Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-281/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, “xxxx” QSC-də kompyuter tərtibatı üzrə mütəxəssis işləyən, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11D, mənzil 08-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı ünvanda yerləşən avtomobil dayanacağında nəzarətçi işləyən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə yumruqla vuraraq ona sol göz qapaqları və gözaltı nahiyənin, həmin gözün ağlı qişasının bayır küncünə qansızma ilə müşaiyət olunan qançır şişkinliyi (hematoması), sol qulaq seyvanının və sol gicgah-ənsə nahiyəsinin qançır-şişkinlik halında əzikləri ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, “xxxx” QSCdə kompyuter tərtibatı üzrə mütəxəssis vəzifəsində işləyir və “Pasha Travel” şirkəti ilə aralarında olan razılığa əsasən həm də orada çalışır. Adətən işə “Volkswagen Passat” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedir və maşını Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı ünvanda yerləşən “Port Baku” adlı kompleksin qarşısında olan xüsusi avtomobil dayanacağında saxlayır. xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində işə gələrkən həmin avtomobili qeyd olunan yerdə park edən zaman orada işləyən nəzarətçi Zərərçəkmiş şəxs avtomobilin qarşısına keçib ona mane olmuşdur. O da avtomobildən düşüb Seymuru kənara çəkməyə çalışmış, lakin geri dönərkən sonuncu onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən o, Seymurun üz nahiyəsinə yumruqla zərbələr vurmuşdur. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, “xxxx” MMC-də nəzarətçi işləyir və “X8” ticarət mərkəzinin qarşısındakı avtomobil dayanacağında xidmət aparır. xx.xx.2021-ci il tarixdə, saat 09 radələrində tanıdığı Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dayanacağa daxil olmuş, lakin maşını park etmək üçün icazə verilən yerdə deyil, kənarda saxlamağa çalışmışdır. Buna görə də o, avtomobilin qarşısına keçib ondan maşını icazə verilən yerdə saxlamağı xahiş etmişdir. Eldar isə əsassız olaraq onunla mübahisə etməyə başlamış, avtomobildən düşüb onun üzərinə gəlmiş və əli ilə onun baş nahiyəsinə zərbələr vurmuş, nəticədə o xəsarətlər almışdır. Hazırda onlar barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X6 Nəsimi rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 150 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasının bayır küncünə qansızma ilə müşaiyət olunan qançırşişkinliyi (hematoması), sol qulaq seyvanının və sol gicgah-ənsə nahiyəsinin qançırşişkinlik halında əzikləri bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.30-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.65). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-281/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-281/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver