə baş verdiyini soruşmuşlar. Eldənizgil onun ayaqyoluna getmək istədiyini dedikdə Tofiq qəti buna icazə verməmiş, hətta Emillə Tofiq onu nalayiq sözlərlə təhqir etmiş, Emil təzədən onu vurmaq istəmiş, qoymamışlar. Yolda bir neçə yerdə saxlayıb özləri üçün su almışlar. Balakən şəhəri “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına çatdıqda orada onları polis əməkdaşları gözləmişlər. Bir nəfər polis əməkdaşı onun oturduğu maşına yaxınlaşıb onu oradan düşürəndə “Mercedes Vita” markalı maşından düşən Emil onun sinəsinə yumruq vurmuşdur. Polis əməkdaşları Emili bir də vurmağa qoymamışlar. Daha sonra Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma əmisi oğludur. Aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır. 30.09.2019-cu il tarixdə səhər saat təxminən 09 radələrində oğlu Fariz evdən çıxıb işə getmişdir. Fariz işə getdikdən təxminən bəlkə yarım saat sonra kiçik oğlu Emil ona zəng edərək Farizin bıçaqlandığını, əlinin kəsildiyini və xəstəxanada olduğunu bildirmişdir. Emil ona nə baş verdiyini bilmədiyini demişdir. Xəstəxanaya getdiyi zaman yolda o, yenidən oğlu Emilə zəng etmişdir. Artıq xəstəxanada Emil Farizlə görüşübmüş. Emil ona Farizi əmisi oğlu Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişdir. Fariz özü də keçirilmiş əməliyyatdan sonra ona əmisi oğlu İnqılabın mağazaya gələrək heç bir səbəb olmadan onu bıçaqladığını bildirmişdir. Həmin hadisədən sonra İnqılab polis tərəfindən axtarışa verilməsinə baxmayaraq təxminən hadisədən 2 gün sonra bacısının həyat yoldaşı Həmidin mobil telefon nömrəsinə zəng edərək Həmidi və onu öldürməklə hədələmişdir. Bu barədə ona Həmid demişdir. Bir neçə gün sonra İnqılab o biri bacısının əri Təyyara zəng edib Qazmada yol qəzası olduğunu, bu barədə televizorda gördüyünü bildirib həmin məlumatın düz olub-olmadığını soruşmuşdur. Təyyar ondan danışanın kim olduğunu soruşduqda İnqılab olduğunu bildirmişdir. İnqılabdan Farizi hansı səbəbdən vurduğunu soruşduqda İnqılab ona cavabında «gəlib məni öldürsünlər» demişdir. Bu danışıq barədə ona bacısı və ya əri Təyyar demişdir. Hazırda dəqiq xatırlamır. İnqılabın ailəsi üçün təhlükəli olduğunu hesab etdiyindən axtarışda olduğu zaman onun tapılıb polisə təhvil verilməsi üçün əlindən gələni etmiş və hər bir məlumatı da Balakən RPŞ-nin əməliyyat üzrə rəis müavini Anar müəllimə və CAB-nin rəisi Orxan müəllimə ötürmüşdür. Hadisədən təxminən 4 gün sonra Balakən rayon sakini olan «Mercedes» markalı yük avtomobilinin sürücüsü Şahruddin Emçiyev ona zəng edərək özündə ona çatası məktub olduğunu bildirmişdir. Görüşüb Şahruddindən məktubu götürdükdə Bakı şəhərində bazarda bir nəfər fəhlənin həmin məktubu ona gətirdiyini və Balakəndə ona çatacağını bildirdiyini demişdir. Məktubun üzərində «İnqılab kişi oğlu kişi» sözləri və onun telefon nömrəsi yazılmışdır. Şahruddin də ordan onun nömrəsinə zəng etmişdir. İnqılab həmin məktubda onun anasının 15 yaşında pis yola düşdüyünü, bunlara baxmayaraq atasının onu alıb arvad etdiyini, ailəsinin, bacılarının ünvanına ifadəsində deyə bilməyəcəyi nalayiq sözlər yazmışdır. Həmin məktubun yanında İnqılab başqa bir məktub da qoymuşdur. O biri məktubda isə ağır həyat tərzi keçirməsi barədə yazmış, onu öldürməyini xahiş etmiş və əvvəlki məktubda yazdığı nalayiq sözləri də onu öldürmək rahat olsun deyə yazdığını bildirmişdir. 24.10.2019-cu il tarixdə axşam saat təxminən 21-22 radələrində qardaşının oğlu Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək İnqılabı tutduğunu bildirmiş və İnqılaba nə etməli olduğunu soruşmuşdur. Pərvizə polisə zəng etməyini bildirmişdir. Pərviz polisə zəng etmək şəraitinin olmadığını deyərək polisə onun xəbər verməsini xahiş etmişdir. O da Pərvizə kömək göndərəcəyini demişdir. Həmin an Balakən RPŞ-də Anar müəllimə və Orxan müəllimə zəng vuraraq Pərvizin İnqılabı Bakı şəhərində tutduğunu bildirmiş və kömək etmələrini onlardan xahiş etmişdir. Pərvizin telefon nömrəsi də Orxan müəllimdə olmuşdur. Pərvizlə mütəmadi əlaqə saxlamağa başlamışdır. Pərvizə polislərin gəldiyini bildirmiş və nə baş verdiyini soruşmuşdur. Pərviz ona İnqılabın onu öldürməyə cəhd etdiyini bildirmişdir. Pərvizə İnqılabı vurmamağını tapşırmış və İnqılabı ancaq polisə təhvil vermək lazım olduğunu bildirərək telefonları açıq saxlamasını demişdir. Pərviz ona zəng edərək kömək gəlmədiyini demişdir. Pərvizə onları haradasa gözlədiklərini demişdir. Orxan müəllimlə də əlaqə saxlamışdır. Orxan müəllim ona haradasa polislərin gözlədiyini demişdir. O da bu barədə Pərvizə demişdir. Polislərin harada gözlədiklərini xatırlamır. Pərviz ona həmin yerdə polislərin olmadığını dedikdə Pərvizə qabağına çıxacağını və düz qabağa sürməyini bildirmişdir. Bundan sonra Balakən rayon sakini Şahid5 ilə əlaqə saxlamış, Asifə idarə etdiyi «Mercedes Vita» markalı AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə onu Bakı şəhərinə aparmasını xahiş etmişdir, Asif də ona razılıq vermişdir. O və oğlu Asifin idarə etdiyi «Mercedes Vita» markalı AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bakı şəhəri istiqamətində yola düşmüşlər. Həmin vaxtı Anar müəllimlə də danışaraq ona həmin dedikləri yerdə polisin olmadığını və özünün Bakıya çıxdığını bildirmişdir. İsmayıllı postunu keçdikdən sonra artıq onun telefonunun cərəyanı bitdiyindən cərəyan yığmaq üçün qoymuşdur. İsmayıllını keçəndən sonra Pərvizin İnqılabı gətirdiyi markasını və nömrəsini xatırlamadığı ağ rəngli xarici maşın artıq onları ötmüşdür. İsmayıllıya çatanda oğlu Pərvizə zəng edib hara çatdığını soruşmuşdur. Pərviz də həmin yerə 5-10 kilometr qaldığını bildirmişdir. Elə 5 kilometrdən qarşılaşmışlar. O maşını qaytarmışdır, onlar isə heç maşını saxlamamışlar. Saxlamağa da icazə verməmiş, sürmələrini bildirmişdir. Artıq telefonu cərəyanı yığdığından açıb Orxan müəllimə zəng edib həmin şəxsin qabaqdakı maşında olduğunu, onu heç bir posta təhvil verməyəcəklərini, ancaq Balakən polisinə təhvil verəcəklərini bildirmişlər. Orxan müəllim də onunla razılaşmış, postlara onları saxlamamaları üçün tapşıracaqlarını bildirmişdir. Heç bir postda saxlamayaraq gətirmələrini bildirmişdir. Dayanmayıb sürüb Balakən istiqamətində gəlmişlər. Hətta cinayətkarın ayaqyoluna getmək istədiyini, lakin saxlamaq fikirlərinin olmadığını bildirmişdir. Orxan müəllim də onlara saxlamayıb maşını sürmələrini bildirmişdir. İnqilabın gətirilməsi zaman heç bir zorakılıq, döyülmə, vurulma baş verməmişdir. Balakən rayonu «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Orxan müəllim onları gözləmişdir. İnqılabı Orxan müəllimə təhvil vermişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun əmisidir, Zərərçəkmiş şəxs isə atasının əmisi oğludur. Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur və olmamışdır. 30 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs əmisi oğlu X2 heç bir səbəb olmadan bıçaqlamışdır. Həmin günü anasına zəng etdikdə bu barədə anası ona bildirmişdir. Anasından sonra atası, sonra isə əmisi Tofiqə zəng edib bu məsələ ilə maraqlanmışdır. Nəslində olanlarla əlaqə saxladığı hamı ona İnqılabdan ehtiyatlı olmağı tapşırmış və onun Bakıda ola biləcəyini demişlər. Pərviz işdən çıxdıqdan sonra əlavə qazanc əldə etmək məqsədi ilə özünə məxsus olan «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar metrosunun yaxınlığından Xırdalanda onların qaldıqları yerə sərnişin daşıyır. 23 oktyabr 2019-cu il tarixdə gecə vaxtı Pərviz yaşadığı evə gəldikdə 20 Yanvar metrosunun yaxınlığında maşına mindiyi yerdə İnqılabı gördüyünü bildirmişdir. İnqılab maşına mindiyi vaxt Pərviz onu öz telefonuna çəkmişdir. Həmin videogörüntüyə baxdıqda İnqılabın qırmızı rəngli «Mercedes 190» markalı maşına minib oradan getdiyi görünmüşdür. Həmin görüntüdə İnqılabın üzü də görünmüşdür. Pərviz həmin vaxt əmisi Tofiqə zəng edib ona İnqılabı gördüyünü bildirdiyini, Tofiqin də yaxınlıqdakı polisə məlumat verməsini ona məsləhət gördüyünü demişdir. Həmin videogörüntünü qardaşı Pərviz əmisi Tofiqə də göndərmişdir. Pərviz həmin yerdə olan polis serjantına yaxınlaşıb əmisi oğlunu bıçaqlayan axtarışda olan şəxsi gördüyünü və həmin şəxsi tutmasını ona bildirmiş, polis serjantı isə bu barədə məlumatın daxil olmadığını deyib getmişdir. 24 oktyabr 2019-cu il tarixdə işdən çıxıb evdə olduğu zaman saat təxminən 19-20 radələrində əmisi Tofiq ona zəng edərək Pərvizin İnqılabı tutub yaşadıqları yerə tərəf polisə təhvil vermək üçün gətirdiyini bildirmiş, ona da İnqılabın Pərvizə zərər verməməsi üçün Pərvizə köməyə getməyini demişdir. Tofiq əmisinin dediyi yerə keçidin altına getmiş, həmin yerdə də taksidən düşən Eldəniz əmisi ilə qarşılaşmış və Eldəniz əmisi ilə birlikdə Pərvizin gəlməyini gözləmişdir. Həmin vaxtı şəhərin 20 Yanvar ərazisində güclü tıxac olduğundan təxminən 35-40 dəqiqə Pərvizi həmin yerdə gözləmişlər. Maşını başqa şəxs sürmüş, həmin adam maşından düşdükdən sonra Pərviz ona hətta 3 və ya 5 manat pul da vermişdir. Həmin şəxsin kim olduğunu bilməmişdir. Maşının sükanının arxasına özü oturmuş və 15-20 dəqiqə həmin yerdə dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Polis əməkdaşları gəlmədiyinə görə Tofiq əmisinə zəng edib nə etmək lazım olduğunu soruşmuşdur. Tofiq əmisinin istifadəsində olan ***-***-**-** nömrəsinə istifadəsində olan ***-***-**-** nömrəsindən zəng edib bunu soruşmuşdur. Tofiq əmisinə qorxduqlarını, birdən arxadan İnqılabın əl ata biləcəyini və yaxud adamlarının gəlib nəsə edə biləcəyini demişdir. Tofiq əmisi də İnqılabı gətirib Balakən polisinə təhvil vermələrini, özünün qabaqlarına gəldiyini bildirmişdir. Onun telefonuna gün ərzində çoxsaylı zənglər gəlir. Onların hamısına cavab vermir. Həmin vaxt da maşın sürdüyündən ona gələn zənglərə cavab verməmişdir. Sonra da telefonunun cərəyanı bitdiyindən sönmüşdür. Maşında adaptor olduğundan onu cərəyana qoşmuşdur. Bakıdan çıxandan sonra ona zənglər gəlməmişdir. Bakıdan çıxdıqları zaman hava artıq qaralmışdır. Maşını sürüb gəldikləri zaman Şəkiyə çatmamış qarşıdan gələn «Mercedes Vita» markalı avtomobilin işıqlarını söndürüb yandıraraq işarə etdiyini görmüşdür. Tofiq əmisinə zəng edib maşında onun olub-olmadığını soruşmuşlar. Əmisi həmin maşında özünün olduğunu bildirmiş və «sürün gəlin arxamca» demişdir. Onlar da maşını saxlamayaraq içərisində əmisi olan «Vita»nın arxasınca sürmüşlər. Yolda bir dəfə saxlayıb «Vita» nın sürücüsü olan şəxs özünə su almışdır. Həmin sürücünü üzdən tanıyır, lakin adını bilmir. Heç bir yerdə saxlamayaraq gecə saat təxminən 2-nın yarısı, 2-yə qalmış Balakən şəhəri «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına çatmışlar. Həmin yerdə polis əməkdaşları onları gözləmişlər. İnqılabı orada polis əməkdaşlarına təhvil vermişlər. Balakənə düşəndə əmisi Tofiq gələn maşında əmisi Tofiqin, əmisinin oğlu Emilin və «Vita»nın sürücüsünün olduğunu görmüşdür. İnqilab Hacıyevin kimin tərəfindən döyüldüyünü bilmir, yolda maşında İnqilab ona maşını yavaş sürməyini, ağrılarının olduğunu bildirmişdir. Başqa heç nə bilməmişdir. Maşında olanda heç kim ona əl qaldırmamış, kiminsə İnqilabı vurduğunu görməmişdir. X3 yalan deyir, Zərərçəkmiş şəxs yolda hər hansı bir yerdə düşürdüb ona qarşı onun ifadəsində qeyd etdiyi hərəkətlərdən heç birini etməmişlər, Təqsirləndirilən şəxs, Şahid4, Şahid1 və Şahid2 tərəfindən Zərərçəkmiş şəxs qarşı İnqılabın ifadəsində qeyd etdiyi hərəkətlərdən heç biri olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 qardaşı, Zərərçəkmiş şəxs isə əmisinin oğludur. Şahid1 və Zərərçəkmiş şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur və olmamışdır. Qardaşı oğlu Fariz bıçaqlanan vaxtı Bakı şəhərində olmuşdur. İnqılab tutulmazdan bir neçə gün əvvəl Bakıya satmaq üçün xurma aparıb getmişdir. Həmin vaxtı qardaşı Nazimin oğlu Məftungildə qalmışdır. 23 oktyabr 2019-cu il tarixdə axşam tərəfi Məftun da evdə olduğu zaman Nazimin o biri oğlu Pərviz gələrək 20 Yanvar metrosunun yaxınlığında İnqılabın qırmızı rəngli «Mercedes» markalı maşına mindiyini gördüyünü bildirmişdir. Pərviz İnqılabın köşkün kamerasında olan videogörüntüsünü öz telefonuna çəkmişdir. Həmin videogörüntüyə o da baxmışdır. Videogörüntüdə İnqılab 5-6 metr məsafədən çəkilmişdi. Köşkün qarşısında dayanıb siqaret almış və boylanaraq kənara baxmışdır. Sonra həmin yerdən qırmızı rəngli «Mercedes» markalı maşına minib Xırdalan istiqamətinə getmişdir. Pərviz həmin görüntünü qardaşı Tofiqə göndərmiş və ona İnqılabı həmin yerdə gördüyünü bildirmişdir. Qardaşı «narahat olma, bu dəqiqə polis şöbəsinə məlumat verəcəyəm, tutacaqlar» demişdir. 24 oktyabr 2019-cu il tarixdə axşam tərəfi Məftun ona zəng edib Pərvizin üstünə İnqılab hücum edəndə Pərvizin onu tutduğunu bildirmişdir. Məftun ona «əmi, sən də gəl, biz bunu polisə təhvil verəsiyik» demişdir. O da işlədiyi «Meyvəli» bazarından evə Məftungilə qayıtmışdır. Məftunun dediyi yerə şəhərciyin keçidinə gəlib marşrutdan düşmüşdür. Çatanda görmüşdür ki, Məftun keçidin altında dayanıb. «Əmi, gələcəklər», demişdir. 10-15 dəqiqədən Pərviz Məftunun «Ravon Nexia» markalı maşını ilə gəlmişdir. Maşını sürən tanımadığı adam olmuşdur. Həmin şəxs maşından düşüb getmişdir. Maşının arxa oturacağında Pərvizlə İnqılab oturmuşlar. O arxa oturacaqda əyləşmiş, Məftun isə sükanın arxasına keçmişdir. Təxminən 10 dəqiqəyədək həmin yerdə polis əməkdaşlarının gəlməsini gözləmişlər. Həmin yerdə ona qardaşı Tofıqin istifadəsində olan ***-***-**-** nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng gəlmişdir. Qardaşı Tofiq zəng edəndə ona «İnqılaba dəyməyəsiniz, toxunmayasınız, bir dənə ehtiyatlı olun, mən də gəlirəm qabağınıza, Balakən polsinin də xəbəri var» demişdir. Onlar özləri narahat olmuşlar ki, İnqılabın arxasınca gələn olar. Təxminən 21-22 radələrində Bakı şəhərindən çıxmışlar. İnqılab onu Balakən polisinə təhvil vermələri üçün onlara çox yalvarmışdır. Şamaxını keçib İsmayıllı tərəfə çatdıqda qabaqlarına «Mercedes Vita» markalı maşın çıxmışdır. Həmin maşın işıqlarını söndürüb yandıraraq işarə etmişdir. Qardaşı ona zəng edərək həmin maşınla gəldiklərini və dayanmadan Balakən istiqamətində sürmələrini bildirmişdir. Ordan da heç bir yerdə saxlamayaraq Balakənə «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına gəlmişlər. Yanacaqdoldurma məntəqəsinin yanında polis əməkdaşları onları gözləmişlər. İnqılabı onlara təhvil vermişlər. O və ya başqa birisi avtomobillə hərəkətdə olarkən İnqilab Hacıyevi döyməmiş, ona qarşı fiziki zor göstərməmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Balakən bazarında yerləşən «Emil» kişi geyimləri mağazasını işlədir. 30 sentyabr 2019-cu il tarixdə Balakən bazarında yerləşən iş yerində olarkən hazırda xatırlamadığı tanışlarından biri zəng edərək qardaşı Farizin bıçaqlandığını və hazırda Balakən rayon xəstəxanasında olduğunu ona bildirmişdir. Xəstəxanaya çatanda qardaşını əməliyyata aparmışlar. Həmin vaxtı Fariz onu İnqilab əmioğlunun vurduğunu ona bildirmişdir. 24 oktyabr 2019-cu il tarixdə Balakən bazarında «Emil» kişi geyimləri mağazasında işdə olduğu zaman təxminən axşam saat 18-19 radələrində qaş qaralan zaman (axşam vaxtı olmuşdur) atası Şahid1 istifadəsində olan 050 *** ** ** nömrəsindən onun istifadəsində olan 051 *** ** ** nömrəsinə zəng edərək evə gəlməyini bildirmişdir. Evə gəlib atasından nə olduğunu soruşduqda ona «gedəsi yerimiz var» demişdir. Başqa heç nə deməmişdir. Atasına məxsus olan «Hyundai Tucson» markalı 90 DG864 dövlət qeydiyyat nişanlı avtomobilə minərək Balakən bazarının qarşısına gəlmişlər. Bazarın qarşısına çatdıqda atasının dostu Asifin özünə məxsus olan «Mercedes Vita» markalı AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı maşınla bazarın qarşısında onları gözlədiyini görmüşdür. Atası ona maşını Asifin maşının yanında saxlamağını bildirmişdir. Atası ona açarı maşının üstündə qoyaraq Asiflə getməyini bildirmişdir. Atası həyəcanlı olduğuna görə Asifdən hara getdiklərini soruşmuşdur. Asif ona hara getdiklərini bilmədiyini demişdir. O, avtomobilin arxa sərnişin oturacağında, atası isə qabaq sərnişin oturacağında əyləşmişdir. Saat təxminən 21-22 radələrində üzü Bakı istiqamətində hərəkət etməyə başlamışlar. Yolda 2-3 dəfə ona səhv etmirsə, Balakən RPŞ-dən Orxan müəllim zəng etmişdir. Həmin zənglərin yolda hara çatdıqları zaman gəldiyini bilmir. Telefonu açsa da şəbəkə itdiyinə görə Orxan müəllimlə danışa bilməmişdir. Orxan müəllimin nömrəsi onda olduğundan ona zəng edən şəxsin Orxan müəllim olduğunu bilmiş, lakin şəbəkə zəif olduğundan ümumiyyətlə onunla danışa bilməmişdir. Maşina minəndə atasının telefonunun cərəyanının olub-olmadığını bilməmiş, lakin onun telefonunun cərəyanı sonradan sönmüşdür. Yolu tanımadığına görə maşınla haraya qədər getdiklərini dəqiq deyə bilmir, lakin sonradan ailədə olan söhbətlərdən Şamaxıya və ya İsmayıllıya qədər getdiklərini bilir. Maşında Asifə kiminsə arada zəng etdiyini görmüş, lakin kiminlə nə barədə danışdığını radionun səsindən eşitməmişdir. Atasına zəng gəlib-gəlmədiyini isə bilməmişdir. Şamaxıya və ya İsmayıllıya çatdıqda atasına zəng gəldiyini görmüşdür. Atasının «keçdi» dediyini eşitmişdir. Atası Asifə «keçdi, burdan qaytar» demişdir. Atasından heç nə soruşmamışdır. Əmisi oğlu Pərvizə və ya Məftuna məxsus markasını bilmədiyi ağ rəngli sonu «091» rəqəmi ilə bitən xarici maşının Balakən istiqamətinə getdiyini görmüşdür. Həmin avtomobili həm Pərviz, həm də Məftun idarə etdiyindən konkret hansına məxsus olduğunu bilmir. Həmin vaxtı ən geci saat 02 radələri olardı. Yolda heç bir yerdə saxlamayaraq həmin maşının arxasınca Balakən şəhərində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinə qədər gəlmişlər. Bəzən onlar həmin maşının arxasınca, bəzən də həmin maşın onların olduqları maşının arxasınca sürərək həmin yerə qədər gəlmişlər. Əmisi oğlunun idarə etdiyi həmin avtomobilin arxasınca Balakənə sürdükləri zaman heç bir yerdə saxlamamışlar. Balakən şəhəri «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında polis əməkdaşlarına məxsus «Fiat» markalı avtomobili görmüşdür. Asif maşını həmin yerdə saxlamışdır. Əmisi oğlunun idarə etdiyi maşını həmin yerdə saxlayıb-saxlamadığını görməmişdir. Atası ona maşından düşməməyini bildirmişdir. Maşından düşməmişdir. Evə çatdıqdan sonra atasından nə baş verdiyini soruşduqda atası ona İnqilabın tutulduğunu bildirmişdir. Başqa heç bir şeyi ona bildirməmişdir. İnqilab Hacıyevin ifadəsində göstərdikləri yalandır, o və ya başqa birisi İnqilaba fiziki zor göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan ağ rəngli «Mercedes Vita» markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı və tünd göy rəngli «Mercedes Vita» markalı, AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərlə Bakı-Balakən və Balakən-Bakı istiqamətində sərnişin daşımaqla məşğul olur. Balakən rayonu Talalar kənd sakini Şahid1 dostudur. 24 oktyabr 2019-cu il tarixdə axşam saat təxminən 20:30 radələrində Şahid1 özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək Bakıya getməli olduğunu bildirərək Balakən bazarının qarşısına gəlməyini ondan xahiş etmişdir. Təxminən zəngdən 10 dəqiqə sonra «Mercedes Vita» markalı AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək bazarın qarşısına gəlmişdir. Şahid1 oğlu Şahid2lə birlikdə Tofiqə məxsus olan «Hyundai Tucson» markalı sonu «864» nömrəsi ilə bitən avtomaşınla onu gözləmişlər. Tofiqlə Emil maşına minmişlər. Tofiq ona Bakıya getməli olduğunu bildirmişdir. Tofiqdən nə məsələ olduğunu soruşmuşdur. Tofiq ona heç nə deməmişdir. «Sür, deyəcəyəm» deyib maşını sürməyini bildirmişdir. Tofiq çox gərgin olmuşdur. Tofiqin gərgin olduğunu görüb Tofiqdən nə baş verdiyini soruşsa da, ona yalnız «sür, deyəcəyəm» demişdir. İsmayıllı rayonunun çıxışı «Basqal» adlı ərazidə ağ rəngli, səhv etmirsə, «Daewoo» markalı xarici maşın yanlarından ötüb Balakən istiqamətində getmişdir. Maşının markasını və dövlət qeydiyyat nömrələrini xatırlamır. Maşını görüb Tofiq ona «qayıt arxaya, bu maşın bizim arxamızca gələcək» demişdir. Ondan sonra Tofiq maşının içindən böyründə oturduğu yerdən Balakən rayonuna polisə zəng etmişdir. Tofiq zəng etdiyi şəxsə «adam tutulubdur, Balakənə gəlirik», demişdir. Həmin polis əməkdaşı tez-tez Tofiqə zəng edib hara çatdığını soruşmuşdur. Tofiq də ona çatdığı yeri demişdir. Maşını İsmayılılı rayonun «Basqal» adlı ərazisindən geri Balakən istiqamətinə Tofiqin dediyi ağ rəngli xarici maşının arxasınca sürmüşdür. Qabaqda onun idarə etdiyi avtomobil, arxasınca da həmin ağ rəngli avtomobil saat təxminən 03 radələrində «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına çatmışlar. X1 hər hansı bir şəxs tərəfindən döyüldüyünü görməmişdir. «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanından Balakən RPŞ-nin əməkdaşları gələrək ağ rəngli xarici maşının içərisində olan Tofiqin oğlu Farizi bıçaqlamış İnqılab adlı şəxsi düşürüb Balakən RPŞ-yə aparmışlar. İş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 08 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İV cild, i.v.77); - 30 noyabr 2020-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirinə xitam verilmiş, o, dərhal həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilmişdir (İV cild, i.v.104-105); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin 268 №-li, 14 noyabr 2019-cu il tarixli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, vət. X1 məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlirəm.
1. Vətəndaş Hacıyevdə müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) Sol alın nahiyəsində sıyrıq, sağ gözaltıda qançır, üst və alt damaqlarda qansızmalar, sol ön döş qəfəsində şişkinlik. b) Sol 3-cü qabırğa cismin ön kənarının və sağ 9-cu qabırğa cisminin orta qoltuq xətti üzrə az yerdəyişməli sınıqlar. Vətəndaş Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, özünün ilk məlumatda göstərdiyi müddətdə yəni 24.10.2019-da əməl gələ bilərdilər, a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda onun sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, b) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. Vətəndaş Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlərin qarşılıqlı dalaşma zamanı da əmələ gəlmələri inkar olunmur. Ancaq ki, həmin xəsarətlərin əmələ gəlmə şəraitlərinin istintaq yolu ilə araşdırılması daha məqsədə uyğundur (İ cild, i.v.95-100). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, o, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında verdiyi ifadəsində İnqılabın əlində bıçaqla onun üzərinə doğru gəldiyini, bu zaman əli ilə İnqılabı sinəsindən itələdiyini, sonuncunun yaxınlıqda olan səkinin üzərinə üzü üstə yıxıldığını və yıxılarkən səkiyə möhkəm dəydiyini bildirmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərər çəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işdə olan digər istintaq sənədləri ilə də təsdiq olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu, açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 29 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 01 (bir) ay 01 (bir) gün həbsdə saxlanılma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) ay 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Solmaz Mustafayeva .