Məhkəmə qərarları › İş №1(006)-28/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-28/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-28/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərər çəkmiş hüquq şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib, saxlamaqla daşımış, anbara və digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0.419 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, xx.xx.2023-cü ildə saat 11:50-də Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra 8 ünvanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPl-nin 7-ci PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,419 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02:55-də Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi 25 saylı binanın blokunda kənar şəxslərin görmədiyi şəraitdə Zərərçəkmiş şəxs2 məxsus üzərində “X9” yazıları olan 350 manat dəyərində velosipedin pilləkənə bağlanılmış zəncirini istintaqla müəyyən edilməyən alətlə sındıraraq həmin velosipedi gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 350 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 2 A saylı binanın blokunda saxlanc yeri hesab edilən tikilinin qapısının kilidini kənar şəxslərin görmədiyi şəraitdə istintaqla müəyyən edilməyən alətlə sındırmaqla oraya qanunsuz daxil olub həmin yerdən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 180 manat dəyərində üzərində “Anmier Sportpower" yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi və xx.xx.2023-cü il tarixdə saat 00:23-də həmin yerdən kənar şəxslərin görmədiyi şəraitdə 01 ədəd 100 manat dəyərində üzərində “Square” və “Saft" yazılan olan yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs1 ümumilikdə 280 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakın gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 08:53-də “Araz” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən mağazasının anbar hissəsinin qapısının açıq olmasından istifadə edib oraya qanunsuz daxil olaraq masanın üzərindən "xxxx" MMC-yə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 900 manat dəyərində “Terminal Zebra TC 26” markalı pos terminal qurğusunu gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 900 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Çox zaman narkotik vasitə və psixotrop maddəni Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan yerdən tanımadığı şəxslərdən almışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında “Papanin” adlanan yerdən özü istifadə etmək üçün patı deyilən psixotrop maddəni alıb yaşadığı evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə aldığı psixotrop maddəni istifadə etmək üçün götürüb yaşadığı ünvandan küçəyə çıxmışdır. Həmin psixotrop maddəni qəbul etmək üçün lazımı vasitələr almaq istəmiş və yaşadığı ünvandan aralaşdıqdan sonra 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq narkotiklərin dövriyyəsində şübhəli bilindiyi üçün onu polis bölməsinə dəvət etmişlər. Heç bir etiraz etməyib onların təklifi ilə razılaşmış və Binəqədi RPİ-nin 7-ci PB-yə gəlmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, ona vəkil təqdim olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra öz razılığı ilə vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarın cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı bükümün içərisində psixotrop maddə “patı” olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Sonra təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Son zamanlar maddi vəziyyəti yaxşı olmadığı üçün yaşadığı ərazinin yaxınlığında binaların blokuna qoyulan velosipedləri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən binaların blokuna daxil olaraq velosiped axtarmağa başlamışdır. Həmin gün saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanının qarşısından keçən zaman 1 ədəd velosipedin blokun giriş hissəsində pilləkənin dəmirinə zəncir ilə bağlandığını görmüşdür. Bir az ətrafa nəzər yetirmiş və heç kimin olmadığını müəyyən etdikdən sonra velosipedi oğurlamaq üçün binanın blokuna daxil olmuşdur. Velosipedin bağlandığı zənciri sındıra bilmədiyi üçün blokdan çıxaraq zənciri sındırmaq üçün alət axtarmağa başlamışdır. Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən 9 nömrəli məktəbin yaxınlığından 1 metr uzunluğunda dəmir parçası taparaq yenidən velosipedin olduğu yerə gəlmişdir və əlində olan dəmir parçası ilə velosipedin bağlandığı zənciri sındırmış, velosipedi sürərək oradan uzaqlaşmışdır. Əlində olan dəmir parçasını velosipedi sürən zaman yol kənarına atmışdır. Həmin gün saat 03 radələrində velosipedi sürərək əvvəlcədən tanıdığı Anarın yaşadığı evin qarşısına getmişdir. Anarı səsləyərək çağırmış və velosipedi almaq istəyibistəmədiyini soruşmuşdur. Anara velosipedi oğurladığı barədə məlumat verməmiş və velosipedin dostunun olduğunu, dostunun velosipedi ona verdiyini demişdir. O, velosipedi 50 manata satdığını, Anar isə 30 manat verə biləcəyini bildirmişdir. Anarla razılaşmış və 30 manatı götürərək oradan uzaqlaşmışdır. Bundan sonra yenidən yaşadığı ərazinin yaxınlığında binaların blokuna qoyulan velosipedləri oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsində yerləşən binaların blokuna daxil olaraq velosiped axtarmağa başlamışdır. Həmin gün saat 02 radələrində ünvan 4 ünvanının 4-cü mərtəbəsinə qalxmışdır və 4-cü mərtəbədə boşluq ərazidə dəmirdən xüsusi yer düzəldildiyini, həmin yerdə 2 ədəd velosipedin olduğunu görmüşdür. Həmin velosipedləri oğurlamağa qərar vermişdir və velosipedlərin olduğu yerə dəmirdən olan qapını açaraq daxil olmuşdur. Qapıda kilidin olmağına baxmayaraq kilidin bağlandığı zənciri əli ilə özünə tərəf çəkən zaman kilidi asanlıqla sındırmışdır. Orada olan yeniyetmələr üçün nəzərdə tutulmuş bir ədəd velosipedi oğurlayaraq blokdan çıxartmış və sürərək oradan uzaqlaşmışdır. Həmin gün saat 03 radələrində yenidən velosipedi sürərək Anarın yaşadığı evin qarşısına getmişdir. Anarı səsləyərək çağırmış və ondan velosipedi almaq istəyib-istəmədiyini soruşmuşdur. Anara velosipedi oğurladığı barədə məlumat verməmiş və velosipedin dostunun olduğunu, dostunun velosipedi ona verdiyini demişdir. Anar dərhal velosipedi yaşadığı evin həyətyanı sahəsinə daxil etmiş və ondan nə qədər pul istədiyini soruşmuşdur. Velosipedi 70 manata satdığını demiş, Anar isə üzərində pul olmadığını 2-3 günə 70 manat verəcəyini bildirmişdir. Anar ilə razılaşmış və yaşadığı evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində evdən çıxmış və yenidən ünvan 4 ünvanının 4cü mərtəbəsinə qalxmışdır və 4-cü mərtəbədə xüsusi ayrılmış yerə dəmirdən olan qapını açaraq daxil olmuşdur. Bu oğurluğu edən zaman isə qapıda kilid olmamışdır. Velosipedi götürərək oradan uzaqlaşmışdır. Anar sonuncu velosipedin pulunu vermədiyi üçün velosipedi əvvəlcədən tanıdığı Şahmar adlı şəxsə satmağa qərar vermişdir və velosipedi də götürərək onun yaşadığı ünvana getmişdir. Şahmarı səsləyərək çağırmış və ondan velosipedi almaq istəyib-istəmədiyini soruşmuşdur. Şahmara velosipedi oğurladığı barədə məlumat verməmişdir. Şahmara velosipedin dostunun olduğunu və dostunun velosipedi ona verdiyini demişdir. Şahmar velosipedi nə qədər pul qarşılığında satdığını soruşmuşdur. Velosipedi 10 manata satdığını demiş və Şahmar ona 10 manat vermişdir. Şahmar velosipedi yaşadığı evin həyətyanı sahəsinə daxil etmişdir. 10 manatı götürərək yaşadığı evə qayıtmış və oğurluqdan əldə etdiyi 10 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə anası polislərin evə gəldiyini, onu soruşduqlarını demişdir. Anası polislərin onun velosiped oğurladığını dediklərini bildirib ondan oğurluq edib-etmədiyini soruşmuşdur. O, anasına elə bir hərəkət etmədiyini bildirmişdir. Anası ilə arasında olan söhbətdən sonra artıq polislərin velosipedləri oğruladığını bildikləri barədə məlumatı olmuşdur. Dərhal velosipedləri polisə təhvil verməyə qərar vermişdir. Bu məqsəd ilə Anar və Şahmar adlı şəxslərin kirayə yaşadıqları evlərə gedərək onlardan velosipedləri geri istəmişdir. Anar və Şahmar adlı şəxslərə dostunun velosipedləri geri istədiyini, verdikləri pulları isə qaytaracağını demişdir. Şahmar dərhal ona satdığı velosipedi qaytarmışdır. Anar isə velosipedlər üçün verdiyi pulu qaytarmayacağı təqdirdə velosipedləri verməyəcəyini bildirmişdir. Şahmardan velosipedi götürərək yaşadığı evə aparmışdır. Təxminən 1-2 saat sonra yenidən Anarın kirayə yaşadığı evə getmiş və yenidən velosipedləri istəmişdir. Anar bu dəfə velosipedləri verməyə razılıq vermişdir. Anardan götürdüyü velosipedləri də yaşadığı evə aparmışdır. Daha sonra isə Şahmara satdığı velosipedi də özü ilə götürərək Nəsimi RPl-nin 19-cu PŞ-yə getmişdir. Həmin velosipedi könüllü şəkildə polisə təhvil vermişdir. Daha sonra evdə olan velosipedləri də həmçinin polisə təhvil vermişdir. Lakin Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən “Araz” marketdən heç bir əşya oğurlamamış, videoda oğurluq etdiyi görünən şəxs o deyildir. Onu polis əməkdaşları gəlib evdən aparmış və həmin cinayət əməlini boynuna götürməsini, bu əmələ görə sadəcə inzibati həbs verildiyini bildirmiş, əks halda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham edəcəkləri ilə hədələmişlər. Ona görə də o, ibtidai istintaq zamanı həmin əməli törətdiyini boynuna almışdır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək, narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, polis əməkdaşlarının onu yatdığı yerdə evdən gəlib apardıqlarını, şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddənin polis əməkdaşları tərəfindən verildiyini, həmin əməli boynuna almadığı təqdirdə külli miqdarda narkotik vasitəni saxlamaqda ittiham edəcəkləri ilə hədələdiklərini, bu səbəbdən də onların dedikləri ilə razılaşaraq həmin cinayət əməlini boynuna götürdüyünü bildirmişdir. Daha sonra törətdiyi oğurluq əməlindən peşman olmasını, oğurladığı velosipedləri geri qaytardığını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham edildiyi maddələr üzrə təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, videogörüntülər, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2 (iki) il əvvəl özünə və övladına velosiped almağa qərar vermiş və təkərinin radius ölçüsü 18 sm olan 1 ədəd velosipedi 300 manata övladına, təkərinin radius ölçüsü 28 sm olan 1 ədəd velosipedi isə 650 manata özü üçün almışdır. Həmin velosipedin mühafizəsini təşkil etmək və velosipedlərin başqa şəxslər tərəfindən oğurlanmasının qarşısını almaq üçün yaşadığı ünvan 4 ünvanın 4-cü və 5-ci mərtəbələrin kəsişməsində boşluq hissədə dəmir barmaqlıqlardan ibarət saxlanc yeri düzəltmiş və qapısını kilidləmişdir. Mütəmadi olaraq velosipedləri həmin yerdə saxlamışdır. xx.xx.2023cü il tarixdə səhər saatlarında işə gedən zaman velosipedləri saxladığı dəmir barmaqlıqların qapısının kilidinin yerdə olduğunu görmüşdür. İçəri daxil olan zaman isə özü üçün aldığı təkərinin radius ölçüsü 28 sm olan velosipedin yerində olmadığını, övladı üçün aldığı velosipedin isə orada olduğunu aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, velosiped naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Elə həmin gün DİN-nin 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək baş verən hadisə barədə məlumat vermiş, daha sonra isə Nəsimi RPİ-nin 19-cu PŞ-yə yaxınlaşaraq ərizə ilə rəsmi olaraq şikayət etmişdir. Baş vermiş hadisədən sonra təkrar oğurluq olmayacağını fikirləşərək dəmir barmaqlıqların qapısını kilidləməmişdir. xx.xx.2023-cü il tarixdə yenidən işə gedən zaman velosipedləri saxladığı dəmir barmaqlıqların qapısının açıq olduğunu görmüşdür. İçəri daxil olan zaman isə övladı üçün aldığı təkərinin radius ölçüsü 18 sm olan velosipedin yerində olmadığını aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, həmin velosiped də naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Elə həmin gün təkrarən DİN-in 102 Xidməti Zəng Məlumat Mərkəzinə müraciət edərək baş verən hadisə barədə məlumat vermiş, daha sonra isə Nəsimi RPİ-nin 19-cu PŞ-yə yaxınlaşaraq ərizə ilə rəsmi olaraq şikayət etmişdir. Daha sonra zərər çəkmiş şəxs ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, naməlum şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında fəaliyyət göstərən mağazasının anbarına daxil olaraq, stolun üzərində olan “Terminal Zebra TC 26” markalı pos-terminal qurğusunu oğurlayaraq "xxxx" MMC-yə 900 manat dəyərində maddi ziyan vurmuşdur. “Terminal Zebra TC 26” markalı pos-terminal qurğusu "xxxx" MMC tərəfindən 1527 manata alınmış, ancaq qurğunun istifadə edilməsi nəzərə alınmaqla tərəfindən 900 manat qiymətləndirilir. Bundan başqa, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən 900 manat məbləğində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs vurulmuş zərər məbləğindən Cəmiyyətə bu günə qədər ödəniş etməmişdir. Maddi zərərin alınması üçün məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddia qaldırmaq hüquqları var. Beləliklə, hesab edirlər ki, 900 manat məbləğində dəymiş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 930 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə hökm çıxarılmalıdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanının 4-cü blokunun girişinə mütəmadi olaraq gündəlik istifadə etdiyi ona məxsus olan “Şassi” modelli velosipedi qıfılla pilləkənlərin tutacağına bağlayaraq saxlamışdır. xx.xx.2023-cü il tarixdə məşğul olduğu idman növü ilə əlaqədar Taylanda getməli olmuşdur. Elə həmin gün velosipedini eyni üsulla eyni ünvanda saxlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Taylandda olan zaman həyat yoldaşı ona velosipedin yerində olmadığı, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycana qayıtmış, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə ona məxsus “Şassi” modelli velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermişdir. Velosiped, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək olan müddətdə oğurlanmışdır. Belə ki, evdə yaşayan şəxslər həmin velosipedi sonuncu dəfə 8 dekabr tarixində görmüşlər. Həmin velosipedi təxminən bir il yarım əvvəl “Tap.az” saytından 3000 manata almışdır. Odur ki, hadisə nəticəsində ona 3000 (üç min) maddi ziyan dəymişdir. Velosipedi bağladığı qıfılın sınmağı nəticəsində maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı X11 ifadəsində göstərmişdir ki, Binəqədi RPİnin 7-ci PB-yə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 20 noyabr 2023-cü il tarixdə saat 11:30-da o, qrup üzvü Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8-ci sıra ünvanına gəlmişlər. 20 noyabr 2023-cü il tarixdə saat 11:50-də yuxarıda göstərilən ünvanın qarşısında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsi görmüşlər və ona yaxınlaşmışlar. Onu ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər, o, buna etiraz etmədikdən sonra onu PB-yə apararaq barəsində araşdırma aparılması üçün 7-ci PB-nin təhqiqatçı Surəc Niyazova təhvil vermişlər. Təhqiqatçı S.Niyazov ilkin olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət edərək həmin vəkilin və onların iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs razılığı ilə vəkilin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində “patı” olduğunu, həmin bükümü “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra büküm tərəzi vasitəsi ilə çəkilmiş və çəkisinin 0,56 qram olduğu müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 şahid X11 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İİ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (İİ cild, i.v.18-19); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.69-70); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.71-72); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.78); - “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (İ cild, i.v.154-155); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və177.2.3-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.199-200); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.228-229); - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.66-67); - “Cinayət işlərinin birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilməklə ********* nömrə altıında istintaqı davam etdirilmiş, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və177.2.3-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.74-75); - “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir (İİ cild, i.v.164-166); - “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır (İİ cild, i.v.170-171); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 6 ünvanında yerləşən "xxxx" MMC-nin qarşısında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v. 9-11); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 7 ünvanında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v. 85-87); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 8 ünvanında baş vermişdir, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (İ cild, i.v. 99-100); - “Baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPl-nin İŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanında blokun giriş hissəsindən və xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 9 ünvanının qarşısından oğurladığı ümumilikdə 2 (iki) ədəd velosipedi təqdim etmək istədiyini bildirmişdir. Həmin velosipedlər Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən götürülmüşdür. Bundan başqa Nəsimi RPİ-nin 19cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Cəmaləddin Mehvalıyev tərəfindən 1 (bir) ədəd də velosiped götürülmüşdür. Velosipedlərə baxış keçirilən zaman müəyyən edildi ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Cəmaləddin Mehvalıyev tərəfindən götürülmüş 1 (bir) ədəd velosipedin üzərində “Square” və “Saft” yazıları vardır, yeniyetmələr üçün nəzərdə tutulmuşdur, qırmızı və qara rənglidir, təkərinin radius ölçüsü 18 sm-dir. Velosipedə baxış zamanı Təqsirləndirilən şəxs həmin velosipedi 21.12,2023-cü il tarixdə saat 01 radələrində ünvan 9 ünvanının qarşısından oğurladığını bir daha təsdiq etdi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanında blokun giriş hissəsindən oğurladığını bildirdiyi 1 (bir) ədəd velosipedin üzərində “X10” yazıları vardır, yeniyetmələr üçün nəzərdə tutulmuşdur, göy rənglidir, təkərinin radius ölçüsü 28 sm-dir. Velosipedə baxış zamanı Təqsirləndirilən şəxs həmin velosipedi xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanında blokun giriş hissəsindən oğurladığını bir daha təsdiq etdi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 9 ünvanının qarşısından oğurladığını bildirdiyi 1 (bir) ədəd velosipedin üzərində “Anmier Sportpower” yazıları vardır, yeniyetmələr üçün nəzərdə tutulmuşdur, ağ-qara rənglidir, təkərinin radius ölçüsü 28 sm-dir. Velosipedə baxış zamanı Təqsirləndirilən şəxs həmin velosipedi xx.xx.2023-cü il tarixdə saat 02 radələrində ünvan 9 ünvanının qarşısından oğurladığını bir daha təsdiq etdi (İ cild, i.v. 175-176); - “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq yolu ilə əldə edilmiş bir ədəd üzərində “X9” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosiped, bir ədəd üzərində “Anmier Sportpower” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosiped və bir ədəd üzərində “Square” və “Saft” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosiped cinayət işi üzrə maddi sübut kimi tanınmış, maddi sübut hesab edilən bir ədəd üzərində “X9” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosiped Zərərçəkmiş şəxs2, bir ədəd üzərində “Anmier Sportpower” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosiped və bir ədəd üzərində “Square” və “Saft” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosiped Zərərçəkmiş şəxs1 təhvil verilmişdir (İİ cild, i.v. 140-143); - “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 20 noyabr 2023-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq, Binəqədi RPİ-nin 7-ci PBnin təhqiqatçısı, polis kapitanı Surəc Niyazovun əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Surəc Niyazovun qarşı sol tərəfində oturmuş şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı X11, onun yanında əyləşmiş şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis baş leytenantı Şahid1, təhqiqatçının qarşı sağ tərəfində oturmuş şəxs Təqsirləndirilən şəxsdur. Video çəkilişin davamında təhqiqatçı Surəc Niyazov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol cibindən 01 ədəd şəffaf sellofona bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümün içərisində "patı" olduğunu, həmin bükümü "Papanin" adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra büküm tərəzi vasitəsi ilə çəkilir və çəkisinin 0,56 qram olduğu müəyyən edilir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılır. Videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edildi ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Surəc Niyazov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır (İİ cild, i.v. 65); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində Verbatim CD-R, 700, 52 X, 80 yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin İŞ-də 405 nömrəli xidməti otaqda olan “HP” markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “VİD- 20240528-WA0051” və “VİD-20240528- WA0052” adlı 2 (iki) ədəd videogörüntü vardır. “VİD-20240528-WA0052” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 38 saniyə davam edir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs mağaza anbarına bənzəyən yerdə ayaq üsdə durduğu və daha sonra anbara bənzər yerin daxilində yerləşən başqa bir otağa daxil olduğu aşkar şəkildə görsənir. “VİD-20240528- WA0051” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 12 saniyə davam edir. Həmin video görüntüdə Təqsirləndirilən şəxs otağa daxil olduğu və masanın üzərində olan qara rəngli mobil telefona oxşar əşyanı götürərək əynində olan gödəkçənin cibinə qoyduğu və otaqdan çıxdığı aşkar şəkildə görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, videogörüntülərin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən “Araz” adı ilə fəaliyyət göstərən marketin anbarına daxil olaraq oğurluq etdiyi zaman mağazanın videomüşahidə kameraları vasitəsi ilə videoyazıya alındığını bildirdi (İİ cild, i.v. 193-194); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində Verbatim CD-R, 700, 52 X, 80 yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin İŞ-də 405 nömrəli xidməti otaqda olan “HP” markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “VİD- 20231223-WA0032” adlı 1 (bir) ədəd videogörüntü vardır. “VİD-20231223-WA0032” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 08 saniyə davam edir. Həmin video görüntüdə qara rəngli şalvar və köynək geyinmiş bir nəfər şəxsin 1 (bir) ədəd velosipedi binanın blokundan çıxartdığı, daha sonra həmin velosipedi sürərək oradan uzaqlaşdığı aşkar şəkildə görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, videogörüntünün xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanında blokun giriş hissəsində olan velosipedi oğurlayan zaman video yazıya alındığını bildirdi (İİ cild, i.v. 195-196); - “DVD diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd CD-R formatlı disk boz rəngdədir, üzərində BİNGO CD-R, 700 MB, 2X-56 X, 80 yazıları və rəqəmləri vardır. Həmin disk Nəsimi RPİ-nin İŞ-də 405 nömrəli xidməti otaqda olan “HP” markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə “WhatsApp Video 2023-12-23 at 21.55.33” adlı 1 (bir) ədəd videogörüntü vardır. “WhatsApp Video 2023-12-23 at 21.55.33” adlı video görüntüyə baxış zamanı müəyyən edildi ki, video görüntü 11 saniyə davam edir. Həmin video görüntüdə boz rəngli şalvar və köynək geyinmiş bir nəfər şəxsin xx.xx.2023-cü il tarixdə saat 00:23-də 1 (bir) ədəd kiçik ölçülü velosipedi əli ilə sürərək oradan uzaqlaşdığı aşkar şəkildə görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, videogörüntünün xx.xx.2023-cü il tarixdə saat 00:23-də ünvan 9 ünvanının qarşısında olan velosipedi oğurlayan zaman video yazıya alındığını bildirdi (İİ cild, i.v. 197-198); - “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Səfərov X5 RPİ-nin 7-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın cibindən 01 ədəd şəffaf sellofan bükülmüş bükümün içərisindəki el arasında “patı” adlanan adlanan psixotrop maddə metamfetaminə bənzər maddənin aşkar edilərək götürülməsi faktı təsdiq edilir (İ cild, i.v.106-108); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/6095 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №176” dairəvi möhür əksləri olan, “... 3) Təqsirləndirilən şəxs “imza” ...” ad, soyad, ata adı və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,419 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (İİ cild, i.v.36-40); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1446 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən velosipedlərin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur. - Üzərində “X9” yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş, təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosiped - 350 manat - Üzərində “Anmier Sportpower” yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosiped -180 manat - Üzərində “Square” və “Saft” yazıları olan, yeniyetmələr üçün nəzərdə tutulmuş, təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosipedin qiyməti 100 manat Beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş velosipedlərin istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri 630 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (İİ cild, i.v.116-118); - İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 1753 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.120-121); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X14 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 746 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (güngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq yüngül ifadə olunduğundan onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İİ cild, i.v.122-125); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-13-11/2-16027/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 10 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 məxsus velosipedin oğurlanması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-nin məlumat bankına MSY-dən daxil olmuş) xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız (giriş qapısının dəmirindən götürülmüş) barmağının əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir (İ cild, i.v.241); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir ədəd üzərində “X9” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosiped, bir ədəd üzərində “Anmier Sportpower” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosiped və bir ədəd üzərində “Square” və “Saft” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosiped maddi sübut kimi tanınmış və həmin velosiped zərər çəkmiş şəxsə qaytarılmışdır. Bundan başqa, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd əl izi maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,419 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,369 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin sübutların saxlanma otağına təhvil verilmişdir (İİ cild, i.v.204-223); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3 və 127.3-cü maddələri təqsirli blinərək, CM-nin 66.1, 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 04 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilmiş və ona təyin edilmiş 02 il 04 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə CM-də dəyişiklik haqqında Qanunu tətbiq olunaraq cəzası endirilərək 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunmuş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri təqsirli blinərək, 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İİ cild, i.v.90-92); - DVD disklərdə olan görüntülərin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, həmin videolarda əks olunan çəkilişlərdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən "xxxx" adı ilə fəaliyyət göstərən marketin anbarına daxil olaraq oğurluq etdiyi, bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 25 ünvanında blokun giriş hissəsində olan velosipedi oğurlaması, bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:23-də ünvan 9 ünvanının qarşısında olan velosipedi oğurlaması müşahidə olunur (İ cild, i.v.12, 88, 118); - Məhkəmə iclasında şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin video görüntülərini əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncuya üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs hər hansı təzyiq olmadan könüllü olaraq, əynində olan göy rəngli şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üstünə qoyur, həmin bükümü Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. - Elektron məhkəmə informasiya sistemindən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2019-cu il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu 234.1ci maddəsi üzrə, eləcə də “Araz” supermarketlər şəbəkəsinin Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanında yerləşən mağazasından edilmiş oğurluq üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin ekspert rəyləri, diskdə olan görüntülər və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, videgörüntülərə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun iki azyaşlı övladının olmasını, cinayət əməllərini törətməsini qismən etiraf etməsini, bir zərər çəkmiş şəxslə barışıq əldə etməsini, iki zərər çəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1753 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,369 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “X9” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosiped, bir ədəd üzərində “Anmier Sportpower” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosiped və bir ədəd üzərində “Square” və “Saft” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosiped zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatlarının ümumilikdə xərci - 115,00 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə zərər çəkmiş hüquq şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmaverdi oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmaverdi oğluna məhkəmədə iştirak etdiyi 56 saata görə 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzanın icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd üzərində “X9” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan göy rəngli velosipedin, bir ədəd üzərində “Anmier Sportpower” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 28 sm olan ağ-qara rəngli velosipedin və bir ədəd üzərində “Square” və “Saft” yazıları olan yeniyetmələr üçün nəzərdə tutulmuş təkərinin radius ölçüsü 18 sm olan qırmızı və qara rəngli velosipedin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,369 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 115,00 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərər çəkmiş hüquq şəxs və mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs3 mülki iddiası baxılmamış saxlanılsın və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi İmaverdi oğluna məhkəmədə iştirak etdiyi 56 saata görə 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar