Məhkəmə qərarları › İş №1(006)-29/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X10 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi və vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 müdafiəçilər Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 2 mənzil 24 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx xxxxx 1964-cü il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onu xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan X4 Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədən Azərbaycan Respublikasının digər ərazilərində yerləşən həbrı hissələrinin birinə köçürülməsinə köməklik göstərəcəyinə və bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından xəstəlik barədə arayış alacağına vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərildiyi xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə kuçəçı 157 ünvanında yerləşən ASAN xidmətin qarşısında həmin dövrün məzənnəsi ilə 10254,6 manat təşkil edən 6000 ABŞ dolları, xx xxxxxx 2016cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu. M.Həsənov küçəsi 9~da yerləşən kafedə 10000 manat və xx xxxxx 2017-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu. 3-cü mkr dairəsində yerləşən "Çudo Peçka” mağazasının qarşısında 2000 manat pulunu əiə keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 22254,6 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ile qabaqcadan əlbir olan bır qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib onu xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Naxçıvan X4 Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissədən Azərbaycan Respublikasının digər ərazilərində yerləşən həbri hissələrinin birinə köçürülməsinə köməklik göstərəcəyinə və bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından xəstəlik barədə arayış alacağına vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2016- cı il tarixdə ünvan 5 sayıl ünvanda yerləşən kafedə 10000 manat, xx xxxxxx 2016-cı il tarixdə eyni ünvanda 10000 manat, xx xxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində yerləşən “Çudo Peçka” mağazasının qarşısında 2000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 22000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bır qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarindan sui-istifadə edib barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda istinıaq olunan cinayət işi uzrə cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik göstərəcəyinə vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx xxxxxx 2017-ci il tarixdə Xırdalan şəhəri AAF parkda həmin dövrün məzənnəsi ilə 5749,5 manat təşkil edən 3000 ABŞ dollar, qardaşı Şahid1 vasitəsi ilə göndərdiyi xx xxxxxx 2017-ci il tarixdə ünvan 5-da yerləşən kafedə həmin dövrün məzənnəsi ilə 2866,65 manat təşkil edən 1500 ABŞ dolları, xx xxxxxx 2017-ci ıl tarixdə həmin ünvanda həmin dövrün məzənnəsi ilə 865,05 manat təşkil edən 500 ABŞ dollar və xx xxxxxx 2017-ci il tarixdə ünvan 5-da yerləşən kafedə 3500 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 12981,2 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib ona qısa müddətdə qaytaracağına vəd verib aldadaraq borc adı ilə göndərdiyi 3000 manat pulu xx xxxx 2017-ci il tarixdə Bakı şəhər, Yasamal rayonu, H.Cavid prospekti 78 ünvanında yerləşən “xxxxxxxxxxxx"dan götürüb ələ keçirməklə Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dükanda satıcı, təxminən 2009-2010cu illərdə Müdafiə Sənayesi Nazirliyində təmizliyə nəzarətçi işləmiş, sonradan isə heç bir yerdə işləməmişdir. 2016-cı ilin noyabrın əvvəllərində bacısı Durnisə Mahmudovanın baldızı Təqsirləndirilən şəxs2 ona müraciət edərək Elşən adlı tanışı ilə bir nəfər şəxsin Yasamaldakı «Asan Xidmət»in yanına gələcəyini, həmin şəxsin «perevod» işini Əli adlı şəxsin vasitəsi ilə düzəldəcəyini və bunun müqabilində həmin şəxsin pul verəcəyini bildirib həmin şəxslə görüşməyini və həmin şəxsdən pul almağını xahiş etmişdir. Sahibənin üzü pis vəziyyətdə olduğundan o, həmin şəxsin qarşısına onun çıxmağını xahiş etmişdir. O da etiraz eləməmişdir və 2016-cı ilin noyabrın əvvəllərində Yasamaldakı «Asan Xidmət»in qarşısında ilk dəfə gördüyü, əvvəllər tanımadığı Elşən Quliyev və Şahid1la görüşmüşdür. Əvvəlcədən Sahibənin özünü onlara Rəfiqə kimi təqdim etdiyini bildirmiş və Sahibə əvvəlcədən Yaqubun Naxçıvanda hərbi xidmətdə olan qardaşının «perevod» məsələsini həll etdiyini, bu işlə əlaqədar həmin şəxsdən pul alacağını bildirmişdir və onu təlimatlandırmışdır ki, o görüşdə nələri desin. Ona görə də həmin görüşdə Sahibənin təlimatı əsasında o guya bu işi həll edəcəyinə köməklik göstərəcəyini vəd etmiş və işin görülməsi üçün lazım olan məbləği maraqlanıb sonra deyəcəyini bildirmişdir. Sonra Sahibə ondan həmin şəxsdən 12.000 manat pul istəməyi tapşırdığından o əlaqə saxlayıb iş uçün 12.000 manat lazım olduğunu bildirmişdir. Buna görə də xx.xx.2016-cı il tarixdə Yaqub və Elşənlə Yasamal ATS-nin yaxınlığındakı «Çudo Peçka»da görüşmüş və həmin goruş zamanı Yaqub ona 6000 ABŞ dolları pul verib qalanını da bir neçə günə çatdıracağını söz vermişdir. Yaqubdan pulu alandan sonra Elşən Quliyev vasitəçilik etdiyinə görə ondan 1000 manat pul istəmişdir, lakin o verməmişdir, həmin pulu özü götürmüşdür, qalan pulu isə Sahibəyə vermişdir. Həmin ərəfələrdə Sahibə Yasamalda «Asan Xidmət»in yanında kirayə yaşayırmış. Bundan təxminən bir həftə sonra Yaqubla «xxxxxx» ASC-nin inzibati binasının yan tərəfindəki kafedə görüşmüş və orada 2000 manat pul vermişdir. Həmin pulu da Sahibəyə vermişdir. Aradan bir müddət keçəndən sonra Sahibə ona Hüseynin barəsində cinayət işi açıldığını və buna görə də onun «perevod» işinin alınmadığını bildirmişdir. O da Yaqubla elə həmin kafedə görüşüb ona bu barədə demişdir, bundan sonra Elşən Quliyev də təsədüfən həmin kafeyə gəlmiş və orada Elşən də işin alınmadığını öyrənmiş və o ona 1000 manat pulu qaytarmasını və Yaqubgilin pulunu qaytarmasını bildirmişdir. Elşən də bunu Yaqubla özü həll edəcəyini bildirib çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra Yaqub ona qardaşı Hüseynin iş yoldaşı olduğunu və onu da eyni yolla «perevod» etdirmək istədiyini bildirmişdir. O da bu barədə Sahibəyə bildirmiş, Sahibə də Hüseynin işinin məhkəmədən sonra həll edəcəyini, bura görə də Elşən adlı şəxsin işini ondan tez həll edə biləcəyini bildirmişdir. O da bu barədə Yaquba bildirmişdir. 2016-cı ilin dekabrın ilk ön günlüyündə yenə də «xxxxxx» ASC-nın binası ilə üzbəüz yerləşən kafedə Elşən və Yaqubla görüşmüş və orada Elşəndən 10.000 manat pul almışdır. Həmin pulu da Sahibəyə vermişdir. Bundan bir neçə gün sonra o yenə Elşən və Yaqubla həmin kafedə görüşüb ondan əlavə olaraq 10.000 manat pul almışdır. Həmin zaman o bilmişdir ki, Yaqub Elşənə «perevod» işinə görə 20.000 manat deyibdir. İkinci 10.000 manat pulu alandan sonra Elşən çıxıb getmişdir və Yaqub həmin pulun 8000 manatını qaytarıb ondan almışdır. O sonradan həmin 2000 manat pulu da Sahibəyə vermiş. Aradan bir müddət keçəndən sonra Hüseyn onunla əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlananda o öyrənmişdir ki, Yaqub Hüseyndən də artıq pul alıbdır. Sonradan Hüseyn özü Əhməd adlı şəxslə danışıb və sonradan Hüseyndən barəsində olan cinayət işi ilə əlaqədar olaraq əlavə pullar alınıbdır. Lakin həmin pulların alınmasından onun xəbəri olmayıbdır. Sonradan isə Sahibə nə Hüseynin, nədə ki, Elşənin «perevod» işini düzəltməmiş, pulları qaytarmamış və yaşayış yerini dəyişib ondan gizlənməyə başlamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, qadın olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1977-1980-ci illərdə DİN-də polis nəfəri kimi çalışmış, 1983-cü ildən Dövlət Statistika Komitəsində işləmişdir, 1997-ci ildən 2000-ci ilədək Vergilər Nazirliyində işləmişdir, sonradan yenidən Dövlət Statistika Komitəsinə qayıtmış, sonuncu dəfə Bakı şəhər Statistika idarəsinin rəis müavini vəzifəsində çalışmış və 2016-cı ildə xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxmışdır. Təqsirləndirilən şəxs2 təxminən 8 ildir kı, tanıyırmış. Belə ki, böyük qızının toy ərəfəsində ona təcili pul lazım olduğundan o, bankdan kredit götürmək istəyirmiş. Lakin tez bir zamanda kredit rəsmləşdirilməsi mümkün deyilmiş. Buna görə də bir tanışının vasitəsi ilə həmin vaxtlar kreditə pul götürməyə köməklik edən Sahibə ilə tanış olmuş və Sahibənin köməkliyi ilə o, X9 kreditə pul götürmüşdür və bundan sonra Sahibə ilə münasibəti yaranmışdır. Onunla münasibətdə olduğu müddətdə Sahibə ondan hissə-hissə olmaqla 7000 manat borc pul almışdır və həmin pulu qaytarmırmış. 2016-cı ilin aprel ayında ADSK-dəki işindən çıxandan sonra Gürcüstana gedib orada işləmişdir. 8 ay müddətində orada işləsə də əmək haqqı ala bilməmiş və buna görə də 2016-cı ilin dekabr ayında Azərbaycana qayıtmışdır. 2017-ci ilin yanvarın sonlarında Sahibə onunla əlaqə saxlayıb Nəsibə adlı bir qohumu ilə birlikdə hansısa bir hərbiçilərdən «perevod» məsələsini həll edilməsi üçün pul aldığını, həmin «perevod» məsələsini bü gün-sabah həll edəcəklərini, lakin hərbiçilərin onları sıxışdırdığını bildirib ondan xahiş etmişdir ki, o həmin hərbiçilərlə ancaq telefonda danışsın, özünü Əli kimi təqdim etsin və guya işin onun tərəfindən görüldüyünü bildirib həmin şəxsləri arxayın salsın. O, da bununla razılaşmamışdır. Həmin vaxtlar Sahibə Hikmət adlı bır şəxslə də münasibəti var imiş və həmin şəxs kriminal ünsür imiş. Bir neçə gün sonra Sahibə təkrar ona zəng vurmuş və xahiş etmiş ki, yanına gəlsin heç olmasa əvvəlki münasibətlərə görə məsləhətinə ehtiyacı var. O, da razılaşmış və Sahibənin yanına getmiş. Bir müddət keçdikdən sonra ora Hikmət adiı şəxs gəlmiş və ona əl qaldırmaq istəyəndə Sahibə əvvəlkinə demişdir ki, bu pulu alan adam deyil bizə yardım etsin diyə xahiş edərək çağırdığım adamdır. Sonradan Hikmət onu qorxuzmuş və Sahibəyə yardım etməsini tələb etmişdir. Sahibənin təklifi bundan ibarət imiş ki, o özünü hansısa bir yüksək vəzifəli şəxsin Əli adlı köməkçisi kimi təqdim etməliymiş, həmin hərbiçələrlə görüşməməliymiş. Sahibə ona müraciət edəndən bir müddət sonra Sahibə ilə birlikdə Yasamal rayonunda yaşayan rəfiqəsi gilə getmiş və orada da Sahibənin təlimatı ilə guya Hüseynin onun yeznəsi olduğunu bildirmişdir. Ora onu Sahibə aparmışdır və həmin ev Sahibənin rəfiqəsinin qardaşının evi imiş. X18 adlı şəxsə onu təqdim edib guya Hüseynin onun yeznəsi olduğunu bildirib onun «perevod» işinə köməklik etməyini xahiş etmişdir. Daha sonra həmin evə Əliağanın qardaşı dediyi Bilal adlı şəxs gəlmiş və həmin şəxs Azərbaycanın Millli Qəhramanı olduğunu və buna görə də şəxsi nüfuzundan istifadə edib X13 Qoşunun komandiri X3 «perevod» işini xahiş edəcəyini bildirib bu işi həll edəcəyini soz vermişdir. Bundan sonra həmin şəxsin bu işi düzəldəcəyinə inamı artımış və buna görə də Sahibənin təklifi ilə bir daha razılaşmışdır. Bundan sonra Sahibənin təlimatlarından sonra o Nəsibə və Sahibənin pul aldığı Hüseyn və Elşən adlı hərbiçilərlə danışıb onlara özünü Əli kimi təqdim etmişdir. Hər dəfə onları aldadıb guya işlərini həll etdiyini bildirmişdir. Bütün danışdığı yalanlar Sahibənin təlimatı ilə olurmuş və çox vaxt Sahibənin yanında Hikmət də olurmuş. Bütün danışıqlar Sahibənbin Yasamal rayonunda, «Su zapravkası»nın yanındakı evində olurmuş. O Hüseyn və Elşənlə ayrı-ayrı NAR nömrələrlə danışırmış və həmin nömrələr Sahibə gilə məxsus imiş və Sahibənin verdiyi telefonla o Hüseyn və Elşənlə danışırmış. Bir müddət sonra isə o Nəsibə və Sahibənin Hüseyn və Elşəndən ümumilikdə 59.000 manat pul aldığını öyrənmiş və bundan sonra o dəfələrlə Sahibədən tələb etmişdir ki, Hüseyn və Elşənin pulunu qaytarsınlar. Bundan əlavə Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həqiqətəndə o, Sahibənin və Hikmətin nömrələrindən əlavə öz nömrəsindən də (***-***-**-**) Sahibənin tapşırığına əsasən zərərçəkmiş şəxslərlə əlaqə saxlamış, özünü Əli kimi təqdim edərək işlərin düzəldəcəyini onlara vədd etmiş və birdəfə Sahibədən borcunu tələb edəndə sonuncu ona 700 manat pul vermişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs3 qardaşı Elşən Mahmudovun baldızıdır. Əvvəllər onunla rəfiqəlik edən qohumu olan və əslən Ağcabədidən olan Elşən Quliyevi də təxminən 5 il bundan əvvəl tanımışdır. 2016-cı ilin oktyabr ayının əvvəllərində Nəsibə və Elşən kirayə yaşadığı evdə olarkən X14 Nazirliyinin məxfi hissəsində işlədiyini, general rütbəsində Prezident Administrasiyasında Hərbi müşavir işləyən bir tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə istənilən şəxsi Hərbidə, FHN-də və hərbi ilə bağlı istənilən yerə işə düzəldə biləcəyi barədə söhbət etmişdi. Aradan bir neçə gün keçəndən sonra, təxminən 2016-cı ilin oktyabrın son günlərində Elşən ora zəng etmiş (Elşənlə Sahibə tanış olsalar da onların arasında münasibıət olmadığı üçün Elşən Nəsibənin özünə zəng etməmişdi və nömrəsini bilmirdi) və Nəsibənin nömrəsini istəmişdir. O da ondan bunun nə üçün lazım olduğunu soruşmuş, o da hansısa bir işlə bağlı onunla danışmaq istədiyini bildirmişdir. O da ona Nəsibənin yanında olduğunu bildirib hər ikisini danışdırmışdır. Telefon danışığı zamanı Elşən Nəsıbədən hansısa bır tanışının qardaşının Naxçıvan MR-da hərbi xidmət yerinin dəyişmək istədiyini bildirib bu işdə köməklik edə bilməyəcəyini soruşmuşdur. Nəsibə də bunun problem omadığını bildirmişdir. Bundan sonra Nəsibə onun yanında kiminləsə danışmış və həmin şəxs yerdəyişmə üçün 25.000 manat pul istəmişdir. Lakin bu məbləğ çox olduğundan o qərara gəlmişdir ki, bu işi uzun müddət tanıdığı və qaynı səhf etmirəmsə Müdafiə Nazirliyində işləyən Əhməd Vəliyevə müraciət etsin. Buna görə də özü Nəsibənin xəbəri olmadan Əhməd müəllimlə danışmış və o, ona bir söz deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Əhməd müəllim «perevod» işini 6000 manata həll etməyi mümkün olduğunu bildirmişdir. Bundan sonra o Nəsibəyə işin kim tərəfindən görüləcəyini bildirmədən ona Əli adlı şəxsin bu işi 6000 manata görə biləcəyini bildirib Nəsibəyə demişdir ki. ozü Elşən və Yaqub adlı şəxslərlə görüşüb onlardan 12.000 manat pul alsın. 2016-cı ilin noyabr ayında Nəsibə onlara gəlib Yaqubdan ümumilikdə 12.000 manat pul aldığını, Elşənin vasitəçilik etdiyinə görə həmin puldan 1000 manatını ondan aldığını, bundan əlavə olaraq Yaqubun ondan 1000 manat aldığını, yerdə qalan 10.000 manat pulun 6000 manatını Əli adlı şəxsə verilməsi üçün ona verəcəyini qalan 4000 manat pulun isə aralarında bölüşəcəyini bildirib ona ümumilikdə 8000 manat pul vermişdir. O, da bir söz deməyib həmin pulu götürmüş və həmin pulun 6000 manatını Əhməd müəllimlə görüşüb «perevod» məsələsinin həll edilməsi üçün ona vermişdir. Aradan bir neçə gün keçəndən sonra Nəsibə Yaqubun qardaşı Hüseynin iş yoldaşı olan Elşən adlı şəxsin də «perevod» olmaq istədiyini bildirmişdir. O da bu barədə Əhməd müəllimlə danışmış və o da razılıq verəndən sonra Nəsibə özü Elşən və Yaqubla görüşüb onlardan pul alıb və gətirib ona cəmi 6000 manat pul vermişdir ki, guya Elşən ona 6000 manat pul verib və qalan pulu da «perevod»dan sonra verəcəkdir. Aradan bir müddət keçəndən sonra Əhməd müəllim onunla əlaqə saxlayıb Hüseynin işində problem çıxdığını, onun barəsində cinayət işinin istintaqı getdiyini və həmin cinayət işinin nəticəsindən asılı olaraq işin həll edilməli olduğunu bildirmişdir. Bundan sonra o bu barədə Nəsibəyə bildirmişdir, sonuncu ondan Hüseynin nömrəsini istəmişdir ki, versin və onu Əhmədlə calaşdırsın. Lakin Nəsibə onun nömrəsini vermək istəməmişdir. Lakin o bir gün Nəsibə ilə Hüseyn yanında telefonla danışanda Nəsibənin əlindən telefonu alıb özü danışmışdır. Danışıqdan sonra Hüseyn Nəsibədən onun kim olduğunu soruşanda o da yalandan guya onun Əlinin baldızı olduğunu və adının Rəfiqə olduğunu bidirmişdir. Bundan sonra o Hüseynin nömrəsini alıb Əhmədə vermiş və bundan sonra Əhmədlə Hüseynin işlə əlaqədar özləri telefonda danışmağa başlamışlar. Artıq Hüseynin barəsində cinayət işi olduğundan onun «perevod» məsələsində problem yarandığı üçün Əhməd Hüseynin «perevod» məsələsim qaynının vasitəsi ilə həll edə bilməyəcəyini bildirmişdir. Bundan sonra o qərara gəlmişdir ki, Hüseynin «perevod» və barəsində olan cinayət işinin həll edilməsi üçün rəfiqəsi Aidəgillə yeni quda olan Əliağa adlı şəxsdən xahiş etsin. Buna görə də o Əhmədlə birlikdə Aidə gildə Əliağa adlı şəxslə görüşüb ondan Hüseynin məsələləsini həll edilməsini xahiş etmişlər. Həmin zaman Əhməd yalandan Əliağaya Hüseynin onun yeznəsi olduğunu bildirmişdir. Əliağa da Fariz və Bilal adlı generlalları tanıdığını və həmin şəxslərin vasitəsi ilə işlə maraqlanacağaını bildirmişdir. Lakin sonradan Əliağa «perevod» məsələsinin problemli olduğunu bildirib qardaşı kimi təqdim etdiyi Bilal adlı şəxsi Naxçıvan MR-da general olan Kərəm Mustafayevin yanına gedəcəyini bildirmişdir. Buna görə də Bilala 100 manat pul və Naxçıvana gediş-gəliş bileti alınmışdır. X20 Mustafayevin yanına getməmişdir. Beləliklə də «perevod» işinə görə Əhməd Vəliyevə ümumulikdə12000 manat pul vermiş və sonradan Əhməd Vəliyev həmin pulun müqabilində Hüseynin işini məhkəmədə həll etmişdir. Bunu Əhmədin ozu bildirib, o bunu dəqiq bilmirmiş. Ancaq Əhmədlə danışıqlarından bunu eşidirmiş. Hüseyndən alınan puldan isə ona cəmi 2000 manat pul çatıbdır. Sonradan isə o Nəsibənin Hüseyn və Elşəndən hərəsinə 20.000 manat pul aldığını öyrənmişdir, Nəsibədən soruşanda isə o, bunu boynuna almamış və guya Hüseynin qardaşı Yaqubun Hüseynin işinə görə ona cəmi 12000 manat, Elşənin işinə görə isə 6000 manat pul verdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 verdiyi ifadəsi tamamilə düzgündür, yalnız əvvəllər sonuncuya yardım etdiyi üçün ondan yardım istəmiş o, razılaşmamış sonradan onun kriminal ünsür olan Hikmət adlı şəxs onu qorxuzaraq bunu etdirmişdir. Belə ki, zərərçəkmiş şəxslər onu qısnadığı üçün Təqsirləndirilən şəxs1 onlarla danışmasını, özünü Əli adlı şəxs kimi təqdim etməsini və işlərinin yaxın müddətdə həll ediləcəyini bildirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı onun tərəfindən Təqsirləndirilən şəxs1 12000 manat verməsini o bildirməmişdir, sadəcə müstəntiqin dediyi yerləri imzalamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, xəstəliyinin olmasını, qadın olmasını, vurulmuş ziyandan 4000 manat tərəfindən zərərçəkmiş şəxslərə ödənilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayət əməllərində təqsirli olmaları özlərinin qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin, ekspertiza rəyləri və işin digər halları ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1999-cu ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Hazırda mayor rütbəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil istismar idarəsində bölmə rəsinin köməkçisitəftişçi işləyir. 2016-cı ilin avqustun 31-dən 2018-ci ilin martın 31-dək Naxçıvan MR X4 N saylı hərbi hissəsində maliyyə xidmətində xidmət etmişdir. Həmin Hərbi hissədə onunla eyni vaxtda kapitan Zərərçəkmiş şəxs1 da xidmətə başlamışdır. Onlar hər ikisi Naxçıvan MR-da xidmət etsələrdə də ailələri Bakı şəhərində yaşayırmış və buna görə də orada hərbi xidmət keçmək onlara çətinlik yaradırmış. Bu səbəbdən də çalışırmışlar ki, xidmət yerlərini Azərbaycanın digər yerlərinə dəyişsinlər. 2010-2016-cı ıl tarixədək Lənkərən şəhərində yerləşən N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi vəzifəsində xidmət etmiş və oradan xidmət yeri Naxçıvan MR-na dəyişdirilmişdir. Naxçıvan MR-da xidmət etdiyi dövrdə Lənkərandakı H/H-də yoxlamalara başlanılmışdır. 2016-cı ilin oktyabr ayının əvvələrində Naxçıvanda olan zaman qardaşı Yaqub ona zəng edərək Nəsibə adlı bir qadınla tanış olduğunu, həmin qadının Müdafiə Nazirliyinin Məxfi Hissəsində çalışdığını və onun xidmət yerinin Azərbaycanın istənilən regionuna dəyişə biləcəyini vəd etdiyini bildirmiş, o, qardaşından həmin qadını haradan tanıdığını və yerdəyişmə işini necə həll edə biləcəyini soruşanda o, qadınla Elşən adlı tanışının vasitəsi ilə tanış olduğunu, qadının ona MTN-da yüksək vəzifədə işləyən Fariz adlı generalla tanışlığı olduğunu, həmin X2 Baş Qərargah rəisi Nəcməddin Sadıqovla münasibəti olduğunu bildirdiyini və buna görə də sonuncudan onun yerdəyişmə işinə köməklik etməsi üçün xahiş edəcəyini bildirmişdir. O, da qardaşına etiraz etməmiş və yerdəyişmə işinin həll edilməsinə razılıq vermişdir. Bundan sonra qardaşı həmin qadının onun xidməti vəsiqəsinin surətini tələb etdiyini bildirmişdir, o da bunun nə üçün lazım olduğunu soruşanda guya həmin qadının onun məlumatları ilə maraqlanacağını bildirmişdir. O, da etiraz etməyib xidməti vəsiqəsinin surətini ona göndərmişdir. Təxminən 1 ay müddətində guya həmin qadın onu yoxlatdırtmış və sonra qardaşına problem olmadığını, onun yerdəyişmə işini həll edə biləcəyini bildirib bunun müqabilində 20.000 manat pul istəmişdir. O, da etiraz etməmiş və qardaşına pulu verməsini tapşırmışdır. Buna görə də xx.xx.2016-cı il tarixdə qardaşı Yaqut Nəsibə adlı qadınla tanışı Elşənin iştirakı ilə Yasamal rayonundakı «Asan Xidmət»in qarşısında görüşüb və həmin dövr azərbaycan manatı ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları pulu Nəsibəyə verib və həmin zaman Nəsibə, Elşən və qardaşının iştirakı ilə iltizam yazılıb və Nəsibə 6.000 ABŞ dolları pulu onun iş yerini dəyişmək adı ilə almasını etırat edərək imzası ilə təsdiq etmişdir. Aradan təxminən bir həftə on gün keçəndən sonra qardaşı Yaqub Nəsibə ilə «20 yanvar» metrostansiyasının yaxınlığında, «xxxxxx» ASC-nin binası ilə üzbəüz yerləşən kafelərin birində görüşüb və ona qalan 10.000 manat pulu verdi. Nəsibə pulu alandan sonra yerdəyişmə işinin dekabr ayında həll ediləcəyini və yeni ili evində qarşılayacağımı vəd etmişdir. Buna qədər o bir dəfə də olsa Nəsibə ilə danışmamışdır və bütün danışıqları qardaşı Yaqub aparırmış. O yerdəyişmə işi barədə iş yoldaşı Elşən Salahovun yanında danışdığından o da yerdəyişmə işinin həmin qadın vasitəsilə görülməsini ondan xahiş etmişdir, o da buna görə qardaşı Yaqubla danışmışdır ki, Nəsibə ilə danışsın və Elşənin də yerdəyişmə işini həll etsin. Yaqub da Nəsibə ilə danışandan sonra sonuncu 20.000 manat pulun müqabilində bunu da boynuna götürmüşdür. Buna görə də dekabrın 8-də Elşən məzuniyyətə çıxıb Bakı şəhərinə getmiş və dekabrın 9-da «20 yanvar» metrostansiyasının yaxınlığında, «xxxxxx» ASC-nın binası ilə üzbəüz yerləşən kafelərin birində qardaşı Yaqubun iştirakı ilə Nəsibə ilə görüşmüş, orada Nəsibəyə 20.000 manat pulun müqabilində onun yerdəyişmə işini həll edəcəyini və bu işin 2017-cu ilin yanvarın əvvəlinə, ən uzağı isə fevral ayının 2-nə qədər öz həllini tapacağını vəd etmiş və Elşən Yaqubun yanında işin həlli üçün ilkin olaraq 10.000 manat pul vermiş, qalan pulu da eyni yerdə xx xxxxxx 2016-cı il tarixdə vermişdir. 2016-cı ilin dekabrın 15-də o da məzuniyyətə çıxıb Bakı şəhərinə gəlmiş. Bakı şəhərində olarkən Şəki şəhərində olan Elşən ona zəng edib rayondan gəldiyini və birlikdə gedib Nəsibə ilə görüşməyi və işin həlli mərhələsi barədə maraqlanmağı trəklif etmişdir. O da etiraz etməmiş və buna görə də «xxxxxx» ASC-nin binası ilə üzbəüz yerləşən kafedə Nəsibə ilə görüşmüşlər. Görüş o, Elşən və Nəsibə arasında olmuşdur. Orada söhbət zamanı Nəsibə narahat olmamağı, işin həlli istiqamətində işlədiyini, bir daha qeyd edərək işi qohumluq münasibəti olduğu MTN-də general rütbəsində çalışan Fariz adlı şəxsin vasitəsi ilə gördüyünü bildirib onları işin düzələcəyinə tam əmin etmişdir. Nəsibənin vəd etdiyi vaxt gəlib çatanda Nəsibə guya N.Sadıqovun Azərbaycanda olmadığını və yeni ildən sonra gələn kimi əmrə qol çəkəcəyini bildirmişdir. 2017-ci ilin əvvəlində Lənkərandakı H/H-də aparılan yoxlamalarda təxminən 175.000 manat çatışmamazlıq yaranmış və maliyyə xidmətinin rəisi kimi onun məsuliyyətə cəlb edilməsi məsələsi ortaya çıxmışdır. Buna görə də o qardaşı Yaquba ətrafda tanış adam tapıb həmin məsələnin yola qoyulmasını xahiş etmişdir. Yaqub da digər şəxslərə bu barədə məlumat verməklə yanaşı bu işin həll edilməsinə köməklik edilməsini həm də Nəsibədən xahiş etmişdir. Bu müddət ərzində o Nəsibə ilə əlaqə saxlayıb ışın nə yerdə olması ilə maraqlananda bır neçə dəfə eyni bəhanələri gətirəndən sonra Farizin işin həll edilməsi məsələsini Əli adlı köməkçisinə tapşırdığını və bu işin sonuncu tərəfindən görülüdüyünü bildirdi. Bir neçə gündən sonra Nəsibə qardaşı Yaquba 80.000 ABŞ dolları pul olarsa Hərbi Hissədəki çatışmamazlığa görə məsuliyyətə cəlb ediləcək bütün şəxslərin məsuliyyətdən azad edilməsi işini Farizin vasitəsi ilə həll edə biləcəyini bildirmişdir. O da bu barədə hərbi hissədəkilərə desə də bu məbləğlərlə razı olan olmamışdır. 2017-ci ilin əvvəlindən etibarən o yenə də Nəsibə ilə mütəmadi olaraq əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlanmağa başlamışdır. Onun onu sıxışdırdığını görən Nəsibə yekunda ona Əlinin nömrəsini vermişdir ki, o onunla əlaqə saxlasın. Bundan sonra o, da Əli adlı şəxslə əlaqə yaratmış və danışıq zamanı Əli adlı şəxs həqiqətən də onun yerdəyişmə işi ilə onun məşğul olduğunu, rəhbərliyin köməkçisi olduğunu, bu işin həll edilməsi üçün rəhbərliyin ona tapşırdığını bildirib bundan sonra işlə bağlı onunla əlaqə saxlamağını, Nəsibəni narahat etməməyi istəmişdir. Aradan bir neçə gün keçəndən sonra Nəsibə ilə əlaqə saxlayanda sonuncu yerdəyişmə işini Nəciməddin Sadıqovun vasitəsi ilə deyil, birbaşa Naxçıvan X4 komandanı Kərəm Mustafayevin vasitəsilə görəcəklərini, Bilal adlı nümayəndələrinin bir neçə günə Naxçıvana gəlib komandanla görüşəcəyini bildirmişdir. Lakin bir neçə gün aradan keçəndən sonra o həmin şəxsin gəlmədiyini görüb Nəsibə ilə əlaqə saxlamışdır. Nəsibə də Bilal adlı şəxsin nömrəsini ona vernrışdır. O da həmin nömrə ilə əlaqə saxlamış və telefonda danışan şəxsin yaşlı bir adam olduğunu görmüşdür. Həmin şəxsdən Naxçıvana nə zaman gələcəyini xəbər alnda sonuncu nəvəsinin xəstə olduğunu və vaxtı olmadığını bildirmişdir. O da narazı şəkildə işə görə xeyli pul verdiyini bildirəndə həmin şəxs bundan məlumatı olmadığını, deməsinə görə Qarabağ əlillər Cəmiyyətinin sədr müavini olduğunu, sadəcə ona 100 manat pul verildiyini, bir də gəliş-gediş bletinin alındığını və ondan Naxçıvana gedib Kərim Mustafayevin qəbuluna düşüb onların xahişlərinin edilməsinin xahiş edildiyini bildirmişdir. Bundan sonra o Nəsibə ilə əlaqə saxlamışdır. Nəsibə də belə bir şeyin ola bilməyəcəyini və həmin şəxsin Naxçıvana gələcəyini bildirmişdir. Elə bu ərəfə də mənimsəmə faktına görə cinayət işi başlanılmışdır. Bundan sonra o bir neçə dəfə Nəsibə və Əli ilə əlaqə saxlayıb işin nə yerdə olması ilə maraqlanmağa davam etmişdir və 2017-ci ilin yanvar ayının sonlarında Nəsibə ilə danışanda o, ona barəsində olan cinayət işinin yerdəyişmə işinin həll edilməsinə əngəl törətdiyini, ilkin olaraq həmin məsələnin həll edilməli olduğunu bildirmişdir. Bundan sonra Əli ilə əlaqə saxlamış və o da eyni tələbi irəli sürmüşdür və bu işi də həll edə biləcəyini vəd etmişdir. O da razılıq verəndən soma Əli işin həll edilməsi məbləğini Nəsibənin ona deyəcəyini bildirmişdir. Sonradan Nəsibə onunla əlaqə saxlayıb cinayət işində onun adının çıxarılması və həmçinin maddi ziyanın ödənilməsi barədə rəsmi qəbz verilməsi üçün ümumulikdə 26.000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O də ona bu məbləğdə pulu olmadığını, yerdəyişmə işinə görə onlara verdiyi ümumulikdə 20.200 manat pulu faizə borca götürdüyünü, buna görə də verdiyi 20.200 manat pulu cinayət işinin həll edilməsi işinə sərf edilməsini, bu məsələ düzələndən sonra yerdəyişmə işinə görə pul verəcəyini bildirmişdir. Bunu Əli ilə danışanda ona da təklif etmişdir. Lakin onlar bununla razılaşmamış və bu işin ayrı, o biri işin ayrı olduğunu bildirməyə başlamışlar. Bu mübahisəli vəziyyət 3-4 gün çəkmişdir. Sonra Nəsibə ona demişdir ki, Farizgil tələb edirlər ki, o 26.000 ABŞ dolları pulu heç olmasa yarısını versin, onlar bu pula işi həll etsin, sonra o onların pulunu hissə-hissə ödəyəcək. O da Nəsibəyə yarısına da gücünün çatmadığını bildirmişdir. Bundan sonra Nəsibə heç olmasa 5.000 ABŞ dolları pul düzəltməyini, həmin pulun üzərini özü br qədər düzəldəcəyini və şəxsən Farizin yanında gedib özü onun razılığını alacağını bildirmişdir. O da onunla razılaşmışdır. Təxminən 2017- ci ilin yanvar ayının 30-da Nəsibə onınla əlaqə saxlayıb Xızıya getdiyini, lakin Əlinin onunla əlaqə saxlayıb geri qayıdıb ondan pul götürməsini istədiyini bildirmişdir. O həmin zaman Xırdalandakı parkda uşaqlarla gəzirmiş və həmin zaman üzərində 3.000 ABŞ dolları pul olduğundan Nəsibəyə parka gəlməsini xahiş etmişdir. Nəsibə ilə parkda görüşəndən sonra 3.000 ABŞ dolları pulu ona vermiş və qalan 2000 ABŞ dolları pulu bir neçə günə ona verəcəyini bildirmişdir. Ertəsi gün o Naxçıvana xidmət yerinə getmişdir. Pulu Nəsibəyə verəndən 3-4 gün sonra o Əliylə əlaqə saxlayanda ilkin olaraq Əli telefonlara cavab verməmişdir. Həmin gun sonradan Əli özü onu yığmışdır, danışıq zamanı o ondan işin nə yerdə olduğunu soruşmuşdur, Əli də ona niyə pulu gətirib çıxartmadığını soruşmuşdur. O da ona Nəsibəyə 3000 ABŞ dolları pul verdiyini bildirmişdir. Bu zaman Əli Nəsibənin ünvanına nalayiq söz işlədib pulun ona çatdırlmadığını bildirmişdir. Bundan sorra o Nəsibə ilə əlaqə saxlayıb Əlinin dediklərini bildirəndə Nəsibə Əlinin qələt etdiyini və pulu ona verdiyini bildirmişdir. Ertəsi gün Əli özü ona zəng edib Nəsibənin pulu ona çatdırdığını bildirmişdir. Bundan təxminən 2-3 gün sonra qardaşı Yaqub və Şirzad «20 yanvar» metrostansiyasının yaxınlığında Nəsibə ilə görüşüb və ona 1500 ABŞ dolları pul vermişlər. Bunun üzərindən 10 gün keçəndən sonra qardaşı Yaqub yenə «20 yanvar» metrostansiyasının yaxınlığında yenə də Nəsibə ilə görüşüb ona 500 ABŞ dolları pul vermişdir. Bununla da, Nəsibəyə 5.000 ABŞ dolları pul verilmiş oldu. Bundan bir həftə sonra qardaşım Yaqub «20 yanvar» metrostansiyasının yaxınlığında yenə də Nəsibə ilə görüşüb ona 3.500 manat pul verdi. Beləliklə də barəsində olan cinayət işinə görə Nəsibəyə ümumulikdə 12.000 manat pul verilmişdir. Həmin müddət ərzində onu istintaqa çağırıb ifadələrini alırmışlar və o hər dəfə istintaqdan çıxandan sonra Nəsibə və Əli ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşanda hər dəfə onlar məlumatlı olduqlarını, guya onun istintaqa gəlməyindən xəbərləri olduğunu, narahat olmamağını, guya Respublika Prokurorluğunda Natiq adlı şəxslə danışdıqlarını bildırirmışlər. Onlar hər dəfə müxtəlif adlar çəkib guya işi birbaşa Respublikası Prokurorluğunda işləyən şəxslərin əli ilə həll etdiklərini və istintaq dövründə barəsində olan cinayət təqibinə xitam veriləcəyini və barəsində olan işin məhkəməyə verilməyəcəyini bildirirmişlər. 2017-ci ilin aprel ayında Nəsibə onunla və Elşənlə əlaqə saxlayıb Naxçıvan qarnizonunda az müddət xidmət etdiklərinə görə yerdəyişməyə əsas olmadığını, yalnız xəstəliyi əsas gətirə biləcəklərini, buna gerə də Hospitaldan xəstəlik barədə arayış lazım olduğunu bildirib həmin arayışın alınması üçun hərəsinə 2000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin ərəfədə o istintaqla bağlı Bakı şəhərində olduğundan Nəsibə ilə 3-cu mkr rayon dairəsində olan «Çudo Peçka»nın yanında görüşmüş və 2000 manat pulu Nəsibəyə vermişdir. Həmin zaman Elşən də 2000 manat pulu taksi ilə ora göndərmiş və o həmin pulu da götürüb Nəsibəyə vermişdir. Lakin sonradan nə qədər Nəsibədən arayışın surətini istəsələr də o, müxtəlif behanələrlə arayışın surətlərini verməkdən boyun qaçırmış. Əli və Nəsibə barəsində olan cinayət işinə xitam veriləcəyini vəd etsələr də iş üzrə digər şəxslərlə yanaşı ona da ittiham elan edilmiş və barəsində olan cinayət işi Cəlilabad Hərbi məhkəməsinə göndərilmişdir. İş məhkəməyə göndəriləndə o Nəsibə ilə əlaqə saxlayıb işin məhkəməyə göndərildiyini bildirmiş, lakin o, işin hələ məhkəməyə getmədiyini və onun adının çıxarıldığını bildirmişdir. Elə bundan bir gün sonra ona istintaqı aparan müstəntiq zəng edib onun qəbuluna Bilal adlı şəxsin gəldiyini bildirib həmin şəxsin onun qohumu olub-olmadığını soruşmuş, o isə elə bir adam tanımadığını bildirmişdir. Bundan sonra o başa düşmüşdür ki, Nəsıbəgil işini guya xahiş etdirmək üçün Bilalı istintaqa göndəriblər. Lakin artıq müstəntiq ona işin məhkəmədə olduğunu bildirmişdir. Bundan sonra Nəsibə və Əli bu dəfə guya işi məhkəmədə həll edəcəklərini bildirməyə başlamışlar. Həmin vaxtı işə Əli adlı hakim və Rzaxan adlı dövlət ittihamçısı baxırmış. Lakin hər dəfə Nəsibə və Əli guya işə başqa adamların baxdığını bildirirmişlər və onu inandırmağa çalışırmışlar ki, guya işi həll edirlər. Halbu ki, onlar işin kim tərəfindən aparılmasını belə bilmirmişlər. O vəziyyətin belə olduğunu görüb qətiyyətlə pulunu geri tələb etməyə başlamışdır. Onunla eyni vaxta pulu Elşəndə tələb edirmiş. O pulu onlardan tələb edəndə onlar guya onun işini həll etdiklərini bildirib pulu geri qaytara bilməyəcəklərini deyirmişlər. Lakin o onlara heç bir iş görmədiklərini və bu imkana da malik olmadıqlarını bildirib onlardan pulunu tələb etməyə başlamışdır. Həmin ərəfədə özünü Əlinin baldızı kimi təqdim edən Rəfiqə adlı qadın ***-***-**-** nömrəsindən mənə zəng edib narahat olmamağı. Əli ilə danışdığını və məsələnin həll ediləcəyini vəd edirmiş. Həmin ərəfədə o Bilal adlı şəxsə zəng edib onu görüşə dəvət etmiş, onunla «20 yanvar»da uşaq xəstəxanasının yaxınlğında görüşmüş və başına gələnləri ona danışmışdır. Bundan sonra Bilal adlı şəxs Nəsibəgili tanımadığını bildirib onlarla onu qohumu Əli adlı şəxsin tanış etdiyini və Nəsibənin Naxçıvana gedib Kərəm Mustafeyvlə danışması üçün ona ancaq yol pulu olaraq 100 manat pul verdildiyini və gediş-gəliş biletinin alındığını bildirib Əli adlı şəxsə zəng etmişdir. Bundan sonra ora Əli adlı şəxs gəlmişdir. Əli ora gələndən sonra Rəfiqə adlı qadını elə də yaxşı tanımadığını, sonuncunun tanımadığı bir nəfər yaşlı kişi ilə onun yanına gəlib yeznəsinin (məninəzərdə tuturmuş) Naxçıvanda xidmət etdiyini bildirib Bilaldan «perevod» üçün Kərəm Mustafayevdən xahiş etməyi istədiklərini və buna görədə onun Bilaldan bunu xahiş etdiyini bildirmişdir. Daha sonra Əli həmin yaşlı şəxsin adının Əhməd Vəliyev olduğunu bildirmişdir. Daha sonra Əli Rəfiqənin yaşadığı evin ünvanını ona izah etmişdir. Bundan sonra o Rəfiqənin yaşadığı ünvanı tapmış. O, X16 Petroldan yuxarı qalxanda yol kənarındakı 177-ci fərdi yaşayış evi idi. Ora gedib qapını döyəndən sonra Nəsibə qapıya çıxmış və onu tanımamzlığa qoymuşdur. Özünü təqdim edəndən sonra Nəsibə səs-küy qaldırmağa başlamışdır ki, guya ona şər atır və ondan pul almayıbdır. Sonra isə ona «ağlın olardı verməzdin, verdiyin pulu Əliyə vermişəm, get ala bilirsən al». Bundan sonra o Nəsibə və Əlinin birləşib onun ümumilikdə 34.000 manat, Elşənin isə 25000 manat pulu dələduzluqla ələ keçirdiyini görüb ondan şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdədir. 2016-cı ilin sentyabr ayının 13-də Naxçıvan MR X4 N saylı hərbi hissəsində maliyyə xidmətində xidmət etməyə başlamışdır. Eyni vaxtda mayor Zərərçəkmiş şəxs2 da onunla xidmətə başlamışdır. Onlar hər ikisi Naxçıvan MR-da xidmət etsələrdə ailələri Bakı şəhərində yaşayırmışlar və buna görə də orada hərbi xidmət keçmək onlar üçün çətinlik yaradırmış. Bu səbəbdən də çalışırmışlar ki, xidmət yerlərini Azərbaycanın digər yerlərinə dəyişsinlər. Təxminən 2016-cı ilin dekabr ayının əvvəllərində Hüseyn qardaşı Yaqubun vasitəsilə Nəsibə adlı qadınla tanış olduğunu və həmin qadının pul müqabilində onun xidmət yerinin dəyişdirilməsi məsələsini həll etdiyini və demək olarki, bu məsələnin artıq öz həllini tapıdığını bildirmişdir. O da də bundan sonra Hüseyndən xahiş etmişdir ki, mümkündürsə həmin qadın onun da yerdəyişmə işinə köməklik etsin. Bundan sonra Hüseyn onun yanında Nəsibə adlı qadınla telefonda danışmış. Həmin qadın da onun yerdəyişmə işini həll edə biləcəyini və bunun üçün 20.000 manat pul lazım olduğunu bildirmişdir. O ozudə Nəsibə adlı qadınla Hüseynin telefonu ilə danışmışdır və qadın bu işdə una köməklik edə biləcəyini bildirmişdir. O da yerdəyişmə işinin həll cdilməsi üçün Nəsibə adlı qadınla iş görmək qərarına gəlmişdir. xx.xx.2016-cı ıl tarixdə o növbəti məzuniyyətə çıxmış və Bakı şəhərinə gəlmişdir. Evdən 10.000 manat pul götürəndən sonra Hüseynin qardaşı Yaqubla əlaqə saxlamış və ona Nəsibə ilə görüşüb ilkin olaraq 10000 manat vermək istədiyini bildirmişdir. Buna görə də həmin gün saat 19:00 radələrində «20 yanvar» metrostansiyasının yaxınlığında, «xxxxxx» ASC-nin binası ilə üzbəüz yerləşən kafelərin birində Yaqubla birlikdə Nəsibə ilə görüşmüşdür. O kafeyə gedəndə Yaqubla Nəsibə artıq orada imiş. Orada söhbət zamanı Nəsibə 20.000 manat pulun müqabilində onun yerdəyişmə işini həll edəcəyini və bu işin 2017-cu ilin yanvarın əvvəlinə, ən uzağı isə fevral ayının 2-nə qədər öz həllini tapacağını bildirmişdir. Lakin həmin zaman Nəsibə həmin işi kimin vasitəsi ilə və necə edəcəyi barədə heç nə deməmişdir. Həmin söhbət zamanı belə razılaşmışlar ki, o üzərində olan 10.000 manat pulu versin və qalan 10.000 manat da pulu tez bir zamanda tapıb ona vercəkmiş. Bundan sonra o Yaqubun yanında 100 manatlıq pul əzkinazları olmaqla 10.000 (on min) manat pulu Nəsibəyə vermişdir. Nəsibə də pulu götürüb saymadan əynindəki gödəkçənin cibinə qoymuşdur. Bundan sonra o tanışlarından 10.000 manat borc pul alıb xx.xx.2016-ci il tarixdə eyni kafedə yenə Yaqub və Nəsibə ilə görüşmüş və həmin pulu da Nəsibəyə vermişdir. 2017-ci ilin yanvar ayında özü Nəsibə ilə əlaqə yaratmış və işin nə yerdə olduğunu soruşmuşdur, o da işin ən uzağı söz verdiyi kimi fevralın əvvəlinə qədər düzələcəyini bildirmişdir. Nəsibənin vəd verdiyi müddət gəlib çatandan sonra o Nəsibə ilə əlaqə saxlamışdır, o da bir az işin uzanacağını və bir qədər səbrli olmağını xahiş etmişdir. O da etiraz etməyib işin həll olunmasını gözləməyə başlamışdır. 2017-ci ilin mart ayında Nəsibə ona zəng edib ondan xatrındə qalmayan hansısa bir işinin həl edilməsi üçün ona 3000 manat borca pul verməyini xahiş etmişdir. O da etiraz etməmiş və Naxçıvan MR-dan «xxxxxxxxxxxx» ASC-nin filiyalından ona 3000 manat pul göndərmişdir. Həmin ərəfədə o işin uzandığını görüb Nəsibədən təkidlə işin həllinin nə yerdə olduğunu soruşduğundan o, bu işin həll edən şəxsin Əli adlı şəxs olduğunu, əgər ona inamırsa Əli adlı şəxslə əlaqə saxlayıb ondan soruşa biləcəyini bildirmişdir. O da belə olan halda Əli adlı şəxsin özünün onunla əlaqə saxlamasını istəmişdir. Dəqiq tarixi yadında deyil mart ayında Əli adlı şəxs ***-***-**-** nömrəsinə NAR nömrə ilə zəng edib danışmış və ona işı həll edən şəxsin ozu olduğunu, hansısa bir rəhbərliyin bu işi ona tapşırdığını, lakin yerdəyişmə işinin bir az çətin məsələ olduğu üçün gecikdiyini, ancaq gec-tez həll olunacağını bildirib ondan səbrli olmağını istəmişdir. Bu minvalla aprel ayı gələndə Nəsibə onunla əlaqə saxlayıb xəstə olmağı səbəbi ilə yerdəyişmə işinin həll edilməsi üçün Müdafiə Nazirliyinin Hospitalından xəstəliyi haqqında arayış lazım olduğunu və həmin arayışın alınması üçün 2.000 manat pul lazım olacağını bildirdi. O da etiraz etməmiş və həmin zaman Naxçıvan MR-da olduğu üçün evlə əlaqə saxlamış və evdəkilər taksi ilə pulu Hüseynə göndərmiş, sonuncu da həmin pulu Nəsibə ilə gorüşub ona vermişdir. Beləliklə də o Nəsibəyə yerdəyişmə işinin həl edilməsi üçün ümumilikdə 22.000 manat və borc olaraq 3.000 manat pul vermişdir. Bundan 4-5 gün keçəndən sonra Nəsibə ilə əlaqə saxlamış. Sonuncu da həftənin sonu olduğu üçün arayışı ala bilmədiyini və arayışı 1-ci gün alacağını bildirmişdir. Növbəti həftənin birinci günü Nəsibə ilə əlaqə saxlayanda ona arayışı götürdüyünü və Əliyə verdiyini bildirmişdir. Bundan sonra o Əliylə danışmış və sonuncu da arayışın onda olduğunu təsdiqləmişdir. O da bundan sonra Əlidən arayışın surətinin ona verməsini istəmişdir. Sonuncu da arayışın surətini Nəsibəyə verəcəyini və ondan götürməyini demişdir. O sonradan Nəsibə ilə əlaqə saxlamış, o da ona arayışın surətini götürüb ona verəcəyini vəd etmişdir. Lakin sonrakı günlər Nəsibə müxtəlif bəhanələrlə arayış surətini ona təqdim etməməyə başlamışdır. Bundan sonra o Nəsibə ilə dəfələrlə əlaqə saxlayıb məsələnin nə yerdə olduğunu soruşanca sonuncu hər dəfə müxtəlif bəhanlər gətirib bü gün-sabah deyərək yalanlar danışmağa başlamışdır. Həttda onunla dəfələrlə əlaqə saxlayanda o, Əli ilə Müdafiə Nazirliyinə getdiyini, sonuncunun Baş Qərargah rəisi N.Sadıqovun qəbuluna getdiyini bildirirmiş. Hər dəfə guya qəbula getdiyini, N.Sadıqovun yanında adam olduğu üçün Əlinin görüşə bilmədiyini, gah görüşdüyünü və növbəti gün əmrə imza ediləcəyini və sair yalanlar uydurmağa başlamışdır. O Əli ilə danışdığı müddətdə sonuncuya yerdəyişmə işinin həll edilməsi üçün Nəsibəyə hansı məbləğdə pul verdiyini bildirməmişdir. Bir gün Əli özü onunla əlaqə saxlayıb Nəsibəyə nə qədər pul verdiyini soruşanda ona bu ış üçün Nəsibəyə ümumilikdə 22.000 manat pul verdiyini bildirmişdir. Bundan sonra Əli Nəsibənin ona cəmi 3.000 manat pul verdiyini etiraf etmişdir. 2017-ci ilin may-iyun ayında o artıq verdiyi 25.000 manat pulu Nəsibə və Əlidən tələb etməyə başlamışdır. Öz növbəsində Əli onda onun cəmi 8.000 manat pulunun olduğunu bildiribmiş həmin pulu qaytaracağını vəd etmişdir. Nəsibə isə ondan aldığı bütün pulu Əliyə verdiyini bildirmişdir. O də həmin zaman Naxçıvanda olduğuna görə onların bir yerə toplayıb üzləşdirə bilmirmiş. Bundan bir müddət sonra Əli və Nəsibə telefonlarına cavab verməməyə başlamışlar. 2017-ci ilin dəkabr ayında onun yanında Hüseyn Nəsibə ilə danışmış və həmin danışığı o öz telefonu vasitəsi ilə yazmışmışdır. Bunu da etməkdə məqsədi Nəsibə və Əliyə qarşı sübut ortaya çıxarmaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ondan əvvəl zərərçəkmiş şəxsqismində dindirilmiş qardaşı Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o əvvəllər DİN-də işləmiş və 2014-cü ildə Metropolitendə Polis şöbəsinin polis nəfəri vəzifəsindən təqaüdə çıxmışdır. Şahid3 onun iş yoldaşı olub və işlədiyi dövrdə onunla münasibətim yaranıb və sonradan o Əliağanın övladının kirvəsi olmuşdur. Təxminən 2016-cı ilin sonlarında Əliağa ona müraciət edərək qudasının Hüseyn adlı qohumunun ona müraciət edərək hərbi məsələlərdə bəzi problemləri olduğunu, barəsində Hərbi prokurorluqdan cinayət işinin istintaq olunduğunu və hərbi prokurorluğa gedib həmin istintaqın nəticəsi ilə bağlı maraqlanmağını xahiş etmişdir. O da əvvəllər Hərbidə çalışan zaman Qarabağ döyüşlərindən şücayətlərinə görə dövlət tərəfindən yüksək orden və medallarla təltif edildiyindən vəzifəli şəxslərin yanına gedib onlardan nəyisə xahiş edəndə yaxşı qarşılandığına görə Əlıağaya etiraz etməmişdir və bu işlə maraqlanacağını söz vermişdir. Buna görə də o Hərbi prokurorluğa gedib Zərərçəkmiş şəxs2 işini aparan müstəntiqin qəbulunda olmuşdur. Həmin zaman müstəntiq onun yanında Hüseynlə əlaqə saxlayıb onu tanıyıb-tanımadığını soruşmuş, o da onu tanımadığını bildirmişdir. Bundan sonra o bayıra çıxıb əvvəlcədən Əliağanın ona verdiyi Hüseynin nömrəsi ilə əlaqə saxlayıb ona onun işi ilə maraqlanmaq üçün müstəntiqin qəbuluna gəldiyini və belə olan halda nəyə gorə müstəntiqə onu tanımadığını bildirdiyini soruşmuş, Hüseyn də buna ehtiyac olmadığını və öz işini özü danışdığını bildirmişdir. Aradan bir müddət keçəndən sonra Əliağa ona xahiş etmişdir ki, həmin Hüseynin Naxçıvan MR-da hərbi xidmət etdiyini, onu Bakıya «perevod» etdirmək istədiklərini bildirib bu işdə köməklik edilməsi üçün Naxçıvana gedib X7 Kərəm Mustafayevə görüşüb ondan xahiş etsin. O da etiraz etməmiş və vaxtı olanda gedəcəyini söz vermişdir. Lakin vaxtı olmadığı üçün o Naxçıvana getməmişdir. Aradan xeyli müddət keçəndən sonra Hüseyn ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O da etiraz etməmiş və onunla «20 yanvar» metrostansiyasının yaxınlığında görüşmüşdür. Hüseyni ilk dəfə idi ki, həmin zaman görürmüş. X19 adlı qadının onun külli miqdarda pulunu alıb barəsində olan cinayət işinin və «perevod» məsələsinin həll edilməsi adı ilə aldığını və aldatdığını bildirib ondan xahiş etmişdir ki, həmin Nəsibə adlı qadının ünvanını ona desin. O da Nəsibə adlı qadını tanımadığını, bu işi ondan Əliağa adlı tanışının xahiş etdiyini bildirib Əliağa ilə əlaqə saxlayıb onu çağıtdırmışdır. Əliağa gələndən sonra ona da məlum olmuşdur ki, bu işi ondan xahiş edən Sahibə adlı qadın Hüseyndən pul alıbdır. Bundan sonra Əliağa Hüseyni ondan pul alan Nəsibə adlı qadının ünvanını izah etmiş və onu necə tapa biləcəyini başa salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,əvvəllər DİN-də işləmiş və 2014-cü ildə Metropolitendə Polis şöbəsinin polis nəfəri vəzifəsindən təqaüdə çıxmışdır. 2016-c ilin sonlarında qudası Məhəmməd Hacıyevin bacısı X8 ona müraciət edərək Sahibə adlı rəfiqəsinin tanışlarının hərbi məsələlərdə bəzi problemləri olduğunu və həmin problemin həll edilməsində ona köməklik edilməsini xahiş etmişdir. Onu da qeyd edim kı, qardaşı Şahid2 ögey qardaşıdır, Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır, buna görə hərbidə yaxşı hörməti və nüfuzu var idi və bunu da onunla yeni qohum olan qudasıgil bilirmiş. Ona görə də bu işlə bağlı Aidə ona müraciət etmişdir. Bundan başqa o «Akkord»un binasında 6-cı mərtəbədə yaşayırmış, qudası da 9-cu mərtəbədə yaşayırmış. Aidə ona müraciət edəndən bir neçə gür sonra onu qardaşının mənzilinə dəvət etmişdir. O həmin mənzilə qalxanda orada əvəllər tanımadığı Təqsirləndirilən şəxs2 və onun yanında özünü Əli kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin zaman Aidə Sahibənin onun rəfiqəsi olduğunu, Sahibənin Nəsibə adlı rəfiqəsi olduğunu və Nəsibənin xahişi ilə Əli adlı şəxsin qaynının «perevod» və barəsində olan cinayət işinin həll edilməsini xahiş edildiyini bilmişlər. Tanışlıq zamanı Əli özünü Daxili İşlər Nazirliyinin keçmiş polkovnik-leytenant rütbəli əməkdaşı olduğunu, sonuncu iş yerinin DİN-nin Baş İctimai təhlükəsizlik idarəsi olduğunu və oradan təqaüdə çıxdığını bildirmişdir. Həmin şəxslə söhbət zamanı o ondan həmin idarədə işləmiş və işləyən şəxslərin bəzilərinin adlarını çəkmişdir, lakin həmin şəxs onları tanımamış və ona da qəribə gəlmişdir ki, həmin idarədə işləyib necə ola bilərki belə şəxsləri tanımaya bilmir. Daha sonra söhbət zamanı Hüseyn adlı qaynının Naxçıvan MR-da hərbi xidmət etdiyini, onu Bakıya «perevod»etdirmək istədiklərini, lakin Hüseynin barəsində Bakı Hərbi prokurorluğundan cinayət işinin istintaqı aparıldığını və həmin işin həll edilməyənə qədər «perevod» edilə bilməyəcəyini bildirib ondan xahiş etmişlər ki, o qardaşı Bilaldan Hərbi prokurorluqda işləyən şəxslərdən həmin işin həll edilməsinə köməklik edilməsini xahiş etsin. Daha sonra Əli adlı şəxs ona Hüseynin və Hərbi prokurorun köməkçisinin nömrəsi olan bir vərəq vermişlər ki, məhz həmin adamla əlaqə saxlamaq lazımdır. O da hələ həmin zamanlar onlarla yeni qohum olduğundan qudasının bacısının xahişini nəzərə alıb onlara kömək etmək qərarına gəlmişdir. Əligilin istəyi qardaşının Hərbi prokurorun qəbuluna girib ondan işin hansı qaydada yoluna qoyulmasını öyrənmək idi. O da bu barədə qardaşı Bilaldan xahiş etmiş və o da onun xahişinə əsasən Bakı şəhər hərbi prokurorluğuna qəbula getmiş, orada ondan nə ilə bağlı gəldiyini soruşduqda o, Hüseynin işi ilə bağlı gəldiyini bildirmiş, bundan sonra isə Hüseyn özü qardaşına zəng edib buna ehtiyac olmadığını və artıq işinin məhkəməyə göndərildiyini bildirmişdir. Aradan bır müddət keçəndən sonra qardaşı Bilal Hüseynlə «20 yanvar» metrostansiyasının yaxınlığında görüşdüyünü bildirib onu da ora dəvət etmişdir. O da bundan sonra ora gedib ilk dəfə qardaşının yanında Hüseynlə görüşmüş. Orada söhbət zamanı məlum olmuşdur ki, Hüseynin Nəsibəyə «perevod» və barəsində olan cinayət işinə görə ümumilikdə 56.000 manat pul veribdir. O da həmin zaman bundan məlumatı olmadığını bildirib onların ona necə çıxdığını izah etmişdir. Daha sonra Hüseyn Nəsibəni tapa bilmədiyini bildirib onun yaşadığı ünvanı tapıb ona verməyini xahiş etmişdir. O da sonradan Aidəni sıxışdırdıqdan sonra X11 harada yaşadığını bildirmiş və o da həmin ünvanı Hüseynə izah etmiş və Hüseyn özü gedib Sahibəni tapmışdır. Cinayət işinin 2-ci cild 282-288-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən ********* saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin 2-ci cild 196-197-ci vərəqələrində olan xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 176-177-ci vərəqələrində olan xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 75-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 136-137-ci vərəqələrində olan xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 30-31-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 162-169-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 21359 saylı xətşunaslıq ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Mən Təqsirləndirilən şəxs3 Əzan qızı...” yazıları ilə başlayıb “...9.11.206” rəqəmləri ilə bitən x xxxxxx 2016-cı il tarixli kağız vərəqəsində “Təqsirləndirilən şəxs3” yazısı qrafasındakı imza - Təqsirləndirilən şəxs3 Əzan qızı tərəfindən icra edilmişdir. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 172-180-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli, 21358 saylı audio və video yazıların məhkəmə ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə göstərilən yazılı mətndən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnində «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqı-Təqsirləndirilən şəxs3 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda iştirak edən "Qİ" diktorun emosianal-psixoloji vəziyyətində ekstremallıq müşahidə olunmur. Ekspertizaya təqdim olunmuş 1ədəd «PRİNCO» markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlar spontandır. Cinayət işinin 1-ci cild 173-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 48-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 1) Nərimanov Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 306.1, 69.3, 70-ci maddələri ilə təqsirli bilinərək, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 (bir) il sınaq müddəti təyin edilmiş, 2) Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 3-cü cild 208-ci vərəqəsində olan Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti xx xxxx 2020-ci il tarixdə bittiyi üçün qediyyatdan çıxarılmışdır. Cinayət işinin 2-ci cild 49-51-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2010-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 62-ci maddələri ilə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, 2) Səbail Rayon Məhkəməsinin xx xxxx 2011-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.3.2, 320.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək, 06 (altı) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 (iki) il sınaq müddəti təyin edilmiş, 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 178.3.2, 69.3, 70-ci maddələri ilə təqsirli bilinərək, 06 (altı) il 04 (dörd) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş , 02 (iki) il sınaq müddəti təyin edilmiş və xx xxxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilən cəza müstəqil icra edilmişdir. Cinayət işinin 3-cü cild 150-153-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ərizəsi təmin edilmiş, sonuncunun məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli, 1(101)-1153/2014 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 etibardan suiistifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsXəlilova Mətanət Xanmirzə qızına külli miqdar hesab edilən ümumilikdə 14110 manat pul məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətməsi hazırda qanunvericiliyə edilmiş yeni dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırdığından və 14110 manat xeyli miqdar hesab edildiyindən, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli, 1(101)-1153/2014 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş 6 il 4 ay 21 gün azadlıqdan məhrum etmə cəzası 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti məhkumetmə sayılmaqla 1 il sınaq müddətinə endirilmişdir. Cinayət işinin materiallarında olan CD disklərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 34.000 manat və Zərərçəkmiş şəxs1 isə 25.000 manat pul alaraq onları xidmət etdikləri Naxçıvan MR-dan Bakı şəhərinə tanıdığı Əli adlı şəxsin vasitəsi ilə dəyişdirəcəyini vəd etdiyi müşahidə olunur. Həmçinin, mobil operatorlardan alınmış disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir-biri ilə mütəmadi əlaqə saxlaması dinlənilir. Cinayət işinin 3-cü cild 108-ci vərəqəsində olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən 4.000 manat pul zərərçəkmiş şəxslərə ödənilmişdir. Beləliklə,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları, özlərinin izahatları və digər iş materialları ilə sonuncuların qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar olaraq və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını, qadın olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuyatəqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs3 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığı faktiki olaraq hökmün çıxarıldığıxx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dənməhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəza müddəti xx xxxx 2020-ci il tarixdə bittiyi üçün qediyyatdan çıxarılmışdır. Hazırki iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 bu cınayət işi üzrə törətdiyi əməllər (09 noyabr, 19 noyabr, 09 dekabr, xx xxxxxx 2016-cı il, 30 yanvar, 03 fevral,13 fevral, 20 fevral və xx xxxxx 2017-ci il tarixlərdə) Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü çıxarılmamışdan əvvəl törədilmiş və həmçinin Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü təyin edilmiş cəza müddəti xx xxxx 2020ci il tarixdə bittiyi üçün qediyyatdan çıxarılmışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuyatəqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs1 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığıxx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dənməhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərə 4000 manat məbləğində ödəniş etməsini, qadın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarından da aydın olur ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikasının CM-nin 178.3.2, 69.3, 70-ci maddələri ilə təqsirli bilinərək, 06 (altı) il 04(dörd) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 (iki) il sınaq müddəti təyin edilmiş, xx xxxxxxx 2012-ci il tarixli hökmü ilə təyin edilən cəza müstəqil icra edilmiş, sonradan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərari ilə Təqsirləndirilən şəxs2 ərizəsi təmin edilmiş, sonuncunun məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)-1153/2014 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə müxtəlif vaxtlarda özgənin əmlakını ələ keçirib zərər çəkmiş şəxsXəlilova Mətanət Xanmirzə qızına külli miqdar hesab edilən ümumilikdə 14.110 manat pul məbləğində ziyan vurmaqla dələduzluq cinayətini törətməsi hazırda qanunvericiliyə edilmiş yeni dəyişiklik məhkumun vəziyyətini yaxşılaşdırdığından və 14.110 manat xeyli miqdar hesab edildiyindən, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən 178.2.4-cü maddəsinə tövsif edilmiş, sonuncuya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 1(101)- 1153/2014 saylı hökmünə əsasən qəti olaraq təyin edilmiş 06 (altı) il 04(dörd) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti məhkumetmə sayılmaqla 1 il sınaq müddətinə endirilmişdir. Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə, təyin edilmiş cəzasını xx xxxxxx 2017-ci il tarixdə tam çəkdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəm qeyd etməyi zəruri hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərari ilə Təqsirləndirilən şəxs2 06 (altı) il 04(dörd) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası 4 il müddətə və təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti məhkumetmə sayılmaqla 1 il sınaq müddətinə endirildiyindən ona təyin edilmiş sınaq müddəti xx xxxxxx 2016-cı il tarixdə başa çatmış hesab edilir. Hazırki iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 bu cinayət işi üzrə törətdiyi əməllər 09 noyabr, 19 noyabr, 09 dekabr, xx xxxxxx 2016-cı il, 30 yanvar, 03 fevral,13 fevral, 20 fevral və xx xxxxx 2017-ci il tarixlərdə baş vermişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirilən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, sonuncuyatəqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq hökmün çıxarıldığıxx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dənməhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxslərə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərTəqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmışüç ədəd CD disk, Təqsirləndirilən şəxs3 pul almasına dair öz xətti ilə yazıb imzaladığı kağız cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi - 410 (dörd yüz on) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia qismən təmin edilməli vəvurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmi olaraq 56.235 (əlli altı min iki yüz otuz beş) manat müştərək qaydada tutulataq 33.235 (otuz üç min iki yüz otuz beş) manat məbləğində pul zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və 23.000 (iyirmi üç min) məbləğində pul isə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3,Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etdikləri 42 saata görə hər birinə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı və 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş“barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş“barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasənTəqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) günmüddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən, saat 11:55-dən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş“barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınaraq saxlanılmasıüçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış üç ədəd CD disk və Təqsirləndirilən şəxs3 pul almasına dair öz xətti ilə yazıb imzaladığı kağız cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 410 (dörd yüz on) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia qismən təmin edilsin vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmi olaraq 56.235 (əlli altı min iki yüz otuz beş) manat müştərək qaydada tutulataq 33.235 (otuz üç min iki yüz otuz beş) manat məbləğində pul zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 və 23.000 (iyirmi üç min) məbləğində pul zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. İş üzrə mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil BürosununUnibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 42 saata görə 252 (iki yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil BürosununUnibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar