Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkil X2 iştirakları ilə xx.xx.1984-cü ildə Xanlar şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmiş, saxlamış və bu məqsədlər üçün mənzil sahəsi vermişdir. Belə ki, o, 2019-cu ilin mart ayından 28 dekabr 2019-cu il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməklə saxlamaq və bu məqsədlər üçün ünvan 3 ünvanında yerləşən kirayə götürdüyü mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra qeyd edilən dövr ərzində müştəriləri Şahid9 şəxsiyyəti isintaqa məlum olmayan fahişəliklə məşğul olan qadınla, eyni zamanda Şahid8 fahişəliklə məşğul olan Şahid1 ilə mənzildə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla bunun müqabilində hər dəfə 25-30 manat pul almaqla qeyd edilən mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 dekabr 2019-cu il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan mənzili müştərisi Şahid13 və sonuncu ilə cinsi əlaqədə olmaq üçün gəlmiş fahişəliklə məşğul olan Rusiya Federasiyasının vətəndaşı Amiraslanova Sevindzh-ə cinsi əlaqədə olmaları üçün 30 manat pul müqabilində bir neçə saatlıq təqdim etdikdən sonra saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs qeyd edilən mənzildə əxlaqsızlıq yuvası təşkil edib saxladığına görə Şahid13 aldığı və polis əməkdaşlarına könüllü olaraq təqdim etdiyi 30 manat məbləğində pul götürülmüşdür. Bundan başqa, o, təkrarən 2020-ci ilin sentyabr ayından 06 noyabr 2020-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməklə saxlamaq və bu məqsədlər üçün ünvan 4 ünvanında yerləşən kirayə götürdüyü mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 06 noyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan mənzili müştərisi Şahid4 və sonuncu ilə cinsi əlaqədə olmaq üçün gəlmiş fahişəliklə məşğul olan Şahid5 cinsi əlaqədə olmaları üçün 30 manat pul müqabilində bir neçə saatlıq təqdim etdikdən sonra saxlanılmış, həmçinin Təqsirləndirilən şəxs qeyd edilən mənzildə əxlaqsızlıq yuvası təşkil edib saxladığına görə Şahid4 verdiyi 30 manat məbləğində pul götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 5 ünvanında yerləşən mənzili 2019-cu ilin iyun ayından və ünvan 4 ünvanında yerləşən mənzili 2020-ci ilin sentyabr ayından kirayəyə götürmüş, ölkədə karantin rejimi tətbiq edildiyi üçün özünə iş tapa bilməmiş, ikinci mənzili kirayə götürdükdən sonra birincini artıq istifadə etməmişdir. İstifadəsində olan mobil telefon nömrələrinə zəng edən müştərilər mənzildən bir neçə saatlıq istifadə etmək istədikdə 30 manat pul müqabilində razılıq vermiş, müştərilərin mənzildən hansı məqsədlə istifadə etmək istəmələri onun üçün maraqlı olmamış, çünki mənzilə bir neçə saatlıq fahişəliklə məşğul olan qadınla gəlməyin onun üçün ağır nəticələrə səbəb olacağından, barəsində cinayət təqibi aparılacağından məlumatı olmamışdır. Lakin qeyd olunan hərəkətləri maddi imkanı olmadığından etmişdir. Belə ki, himayəsində bir yetkinlik yaşına çatmayan və 19 yaşı olmuş iki övladı vardır. Həmçinin onda epilepsiya xəstəliyi olduğundan sağlamlığı ilə əlaqədar hər hansı işlə məşğul ola bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid15 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparmış, hal-hazırda isə təqaüddədir. Hadisə ilə əlaqədar olaraq, mənzilə baxış keçirilməsinə dair əməliyyat tədbirində iştirak etsə də, həmin əməliyyat zamanı baş vermiş hadisələri xatırlamır. Belə ki, hadisə uzun müddət əvvəl baş verdiyindən və həmin hadisədən sonra bir çox əməliyyat tədbirlərində iştirak etdiyinə görə hadisənin baş vermə intensivliyi və digər zəruri hesab ediləcək tədbirləri xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 06 noyabr 2020-ci il tarixdə xidmət apardığı Baş İdarəyə “Yeganə” adlı şəxsin qadınları ünvan 4 ünvanında cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatı daxil olmuş, rəhbərliyin icazəsi ilə məlumatın yoxlanılmasına dair əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Onun və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, Baş İdarəyə hal şahidi qismində iki nəfər şəxs dəvət olunmuşdur. 06 noyabr 2020-ci il tarixdə əməliyyat qrupu dəvət edilmiş hal şahidləri ilə birlikdə ünvan 4 ünvanının yaxınlığına getmiş, saat 16 radələrində qeyd olunan ünvan müşahidəyə götürülmüşdür. Bir müddət sonra mənzildən bir nəfər qadının çıxaraq binadan kənarlaşdığını görmüş və yaxınlaşaraq özlərini təqdim etmiş, mənzilə daxil olub baxış keçirməyə icazə istəmişlər. Özünü Şahid10 kimi təqdim edən həmin qadın mənzildə bir nəfər kişi və bir nəfər qadın olduğunu, həmin şəxsləri tanımadığını, sadəcə olaraq mənzilin sahibi Təqsirləndirilən şəxs xahişi ilə həmin şəxslərə mənzilin yerini göstərməsini bildirmişdir. Bundan sonra Şahid10 ilə birlikdə binada yerləşən 11 saylı mənzilin qapısına yaxınlaşmış və qapını döymüş, kişi cinsindən olan şəxs qapını açmış, xidməti vəsiqələrini göstərib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını, mənzilin otaqlarına baxış keçirməli olduqlarını bildirmişlər. Həmin şəxs özünü Şahid4 kimi təqdim etmiş, etiraz etməyərək mənzilə daxil olmaqlarına razılıq vermiş, baxış zamanı mənzilin giriş qapısından sağda yerləşən yataq otağında özünü Şahid5 kimi təqdim edən qadın aşkar olunmuş, mənzildə bir neçə fotoşəkil çəkilmiş, şifahi sorğu zamanı Şahid5 mənzilin Təqsirləndirilən şəxs məxsus olmasını fahişəliklə məşğul olduğuna görə Yeganənin 30 manat pul müqabilində 1-2 saatlığına mənzili ona göstərdiyini, bu məqsədlə 06 noyabr 2020-ci il tarixdə, saat 15 radələrində müştərisi İsmayıl ilə birlikdə Təqsirləndirilən şəxs göndərdiyi Şahid10 ilə görüşdüyünü, Gülşən mənzilin yerini göstərdikdən sonra İsmayılın mənzildən istifadəyə görə 30 manat pul verdiyini bildirmişdir. Şahid4 də Şahid5 dediklərini təsdiq etmişdir. Şahid10 Təqsirləndirilən şəxs qısa müddətdir tanıdığını, mənzildə Yeganənin tapşırığı ilə pul müqabilində təmizlik işləri gördüyünü, 06 noyabr 2020-ci il tarixdə Yeganənin tapşırığı ilə Gültəkin və İsmayıl adlı şəxsləri qarşılayaraq mənzilə gətirdiyini, Gültəkin və İsmayılın mənzildən hansı məqsədlə istifadə etdiklərindən məlumatının olmadığını qeyd etmişdir. Şahid10 Şahid4 aldığı bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq pul əskinaslarını təqdim etmiş, pul əskinasları hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq kağız zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalarla möhürlənmişdir. Evdə aşkar edilmiş şəxslər və Gülşən X8rşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş, əməliyyat tədbirinə dair protokol tərtib olunmuş, ucadan oxunmuş, hər hansı bir şikayət və irad daxil olmadığından protokolun doğruluğu imzalarla təsdiq edilmiş, tədbir iştirakçılarından izahat alındıqdan sonra sərbəst buraxılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid2 da Şahid14 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə hadisədən beş-altı ay əvvəl tanış olmuş, 3-cü mikrorayon dairəsinin yaxınlığında ünvanını bilmədiyi marketlərdən birində Yeganə ilə tanış olduqdan sonra söhbət əsnasında sonuncuya iş axtardığını, evlərdə təmizlik işləri gördüyünü bildirmiş, Yeganə də onun kimi işçiyə ehtiyacı olduğunu, mənzil kirayə verdiyini, həmin mənzilin təmizlik işlərini görə biləcəyini qeyd etmiş, hər dəfə üçün təmizlik işini görməyə görə ona 5 manat pul verəcəyini bildirmişdir. Razılıq verdikdən sonra Təqsirləndirilən şəxs onu bir neçə dəfə ünvan 4 ünvanına mənzili təmizləyib səliqəyə salması üçün göndərmişdir. Təqsirləndirilən şəxs həmin mənzili kirayə verdiyini bilsə də, gələn müştərilərdən məlumatı olmamış, işi sadəcə olaraq mənzili təmizləmək olmuşdur. Bir neçə dəfə Yeganənin xahişi ilə gələn müştərilərə mənzilin yerini göstərmiş və 30 manat istifadə haqqını almışdır. 06 noyabr 2020-ci il tarixdə Yeganə onunla əlaqə saxlayıb mənzilə təzə qonaqlar gələcəyini, qonaqları 3-cü mikrorayon dairəsinin yaxınlığında qarşılayıb mənzilə aparması və 30 manat pul götürməsini bildirmişdir. Sonradan adının Şahid4 və Şahid5 olduğunu bildiyi şəxsləri 3-cü mikrorayon dairəsinin yaxınlığında qarşılayıb həmin mənzilə aparmış, mənzilin açarını təhvil verdikdən sonra İsmayıldan 30 manat pul almış, sonra mənzil yerləşən binadan çıxmaq istəyərkən ona İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşmış, özlərini təqdim edib mənzildə Yeganənin insan alveri ilə məşğul olmasına dair məlumat əsasında tədbir keçiriləcəyini bildirmişlər. O da etiraz etməmiş və mənzildə kişi və qadın olduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə mənzilə qalxmış, qapını döymüş və Şahid4 qapını açdıqdan sonra hər bir şəxsin ilkin olaraq şifahi izahatı alınmışdır. İsmayılın ona mənzilə görə verdiyi 30 manat pulu polislərə təqdim etmiş, sonra polis əməkdaşları ilə birlikdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə getmiş, orada protokol tərtib edilmiş, o da protokolla tanış olduqdan sonra imzalamışdır. Daha sonra ondan izahat alınmış və sərbəst buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxsı qızını 2020-ci ilin fevral ayından “İradə” adı ilə tanımış, əsl adının Yeganə olduğunu İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə çağırıldıqdan sonra bilmişdir. Yeganəni heç vaxt görməmiş, mobil telefon nömrəsini “İnstagram” sosial şəbəkəsindən götürmüşdür. 2020-ci ilin fevral ayında “İnstagram” sosial şəbəkəsində “günlük və saatlıq ev” adında səhifə görmüş, həmin ərəfədə qadınla cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq ev axtarmış və buna görə həmin səhifəyə daxil olaraq səhifədə qeyd olunan mobil telefon nömrəsini telefonuna qeyd etmişdir. Bundan sonra həmin ilin mart ayının əvvəllərində qadınla istirahət etmək qərarına gəlmiş və cinsi əlaqədə olacağı ev üçün “İnstagram” sosial şəbəkəsindən götürdüyü mobil telefona zəng etmişdir. Telefona cavab verən şəxs özünü “İradə” adı ilə təqdim etmiş, o, sonuncuya nömrəni “İnstagram”dan götürdüyünü bildirmiş, ona qadınla cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil lazım olduğunu qeyd etmişdir. Bu zaman həmin qadın bildirmişdir ki, 20-25 manat pul müqabilində ona mənzil təşkil edə bilər. Razılaşdıqdan sonra “İradə” kimi tanıdığı şəxs ona “20 Yanvar” metrostansiyasının yaxınlığına gəlməyini bildirmişdir. Həmin metrostansiyanın yaxınlığında 9-10 yaşlı oğlan uşağı ona yaxınlaşaraq mənzilin açarını vermiş, o da mənzildən istifadə edəcəyinə görə 25 manat pulu həmin uşağa vermişdir. Uşaq ona mənzilin dəqiq ünvanını izah etmiş, bundan sonra o fahişəliklə məşğul olan qadınla görüşüb Yeganənin təşkil etdiyi mənzilə getmişdir. Mənzil “20 Yanvar” metrostansiyasının yaxınlığında hündürmərtəbəli bina evində yerləşmişdir. Fahişəliklə məşğul olan qadınla həmin mənzildə cinsi əlaqədə olduqdan sonra mənzilin açarını yenidən “20 Yanvar” metrostansiyasının yaxınlığında həmin uşaqla görüşüb özünə qaytarmışdır. Bundan sonra bir dəfə yenə Yeganə ilə əlaqə saxlayıb bir neçə saatlıq kirayə mənzil götürmüş, Bu dəfə isə o başqa bir qadınla görüşüb 25 manat pulu vermiş, mənzil eyni mənzil olmuş, yenə həmin mənzildə qadınla görüşüb cinsi əlaqədə olmuşdur. O, Təqsirləndirilən şəxs heç vaxt görməmiş və onu “İradə” adı ilə tanımışdır. İş materiallarında olan 06 noyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının həmin tarixdə ünvan 4 ünvanında keçirtdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mənzildə fahişəliklə məşğul olan Şahid5 ilə müştərisi Şahid4 cinsi əlaqədə olduqdan sonra aşkar edilmiş, sorğu zamanı Şahid4 və Şahid5 mənzili Təqsirləndirilən şəxs 30 manat pul müqabilində bir neçə saatlıq kirayəyə götürdüklərini bildirmişlər. Şahid10 Şahid4 verdiyi 30 manat pulu təqdim etmək təklif olunmuş, Şahid10 bir ədəd iyirmi manatlıq və bir ədəd on manatlıq əskinası təqdim etmişdir. Həmin əskinaslar hal şahidlərinin iştirakı ilə götürülərək zərfə qoyulmuş və DİNnin 16 saylı möhürü ilə möhürlənmişdir (cild 1, i/v 12-19). İş materiallarında olan “Yaşayış yerinə daxil olma və baxış keçirmə tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin X1 baş əməliyyat müvəkkili Şahid14 tərəfindən qəbul edilmiş və DİN-in İAQMBİ-nin rəisi Həzi Aslanov tərəfindən təsdiq edilmiş 06 noyabr 2020-ci il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir (cild 1, i/v 36). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, i/v 49). İş materiallarına əlavə olunmuş 19.12.2020-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, 19 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsinə dair qərar qəbul olunmuşdur (cild 1, i/v 66-67). İş materiallarında olan 28 dekabr 2019-cu il tarixli protokolun məzmunundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının həmin tarixdə ünvan 3 ünvanında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mənzildə fahişəliklə məşğul olan Amiraslanova Sevindzh ilə müştərisi Şahid13 cinsi əlaqədə olduqdan sonra aşkar edilmiş, sorğu zamanı Şahid13 və Sevindzh Amiraslanova mənzili Təqsirləndirilən şəxs 30 manat pul müqabilində bir neçə saatlıq kirayəyə götürdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs Şahid13 verdiyi 30 manat pulu təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs bir ədəd iyirmi manatlıq və bir ədəd on manatlıq əskinasları təqdim etmişdir. Həmin əskinaslar hal şahidlərinin iştirakı ilə götürülərək zərfə qoyulmuş və bağlanılmışdır (cild 1, i/v 85-92). İş materiallarında olan “Yaşayış yerinə daxil olma və baxış keçirmə tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” 13 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid16 tərəfindən qəbul edilmiş 28 dekabr 2019-cu il tarixli əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanuni hesab edilmişdir (cild 1, i/v 128). İş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 11 aprel 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 dekabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanında əxlaqsızlıq yuvası təşkil edib saxlamasından əldə etdiyi 30 manat pul maddi sübut hesab edilmişdir (cild 1, i/v 130). İş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməliyyat tədbiri zamanı götürülmüş 30 manat pul maddi sübut hesab edilmişdir (cild 2, i/v 84-85). İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası saxladığını inkar etsə də, Şahid13 mənzili cinsi əlaqə üçün kirayəyə götürməsi barədə Təqsirləndirilən şəxs məlumat verdiyini bildirmişdir (cild 1, i/v 151-153). İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 10 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olması təsbit edilən +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə Şahid8 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 06 mart 2019-cu il tarixdən 22 oktyabr 2019-cu il tarixədək, X4 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 14 iyun 2019-cu il tarixdən 23 avqust 2019-cu il tarixədək, Şahid9 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 12 dekabr 2019-cu il tarixdə, X9 istifadəsində olan +994 77 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 10 mart 2019-cu il tarixdən 09 iyun 2019-cu il tarixədək, Şahid13 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 28 dekabr 2019-cu il tarixdə mütəmadi olaraq telefon danışıqları mövcud olmuşdur (cild 2, i/v 42). İş materiallarında olan “Pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında” 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə maddi sübut hesab edilmiş iki ədəd möhürlənmiş zərfdə olan ümumilikdə 60 (altmış) manat məbləğində pulun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesbaına keçirilməsi qərara alınmışdır (cild 2, i/v 162-163). Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 avqust 2006-cı il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan və 15 sentyabr 2002-ci il təvəllüdlü X5 adlı yetkinlik yaşına çatan olmaqla ümumilikdə iki övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, predmeti qismində isə fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalarını həm təşkil etmək və saxlamaq, həm də bu məqsədlər üçün mənzil sahələrini vermək cinayət məsuliyyətinə səbəb olur. Sözü gedən maddədə fahişəliklə məşğul olmaq üçün şəraitin yaradılmasının üç kriteriyası müəyyən edilmişdir. Bunlardan birincisi əxlaqsızlıq yuvaları təşkil etmək, ikincisi əxlaqsızlıq yuvalarını saxlamaq, üçüncüsü isə bu məqsədlər üçün mənzil sahələri verməkdən ibarətdir. Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə cinayət tərkibi əxlaqsızlıq yuvalarının təşkil edilməsi, saxlanılması və ya bu məqsədlər üçün mənzil sahələrinin verilməsi müvafiq olaraq həmin əməllər üçün Plenumun bu Qərarda qeyd etdiyi əlamətlər mövcud olduqda yaranır. Bununla belə, göstərilən hər üç kriminal əməldə ayrı-ayrılıqda (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) cinayət tərkibinin bütün əlamətləri mövcud olur və cinayət başa çatmış hesab edilir. Eyni zamanda bu əməli törətməyə yönələn bir hərəkət də (əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin tərkibini yaradır.Bu cinayət əməllərindən hər hansı birinin təkrar törədilməsi Cinayət Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətə, yəni həmin Məcəllənin 16.1-ci maddəsi ilə müəyyən edilmiş təkrarlılığa səbəb olur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış və mənzilini eyni məqsədlər üçün vermişdir. Bunun üçün o, özünə məxsus mənzildə fahişəliklə məşğul olmaq üçün istifadə etmək məqsədi ilə evini yararlı vəziyyətə gətirmiş və uyğunlaşdırmışdır. Pul müqabilində evini verdiyi şəxslər həmin yerdə cinsi əlaqədə olmuşlar. O, yaşadığı mənzili müəyyən şəxslərdən pul alaraq fahişəliklə məşğul olan şəxslərlə cinsi əlaqədə olması üçün onlara müvəqqəti verməklə əxlaqsızlıq yuvası təşkil etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs hər iki cinayət əməlini tam olaraq başa çatdırdığından o, bu cinayət əməlini təkrar törətmiş hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddəsinin sanksiyasında üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddələsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir, onun barəsində cəza təyin edilərkən CM-in 62 və ya 70-ci maddələrinin tətbiq edilməsini məqsədə müvafiq hesab etmir. Çünki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona həmin Məcəllənin 244.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilərək, «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsində saxlanılan iki ədəd möhürlənmiş zərfdə olan ümumilikdə 60 (altmış) manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-492/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərara əsasən 15 sentyabr 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs X7 məhkəmə istintaqı dövründə göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin, «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təqdim edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsində saxlanılan iki ədəd möhürlənmiş zərfdə olan ümumilikdə 60 (altmış) manat məbləğində pul dövlət nəfinə müsadirə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-28/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver