Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-289/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1960-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətib 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs özünü geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya, bacısı X2 Abşeron rayonunda yerləşən xəstəxanalardan birində tibb bacısı kimi işə düzəldəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 26 avqust 2024-cü il tarixdə, saat 17:49-da Zərərçəkmiş şəxs istintaqla dəqiq müəyyən edilməyən yerdə mobil bank tətbiqi vasitəsilə onun adına olan 4169 7388 6265 4146 nömrəli bank kartının hesabına göndərdiyi 100 manat, 29 avqust 2024-cü il tarixdə saat 15:40-da istintaqla dəqiq müəyyən edilməyən yerdə mobil bank tətbiqi vasitəsilə onun adına olan həmin bank kartının hesabına göndərdiyi 130 manat, 06 sentyabr 2024-cü il tarixdə saat 13:49-da istintaqla dəqiq müəyyən edilməyən yerdə mobil bank tətbiqi vasitəsilə onun adına olan həmin bank kartının hesabına göndərdiyi 2000 manat, 11 sentyabr 2024-cü il tarixdə saat 15:22-də Zərərçəkmiş şəxs Biləsuvar rayonu 3 saylı Cəbrayıl qəsəbəsində yerləşən “Sərfəli Market” mağazasında quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsilə onun göstərişinə əsasən cinayətkar əməlindən məlumatsız olan tanışı Şahid1 adına olan 4098 5844 7812 7101 nömrəli bank kartının hesabına göndərdiyi 500 manat, 18 sentyabr 2024cü il tarixdə saat 14:45-də Zərərçəkmiş şəxs Abşeron rayonu Saray qəsəbəsi M.Müşfiq küçəsində yerləşən “Oba Market" mağazasında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə onun göstərişinə əsasən həmin bank kartının hesabına göndərdiyi 20 manat, 25 sentyabr 2024-cü il tarixdə saat 18:54-də Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hiparmarketdə quraşdırılmış “Million" ödəmə terminalı vasitəsilə onun göstərişinə əsasən həmin bank kartının hesabına göndərdiyi 20 manat, 25 sentyabr 2024-cü il tarixdə saat 22:25-da Zərərçəkmiş şəxs istintaqla dəqiq müəyyən edilməyən yerdə mobil bank tətbiqi vasitəsilə Şahid1 adına olan 4098 5844 7812 7101 nömrəli bank kartının hesabına göndərdiyi 500 manat pulu, 26 sentyabr 2024-cü il tarixdə saat 15:38-də istintaqla dəqiq müəyyən edilməyən yerdə mobil bank tətbiqi vasitəsilə Şahid1 adına olan həmin bank kartının hesabına göndərdiyi 200 manat pulu və 30 sentyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Qəbələ” kafesində Zərərçəkmiş şəxs 870 manat pulu ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 4340 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdir və hazırda 1 saylı X6 cəza çəkir. Hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. O, Zərərçəkmiş şəxs təxminən 2024-cü ilin avqust ayında Əbülfəz adlı tanışının vasitəsilə tanımışdır. Həmin vaxt o, Əbülfəzlə “Qəbələ” kafesində oturan zaman Ələsgər də gəlib onların masasında əyləşmişdir. Həmin vaxtdan Ələsgərlə ünsiyyəti yaranmışdır. Ələsgər ona söhbət əsnasında bacısı X2 yaşadıqları Abşeron rayonunda xəstəxanalardan birinə işə düzəltmək istədiyini demişdir. O, Ələsgərə bacısını tibb bacısı vəzifəsinə düzəltmək üçün tanışları olduğunu və 5.000 manat müqabilində bu işi həll edə biləcəyini demişdir. Bundan sonra Ələsgər hissə-hissə ona pul göndərməyə başlamışdır. Belə ki, Ələsgər 26 avqust 2024-cü il tarixdə 100 manat, 29 avqust 2024-cü il tarixdə 130 manat və 06 sentyabr 2024-cü il tarixdə 2000 manatı ona məxsus olan 4169 7388 6265 4146 nömrəli bank kartının hesabına göndərmişdir. Bundan başqa 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan yerin yaxınlığında yerləşən “Qəbələ” kafesində görüşüb nağd şəkildə 870 manat pulu nağd şəkildə ona vermişdir. Qalan 1240 manatı isə onun tanışı Şahid1 bank hesabına göndərmişdir. Belə ki, onun Elnura 1500 manat borcu olmuşdur. Buna görə də Ələsgərə demişdir ki, həmin pulları Elnurun kart hesabına göndərsin. Elnura da göndərilən pulları borcundan silməyi xahiş etmişdir. Ələsgərdən aldığı pulları öz şəxsi ehtiyaclarına və borclarını ödəmək üçün xərcləmişdir. Təqsirləndirilən şəxs əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid1 Zərərçəkmiş şəxs bacısını işə düzəltmək adı ilə sonuncudan pul almağı və dələduzluq niyyəti barədə məlumatı olmamışdır. Həbsdə olduğu üçün Ələsgərin borcunu qaytara bilməmişdir. Lakin istintaqın gedişində öyrənmişdir ki, Elnur ona köçürülən 1240 manatı Ələsgərə geri qaytarmışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2024-cü ilin yay aylarında tanış olduğu Təqsirləndirilən şəxs və Şahid1 bacısı X2 Abşeron rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrindən birinə tibb bacısı kimi işə düzəltmək məqsədi ilə ümumilikdə 4340 manat pul vermişdir, lakin həmin şəxslər onu bu günədək müxtəlif bəhanələrlə aldadaraq bacısı Şəlaləni heç bir işə düzəltməmişlər və ondan aldıqları pulları ələ keçirərək geri qaytarmamışlar. O, 4340 manat pulun 3100 manatını Təqsirləndirilən şəxs, 1240 manatını isə Şahid1 vermişdir. O, həmin pulların 2230 manatını 26 avqust 2024-cü il tarixdə 100 manat, 29 avqust 2024-cü il tarixdə 130 manat və 06 sentyabr 2024-cü il tarixdə 2000 manat olmaqla, özünə məxsus 5239 1517 3066 3237 nömrəli bank kartının hesabından Təqsirləndirilən şəxs məxsus olan 4169 7388 6265 4146 nömrəli bank kartının hesabına köçürmüşdür. Lakin, hadisələrin üzərindən xeyli müddət keçdiyinə görə o, kart vasitəsi ilə köçürdüyü pulları göndərən zaman hansı ünvanlarda olduğunu dəqiq xatırlamır. O, sonuncu dəfə isə 30 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan yerin yaxınlığında yerləşən “Qəbələ” kafesində görüşüb əlbəəl Təqsirləndirilən şəxs nağd şəkildə 870 manat pul vermişdir. Qalan 1240 manat pul isə ödəmə terminalından və özünə məxsus 5239 1517 3066 3237 nömrəli bank kartının hesabından Şahid1 məxsus 4098 5844 7812 7101 nömrəli bank kartının hesabına köçürmüşdür. Belə ki, o, Şahid1 məxsus həmin bank kartının hesabına 11 sentyabr 2024cü il tarixdə Biləsuvar rayonu, Cəbrayıl qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsi ilə 500 manat, özünə məxsus 5239 1517 3066 3237 nömrəli bank kartının hesabından isə 18 sentyabr 2024-cü il tarixdə 20 manat, 19 sentyabr 2024-cü il tarixdə 20 manat, 25 sentyabr 2024-cü il tarixdə 500 manat və 200 manat olmaqla ümumilikdə 1240 manat pul köçürmüşdür. Beləliklə, o, bacısı Şəlalə Surxayevanı işə düzəltmək məqsədi ilə Şahid1 və Təqsirləndirilən şəxs ümumilikdə 4340 manat pul vermişdir. Həmin puldan 1240 manat pul Şahid1 tərəfindən ona ödənildə də, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayından tanımışdır. Müslümü tanışları vasitəsilə tanımışdır. O, 2024-cü ilin sentyabr və ya oktyabr ayında Müslümə 1500 manat borca pul vermişdir. Ələsgəri isə Müslümün vasitəsilə tanımışdır. Belə ki, 2024-cü ilin sentyabr ayında o, Müslüm və Ələsgərlə Yasamal rayonu, Musabəyov parkı yaxınlığında görüşmüşdür. Həmin vaxt Müslüm ona Ələsgərin bacısının tibb bacısı işinə düzəlməsinə köməklik etməsini xahiş etmişdir. O, bu işə kömək edə bilmiyəcəyini demişdir. Bundan sonra o, Ələsgərlə bu iş barəsində danışmamışdır. Təxminən 2024-cü ilin sentyabr ayının axırlarında Müslüm ona olan borcunu qaytarmaq üçün kart hesabını istəmişdir. O, kart hesabını göndərdikdən sonra onun kartına hissə-hissə olmaqla ümumilikdə 1240 manat göndərilmişdir. O, Müslümə zəng vurub həmin pulları Ələsgərdən alıb-almadığını soruşduqda Müslüm həmin pulların başqa pul olduğunu, ona olan borcunu ödədiyini bildirmişdir. Lakin sonra o, bilmişdir ki, həmin pulları onun kartına Ələsgər göndərmişdir. Ələsgərə onun kartını Müslüm vermiş, Ələsgər də həmin pulları onun kartına göndərmişdir. Təxminən 2024-cü ilin oktyabr-noyabr ayından sonra Müslümə zəng çatmamış və yoxa çıxmışdır. Bundan sonra Ələsgərdən ondan pulu tələb etdiyindən o, Ələsgərin 1240 manat pulunu tam şəkildə geri qaytarmışdır. Lakin, Müslümün Ələsgərdən nə qədər pul almasını barədə dəqiq məlumatı olmamışdır. O, Ələsgərə bacısını işə düzəldəcəyini deməmişdir. Onun kartına pul vurmasını Müslüm Ələsgərə demişdir. Müslüm həmin pulu ona olan borcundan ödədiyini ona demişdir. O, bir müddət pulu qaytarmağı üçün Müslümü axtarmışdır. Lakin Müslümü tapmadığı üçün Ələsgərin onun kartına göndərdiyi 1240 manat məcbur qalaraq ödəmək qərarına gəlmiş və hissə-hissə Ələsgərin kartına göndərmişdir. İttiham aktının siyahısında şahi qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/2959 saylı materialda Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdəə tutulmuş cinayət əməlinin tərkibi olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); “hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən “Qəbələ” kafesidir (i.v. 10-13); “götürmə və baxış keçirilməsi” barədə 23 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 26 avqust 2024-cü il tarixdə saat 17:49-da Təqsirləndirilən şəxs **** **** **** 4146 nömrəli kart hesabına 100 manat, 29 avqust 2024-cü il tarixdə saat 15:40-da Təqsirləndirilən şəxs **** **** **** 4146 nömrəli kart hesabına 130 manat, 06 sentyabr 2024-cü il tarixdə saat 13:49-da Təqsirləndirilən şəxs **** **** **** 4146 nömrəli kart hesabına 2000 manat olmaqla ümumilikdə 2230 manat pul köçürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 15:22-də Şahid1 son 8 rəqəmi 78127101 nömrəli kart hesabına 500 manat, 18 sentyabr 2024-cü il tarixdə saat 14:45-də Şahid1 son 8 rəqəmi 78127101 nömrəli kart hesabına 20 manat, 25 sentyabr 2024-cü il tarixdə saat 18:54-də Şahid1 son 8 rəqəmi 78127101 nömrəli kart hesabına 20 manat, 25 sentyabr 2024-cü il tarixdə saat 22:26-da Şahid1 son 8 rəqəmi 78127101 nömrəli kart hesabına 500 manat, 26 sentyabr 2024-cü il tarixdə saat 15:38-də Şahid1 son 8 rəqəmi 78127101 nömrəli kart hesabına 200 manat olmaqla ümumilikdə 1240 manat pul göndərmişdir (i.v. 33); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MÜ*****M******* məxsus ****4146 nömrəli karta xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul göndərilmişdir (i.v. 34); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MÜ*****M******* məxsus ****4146 nömrəli karta xx.xx.2024-cü il tarixdə 130 manat məbləğində pul göndərilmişdir (i.v. 35); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, MÜ*****M******* məxsus ****4146 nömrəli karta xx.xx.2024-cü il tarixdə 2000 manat məbləğində pul göndərilmişdir (i.v. 36); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid1 məxsus 78127101 nömrəli karta xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pul göndərilmişdir (i.v. 37); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid1 məxsus 78127101 nömrəli karta xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul göndərilmişdir (i.v. 38); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şahid1 məxsus 78127101 nömrəli karta xx.xx.2024-cü il tarixdə 20 manat məbləğində pul göndərilmişdir (i.v. 39); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ****7101 nömrəli karta xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pul göndərilmişdir (i.v. 40); xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ****7101 nömrəli karta xx.xx.2024-cü il tarixdə 200 manat məbləğində pul göndərilmişdir (i.v. 41); Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 55-57); Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir (i.v. 59-65); X4 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Şahid1 1240 manat maddi ziyanı ödəmişdir (i.v. 111); “əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 126-127); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 139-140); “təqsirləndirilən şəxsin cəza çəkmiş müəssisəsində cəza çəkməsinin nəzərə alınması haqqında” 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda 1 saylı X6 cəza çəkməsi nəzərə alınmışdır (i.v. 152); “sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymətin verilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X3 məxsus 4340 manat pulun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi nəzərə alınmış, iş üzrə zərərçəkmiş şəxs X1 istintaqa təqdim etdiyi 06 ədəd pul köçürmələrin dair qəbzlər maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (i.v. 157-164); Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla cəza müəyyən edilməli, Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü nəzərə alınmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - zərərçəkmiş şəxs X1 istintaqa təqdim etdiyi 06 ədəd pul köçürmələrin dair qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş 3 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 28 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Saatlı Rayon Məhkəməsinin 1(055)-76/2024 saylı, xx.xx.2024cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - zərərçəkmiş şəxs X1 istintaqa təqdim etdiyi 06 ədəd pul köçürmələrin dair qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-289/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-289/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver