Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-286/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçilər Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Abşeron rayon Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından 28 yanvar 2020-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmaqla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etməklə saxlamaq və bu məqsədlər üçün ünvan 3 ünvanında yerləşən kirayə götürdüyü mənzilin yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz edib fahişəliklə məşğul olmaq üçün istifadəyə yararlı vəziyyətə saldıqdan sonra qeyd edilən dövr ərzində müştəriləri Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid12, Şahid14 və Şahid15 şəxsiyyətləri isintaqa məlum olmayan fahişəliklə məşğul olan qadınlarla, eyni zamanda X1 fahişəliklə məşğul olan Şahid20 ilə mənzildə cinsi əlaqədə olmaları üçün şərait yaratmaqla bunun müqabilində hər dəfə 25-30 manat pul almaqla qeyd edilən mənzildə fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış və bu məqsədlər üçün mənzili vermiş, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin X10 Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 28 yanvar 2020-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qeyd olunan mənzili müştərisi Şahid21 və sonuncu ilə cinsi əlaqədə olmaq üçün gəlmiş fahişəliklə məşğul olan Şahid22 cinsi əlaqədə olmaları üçün 30 manat pul müqabilində bir neçə saatlıq təqdim etdikdən sonra saxlanılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, üç il bundan əvvəl qərara gəlmişdir ki, mənzil kirayəyə götürsün və həmin mənzili bir neçə günlük və ya saatlıq müştərilərə istifadəyə versin. Yaşadığı Nəsimi rayonu ərazisində ev alqı-satqısı ilə məşğul olan şəxslərdən maraqlanmış və adını xatırlamadığı dəllal ona ünvan 4 ünvanını göstərmişdir. Mənzil 2 otaqlı olmuş, ev sahibi ilə görüşməmişdir. Dəllal ona aylıq kirayə haqqının 300 manat olduğunu demişdir. Evin sahibi Bakı şəhərində yaşamır. Pulu ev sahibinin adamının hər ayın əvvəlində ondan götürəcəyi razılaşdırılmışdır. Razılaşdıqdan sonra tanışlarına, işlədiyi “Gəncə” kafesində olan müştərilərə əsasən saatlıq istifadə üçün mənzil kirayəyə götürdüyünü, istəyən olsa onun nömrəsi ilə əlaqə saxlamalarını bildirmişdir. Mənzili adətən 20-30 manat arası bir neçə saatlıq istifadəyə verirdi. 2018-ci ilin sonlarından istifadə etdiyi +994 70 527 87 82 rəqəmli mobil telefon nömrəsinə zənglər gəlməyə başlamış, zəng edən şəxslər ondan mənzil kirayə verdiyini soruşmuş, o da bunu təsdiqləmişdir. Mənzildən necə istifadə edilməsi onun üçün maraqlı olmamış, mənzilə gələnlər əksərən qadınlarla görüşmək, istirahət etmək, konkret olaraq cinsi əlaqədə olmaq üçün gəlmişlər. Zəng edən şəxsləri bir qayda olaraq işlədiyi “Gəncə” kafesinin yanına dəvət edir, orada mənzilin açarını verib, mənzildən istifadə pulunu alırdı. Mənzildən istifadə edən şəxslər işlərini görüb qurtardıqdan sonra mənzilin açarına ona verirdilər. Sonda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilir və əməlindən peşmandır, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 bildirdi ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə özünü təqsirli bilir və hazırda onun törətdiyi əməl Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı ilə məhdudiyyət müəyyən edilmiş maddələr sırasında deyil. Hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Mübarizə Baş İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 yanvar 2020-ci il tarixdə xidmət apardığı X10 Mübarizə Baş İdarəsinə ünvan 5 ünvanında Rizvan adlı şəxsin qadınları nəzarətinda saxlayaraq zor tətbiq etməklə, hədələməklə kişilərə intim xidmətlər göstərməyə məcbur etməsi, bununla insan alveri cinayəti törətməsi barədə məlumat daxil olmuşdur. Rizvan adlı şəxsin şəxsiyyətini müəyyən etdikdə onun Təqsirləndirilən şəxs olduğu, vaxtını əksərən ünvan 6 ünvanında yerləşən "Gəncə" kafesində keçirdiyi məlum olmuşdur. Məlumatın yoxlanılması və müvafiq əməliyyat tədbirinin həyata keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla müraciət edilmişdir. Yaradılmış əməliyyat qrupu və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə dərhal həmin gün "Gəncə" kafesinə yollanmışlar. 28 yanvar 2020-ci il tarixdə saat 18 radələrində "Gəncə" kafesinə daxil olmuşlar. Kafedə inzibatçı işləyən Rizvan adlı şəxsə yaxınlaşmış, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onu tərtib edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra sorğu zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən mənzili kirayəyə götürdüyünü, həmin mənzildə kişi və qadın müştəriləri üçün cinsi əlaqədə olmaq üçün şərait yaratdığını, hazırda da həmin mənzildə kişi va qadın cütlüyünün istirahət etdiyini, buna baxmayaraq mənzilə daxil olub baxış keçirilməsinə hər hansı etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə həmin mənzilə yollanmışlar. Təqsirləndirilən şəxs mənzilin qapısını döymüş, qapını bir nəfər kişi cinsindən olan şəxs açmışdır. Həmin şəxsə tədbirin keçirilməsi haqqında qərarı nümayiş etdirmiş, şəxs özünü Şahid21 kimi təqdim etmiş və mənzildə olan fahişəliklə məşğul olan Şahid22 ilə pul müqabilində cinsi əlaqədə olduğunu bildirmişdir. Mənzilin yataq otağında Şahid22 yarıçılpaq vəziyyətdə çarpayının üzərində aşkar edilmişdir. Sorğu zamanı Şahid22 bir müddətdir fahişəliklə məşğul olduğunu, tanışı Şahid21la pul müqabilində görüşüb cinsi əlaqədə olduğunu, bu məqsədlə Ceyhunun Rizvana müraciət etdiyini, Rizvanın da cinsi əlaqədə olmaq üçün mənzil təşkil etdiyini bildirmişdir. Yerində sorğu zamanı Təqsirləndirilən şəxs və Şahid21 da bu faktı təsdiqləmişlər. Həmçinin, Şahid21 qadınla cinsi əlaqədə olmaq üçün mənzil təşkil etdiyinə görə Təqsirləndirilən şəxs 30 manat pul verdiyini bildirmişdir. Mənzildə aşkar edilmiş Şahid21, Şahid22, eləcə də Təqsirləndirilən şəxs araşdırma üzrə sənədləşdirmə aparılması üçün X10 Mübarizə Baş İdarəsinə dəvət edilmiş, buna dair hər hansı etiraz bildirilməmişdir. Baş İdarəyə qayıtdıqdan sonra Təqsirləndirilən şəxs mənzilə görə aldığı pulu təqdim etməyini xahiş etmişlər. Təqsirləndirilən şəxs 30 manat pulu hal şahidlərin iştirakı ilə polis əməkdaşlarına təqdim etmiş, həmin pul kağız zərfdə qablaşdırılmışdır. Daha sonra keçirilmiş tədbirə dair protokol tərtib edilmiş, protokol iştirakçılara təqdim edilmişdir, oxuduqdan sonra hər bir iştirakçı protokolu imzaları ilə təsdiqləmişlər. Bundan sonra da tədbir iştirakçılarının hər birindən izahat alınmışdır. Toplanmış materialda cinayət tərkibinin əlamətləri olduğundan əxlaqsızlıq yuvası təşkil edilib saxlanması faktının araşdırılması və prosessual qərar qəbul edilməsi üçün material Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid2, Şahid3 və Şahid4 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, hərbi xidmətdə olarkən əsgər yoldaşı ona Təqsirləndirilən şəxs telefon nömrəsini vermiş və bildirmişdir ki, bir neçə saatlıq qadınla görüşmək istəsə Rizvanla əlaqə saxlasın. O, 2019-cu ilin yanvar ayında Rizvanla əlaqə saxlamış və bildirmişdir ki, bir neçə saatlıq qadınla görüşmək üçün mənzil lazımdır. Rizvan mənzildən bir neçə saatlıq istifadə etmək haqqının 30 manat olduğunu bildirmiş, o da razılıq vermişdir. Bundan sonra Rizvanın işlədiyi Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Gəncə” adlanan kafeyə getmiş, Rizvana 30 manatı verib mənzilin açarını almışdır. Bundan sonra fahişəliklə məşğul olan Məhsəti adlı xanımla həmin mənzilə getmişlər. Məhsəti ilə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Onunla cinsi əlaqədə olduqdan sonra mənzildən çıxmış və açarı kafeyə gedərək Rizvana qaytarmışdır. Bir dəfə yenə mənzil lazım olduqda Rizvana müraciət etmiş və yenə 30 manat müqabilində ondan mənzilin açarını alıb Məhsəti ilə həmin mənzilə getmişdir. Bu dəfə də əvvəlki kimi Məhsəti ilə həmin mənzildə cinsi əlaqədə olub, daha sonra mənzilin açarını Rizvana qaytarmışdır. Rizvana mənzilə nə məqsədlə getdiyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid8, Şahid14, Şahid15, Şahid16 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, maddi ehtiyaclarını ödəmək üçün fahişəliklə məşğul olur. 2019-cu ilin əvvəllərində sosial şəbəkə vasitəsilə Əbülfəz Süleymanovla tanış olmuş, Onunla iki dəfə Təqsirləndirilən şəxs təşkil etdiyi mənzilə cinsi əlaqədə olmaq üçün getmişdir. Əbülfəzlə internetdə tanış olmuş, 3-cü mikrorayon dairəsində bir kafeyə getmiş, Əbülfəz açarı götürmüş, sonra onlar mənzilə getmiş, 2 saat orda qalmış, sonra çıxmışlar. Daha sonra Əbülfəz açarı yenə aparıb götürdüyü adama qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ona təxminən iki il bundan əvvəl bir dost məclisində Təqsirləndirilən şəxs nömrəsini vermişlər. Yolda fahişəliklə məşğul olan bir qadınla tanış olub onunla Rizvanın kirayəyə verdiyi mənzilə getmişdir. Mənzilin açarını Rizvandan götürmüş, həmin mənzildə qadınla cinsi əlaqədə olduqdan sonra mənzilin açarını yenidən Rizvana qaytarmışdır. Mənzilin açarını götürərkən qadınla getdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 Rafail oğlu ifadəsində göstərmişdir ki, o, qış ərəfəsində bir tanış adama kirayə ev üçün müraciət etmiş, həmin adam isə ona Rizvanın nömrəsini verərək, bu şəxsin kirayə mənzil verdiyini bildirmişdir. O da Rizvana zəng edib kirayə mənzil lazım olduğunu bildirmişdir. Rizvan ona açarı götürəcəyi yerin adresini verib açarı oradan götürə biləcəyini demiş, o da Rizvanın dediyi yerdən açarı gedib götürmüşdür. Rizvan ona evin yerini izah etmişdir. Mənzilə yoldan götürdüyü tanımadığı xanımla getmiş, Rizvana mənzilə xanımla getdiyini deməmiş, sadəcə açarı götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs adlı şəxsdən bir dəfə qadınla istirahət etmək üçün 2-3 saatlıq mənzil kirayə götürmüş, bunun üçün isə 25 manat pul ödəmişdir. Rizvanın işlədiyi kafeyə yaxınlaşıb ondan mənzilin açarını götürmüş, 2 saatdan sonra yenidən açarı aparıb ona qaytarmışdır. O, açarı verən şəxsə nə məqsədlə getdiyini deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərmişdir ki, o, bir neçə dəfə Rizvanın kafesində yemək yemişdir. 1-2 dəfə isə ondan xanımla qalmaq üçün təxminən 30 manata ev götürmüşdür. Evdə olarkən X10 Mübarizə Baş İdarəsinin əməkdaşları mənzilə daxil olmuş və onları saxlamış, sənəd təqdim edib idarəyə aparmışlar. Rizvan onun mənzili nə məqsədlə götürdüyündən məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərmişdir ki, o, Rizvanı bir taksi sürücüsü vasitəsilə tanımışdır. Rayonda qalır. İş olmayıb Bakıda gecələməli olduqda bir neçə dəfə Rizvanla əlaqə saxlayıb ondan səhərə kimi qalmaq üçün ev götürmüşdür. Bir neçə dəfə 10-15 manat ödəməklə Rizvandan götürdüyü evdə qalmışdır. Onun evin nə məqsədlə verildiyindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, o, bir dəfə bir nəfər şəxslə görüşmüş, həmin şəxs ona tanışının evi olduğunu, ora gedə biləcəklərini bildirmiş və gedib həmin tanışından açarı götürmüşdür. Həmin şəxslə bu evdə cinsi əlaqədə olmuşlar. Lakin evin müqabilində pul verilib-verilmədiyini bilməmişdir. O, açarın kimdən götürüldüyünü bilmir və Təqsirləndirilən şəxs tanımır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid18 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid18 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ilin sonlarından tanıyır. Rizvanın nömrəsini ona hazırda adını xatırlamadığın tanışı vermiş və ona bildirmişdir ki, Rizvan bir neçə saatlıq qadınla görüşmək lazım olduqda mənzil təşkil edir. Bu zaman o, Rizvanın nömrəsini öz telefonuna qeyd etdmişdir. Hazırda Rizvanın nömrəsini xatırlamır. Bundan sonra mən ilk dəfə təxminən 2019-cu ilin yanvar ayında qadınla istirahət etmək qərarına gəlmiş və bu məqsədlə Rizvanla əlaqə saxlamış və Rizvandan xahiş etmişdir ki, ona qadınla cinsi əlaqədə olmaq üçün mənzil təşkil etsin. Rizvan ona 30 manat pulun qarşılığında mənzil təşkil edə biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra Rizvan onu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində “Gəncə” adlanan kafeyə dəvət etmişdir. Kafedə o, Rizvana təşkil tediyi mənzildən istifadəyə görə 30 manat pul vermişdir. Rizvan da mənzilin açarını ona təqdim edərək mənzilin dəqiq ünvanını izah etmişdir. Bundan sonra o, tanışı olan qadınla görüşüb Rizvanın təşkil etdiyi mənzilə getmişdir. Mənzil Rizvanın işlətdiyi çayxananın yaxınlığında hündürmərtəbəli bina evində yerləşirdi. Mənzilə getdiyi qadınla cinsi əlaqədə olduqdan sonra mənzilin açarını “Gəncə" kafesinə gedərək Rizvanın özünə qaytarırmışdır. Bundan sonra o, 1-2 dəfə yenə Rizvanla əlaqə saxlayıb ondan qadınla cinsi əlaqədə olmaq üçün mənzil kirayə götürmüşdür. Hər dəfəsində Rizvana 30 manat pul vermişdir. Rizvan onun mənzilə getdiyi qadınları görməsə də, bilirdi ki, o, mənzildə hər dəfə qadınla görüşüb cinsi əlaqədə olur. O, ümumilikdə Rizvanın kirayə verdiyi evdən 2-3 dəfə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid10 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2018-ci ildən tanıyır. Rizvanın nömrəsini ona hazırda adını xatırlamadığın tanışı vermiş və ona bildirmişdir ki, Rizvan bir neçə saatlıq qadınla görüşmək lazım olduqda mənzil təşkil edir. Bu zaman o, Rizvanın nömrəsini öz telefonuna qeyd etdmişdir. Hazırda Rizvanın nömrəsini xatırlamır. Bundan sonra o, bir neçə dəfə Rizvanla əlaqə saxlayıb ondan bir neçə saatlıq mənzil istəmişdir. Rizvan hər dəfəsində ona 30 manat pulun müqabilində mənzil edə biləcəyini qeyd etmişdir. Razılaşdıqdan sonra o, Rizvanla Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən "Gəncə" adlanan kafedə görüşür, orada o, mənzildən istifadə edəcəyinə görə Rizvana 30 manat pul verirdi. Rizvan açarı ona verdikdən sonra o, fahişəliklə məşğul olan qadınla görüşüb Rizvanın təşkil etdiyi mənzilə getmişdir. Mənzil Rizvanın işlətdiyi çayxananın yaxınlığında hündürmərtəbəli bina evində yerləşirdi. Mənzilə getdiyi qadınla cinsi əlaqədə olduqdan sonra mənzilin açarını "Gəncə" kafesinə gedərək Rizvanın özünə qaytarırdı. Rizvan onun mənzilə getdiyi qadınları görməsə də bilirdi ki, o, mənzildə hər dəfə qadınla görüşb cinsi əlaqədə olacaq. O, ümumilikdə Rizvanın kirayə veridyi evdən 3-4 dəfə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid9 məhkəməyə teleqram ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır. Rizvanla hansı şəraitdə, necə tanış olduğumu xatırlamır. Rizvanın istifadəsində olan mobil telefon nömrəsini də necə tapdığını xatırlamır. Lakin o, bilirdi ki, Rizvan bir neçə saatlıq mənzil kirayə verir. Buna görə də onun mobil telefon nömrəsini telefonuna qeyd edib saxlamışdır. Fahişəliklə məşğul olan qadınla istirahət etmək istədikdə Rizvanla telefon əlaqəsi saxlayırdı. O, ümumilikdə 3-4 dəfə Rizvandan evi kirayə kirayə götürmüş, bunun müqabilində hər dəfə Rizvana 20-25 manat pul vermişdir. Hər dəfə Rizvan onun mənzildən qadınla cinsi əlaqədə olmağa görə istifadə etdiyini bilirdi. Rizvan ona mənzilin açarını verir və ünvanı izah edirdi. Rizvan xatırladığı qədərilə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən mənzili müvəqqəti kirayəyə verirdi. Rizvan ona bildirirdi ki, mənzili tərk etdikdə açarı çöl qapının qarşısında işıq naqillərinin olduğu yerə qoysun. O da hər dəfəsində Rizvanın dediyi kimi edirdi. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid11 məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır. Rizvanla hansı şəraitdə, necə tanış olduğumu xatırlamır. Rizvanın istifadəsində olan mobil telefon nömrəsini də necə tapdığını unutmuşdur. Lakin o, bilirdi ki, Rizvan bir neçə saatlıq mənzil kirayə verir. Bundan sonra o, bir neçə dəfə Rizvanla əlaqə saxlayıb bir neçə saatlıq mənzil istəmişdir. İlk dəfə təxminən 2017-ci ildə qadınla istirahət etmək qərarına gəlmiş və bu məqsədlə istifadəsində olan 055 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə Rizvanın istifadəsində olan 070 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Rizvana bildirmişdir ki, ona bir neçə saatlıq kirayə ev lazımdır. Rizvan da ona 30 manat qarşılığında bir neçə saatlıq ev təşkil edə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra Rizvan onu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən "Gəncə" adlanan kafeyə dəvət etmişdir. Orada o, Rizvana mənzildən istifadə edəcəyinə görə 30 manat pul vermiş, Rizvan açarı ona verdikdən sonra o, tanışı olan qadınla görüşüb Rizvanın təşkil etdiyi mənzilə getmişdir. Mənzil Rizvanın işlətdiyi çayxananın yaxınlığında hündürmərtəbəli bina evində yerləşirdi. Mənzilə getdiyi qadınla cinsi əlaqədə olduqdan sonra mənzilin açarını "Gəncə" kafesinə gedərək Rizvanın özünə qaytarmışdır. Bundan sonra o, eyni qaydada bir neçə dəfə Rizvanın təşkil etdiyi mənzildə qadmla görüşüb cinsi əlaqədə olmuşdur. Rizvan onun mənzilə getdiyi qadınları görməsə də bilirdi ki, o, mənzildə hər dəfə qadınla görüşüb cinsi əlaqədə olacaq. O, ümumilikdə Rizvanın kirayə veridyi evdən 3-4 dəfə istifadə etmişdir. Məhkəmə iclasında Şahid22 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, xatırlamadığı gecə klublarından birində müştəri kimi Şahid21 ilə tanış olmuş və Ceyhun ona bildirmişdir ki, onunla görüşüb cinsi əlaqədə olmaq istəyir. 28 yanvar 2020-ci il tarixdə Ceyhun onunla əlaqə saxlayıb cinsi əlaqədə olmaq istədiyini bilirmiş, o da etiraz etməmiş və onunla saat 15 radələrində 3-cü mikrorayon dairəsində görüşmək barəsində razılaşmışlar. Həmin yerdə və saatda Ceyhunla görüşmüş və Ceyhun ona bildirmişdir ki, cinsi əlaqədə olmaları üçün bir neçə saatlıq mənzil kirayə götürmüşdür. Ceyhunla birlikdə xatırladığı qədəri ilə “Gəncə” adlanan kafeyə getmiş, orada Rizvan adlı şəxs Ceyhunla görüşüb ona mənzilin açarını vermiş, Ceyhun da bundan sonra Rizvana 30 manat pul vermişdir. Ceyhunla birlikdə mənzilə qalxmış və danışdıqları kimi onunla cinsi əlaqədə olmuşlar. Ceyhun onunla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Saat 18 radələrində mənzilin qapısı döyülmüş, həmin vaxt o, yataq otağında yarıçılpaq vəziyyətdə uzanmış, Ceyhun qapını açdıqdan bir neçə dəqiqə sonra otağa X10 Mübarizə Baş İdarəsinin əməkdaşları daxil olmuşlar. Onunla sorğu aparılarkən fahişəliklə məşğul olduğunu, Ceyhunla birlikdə mənzilə gəldiyini bildirmiş, bundan sonra polis əməkdaşları ona geyinməyi təklif etmiş və onlarla birlikdə araşdırmada iştirak etmək üçün onları X10 Mübarizə Baş İdarəsinə dəvət etmişlər, o, hər hansı etiraz bildirməmişdir. Həmin Baş İdarədə Rizvan Ceyhundan aldığı 30 manat pulu polislərə vermiş, baş verənlərlə bağlı protokol tərtib edilmiş, o da həmin protokolla tanış olduqdan sonra imzalamış, bundan sonra ondan izahat alınmış, izahatını verdikdən sonra isə sərbəst buraxılmışdır. Mənzilə gələnə qədər Rizvanı tanımadığını bildirmişdir. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi haqqında” 22.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.237-238); - “Maddi sübut hesab edilmə haqqında” 16.02.2021-ci il tarixli qərardan görünür ki, əməliyyat tədbiri zamanı götürülmüş 30 (otuz) manat məbləğində pul maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə təhvil verilmişdir (İ cild, i.v.253-254); - 28 yanvar 2020-ci il tarixli protokolun məzmunundan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, DİN-in İAQMBİ-nin əməkdaşlarının həmin tarixdə ünvan 3 ünvanında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində mənzildə fahişəliklə məşğul olan Şahid22 ilə müştərisi Şahid21 cinsi əlaqədə olduqdan sonra aşkar edilmiş, sorğu zamanı Şahid21 və Şahid22 mənzili Təqsirləndirilən şəxs 30 manat pul müqabilində bir neçə saatlıq kirayəyə götürdüklərini, sonuncunun mənzildə əxlaqsızlıq yuvası təşkil edib saxladığını bildirmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini tam etiraf etmişdir (İ cild, i.v.09-20); - Baxış keçirilməsi haqqında 19 fevral 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olması təsbit edilən +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi ilə X1 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 25 yanvar 2019-cu il tarixdə, Şahid7 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 26 aprel 2019-cu il tarixdən 28 avqust 2019-cu il tarixədək, Şahid8 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 15 oktyabr 2019-cu il tarixdən 16 noyabr 2019-cu il tarixədək, Şahid9 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 05 yanvar 2019-cu il tarixdən 24 noyabr 2019-cu il tarixədək, Şahid10 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 07 yanvar 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək, Şahid11 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 29 aprel 2019-cu il tarixdən 19 yanvar 2020-ci il tarixədək, Şahid12 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 14 dekabr 2019-cu il tarixdən 18 yanvar 2020-ci il tarixədək, Şahid13 istifadəsində olan +994 55 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 29 sentyabr 2019cu il tarixdə, Şahid14 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 22 iyun 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək, Şahid15 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 08 yanvar 2019-cu il tarixdən 17 dekabr 2019-cu il tarixədək, Şahid16 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 08 avqust 2019-cu il tarixdən 24 avqust 2019-cu il tarixədək, Şahid17 istifadəsində olan +994 70 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 23 fevral 2019-cu il tarixdən 30 avqust 2019-cu il tarixədək, Şahid18 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 16 yanvar 2019-cu il tarixdən 13 iyul 2019-cu il tarixədək, Şahid19 istifadəsində olan +994 50 *** ** ** rəqəmli mobil telefon nömrəsi arasında 23 oktyabr 2019-cu il tarixdə mütəmadi olaraq telefon danışıqları mövcud olmuşdur (İ cild, i.v.255-256). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının: 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Azərbaycan Respublikası CM-nin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası CM-nin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər də müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə verilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti məcburi qaydada dövlət nəfinə müsadirə edilərək dövlət büdcəsinə keçirilməlidir; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinə verilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti məcburi qaydada dövlət nəfinə müsadirə edilərək dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 33 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsini vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-286/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-286/2021
06.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver