Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-280/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Əzizova Şəbnur Rəfail qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə saat 17:30-da, ünvan 2 ünvanında, həmin ünvanda müvəqqəti kirayə yaşayan övladı Zərərçəkmiş şəxs, aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı, yumruq ilə vurmaqla-sağ əlin hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinliyi halında əziyindən ibarət dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid qəsdən xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 1997-ci ildə Xurşud Xankişiyeva ilə ailə həyatı qurmuşdur. Bu nikahlarından Arzu adlı qızları dünyaya gəlmişdir. Maddi vəziyyətləri pis olduğundan müxtəlif işlərdə işləmiş, lakin 2020-ci ilin mart ayından iş yerləri bağlandığından, “pandemiya” ilə əlaqədar işini itirmiş və evdə oturmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən evdə tez-tez ailəsi ilə aralarında mübahisələr yaranmışdır. İyul ayının əvvəlində yoldaşı ilə qızı birlikdə evi tərk etmış, ayrı kirayə yaşamağa başlamışlar. Onlar evi tərk etdikləri vaxtdan, qeydiyyatda olduğu evdə yalnız yaşayır. Yoldaşı ilə ayrı yaşasalar da, rəsmi olaraq boşanmamışlar. Hərdən bir bacısı yaşadığı evə gəlir, ərzaq alıb gətirir. 30 iyul tarixində bacısı ona bildirmişdir ki, qızı Arzu zəng edərək oğlunun əsgərlikdən gəlməyi münasibəti ilə onu təbrik etmişdir. O, bunu eşitdikdən sonra əsəbləşmişdir. Belə ki, qızı ilə yoldaşı onu tərk edib getdikdən sonra onları ailə üzvü kimi silmiş və onun qohumları ilə əlaqə saxlamamalarını tapşırmışdır. Həmin gün təxminən saat 17:30 radələrində yoldaşının kirayə yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 243, mənzil 29 ünvanına getmişdir. Qapını qızı Arzu açdıqdan sonra, hansı səbəbdən onun bacısına zəng edib, internetdə şəkil paylaşmağını soruşmuşdur. Arzu isə ona kobud cavab verdiyi üçün əsəbləşmiş, onun baş nahiyyəsindən bir dəfə yumruqla zərbə vurmuşdur. Qızına yumruq atan zaman hiss etmişdir ki, əli onun başına deyil, sağ əlinə dəymiş və o, yerə yıxılmışdır. Arzunun ağladığını gördükdən sonra evi tərk etmişdir. Hadisə zamanı evdə özü və qızı olmuşdur. Daha sonra ona məlum olmuşdur ki, Arzu polisə onun barəsində şikayət etmişdir. İzahatının sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında müvəqqəti olaraq anası X2 ilə birlikdə kirayə qalır. Atası ilə bir evdə yaşadıqları vaxtlar onunla aralarında mütəmadi olaraq mübahisələr yaranırdı. Bu səbəbən anası ilə birlikdə Təqsirləndirilən şəxs ayrı yaşamaq qərarına gəlmiş, yaşadıqları evi tərk etmişlər. Bir aydan artıq müddətdir ki, kirayə qalırlar. Anası gözdən 2-ci qrup əlildir və tam görmür. Yollarda dayanaraq dilənməklə məşğul olur və demək olar ki, bu yolla dolanırlar. Atası Təqsirləndirilən şəxs kirayə qaldıqları mənzilin ünvanını bilsə də, onlara maddi cəhətdən heç bir köməklik etmir. İyul ayının 29-u bibisi oğlunun əsgərlikdən geri qayıtdığını öyrənmişdir. Bu səbəbdən bibisinə zəng edərək onu təbrik etmiş və bibisi oğlunun şəkilini sosial şəbəkədə paylaşmışdır. Ertəsi gün, yəni iyul ayının 30-u, təxminən saat 17:30 radələrində, evdə yalnız olan zaman, atası gözləmədiyi halda onların kirayə qaldığı mənzilə gəlmişdir. Evə gələn kimi onunla mübahisə edərək, hansı səbəbdən bibisinə zəng etməsini və bibisi oğlunun şəkilini sosial şəbəkədə paylaşmasını soruşmuşdur. O, izah etmək istədikdə isə atası onu döyməyə başlamışdır. O, ağlayıb başını əli ilə tutan zaman, atası onun başından yumruqla vurmaq istəmiş, lakin yumruğu sağ əlindən dəymişdir. Bu zaman o yerə yıxılmışdır. Baş vermiş hadisədən sonra atası evi tərk etmişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İzahatının sonunda Zərərçəkmiş şəxs hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə xitam verilməsini xahiş edərək, bununla bağlı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 xx.xx.2020-ci il tarixli 588 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – sağ əlin hərəkət məhdudluğu ilə müşaiyət olunan qançır-şişkinliyi halında əziyi bərk küt əşyanın təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən və müayinə olunanın qeyd etdiyi şəraitdə əmələ gələ bilərdi (i/v 27-29). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 62-64). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda (səmimi peşmanlıq çəkdikdə, zərər çəkmiş şəxslə barışdıqda, şərait dəyişdikdə) təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-280/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-280/2020
08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver