Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-286/2023 18.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat: 12:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi «Fides» Vəkil Bürosunun vəkil X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs digər saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanında yerləşən quş damının taxtadan olan qapısının qıfılını özündə olan istintaqla müəyyən edilməyən vintaçanla sındırıb açmaqla oraya qanunsuz daxil olaraq 01 ədədinin qiyməti 35 manat olmaqla ümumilikdə 175 manat dəyərində 05 ədəd 19 quyruq sarı boynu güllü, sarı quyruqlu göyərçini, 01 ədədinin qiyməti 35 manat olmaqla ümumilikdə 175 manat dəyərində 05 ədəd 19 quyruq ağ badam lələkli göyərçini, 01 ədədinin qiyməti 35 manat olmaqla ümumilikdə 210 manat dəyərində 06 ədəd 19 quyruq sarı əbrəş göyərçini, 01 ədəd 35 manat dəyərində 19 quyruq qırmızı boynu güllü göyərçini, 01 ədəd 35 manat dəyərində 19 quyruq badam lələkli göyərçini, 01 ədədinin qiyməti 17 manat 50 qəpik olmaqla ümumilikdə 35 manat dəyərində 18 quyruq sarı boynu güllü, boz quyruq olan göyərçini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 665 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilib ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, idarə etdiyi mopedlə Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanında yerləşən həyətə gələrək, sifarişi sahibinə çatdırdıqdan sonra həyətdə bir nəfərin çoxlu sayda göyərçinləri olduğunu görmüş, daha sonra yaşadığı Nərimanov rayonu, “Montin” qəsəbəsinə qayıtdıqdan sonra, yaşadığı ünvanın yaxınlığında yerləşən mağazadan spirtli içki alaraq, qəbul edərək yüngül sərxoş olduqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanının həyətində gördüyü quşları xatırlayaraq həmin quşları oğurlamaq qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə saat 02 radələrində quşların yerləşdiyi ünvana yəni, ünvan 3in olmadığını və onu kimsə görmədiyini yəqin etdikdən sonra taxtadan olan quş damının taxtadan olan qapısının qıfılını özü ilə gətirdiyi vint açanla sındıraraq, quş damının qapısını açaraq içəri daxil olaraq içəridə olan bütün göyərçinləri boz rəngli gödəkçəsinin içərisinə yığaraq həmin ünvandan uzaqlaşaraq göyərçinlər ilə birlikdə ünvan 4 ünvanına gəlmişdir. Daha sonra oğurladığı göyərçinləri bəsləmək üçün qutunun içərisinə qoymuş və bu zaman ona həmin göyərçinlərin 20 ədəd olduğu məlum olmuşdur. O, oğurladığı 20 ədəd göyərçini heç yerə satmamış, lakin həmin göyərçinləri evə gətirdikdən sonra onlardan 4 ədədi ölmüşdür. Sonradan polis əməkdaşları onu saxlamış və əməlini etiraf etmişdir. Həmçinin oğurladığı göyərçinlərdən sağ qalanlarını polis əməkdaşlarına təqdim etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində xəstə anasının olduğunu bildirərək, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə müdafiə tərəfi gəlməyən Zərərçəkmiş şəxs məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 1 il müddət olar ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən quş fermasından özünə 20 ədəd göyərçin alaraq, həmin göyərçinləri yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanında yerləşən binanın qarşısında quraşdırdığı taxta materialdan hazırlanmış quş damında saxlayır. Belə ki, o, həmin göyərçinlərə hobbi olaraq baxır və onlara gündəlik qulluq edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 23:00 radələrində o, binanın qarşısında quraşdırdığı quş damında saxladığı 20 ədəd göyərçinləri damdan bayıra çıxardaraq, yemlədikdən sonra onları içəri salıb quş damının qapısını kilidlə bağlayaraq, yaşadığı mənzilinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00 radələrində o, yaşadığı qeyd olunan ünvandan çıxaraq, quş damına yaxınlaşaraq, kilidi açarla açmaq istəyərkən kilidin sındırıldığını və naməlum şəxs tərəfindən müdaxilə olduğunu aşkar etmişdir. Bu zaman o, quş damının içərisinə baxış keçirərkən özünə məxsus 20 ədəd göyərçinin oğurlanmasını aşkar etmiş və ertəsi günü, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanında yerləşən binanın qarşısında baş vermişdir. Həmin hadisə zamanı özünə məxsus 20 ədəd göyərçin oğurlanmışdır. O, həmin göyərçinləri təxminən 1 il bundan əvvəl Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən quş fermasından 1 ədədini 500 manata almışdır, indiki orta bazar qiymətinin də 500 manat olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanında yerləşən binanın qarşısında olan quş damından 05 ədəd 19 quyruq sarı boynu güllü, sarı quyruq göyərçin, 05 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 01 ədəd 19 quyruq qırmızı boynu güllü göyərçin, 01 ədəd 19 quyruq badam lələk göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü, boz quyruq olan göyərçinlər oğurlanmışdır. Həmin hadisə zamanı ona ümumilikdə 10.000 manat maddi ziyan dəymişdir. Naməlum şəxs quş damının giriş qapısının kilidini sındıraraq içəri daxil olmuşdur. Həmin hadisə zamanı konkret şübhələndiyi şəxs yoxdur. Həmçinin Zərərçəkmiş şəxs əlavə ifadəsində bildirmişdir ki, o, ekspertiza rəyində göstərilən qiymətlər və qeyd olunanlarla razıdır, bu barədə heç bir vəsatəti, şikayəti və tələbi yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 3, ev 12 ünvanıdır. (i/v 9-10). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolla Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerlərində göstərib bir daha təsdiq etmişdir. (i/v 67-68). İş materiallarında olan tutma haqqında protokoldan və vəsatətin müdafiə edilməsindən imtina olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 03 fevral 2023-cü il tarixdə Nəsimi rayon prokuroru vəzifəsini icra edən Fərid Dadaşov tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. (i/v 33, 71-72). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 73-74). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “Təqdim edilmiş sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlər istintaq zərurəti ilə əlaqədar müstəntiq tərəfindən götürülmüşdür. (i/v 79). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlərin ona məxsus olduğunu bildirmişdir. (i/v 89). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlərin maddi sübut kimi tanınması və həmin göyərçinlərin saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. (i/v 90-91). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli qəbzdən görünür ki, 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlər Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 93). İş materiallarında olan 03 fevral 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. (i/v 94). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxsdir. (i/v 102-104). İş materiallarında olan 01 aprel 2023-cü il tarixli “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i/v 107-108). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 aprel 2023-cü il tarixli 9/1737 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda xırdabuynuzlu heyvanların 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 665,00 manat müəyyən edilir. O cümlədən: 05 ədəd 19 quyruq sarı boynu güllü, sarı quyruq göyərçin 175,00 manat (05 ədəd x 35,00 manat); 05 ədəd 19 quyruq ağ badam lələk göyərçin 175,00 manat (05 ədəd x 35,00 manat); 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin 210,00 manat (06 ədəd x 35,00 manat); 01 ədəd 19 quyruq qırmızı boynu güllü göyərçin 35,00 manat; 01 ədəd 19 quyruq badam lələk göyərçin 35,00 manat; 02 ədəd 18 quyruq sarı boynu güllü, boz quyruq olan göyərçin 35,00 manat. (i/v 112-113). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 06 aprel 2023-cü il tarixli, 887 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti əlamətləri müəyyən edilir. Bunu anamncstik məlumatlar ve hazırki psixiatrik müayinənin nəticələri - yeniyetmə dövründən başlayaraq özünü bir qədər Əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi xidmətə çağırış zamanı psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, məhkəmə qərarı əsasında sonradan evə yazılması hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi və s. təsdiq edir. Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu, kompensasiya vəziyyəti əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. İlal- hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hansı fərdi psixi xüsusiyyətlərə malik olub-olmaması barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. (i/v 118-120). İlkin olaraq məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarında da əksini tapmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi) ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş «Polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri «Fides» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-286/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərara əsasən 16 iyun 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri «Fides» Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri «Fides» Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd 19 quyruq sarı boynu güllü sarı quyruq göyərçin, 04 ədəd 19 quyruq ağ badam lələk göyərçin, 06 ədəd 19 quyruq sarı əbrəş göyərçin, 02 ədəd 18 quyruq sarı boynu güllü boz quyruq göyərçinlərin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri «Fides» Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-286/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-286/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver