Məhkəmə qərarları › İş №1(006)-283/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-283/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-283/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “ e Fendo“Vəkil Bürosunun vəkili D Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 07-də qeydiyyatda olan, əvvəllər məhkum olunmamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “turbo.az” avtomobil elanı saytında satış üçün yerləşdirdiyi “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncudan 16.000 manat pula ala biləcəyini və həmin vəsaiti üç gün müddətinə köçürmə yolu ilə ona tam şəkildə ödəyəcəyinə dair yalan vəd verib aldadaraq həmin avtomobili təmir mərkəzində yoxlatdırmaq adı ilə xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 54 saylı notariat ofisində Zərərçəkmiş şəxs “Nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında” etibarnaməni əldə edib avtomobili təhvil götürərək sonradan verdiyi vədə əməl etməyib avtomobili şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 16.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin dələduzluq əməli öz təsdiqini tapsa da, onun zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləği 10.000 manat həcmində müəyyən olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tanışı vasitəsilə Zərərçəkmiş şəxs ilə danışaraq sonuncudan “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmişdir. Bu şəxslə danışaraq avtomobili 16.000 manata alacağı barədə razılığa gəlmiş və “Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi” təqdim edərək ona bu avtomobil üçün etibarnamə verilməsini istəmişdir. Zərərçəkmiş şəxs da buna etiraz etməmiş və xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən 54 saylı notariat ofisində onun adına etibarnamə vermişdir. O da avtomobilin pulunu 03 gün ərzində verəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə 54 saylı notariat kontorunun qarşısında o, Zərərçəkmiş şəxs avtomobili alıb aparmış və həmin günü onun kart hesabına 3.000 manat pul göndərmişdir. Təxminən 05 gün sonra isə bu hesaba əlavə olaraq 3.000 manat da köçürmüşdür. Eyni zamanda, avtomobili əvvəllər tanıdığı Ramin adlı şəxsə verməli və sonuncu da onun hesabına avtomobil üçün 17.000 manat pul köçürməli idi. O da qalan məbləği Talıbla böləcəyinə dair aralarında razılıq əldə etmişdir. Belə ki, Raminlə aralarında olan danışığa əsasən o, ona məlum olmayan, lakin Raminin çalışdığı şirkətin adından ona məxsus şirkətin hesabına 17.500 manat pul köçürməli, o isə Zərərçəkmiş şəxslə bağladığı müqavilə əsasında aldığı avtomobili həmin şəxsin çalışdığı şirkətin adına keçirməli idi. Bu satışdan sonra qalan 1.500 manat pulu Talıbla yarı bölməli və müəyyən qazanc əldə etməli idi. Sonradan isə Ramin onunla əlaqə saxlayaraq həmin avtomobili satmasını, pulunu onunla bölməsini, ona məxsus hesaba isə 03 gün müddətində 17.500 manat pul köçürəcəyini bildirmişdir. O da ondan bunu nə məqsədlə etdiyini soruşanda, sonuncu ona narahat olmamağı, pulun vaxtında hesabına köçürəcəyini, hazırda isə müəyyən işlər görməsi üçün avtomobili sataraq pulu onunla yarıya bölməsini istəmişdir. O da Zərərçəkmiş şəxs məxsus olan “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.000 manata satıb həmin pulun 6.000 manatını danışığa əsasən Raminə vermiş, özündə qalan 6.000 manat pulu isə iki dəfəyə olmaqla Talıbın hesabına köçürmüşdür. Sonra Zərərçəkmiş şəxslə görüşərək Raminin yenə də pulun qalan hissəsini 03 gün müddətində hesabına köçürəcəyini bildirmişdir. Sonradan isə Ramin onu aldadaraq vəd verdiyi həmin məbləği onun hesabına köçürməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş, o da 20-ci polis şöbəsinə dəvət olunmuş və orada faktla bağlı izahat yazmışdır. Həmçinin o, iltizam yazaraq Zərərçəkmiş şəxs qalan borcunun 2023-cü ilin sonunadək ödəyəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs qardaşı və bir nəfər tanımadığı şəxslə onun Bakı şəhəri, Türkan qəsəbəsindəki evinə gəlmiş, o da yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Toyota Corolla” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlarla birlikdə yaxınlıqda yerləşən çayxanaya getmişdir. Orada söhbət zamanı Zərərçəkmiş şəxs qalan borcunun əvəzində özünə məxsus torpaq sahəsini götürməsini təklif etmiş, lakin sonuncu bununla razılaşmamışdır. Talıbın qardaşı Niyaz isə onun avtomobilinin olduğunu bildiklərini və onu götürmək üçün gəldiklərini demişdir. O isə avtomobilin özünə məxsus olmadığını, onu yol vərəqəsi əsasında idarə etdiyini, sahibi ilə danışıb avtomobili ona məxsus torpaq sahəsi ilə əvəz edəcəyi təqdirdə avtomobili Talıba verə biləcəyini demişdir. Niyaz isə avtomobili hər bir halda aparacaqlarını bildirib ondan məcburi şəkildə yol vərəqəsini və avtomobilin açarını almışdır. Sonradan öyrəndiyinə görə onun mobil telefonu nasaz olması səbəbindən zəng çatmadığından avtomobilin sahibi xx.xx.2023-cü il tarixdə onu uzaqdan idarə edərək mühərriki söndürmüş, Zərərçəkmiş şəxs isə barəsində şikayət ediləcəyini ehtimal etdiyindən avtomobili evakuator vasitəsilə 20-ci polis şöbəsinə aparıb təhvil vermişdir. Qeyd olunan hadisədən sonra onun Ramin adlı şəxslə bütün əlaqəsi kəsilmişdir. Törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxsə vurulmuş 10.000 manat ziyan ödənilmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, özünə məxsus “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş və bu barədə “turbo.az” internet saytında elan yerləşdirmişdir. Həmin elan əsasında ona zəng edən bir nəfər şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək ondan avtomobili 16.000 manata alacağını bildirib görüşməyi təklif etmişdir. Onunla görüş zamanı Təqsirləndirilən şəxs vəsiqə təqdim edərək “X3” adlı şirkətin sahibi olduğunu, həmin şirkətin avtomobil lizinqi ilə məşğul olduğunu, onun da avtomobilini şirkətin adına rəsmiləşdirəcəyini və pulunu da şirkətin adından 03 gün müddətində onun bank hesabına köçürəcəyini bildirmiş və “Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi” təqdim edərək həmin avtomobil üçün etibarnamə verilməsini istəmişdir. O, Əliəkbərlə razılaşmış və xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 54 saylı notariat ofisində onun adına etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən sonuncu qeyd etdiyi avtomobili digər şəxsə sata bilərdi. Təqsirləndirilən şəxs ona avtomobilin pulunu 03 gün ərzində verəcəyini bildirib həmin günü onun kart hesabına 3.000 manat pul, təxminən 05 gün sonra isə 3.000 manat pul göndərmişdir. Lakin, bundan sonra onun 10.000 manatı ödənilməmiş və o, Təqsirləndirilən şəxs qalan pulunu tələb etdikdə isə sonuncu ona müxtəlif bəhanələr gətirib ödənişi gecikdirmişdir. Sonradan isə Təqsirləndirilən şəxs qeyd olunan etibarnamə əsasında avtomobili onun icazəsi və razılığı olmadan servisdə yoxlatmaq adı ilə alıb apardığı gün, yəni xx.xx.2023-cü il tarixdə dəyərindən ucuz qiymətə, yəni 12.000 manata tanımadığı şəxsə satdığını öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dələduz olduğunu anladığı üçün sonuncunun ona verdiyi xidməti vəsiqəsinin üzərində qeyd olunmuş VÖEN-i Dövlət Vergi Xidmətinin rəsmi saytında yoxlamış və bu vəsiqənin saxta olduğu ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs barəsində etdiyi şikayətin təhqiqat araşdırması zamanı sonuncu ona ələ keçirdiyi əmlakın qalan hissəsinin, yəni 10.000 manatının qarşılığında “Toyota Corolla” markalı avtomobilini onun adına rəsmiləşdirməyini təklif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünə məxsus bu avtomobilin dəyərinin 16.500 manat olduğunu, avtomobili ona verdikdən sonra onun da ona 6.500 manat verməli olduğunu təklif etmişdir. O da çarəsiz qalaraq avtomobilin qarşılığında Təqsirləndirilən şəxs 5.000 manat pul verəcəyini bildirmiş və onlar razılaşmışlar. O, xx.xx.2023-cü il tarixdə o, qardaşı Niyaz və dostu Samir ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili açarı və avtomobili idarə etmək üçün yol vərəqəsini ona vermişdir. O, avtomobilin yol vərəqəsi əsasında idarə edildiyini gördüyü üçün bu barədə Əliəkbərdən soruşmuş, sonuncu isə avtomobilin yol vərəqəsində qeyd olunduğu kimi "xxxx" MMC-yə məxsus olduğunu, cəmiyyətin rəhbəri ilə aralarında əldə etdiyi razılaşmaya əsasən şirkət avtomobili ona məxsus torpaq sahəsi ilə əvəzləşdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobili bir gün sonra onun adına rəsmiləşdirəcəyini dediyindən avtomobili təhvil alıb yaşadığı ünvana aparmışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında hava şəraiti ilə əlaqədar avtomobilin mühərrikini işə salmaq istədikdən bunun mümkün olmadığını görmüşdür. Təqsirləndirilən şəxsla telefonla əlaqə saxlayıb bu barədə soruşduqda, sonuncu ona müxtəlif bəhanələr gətirmişdir. O isə avtomobilin mühərrikinin şirkət tərəfindən söndürüldüyünə dair iradını bildirmiş və avtomobili evakuator vasitəsilə 20-ci polis şöbəsinə aparıb təhvil vermişdir. Hadisə nəticəsində olan 10.000 manat ziyan dəymiş və zərər ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahidlər Şahid1 Namaz oğlu və Şahid2 zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlara uyğun izahat verdilər. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi”nə əsasən Təqsirləndirilən şəxs “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs 16.000 manata alır və onun dəyərini 3 gün ərzində ödəməyi öz öhdəsinə götürür (İ cild, i.v.14); • “Hadisə yerinə baxış keçirilməsi barədə“xx.xx.2023-cü il tarixli protokola görə 54 saylı notariat ofisi ünvan 1 ünvanda yerləşir (İ cild, i.v.17-18); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 93/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.95-99); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 283/2024 saylı hazırlıq qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir (İİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.100-101). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bununla belə, işin faktiki hallarından aydın olur ki, “Toyota Prius” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 16.000 manata alqı-satqısına dair zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında razılıq əldə olunmuş, sonuncu bu avtomobili xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən 54 saylı notariat ofisində ona etibarnamə verildikdən sonra zərər çəkmiş şəxsdən alaraq bir neçə gün ərzində iki dəfəyə 6.000 manat pul ödəsə də, qalan 10.000 manat pulu ödəməyərək özgə əmlakını ələ keçirmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın həcmi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə uyğun azaldılaraq zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləği 10.000 manat həcmində müəyyən olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 05 ay 15 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Dənizkənarı küçəsi, ev 07-i hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar