Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-285/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, 04 yanvar 2025-ci il tarixdə ünvan 3 ünvanında yaxınlığında Şahid2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,896 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 04 yanvar 2025-ci il tarixdə saat 23:25-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsi ev 30 ünvanının qarşısında saxlanılaraq ünvan 4erləşən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 0,896 qram təşkil edən xeyli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərsk götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 2a Şahid3 və Şahid2 məxsus evdə kirayədə yaşamışdır. 04 yanvar 2025-ci il tarixdə saat 23 radələrində evdə olan zaman, həyətdə səs-küy olduğunu görüb həyətə çıxmışdır. Bu zaman polis əməkdaşlarının Şahid3 və Şahid2 tutduğunu görmüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq Polis Bölməsinə getməli olduğunu bildirmişlər. O, əgər tutulursa hal şahidlərinin dəvət edilərək, sonuncuların iştirakı ilə videoçəkiliş aparılmasını tələb etmiş, lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onu məcburi qaydada Polis Bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, lakin tutulan vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Polis Bölməsində olan zaman polis əməkdaşları onu döyməsələr də, ona qarşı psixioloji təzyiq göstərmişlər, ona qarşı hədə-qorxu gələrək ona zor təbiq edəcəklərini bildirilərək polis əməkdaşları tərəfindən təqdim edilən narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadə verilməsi tələb edilmişdir. O, yaşlı insan olduğu üçün həmin təzyiqlərə dözməmiş, buna görə də, o, məcbur qalaraq polis əməkdaşlarının təqdim etdikləri narkotik vasitələrin ona məxsus olması barədə etirafedici ifadələr vermiş, polis əməkdaşlarının təqdim etdiyi bütün sənədlərə imza çəkmişdir. Lakin, həmin narkotik vasitələr ona məxsus olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda bacısı Elnurə Muradova və qardaşı Şahid2 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların evində kirayədə yaşamışdır. 04 yanvar 2025-ci il tarixdə axşam saatlarında qardaşı Mirzə ilə birlikdə yaşadıqları evə qayıtmışlar və qardaşı Mirzə həyət qapısını vurmuş, qapını Namiq açmışdır. Bu zaman əraziyə polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onu, qardaşı Mirzəni, həmçinin Təqsirləndirilən şəxs Polis Bölməsinə aparmışlar. Həmin vaxt hər hansı videoçəkilişdən istifadə olunmamışdır. Onlar məcburi qaydada Polis Bölməsinə aparılmışlar. Polis Bölməsində olan zaman ona qarşı hər hansı fiziki və psixioloji təsir olmamışdır. O, Təqsirləndirilən şəxs və Şahid2 qarşı Polis Bölməsində hər hansı fiziki və psixioloji təsir olmasının, həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitə verilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etsə də, sonuncun tutulan zaman üzərində narkotik vasitəsinin olub-olmaması barədə məlumatı olmamışdır. Onun savadı olmadığı üçün polis əməkdaşları tərəfindən təqdim edilmiş sənədlərə imza çəkmiş, lakin həmin sənədlərdə yazılanlar barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı onun adından yazılmış ifadədə yazılanlar barədə məlumatı yoxdur, həmin ifadə onun sözləri əsasında yazılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda bacısı Elnurə Muradova və Şahid3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onların evində kirayədə yaşamışdır. 04 yanvar 2025-ci il tarixdə axşam saatlarında bacısı Gülnarə ilə birlikdə yaşadıqları evə qayıtmışlar və o, həyət qapısını vurmuş, qapını Namiq açmışdır. Bu zaman əraziyə polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları onu, bacısı Gülnarəni və Təqsirləndirilən şəxs Polis Bölməsinə aparmışlar. Həmin vaxt onların üzərinə baxış keçirilməsinə dair hər hansı videoçəkilişdən istifadə olunmamışdır. Polis Bölməsində olan zaman polis əməkdaşları tərəfindən onlara psixioloji təzyiq göstərilərək polis əməkdaşlarının təqdim etdikləri narkotik vasitələrin ona və Təqsirləndirilən şəxs məxsus olması barədə etirafedici ifadələr verilməsi tələb edilmişdir. Tutulan vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs evdən ona qapını açmaq üçün çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 04 yanvar 2025-ci il tarixdə «Namiq» və «Mirzə» adlı şəxslərin narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması barədə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə əməliyyat məlumatı daxil olmuş və keçirilən əməliyyat tədbirləri nəticəsində «Namiq» adlı şəxsin xx xxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Təqsirləndirilən şəxs, «Mirzə» adlı şəxsin isə xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2a qeydiyyatda olmaqla yaşayan Şahid2 olması müəyyən edilmişdir. Daha sonra həmin məlumat onun tərəfindən raportla Polis Bölməsinin rəhbərliyinə məruzə olunmuş, Təqsirləndirilən şəxs və Şahid2 cinayət əməllərinin ifşa olunması məqsədilə həmin şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən müvafiq qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün rəhbəri o, üzvləri isə 21-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı X9 və 21-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı X7 olmaqla əməliyyat qrupu yaradılmışdır. Beləliklə, həmin tarixdə saat 21:25də əməliyyat müvəkkilləri Mətin İsazadə və İlkin Cabbarovla birlikdə tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs və Şahid2 yaxınlaşıb özlərini təqdim edərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübnəli olduqlarını deyərək Təqsirləndirilən şəxs və Şahid2 dəvət edib Polis Bölməsinin inzibati binasına gətirmişlər. Həmin vaxt yanlarında olan X8 bacısı Şahid3 da PB-yə dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs və Şahid2 hüquqlarının müdafiə edilməsi üçün 21-ci PB-nin təhqiqatçısı polis polkovnik-leytenantı Elmir Hüseynov tərəfindən Bakı şəhəri Xəzər Konsaltinq Vəkil Bürosunun vəkili Fərhad Əliyev və 14 saylı Vəkil Bürosunun vəkili X10 müdafiəçi qismində Polis İdarəsinə dəvət olunmuş və bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 şübhəli şəxs qismində tutulmuşlar. Daha sonra müdafiəçilərin, Şahid3 və polis əməkdaşlarının iştirakları videoçəkiliş aparılmaqla təhqiqatçı Elmir Hüseynov tərəfindən şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid2 hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elmir Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd bükümü, eləcə də şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü 04 yanvar 2025-ci il tarixdə Şahid2 öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Nokia” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Şahid2 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid2 əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi və 30 manat pulu, paltonun sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində şəxsi axtarış aparılmış, əynindəki paltonun sol yan cibindən 01 qutu “Prima” markalı siqaret və eynək aşkar edildi və özünə qaytarılmışdır. Bundan başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan paketə keçirildikdə içərisində 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli ot kütləsi, 01 ədəd şəffaf sellofan paketdə isə içərisində 01 ədəd paketdə psixotrop maddə metamfetaminə və 01 ədəd narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükümdə isə içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilmişdir və sorğu-sual zamanı Şahid2 həmin ağ rəngli sellofan paketin içərisindəki bükümlərdə olan maddələrin narkotik vasitə mariuxana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 04 yanvar 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşından telefon vasitəsilə 1360 manat ödəməklə satış məqsədilə əldə etdiyini, həmin narkotik vasitə heroindən bir hissəsini Təqsirləndirilən şəxs 20 manata satdığını, elektron tərəzidən isə psixotrop maddə və narkotik vasitələrin satışında istifadə etdiyini, təqdim etdiyi 30 manatı narkotik satışı əldə etdiyini, həmin pulun 20 manatını Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroinə, narkotik vasitə marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin elektron tərəzi ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli sellofan paketə qoyulub qablaşdırılmış, paketin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Şahid2 üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı torofindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Təqsirləndirilən şəxs və Şahid2la birgə PB-yə dəvət edilmiş Şahid3 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid3 üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Sonda təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin ayrılması haqqında” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrini ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (Cild İ, i.v. 1-3); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild İ, i.v. 5); “şübhəli şəxsin tutulması haqqında” 05 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2025-ci il tarixdə, saat 23:25-də saxlanılmış, 05 yanvar 2025-ci il tarixdə, saat 00:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 51-52); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 05 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan tünd rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellafona bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İ, i.v. 64-67); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2025-ci il tarixli, 6/07 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə; Təqsirləndirilən şəxs-imza, səkkiz-imza, Tərtib etdi: E.Hüseynov -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,896 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild İ, i.v. 96); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (Cild İ, i.v. 147); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-2/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 04 yanvar 2025-ci il tarixdən, saat 23:25-dən hesablanması qərara alınmışdır (Cild İ, i.v. 183-187); “mobil telefona baxış keçirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 06 yanvar 2025-ci il tarixdə saat 18:23 dəqiqədən saat 18:27 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefonun bütün qovluqları onun və müdafiəçisi X5 iştirakları ilə tərəfimdən incələnmiş, lakin həmin mobil telefonda GSM nömrənin olmadığı müəyyən edilmiş, həmçinin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir zəng, danışıq, səs mesajları, SMS mətnləri, fotoşəkillər, videofayllar və sair aşkar edilməmişdir (Cild İ, i.v. 189); “diskə baxış keçirilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 09 yanvar 2025-ci il tarixdə saat 09:55 dəqiqədən saat 10:35 dəqiqəyədək olan müddət ərzində 05 yanvar 2025-ci il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs və Şahid2 üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diskinə baxış keçirilmişdir. Diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı Elmir Hüseynov tərəfindən şübhəli şəxs qismində tutulmuş Şahid2 və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı əvvəlcə təhqiqatçı Elmir Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd bükümü, eləcə də şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümə baxış keçirilmiş və sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin bükümü 04 yanvar 2025-ci il tarixdə Şahid2 öz şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 ədəd büküm ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Nokia" markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Şahid2 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid2 əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi və 30 manat pulu, paltonun sol yan cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynindəki paltonun sol yan cibindən 01 qutu “Prima” markalı siqaret və eynək aşkar edilmiş və özünə qaytarılmışdır. Bundan başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Şahid2 təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan paketə keçirildikdə içərisində 01 ədəd şəffaf sellofan paketdə narkotik vasitə marixuanaya bənzər yaşıl rəngli ot kütləsi, 01 ədəd şəffaf sellofan paketdə isə içərisində 01 ədəd paketdə psixotrop maddə metamfetaminə və 01 ədəd narkotik vasitə heroinə bənzər maddələr, 01 ədəd şəffaf sellofan bükümdə isə içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar edilmiş və sorğu-sual zamanı Şahid2 həmin ağ rəngli sellofan paketin içərisindəki bükümlərdə olan maddələrin narkotik vasitə mariuxana, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 04 yanvar 2025-ci il tarixdə İran İslam Respublikası vətəndaşından telefon vasitəsilə 1360 manat ödəməklə satış məqsədilə əldə etdiyini, həmin narkotik vasitə heroindən bir hissəsini Təqsirləndirilən şəxs 20 manata satdığını, elektron tərəzidən isə psixotrop maddə və narkotik vasitələrin satışında istifadə etdiyini, təqdim etdiyi 30 manatı narkotik satışı əldə etdiyini, həmin pulun 20 manatını Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Şahid2 üzərindən aşkar olunmuş həmin narkotik vasitə heroinə, narkotik vasitə marixuanaya və psixotrop maddə metamfetaminə bənzər maddələr, həmçinin elektron tərəzi ekspertiza tədqiqatına təqdim olunması üçün təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli sellofan paketə qoyulub qablaşdırılmış, paketin üzəri möhürlənərək və imzalanaraq sübut kimi götürülmüşdür. Həmçinin, Şahid2 üzərindən aşkar clunmuş 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən başqa bir zərfdə qablaşdınlaraq götürülmüşdür. Bundan sonra təhqiqatçı Elmir Hüseynov tərəfindən Təqsirləndirilən şəxs və Şahid2la birgə PB-yə dəvət edilmiş Şahid3 üzərində qanunla qadağan edilmiş və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Şahid3 üzərində heç bir əşya və ya predmet olmadığını bildirmişdir (Cild İ, i.v. 213-214); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə üzərində 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (Cild İ, i.v. 233-234); Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-260/2024 saylı hökmünə ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (Cild İ,i.v. 235-242); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 06 yanvar 2025-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild İİ, i.v. 12-13); “maddi sübut qismində tanıma haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,896 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq 0,846 qram narkotik vasitə heroin saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi qərara alınmışdır (Cild İİ, i.v. 26-28); “sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymətin verilməsi və ayrıca icraata cinayət işinin ayrılması haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,896 qram olan narkotik vasitə heroinin 07 fevral 2024-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq, qalıq təmiz çəkisi 0,846 qram olan heroinin saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına verilməsinin nəzərə alınması qərara alınmışdır (Cild İİ, i.v. 74-87). Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs oglu Yasamal Rayon Məhkəməsinin 1(004)-260/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş olunmuşdur. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadlğı ünvanı 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər probasiya idarəsində qeydiyyatdadır. Bundan əlavə bildirmək istəyirəm ki, xx.xx.2025-ci tarixə məhkum Təqsirləndirilən şəxs çəkilməmiş 02 il 13 gün cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,896 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, həmçinin şahidlər Şahid3 və Şahid2 məhkəmə istintaqında saxlanılan zaman Təqsirləndirilən şəxs və Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olmaması ilə bağlı verdiyi ifadələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda bacısı Elnurə Muradova və qardaşı Şahid2 ilə birlikdə yaşayır. Qardaşı Mirzə uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən isdifadə edir. 04 yanvar 2025-cü il tarixdə axşam saatlarında yaşadıqları evdə olan zaman qardaşı Mirzə şəxsi işləri ilə bağlı Binəqədi rayonu, Biləcəri qəsəbəsinə getməli olduğunu demiş və birlikdə gedib-qayıtmağı ona təklif etmişdir. O, razılaşdıqdan sonra Mirzə taksi sifariş vermiş və taksi gəldikdən sonra Mirzə ilə birlikdə taksiyə minib Biləcəri qəsəbəsi ərazisində getmişlər. Biləcəri qəsəbəsinə çatanda Mirzə siqaret alacağını deyib avtomobili saxlatmış və mağazaya getmək adı avtomobildən düşüb getmişdir. O, da sürücü ilə birlikdə avtomobildə gözləmiş, lakin o, Bakı şəhərini yaxşı tanımadığı üçün avtomobilin konkret harada dayandığını bilməmişdir. Mirzə bir neçə dəqiqədən sonra geri qayıdıb avtomobilə əyləşmiş və oradan yaşadıqları evə tərəf yollanmışlar. Onlar yaşadıqları ünvanının qarşısına çatanda onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun qardaşı Mirzəyə yaxınlaşmış və sonuncular kənara çəkilib nəsə danışmağa başlamışlar. Həmin vaxt mülki geyimli polis əməkdaşları yaxınlaşıb qardaşı Mirzəni, qonşusu Namiqi və onu Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 21-ci Polis bölməsinə getmişlər. Polis bölməsində şəxsi axtarış aparılan zaman qardaşı Mirzənin və Namiqin üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. O, heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onun ümumiyyətlə narkotik vasitələrdən və psixotrop maddələrdən anlayışı olmamış, heç real olaraq həmin maddələri gözlə görməmişdir. Qardaşı Şahid2 narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilmiş, lakin Mirzənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu gözü ilə görməmişdir. Buna baxmayaraq o, Mirzənin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından şübhələnmişdir. Çünki mütəmadi olaraq onların yaşadıqları ünvana müxtəlif şəxslər gəlib Mirzə ilə qısa müddət ərzində görüşüb gedirmişlər. Bu son hadisədən sonra, yəni o, Mirzə ilə Biləcəri qəsəbəsindən geri qayıdanda Namiqin gəlib Mirzə ilə görüşməsindən, eləcə də Polis Bölməsində qardaşı Mirzənin üzərindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar olunmasından sonra Mirzənin konkret olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ona məlum olmuşdur. Qardaşı Şahid2 Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə hansı məqsədlə getməsi barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. O, sadəcə olaraq qardaşı Mirzəni gecə saatlarında tək qoymamaq üçün sonuncu ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə getmişdir. Lakin, Mirzə həmin vaxt Biləcəri qəsəbəsi ərazisinə hansı məqsədlə getməsi barədə ona əvvəlcədən heç bir söz deməmişdir. Sonradan, yəni Polis bölməsində ona məlum olmuşdur ki, qardaşı X19 Respublikasının vətəndaşından aldığı narkotik vasitə və psixotrop maddəni əldə etmək məqsədi ilə Biləcəri qəsəbəsinə getmişdir. Biləcəri qəsəbəsindən geri qayıdan zaman və polis əməkdaşları tərəfindən dəvət edilib Polis bölməsinə aparılan zaman qardaşı Şahid2 üzərində narkotik vasitə və psixotrop maddə olması barədə onun heç bir məlumatı olmamışdır. Yuxarıda da qeyd etdiyi kimi, Polis bölməsində olarkən qardaşı Şahid2 Biləcəri qəsəbəsinə narkotik vasitə və psixotrop maddə əldə etmək məqsədi ilə getdiyi ona məlum olmuşdur. Həmçinin, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Əvvəllər 4-5 dəfə narkotik vasitə istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə 2024-cü ilin mart ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra da heroin və metamfetamindən istifadə etmişdir. Son 1 ayda birlikdə yaşadığı 2 xəstə bacısına baxmalı olduğundan pul əldə etmək üçün narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmağa başlamışdır. Bu məqsədlə sosial şəbəkələrdə tanış olduğu müxtəlif İran Respublikası vətəndaşlarından narkotik vasitə və psixotrop maddələr alıb, hissə-hissə sataraq həm özü istifadə etdiyi heroin və metamfetaminin pulunu çıxarmış, həm də qazandığı pulla ailəsinə baxmışdır. Sonuncu dəfə 04 yanvar 2025-ci il tarixdə sosial şəbəkədə tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşı ilə “Whatsapp” proqramı vasitəsilə mesajlaşaraq satmaq üçün 1360 manat dəyərində heroin, metamfetamin və marixuana istəmiş, “Məhəmməd” adlı şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsində narkotik vasitə və psixotrop maddələri qoyduğu yerin ünvanını ona göndərmiş, o da “Məhəmməd” adlı şəxsin göndərdiyi, yadında qalmayan kart hesabına 1360 manat pulu ödəmə terminalı vasitəsilə köçürmüşdür. Daha sonra şübhədən yayınmaq üçün birlikdə yaşdığı bacısı Şahid3 işi olduğunu deyib onunla birlikdə Biləcəri qəsəbəsinə getməsini xahiş etmiş, Gülnarə onunla razılaşdıqdan sonra taksi çağırıb taksi sürücüsündən “Məhəmməd”in ona göndərdiyi ünvana sürməsini istəmişdir. Həmin yerləri yaxşı tanımadığı üçün Biləcəri qəsəbəsinin hansı hissəsində dayandığını dəqiq bilməmişdir. Ünvana çatdıqda Gülnarəyə maşında gözləməsini, siqaret alıb gələcəyini demişdir. Maşından düşüb “Məhəmməd”in göndərdiyi yerə yaxınlaşmış və ağ rəngli sellofan paketdə olan marixuana, heroin və metamfetamini götürüb əynindəki paltonun cibinə qoyaraq maşına qayıtmış və taksi sürücüsünə onları yaşadığı Nəsimi rayonu, İlqar İsmayılov 30 ünvanına aparmasını bildirmişdir. Həmin ünvana çatdıqda taksi sürücüsünün pulunu verib düşmüşlər. Yaşadıqları məhəllədə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə görüşmüş, Namiq 20 manatı olduğunu və istifadə etmək üçün narkotik vasitə heroin istədiyini bildirmiş, o da Namiqə bir qədər kənara çəkilmələrini demiş, kənara çəkildikdən sonra aldığı heroindən bir qədər ayırıb şəffaf sellofan bükümə tökmüş və həmin bükümü 20 manat müqabilində Namiqə satmışdır. Namiqi tanıdığı üçün sonuncuya satdığı heroini çəkməmişdir. Bundan sonra cibində olan narkotik vasitələrin və psixotrop maddələrin satışı zamanı istifadə etdiyi elektron tərəzini də ağ sellofan paketə qoyub paketi paltosunun sağ yan cibinə qoymuşdur. Namiqlə birlikdə yaşadığı evin qarşısına qayıtdıqda Gülnarə hələ də orda olmuş, həmin vaxt üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını deyib onu, Namiqi və Gülnarəni 21-ci Polis Bölməsinə dəvət etmişlər. Polis İdarəsində ona və Namiqə dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara üzərlərində şəxs axtarış keçiriləcəyi bildirilmişdir. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmış, ilk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb ilk olaraq əyninde olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş qənvəyi rəngli toz şəkilli maddə olan bükümü və göy rəngli “Nokia” markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa Namiqin üzərindən hər hansı qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Namiqin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, təqdim olunan 01 ədəd bükümə baxış keçirilən zaman şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Namiq təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl ondan 20 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş “Nokia” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynindəki boz rəngli paltonun sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan paketi, 30 manat pulu və “Redmi” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Daha sonra şəxai axtarış zamanı əynindəki paltonun sol cibindən 01 ədəd “Prima” markalı siqaret və 01 ədəd eynək aşkar edilmişdir. Siqaret və eynək baxış keçirildikdən sonra onun özünə qaytarılmışdır. Bundan sonra onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanılmış, təqdim olunan 01 ədəd ağ rəngli sellofan paketin içərisində 01 ədəd paketdə narkotik vasitə marixuanaya bənzər ot kütləsi, 01 ədəd böyük və 01 ədəd balaca sellofan paketin hər birinin içərisində 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə və 01 ədəd bükümdə ağ kristalşəkilli iysiz psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzinin olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik və psixotrop maddələri 1360 manat müqabilində İran vətəndaşından aldığını, aldığı heroindən bir hissəsini 20 manat müqabilində Namiqə satdığını, üzərindən aşkar edilmiş 30 manat puldan 20 manatının Namiqin ona verdiyi pul olduğunu bilidirmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə və marixuanaya, psixotrop maddə metamfetaminə bənzər maddələr və elektron tərəzi müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Onun üzərindən aşkar edilmiş 30 manat pul və “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra bacısı Şahid3 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Gülnarə isə üzərində heç bir əşya və maddə olmadığını bildirmişdir. Onun və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmış və protokol tərtib olunmuşdur. Həmçinin çəkiliş zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilən zaman və Polis Bölməsində olduqları zaman hər hansı bir zorakılığın olub-olmaması soruşulmuş, onlar isə heç bir zor tətbiq edilmədiyini bildirmişlər. Şahid2 əlavə olaraq bildirmişdir ki, üzərindən aşkar olunan narkotik vasitə heroini və mariuxananı, psixotrop maddə metamfetamini hamısını bir yerdə 1360 manat ödəməklə İran Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsdən almışdır. Həmin narkotik vasitə və psixotrop maddələrin bir qismini özü istifadə etmək, bir qismini isə satıo pul əldə etmək niyyətilə əldə etmişdir. Aldığı narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş, yalnız bir hissəsini 20 manat müqabilində Təqsirləndirilən şəxs satmışdır. Üzərindən aşkar edilmiş tərəzini son 1 ayda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olduğu üçün almış, satdığı malları çəkmək üçün istifadə etmişdir. 30 manatı narkotik vasitələrin satışından əldə etmişdir. Ona narkotik vasitəni və psixotrop maddəni satmış şəxsin heç bir məlumatını bilmir. Özünü “Məhəmməd” adlı İran Respublikası vətəndaşı kimi təqdim edən həmin şəxslə sosial şəbəkədə təsadüfi rastlaşmışdır. O, tutulmaqdan ehtiyat etdiyi üçün narkotik vasitələri və psixotrop maddələri götürəndən sonra “Məhəmməd” adlı şəxsin nömrəsini silmişdir. Həmin şəxsin nömrəsini dəqiq xatırlamasa da, İran nömrəsi olduğunu bilmişdir. O, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona heç bir fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir. O, bacısı Şahid3 Biləcəri qəsəbəsinə işi olduğunu demiş və onunla birlikdə getməsini xahiş etmişdir. Onun narkotik vasitə və psixotrop maddə götürəcəyindən Gülnarənin məlumatı olmamışdır. O, saxlanılana qədər ***-***-**-** mobil nömrəsini işlətmişdir. Üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefonu və həmin nömrəni bir neçə aydır istifadə etmişdir. Onun narkotik vasitələrin hansı yolla ölkəyə gəlməsindən məlumatı olmamışdır. O, həmin maddələri pul qarşılığında “Məhəmməd” adlı şəxsdən almışdır. “Məhəmməd”lə satış barəsində heçnə danışmamışlar, həmin şəxsə narkotik vasitələri öz istifadəsi üçün aldığını demiş və həmin şəxsin göndərdiyi hesaba pul göndərdikdən sonra həmin şəxsin dediyi yerdən gedib götürmüşdür. 10 fevral 2025-ci il tarixdə təqsirləndirilən şəxs Şahid2 əlavə dindirmə zamanı bildirmişdir ki, ilkin istintaq zamanı verdiyi ifadəni tam təsdiq edir. Şahid2 əlavə suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə bacısı Gülnarənin oğlu X2 adına olsa da, Fərid bir müddət əvvəl həbs edilmişdir, nömrəni faktiki olaraq o, işlətmişdir. +**********6 saylı mobil nömrənin sahibi X16 ilə yazışmalarında “Rowen gəlirəm indi sizə bəsdi mən boyda adamı ələ saldın gəlib indi evdəkilərə də deyəcəm ki mənə pul borcu var fırladır məni” sözlərini Rövşən Əliyevə o, yazmışdır. Tutulmamışdan təxminən 1 ay əvvəl o, Rövşənə borca pul vermişdir. Rövşən söz verdiyi vaxta borcunu qaytarmadığı üçün ailə üzvlərinə deyəcəyini bildirmişdir. Rövşənə heç vaxt narkotik satmamışdır. Namiqə heroini 20 manat o, satmışdır. Narkotikin tərkibindən o qədər də başı çıxmır. Ola bilsin ki Namiqə satdığı heroin aldığı heroindən yox, əvvəldən üstündə qalan heroin olmuşdur. Bu barədə başqa heçnə deyə bilməz. Məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid3 və Şahid2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər onun mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-260/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il 06 (altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş 02 (iki) il 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkməsinin əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,) barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 14 mart 2025-ci il – 23 aprel 2025-ci il tarixlərdə keçirilmiş 03 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 09 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 14 may 2025-ci il – 06 avqust 2025-ci il tarixlərdə keçirilmiş 04 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-260/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs çəkilməmiş 02 (iki) il 13 (on üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 07 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutun olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanması otağında saxlanılan qalıq çəkisi 0,846 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilmək üçün 21 (iyirmi bir) iş saatına görə 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-285/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-285/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver