Məhkəmə qərarları › İş №1(006)-284/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-284/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-284/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçilər - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və X4 iştirakları ilə, xx.xx.1996-cı ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan. ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 221.3-cü maddələri ilə, xx.xx.1999-cu ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, Quba rayonu, Rustov kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə və özgənin əmlakını gizli talamaqla oğurluq etməsinə görə təqsirləndirilir. Belə ki, o, 12 noyabr 2023-cü il tarixdə saat 21:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “Nar” adlı kafedə olarkən digər masada əyləşmiş X4 həmin kafedə işləyən Zərərçəkmiş şəxs2 ilə hesabın ödənilməsi ilə bağlı sözlü mübahisə etdiyini, sonuncuya zor tətbiq edib saçından tutaraq dartdığını və həmin vaxt kafenin icarədarı Zərərçəkmiş şəxs1 oraya yaxınlaşaraq mübahisəyə müdaxilə etdiyini görüb əyləşdiyi masadan qalxaraq Zərərçəkmiş şəxs1 yaxınlaşıb Rəmiş Orucovla bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib baş nahiyəsindən zərbə vuraraq yerə yıxdıqdan sonra Rəmiş Orucovla birlikdə əl-ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən, həmçinin kafedən götürüb silah qismində istifadə etdikləri kabab şişləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zərbələr vuraraq ona sağ dirsək oynağı, sol said, sol əl, sol bud və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sol diz oynağı nahiyəsinin və sağ baldırın qançırları kimi dərəcələri təyin olunmayan və sol saidin, sol mil-bilək oynağı nahiyəsinin və sol əlin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmədə yanaşı Rəmiş Orucov ilə birlikdə kafenin zalındakı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 3500 manat dəyərində şüşə çaynikləri, stəkanları, şüşə bakalları, şüşə külqabını, şüşə duz qabını, plastmas salfet qabını, dəmir manqalı, taxta masaları, taxta stulları, şüşə qənd qabını və boşqabları yerə atmaqla, materialı plastikdən ibarət giriş qapısını isə təpik zərbəsi ilə vurub sındırmaqla özgənin əmlakını qəsdən zədələməklə məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 manat maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Süleman oğlu 12 noyabr 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanda yerləşən “Nar” adlı kafenin zalında bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə elməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra kafenin zalında Zərərçəkmiş şəxs2 məxsus içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 700 manat dəyərində “İphone 11 Pro Max” markalı mobil telefonun yerdə olduğunu görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə mobil telefonu götürərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 705 manat maddi ziyan vuraraq oğurluq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən X8 oğlu bir qrup şəxs halında silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsinə görə təqsirləndirilir. Belə ki, o, 12 noyabr 2023-cü il tarixdə saat 21:00 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 62 ünvanında yerləşən “Nar” adlı kafedə olarkən digər masada əyləşmiş X4 həmin kafedə işləyən Zərərçəkmiş şəxs2 ilə hesabın ödənilməsilə bağlı aralarında yaranmış sözlü mübahisə zananı sonuncunun saçından tutaraq zor tətbiq edib fiziki ağrı yetirərkən kafenin icarədarı Zərərçəkmiş şəxs1 oraya yaxınlaşıb mübahisəyə müdaxilə etməsini görüb digər masada əyləşmiş Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydaını, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ilkin olaraq Təqsirləndirilən şəxs1 əyləşdiyi masadan qalxaraq masanın üzərindən götürdüdü silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib baş nahiyəsindən zərbə vuraraq yerə yıxdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə əlayaq zərbələrilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrindən, həmçinin kafedən götürüb silah qismində istifadə etdikləri kabab şişləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən qəsdən zər əələr vuraraq ona sağ dirsək oynağı, sol said, sol əl, sol bud və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, sol diz oynağı nahiyəsinin və sağ baldırın qançırları kimi dərəcələri təyin olunmayan və sol saidin, sol mil-bilək oynağı nahiyəsinin və sol əlin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır- şişkinlik halında əzilməsi kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə kafenin zalındakı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumilikdə 3500 manat dəyərində şüşə çaynikləri, stəkanla, şüşə bakalları, şüşə külqabını, şüşə duz qabını, plastik salfet qabını, dəmir manqalı, taxta masaları, taxta stulları, şüşə qənd qabını və boşqabları yerə atmaqla, materialı plastikdən ibarət giriş qapısını isə təpik zərbəsi ilə vurub sındırmaqla özgənin əmlakını qəsdən zədələməklə məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 3500 manat maddi ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən bir ay əvvəl Bakı şəhərinə fərdi qaydada işləmək üçün gəlmiş və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında müvəqqəti olaraq kirayə yaşamışdır. 12 noyabr 2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanda yerləşən “Nar” kafesinə spirtli içki qəbul etmək üçün tək getmiş, masaların birində əyləşərək pivə adlı spirtli içki sifariş vermişdir. Bir müddət spirtli içki qəbul etdikdən sonra kafenin digər masasında əyləşən əvvəllər tanımadığı, istintaq zamanı adını öyrəndiyi Rəmiş Orucovun 4-5 nəfər şəxs tərəfindən təklənərək aralarında mübahisə olmasının şahidi olmuşdur. Bundan sonra həmin şəxsə kömək məqsədilə yaxınlaşmış, daha sonra isə mübahisə davaya çevrilmişdir və Rəmiş Orucovu qeyd etdiyi bir neçə nəfər şəxs yumruqla vurmağa başlamışdırlar. Bundan sonra dava-dalaşda həmin döyülən Rəmiş Orucova kömək etmək məqsədilə qoşulmuş və onları aralamaq istəmişdir. Həmin vaxt kimsə onu arxadan vurmuş, arxaya çevriləndə Vüqar onu vurmaq istəyəndə Məcid onu yumruqla vurmuşdur. Kafedən çıxmaq istədikdə cibində olan pul kisəsinin naməlum şəraitdə itirdiyimi müəyyən etmiş və buna görə də kafedə döşəmədə olan 1 ədəd «İphone 11 pro max» markalı mobil telefonu götürərək cibinə qoymuşdur, daha sonra isə Rəmiş Orucov ilə birlikdə kafeni tərk etmişdir. Rəmiş Orucov ilə birlikdə 3-cü mikrorayon istiqamətində getmiş, Məcid taksi sifariş verdikdən sonra isə Rəmiş Orucovdan ayrılmışdır. Qeyd etdiklərinə əsasən, hadisə zamanı kimi hansı şəkildə vurduğunu sərxoş olduğu üçün xatırlamır, eləcə də. hadisə zamanı sərxoş olduğu üçün onu kiminsə vurduğunu xatırlamır, lakin, hər hansı xəsarəti olmadığı üçün tibbi ekspertizadan keçmək istəməmiş, o, həmin vaxt sərxoş olduğu üçün dəqiq olaraq hansı şəkildə zərərçəkmiş şəxsi vurduğunu xatırlamır, sadəcə olaraq o kimisə bakal və şiş ilə vurmamışdır, ancaq ola bilər ki. Zərərçəkmiş şəxs1 yumruqla vurmuş, lakin hadisə zamanı o heç nə oğurlamamışdır, sadəcə olaraq pul qabını naməlum şəraitdə itirdiyi üçün orada döşəmədə olan iphone 11 pro max markalı mobil telefonu götürmüşdür və həmin mobil telefonu da təhqiqata təqdim etmişdir, hadisə zamanı 470 manat pulun və Redmi markalı mobil telefonun oğurlanması barədə hər hansı məlumatı yoxdur, Zərərçəkmiş şəxs2 məxsus mobil telefonu sonuncunun cibindən deyil, döşəmədən götürmüşdür, mübahisənin yaranma səbəbi Rəmiş Orucov ilə Zərərçəkmiş şəxs2 arasında olan hesabı ödəmək məsələsi olmuşdur, pul qabısını itirsə də cibində olan 3-4 manat pul ilə taksi sifariş vermişdir. Sonda Təqsirləndirilən şəxs1 tərəflər arasında baş vermiş mübahisəni sakitləşdirmək və özünü müdafiə etmək üçün mübahisənin içində olduğundan hazırda baraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X9 məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər nə Təqsirləndirilən şəxs1, nə də Zərərçəkmiş şəxs1 tanımamışdır. 12 noyabr 2023-cü il tarixdə boş vaxtı olduğundan pivə içmək üçün təqribən saat 21:00 radələrində ünvan 3 ünvanda yerləşən “Nar” kafeyə spirtli içki qəbul etmək üçün tək getmişdir. Masaların birində əyləşərək pivə adlı spirtli içki sifariş vermiş, həmin kafedə bir xanımla oturub bir müddət spirtli içki qəbul etmiş, sonra bayıra çıxıb kartından 50 manat pul çıxartmış və yenidən qayıdıb pivə sifariş etmiş, daha sonra ofisiantdan hesabı istəmişdir. Pulu qabaqcadan verib, bir dənə də mahnı sifariş vermişdir. Sonradan adını bildiyimMəryəm adlı ofisiant hesabı gətirdikdə məbləğin çox olmasını görmüş və buna görə Məryəm adlı ofisianta hesabın çox olmasına görə iradlarını bildirmişdir. Bundan sonra Məryəm adlı qadın mənə nalayiq ifadələr işlətmiş və Məryəmi vurmaq istəsə də özünə hakim olaraq vurmamı, lakin Məryəm adlı ofisiant qışqırdığı üçün sonuncunun saçından tutmuş və həmin an Zərərçəkmiş şəxs1 qaçaraq onun üstünə gəlmişdir. Zərərçəkmiş şəxs1 yumruqla onun çiyin nahiyəsindən bir dəfə yumruqla vurmuş və o da Vüqarın sifət nahiyəsindən şillə ilə bir dəfə vurmuşdur. Daha şonra isə Məryəm adlı ofisiantı kənara itələmiş və həmin an onun qollarından tutaraq saxlamışlar. Həmin an orada olan tanımadığı şəxslər, eləcə də, Zərərçəkmiş şəxs1 onun sifət və bədəninin müxtəlif nahiyələrindən vurmuş, o isə özünü müdafiə etmək üçün həmin şəxsləri təpiklə vurmuşdur. Daha sonra isə onu yerə yıxmışr və baş nahiyəsinə bakalla vurmuşdurlar. Həmin vaxt orada tanıdığı Təqsirləndirilən şəxs1 ona köməklik edərək aralaşdırmışdır, həmin vaxt Zərərçəkmiş şəxs1 şiş ilə Rəmişi vurmaq istəsə də, Vüqarı kimsə saxlamışdır. Stullardan birini qorxu içində olduğu üçün yerə vuraraq sındırmış, daha sonra isə Təqsirləndirilən şəxs1 ilə birlikdə kafeni tərk etmişdir. X9 digər Təqsirləndirilən şəxs1 heç bir günahı olmadığını, ona kömək üçün mübahisəyə qarışdığını bildirdi. Sonda təqsirləndirilən şəxs X9 özünü müdafiə etmək üçün qarşı tərəfi vurduğundan, xüliqanlıq niyyəti olmadığından barəsində baraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, ünvan 3 ünvanda yerləşən “Nar" kafeni icarə əsasında işlədir, həmin kafenin daxilində olan bütün əmlak özünə məxsusdur. Həmin kafenin iş rejimi saat 14:00-dan 23:15-dəkdir. Zərərçəkmiş şəxs2 Nurəddin qızı onun qeyri-rəsmi münasibətdə yaşadığı, eləcə də, «Nar» kafedə kassir işləyən şəxsdir. 12 noyabr 2023-cü il tarixdə saat 20:30 radələrində əvvəllər tanımadığı, araşdırma zamanı adını öyrəndiyi Təqsirləndirilən şəxs1 «Nar» kafeyə gələrək masaların birində əyləşmiş və bir bakal pivə adlı spirtli içki sifariş vermişdir. Daha sonra isə bir şiş kabab və salat sifariş vermişdir. Kafedə kababları özü bişirdiyi üçün Təqsirləndirilən şəxs1 kabab sifarişindən sonra da kababı bişirmək üçün kafenin bayır hissəsində manqala əl qoymuşdur. Kababı bişirdiyi zaman kafedə səs-küy olduğunu eşitmiş və buna görə kafeyə daxil olduqda bir nəfər tanımadığım şəxsin Zərərçəkmiş şəxs2 saç nahiyyəsindən tutaraq sürüdüyünü və ucadan nalayiq ifadələr işlətdiyini görmüşdür. Bu zaman həmin tanımadığı şəxsə yaxınlaşaraq Məryəmi həmin şəxsin əlindən almaq istəmiş və həmin şəxsi buna görə itələmişdir. Həmin an arxadan boyun nahiyəsindən kiminsə bərk küt əşya ilə vurmasını hiss etmişdir. Arxaya baxdıqda həmin şəxsin Təqsirləndirilən şəxs1 olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 və digər tanımadığı şəxs, yəni ki, Məryəmin saç nahiyyəsindən tutan şəxs hal hazırda təqsirləndirilən şəxs olan Rəmiş Orucov zərər çəkmişi döyməyə başlamışdır. Belə ki, hər iki şəxs əl və təpik zərbələri ilə, kafedə olan pivə bakalları, eləcə də, kabab bişirmək üçün nəzərdə tutulmuş şişlər ilə zərər çəkmişi döyməyə başlamışdır. O diziüstü vəziyyətdə özünü müdafiə etməyə çalışmış, hər iki şəxs isə əllərindəki qeyd etdiyi alətlərlə kürək və bədəninin arxa nahiyyələrindən vurmuşdurlar. Bir müddət sonra zərər çəkmiş özündən getdiyi üçün hər iki şəxs onu sürüyərək kafedən bayıra atmışlar, sonradan isə kafeyə qayıtmışlar. Zərər çəkmişi bayırda tanımadığı şəxslər ayıltmışlar və daha sonra TTYS-nın avtomaşını gələrək zərər çəkmişə tibbi yardım göstərmişdir. Kafeyə qayıtdıqda kafenin dağıdıldığını görmüş və Məryəmdən soruşduqda Təqsirləndirilən şəxs1 və yanındakı şəxsin kafeni dağıtdıqlarını Məryəm söyləmişdir. Həmçinin, Məryəm bildirmiş ki, özünə məxsus olan «İphone 11 pro max» markalı mobil telefon, ona məxsus olan kafedə pul qabında saxladığı 470 manat pul Təqsirləndirilən şəxs1 və yanındakı digər şəxs tərəfindən oğurlanmışdır. Hadisə təxminən 20 dəqiqə davam etmişdir, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs1 onun boyun nahiyyəsindən pivə bakalı ilə vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov əl və təpik zərbələri ilə, kafedə olan pivə bakalları eləcə də, kabab bişirmək üçün nəzərdə tutulmuş şişlər ilə o dizi üstə olarkən kürək və bədəninin digər arxa hissələrindən vurmuşlar, qeyd olunan hadisə zamanı zərər çəkmiş şəxs heç kimi vurmamış və ya hər hansı xəsarət yetirməmişdir. Qeyd olunan hadisə zamanı X14 Çalabovanın saç nahiyyəsindən tutaraq fiziki zor tətbiq etmişdir, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov ucadan nalayiq ifadələr işlətmiş, qeyd olunan hadisə zamanı onun 470 manat pulu oğurlanmış, kafedə olan əşyalar yəni ki, 10 ədəd şüşə çaydan, 30 ədəd armudu stəkan, 10 ədəd su üçün nəzərdə tutulmuş və 27 ədəd pivə adlı spirtli içki üçün nəzərdə tutulmuş şüşə bakallar, 1 ədəd kabab bişirmək üçün dəmir manqal, 10 ədəd şüşə külqabı, 12 ədəd şüşə duz qabı, 12 ədəd plastik salfet qabı, 13 ədəd taxta masalar, 30 ədəd taxta stullar, 1 ədəd materialı plastikdən ibarət giriş qapısı, 12 ədəd şüşə qənd qabı, 30 ədəd boşqab yararsız vəziyyətə gətirilmiş və həmin əşyaların yararsız vəziyyətə gətirilməsinə görə ona 3500 manat maddi ziyan dəydiyindən ümumilikdə ona 3970 manat maddi ziyan dəymişdir, həmin əşyalar yararsız vəziyyətə düşdüyündən hadisədən sonra tullamışdır. Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov vurduğu şüşə bakallar hamısı qeyd olunan şəxslər tərəfindən sındırılmışdır, 2 ədəd kabab bişirmək üçün nəzərdə tutulmuş şişləri isə istintaqa təqdim etmişdir. Sonda Zərərçəkmiş şəxs1 hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən “Nar” kafedə kassir işləyir. Həmin kafenin iş rejimi saat 14:00-dan 23:45-dəkdir. Zərərçəkmiş şəxs1 onun qeyri-rəsmi münasibətdə yaşadığı, eləcə də, «Nar» kafeni icarə əsasında işlədən şəxsdir. 12 noyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində əvvəllər tanımadığı, araşdırma zamanı adını öyrəndiyi Təqsirləndirilən şəxs1 işlədiyi «Nar» kafeyə gələrək masaların birində əyləşmiş və bir bakal pivə adlı spirtli içki və tum sifariş vermişdir. Daha sonra isə bir şiş kabab və salat sifariş vermişdir. Həmçinin, həmin vaxt bir nəfər tanımadığı şəxs və sonradan adını və soyadını bildiyi X9 da kafeyə gələrək ayrı masada əyləşərək pivə sifariş vermişdir. Rəmiş Orucov pivə və məzələrdən sonra hesabı istədikdə 15 manat olduğunu bildirmişdir. Həmin şəxs sərxoş vəziyyətdə mübahisə yaradaraq hesabı ödəməyəcəyini bildirmiş və həmin şəxsdən hesabı bir daha istədikdə saçından tutaraq onu sürüməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs1 bunu görərək həmin şəxsi itələyərək onu Rəmişin əlindən almışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs1 heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 üstünə gələrək pivə bakalı ilə boyun nahiyyəsindən Vüqarı vurmuşdur, daha sonra isə Təqsirləndirilən şəxs1 Rəmiş Orucovla birlikdə Zərərçəkmiş şəxs1 döyməyə başlamışlar. Belə ki, həmin şəxslər Zərərçəkmiş şəxs1 əl və təpik zərbələri ilə, eləcə də pivə bakalları və kabab bişirmək üçün nəzərdə tutulmuş şişlər ilə kürək və bədəninin əsasən arxa nahiyyələrindən vurmağa başlamışlar. Daha sonra isə həmin şəxslər Zərərçəkmiş şəxs1 sürüyərək çölə çıxartmışlar. Təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 və Rəmiş Orucovla birlikdə kafeyə qayıtmışlar və kafeni dağıtmağa başlamışlar. Həmin şəxslər getdikdən sonra ona məxsus olan «İphone 11 pro max» markalı mobil telefonunun, Zərərçəkmiş şəxs1 pul qabında olan 470 manat pulun, eləcə də, müştərilərdən birinin «Redmi» markalı mobil telefonunun oğurlandığını müəyyən etmişdir. Həmin pulu və mobil telefonu Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov oğurlamışdır. Həmin hadisə təxminən 20 dəqiqə davam etmiş, qeyd olunan hadisə zamanı onu heç kim vurmamış, sadəcə olaraq Rəmişdən hesabı istədikdə onun saçından tuturaq sürümüşdür, lakin, hadisə zamanı xəsarət almamış, buna görə də tibbi ekspertizadan keçməkdən imtina etmişdir, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 boyun nahiyyəsindən pivə bakalı ilə vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov əl və təpik zərbələri ilə, kafedə olan pivə bakalları, eləcə də, kabab bişirmək üçün nəzərdə tutulmuş şişlər ilə Zərərçəkmiş şəxs1 kürək və bədəninin arxa hissələrindən vurmuşdurlar. Həmin hadisə zamanı o heç kimi vurmamış və ya hər hansı xəsarət yetirməmiş, qeyd olunan hadisə zamanı Təqsirləndirilən şəxs1 və digər tanımadığı şəxs ucadan nalayiq ifadələr işlətmişdilər, qeyd olunan hadisə zamanı zərər çəkmişə məxsus olan «İphone 11 pro max» markalı mobil telefon oğurlandığı üçün ona 1200 manat, eləcə də, mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrə olduğu üçün 10 manat, ümumilikdə 1210 manat maddi ziyan dəymişdir, qeyd olunan hadisə zamanı ətrafda hadisənin şahidi ola biləcək Sevinc adlı işçi, Elnarə adlı müştəri, Ürfət adlı müştəri, Aqşin adlı müştəri, Şahin adlı müştəri və xatırlamadığı digər şəxslər də olmuşdurlar. Sonda Zərərçəkmiş şəxs2 hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən “Nar” kafedə qabyuyan işlədiyi dövrdə Zərərçəkmiş şəxs1 kafeni icarə əsasında işlədən şəxs olmuşdur, digər Zərərçəkmiş şəxs2 Nurəddin qızı isə kassir işləmişdir. 12 noyabr 2023-cü il tarixdə saat 21:00 radələrində kafedə səs-küy olduğunu eşitmişdir. Bu zaman həmin vaxt tanımadığı - təqsirləndirilən şəxs olan Rəmiş Orucovun kafedə kassir işləyən Zərərçəkmiş şəxs2 saç nahiyyəsindən tutaraq sürüməsinin şahidi olmuşdur. Daha sonra isə Zərərçəkmiş şəxs1 həmin şəxsi aralaşdırmaq istədikdə araşdırma zamanı adını öyrəndiyi və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 boyun nahiyyəsindən pivə bakalı ilə vurmasını görmüş, bundan sonra isə Zərərçəkmiş şəxs2 saç nahiyyəsindən tutan X12 İsmayılov Zərərçəkmiş şəxs1 döyməyə başlamışdır. Belə ki, həmin şəxslər əl və təpik zərbələri ilə eləcə də, pivə bakalları və kabab bişirmək üçün nəzərdə tutulmuş şişlər ilə Zərərçəkmiş şəxs1 kürək və bədəninin arxa hissələrindən vurmuş, daha sonra isə həmin şəxslər Zərərçəkmiş şəxs1 sürüyərək bayıra çıxartmışdılar. Təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov kafeyə qayıtmış və kafeni dağıtmağa başlamışlar. Daha sonra isə həmin şəxslər kafeni tərk etdilər. Hadisə təxminən 20 dəqiqə davam etmiş, hadisə zamanı onu heç kim vurmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Rəmiş Orucovun başqa kimisə vurmasını görməmiş, Təqsirləndirilən şəxs1 və Rəmiş Orucov ucadan nalayiq ifadələr işlətmişlər, ətrafda isə onlardan başqa da müştərilər olmuşdurlar. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 1-ci vərəqində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında ********* saylı cinayət işi icraata qəbul edilmişdir; Cinayət işinin İ cildinin 123-124-cü vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 15 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işinin İ cildinin 154-158-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-551/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Cinayət işinin İ cildinin 165-167-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Cinayət işinin İ cildinin 170-174-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 9825/2023 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunan 01 ədəd istifadədə olmuş 64 GB yaddaş tutumlu, sensor dizaynlı, daxili antenalı, rəqəmsal fotokameralı “İphone 11 pro max” markalı mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin noyabr ayına orta bazar qiyməti təxminən 700 manat, üzərindəki mobil nömrə ilə birgə 705 manat müəyyən edilir; Cinayət işinin İ cildinin 175-177-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Hüquqi Şəxsinin 14 dekabr 2023-cü il tarixli, 1622 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində - sol saidin, sol oynağı nahiyəsinin və sol əlin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ dirsək oynağı, sol said, sol əl, sol bud iki diz oynağı nahiyələrinin sıyrıqları, sol diz oynağı nahiyəsinin və sağ baldırın qançırları aşkar edilmişdir; Cinayət işinin İ cildinin 191-193-cü vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-63/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 13 aprel 2024-cü ilədək uzadılmışdır; Cinayət işinin İ cildinin 218-ci vərəqində olan Azərbaycan Respublikası Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Tovuz rayon Məhkəməsinin 1(062)-5/2023 saylı, 21 avqust 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata alınaraq cəzasının xx.xx.2023-cü il tarixədək 27 gününü çəkmiş, çəkilməmiş qalan hissəsi 02 il, 04 ay, 29 (iyirmi doqquz) gün təşkil edir. Cinayət işinin İ cildinin 232-233-cü vərəqələrində olan “şübhəli şəxsin tutulması” haqqında 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, X9 həmin tarixdə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; Cinayət işinin İ cildinin 245-246 vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Cinayət işinin İİ cildinin 15-17-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-97/2024 saylı, 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs - X9 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 08 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Cinayət işinin İİ cildinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır; Cinayət işinin İİ cildinin 25-34-cü vərəqələrində olan Tovuz rayon Məhkəməsinin 1(062)-5/2023 saylı, 21 avqust 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il, 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 il, 05 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm olunmuşdur; Cinayət işinin İİ cildinin 43-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Hüquqi Şəxsinin 18 mart 2023-cü il tarixli, 1622 saylı rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədənində - sol saidin, sol oynağı nahiyəsinin və sol əlin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi, sağ dirsək oynağı, sol said, sol əl, sol bud iki diz oynağı nahiyələrinin sıyrıqları, sol diz oynağı nahiyəsinin və sağ baldırın qançırları bərk küt əşyanın təsirindən müayinədən (xx.xx.2023-cü il) 3-4 gün əvvəl əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən sol saidin, sol mil-bilək oynağı nahiyəsinin və sol əlin mil-bilək oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan qançır-şişkinlik halında əzilməsi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 adına X11 tərtib olunmuş xx.xx.2024-cü tarixli, 18-1-2/2- 863/2024 saylı tibbi arayışda ona "baş beşinin travmalik ödemi” diaqnozunun təyin olunması göstərilmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinələri zamanı baş nahiyəsində hər hansı bir xəsarət (qançır, sıyrıq. şişkinlik, yara və s.) aşkar edilmədiyindən. Zərərçəkmiş şəxs1 baş nahiyəsi ilə bağlı və nevroloji statusda hər hansı bir şikayəti olmadığından, həmçinin tibbi sənəddə qeyd olunan diaqnoz müvafiq müayinə üsulları ilə (tibbi sənəddə yalnız rentgenoskopiya müayinəsinin aparıldığı göstərilmişdir) əsaslandırılmadığından Zərərçəkmiş şəxs1 təyin olunmuş "baş beyinin travmatik ödemi" diaqnozu sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki. həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədəninin hissələri (əl-ayaq və s.) və küt əşyalarla endirilmiş zərbələrin təsirindən törənə bilərdilər; Cinayət işinin İİ cildinin 67-69-cu vərəqələrində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə” haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.1 və 221.3-cü maddələri yenidən ittiham elan edilmişdir; Cinayət işinin İİ cildinin 113-117-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-164/2024 saylı, 10 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 08 may 2024-cü il tarixədək uzadılmışdır; Cinayət işinin İİ cildinin 123-137-ci vərəqələrində olan 19 aprel 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən və ittihamda dəyişikliklər olmadığından ona Azərbaycan Respublikası CMnin 177.1 və 221.3-cü maddələri ilə elan edilmiş xx.xx.2024-cü il tarixli ittiham, eləcə də, X6 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş xx.xx.2024-cü il tarixli ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Nar” kafedə təqsirləndirilən şəxslərin xuliqanlıq hərəkətləri zamanı istifadə etdikləri və maddi ziyan vurduqları istintaq zamanı götürülmüş kabab bişirmək üçün nəzərdə tutulmuş 02 ədəd şiş və Təqsirləndirilən şəxs1 oğurladığı Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro max” markalı mobil telefon içərisindəki mobil nömrə ilə birlikdə iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün saxlanca verilməsi qərara alınmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ancaq əli ilə vurduğunu, eləcə də, Zərərçəkmiş şəxs2 “İphone 11 pro max” markalı mobil telefonunu götürsə də, talamaq niyyətinin olmadığını bildirməsi özünü müdafiə xarakterli olduğundan vəsatət kimi qəbul edilərək müvafiq qərarlarla rədd edilməsi, X4 Zərərçəkmiş şəxs1 ancaq əli ilə vurduğunu bildirməsi özünü müdafiə xarakterli olduğundan vəsatət kimi qəbul edilərək müvafiq qərarlarla rədd edilməsinin nəzərə alınması, təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və işdə olan digər istintaq materiallarının iş üzrə sübut növü kimi nəzərə alınması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 194-198-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-227/2024 saylı, 08 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs - X9 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 28 may 2024-cü il tarixədək uzadılmışdır; Cinayət işinin İİ cildinin 199-202-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-228/2024 saylı, 08 may 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 28 may 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası CPM-in 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 221.3-cü maddələri ilə digər təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 törətdiyi əməlləri tam etiraf etməməsi barədə ifadəslərinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X9 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən X4 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X9 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi 177.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, təyin olunmuş cəzalar qismən toplanılmaqla cəza müəyyən edilməli (CM-66.2.), Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)-5/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il, 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün müddət hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il, 02 (iki) ay, 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış – Təqsirləndirilən şəxs1 oğurladığı Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro max” markalı mobil telefon içərisindəki mobil nömrə ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – “Nar” kafedə təqsirləndirilən şəxslərin xuliqanlıq hərəkətləri zamanı istifadə etdikləri və maddi ziyan vurduqları istintaq zamanı götürülmüş kabab bişirmək üçün nəzərdə tutulmuş 02 ədəd şiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 221.3cü maddələri ilə və X4 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(062)-5/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il, 04 (dörd) ay, 29 (iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il, 02 (iki) ay, 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2024-cü il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş 02 ədəd şiş hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 pro max” markalı mobil telefon içərisindəki mobil nömrə ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar