Məhkəmə qərarları › İş №1(006)-288/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-288/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-288/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1997-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, İmamqulubəyli kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, tanışları Şahid5, Şahid8, Şahid6 və Şahid7 ilə birlikdə 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ictimai yer hesab edilən ünvan 2 ünvanda yerləşən “Kaman” restoranında olarkən Şahid5 digər masada tanışları ilə əyləşmiş Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış sözlü mübahisələrini aydınlaşdırmaq üçün Şahid5, Şahid8, Şahid6 və Şahid7lə birlikdə restoranın dəhlizinə çıxıb orada qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə heç bir əsaslı səbəb olmadan qeyd olunan şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib, ilkin olaraq Şahid6 Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən sifət nahiyəsindən yumruqla zərbə vuraraq sonuncunu yerə yıxdıqdan sonra o, Şahid7 və Şahid6 ilə birlikdə restoranın dəhlizində qoyulmuş silah qismində istifadə etdikləri taxta materiallı masa və dəmir dirəkləri olan taxta tribuna ilə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun bədən nahiyələrinə qəsdən zərbələr vuraraq bir qrup şəxs halında sonuncuya alt dodağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları ilə müşayiət olunan dərəcələri təyin olunmayan bədən xəsarətləri, Şahid8 isə hadisəyə müdaxilə edən Zərərçəkmiş şəxs2 zor tətbiq edib sonuncunun üz nahiyəsinə zərbələr vuraraq ona sağ gözaltı nahiyənin qançırı kimi dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirdikdən sonra X11 Quliyevin yerə yıxıldığını görüb üzərindəki istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edib həmin bıçaqla Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun ayaq nahiyələrindən qəsdən zərbələr vuraraq ona sol budun 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yanaşı o, Kənan Bədirli, Şahid6, Şahid7 və Şahid8 ilə birlikdə restoranın dəhlizindəki rəsm əsəri, dəmir güldanlar, qəlyan aparatları, dəmir dirəkləri olan taxta tribunanı, taxta materiallı masanı qəsdən zədələyərək “Kaman” restoranının icarədarı Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1500 manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, “Vətən Müharibəsi” zamanı xəsarət aldığından hal-hazırda müalicə alır. Müalicə aldığına görə Bərdə rayonunda yaşamağına baxmayaraq tez-tez Bakı şəhərinə gəlmişdir. Şahid5 ilə “Vətən Müharibəsi” zamanı tanış olmuşdur və müharibədən sonra da aralarında münasibət olmuşdur. Şahid8 da həmyerlisi olduğu üçün tanıyır, lakin, əvvəllər aralarında hər hansı münasibət olmamışdır. Zərərçəkmiş şəxs1 araşdırma zamanı tanımışdır, lakin, əvvəllər aralarında hər hansı münasibət olmamışdır, buna baxmayaraq Rəşadın qardaşı Zərərçəkmiş şəxs2 hərbi xidmət dövründən tanıyır. 07 avqust 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon yaxınlığında olarkən, tanışı Şahid5 ona zəng edərək, ad günü mərasimi ilə əlaqədar olaraq 3-cü mikrorayon yaxınlığında yerləşən “Kaman” restoranında olduğunu söyləyərək onu da oraya dəvət etmişdir. Lakin, o Kənana bildirmişdir ki, səs-küy olan yerdə dayana bilmir, buna görə də “Kaman” restoranına gedə bilməyəcək, bu səbəblə başqa vaxt görüşməklərini xahiş etmiş və danışıq sona çatmışdır. Təsadüfən “Kaman” restoranının qarşısından keçərkən dava səslərinin gəldiyini və tanışı Şahid5 restoranın şüşəsinə çırpıldığını görmüşdür. Bundan sonra o “Kaman” restoranına daxil olmuş və pilləkənlərlə yuxarı qalxmışdır. Yuxarı qalxdıqda pilləkənlərdə xeyli insanın mübahisə etdiyini görmüşdür. Həmin vaxt o Şahid5 yaxınlaşmış və sakitləşdirməyə çalışaraq oradan bayıra aparmaq istəmişdir. Lakin, Şahid5, eləcə də, mübahisə edən digər şəxslər sərxoş olduqları üçün dava-dalaşın qarşısını tam ala bilməmişdir. O hətta tanımadığı bıçaqlı şəxsdən bıçağı alaraq kənara atmış, yəni hadisənin daha da faciəvi olmasının qarşısını almışdır. Həmin vaxt dava-dalaşın bir qədər qarşısını almaq üçün o yerdə olan stulu götürərək kənara atmış, lakin həmin stul qapıya çırpılaraq Zərərçəkmiş şəxs1 ayağına toxunmuşdur. Sonra isə o yerdə bıçaq görmüş və həmin bıçağı götürərək həmin bıçaqla kiməsə xəsarət yetirilməsinin qarşısını almışdır. Dava-dalaş zamanı konkret olaraq kimlərin necə xəsarət yetirməsini və xəsarət alan şəxslərin hansı formada xəsarət almasını görməmişdir. Daha sonra isə həmin yeri tərk etmişdir. Lakin müstəntiq ona qarşı qərəzli olmuş və onun hətta insanları aralaşdırmasını və sonradan Zərərçəkmiş şəxs1 köməklik etməsinə dair video görüntüləri ona təqdim etməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələbinin olmadığını, hər hansı cinayət əməli törətmədiyini bildirərək barəsində bəraət hökmünün verilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanıyır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 07 avqust 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 25 ünvanında yerləşən “Kaman” adlı restorana yeyib-içmək üçün getmişdir. Əvvəlcədən isə qardaşı Zərərçəkmiş şəxs2 ilə həmin restoranda yeyib-içmələri barəsində razılaşmışlar. O, restoranda əyləşdikdən bir müddət sonra qardaşı Zərərçəkmiş şəxs2 restorana gəlmişdir. Bir müddət yeyib-içdikdən sonra yer olmadığına görə onların masasında əyləşən bir nəfər şəxs yan masada əyləşən tanımadığı şəxslərlə bayıra çıxmışdır. Təxminən 5 dəqiqə sonra qardaşı Zərərçəkmiş şəxs2 da onların arxasınca getmişdir. Bir müddət də gözlədikdən sonra qardaşı Zərərçəkmiş şəxs2 geri qayıtmadığı üçün o da sonuncunun arxasınca getmişdir. Restoranın pilləkənlərində olarkən Zərərçəkmiş şəxs2 tanımadığı şəxslərlə söhbət etdiyini görmüşdür. Həmin vaxt Zəka adlı şəxs ona yaxınlaşmış və “sən kimsən” demiş, o da Zəka adlı şəxsə cavabında artıq söhbətə ehtiyac olmadığını bildirmişdir. Daha sonra Zəka adlı şəxs sərt şəkildə “sən nə danışırsan, nə artıq söhbət, sən məni tanımırsan ki?” demiş, o da cavabında Zəka adlı şəxsə “sən kimsənki, səni tanımalıyam?” bildirmişdir. Bundan sonra Zəka adlı şəxs cavabında bildirmişdir ki, “mən Bərdəli Zəkayam, məni hamı tanıyır”. O da bildirmişdir ki, “mən də dağlı Rəşadam, səni tanımıram”. Zəka adlı şəxs bu sözünə görə onu təhqir etmiş, o da cavabında Zəkanı eyni məzmunlu təhqir etmiş və itələmişdir. Bundan sonra Şahid8 arxasından tanımadığı şəxs ona yaxınlaşaraq yumruqla onun sifət nahiyyəsindən bir dəfə vurmuşdur və o dodaq nahiyyəsindən xəsarət almışdır. Eləcə də, o zərbənin təsirindən arxa-arxaya gedərək yerə yıxılmışdır. O yerə yıxıldıqdan sonra adını bilmədiyi şəxslər onun bədən nahiyyəsindən vurmağa başlamışlar. Həmin vaxt zərbələrin təsirindən özündə olmamış və onu kimlərin və hansı formada vurmasını bilməmişdir. Daha sonra ara sakitləşdikdə onun sağ və sol bud nahiyələrindən bıçaqla xəsarət yetirildiyini görmüş, lakin həmin xəsarətləri kimin yetirməsini bilməmişdir. Bundan sonra kamera görüntülərinə baxdıqda ona xəsarət yetirən şəxsləri görmüşdür. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığından onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs müharibə dövründə birgə xidmət edərkən tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, dostunun ad günü münasibətilə təşkil olunmuş məclisdə birgə iştirak etmək məqsədilə “Kaman” restoranına getmişdir. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində dostları Şahid4 və Şahid8 ilə birlikdə olarkən dostu Ziyad “Kaman” adlı restoranda tanışlarının məclisi olduğunu və həmin məclisə gedib yeyib-içmələrini təklif etmişdir. Bundan sonra, o, dostları Şahid4 və Şahid8 ilə birlikdə saat təxminən 19:30 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşərək yeyib-içməyə başlamışlar və həmin məclisdə olarkən Şahid6 və Şahid7 görmüşdür. Məclisdə olarkən “Gəncəli” kimi tanıdığı bir nəfər şəxs ona yaxınlaşmış və onu bayıra çağırmışdır. Həmin şəxslə birlikdə bayırda olarkən “Gəncəli” kimi tanıdığı şəxs ona tanış gəldiyini və “Gəncəli” olub-olmamasını soruşmuş, o da həmin şəxsə “Bərdəli” olduğunu bildirərək tanımadığını bildirmiş və həmin vaxt onların arxasınca tanışları da gəlmişdir. Onlar arasında “Gəncəli” kimi özünü tanıdan şəxsin ona müraciət forması xoş olmadığından yüngül mübahisə olsa da, sonradan mübahisəni xoşluqla həll edərək masalarına qayıtmışlar. Bir müddətdən sonra bir nəfər azyaşlı uşaq ona yaxınlaşaraq bayırda liftin qabağında mübahisə olduğunu və onun iştirak etdiyi məclisdən bir nəfər şəxsin “təkləndiyini” bildirmişdir. Bundan sonra, o, bayıra çıxmış və arxasınca da dostları Şahid4 və Şahid8 da gəlmişdirlər. O mübahisə olan yerə yaxınlaşarkən Zərərçəkmiş şəxs1 ilkin olaraq ümumi nalayiq ifadələr, daha sonra isə onun ünvanına da nalayiq ifadə işlətmişdir. O barəsində nalayiq ifadə işlədilməsindən əsəbləşdiyi üçün yaranmış dava zamanı kiçik ölçüdə olan bıçağı çıxardaraq Zərərçəkmiş şəxs1 bud nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur, lakin heç kimi yumruq və təpiklə vurmamışdır. Baş vermiş dava zamanı Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Daha sonra, o, dostları ilə birlikdə həmin yeri tərk etmişdir. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs görməmişdir və sonuncunun zərərçəkmiş şəxslərə xəsarət yetirib-yetirməməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında tanışı Şahid7lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşərək yeyib-içməyə başlamışdırlar. Həmin məclisdə Şahid5 və Şahid8 də olmuşdur. Məclisdə olarkən təxminən saat 22 radələrində həmyerlisi Şahid5 restoranın lift hissəsinin qarşısında tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Həmin mübahisəni yaradan şəxs Zərərçəkmiş şəxs1 yanındakı adını bilmədiyi dostu olmuşdur. Bundan sonra, o və Şahid8 mübahisə baş verən yerə gəlmişdir. Mübahisə zamanı onun kiməsə xəsarət yetirməsini və ya kimlərinsə ona xəsarət yetirməsi ilə əlaqədar hadisələri sərxoş vəziyyətdə olduğundan xatırlamır. Yalnız sonradan 12 avqust 2023-cü il tarixdə polis şöbəsinə gedərək izahatını verərkən polis əməkdaşları tərəfindən ona baş vermiş dava barədə məlumat verilmiş və görüntülər göstərilmişdir. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs görməmişdir və sonuncunun zərərçəkmiş şəxsə xəsarət yetirib-yetirməməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid4 və X3 onun dostlarıdır. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında Xırdalan şəhərində dostları Kənan və Ziyad ilə birlikdə olarkən Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kaman” adlı restorana yeyib-içmək üçün oraya getmək qərarına gəlmişdirlər. Bundan sonra o dostları Kənan və Ziyad ilə birlikdə saat təxminən 19:30 radələrində Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşmişlər və yeyib-içməyə başlamışdırlar. Həmin məclisdə əyləşdikləri stolda başqa 3-4 nəfər tanımadığı şəxslər də olmuşdur. Məclisdə olarkən təxminən saat 22 radələrində üzbəüz masada əyləşən şəxslərdən biri Şahid5 yaxınlaşaraq qulağına söz demək istəmiş, daha sonra isə Kənan həmin şəxslə birlikdə bayıra çıxmışdır. O Kənanın həmin tanımadığı şəxslə bayıra çıxdığını görüb arxasınca getmişdir. Banket zalından bayıra restoranın lift olan hissəsində aralarında söhbət olsa da, sonradan mehribançılıq yaranmış və məclisə geri qayıtmışdırlar. Məclisdə olarkən Zərərçəkmiş şəxs1 Kənana yaxınlaşmış və sonradan yenidən Kənan və Rəşad bayıra çıxmışdırlar, o da sonuncuların arxasınca getmişdir. Lakin sonradan baş vermiş dava zamanı kimin xəsarət almasını və davanın hansı formada olmasını xatırlamır. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs görməmişdir və sonuncunun zərərçəkmiş şəxsə xəsarət yetirib-yetirməməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 07 avqust 2023-cü il tarixdə axşam saatlarında tanışı Şahid6 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana getmişdirlər. Belə ki, Cahid həmin restoranda məclis olacağını və məclisdə Kənan, Ziyad və Zəkanın da olacağını əvvəlcədən ona bildirmişdir. Həmin restoranda banket zalında məclisdə masalardan birində əyləşib yeyib-içməyə başlamışdır. Məclisdə olarkən təxminən saat 22 radələrində Şahid5 restoranın lift hissəsinin qarşısında tanımadığı şəxslərlə mübahisə etdiyini görmüşdür. Həmin vaxt sərxoş olduğu üçün o da mübahisəyə qoşulmuşdur. Mübahisə zamanı sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətdiyindən Şahid6 bir dəfə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən yumruqla vurmuşdur. Həmin vaxt mübahisədə o, Şahid6, Şahid8 və Şahid5 da iştirak etmişlər. Şahid6 Zərərçəkmiş şəxs1 vurduqdan sonra dava-dalaş başlamış və o baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs1 sifət nahiyyəsindən bir dəfə vurmuşdur. Dava-dalaş zamanı sərxoş olduğu üçün sonradan kimin Zərərçəkmiş şəxs1 hansı formada vurmasını xatırlamır. Həmçinin, o sonradan orada olan stulu onun üzərinə gələn şəxsi qorxutmaq məqsədilə Zərərçəkmiş şəxs1 aralı məsafəyə atmışdır. Bundan sonra hadisə yerini tərk etmişlər. Lakin hadisə vaxtı Təqsirləndirilən şəxs görməmişdir və sonuncunun zərərçəkmiş şəxsə xəsarət yetiribyetirməməsindən xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs2 uzun müddətdir tanıyır, eləcə də, qardaşı Zərərçəkmiş şəxs1 də Nicatın vasitəsilə tanımışdır. 07 avqust 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Kaman” adlı restorana yeyib-içmək üçün getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 də orada olmuşdur, həmçinin sonuncunun yanında başqa şəxslər olsa da həmin şəxsləri tanımamışdır. Bir müddət yeyib içdikdən sonra masa arxasında tək olduğundan zaldan çıxmış və həmin vaxt davanın olduğunu görmüşdür. Həmin vaxt yalnız “Zəka” adlı şəxsin adını eşitmişdir. Hadisə qısa zamanda baş vermiş və davadan sonra orada o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və restoran işçiləri qalmışdır. Belə ki, davada olan digər şəxslər obyekti tərk edərək getmişlər. Sonradan dava dalaş bitdikdən sonra isə Zərərçəkmiş şəxs1 qolundan və bud nahiyyəsindən bıçaqlandığını görmüşdür. O, hadisə vaxtı Təqsirləndirilən şəxs görməmişdir və sonuncunun zərərçəkmiş şəxsə xəsarət yetiribyetirməməsindən xəbəri olmamışdır. Müdafiə tərəfi digər Zərərçəkmiş şəxs3 və şahidlər Şahid1, Şahid2 və Şahid4 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 06 iyun 2024-cü il tarixli 1(006)-134/2024 saylı hökmü qanuni qüvvəsini aldığından və preyudisial xarakter daşıdığından Zərərçəkmiş şəxs3, şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduqları, Şahid4 isə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanıyır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. ünvan 2 ünvanda yerləşən “Kaman” restoranını icarə müqaviləsinə əsasən işlədir və içərisində olan əşyalar onun mülkiyyətindədir. Həmin restoran 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, eləcə də, restoranın 1-ci mərtəbəsində restoranın mətbəxi yerləşir. Binanın digər mərtəbələri isə icarə əsasında işlətdiyi restorana aidiyyəti yoxdur. Restoran bir ədəd banket zalından və kabinetlərdən ibarətdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında ad günü mərasimi keçirəcəyi və 30 nəfərlik masanın təşkil edilməsi ilə bağlı əvvəlcədən onunla danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı 5-6 nəfər dostları da məclisdə olmuşlar. Eləcə də, Zaur Quluzadənin sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində ona müştərilərin dava etməsi barədə məlumat verilmişdir. O dərhal birinci mərtəbədən mübahisənin baş verdiyi mərtəbəyə qalxmış və dava edən şəxsləri aralaşdırmağa çalışmışdır. Həmin vaxt baş vermiş davada xəsarət alan və xəsarət yetirən şəxslərin kim olmasını və necə formada davanın baş verməsini sonradan kamera görüntülərini izlədikdən sonra görmüşdür. Kamera görüntülərini izlədikdən sonra əmin olmuşdur ki, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 restoranda olan taxta və dəmirdən olan tribuna, jurnal stolu ilə döydükləri üçün qeyd etdiyi əşyalar da yararsız vəziyyətə düşərək ona maddi ziyan dəymişdir. Eləcə də, dava dalaş zamanı restoranda 1 ədəd rəsm albomu 2 ədəd qəlyan aparatı, 4 ədəd gül dibçəyi və digər əşyalar yararsız vəziyyətə düşdüyü üçün ona 1500 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş maddi ziyan ödənildiyindən və təqsirləndirilən şəxslərlə barışdığından onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. 15 mart 2021-ci il tarixdən ünvan 2 ünvanda yerləşən “Kaman” restoranında “hostes” olaraq işləmişdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında adgünü mərasimi keçirəcəyi ilə bağlı əvvəlcədən restoran rəhbərliyi ilə danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı əlavə 3-4 nəfər şəxslər də məclisdə olmuşlar. Eləcə də, Zaur Quluzadənin dediyinə görə sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində banket zalından bayırda pilləkənlərdə Zərərçəkmiş şəxs1 dostları ilə Zaur Quluzadənin məclisinə gələn qonaqlar arasında sözlü mübahisə olmuşdur. Bundan sonra mübahisə edənlər pilləkənlərdən aşağı, yəni ki, banket zalının qarşısına, lift olan hissəsinə düşmüşdürlər. Mübahisə zamanı müğənni Zaur Quluzadənin tanımadığı qonaqları Zərərçəkmiş şəxs1 döymüşdürlər. Lakin, həmin şəxsləri tanımadığı üçün kimin Zərərçəkmiş şəxs1 hansı formada döyməyi, eləcə də, bıçaqla vurmalarını görməmişdir. Daha sonra müğənni Zaur Quluzadənin tanımadığı qonaqları restoranı tərk edib getmişdirlər. O dava-dalaşdan sonra müştəri Zərərçəkmiş şəxs1 qan içində olduğunu görmüş və bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı ünvan 2 ünvanda yerləşən “Kaman” restoranında işləmişdir. Həmin restoran 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir, eləcə də, restoranın 1-ci mərtəbəsində restoranın mətbəxi yerləşir. Binanın digər mərtəbələrinin isə restorana aidiyyəti yoxdur. Restoran bir ədəd 50-60 nəfərlik banket zalından və 6 ədəd müvafiq olaraq 4-10 nəfərlik kabinetdən ibarətdir. Restoranda hadisə vaxtı ondan başqa 1 nəfər ofisiant, 1 nəfər hostes, 1 nəfər xadiməçi, eləcə də, mətbəxdə 1 nəfər xadiməçi və 2 nəfər aşpaz işləmişdir. Belə ki, digər ofisiant Elçin, hostes Şahid1, banket zalında xadiməçi işləyən Vüsalə, mətbəxdə Aynur adlı xadiməçi, aşbazlar isə Emin və Vasif adlı şəxslərdir. 07 avqust 2023-cü il tarixdə müğənni Zaur Quluzadə adlı şəxs banket zalında adgünü mərasimi keçirəcəyi ilə bağlı əvvəlcədən restoran rəhbərliyi ilə danışmışdır, lakin, banket zalını bağlatdırmamışdır. Həmin gün restoranın daimi müştərisi olan Zərərçəkmiş şəxs1 və sonuncunun tanımadığı dostları da banket zalında olmuşlar. Eləcə də, Zaur Quluzadənin sosial şəbəkə üzərindən dəvət etdiyi qonaqlar da məclisdə olmuşlar. Saat təxminən 22 radələrində banket zalından bayırda pilləkənlərdə Zərərçəkmiş şəxs1 dostları ilə Zaur Quluzadənin məclisinə gələn qonaqları arasında sözlü mübahisə olduğunu görmüşdür. Bundan sonra mübahisə edənlər pilləkənlərdən aşağı banket zalının qarşısına, yəni lift olan hissəsinə düşmüşdürlər. Bundan sonra baş vermiş davada kimlərin xəsarət almasını və həmin xəsarətləri kimlərin yetirməsini şəxsən görməmişdir. O yalnız baş vermiş davanın şahidi olmuş şəxslərdən məlumat əldə etmişdir. Dava zamanı taxta və dəmirdən olan tribuna, jurnal stolu, rəsm albomu, 2 ədəd qəlyan aparatı, 3 ədəd gül dibçəyi yararsız vəziyyətə düşmüşdür. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Nəsimi RPİ-yə daxil olmuş müraciəti ilə tanış olmuşdur. Həmin şəxsi əvvəllər tanımamışdır. Şahid5 və Şahid8 onun dostlarıdır. Cavid adlı şəxs ilə aralarında münasibət olmamışdır, sadəcə olaraq Cavid adlı şəxs Şahid5 dostu olduğundan tanıyır. 07 avqust 2023-cü il tarixdə Zaur adlı müğənni “Tik-Tok” səhifəsində canlı video açaraq doğum gününün olmasını və tanıyan şəxsləri həmin doğum günü məclisinə dəvət etməsini görmüşdür. Həmin vaxt o dostları Şahid5 və Şahid8 ilə birlikdə Abşeron rayonu. Xırdalan şəhəri ərazisində çayxanada çay içirmişlər. Bundan sonra dostları ilə birlikdə qəraıa gəlmişdirlər ki, həmin məclisə getsinlər. Beləliklə, saat təxminən 19:30 radələrində dostları Şahid5 və Şahid8 ilə birlikdə Zaur adlı müğənni ad günü məclisinə yəni ki, ünvan 2 ünvanda yerləşən “Kaman” adlı restorana getmişdirlər. Həmin restoranın banket zalında keçirilən məclisdə təxminən 50-60 nəfər tanımadığı şəxslər də olmuşdur. Məclisdə olarkən, dostu Şahid5 tanışı Cavidi də orda görmüş və söhbətləşmişdirlər. O dostları ilə birlikdə məclisdə spirtli içki də qəbul etmiş və əylənmişdirlər. Təxminən saat 22 radələrində qonşu masada əyləşən şəxslərdən biri ilə Şahid5 arasında hansısa ünsiyyət olmuşdur, lakin həmin şəxslər bir-birlərini tanımırdılar. Aralarında hansı söhbət olmasını bilməmişdir. Sonradan Şahid5 banket zalından çıxaraq restoranın liftin qarşısına getmişdir. Bir müddətdən sonra isə bayırda kimlərinsə mübahisə etdiyini eşitmişdir. O dostu Zəka ilə birlikdə zaldan çıxdıqda dostu Şahid5 tanımadığı şəxslə mübahisə etdiyini görmüşdür. Bundan sonra Kənan ilə mübahisə edən şəxsin yanında olan qırmızı köynəkli araşdırma zamanı adını öyrəndiyi Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətmiş və buna görə mübahisə daha da böyümüşdür. O həmin vaxt Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətməməsini bildirmişdir. Daha sonra isə o dostlarını sakitləşdirməyə və oradan uzaqlaşdırmağa çalışmışdır, təxminən 10 dəqiqə sonra o dostları Kənan və Zəka ilə birlikdə oradan uzaqlaşmışdırlar. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı sərxoş olduğu üçün Zərərçəkmiş şəxs1 döyülməsini görməmişdir. (cild 1, i/v 24-25). İş materiallarında olan 27 dekabr 2023-cü il tarixli “cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-nin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrıca icraata ayrılmışdır ( İ cild, i/v 1-2). İş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi” barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisənin ünvan 2 ünvanda yerləşən “Kaman” adlı restoran olması müəyyən edilmiş və bununla bağlı protokol tərtib olunaraq, fotocədvəl tərtib edilməklə materiala əlavə edilmişdir (İ cild, i/v 9-11). İş materiallarına əlavə edilmiş 29 sentyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild İ, i/v 156). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i/v 178-179). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 sağlamlığa zərər vurmanın təyininə dair 31 avqust 2023-cü il tarixli, 1169 saylı ekspert rəyindən görünür ki, 1992-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarət - sağ gözaltı nahiyənin qançırı bərk küt əşyanın təsirindən müayinədən 4-6 gün əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur.

2. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalozasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəni hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gəlməsi mümkündür (İ cild, i/v 92-94). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2023-cü il tarixli, 26 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sol budun 1 (bir) ədəd və sağ budun 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin) təsirindən, alt dodağın selikli qişasının əzilmiş yarası, sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Həmin xəsarətlərdən sol budun 1 (bir) ədəd və sağ budun 1 (bir ədəd) deşilmiş-kəsilmiş yaraları və alt dodağın selikli qişasının əzilmiş yarası dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol əlin İİ barmağının, bel nahiyəsinin və sağ baldırın qançırları, sol bazunun, sol dirsək oynağı nahiyəsinin, sol saidin sıyrıqları isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaraların qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən, digər xəsarətlərin isə insan bədəni hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (İ cild, 229-232). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 21 dekabr 2023-cü il tarixli, 9/9741 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların zədələnmədən əvvəl, istifadədə olmuş normal vəziyyətdə 2023-cü ilin avqust ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 720 manat müəyyən edilmişdir. O cümlədən 01 ədəd dəmir dirəkləri olan taxta tribuna 80 manat, 01 ədəd taxta material masa 200 manat, 01 ədəd rəsm əsəri 100 manat, hər biri ayrılıqda 60 manat olan 04 ədəd dəmir güldan 240 manat və hər biri ayrılıqda 50 manat olan 02 ədəd qəlyan aparatı 100 manat müəyyən edilmişdir (İ cild, i/v 225-227). İş materiallarına əlavə olunmuş “təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 könüllü şəkildə iş üçün əhəmiyyət kəsb edən 01 ədəd tribuna, 01 ədəd masa, 01 ədəd rəsm əsəri, 04 ədəd güldan və 02 ədəd qəlyan aparatını istintaqa təhvil vermiş və baxış zamanı hər bir əşyanın zədə aldığı müəyyən edilmişdir (İ cild, 128). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i/v 63). İş materiallarında olan Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mrkəzi” X8 kompleks-ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli, 467 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən «üzvi şəxsiyyət pozuntusu» öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs üzvi (kontuziya nəticəsində) şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan psixi patologiya anlaqlılığı istisna etməyən psixi pozuntu kimi qiymətləndirildiyindən və törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmadığından onun əməli Azərbaycan Respublikası CM-nin 22.1ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni törədərkən psixiemosional vəziyyətində qıcığa qarşı həssaslıq, emosional oyanıqlıq, impulsivlik yaranmışdır. Həmin halın yaranması onda müəyyən olunan şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psixi gərginlik, frustrasiya və sair) olmamışdır. (İİ cild, i/v 129- 132). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatı, eləcə də, hadisənin videogörüntülərini əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır (İİ cild, i/v 1-29). İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatı, eləcə də, hadisənin videogörüntülərini əks etdirən bir ədəd diskin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır (İİ cild, i/v 134-147). İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən 01 sentyabr 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, onun xəsarət alması barədə heç bir şikayət və tələbi yoxdur, barışmışdır və ona dəymiş ziyan ödənilmişdir (İ cild, 95). İş materiallarına əlavə edilmiş İ-48673 nömrəli və İ-11418 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Məmmədov X2 azad olunmasında iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 oktyabr 2019-cu il təvəllüdlü X5 və 09 dekabr 2020ci il təvəllüdlü X1 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə baxışı zamanı törədilmiş cinayət hadisəsinin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 07 avqust 2023-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanda yerləşən “Kaman” adlı restoranda bir qrup şəxs mübahisə edir, mübahisə zamanı ətrafda təxminən 15-20 nəfər şəxs vardır, mübahisə zamanı əvvəlcə Şahid6 yumruqla Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla vurur, daha sonra Şahid7 baş nahiyyəsi ilə Zərərçəkmiş şəxs1 vurur, daha sonra Şahid6 taxta ilə Zərərçəkmiş şəxs1 vurur, Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra Şahid5 bıçaqla Zərərçəkmiş şəxs1 bud nahiyyəsindən vurur, həmin an Şahid8 yumruqla Zərərçəkmiş şəxs2 sifət nahiyyəsindən bir neçə dəfə vurur, Təqsirləndirilən şəxs taxta materialdan olan stolu Zərərçəkmiş şəxs1 üzərinə atır, Şahid5 yenidən bıçaqla Zərərçəkmiş şəxs1 bud nahiyəsindən vurur, Şahid7 də taxta ilə Zərərçəkmiş şəxs1 vurur, sonra isə Şahid6 taxtanı Zərərçəkmiş şəxs1 üstünə atır və Zərərçəkmiş şəxs1 dəyir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət hadisəsini özündə əks etdirən CD diskdəki video görüntü və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsüf edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs xuliqanlıq cinayəti törətməməsi ilə bağlı ifadəsinə dair qeyd edir. İlk növbədə vurğulamaq lazımdır ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı heç bir əsaslı səbəb olmadan aqresiya göstərərək video diskdən də göründüyü kimi qarşılıqlı davranış qaydalarına zidd olan formada reaksiya verməklə ictimai yerdə səs-küy salmış, zərərçəkmiş şəxsə zor tətbiq etmiş, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərə yol vermişdir. Bununla da, təqsirləndirilən şəxslər cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarına zidd olan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərlə müşayiət edilən qərəzli hərəkətlər etmişdir. Həmin hallar məhkəmədə tədqiq edilmiş hadisənin videogörüntüsü ilə tam təsdiqini tapır. Bununla da, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verdiyi ifadə kimi qiymətləndirərək, ona tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, habelə onun şəxsiyyətini xarakterizə edən halları məhkumluğunun olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən digər halları, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs təyin olunmuş cəza şərti olaraq tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə şərti məhkum etmə dövründə iş və daimi yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hökmün icrasına nəzarət Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, ********* saylı cinayət iş üzrə 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və 01 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması və maddi sübut kimi tanınması nəzərə alınmış 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatının zərərçəkmiş şəxsə qaytarılması hissəsində digər təqsirləndirilən şəxslərə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə hüquqi qiymət verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən xx.xx.2024-cü il tarixdən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. 230070426 saylı cinayət iş üzrə 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və 01 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış hadisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. 230070426 saylı cinayət iş üzrə 27 dekabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və 01 may 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınması nəzərə alınmış 01 ədəd dəmir dirəkləri olan taxta tribuna, 01 ədəd taxta materiallı masa, 01 ədəd rəsm əsəri, 04 ədəd dəmir güldan və 02 ədəd qəlyan aparatının zərərçəkmiş şəxsə qaytarılması hissəsində digər təqsirləndirilən şəxslərə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli hökmü ilə hüquqi qiymət verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 216 (iki yüz on altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar