Məhkəmə qərarları › İş №1(006)-28/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2020 16.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Bakı şəhər şöbəsinin prokuroru x6, Zərərçəkmişşəxs “xxxxxxxxxxx” ASC-nin ləğvedicisi x2 nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçilər “LCG” Vəkil Bürsounun vəkili Müdafiəçi3 və 08 saylı hüquq məsləhətxanasının vəkili x7, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1974-cüil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlıövladı olan, ali təhsilli, məhkum olunmayan, “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi və direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 195.2 və 308.2-ci maddələri ilə, xx xxxxxxx 1968-ciil tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, İİ qrup əlilliyi olan, “xxxxxxxxxxxxxxx” MMC-nin baş mühasibi işləmiş, hazırda x24 baş mühasib işləyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu bir qrup şəxslə rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncüşəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 31 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakışəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəvicisi kimi qeydiyyata alınmış“xxxxxxxxxxxxxxx” x4 təsisçisi və direktoru kimi həmin təşkilatın qeyd edilən tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri- kommersiya təşkilatları qarşısında təmsil etmək, Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək və sair təşkilali-sərəneamveriei funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla ö/ii və rəhbəri olduğu hüquqi şəxs (təşkilat) üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə “xxxxxxxxxxxxxxx” MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamədə satışdan gəliri 206.149,49 manat, balans mənfəəti 1.937,20 manat, mənfəət vergisi 387,44 manat və xalis mənfəəti 1.549,76 manat olduğu halda, həmin Cəmiyyətin baş mühasibi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq təsisçisi və direktoru kimi rəhbərlik etdiyi Azərbaycan Respublikasının qanunvcrciliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olduğu “xxxxxxxxxxxxxxx” MMC-də işlərin ahəngdarlığını təmin etmək məqsədilə kredit verilməsi üçün sonuncunun 2012-ci ildə satışdan gəlirin 1.546.053,02 manat, balans mənfəətinin 151090,53 manat, mənfəət vergisinin 30.218,11 manat və xalis mənfəətinin 120.872,42 manat olması barədə həmin Cəmiyyətin faktiki ünvanı olan ünvan 3 A ünvanında bilə-bilə yalan məlumatlar daxil etdiyi noyabr 2013-cü il tarixli kredit sifarişini öz imzası və Cəmiyyətin möhürü ilə təsdiq edib 26 noyabr 2013-cü il tarixdə “xxxxxxxxxxx” ASC-nin ünvan 4 ünvanında yerləşən “Muğan” filialına təqdim edərək maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 26 noybar 2013-cü il tarixli 06/13 №-li “kredit müqaviləsi” (kredit xətti üzrə) əsasında 24 ay müddətinə, illik 18 % dərəcəsi ilə 350.000 (üç yüz əlli min) manat məbləğində kredit verilməsinə nail olub, həmin pul vəsaitinin 1750 (bir min yeddi yüz əlli) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən 26 noyabr 2013-cü il tarixli BT 043251 nömrəli bank çeki ilə qalan 348.250 (üç yüz qırx səkkiz min iki yüz əlli) manat, 01 aprel 2014-cti il tarixdə isə həmin kredit xətti üzrə ayrılmış 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin 500 (beş yüz) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən 01 aprel 2014-cü il tarixli BT 108052nömrəli bank çeki ilə qalan 99.500 (doxsan doqquz min beş yüz) manat, olmaqla ümumilikdə 447.750 (dörd yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində kredit vəsaitini şəxsən nağd olaraq götürməklə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə “xxxxxxxxxxx”ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən əsas məbləğüzrə 272.399 (iki yüz yetmiş iki min min üç yüz doxsan doqquz) manat, faiz borcu üzrə isə 76.452 (yetmiş altı min dörd yiiz əlli iki) manat olmaqla, cəmi 348.851 (üç yüz qırx səkkiz min səkkiz yüz əlli bir manat) manat məbləğində ödəniş həyata keçirib 01 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 177.601,44 (bir yuz yetmiş yeddi min altı yüz bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 89.155,56 (səksən doqquz min bir yüz əlli beş manat əlli altı qəpik) manat məbləğində olmaqla, cəmi 266.757 (iki yüz altmış altı min yeddi yüzəlli yeddi) manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə hüquqi şəxs olan “xxxxxxxxxxx” ASC- nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzilə səlahiyyətlərindən sui-istifadə etmişdir Bundan başqa cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit almış və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncüşəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 31 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakışəhəri Vergilər Dcparlamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəvicisi kimi qeydiyyata alınmış“xxxxxxxxxxxxxxx” MMC-nin 08.08.2012-ei il tarixdənbaş mühasibi vəzifəsində işləyərkən “Mühasibat uçotu" haqqında Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunu və Azərbaycan Respublikasının Əmək və x13 Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş«Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid x8»na əsasən mühasibat üçotu subyeklərtində mühasibat uçotunun, yəni mühasibat subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarıüzrə ilkin üçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılması, mühasibat uçotunun formalaşdırılması və mühasibat üçotu sənədlərinin saxlanılmasını təmin elmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və üçüncüşəxslər, yəni işlədiyi Cəmiyyət və həmin Cəmiyyətin direktoru üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə “xxxxxxxxxxxxxxx” MMC-nin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamədə satışdan gəliri 206.149,49 manat, balans mənfəəti 1.937,20 manat, mənfəət vergisi 387,44 manat və xalis mənfəəti 1.549,76 manat olduğu halda, həmin Cəmiyyətin təsisçisi və direktoru Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan ümumi cinayətkar sövdələşməyə uyğun olaraq sonuncunun təsisçi və direktoru kimi rəhbərlik etdiyi Azərbaycan Respublikasının qanunverciliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olduğu “xxxxxxxxxxxxxxx” MMC-də işlərin ahəngdarlığını təmin etmək məqsədilə kredit verilməsinə dair müraciəti ilə əlaqədar 2012-ci ildə satışdan gəlirin 1.546.053,02 manat, balans mənfəətinin 151.090,53 manat, mənfəət vergisinin 30.218,11 manat və xalis mənfəətinin 120.872,42 manat olması barədə həmin Cəmiyyətin faktiki ünvanı olan ünvan 5 A ünvanında bilə-bilə yalan məlumatlar daxil etdiyi noyabr 2013-cü il tarixli kredit sifarişini Təqsirləndirilən şəxs1 verdikdən və sonuncu tərəfindən həmin kredit sifarişinin imzalanmaqla və Cəmiyyətin möhürü ilə təsdiq edilməklə 26 noyabr 2013-cü il tarixdə “xxxxxxxxxx” ASC-nin ünvan 6 ünvanında yerləşən “Muğan” filialına təqdim edilərək maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 26 noybar 2013-cü il tarixli 06/13 №-li “kredit müqaviləsi” (kredit xətti üzrə) əsasında 24 ay müddətinə, illik 18 % dərəcəsi ilə 350.000 (üç yüz əlli min) manat məbləğində kredit verilməsinə nail olub, həmin pul vəsaitinin 1750 (bir min yeddi yüz əlli) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən 26 noyabr 2013- cü il tarixli BT 043251 nömrəli bank çeki ilə qalan 348.250 (üç yüz qırx səkkiz min iki yüz əlli) manat, 01 aprel 2014-cü il tarixdə isə həmin kredit xətti üzrə ayrılmış 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin 500 (beş yüz) manatı komissiya haqqı kimi bank tərəfindən tutulduqdan sonra həmin filialın xəzinəsindən 01 aprel 2014-cü il tarixli BT 108052 nömrəli bank çeki ilə qalan 99.500 (doxsan doqquz min beş yüz) manat olmaqla ümumilikdə 447.750 (dörd yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində kredit vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsilə nağdolaraq götürməklə qabaqcadan əlbir olduğu sonuncu ilə “xxxxxxxxxxx” ASC-yə külli miqdarda ziyan vurub qanunsuz kredit almış, həmin kreditdən əsas məbləğüzrə 272.399 (iki yüz yetmiş iki min üç yüz doxsan doqquz) manat, faiz borcu üzrə isə 76.452 (yetmiş altı min dörd yüz əlli iki) manat olmaqla, cəmi 348.851 (üç yüz qırx səkkiz min səkkiz yüz əlli bir) manat məbləğində ödəniş həyata keçirib 01 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 177.601,44 (bir yuz yetmiş yeddi min altı yüz bir manat qırx dörd qəpik) manat, faiz borcu üzrə 89.155.56 manat (səksən doqquz min bir yüz əlli beş manat əlli altı qəpik) məbləğində olmaqla, cəmi 266.757 (iki yüz altmış altı nıin yeddi yüz əlli yeddi) manat məbləğində pul vəsaitini qəsdən ödəməməklə, vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə hüquqi şəxs olan “xxxxxxxxxxx” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,təsisçisi və rəhbəri olduğu “xxxxxxxxxxxxxx” MMC kompüter server və onun hissələrinin satışı və proqram təminatı ilə məşğul olmuş, Cəmiyyəti 2012-ci ilin iyul ayında təsis etmiş, həmin tarixdə də Cəmiyyət dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin baş mühasibi Təqsirləndirilən şəxs2 olmuşdur.Müəssisə faktiki olaraq yuxarıda qeyd etdiyi fəaliyyət növləri ilə məşğul olmuş, müəssisənin kifayət qədər dövriyyəsi olmuş, vergi orqanlarına bəyannamələri “onlayn” qaydada müəssisənin baş mühasibi Təqsirləndirilən şəxs2 göndərmiş, müəssisə Bakışəhəri Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatdadır. Müəssisənin bank hesabları “xxxxxxxxxxx” ASC, “xxxxxxxxxxxxxx” ASC, həmçinin “xxxxxxxx” ASC-də olmuş, lakin, müəssisənin əsas əməliyyatları“xxxxxxxxxxx" ASC-də olan hesablaşma hesabı vasitəsi ilə aparılmışdır. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ilə “xxxxxxxxxxxxxxx” MMC-yə 350.000 manat məbləğində kreditin verilməsinə əlavə edilmiş kredit sifarişində olan yazıları, yəni “xxxxxxxxxxxxxxx” MMC-nin fəailyyəti ilə bağlı olan mənfəət, xalis gəlir və digər məlumatları kredit sifarişinə onun göstərişi ilə Cəmiyyətin baş mühasib Təqsirləndirilən şəxs2 yazmışdır. Həmin kredit sifarişində heç bir təhrif edilmiş və ya şişirdilmiş məlumat yoxdur. Kredit sifarişini Cəmiyyətin faktiki ünvanı ünvan 7 baş mühasib Təqsirləndirilən şəxs2 tərtib etmiş və kreditin alınmasıüçün ona vermiş, o da həmin kredit sifarişini öz imzası və Cəmiyyətin möhürü ilə təsdiq edib “xxxxxxxxxxx” ASCnin “Muğan” filialına təqdim edib şəxsən imzaladığı 26.11.2013-cü il tarixli kredit müqaviləsi ilə 350.000 manat məbləğində kredit xətti üzrə həmin vəsaiti və həmin kredit xəttinə əlavə olaraq 01.04.2014-cü il tarixdə 100.000 manat məbləğində krediti almış, vəsaitin alınması barədə 26.11.2013-cü və 01.04.2014-cü ildə bank çeklərində vəsaiti alan şəxs kimi adının qarşısında olan imzalar ona məxsusdur, həmin kreditin əsas hissəsi tərəfindən ödənilmişdir. Həmin kredit sifarişində verilən kreditin məbləğinin göstərilməməsi verilən kreditin kredit xətti ilə bağlı olması olmuş, tarixi və məbləği göstərilməyən həmin kredit sifarişi 2013-cü ilin noyabr ayında “xxxxxxxxxxxxxxx” MMC-yə verilən 350.000 manat məbləğində kredit xəttinə görə tərtib edilmiş kredit sifarişidir, aldığı pullardan baş mühasib Təqsirləndirilən şəxs2 verməmiş, tərəfindən alınmış həmin vəsait həqiqətən də kompüter avadanlıqlarının alınması və prqoram təminatının qurulmasına sərf olunmuşdur. Sonradan müəssisənin maliyyə vəziyyəti çətinləşdiyi üçün həmin krediti tam ödəyə bilməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki,“xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs1 olmuş, MMC-nin fəaliyyəti kompyter server və onun hissələrinin satışı və proqram təminatı olmuş, hamin müəssisə 2012-ci ilin iyul ayında Təqsirləndirilən şəxs1 tərəfindən təsis edilərək həmin dövrdə də dövlət qeydiyyatına alınmış, Cəmiyyətin hüquqi ünvanıTəqsirləndirilən şəxs1 yaşadığı ev, faktiki ünvanı Bakışəhər Nəsimi rayonu Nizami küçəsində yerləşən 249 nömrəli ev olmuşdur. Cəmiyyət kifayət qədər dövriyyəsi olmaqla fəaliyyət göstərmiş, vergi orqanlarına bəyannamələri “onlayn” qaydada baş mühasib kimi özü göndərmiş, müəssisə Bakışəhəri Vergilər Departamentində vergi ödəyicsi kimi qeydiyyatdadır. Müəssisənin bank hesabları“xxxxxxxxxxx” ASC və “xxxxxxxxxxxxxx” ASC, həmçinin “xxxxxxxx” ASC-də olmuş, lakin, müəssisənin əsas əməliyatları“xxxxxxxxxxx” ASC-də olan hesbalaşma hesabı vasitəsi ilə aparılmış, ağır dərəcəli şəkər xəstəsi kimi 2-ci qrup əlildir və Bakışəhəri, Nərimanov rayonu ərazisində yerləşən 4 saylı poliklinkada qeydiyyatdadır. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ilə “xxxxxxxxxxxxxxx” MMC-yə 350.000 manat məbləğində kreditn verilməsinə əlavə edilmiş kredit sifarişində olan yazıları, yəni “xxxxxxxxxxxxxxx” MMC-nin fəailyyəti ilə bağlı olan mənfəət, xalis gəlir və digər məlumatları kredit sifarişinə baş mühasib kimi özü yazmışdır. Kredit sifarişini Cəmiyyətin faktiki ünvanı ünvan 7 tərtib etmiş və onu kreditin alınmasıüçün Cəmiyyətin təsisçisi və direktoru Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da həmin kredit sifarişini imzalayıb Cəmiyyətin möhürü ilə təsdiq edib “xxxxxxxxxxx” ASC-nin “Muğan”filialına təqdim etməklə 350.000 manat məbləğində kredit xətti üzrə həmin vəsaiti və əlavə olaraq 01.04.2014-cü il tarixdə 100.000 manat məbləğində krediti almış, həmin kreditin əsas hissəsi ödənilmişdir. Həmin kredit sifarişində verilən kreditin məbləğinin göstərilməməsi verilən kreditin kredit xətti ilə bağlı olması olmuş, həmin kredit sifarişi 2013-cü ilin noyabr ayında “xxxxxxxxxxxxxxx” MMC-yə verilən 350.000 manat məbləğində kredit xəttinə görə tərtib etdiyi kredit sifarişidir, məlumatlar onun tərəfindən kredit sifarişinə yazılmış və həmin kredit sifarişi Təqsirləndirilən şəxs1 tərəfindən imzalanıb Cəmiyyətin möhürü ilə təsdiq edilərək “xxxxxxxxxxx” ASC-nin “Müğan” filialına təqdim olunmuş, Təqsirləndirilən şəxs1 aldığı kreditdən ona heç nə verməmiş, sonuncu aldığı kreditin sərf olunma istiqamətini özü məyyənləşdirmiş və icra etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən alınmış həmin vəsait həqiqətən kompüter avadanlıqlarının alınması və proqram təminatının qurulmasına sərf olunmuş, lakin, sonradan müəssisənin maliyyə vəziyyəti çətinləşdiyi üçün həmin krediti tam ödəyə bilməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o kredit sifarişinə heç bir təhrif edilmiş və ya şişirdilmiş məlumat daxil etməmişdir. Çünki, sözü gedən kredit sifarişinin yuxarı hissəsində özləri 2012-ci il yazsalar da həmin kredit sifarişində olan məlumatlar yalnız 2012-ci ilə aid deyil. Həmin rəqəmlər x21 Heyətinin təsdiq etdiyi “x12 Qaydaları”na 1 saylı əlavədə nəzərdə tutulmuş tələblərə uyğun olaraq son illik, yəni 2012-ci il üzrə və son hesabat dövrünü, yəni 2013-cü ilin kredit götürüldüyü vaxtadək olan məlumatlarınıözündə əks etdirir. Həmin rəqəmlər ittihamda qeyd edildiyi kimi yalnız 2012-ci ilə aid deyil. Orada göstərilmiş1.546.053,02manatgəlir, 151.090,53 manat balans mənfəəti, 30.218,11 manat mənfəət vergisi və 120.872,42 manat xalis mənfəət 2013-cü ilə aiddir və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq orada 2013-cü ilin də ayrıca qeyd edilməsinə ehtiyac yoxdur. Çünki, son hesabat dövründə ilin göstərilməsinə zərurət yoxdur. Həmçinin bildirmişdir ki, məlum kredit sifarişində 2012-ci il üzrə gəlir və mənfəətin göstərilməməsinin səbəbi odur ki, 2012-ci il üzrə onların əməliyyatları demək olar ki, olmamış, nəticədə gəlir və mənfəət əldə edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməsələr də, həmin cinayət əməlinin törədilməsində onların təqsirinin olmasışahidlərin ifadələri, iş materiallarında olan kredit sifarişi, kredit müqaviləsi, bank çekləri, mənfəət vergisinə dair bəyannamələr, mütəxəssis rəyi, səyyar vergi yoxlaması aktları, MMC-nin təsisçilərinin ümumi yığıncağının protokolu və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmişŞahid2 ifadəsində göstərmişdir ki, 1999-cu ildə BDU-nan hüquq fakültəsini bitirmiş, bundan sonra Bakı şəhəri Binəqədi rayon Vergilər idarəsində müfəttiş, daha sonra “Debüt” SKB- nin İdarə Heyətinin sədri vəzifəsində, daha sonra “xxxxxxxxxxx” ASC-nin Nərimanov filialının, daha sonra “xxxxxxxxx” ASC-nin Nərimanov filialının, daha sonra “xxxxxxxxxxx” ASC-nin 1 saylı Nizami filialının, daha sonra “xxxxxxxxx” ASC-nin Xəzər filialının müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə isə “xxxxxxxxxxx” ASC-nin “Muğan” filialının müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən hazıra kimi heç bir yerdə işləmir. İşlədiyi “xxxxxxxxxxx” ASC-nin “Muğan” filialı Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşmiş, bankın kredit şöbəsinin müdiri x15, xəzinədarı isə soyadını unutduğu Tahir adlışəxs olmuşdur. “xxxxxxxxxxx” ASC-nin “Muğan” filialından “xxxxxxxxxxxxxxx” MMC-yə həmin Cəmiyyət üzrə işlərin ahəngdarlığının təmin edilməsi məqsədilə 350.000 manat məbləğində kredit verilməsi barədə 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsində “borcverən” qrafasında adının qarşısında olan imza ona məxsusdur və kredit müqaviləsində imzasını bankın möhürü ilə özü təsdiq etmiş, həmin Cəmiyyətin direktoru olan Təqsirləndirilən şəxs1 onun əvvəllər işlədiyi bankların daimi müştərisi olmuş, ona əvvəllər bir neçə dəfə bankdan kredit vermiş, sonuncuhər dəfə aldığı krediti qaytarmış, onun dövriyyəsi yaxşı olmuş, “xxxxxxxxxxx” ASC-nin “Müğan” filialından aldığı 350.000 manat məbləğində kreditin qaytarılmasında sonradan problemləri yaranmış, yəni borcun bir hissəsini bağlamış, lakin, tam ödəməmiş, bir neçə dəfə ondan krediti ödəməsini tələb eləsə də. sonuncu krediti tam ödəməmiş, həmin müştərinin dövriyyə vəsaitinin yaxşı olmasına, həm də özünü əvvəlki kreditlərə görə yaxşı müştəri kimi göstərməsinə görə ona həmin vəsait heç bir təminat olmadan vermiş, həmin şəxsə qeyd edilən məbləğdə olan kredit vəsaiti tamamilə verilmiş, ona verilən kreditdən saxlanılması və ya ona kredit verilməsi üçün ondan pul tələb edilməsi halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid3 ifadəsində göstərmişdir ki, 1994-cü ildə Bakı Kooperativ texnikomunun mühasibat uçotu fakültəsini bitirmiş, bundan sonra Kürdəmir rayonu ərazisində yerləşən “Təmizlik” kiçik müəssisəsində, daha sonra isə “Debüt” Səhmdar Kommersiya bankında, bundan sonra isə “xxxxxxxxx” ASC-nin “Xəzər” filialında xəzinədar vəzifəsində işləmiş. 2013-cü ildən 2016-cı ilin fevral ayına kimi olan dövrdə isə “xxxxxxxxxxx” ASC-nin “Muğan" filialının kassiri vəzifəsində işləmiş, işlədiyi “xxxxxxxxxxx” ASC-nin “Muğan" filialının müdiri vəzifəsində Şahid2, kredit mütəxəssisi vəzifəsində x19, baş mühasib vəzifəsində Şahid1 işləmiş, həmin filial Bakışəhəri Nəsimi rayonu Qulu Quliyev küçəsində yerləşmişdir. Filialın kassiri kimi filialdan nağd pul vəsaitlərini müvafiq məxaric orderi əsasında şəxslərə vermişdir.Belə ki, vəsaitin verilməsi barədə filialın baş mühasibinin və əməliyyatçısının imzaladıqları məxaric orderləri ona daxil olduqdan sonra pulu alan şəxsin şəxsiyyətini onun şəxsiyyət vəsiqəsi əsasında yoxlayıb imza etdirməklə vəsaiti ona vermiş, kassir kimi vəsaiti məxaric orderində göstərilən şəxsdən başqa digər şəxsə etibaranmə olmadığı halda vemək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 348250 manat məbləğində vəsaiti alması barədə 26 noyabr 2013-cü il tarixli BT 043251 nömrəli, 99500 manat məbləğində vəsaiti alması barədə 01 aprel 2014-cü il tarixli BT 108052 nömrəli, 95480 manat məbləğində vəsaiti alması barədə 09 iyul 2014-cü il tarixli BT 108074 nömərli və 100.000 manat məbləğində vəsaiti alması barədə 11 sentyabr 2014-cü il tarixli BT 107838 nömrəli məxaric orderlərinin arxa hissəsində “kassir” qrafasında olan imzalar ona, həmin orderdə ”baş mühasib" qrafasında olan imza isə filialın baş mühasibi Şahid1 məxsusdur. Pulu alan müştəri olan Təqsirləndirilən şəxs1 xatırlamasa da məxaric orderində göstərilən həmin vəsaiti şəxsən kassir kimi həmin şəxsə vermiş, həmin vəsaitləri Təqsirləndirilən şəxs1 bank xidmət haqqı kimi nəzərdə tutulan vəsait çıxılmaqla vermiş, bank xidmət haqqı isə fılalın mühasibatlığı tərəfindən hesablanıb tutulur və verilməli olan məbləğ məxaric orderində göstərilir. Tərəfindən məxaric orderlərində göstərilən vəsaitləri şəxsən Təqsirləndirilən şəxs1 özünə vermiş, həmin vəsatidən pul saxlanılması halları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, 2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndislik İqtisadiyyat” fakültəsini “Qeyri neft sektorunda menmecmenf” ixtisası üzrə əyani təhsil şöbəsini bitirmiş, 2002- 2007-ci illərdə “Əmrahbank" Kommersiya bankında mühasib, 2007-2008-ci illərdə “xxxxxxxxxxxxxxx" ASC-də müştəri xidmətləri departamentində aparıcı mütəxəssis, 2008- 2012-ci illərdə “xxxxxxxxx” ASC-də əməliyyat filialının baş mühasibi vəziflərində işləmiş, 06.05.2013-cü il tarixdən 02.02.2016-cı il tarixədək olan dövrdə “xxxxxxxxxxx” ASC-nin “Muğan” filialında baş mühasib vəzifəsində işləmiş, həmin dövrdə filialın müdiri Şahid2, baş kassir Şahid3, əməliyyatçılar isə Kamran Süleymanov və Qənirə Bağırova olmuş, filialın hüquqi ünvanı ünvan 10 Baş mühasib kimi səlahiyyətlərinə maliyyə əməliyyatlarına nəzarət etmək, gündəlik gəlir və xərcləri yoxlamaq, günün balansını tərtib etmək, hüquqi və fiziki şəxslərin bank hesablarının açılmasına nəzarət etmək, filialın müdiri ilə birlikdə filialın kassasının açılması və bağlanması fəaliyyətinə nəzarət etmək, o cümlədən tərəfindən günün sonunda qiymətlilərin və pul vəsaitlərinin hesablanması barədə filialın müdirinə məlumat vermək, imzalanmasıüçün bank sənədlərini və məxaric orderlərini filialın müdirinə təqdim elmək və sair xidmətlər aid olmuş, banklarda hüquqi və fiziki şəxslərə vəsaitlərin verilməsi qaydası fərqlidir. Belə ki, hüquqi şəxslərin rəhbərləri (bu işə müvəkkil olunmuşşəxs də ola bilər) “xxxxxxxxxxx” ASC-yə aid çek kitabçası və şəxsiyyət vəsiqəsi ilə bankın əməliyyat şöbəsinə müraciət edir, əməliyyatçı müştərinin hesabındakı vəsaiti yoxlayır, əməliyyatçı müştərinin vergi və ya digər dövlət qurumları tərəfindən hesabından vəsaitin çıxarılmasına heç bir məhdudiyyətin olmadığını müəyyən etdiyi təqdirdə çekdə göstərilən məbləğçıxılan komissiyalar və haqları nəzərdə almaqla vəsait kifayət qədər olduğu halda çek vərəqini və imza nümunəsini əməliyyat idarəsində saxlanılan nüsxəsi ilə üzləşdirərək çekin doğruluğu yoxlanılır, yəni müştərinin adı, VÖEN, bankın filialına məxsus hesab nömrəsi, rəqəmlə məbləğ, tarix, vəsaiti alan şəxsin soyadı, adı və atasının adı, yazı ilə məbləğ, çekin əks tərəfində məbləğin hansı məsrəflər üçün xərclənəcəyi, vəsaiti alan şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsi, tarixi və hansı orqan tərəfindən verildiyi yoxlanılır və əməliyyatçının imzası ilə təsdiq edilir. Bundan sonra əməliyyatçı müştərinin şəxsiyyət vəsiqəsi, imza nümunəsi və çek vərəqi ilə baş mühasibə müraciət edir, baş mühasib tərəfindən hesab yoxlanıldıqdan sonra Azərbaycan Respublikasının Mərkəzi bankının normativ aktlarına və bankdaxili prosedurları rəhbər tutularaq baş mühasibin imzası ilə təsdiq olunur. Bundan sonra bu əməliyyat bankın avtomatlaşdırılmış sisteminə əməliyyatçı tərəfindən daxil edilir, müvafiq haqq və komissiyalar tutulur. Daha sonra müştəri vəsaiti almaq üçün filialın kassasına yaxınlaşır, vəsait müştəriyə verildiyi an “Çekdə göstərilən məbləği aldım” qrafasında müştəri imza etdikdən sonra həmin vəsaiti müştəri alır. Xəzinədar çekdə müvafiq qeydlərini aparır, əməliyyatın icra tarixini qeyd edərək çekin doğruluğunu öz imzası ilə təsdiq edir, çek vərəqinin kontrol markası kassir tərəfindən kəsilir və göstərilən yerə yapışdırılır, vahid nüsxədə olan həmin çek filialın kassa sənədləri qovluğunda saxlanılır, xəzinədar əməliyyatı bankın sistemində təsdiqləyir. Fiziki şəxs isə onun hesabında olan vəsaitin məxaric olunmasıüçün şəxsiyyət vəsiqəsi ilə filialın əməliyyatçısına müraciət edir və onun hesabında olan vəsaitin çıxarılmasına heç bir məhdudiyyət olmadığı halda məxaric əməliyyatını həyata keçirir. Məxaric orderi iki nüsxədən ibarət olur, nüsxənin biri filialın kassa sənədlərinin qovluğunda, digəri isə müştəridə qalır. Əməliyyatçı əməliyyatı imzası ilə təsdiq edir, müştəri özünə aid qrafada imza edir, baş mühasib əməliyyatın doğruluğunu yoxlayaraq imza edir, bundan sonra müştəri kassadan vəsaiti alır, müdir isə iş günü ərzində verilmiş vəsaitə dair məxaric orderini imzası ilə təsdiq edir. Təqsirləndirilən şəxs1 348.250 manat vəsaitin verilməsi barədə “xxxxxxxxxx” ASC-nin 26 noyabr 2013-cü il tarixli BT 043251 nömrəli, 99.500 manat vəsaitin verilməsi barədə 01 aprel 2014-cü il tarixli BT 108052 nömrəli. 95.480 manat vəsaitin verilməsi barədə BT 108074 nömrəli və 100.000 manat vəsaitin verilməsi barədə BT 107838 nömrəli çek vərəqələrində ‘'Yoxlanılıb'’ qrafasında olan imza ona, “Ödənilsin" qıafasında olan imza əməliyyatçı Kamran Süleymanova, “Ödənilib“ qrafasında olan imza isə xəzinədar Şahid3 məxsusdur. Filialda vəsaitlərin verilməsi ilə bağlı müştərilər tərəfindən filialın əməkdaşlarına pul verilməsi halları, eləcə də filialda pullarn saxlanalması halları olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən mütəxəssis qismində fikri dinlənilmiş x14 bildirmişdir ki, təqdim edilmiş kredit sifarişində heç bir şişirdilmiş məlumat yoxdur. Belə ki, “xxxxxxxxxxxxxxx” MMC-nin kredit götürüldüyü dövrdə ancaq “xxxxxxxxxxx” ASC-də hesabı olub. x21 Heyətinin təsdiq etdiyi “x12 Qaydaları”na 1 saylı əlavədə nəzərdə tutulmuş tələblərə uyğun olaraq kredit götürülərkən banka son illik və son hesabat dövrünün maliyyə məlumatları təqdim edilir. Kredit sifarişinin doldurulduğu blankda 2012-ci il ona görə göstərilir ki, 1-ci (2012-ci il) bitmiş il idi, 2-ci il isə (2013-cü il) bitmiş il deyil, ancaq noyabr ayına kimi olan hesabatdır. Qaydalara əsasən isə kredit sifarişində son hesabat dövrüüçün, yəni 2013-cü il üzrə noyabr ayına kimi olan məlumatlarda həmin ilin xüsusi qeyd edilməsinə ehtiyac yoxdur. Bu səbəbdən də onun fikrinə görə təqdim edilmiş sənədlərə əsasən başa çatan maliyyə ili üzrə cəmiyyətin maliyyə vəziyyətini əks etdirən 2012-ci ilin balans rəqəmləri düzgün əks etdirilmişdir və kredit alınan dövrədək, yəni 01 noyabr 2013-cü il tarixə müəssisənin dövriyyəsi (satışdan gəliri) 1.546.053,02 manat təşkil edir. Cinayət işinin 5-ci cild 156-158-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 130-132-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 23 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-cı cild 23-25-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli məhkəmənin hazırlıq iclasının Qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 5-ci cild 21-25-ci vərəqələrində olan 18 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-nin 26.11.2013-cü il tarixli 06/13 saylı kredit müqaviləsi ilə bəyan etdiyi 2012-ci ilin gəlirləri və mənfəət vergisinin bəyannaməsində göstərilən gəlirlərini müqayisə edərkən kredit sifarişi sənədində gəlirinin artıq göstərildiyi müəyyən olunmuşdur. Belə ki, 350.000 manat məbləğində kredit sifarişində satışdan gəlirin 1.546.053,02 manat, balans mənfəətinin 151.090,53 manat, mənfəət vergisinin 30.218,11 manat və xalis mənfəətin 120.872,42 manat olduğu qeyd edilmiş, lakin vergi orqanlarına təqdim olunan mənfəət vergisi bəyannaməsində satışdan gəlirin 206.146,49 manat, balans mənfəətin 1.937,20 manat, mənfəət vergisinin 387,44 manat və xalis mənfəətin 1.549,76 manat olduğu göstərilmiş, yəni kredit sifarişində müəssisənin mənfəətinin guya 120.872,42 manat olması kimi yazılması ilə kredit sifarişi şişirdilmişdir. Cinayət işinin 1-ci cild 12-19-cu vərəqələrində olan 26.11.2013-cü il tarixli 06/13 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-yə işlərin ahəngdarlığını təmin elmək məqsədilə 350.000 manat məbləğində illik 18 faizlə 24 ay müddətinə kredit xətti açılmışdır. Cinayət işinin 1-ci cild 50-57-cu vərəqələrində olan bank çeklərindən görünür ki, Təqsirləndirilən şəxs1 “xxxxxxxxxxx” ASC-nin “Muğan” filialından müxtəlif məbləğlərdə vəsaitləri nağd olaraq imza edib almışdır. Cinayət işinin 1-ci cild 59-cu vərəqəsində olan Təqsirləndirilən şəxs1 “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi və direktoru kimi “xxxxxxxxxxx” ASC-nin “Muğan” filalının rəhbərliyinə ünvanladığı 13.11.2013-cü il tarixli müraciətdən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə qeyd edilən bankın rəhbərliyinə müraciət edərək şirkətin gələcək inkişafı və ümumi əmtəə dövriyyəsinin artırılması məqsədilə “xxxxxxxxxxxx” ASC-nin müştərisi olaraq 350.000 manat miqdarında kredit xətti açılmasını xahiş etmişdir. Cinayət işinin 1-ci cild 20-21-ci vərəqələrində olan 350.000 manat məbləğində kreditn alnması (kredit xətti üzrə) barədə 26.11.2013-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş tarixi göstərilməyən kredit sifarişindən görünür ki, qeyd edilən məbləğdə kredit alınmasıüçün Təqsirləndirilən şəxs1 banka təqdim etdiyi “xxxxxxxxxxxxxxx" MMC üzrə kredit sifarişində 2012-ci ildə müəssisə üzrə satışdan gəlir 1.546.053,02 manat, balans mənfəəti 151.090,53 manat, mənfəət vergisi 30.218,11 manat və xalis mənfəətin 120.872,42 manat olduğu qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 133-145-ci vərəqələrində olan 17 dekabr 2014-cü il tarixli **********6827898 saylı səyyar vergi yoxlaması aktından görünür ki, həmin vergi yoxlaması“xxxxxxxxxxxxxxx” MMC-də 2013-cü ilin noyabr ayından 2014-cü ilin sentyabr ayına kimi olan dövrü əhatə etmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə “xxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxx” ASC-də, “xxxxxxxxxxxxxx” ASC-fə, “xxxxxxxxxxxx” ASC-də, “xxxxxxxxx” ASC-də hesabları olmuşdur. Cinayət işinin 1-ci cild 159-170-ci vərəqələrində olan 22 yanvar 2014-cü il tarixli **********711559 saylı səyyar vergi yoxlaması aktından görünür ki, həmin vergi yoxlaması“xxxxxxxxxxxxxxx” MMC-də 2012-ci ilin 3-cü rübündən 2013-cü ilin 3-cü rübünə kimi olan dövrü əhatə etmişdir. Yoxlamanın əhatə etdiyi dövrdə “xxxxxxxxxxxxxxx” MMCnin “xxxxxxxxxxx” ASC-də,“xxxxxxxxxxxxxx” ASC-də, “xxxxxxxxxxxx” ASC-də, “xxxxxxxxx” ASC-də hesabları olmuşdur. Cinayət işinin 3-ci cild 229-238-ci vərəqələrində olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən 2012-ci il üzrə vergi orqanlarına təqdim olunan mənfəət vergisi bəyannaməsindən görünür ki, müəssisə üzrə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gələn gəlir 206.146,49 manat, vergiyə cəlb olunan mənfəət, yəni balans mənfəəti 1.937,20 manat, mənfəət vergisi 387.44 manat və xalis mənfəət 1.549,76 manat göstərilmişdir. Cinayət işinin 2-ci cild 16-17-ci vərəqələrində olan Azərabycan Respublikası Vergilər x9 şəxslərinin Dövlət Reyestrindən verilmiş 31.07.2012-ci il tarixli **********157400 nömrəli çıxarışlardan görünür ki, “xxxxxxxxxxxxxxx“ MMC 31.07.2012-ci il tarixdə Bakışəhər Vergilər Departamentinin Kommersiya Hüquqi şəxslərin Dövlət Qeydiyyatıİdarəsi tərəfindən **********1 nömrəli VÖEN-lə qeydiyyata alınmış, cəmiyyətin təsisçisi 100 faiz pay olmaqla Təqsirləndirilən şəxs1 olmuş, cəmiyyətin hüquqi ünvanı ünvan 11 işinin 2-ci cild 66-cı vərəqəsində olan “xxxxxxxxxxxxxxx” MMC üzrə təsisçinin 30 iyul 2012-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təsisçi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq nizamnamə kapitalı 10 manata bərabər tutulan, hər birinin nominal dəyəri 1 manat olan 10 paydan ibarət olan “xxxxxxxxxxxxxxx" MMC yaradılmış və nizamnaməsi təsdiq edilmiş. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Təqsirləndirilən şəxs1 təyin edilmişdir. Cinayət işinin 5-ci cild 133-cü vərəqəsində olan “xxxxxxxxxxxxxxx” MMC üzrə verilmiş 08.08.2012-ci il tarixli UM-OR-EM-0001 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 08 avqust 2012-ci il tarixdən etibarən “xxxxxxxxxxxxxxx” MMC-yə baş mühasib vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin 2-ci cild 36-39-cu vərəqələrində olan “xxxxxxxxxxxxxxx” MMC-nin 30.07.2012-ci il tarixdə təsdiq olunmuş nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin Cəmiyyətin direktoru kimi Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlan qarşısında təmsil elmək. Ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək və sair təşkilati- sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmuşdur. Cinayət işinin 5-ci cild 36-cı vərəqəsində olan x1 daxil olmuş 23.10.2019-cu il tarixli **********615 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 (xxxxxxxxxxxxxxx MMC-nin direktoru kimi) 26.11.2013-ci il tarixli kredit müqaviləsi (kredit xətti) üzrə verilmiş 350.000 manat və 100.000 manat məbləğində, ümumilikdə 450.000 manat məbləğində kredit vəsatindən əsas borc üzrə 272.399 manat, faiz borcu üzrə 76.452 manat ödənilmiş, qalıq borc-əsas borc üzrə 177.601,44manat, faiz borcu üzrə isə 89.155,56 manat təşkil edir, yəni həmin kredit borcu bu günə kimi tam ödənilməmişdir. Cinayət işinin 1-ci cild 93-96-cı vərəqələrində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli 2-2(82)-1248/2016 saylı Qiyabi Qətnaməsindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-dən 177.601,44 manat əsas, 12.609,37 manat faiz borcu, 42.446,74 manat dəbbə pulu olmaqla ümumilikdə 232.657,55 manat məbləğində pulun tutularaq ləğv etmə prosesində olan “xxxxxxxxxxxx” ASC-yə verilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cild 97-98-ci vərəqələrində olan “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının 17 noyabr 2013-cü il tarixli 11/13 saylı Protokolundan görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-nin adına bank kredit xətti açılması, MMC-nin adına kredit xətti açılmasına dair tələb olunan bütün sənədlərin hazırlanması, işlərin görülməsi MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs2 həvalə edilməsi qərara alınmışdır. Cinayət işinin 5-ci cild 204-216-cı vərəqələrində olan 25 oktyabr 2019-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 26.11.2013-cü il tarixli 06/13 nömrəli kredit müqaviləsi, 13.11.2013-cü il tarixli müraciət, 348250 və 99500 manat məbləğində vəsaitin alınması barədə BT 348250 və BT 108052 nömrəli bank çekləri, kredit sifarişi, mənfəət vergisinə dair bəyannamələr iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “xxxxxxxxxxxxxx” ASC-nin 17 may 2018-ci il tarixli sistemdən çıxarışından görünür ki, Xətai Rayon İcra Şöbəsinin sərəncamına əsasən 9.360,82 ABŞ doları, yəni həmin dövrün məzənnəsi ilə 15.913,39 manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxx” MMC-nin hesabından tələbkarın xeyrinə tutulmuşdur. Cinayət işinin materiallarında olan 16 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi və direktoru Təqsirləndirilən şəxs1 x2 hesabına 5.000 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin 5-ci cild 163-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 5-ci cild 160-cı vərəqəsində olan 66 saylı MKİS tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli 73 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin 5-ci cild 159-cu vərəqəsində olan 66 saylı MKİS tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli 1224 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri özü də daxil olmaqla altı nəfərdən ibarətdir. Həyat yoldaşı x22 qızı (1974), qızı Əhmədzadə Fidan Rövşən qızı (1999), qızı Əhmədzadə Canan Rövşən qızı (2006), oğlu Əhmədzadə Rüzgar Rövşən oğlu (2012) və anası x5 (1952). İş materiallarında olan “x26”nın 21 noyabr 2018-ci il tarixli Epikrizindən görünür ki, x11 (Təqsirləndirilən şəxs1 həyat yoldaşı) “ekstagenital endometrioz” diaqnozu qoyulmuşdur. İş materiallarında olan “x26”nın 16 yanvar 2020-ci il tarixli Epikrizindən görünür ki, x11 (Təqsirləndirilən şəxs1 həyat yoldaşı) “laparatomiya, Aponevroz altı ocağın çapıq toxuması ilə birgə xaric edilməsi, aponevrozun alloplastik bərpası. Sağ tuboovarioektomiya. Qarın boşluğuna drenaj qoyulması əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Cinayət işinin 5-ci cild 135-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 5-ci cild 134-cü vərəqəsində olan 37 saylı MKİS tərəfindən verilmiş 22 oktyabr 2019-cu il tarixli 37/616 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin 5-ci cild 136-cı vərəqəsində olan 4 saylı şəhər poliklinikası tərəfindən verilmiş 22 oktyabr 2019-cu il tarixli 209 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 1985-ci il tarixdən “şəkərli diabet tip 1, insulin tələbli, diabetik retinopatiya, diabetik polinevropatiya, insulindən asılışəkərli diabet, çoxsaylı ağırlaşmalarala” dispanser qeydiyyatındadır, İİ qrup əlildir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. x20 Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan HüquqlarıÜzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olmasıüçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini etiraf etməsələr də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahid ifadələri, kredit sifarişi, kredit müqaviləsi, bank çekləri, mənfəət vergisinə dair bəyannamələr, mütəxəssis rəyi, “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı, səyyar vergi yoxlaması aktları və işin digər halları ilə Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu bir qrup şəxslə rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alması və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncüşəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayətlərini törətməsi, digər Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olduğu bir qrup şəxslə hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməkdə həmin təşkilatın direktoruna kömək etməklə külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma cinayətinin törədilməsində iştirak etməsi və vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncüşəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Ona görə də Təqsirləndirilən şəxs1 əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,195.2 və 308.2-ci maddələrinin tərkibini yaratdığından ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi elan edilmiş ittiham həmin Məcəllənin 32.5, 195.2-ci maddəsinə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə yalan məlumatları banka bilavasitə özü təqdim etmiş, həmin məlumatlar təqdim edilərkən digər Təqsirləndirilən şəxs2 bilavasitə orada iştirak etməmiş, sonuncu yalnız MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 göstərişi ilə kredit sifarişinə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 kömək etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmişşəxs, habelə cinayət törətmişşəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmişşəxs köməkçi sayılır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 195.2 və 308.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Mühasibat uçotu" haqqında Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli Qanunu və Azərbaycan Respublikasının Əmək və x13 Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş«Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid x8»na əsasən mühasib mühasibat üçotu subyektlərində mühasibat uçotunun, yəni mühasibat subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarıüzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılması, mühasibat uçotunun formalaşdırılması və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin elmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxsdir. Həm qeyd edilən normativ aktlara, həm də “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının 17 noyabr 2013-cü il tarixli 11/13 saylı protokoluna əsasən MMC-nin adına kredit xətti açılmasına dair tələb olunan bütün sənədlərin hazırlanması və işlərin görülməsi ilə bağlı məsul şəxs MMC-nin baş mühasibi Təqsirləndirilən şəxs2 olmuşdur (1ci cild iş v. 97-98). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında təqsirli olmamaları, kredit sifarişinə yalan, şişirdilmiş məlumatlar daxil etməmələri barədə verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, təqsirləndirilən şəxslər iddia edir ki, kredit sifarişinin yuxarı hissəsində 2012ci il yazsalar da həmin kredit sifarişində olan məlumatlar yalnız 2012-ci ilə aid deyil. Həmin rəqəmlər son illik, yəni 2012-ci il üzrə və son hesabat dövrünü, yəni 2013-cü ilin kredit götürüldüyü vaxtadək olan məlumatlarınıözündə əks etdirir. Kredit sifarişində göstərilmiş1.546.053,02 manat gəlir, 151.090,53 manat balans mənfəəti, 30.218,11 manat mənfəət vergisi və 120.872,42 manat xalis mənfəət 2013-cü ilə aiddir və Mərkəzi Bankın müəyyən etdiyi qaydalara uyğun olaraq orada 2013-cü ilin də ayrıca qeyd edilməsinə ehtiyac yoxdur. Çünki, son hesabat dövründə ilin göstərilməsinə zərurət yoxdur. Məlum kredit sifarişində 2012-ci il üzrə gəlir və mənfəətin göstərilməməsinin səbəbi odur ki, 2012ci il üzrə onların satış əməliyyatları olmamış, nəticədə gəlir və mənfəət əldə edilməmişdir. Həmçinin müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında dinlənilmiş mütəxəssis bildirmişdir ki, təqdim edilmiş kredit sifarişində heç bir yalnışlıq yoxdur. Kredit sifarişinin doldurulduğu blankda 2012-ci il ona görə göstərilir ki, 1-ci (2012-ci il) bitmiş il idi, 2-ci il isə (2013-cü il) bitmiş il deyil, ancaq noyabr ayına kimi olan hesabatdır. x21 Heyətinin təsdiq etdiyi “x12 Qaydaları”na 1 saylı əlavədə nəzərdə tutulmuş tələblərə uyğun olaraq kredit götürülərkən banka son illik və son hesabat dövrünün maliyyə məlumatları təqdim edilir. Bu səbədən də onun fikrinə görə təqdim edilmiş sənədlərə əsasən başa çatan maliyyə ili üzrə cəmiyyətin maliyyə vəziyyətini əks etdirən 2012-ci ilin balans rəqəmləri düzgün əks etdirilmişdir və kredit alınan dövrədək, yəni 01 noyabr 2013cü il tarixə müəssisənin dövriyyəsi (satışdan gəliri) 1.546.053,02 manat təşkil edir. Məhkəmə həm təqsirləndirilən şəxslərin təqsirsiz olmaları barədə iddialarına, həm də müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş mütəxəssisin fikrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı verilmiş mütəxəssisin rəyinəəsasən “xxxxxxxxxxxxxxx” MMC-nin 26.11.2013-cü il tarixli 06/13 saylı kredit müqaviləsi ilə bəyan etdiyi 2012-ci ilin gəlirləri və mənfəət vergisinin bəyannaməsində göstərilən gəlirlər müqayisə edərkən kredit sifarişi sənədində gəlirlərin miqdarı artıq göstərilmişdir. Belə ki, 350.000 manat məbləğində kredit sifarişində satışdan gəlirin 1.546.053.02 manat, balans mənfəətinin 151.090,53 manat, mənfəət vergisinin 30.218.11 manat və xalis mənfəətin 12.872,42 manat olduğu qeyd edilmişdir. Lakin, “xxxxxxxxxxxxxxx” MMC tərəfindən 2012-ci il üzrə vergi orqanlarına təqdim olunan mənfəət vergisi bəyannaməsində satışdan gəlirin 206.146.49 manat, balans mənfəətin 1.937,20 manat, mənfəət vergisinin 387.44 manat və xalis mənfəətin 1.549,76 manat olduğu göstərilmişdir. Qeyd edilən bu iki sənədin müqayisəli təhlili bir daha təsdiq edir ki, kredit sifarişində müəssisənin mənfəətinin 120.872,42 manat göstərilməsi ilə kredit sifarişi şişirdilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki,kredit sifarişində olan əl yazısı ilə müəssənin son hesabat tarixinə balansı 2012-ci il yazılan cədvəldə həmin ilə aid olan müəssisənin gəliri və mənfəəti qeyd olunsa idi onda hesab etmək olardı ki, müəssisənin son hesabat tarixinə mənfəət və zərər hissəsi 2013-cü ilin son hesabat tarixinə aiddir. Belə ki, həmin kredit sifarişindən 2012-ci ilin mənfəət və zərərinin məbləğini müəyyən etmək mümkün olmur. Bununla da, bir daha təsdiq edir ki, həmin məlumatlar 2012-ci ilin maliyyə məlumatları kimi şişirdilmiş formada banka təqdim edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməyərək kredit sifarişində olan məlumatların düzgün olmasını iddia etsələr də ibtidai istintaq zamanı verdikləri ifadələrində hər ikisi bildirmişdir ki, kredit sifarişində olan rəqəmləri bilə-bilə şişirdilmişdir, bunu etməkdə məqsədləri müəssisənin əməliyyatlarının həcminin çox olmasını göstərməklə kredit almaq olmuşdur. Təqsirləndirilən şəxslərin ibitdai və məhkəmə istintaqı zamanı verdikləri kəskin ziddiyətli ifadələri də sonuncuların məhkəmə iclasında verdikləri ifadələrinin qeyri-səmimi olmasını bir daha təsdiq edir. Bundan əlavə müdafiə tərəfi “xxxxxxxxxxxxxxx” MMC-nin kredit götürüldüyü dövrdə ancaq “xxxxxxxxxxx” ASC-də hesablarının olmasını, bu səbəbdən də, bank onların dövriyyəsinin həcmini mütləq şəkildə bildiyini iddia etsələr də, müəyyən edilmişdir ki, mötəbərliyi heç bir şübhə doğurmayan sənədlərlə (cinayət işinin 1-ci cild 159-170-ci vərəqələrində olan 22 yanvar 2014-cü il tarixli **********711559 saylı və 1-ci cild 133-145-ci vərəqələrində olan 17 dekabr 2014-cü il tarixli **********6827898 saylı səyyar vergi yoxlaması aktları) kreditin götürüldüyü 26 noyabr 2013-cü il tarixdə “xxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxx” ASC-dən başqa “xxxxxxxxxxxxxx” ASC-də, “xxxxxxxxxxxx” ASCdə, “xxxxxxxxx” ASC-də hesablarıvardır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsiz olmaları barədə məhkəmə iclasında verdikləri ifadələrinicinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişlər. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, ittihamda göstərilən borc məbləği ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 noyabr 2016-cı il tarixli 2-2(82)-1248/2016 saylı Qiyabi Qətnaməsi mövcuddur. Belə ki, həmin qətnaməyə əsasən “xxxxxxxxxxxxxxx” MMC-dən 177.601,44 manat əsas, 12.609,37 manat faiz borcu, 42.446,74 manat dəbbə pulu olmaqla ümumilikdə 232.657,55 manat məbləğində pulun tutularaq ləğv etmə prosesində olan “xxxxxxxxxxxx” ASC-yə verilməsi qət edilmiş və hal-hazırda həmin məbləğdən 20.913,39 manatpul ödənilmişdir (17 may 2018-ci il tarixli sistemdən çıxarış 9.360,82 ABŞ doları, yəni həmin dövrün məzənnəsi ilə 15.913,39 manat və 16 iyun 2020-ci il tarixli qəbz 5.000 manat ). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsinə əsasən təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatıüzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncüşəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növüüçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmişşəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ailəli olmaqla himayəsində xəstəlikdən əziyət çəkən həyat yoldaşının, yetkinlik yaşına çatmayan iki övladının və yaşlı anasının olmasını, ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmişşəxsə vurulmuş ziyan üzrə ümumilikdə 20.913,39 manat məbləğində ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin əməlinin ictimai təhlükəlilik dərəcəsini, həmin əməlin ağırlıq və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ailəli olmaqla himayəsində xəstəlikdən əziyyət çəkən həyat yoldaşının, yetkinlik yaşına çatmayan iki övladının və yaşlı anasının olmasını, ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, zərərçəkmişşəxsə vurulmuş ziyan üzrə ümumilikdə 20.913,39 manat məbləğində ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasınıçəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs1üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə iş yerini və yaşayış yerini dəyişərkən onların üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ailəli olmasını, ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, insulin ehtiyaclı şəkərli diabet xəstəsi olmasını, xəstəliyi ilə əlqədar 1985-ci ildən dispander qeydiyyatında olmasını, İİ qrup əlil olmasını, hazırki iş üzrə zərərçəkmişşəxsə vurulmuş ziyan üzrə ümumilikdə 20.913,39 manat məbləğində ödəniş edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmaması ilə yanaşı yüngülləşdirilən halların olmasını, yəni onun ailəli olmasını, ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, insulin ehtiyaclışəkərli diabet olmasını, xəstəliyi ilə əlqədar 1985-ci ildən dispanser qeydiyyatında olmasını, İİ qrup əlil olmasını, hazırki işüzrə zərərçəkmişşəxsə vurulmuş ziyan üzrə ümumilikdə 20.913,39 manat məbləğində ödəniş edilməsini işin müstəsna halı kimi qiymətləndirilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən ona həmin Məcəllənin 32.5, 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza, həmçinin Azərbaycan Respublikasının Cinayət Cinayət Məcəlləsinin 195.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarıəhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə ailəli olmasını, ilk dəfə məhkum olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, insulin ehtiyaclışəkərli diabet olmasını, xəstəliyi ilə əlqədar 1985-ci ildən dispanser qeydiyyatında olmasını, İİ qrup əlil olmasını, hazırki işüzrə zərərçəkmişşəxsə vurulmuş ziyan üzrə ümumilikdə 20.913,39 manat məbləğində ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasınıçəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə dövründə iş yerini və yaşayış yerini dəyişərkən onların üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş 26.11.2013-cü il tarixli 06/13 nömrəli kredit müqaviləsi, 13.11.2013-cü il tarixli müraciət, 348250 və 99500 manat məbləğində vəsaitin alınması barədə BT 348250 və BT 108052 nömrəli bank çekləri, kredit sifarişi, mənfəət vergisinə dair bəyannamələr cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 42, 55, 197-198, 339- 349, 351-353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 70-cimaddəsi tətbiq olunmaqla onatəyinedilmiş04 (dörd) il müddətə müddətəazadlıqdanməhrumetməcəzası 01 (bir) il 06 (altı) ay sınaqmüddətimüəyyən olunmaqla şərtitətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməli həmin maddədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 195.2-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 195.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 195.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla həmin Məcəllənin 308.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalarıəhatə etmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində AzərbaycanRespublikasınınCinayət Məcəlləsinin 70-cimaddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş 26.11.2013-cü il tarixli 06/13 nömrəli kredit müqaviləsi, 13.11.2013-cü il tarixli müraciət, 348250 və 99500 manat məbləğində vəsaitin alınması barədə BT 348250 və BT 108052 nömrəli bank çekləri, kredit sifarişi, mənfəət vergisinə dair bəyannamələr cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən, elan olunduğuandan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar