Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X16, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx.xx.1975-ci ildə Ağsu rayonu, Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən tamah niyyətilə təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyətilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, özünü ehtiyyatda olan hərbçi kimi təqdim etməklə və hərbi sahədə tanışlarının olmasını bildirməklə, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində hərbi xidmətdə olan oğlu Şahid10 xidmət yerini dəyişdirilməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 2017-ci ilin oktyabr ayınının son on günlüyündə ünvan 1 saylı ünvanda yerləşən «Nar Bağı» kafesində Zərərçəkmiş şəxs1 4.700 manat pulunu ələ keçirmiş, nəticədə Zərərçəkmiş şəxs1 4700 manat miqdarında ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili Qoşunlarında xidmət edən digər oğlu Şahid2 leytenant rütbəsi verilməsinə köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq, xx xxxxxx 2017-ci il tarixdə ünvan 2 A nömrəli ünvanda yerləşən “Faxralı” kafesinin qarşısında Zərərçəkmiş şəxs1 3.500 manat nağd pul vəsaitini alıb ələ keçirərək vədinə əməl etməmiş, Zərərçəkmiş şəxs1 3.500 manat məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən tamah niyyətilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib oğlu Şahid4 çilingər işlədiyi X33 X20 xidmət sahəsindəki iş yerini Siyəzən xidmət sahəsinə dəyişdirəcəyinə köməklik göstərəcəyinə yalandan vəd verib aldadaraq xx.xx.2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Megastore» mağazasının qarşısında 400 manat, xx.xx.2018-ci il tarixdə yenidən həmin ərazidə 1800 manat, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 214, «Real S» marketin sağ tərəfindəki ərazidə 1400 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3600 manat pulunu ələ keçirmiş, nəticədə Zərərçəkmiş şəxs2 3600 manat miqdarında ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, qəsdən tamah niyyətilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi döngə 2, ev 12-də yaşayan Zərərçəkmiş şəxs3, özünü ehtiyyatda olan hərbçi «polkovnik Qarayev» kimi təqdim etməklə və hərbi sahədə tanışlarının olmasını bildirməklə, vahid niyyətlə, 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında 2300 manat, 2019-cu ilin iyuniyul aylarında Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda, hissə-hissə müxtəlif məbləğlərdə, ümumilikdə 4200 manat pulunu, 2019-cu ilin avqust ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Bakuelektronis” elektrik malları mağazasının qarşısında 4500 manat pulunu alaraq, oğlu Şahid6 və qohumu Vasif Ağayevi zabitlik kursuna düzəldəcəyini yalan vəd verib aldadaraq, ümumilikdə Zərərçəkmiş şəxs3 11000 manat pulunu ələ keçirməklə, həmin məbləğdə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən qəsdən tamah niyyətilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanış olduğu Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərcik ev 148-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs4, özünü ehtiyyatda olan hərbçi «polkovnik Qarayev» kimi təqdim etməklə və hərbi sahədə tanışlarının olmasını bildirməklə, vahid niyyətlə, 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında 1000 manat, 2019-cu ilin avqust ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “İstanbul NS” klinikasının qarşısında 3000 manat, 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitalın qarşısında 4000 manat, 2019-cu ilin sentyabr ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitalın qarşısında 800 manat pulunu alaraq, oğlu Murad Muradlını zabitlik kursuna qəbul edilməsi və hərbi həkim komissiyasından keçirilməsi barədə yalan vəd verib aldadaraq, ümumilikdə Zərərçəkmiş şəxs4 8800 manat pulunu ələ keçirməklə, həmin məbləğdə Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 1993-ci il tarixdə Müdafiə Nazirliyinin tabeçiliyində olan Bakı Ümumi Qoşun Ali Komandirlər məktəbinə daxil olmuş və 1995-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında tərxis olunmuş, yəni oradan azad olunmuşdur. Həmin vaxtdan bu günə qədər heç bir yerdə işləmir. Onun barəsində şikayət etmiş Zərərçəkmiş şəxs1 2017-ci ilin oktyabr ayında tanımışdır. Taciri oğlu Mustafanın vasitəsilə tanımışdır. Mustafanı isə Sanil adlı şəxsin vasitəsi ilə tanımışdır. Mustafa hal-hazırda Səngəçal qəsəbəsində yerləşən nömrəsi yadında qalmayan hərbi hissədə zabit olaraq xidmət edir. Həmin vaxt Mustafa ondan xahiş etmişdir ki, onun səhhətində problemlər olduğu üçün, xidmət etdiyi hərbi hissədə saxlanılmasında ona köməklik etsin. O, bu barədə konkret olaraq heç bir söz deməmiş, lakin bu barədə tanıdığı şəxslərdən maraqlanacağını bildirmişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, yəni Mustafa ona demişdir ki, onu xidmət etdiyi hərbi hissədə saxlayacaqlar, ona köməklik etməyə ehtiyac yoxdur. Bundan sonra Mustafanın atası Tacir adlı şəxs digər oğlu X14 xidmət etdiyini, müəyyən problemləri olduğu üçün oğlunun 13-cü əmək haqqını ala bilmədiyini deyib, bu işdə ona köməklik etməyini xahiş etmişdir. O, bu işlə bağlı ona konkret olaraq heç bir söz deməsə də, maraqlanacağını bildirmişdir. Etibar barəsində Fikrət adlı tanışına demişdir ki, maraqlanıb ona desin. Fikrət onun barəsində maraqlandıqda, Etibarın ciddi problemləri olduğunu, yəni hərbi nizam intizamı pozduğuna görə 13-cü əmək haqqını ala bilməyəcəyini bildirmişdir. Bu barədə Tacir adlı şəxsə dedikdə o, əsəbləşib ona arxayın olduğunu, oğlunun işini həll etmədiyi üçün onun başına oyun açacağını bildirmişdir. Onu da bildirir ki, qeyd olunan mövzularla bağlı aralarında söhbətlər olsa da, o, bu işləri həll edə bilmədiyi üçün, nə Tacirdən, nə də oğlu Mustafadan hər hansı məbləğdə pul almamışdır. Ümumiyyətlə pul mövzusunda aralarında heç bir söhbət olmamışdır. Tacirin oğlu Şahid2 X24 bölüyünə təyin olunmasını və leytenant rütbəsi alması məqsədi ilə «Elit» ticarət mərkəzinin yaxınlığında, o, Tacir və tanışı Fikrət adlı şəxslə Etibarın idman bölüyünə təyin olunması və leytenant rütbəsi alınması barədə söhbətlər olmuş, lakin Fikrət adlı şəxs də Tacirə konkret olaraq heç bir söz və pul barədə heç nə deməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 tanışı Giləzi kəndində yaşayan Rafiq adlı şəxsin vasitəsi ilə təxminən 2018-ci ilin noyabr ayında tanış olmuşdur. Rafiq adlı şəxslə təxminən 7-8 il bundan qabaq Bakı şəhərində tanış olmuş, onunla hansı şəraitdə tanış olmağını xatırlamır. Tanışlıqdan sonra bilmişdir ki, Rafiq Siyəzən rayonu, Giləzi kəndində yaşayır. Rafiq ona tanışı Əhlimanın oğlu X22 Qaz X20 xidmət sahəsində çilingər işlədiyini bildirmiş və bu işdə köməklik etmək lazım olduğunu demişdir. O da Rafiqə bildirmişdir ki, maraqlanar. Üstündən bir neçə gün keçmiş yenidən Rafiq bununla bağlı ona müraciət etmiş və o, qərara gəlmişdir ki, onlarla görüşsün. Belə olduqda 2018-ci ilin dekabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, «Megastore» mazağazının qarşısında Zərərçəkmiş şəxs2la görüşmüşlər. Sonra o, Əhlimanla birlikdə Şamaxinka adlanan əraziyə getmişlər. X1 surətini «Qızıl Tac» şadlıq sarayına çatmamış yolun solunda yerləşən Notarial kontorunda təsdiq etmişlər. Əhlimanla oğlunun işinin həllini 1500 manata razılaşmışlar. Əhliman razı olduğu üçün ona Şamaxinkada 400 manat pul və Turalın sənədlərin surətini vermişdir. O, ondan pulu və sənədlərin surətini götürdükdən sonra qərara gəlmişdir ki, tanışlarının vasitəsi ilə Turalın iş yerinin dəyişdirilməsində ona köməklik etsin. Üstündən təxminən 8-10 gün keçmiş Əhlimanla yenidən Şamaxinkada görüşmüş, Əhliman ona danışdıqları pulun qalığını, yəni 1100 manat pulu vermiş və onlar ayrılmışlar. Bundan sonra Əhlimana verdiyi vədi yerinə yetirmək istəsə də, buna nail ola bilməmiş və ondan 2019-cu ilin fevral ayının 28-dək vaxt alsa da, bir iş görə bilməmişdir. Əldə etdiyi pulu xərcləsə də, sonradan düzəltmiş və həmin pulu Əhlimana qaytarmaq istəmişdir. Lakin Əhliman artıq polisə şikayət etdiyini bildirmişdir. Buna baxmayaraq, ondan aldığı pulu qaytarmaq üçün yenidən Əhlimanla Şamaxinka ərazisində görüşmüş və ondan aldığı 1500 manatı onun özünə qaytarmışdır. Lakin Əhliman onunla razı olmayıb demişdir ki, pulu faizə götürmüşdür və bir neçə dəfə Bakıya gəlib getmişdir, dəfələrlə işindən qalmışdır. Buna görə də, Əhliman ona verdiyi 1500 manat pulun qarşılığında 3600 manat pul tələb etmiş, buna görə də aralarında bu zəmində mübahisələri düşmüş, səs küy salmış, hər vasitə ilə dava dalaş yaratmağa çalışmışdır, lakin o, onun hərəkətlərinə əhəmiyyət verməyib ondan aldığı pulu qaytarıb çıxıb getmişdir. Həmin müddətdən sonra bir daha Əhlimanla o, görüşməmişdir. Əhlimanla ümumilikdə 1500 manat pulun qarşılığında oğlunun iş yerinin dəyişdirilməsini razılaşmış və həmin məbləği də Şamaxinka adlanan ərazidə «Tantuni» dönər evinin yanında ondan almış, 2019-cu ilin mart ayından sonra isə həmin məbləği tamlığı ilə onun özünə elə həmin ərazidə də qaytarmış, ondan başqa hər hansı miqdarda pul almamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində düzgün göstərməmişdir. O, ümumi tanışlarımın vasitəsi ilə Turalın iş yerini dəyişdirəcəyini zənn etmiş, lakin ondan aldığı pulu heç kəsə verməyəcəkdi, həmin pulun kimsəyə verilməsi barədə Əhlimana da bir söz deməmişdir. Lakin Əhlimandan pulu aldıqdan sonra vəd etdiyi işi görə bilməmiş, ondan aldığı pulu xərcləmişdir. Buna baxmayaraq, sonradan həmin pulu düzəldib Əhlimana qaytarmışdır. Bundan başqa, Bakı şəhər Xəzər rayon sakini Zərərçəkmiş şəxs3 2019-cu ilin aprel ayının əvvəllərindən etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Şahid6 isə Şadoğlanın oğludur, X26 isə Şadoğlanın qohumudur, onlarla da əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində ona Şadoğlan zəng vurmuş və onunla Şadoğlan salamlaşandan sonra, ona demişdir ki, «mənə sənin nömrəni veriblər, mənim oğlum ali təhsillidir, istəyirəm ki, onu işə düzəldim, yəni onu zabitlik kursuna düzəldim, sən mənə bu işdə kömək edə bilərsən». O da İxtiyara demişdir ki, «heç bir narahatçılıq yoxdu, görüşüb bu barədə söhbət edərik, mən sənə kömək edərəm». Sonra Şadoğlan ona demişdir ki, «biz necə və harada görüşə bilərik», o da Şadoğlana demişdir ki, «mən sənə bir neçə günə xəbər edərəm, sonra isə bildirmişdir ki, Nəsimi rayonu Papanin adlanan ərazidə yerləşən Hərbi hospitalın yanında görüşərik». Həmin vaxtı onun pula ehtiyyacı vardır, fikirləşmişdir ki, əlinə fürsət düşüb, Şadoğlan da ona oğlunun və qohumunun işinə görə müraciət edib, onu aldatsın, pulunu ələ keçirsin, onsuzda o, heç bir yerdə işləmir, ümumiyyətlə hərbi sahə ilə heç bir əlaqəsi yoxdur. Ona görə də bir müddət keçəndən sonra, yəni 2019-cu ilin aprel ayının ortalarında günorta saatlarında o, Şadoğlana zəng vurmuş və demişdir ki, «mən hərbi hospitalın yanındayam, istəyirsən ora gəl, orada görüşək və iş barədə söhbət edək». Şadoğlan da Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitalın qarşısına gəlmiş, orada Şadoğlan ona zəng vurmuş və harada olmağımı soruşmuş, o da Şadoğlana demişdir ki, «Hospitalın qarşısında gözlə gəlirəm». Nəhayət o, Şadoğlanla Hospitalın qarşısında görüşmüşdür. O, Şadoğlana demişdir ki, «nə məsələdir, telefonda ətraflı danışa bilmədik». Şadoğlan da ona demişdir ki, «mənim oğlum Vüqar Türkiyə Respublikasında ali təhsil almışdır, istəyirəm ki, onu zabitlik kursuna düzəldim, oğlumun qaynı Vasif də Neft akademiyasını bitirmişdir, onu da eyni ilə zabitlik kursuna düzəltmək istəyirəm». O da Şadoğlana demişdir ki, «indi gecdir, qaldı növbəti qəbula, həmin vaxt mən oğlunu və oğlunun qaynını kursa düzəldərəm, bunun üçün sən mənə hər iki şəxsin diplomunun əsli və surətlərini, hərbi biletlərin əsli və surətlərini təqdim edərsən, bundan başqa da hər iki şəxsin kursa qəbul elətdirmək üçün tanışlığa görə 11000 manat da pul verərsən». Şadoğlan da onunla razılaşmış, ona demişdir ki, «pulu və sənədləri sənə necə çatdırım», o da Şadoğlana demişdir ki, «mən sənə bir neçə günə zəng edərəm, yaxın bir yerdə görüşərik». Şadoğlan da onunla sağollaşmış, o, yaşadığı evinə getmişdir. O, görmüşdür ki, Şadoğlan ona inanır, yəni Şadoğlanı aldadıb pulunu ələ keçirmək olar, ona görə də fikirləşmişdir ki, o, Şadoğlanı bir görüşdə pulunu almasın, şübhələnər, ona görə də ondan hissə-hissə pulunu alsa, hiss etməz. 2019-cu ilin aprel ayının axırlarında o, Şadoğlana zəng vurmuş və ona demişdir ki, «səni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində gözləyərəm». Şadoğlanla həmin vaxt çay evində görüşmüş, oturub çay içmişlər. Həmin vaxt o, Şadoğlandan oğlu və oğlunun qaynının sənədlərini gətirib gətirməməyini soruşmuş, Şadoğlan da ona sənədləri gətirməyini bildirmiş və sənədləri ona təqdim etmişdir. O da Şadoğlanı inandırmaq üçün ona demişdir ki, «bu sənədləri yoxlamaqdan ötrü verəcəkdir, yoxlasınlar saxtadır, yoxsa yox, ondan sonra işlə əlaqədar söhbət edəcəyik». Şadoğlan ondan soruşmuşdur ki, «pulu sənə nə vaxt çatdırım», o da Şadoğlanı inandırmaq üçün ona demişdir ki, «sənə xəbər edərəm, hələlik pul üçün tələsmə, mən əvvəlcə təqdim etdiyin sənədlərin saxta olub olmamasını yoxlayım, sənə xəbər edərəm». Sonra onlar sağollaşıb ayrılmışlar, o, yaşadığı evinə getmişdir. Şadoğlan arabir ona zəng vurmuşdur, ondan işlərin nə yerdə olmasını soruşmuş, o da Şadoğlanı inandırmaq üçün ona demişdir ki, «narahat olma, hər şey yaxşıdır, biz söz danışmışıq, sənədlərin yoxlama cavabı gəlsin, sənə xəbər edərəm». 2019-cu ilin may ayında o, Şadoğlana zəng vurmuş, ona demişdir ki, «gəl görüşək, sənədlər təmiz çıxdı, sənə qaytarım». Şadoğlan onunla razılaşmış, o, Şadoğlanla həmin tarixdə saat təxminən 15-16 radələrində Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində görüşmüş, o, Şadoğlana sənədləri təqdim etsin, ona demişdir ki, «hər şey öz qaydasındadır, problem yoxdur, sənə xəbər edərəm, uşaqların adları kompyuterdə qeydiyyatdadır, uşaqlar yüz fayiz qəbul olunacaqlar». Sonra onlar sağollaşmışlar, yaşadığı evinə getmişdir. Həmin gündən bir müddət keçəndən sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında o, Şadoğlana zəng vurmuş və ona bildirmişdir ki, «mən uşaqların işini danışmışam, artıq hər şey hazırdır, hər şey yolundadır, ancaq bəzi şəxslərə pul vermək lazımdır ki, yerləri onlar üçün saxlasınlar, başqa uşaqları götürməsinlər». Şadoğlan da ona demişdir ki, «nə qədər pul lazımdır», o da Şadoğlana demişdir ki, «gələndə özünlə 2300 manat pul götürərsən, səni axşam saatlarında Daxili İşlər Nazirliyinin Hospitalının yanında gözləyərəm». Bir az sonra Şadoğlanla dediyi yerdə görüşmüş, Şadoğlan ona tanışının yanında 2300 manat pulu sayıb vermiş, o da Şadoğlanı inandırmaq üçün Şadoğlana demişdir ki, «narahat olma, hər şey yaxşıdır, ürəyini buz kimi saxla, uşaqların işi elə bilki düzəlib, həm də birdən məni kiminsə yanında başı aşağı qoyma, adamlarnan danışmışam, birdən yolundan dönərsən». Şadoğlan ona demişdir ki, «ayıb deyil, biz kişiyik, söz danışıqdan keçər, sən demisən, mən də nə lazımdırsa edirəm». Bundan sonra onlar ayrılmışlar, o, yaşadığı evinə getmişdir. Bir neçə gün sonra o, Şadoğlana zəng vurmuş və ona demişdir ki, «uşaqların hərbi biletini mənə təcili çatdır, sənədlərin surətini çıxardıb xahiş elədiyim admlara çatdırmalıyam, səni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində gözləyərəm». Şadoğlan ora gəlmiş, hərbi biletləri ona vermiş, sonra da Şadoğlanla sağollaşıb evinə gəlmişdir. Bir neçə gün sonra şadoğlana zəng vurmuş və ona demişdir ki, «səni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində gözləyirəm, gəl sənədləri sənə verim». xx xxxx 2019-cu il tarixdə o, yenə də Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində Şadoğlanla görüşmüş, bir az sonra Şahlar adlı şəxs çay evinə gəlmişdir. Şahların yanında o, Şadoğlana hərbi bileti vermiş, həmin vaxt Şadoğlan Şahları onunla tanış etmiş və Şahlara demişdir ki, «mənim oğlumun işini düzəldən bu şəxsdir, istəyirsən sən də İxtiyarla öz söhbətini et». O, yalandan özünü Şahlara ehtiyyatda olan polkovnik Qarayev kimi təqdim etmiş, yaxşı adamlarının olduğunu və oğlunu istədiyi yerə işə düzəldəcəyini bildirmiş, bundan əvvəl də nə qədər şəxsləri işə düzəltdiyini demiş, çünki istəmişdir ki, Şahlar ona inansın. Sonra Şahlar ona bildirmişdir ki, «mənim oğlumun ixtisası ilə aviasiya arasında heç bir əlaqə yoxdur, evimizin yanındakı hərbi hissə avisasiya hərbi hissəsidir, sən oğlumu necə işə düzəldərsən». O da Şahlara demişdir ki, «narahat olma, mən bədən tərbiyyəsi universitetini qurtaran şəxsləri ora işə düzəltmişəm, bu mənim üçün boş şeydi». Şahlar da ona inanmış və ondan başqa bir şey soruşmamışdır. Sonra Şahlar ondan oğlunu evinin yaxınlığındakı hərbi hissəyə zabit kimi işə düzəltməsi üçün nə qədər pul lazım olmasını soruşanda, o da Şahlara bu iş üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Şahlar ona demişdir ki, «mənim oğlumun ixtisası hərbi hissədə işə düzəlməsi üçün uyğun deyil, necə işə düzəldə bilərsən». O da Şahlara demişdir ki, «bu mənim əlimdə heç nədi, sən pul gətirmisən, mən sənin oğlunun işini düzəldərəm». Şahlar da onunla razılaşmış, ona demişdir ki, «əgər oğlumun işini düzəldərsənsə, mən həmin pulu sənə verərəm». Sonra o, Şahlara demişdir ki, «sənin oğlunun işi ilə əlaqədar bəzi sənədlər lazımdır, istəyirsənsə, sən özün həmin sənədləri topla, ya da istəyirsən mən göndərib, alsınlar, oğlumun işi üçün tərcüməyi hal, bəzi sağlamlıq arayışları, şəkillər lazımdır, həmin sənədlərin alınması üçün 55 manat rüsum köçürmək lazımdır». Sonra da o, Şadoğlan və Şahlar sağollaşmış, yaşadığı evinə getmişdir. Sonradan o, Şadoğlanla mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır, şadoğlan ondan şübhələnməsin deyə, ondan müxtəlif vaxtlarda, Bakı şəhəri ərazisində, yəni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində, Xəzər rayonu Binə qəsəbəsində, Neftçilər metro stansiyasının yaxınlığında və Hərbi hospitalın qarşısında görüşərək, uşaqların işinin düzəlməsi üçün hissə-hissə, ümumilikdə 4200 manat pulu da almış, yəni o, hər dəfə Şadoğlanla göstərdiyi ünvanlarda görüşəndə, 300 manat, 500 manat, 1000 manat məbləğlərində pulları almışdır, hər dəfə də Şadoğlan ondan şübhələnməsin deyə ona demişdir ki, «narahat olma, hər şey yolundadır, iyul ayının ortalarında komissiya olacaqdır, uşaqları komissiyadan keçirəcəklər». Artıq o, Şadoğlandan istədiyi puldan, yəni 110xx xxxxxxxx 6500 manat almışdır. Axırıncı dəfə də, 2019-cu ilin avqust ayının ortalarında o, şadoğlana zəng vurmuş və ona demişdir ki, «artıq sonuna çatmışıq, sən Vüqar və Vasifi hərbi hospiatala həkim komissiyasından keçməkdən ötrü göndərəsən, onların işini danışmışam, komissiyadan keçirəcəklər, narahat olma, hər şey yaxşıdır». 2019-cu ilin avqust ayının ortalarında artıq komissiya başlamış, həmin vaxt da o, hərbi hospitalın qarşısında olmuşdur. Ona xəbər çatmışdır ki, Şadoğlanın oğlunun çəkisində narahatçılıqlar olmuşdur, ona görə də onu komissiyadan keçirmirlər. O da bundan istifadə etmək qərarına gəlmişdir, şadoğlanla aralarında qalan 4500 manat pulu istəmək qərarına gəlmişdir, ona görə də Şadoğlanın oğlu Vüqara demişdir ki, «atan mənə 4500 manat pul verməlidir, ona görə də səni komissiyadan keçirmirlər, get pulu gətir». Həmin vaxt şahlar öz uşağına görə ona pul verməli olmuşdur. Onun yanında şadoğlanla şahlar danışmış, ona demişdir ki, «mən onsuzda oğlum Muradın işinə görə İxtiyara 4000 manat verməliyəm, mən həmin pulu İxtiyara verirəm, qoy sənin oğlunun və digər qohumunun işini düzəltsin, sən də sonra İxtiyarla görüşəndə, qalan pulu İxtiyara çatdırasan». Şadoğlan Şahlarla razılaşmış, Şahlar ona 4000 manat pulu vermişdir. 2019-cu ilin avqust ayının axırlarında o, Şadoğlana zəng vurmuş və ona demişdir ki, «sən qalan pulu mənə çatdır, oğlunun işində problem yaranacaq», Şadoğlan da ona demişdir ki, «harda istəyirsən görüşək, mən sənə qalan pulu da verim». O da Şadoğlana demişdir ki, «səhər səni nərimanov metrostansiyasının yaxınlığında yerləşən Bakuelektroniks mağazasının qarşısında gözləyərəm». Səhərisi Şadoğlanla gündüz saatlarında Nərimanov metrostansiyasının yaxınlığında olan Bakuelektroniks mağazasının qarşısına getmiş, orada Şadoğlanla görüşmüş, həmin vaxt Şadoğlanın yanına dostu Vüqar Babaşov da olmuşdur. Şadoğlan tanışının yanında ona 4500 manat pulu sayıb vermiş, o da Şadoğlana demişdir ki, «narahat olma, elə bil sənin oğlunun işi düzəlib, hər şey superdi, mən danışmışam». Nəhayət xx xxxxxxxx 2019-cu il tarixdə Vüqarın və Vasifin imtahanı olmuş, həmin vaxt o, imtahan keçirilən Elmlər metro stansiyasının yaxınlığında yerləşən hərbi məktəbin qarşısına getməmişdir. Həmin gün Şadoğlan ona zəng vurmuş və ona demişdir ki, «uşaqlar imtahandan çıxdılar, sonra problem olmasın, sənə arxayınam». O da Şadoğlana demişdir ki, «narahat olma, danışmışam, əlini qoy qulağının dibinə keyf elə». Amma o, əslində heç kimlə danışmamış, şadoğlandan aldığı pulu ələ keçirmiş, onu da aldatmışdır ki, imtahanı da danışmış, uşaqları imtahandan keçirərlər, həm də Şadoğlana demişdir ki, «narahat olma, xx xxxxxxx 2019-cu il tarixdə imtahan cavabları çıxacaq, uşaqlar qəbul olacaqlar». xx xxxxxxx 2019cu il tarixdə imtahanların cavabları çıxmış, amma bilmişdir ki, Vüqar və Vasif imtahanlardan keçməyiblər. Həmin gün Şadoğlan ona zəng vurmuş və ona demişdir ki, «İxtiyar bu necə ola bilər, uşaqlar imtahandan kəsilibdir, axı sən mənə demişdin ki, hər şey yaxşı olar, bu nə məsələdir». O da Şadoğlan ondan şübhələnməsin deyə, ona demişdir ki, «yox hələ onların cavabı çıxmayıb, maliyyə və aviasiyanın imtahanlarının cavablarıhələ çıxmamışdır, cavabları günortadan sonra deyəcəklər». Sonra Şadoğlan ona zəng vurmuş və ona demişdir ki, «bu nə məsələdir, uşaqlara deyirlər ki, gəlin sənədlərinizi götürün», o da Şadoğlana demişdir ki, «narahat olma, mən danışmışam, uşaqlar sənədlərini götürməsinlər, cavabları günortadan sonra saat 3-dən sonra verəcəklər». Şadoğlan ona demişdir ki, «sən özün hardasan, gəl imtahan verilən yerin qabağına, mən də ora gəlirəm». O, görmüşdür ki, Şadoğlan artıq onun onu aldatdığını bilib, artıq ondan şübhələnib, ona görə də Şadoğlana demişdir ki, «get məndə gəlirəm». Bundan sonra o, şadoğlanın heç bir zənginə cavab verməmişdir. Sonra şadoğlan ona zəng vurmuş və ona demişdir ki, «mənim pulumu qaytar, yoxsa səndən şikayət edəcəyəm». O, Şadoğlanın bu zəngindən sonra telefonunu söndürmüşdür. Sonradan onu Nərimanov rayon polis idarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, şadoğlan tərəfindən aldadılmağı və 11000 manat pulunu ələ keçirməyi barədə ərizə yazmışdır. Araşdırma aparılarkən, o, Şadoğlana vurulmuş ziyanın 2000 manatını qaytarmış, qalan 9000 manat ziyanı isə hələ də qaytarmamışdır. Bundan başqa, Xəzər rayonu Qala qəsəbəsi Hərbi şəhərcik ev 148də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs4 2019-cu ilin iyul ayının ortalarından etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. X3 oğludur, onunla da aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Sonra 2019-cu ilin iyul ayının ortalarında o, Şadoğlanla Neftçilər metro stansiyasının yaxınlığındakı «Xan bağı» çay evində görüşərkən, oraya Şahlar adlı bir şəxs də gəlmiş, o, həmin vaxt şahlarla tanış olmuşdur. Şahlar onlara yaxınlaşmış, Şadoğlan Şahları ona təqdim etmiş, o, Şahlarla görüşəndən sonra oturmuşdur. O, özünü Şahlara ehtiyyatda olan polkovnik Qarayev kimi təqdim etmiş, onun yaxşı adamları olduğunu və oğlunu istədiyi yerə işə düzəldəcəyini bildirmiş, bundan əvvəldə nə qədər şəxsləri işə düzəltmişdir. Sonra Şahlar ona bildirmişdir ki, «mənim oğlumun ixtisası ilə aviasiya arasında heç bir əlaqə yoxdur, evlərinin yanındakı hərbi hissə aviasiya hərbi hissəsidir, sən oğlumu necə işə düzəldərsən». O da Şahlara demişdir ki, «narahat olma, mən bədən tərbiyyəsi universitetini qurtaran şəxsləri ora işə düzəltmişəm, bu mənim üçün boş şeydi». Şahlar da ona inanmış, o da Şahları aldatmaq üçün istəmişdir ki, Şahlar ona inansın, o da rahat onu aldatsın və onun pulunu ələ keçirsin, həmin vaxt onun pula ehtiyyacı olmuşdur. Sonra Şahlar ondan oğlunu evinin yaxınlığındakı hərbi hissəyə zabit kimi işə düzəlməsi üçün nə qədər pul lazım olmasını soruşanda, o da Şahlara bu iş üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. Şahlar da onunla razılaşmış, ona demişdir ki, «əgər oğlumun işini düzəldərsənsə, mən həmin pulu sənə verərəm». Sonra mən Şahlara dedim ki, «sənin oğlunun işi ilə əlaqədar bəzi sənədlər lazımdır, istəyirsənsə, sən özün həmin sənədləri topla, ya da istəyirsən mən göndərib, alsınlar, oğlumun işi üçün tərcüməyi hal, bəzi sağlamlıq arayışları, şəkillər lazımdır, həmin sənədlərin alınması üçün 55 manat rüsum köçürmək lazımdır». Şahlar da bu sənədlərin alınması üçün vaxtı olmadığından onunla razılaşmış, ona 55 manat pul vermiş və ona demişdir ki, «sən sənədləri topla, sonra yenidən görüşək». Sonra o, 2019-cu ilin avqust ayının əvvəllərində o, Şahlara zəng vurmuş və ona demişdir ki, «ilkin olaraq sən mənə 4000 manat pul verməlisən, səni Neftçilər metrostansiyasının yanında gözləyirəm». Şahlar da onunla razılaşmışdır. Onlar deyilən yerdə Şahlarla görüşmüş, orada Şahlar ona 4000 manat pul vermiş, lakin o, Şahları inandırmaq üçün və ondan şübhələnməsin deyə, 4000 manat puldan 3000 manatı ona qaytarmış və ona demişdir ki, «səndə qalsın, lazım olanda sənə deyərəm». Təxminən bir həftə keçəndən sonra, o, yenə də Şahlara zəng vurmuş və ona demişdir ki, «oğlunun işini danışmışam, alınır, hər şey yaxşıdır, sən 3000 manatı da mənə çatdırmalısan, pulu kiməsə verməliyəm, səni Nərimanov rayonu ərazisində olan «İstanbul NS» klinikasının yanında gözləyərəm». Şahlar da həmin ünvana gəlmiş, orada onunla görüşmüş, pulu ona verməmiş ondan soruşmuşdur ki, «sən pulu kimə verərsən, kiminlə görüşərsən». O da Şahlara demişdir ki, «sənə aidiyyəti yoxdur, mən səni həmin adama göstərə bilmərəm, ciddi adamdır, 3000 manat pulu ona verərəm, sənin oğlunun işə düzəlməsində köməklik edər». Şahlar da ona inanmış, ona 3000 manat pulu vermişdir. Sonra onlar ayrılmışlar, o, yaşadığı evinə getmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində o, Şahlara zəng vurmuş və ona demişdir ki, «gələrsən Nəsimi rayonu ərazisində yerləşən hospitala, orada tibbi komissiya keçiricələk, oğlunun komissiyadan keçirilməsi lazımdır». Şahlar da oğlu Muradı götürüb tibbi komissiyadan keçmək üçün Nəsimi rayonu ərazisində yerləşən hərbi hospitala gəlmiş, orada Muradın komissiyadan keçirilməsi 3-4 gün çəkmişdir. 2019-cu ilin sentyabr ayının əvvəllərində o, Şahlara zəng vurmuş və ona bildirmişdir ki, «qalan 4000 manat pulu da ona çatdır, bu ilin oktyabr ayının 1-də imtahan olacaq, həmin pulu orada tanış var, ona verməliyəm ki, oğlunu imtahandan keçirim, sabah komissiyaya hospitala gələndə pulu gətir». Şahlar da onunla razılaşmış, səhərisi hospitalın yanında Şahlar onunla görüşəndə, 4000 manat pulu ona vermiş, o da pulu alandan sonra Şahlara demişdir ki, «narahat olma, oğlunun işi düzəlir, hər şey yaxşıdır». Həmin vaxt da hospitalda həkim komissiyasının nəticələrindən görünmüşdür ki, Şahların oğlu Murad talasemiya xəstəsidir, həmin xəstəliklə əlaqədar heç bir hərbi hissədə zabit ola bilməz». O da bunu biləndən sonra, Şahların artıq onu aldatdığını hiss etmiş, artıq ondan şübhələnmiş, çünki o, Şahlardan aldığı pulu hər hansı bir şəxsə verməmiş, öz maddi ehtiyyaclarına xərcləmişdir. Həmin vaxt Şahlar ona yaxınlaşmış, ona demişdir ki, «kimə nə qədər pul xərcləmisənsə, eybi yox, qalan pulu qaytar, onsuzda oğlumun işi alınmaz, oğlum xəstədir». O da Şahlara demişdir ki, «nə danışırsan, belə şey olar, həkim komissiyasının rəhbəri mənim tanışımdır, adı Mehribandır, əlavə olaraq ona hörmət edərik, oğluna sağlamlıq sənədini verər, bunun üçün də 1600 manat pul lazımdır, 8000 manat pulu özümdən qoyaram, qalan pulu da sən verərsən». Şahlar da onunla razılaşmış, təxminən 10 gün sonra sentyabrın ayının axırlarında Şahlar 800 manat pulu hospitalın yanında ona vermiş, o da Şahlara demişdir ki, «narahat olma, hər şey düzəlir, oğlun zabit olacaq». Sonra Şahlar ondan sağlamlıq kağızını istədikdə, o, şahlara demişdir ki, «sağlamlıq kağızını nə edirsən, həmin sənəd bir başa imitahan komissiyasına göndəriləcəkdir, bizə vermirlər». Şahlar ona inanmış, gözləmişdir ki, oğlunun işi alınsın». Sonra Şahlar onunla 2019-cu ilinr oktyabr ayında əlaqə saxlamış və ona demişdir ki, «mənim pulumu qaytar, mənimoğlumun adı imtahan komissiyasına getməmişdir, sən məni aldatmısan, mən həkim komissiyasından soruşmuşam, belə xəstəliklə oğlumun işləməsi qeyri mümkündür», o da Şahları sakitləşdirmiş və ona demişdir ki, «narahat olma, iş düzələcək, hər şeyi danışmışam». Şahlar ona inanmamış, sonradan onu Nəsimi RPİ-nin 20-ci polis bölməsinə çağırmışlar, orada ona məlum olmuşdur ki, Şahlar ərizə ilə müraciət edərək onun tərəfindən aldadılmağı və 8800 manat pulunun tərəfindən ələ keçirilməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı hər hansı bir cinayət əməli törətmədiyindən ona verilmiş ittihamdan həmin şəxslərlə əlaqədar olan epizodların xaric edilməsini, digər epizodları isə törətdiyini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Misir oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Digər zərərçəkmiş şəxsləri də tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Oğlu Şahid10 2017-ci ildə Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə zabit olaraq xidmət etmişdir. Həmin hərbi hissə yaşadıqları evdən uzaq olduğundan və bu hal onun evə gəlib-getməsinə çətinlik yaratdığına görə xidmət yerini nisbətən yaxına dəyişdirmək istəmişlər. 2017-ci ilin oktyabr ayının ortalarında uzun illər tanıdığı, eyni zamanda qonşusu Şahid1lə bu barədə söhbət edərkən, Sanil Ziyafət adlı qadın tanışının olduğunu, onun bacısı oğlu İxtiyar adlı şəxsin bu işi həll edə biləcəyini bildirmişdir. Bundan sonra Sanil Ziyafətə zəng edib ondan İxtiyarın mobil telefon nömrəsini alaraq ona vermişdir ki, özü oğlu Mustafanın işi ilə əlaqədar olaraq İxtiyarla söhbət etsin. İxtiyara zəng edərək onunla əlaqə saxlamış oğlu Mustafanın işi ilə əlaqədar onunla danışmışdır. İxtiyar oğlu Mustafanın işinin həllini edəcəyinə söz verərək görüşmək lazım olduğunu bildirmiş, 2017-ci ilin oktyabr ayının sonlarında qonşusu Sanil və oğlu Mustafa ilə İxtiyarın dediyi yerə, yəni Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsi yaxınlığında Telnov küçəsi, 34 ünvanda yerləşən Ordubad yeməkləri verilən «Nar bağı» kefesinə getmişlər. Görüşə gedərkən İxtiyarın xahişi ilə Nizami rayonu ərazisində Ziyafət adlı qadını avtomobilə götürüb birlikdə saat 21 radələrində «Nar bağı» kafesinə getmişlər. İxtiyar onlardan qabaq gəlib gözləmiş, söhbət zamanı Ziyafət adlı qadın bacısı oğlu İxtiyarın keçmiş hərbiçi olduğunu, Müdafiə Nazirliyində yüksək vəzifəli şəxsləri tanıdığını, onun bu işi həll edə biləcəyini bildirmişdir. Sonra İxtiyar oğlunun xidmət yerini Bakı şəhərinə dəyişdirmək üçün 8.000 manat pul lazım olduğunu bildirmişdir. İxtiyara deyilən məbləğdə pulu olmadığını, maksimum 4.700 manat pul verə biləcəyini, məsələ həll olunandan sonra, pulun qalan hissəsini verə biləcəyini bildirmişdir. Bundan əlavə olaraq İxtiyar vasitəçilik etdiyinə görə Ziyafət adlı qadına 1.000 manat pul verəcəyini bildirmiş, lakin bu barədə onlara heç bir söz deməmişdir. Söhbət başa çatdıqdan sonra oğlu Mustafanın, qonşusu Sanilin və Ziyafət adlı qadının yanlarında üstündə olan 4700 manat pulu İxtiyara vermişdir. İxtiyar pulu ondan götürdükdən sonra xx xxxxxx 2017-ci il tarixədək məsələnin həll olunacağını, məsələ həll olunandan sonra pulun qalan hissəsini verməli olduğunu bildirmişdir. Bundan sonra söhbət zamanı Daxili Qoşunlarda müddətdən artıq xidmət edən digər oğlu xx xxx 1990-cı il təvəllüdlü Şahid2 leytenant rütbəsi almaq istəməsi barədə deyərkən, İxtiyar yaxın qohumunun yüksək vəzifədə işlədiyini, bu barədə onunla söhbət edib məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra, yəni 2017-ci ilin noyabr ayının əvvəllərində İxtiyarla Xətai rayonu ərazisində yerləşən «Diaqnoz» klinikasının yaxınlığında görüşərkən İxtiyar qohumu ilə söhbət etdiyini, qohumunun bu işi həll edə biləcəyini demiş və gedib onunla görüşməyi təklif etmişdir. Aradan təxminən iki həftə keçmiş İxtiyarla zəngləşərək onunla Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən «Bakı» kinoteatrı yaxınlığında təxminən saat 21 radələrində görüşmüş, görüşə özünə məxsus idarə etdiyi «VAZ-2106» markalı avtomobillə getmişdir. İxtiyarla görüşdükdə, o öz istifadəsində olan mobil telefon nömrəsi ilə kiməsə zəng edərək, təcili olaraq gedib həmin qohumu ilə görüşməli olduqlarını bildirmişdir. İxtiyarla birlikdə idarə etdiyi avtomobillə «Elit» ticarət mərkəzinin yaxınlığına getmiş, orada adını xatırlamadığı şəxslə görüşüb söhbət etmişlər. Həmin şəxs oğlu Etibarı ilk öncə X24 bölüyünə təyin etdirə biləcəyini, bir neçə aydan sonra isə rütbə alacağını, bu iş üçün 8.500 manat pul vermək lazım olduğunu bildirmişdir. Lakin oğlu Etibarın idman bölüyünə keçirmək məqsədilə 3.500 manat pulu dərhal, bir neçə aydan sonra isə rütbə alınması məqsədilə 5.000 manat pul verə biləcəyini demiş, onun dedikləri ilə razılaşıb ayrılmışlar. Sonra İxtiyarla əlaqə saxlamış və xx xxxxxx 2017-ci il tarixdə saat 18 radələrində İxtiyarla təklikdə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi,46 «A» ünvanda yerləşən «Faxralı kafesi»-nin qarşısında görüşmüşlər. Orada İxtiyara 3.500 manat pulu vermiş, İxtiyar həm Mustafanın, həm də Etibarın işinin maksimum xx xxxxxx 2018-ci il tarixədək həll olunacağına söz versə də, heç bir iş həll olunmadığı üçün, onun tərəfindən aldanıldığını başa düşüb ona vermiş olduğu 8200 manat pulu qaytarmasını tələb etmişdir. İxtiyar müxtəlif bəhanələr gətirərək, pulu qaytarmaqdan yayındığına görə onun barəsində Nizami RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əlixan oğlu verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Digər zərərçəkmiş şəxsləri də tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, Təqsirləndirilən şəxs Rafiq adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, oğlu Şahid4 2012-ci ildən etibarən X33 İstismarı idarəsinin, Xızı xidmət sahəsində çilingər işləyir. Şahid5 isə Turalın xidməti ərazisində yaşayır. Bu vasitə ilə Rafiqlə tanış olmuşdur. İxtiyarı isə Rafiqin vasitəsi ilə tanımış, onlarla heç bir ədavəti və ya qərəzli münasibəti yoxdur. Oğlu Turalın xidmət etdiyi rayonu yaşayış yeri üzrə dəyişdirmək istəmiş, bu barədə oğlu Turalla bir neçə dəfə aralarında danışıq olmuşdur. 2018-ci ilin noyabr ayının ortalarında Turalla söhbət edən zaman xidməti ərazisinin sakini olan Rafiq adlı şəxsin İxtiyar adlı tanışının olduğunu, onun xidməti rayonunu dəyişdirməkdə İxtiyarın köməklik edə biləcəyini bildirmişdir. Bu səbəbdən İxtiyarın mobil nömrəsini oğlu Turaldan alıb, onunla ilkin olaraq telefonla danışmışdır. Danışıqdan sonra onunla görüşmək qərarına gəlmiş, ilk dəfə Abşeron rayonu, Xırdalan şəhəri, “Megastore” mağazasının qarşısında yerləşən çayxanaların birində İxtiyarla görüşmüşdür. Həmin vaxt oğlu Tural da yanında olmuş, İxtiyar Turalın xidməti rayonunu dəyişdirə biləcəyini, bu sahədə tanışlarının olduğunu və işin həlli üçün müəyyən qədər pul lazım olduğunu bildirmiş, lakin konkret bir məbləğ deməmişdir. Həmin gün İxtiyar oğluna məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletin və diplomun surətlərini götürmüş və sonra ayrılmışlar. Bir müddətdən sonra İxtiyar ona zəng edərək işin həlli üçün ümumilikdə 3600 manat pul lazım olduğunu demiş, cavabında həmin məbləği hissə-hissə qısa zamanda verə biləcəyini ona bildirdirmişdir. Razılaşmadan sonra ilkin olaraq 2018-ci ilin dekabr ayının 8-də Abşeron rayonu Xırdalan şəhəri “Megastore” mağazasının qarşısında İxtiyarla görüşüb ona 400 manat, 2018-ci ilin dekabr ayının 14-də Abşeron rayonu Xırdalan şəhəri “Megastore” mağazasının qarşısında İxtiyara 1800 manat, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 214, «Real S» marketin sağ tərəfindəki ərazidə İxtiyara 1400 manat pul vermişdir. İxtiyara hissə-hissə 3600 manat pulu oğlu Turalın işinin dəyişməsi üçün pul vermiş, bu barədə Rafiqə heç nə deməmişdir. Lakin İxtiyar verdiyi vədə əməl etməyərək, nə oğlu Turalın xidmət sahəsini dəyişdirməmiş, nə də aldığı 3600 manat pulu qaytarmamışdır. İxtiyar hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmadığına görə, məcbur olub bu barədə Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs4 dostudur. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2019-cu ilin aprel ayının axırlarından etibarən tanıyır. Şahid6 onun oğludur, X26 isə oğlu Vüqarın qaynıdır. Vüqar Türkiyə Respublikasında ali təhsil almış, Bakı şəhərinə qayıtdıqdan sonra isə iş tapa bilməmişdir. O da bir valideyn kimi istəmişdir ki, Vüqar işləsin. Həmçinin Vüqarın qaynı Vasif isə Bakı Neft Akademiyasını bitirmiş, o da heç bir yerdə işləməmişdir. 2019-cu ilin aprel ayının əvvəllərində o, Binə qəsəbəsində tanışları ilə kafedə çay içdiyi vaxt, tanışları ilə söhbət etməyə başlamışdır. O, söhbət zamanı oğlu Vüqarın ali təhsil alıb gəlməsini, lakin iş tapa bilməməsini tanışlarına bildirmişdir. Həmin vaxt kafedə olan şəxslərdən biri, əvvəllər tanımadığı şəxs ona demişdir ki, «bir nəfər var, o, ali təhsilli uşaqların zabitlik kursuna işə düzəlməsinə kömək edir. O da bunu eşidən kimi sevinmiş, həmin şəxsə demişdir ki, «səndə həmin adamın nömrəsi vardır», həmin şəxs də işə düzəldən şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmiş və onun mobil nömrəsini də ona vermişdir. O da öz növbəsində fikirləşmişdir ki, toydan sonra həmin şəxslə əlaqə saxlayıb görüşsün. O da toydan bir neçə gün sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng vurub əlaqə saxlamışdır. İxtiyara oğlunun işə düzəldilməsinə görə zəng etdiyini bildirmiş sonuncu da narahatçılıq yoxdur, görüşüb söhbət edərik demişdir. Bir müddət sonra əlaqə saxlayıb Hərbi Hospitalın yanında görüşmüşlər. İxtiyara oğlunu və oğlunun qaynı Vasifi də zabitlik kursuna düzəltmək istədiyini bildirmişdir. İxtiyar hər iki şəxsin işinin həll edilməsinə görə 11000 manat pul verməli olduğunu demiş, o da razılaşmışdır. Həmin vaxtdan bir neçə gün keçəndən sonra, yəni 2019-cu ilin aprel ayının axırlarında İxtiyar ona zəng vurmuş və onu Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində gözləyəcəyini demişdir. O da həmin vaxt günorta saatlarında İxtiyarın dediyi çay evinə getmiş, orada onunla görüşmüş, oturub çay içmişlər. Həmin vaxt İxtiyar ondan oğlu və oğlunun qaynının sənədlərini gətirib gətirmədiyini soruşmuş, o da sənədləri gətirdiyini bildirmişdir və sənədləri vermişdir. Pulu nə vaxt vemrəli olduğunu soruşduqda İxtiyar hələlik pula görə tələsməməsini demişdir. O, görmüşdür ki, İxtiyar pul almaq üçün tələsmir, ona daha da inanmış, fikirləşmişdir ki, həqiqətən onun oğlunun və oğlunun qaynının işini düzəldər, ona etibar etməyə başlamış, İxtiyar elə söhbət etmişdir ki, adam istər istəməz ona inanmışdır. 2019-cu ilin may ayında İxtiyar ona zəng vurmuş və görüşməli olduqlarını bildirmişdir. Buna görə o həmin günü saat 15-16 radələrində Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evinə getmiş, orada İxtiyarla görüşmüşdür. İxtiyar ona oğlu və oğlunun qaynının sənədlərini təqdim etmiş, hər şeyin qaydasında olduğunu bildirmişdir. İxtiyar onunla elə danışmışdır ki, o, sonuncuya tam inanmış, çünki ondan hələ də pulu istəməmişdir. Həmin gündən bir müddət keçəndən sonra, yəni 2019-cu ilin iyun ayının ortalarında İxtiyar ona zəng vurmuş və ona bildirmişdir ki, «mən uşaqların işini danışmışam, artıq hər şey hazırdır, hər şey yolundadır, ancaq bəzi şəxslərə pul vermək lazımdır ki, yerləri bron etsinlər, başqa uşaqları götürməsinlər». O da İxtiyarla razılaşmış, ondan nə qədər pul lazım olduğunu soruşduqda gələndə özünlə 2300 manat pul götürərsən, səni axşam saatlarında Daxili İşlər Nazirliyinin Hospitalının yanında gözləyəcəm demişdir. O da həmin gün axşam saatlarında İxtiyarın dediyi ünvana getmiş, orada İxtiyarla görüşmüş, dediyi 2300 manat pulu vermişdir. İxtiyar da öz növbəsində onu inandırmaq üçün «narahat olma, hər şey yaxşıdır, ürəyini buz kimi saxla, uşaqların işi elə bilki düzəlib, həm də birdən məni kiminsə yanında başı aşağı qoyma, adamlarnan danışmışam, birdən yolundan dönərsən» demişdir. Həmin vaxtdan bir neçə gün sonra İxtiyar yenə ona zəng vurmuş və uşaqların hərbi biletini təcili istəmişdir. Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində İxtiyarla görüşmüş, sənədləri ona təqdim etmişdir. xx xxxx 2019-cu il tarixdə axşam saatlarında tanışı və qonşusu Şahlar ona zəng vurmuş oğlunu zabitlər kursuna düzəltdiyini eşitdiyini bildirmişdir. İşini həll edən adam, yəni İxtiyar barədə maraqlanmışdır ki, o da öz oğlunun işini həll etsin. O da Şahlara «narahat olma, onsuzda mən həmin adamla Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində sabah günorta saatlarında görüşməliyəm, istəyirsən, ora gələrsən, orada səni həmin adamla tanış edərəm» demişdir. xx xxxx 2019cu il tarixdə Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evinə getmiş, orada İxtiyarla görüşmüş, bir az sonra Şahlar da həmin çay evinə gəlmişdir. Şahların yanında İxtiyar ona uşaqların hərbi biletini vermiş, həmin vaxt o, İxtiyarla dostu Şahları tanış etmiş və ona «mənim oğlumun işini düzəldən bu şəxsdir, istəyirsən sən də İxtiyarla öz söhbətini et» demişdir. İxtiyar özünü Şahlara ehtiyyatda olan polkovnik Qarayev kimi təqdim etmiş, onun yaxşı adamlarının olduğunu və oğlunu istədiyi yerə işə düzəldəcəyini, bundan əvvəl də nə qədər şəxsləri işə düzəltdiyini bildirmişdir. X2 ixtisasının aviasiya ilə heç bir əlaqə olmadığın, evinin yanındakı hərbi hissənin isə avisasiya hərbi hissəsi olduğunu, oğlunu necə işə düzəldə biləcəyini soruşduqda İxtiyar narahat olmamasını, bədən tərbiyyəsi universitetini qurtaran şəxsləri ora işə düzəltdiyini bildirmişdir. Şahlar da İxtiyara inanmış və başqa bir şey soruşmamışdır. X9 evinin yaxınlığındakı hərbi hissəyə zabit kimi işə düzəltməsi üçün nə qədər pul lazım olmasını soruşanda, İxtiyar Şahlara bu iş üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. X28 demişdir ki, «sənin oğlunun işi ilə əlaqədar bəzi sənədlər lazımdır, istəyirsənsə, sən özün həmin sənədləri topla, ya da istəyirsən mən göndərib, alsınlar, oğlumun işi üçün tərcüməyi hal, bəzi sağlamlıq arayışları, şəkillər lazımdır, həmin sənədlərin alınması üçün 55 manat rüsum köçürmək lazımdır». Sonradan İxtiyar onunla mütəmadi olaraq telefon əlaqəsi saxlamış, ondan 2019-cu ilin iyun – iyul aylarında müxtəlif vaxtlarda, Bakı şəhəri ərazisində, yəni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən «Xan bağı» çay evində, Xəzər rayonu Binə qəsəbəsində, Neftçilər metro stansiyasının yaxınlığında və Hərbi hospitalın qarşısında görüşərək, ondan uşaqların işinin düzəlməsi üçün hissə-hissə, ümumilikdə 4200 manat pulu da almış, yəni o, hər dəfə İxtiyarla göstərdiyi ünvanlarda görüşəndə, 300 manat, 500 manat, 1000 manat məbləğlərində pulları almış, hər dəfə də ona demişdir ki, «narahat olma, hər şey yolundadır, iyul ayının ortalarında komissiya olacaqdır, uşaqları komissiyadan keçirəcəklər». Artıq o, İxtiyara ondan istədiyi puldan, yəni 110xx xxxxxxxx 6500 manat vermişdir. Axırıncı dəfə də, 2019-cu ilin avqust ayının ortalarında İxtiyar ona zəng vurmuş və ona demişdir ki, «artıq sonuna çatmışıq, sən Vüqar və Vasifi hərbi hospiatala komissiyadan keçməkdən ötrü göndərərsən, onların işini danışmışam, komissiyadan keçirəcəklər, narahat olma, hər şey yaxşıdır». Həmin vaxt da İxtiyar Şahlara da uşağını komissiyaya gətirməsini bildirmişdir. O, Neftçilər metrostansiyası tərəfdə olduğu vaxt, Şahlar ona zəng vurmuş və ona bildirmişdir ki, «sənin uşaqlarında komissiya vaxtı artıq çəkiyə görə problem yaranmışdır, ona görə də İxtiyar Vüqara deyir ki, «atan mənə 4500 manat pul verməlidir, ona görə də səni komissiyadan keçirmirlər, get pulu gətir», mən onsuzda oğlum Muradın işinə görə İxtiyara 4000 manat verməliyəm, mən həmin pulu İxtiyara verirəm, qoy sənin oğlunun və digər qohumunun işini düzəltsin, sən də sonra İxtiyarla görüşəndə, qalan pulu İxtiyara çatdırarsan». O da Şahlarla razılaşmışdır. 2019-cu ilin avqust ayının ortalarında İxtiyar ona zəng vurmuş və ona demişdir ki, «sən qalan pulu mənə çatdır, oğlunun işində problem yaranacaq», o da İxtiyara demişdir ki, «harda istəyirsən görüşək, mən sənə qalan pulu da verim». Səhərisi gündüz saatlarında Nərimanov metrostansiyasının yaxınlığında olan Bakuelektroniks mağazasının qarşısına getmiş, orada İxtiyarla görüşmüş, həmin vaxt onun yanında dostu Vüqar Babaşov da olmuşdur. O, Vüqarın yanında İxtiyara 4500 manat pulu sayıb vermiş, İxtiyar da ona demişdir ki, «narahat olma, elə bil sənin oğlunun işi düzəlib, hər şey superdi, mən danışmışam». O, İxtiyara inanmış, ondan sağollaşıb ayrılmışdır. O, bundan sonra oğlu Vüqarı və qaynı Vasifi nə vaxt kursa qəbul edəcəklərini gözləmişdir. Nəhayət xx xxxxxxxx 2019-cu il tarixdə o, Vüqarı və Vasifi imtahana aparmış, imtahan Elmlər metro stansiyasının yaxınlığında yerləşən hərbi məktəbdə keçirilmişdir. O da rahat olmuşdur ki, İxtiyar imtahanı danışıb, uşaqlar imtahandan keçəcəklər. Həmin günü Vüqar və Vasif imtahandan çıxmışlar, onlara demişlər ki, imtahanların cavabları oktyabr ayının 01-də bəlli olacaq. O da İxtiyara zəng vurmuş və ona uşaqların imtahandan çıxdıqlarını, sonra problem olmamasını ona arxayın olduğunu demişdir. İxtiyar da narahat olmamasını demişdir. xx xxxxxxx 2019-cu il taixdə imtahanların cavabları çıxmış, Vüqar və Vasifin imtahandan kəsildiyini öyrənmişlər. O da İxtiyara zəng vurub maraqlandıqda sonuncu Vüqar və Vasifin cavablarının çıxmadığını, maliyyə və aviasiyanın imtahanlarının cavablarının hələ çıxmadığını, cavabları günortadan sonra deyəcəklərini demişdir. O, sonra Vüqara zəng vurmuş, İxtiyarın ona dediklərini Vüqara bildirmişdir. Vüqar bir az sonra yenə də ona zəng vurmuş və bildirmişdir ki, «mən maraqlandım, ümmiyyətlə maliyyə və aviasiya üzrə imtahanlar nəzərdə tutulmamışdır, belə bir imtahan da yoxdur, ümumi imthan olmuşdur, onunda cavablarında biz keçməmişik, hətta bizə deyirlər ki, gəlin sənədlərinizi götürün çıxın». O da öz növbəsində İxtiyara zəng vurmuş və ona demişdir ki, «bu nə məsələdir, uşaqlara deyirlər ki, gəlin sənədlərinizi götürün», İxtiyar ona demişdir ki, «narahat olma, mən danışmışam, uşaqlar sənədlərini götürməsinlər, cavabları günortadan sonra saat 3-dən sonra verəcəklər». O İxtiyarı imtahan verilən yerin qabağına çağırmış sonuncu da «get məndə gəlirəm» demişdir. O, imtahan verilən yerin qarşısına getmiş, orada saat 17 radələrinədək İxtiyarla danışmış, hər dəfə ona demişdir ki, «ağsaqqalla danışıram, gəlirəm, yoluna qoyuram, narahat olma, səbrli ol, özüm də gəlirəm». Sonradan saat 18 radələrindən sonra İxtiyar ümumiyyətlə onun zənglərinə cavab verməmişdir. O, orada saat 22 radələrinədək qalmış, Şahlar da onun yanında olmuşdur. Səhərisi o, İxtiyara zəng vurmuş, nə səbəbə onu aldatmasını soruşmuş, İxtiyar ona demişdir ki, «narahat olma, mən danışmışam, uşaqlar oktyabr ayının 8-də formalarını geyinib işə gedərlər». O, artıq İxtiyara inanmadığından və onu aldatmağını görüb ona demişdir ki, «mənə daha iş lazım deyil, sənə verdiyim pulumu gətir mənə çatdır» demişdir. Bundan sonra o, ayın 8-ni də gözləmiş, yenə də İxtiyardan xəbər çıxmamışdır. O, İxtiyara zəng vurmuş və ona demişdir ki, «mənim pulumu qaytar, yoxsa səndən şikayət edəcəyəm». İxtiyar onun bu sözündən sonra telefonunu söndürmüş və o, bir daha ona zəng vura bilməmişdir. O, İxtiyarın onu aldatmasını və 11000 manat pulunu ələ keçirməsini görüb Nərimanov rayon polis idarəsinə getmiş, orada şikayət ərizəsi yazmışdır. Həmin vaxt araşdırma zamanı İxtiyar ona vurulmuş ziyanın 2000 manatını qaytarmış, qalan 9000 manat ziyanı isə hələ də qaytarmamışdır. O, birinci dəfə 2300 manat pulu DİN-nin hospitalının yanında verərkən, yanında dostu Vüqar olmuşdur, sonradan hissə-hissə, ümumilikdə 4200 manat pulu isə verəndə, o, İxtiyarla olmuş, yanında heç kəs olmamışdır, axrıncı dəfə də 4500 manat pulu Nərimanov metrostansiyasının yxınlığında yerləşən Bakuelektroniks mağazasının qarşısında verəndə, onun yanında dostu Vüqar olmuşdur. O, sonradan bilmişdir ki, İxtiyar başqa şəxsləri də aldatmışdır, yəni dostu Şahları da aldatmışdır, onun da 8800 manat pulunu almışdır, lakin Şahların oğlu komissiyadan keçə bilməmişdir, İxtiyar beləcə Şahların 8800 manat pulunu ələ keçirmişdir. Həmin vaxt İxtiyar ona özünü təqaüddə olan hərbi polkovnik Qarayev kimi və hərbi prokurorluq işçisi kimi təqdim etmiş, lakin ona heç bir rəsmi vəsiqə təqdim etməmişdir. O da İxtiyara inandığından ondan belə bir vəsiqəni ona göstərməsini tələb etməmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs4 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs3 dostudur. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X7 2019-cu ilin iyul ayının ortalarından etibarən tanıyır. X18 onun oğludur. Murad Azərbaycan Respublikası Memarlıq və X4 bitirmişdir, hazırda da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon dövlət aqrar inkişaf mərkəzində torpaqşünaslıq üzrə baş məsləhətçi işləyir. 2019-cu ilin iyul ayının əvvəllərində Murad ona demişdir ki, «mən hərbi hissələrin birinə zabit kimi işə düzəlmək istəyirəm, həm də əmək haqqım azdır, iş yerim uzaqdır, istəyirəm evə yaxın bir yerdə işə düzəlim, yaşadığımız evin yaxınlığında, N nömrəli hərbi hissədə işə düzəlim». O da Murada demişdir ki, «bu axı necə ola bilər, səni kim işə düzəldər». Murad ona demişdir ki, «mənim dostum Şahid6 və Vüqarın qaynı Vüsal adlı şəxs bizim evin yaxınlığında yerləşən hərbi hissəyə zabit kimi işə düzəlmək istəyir, bu işdə onlara Vüqarın atası Şadoğlan dəstək göstərəcək, sən də Şadoğlanla danış». O da Şadoğlanla eyni hərbi hissədə zabit kimi işlədiyi üçün və onun köhnə tanışı olduğu üçün, o, Şadoğlana müraciət etmək qərarına gəlmişdir. Ona görə də Şadoğlanla onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamış və ondan bu barədə soruşmuş, Şadoğlana oğlu Muradı evlərinin yanında olan hərbi hissəyə işə düzəltmək istədiyini bildirmişdir. Şadoğlan ona demişdir ki, «doğrudur mən oğlumu və oğlumun qaynını işlədiyimiz hərbi hissəyə zabit kimi işə düzəldirəm, bununla əlaqədar mənim tanışım var, etibarlı və düzgün adamdır, istəsən səni onunla tanış edərəm, onunla görüşüb söhbət edərik, sənə xəbər edərəm». Sonra 2019-cu ilin iyul ayının ortalarında Şadoğlan ona zəng vurmuş, onlar görüşmüşlər, Şadoğlan ona demişdir ki, «mən həmin adamla danışmışam, gedək onunla görüşək, razı qalsan sənin oğlunun işini də düzəldər». O, Şadoğlandan harada görüşəcəklərini soruşmuş, sonuncu da Nizami rayonu ərazisində yerləşən Neftçilər metro stansiyasının yaxınlığındakı «Xan bağı» çay evində görüşəcəklərini demişdir. Sonradan Şadoğlan özü getmiş, o, isə bir az sonra deyilən çay evinə getmişdir. Orada Şadoğlanın sonradan özünü ehtiyyatda olan polkovnik Qarayev kimi təqdim edən şəxslə oturduğunu görmüşdür. Onlarla görüşüb hal əhval olduqdan sonra Təqsirləndirilən şəxs yaxşı adamlarının olduğunu və oğlunu istədiyi yerə işə düzəldəcəyini, bundan əvvəl də nə qədər şəxsləri işə düzəltdiyini bildirmişdir. O, Şadoğlanı düz adam kimi tanıdığından, bir yerdə işlədiklərindən və İxtiyarın da Şadoğlanın tanışı olduğundan inanmış və İxtiyardan başqa bir şey soruşmamışdır. Sonra o, İxtiyardan oğlunu evinin yaxınlığındakı hərbi hissəyə zabit kimi işə düzəltməsi üçün nə qədər pul lazım olmasını soruşanda, İxtiyar ona bu iş üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. O da İxtiyarla razılaşmış, ona oğlunun işini düzəldərsə həmin pulu verəcəyini demişdir. Sonra İxtiyar ona demişdir ki, «sənin oğlunun işi ilə əlaqədar bəzi sənədlər lazımdır, istəyirsənsə, sən özün həmin sənədləri topla, ya da istəyirsən mən göndərim, alsınlar, oğlumun işi üçün tərcüməyi hal, bəzi sağlamlıq arayışları, şəkillər lazımdır, həmin sənədlərin alınması üçün 55 manat rüsum köçürmək lazımdır». O da bu sənədlərin alınması üçün vaxtı olmadığından İxtiyarla razılaşmış, ona 55 manat pul vermiş və ona demişdir ki, «sən sənədləri topla, sonra yenidən görüşək». Bir həftə keçəndən sonra İxtiyar ona zəng vurmuş və ilkin olaraq 4000 manat pul verməli olduğunu demişdir. Nərimanov rayonu ərazisində olan «İstanbul NS» klinikasının yanında İxtiyarla görüşmüşdür. İxtiyardan pulu kimə verəcəyini soruşduqda sonuncu «sənə aidiyyəti yoxdur, mən səni həmin adama göstərə bilmərəm, ciddi adamdır, 4000 manat pulu ona verərəm, sənin oğlunun işə düzəlməsində köməklik edər» cavabını vermişdir. O da İxtiyara inanmış, ona ilkin olaraq 4000 manat pulu vermişdir. Orada yanlarında heç kim olmamışdır. 2019cu ilin sentyabr ayının əvvəllərində İxtiyar ona zəng vurmuş və ona «gələrsən Nəsimi rayonu ərazisində yerləşən hospitala, orada tibbi komissiya keçiricələk, oğlunun komissiyadan keçirilməsi lazımdır» demişdir. O, oğlu Muradı götürüb tibbi komissiyadan keçmək üçün Nəsimi rayonu ərazisində yerləşən hərbi hospitala gəlmiş, orada Muradın komissiyadan keçirilməsi 3-4 gün çəkmiş, komissiyadan keçəndən sonra yaşadıqları evlərinə getmişlər. 2019-cu ilin sentyabr ayının əvvəllərində İxtiyar ona zəng vurmuş və ona qalan 4000 manat pulu da çatdır, bu ilin oktyabr ayının 1-də imtahan olacaq, həmin pulu orada tanış var, ona verməli olduğunu demişdir. O da İxtiyarla razılaşmış, səhərisi oğlu Muradla hospitala gedəndə, 4000 manat pulu özü ilə götürmüş və hospitalın yanında İxtiyarla görüşəndə, 4000 manat pulu İxtiyara vermiş, İxtiyar pulu alandan sonra ona demişdir ki, «narahat olma, oğlunun işi düzəlir, hər şey yaxşıdır». Orada onların yanında Murad, Vüqar və onun qaynı Vüsal olmuşdur. Həmin vaxt da hospitalda həkim komissiyasının nəticələrindən görünmüşdür ki, onun oğlu Murad talasemiya xəstəsidir, həmin xəstəliklə əlaqədar heç bir hərbi hissədə zabit ola bilməz». O, oğlunun xəstləyini bilib İxtiyara yaxınlaşaraq ona, «kimə nə qədər pul xərcləmisənsə, eybi yox, qalan pulu qaytar, onsuzda oğlumun işi alınmaz, oğlum xəstədir» demişdir. İxtiyar ona demişdir ki, «nə danışırsan, belə şey olar, həkim komissiyasının rəhbəri mənim tanışımdır, adı Mehribandır, əlavə olaraq ona hörmət edərik, oğluna sağlamlıq sənədini verər, bunun üçün də 1600 manat pul lazımdır, 8000 manat pulu özümdən qoyaram, qalan pulu da sən verərsən». O da İxtiyarla razılaşmış, təxminən 10 gün sonra sentyabr ayının axırlarında o, 800 manat pulu hospitalın yanında İxtiyara vermiş, sonuncu ona «narahat olma, hər şey düzəlir, oğlun zabit olacaq» demişdir. Həmin vaxt yanlarında sadəcə oğlu Murad olmuşdur. Sonra o, İxtiyardan sağlamlıq kağızını istədikdə, İxtiyar «sağlamlıq kağızını nə edirsən, həmin sənəd bir başa imitahan komissiyasına göndəriləcəkdir, bizə vermirlər» demişdir. O, İxtiyara inanmış və oğlunun işinin alınmasını gözləmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, oğlunun imtahan verib verməyəcəyini maraqlanmış, oğlunun adının imtahan komissiyasına getmədiyini öyrənmişdir. X13 və onun qaynı Vüsalın adının imtahan komissiyasına getdiyini, onların həmin gün imtahan verməli olduqlarını öyrənmişdir. O, bundan sonra şübhələnməyə başlamış, hospitala getmiş, orada həkim komissiyasından maraqlanmışdır. Oğlu xəstə olduğu halda heç vaxt işinin alına bilməyəcəyini öyrənmişdir. Bundan sonra ona tam aydın olmuşdur ki, İxtiyar onu aldatmışdır və onun pulunu ələ keçirmişdir. Sonra o, İxtiyarla 2019-cu ilin oktyabr ayında əlaqə saxlamış və ona pulunu qaytarmasını istəmişdir. İxtiyar onu sakitləşdirmiş və ona “narahat olma, iş düzələcək, hər şeyi danışmışam” demişdir. İxtiyara inanmamış, ona görə də Nəsimi RPİ-nin 20–ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs ona ümumilirkdə 8850 manat ziyan vurmuşdur, onun maddi vəziyyəti ağırdır, İxtiyara verdiyi pulun 5250 manatını Unibankdan kredit götürmüş, bir hissəsini də Kapital bankdan kredit götürmüş, həmin kreditləri ödəyə bilmir. O, vurulmuş ziyanın ödənilməsini və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 atasıdır. Digər zərərçəkmiş şxəsləri tanımır. Təqsirləndirilən şəxslə və digər zərərçəkmiş şəxslərlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə bölmə rəisi vəzifəsində xidmət edir. 2017-ci ilin sentyabr ayında səhhətilə əlaqədar olaraq, həmçinin xidmət etdiyi hərbi hissə ilə yaşadığı ev arasında olan məsafə uzaq olduğundan, xidmət yerini nisbətən yaxın yerə dəyişmək qərarına gəlmiş və bu barədə atası Tacirə bildirmişdir. Atası 2017-ci ilin oktyabr ayının ortalarında söhbət zamanı bu barədə qonşuları Şahid1 dedikdə, Sanil tanıdığı Ziyafət adlı qadının bacısı oğlu İxtiyar adlı şəxsin keçmiş hərbiçi olduğunu, yüksək rütbəli tanışlarının olduğunu deyib, onun xidmət yerini dəyişməkdə ona köməklik edə biləcəyini demişdir. Sanil Ziyafət adlı qadından İxtiyar adlı şəxsin mobil telefon nömrəsini öyrənərək, atası Tacirə vermişdir ki, İxtiyara zəng edib bu barədə söhbət etsin. Atası Tacir bir neçə dəfə İxtiyarla telefonla danışandan sonra, təxminən 2017-ci ilin oktyabr ayının sonlarında o, atası Tacir və qonşuları Sanillə birlikdə İxtiyarın görüş yeri kimi dediyi Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsi yaxınlığında yerləşən «Ordubad» kafesinə getmişlər. İxtiyarla görüşməyə gedərkən, İxtiyar yolüstü xalası Ziyafət adlı qadını da götürmələrini demişdir. Kafedə o, atası Tacir, qonşuları Sanil, İxtiyar və onun xalası Ziyafətlə birlikdə oturub çay içərkən söhbət zamanı İxtiyar atası Tacirdən onun xidmət etdiyi xidmət yerini Ali Hərbi Məktəbə dəyişmək üçün 8.000 manat pul istəmişdir. Atası Tacir üstündə bu qədər pul olmadığını, özü ilə cəmi 4.700 manat gətirdiyini bildirmişdir. İxtiyar onunla razılaşaraq 4.700 manat pulu ilkin olaraq ona verməsini, pulun qalan hissəsini isə iş düzələndən sonra verəcəyini bildirmişdir. Atası onunla razılaşaraq onun, Sanilin və Ziyafətin yanında 4700 manat pulu İxtiyara vermişdir. İxtiyar pulu alandan sonra xalası ilə bayıra çıxmış, bir neçə dəqiqədən sonra geri qayıdıb bu işin müqabilində xalasına da 1000 manat pul vermək lazım olduğunu demişdir. Atası işlər həll olunandan sonra xalasına veriləcək pulla bağlı söhbət edəcəyini demiş, lakin konkret olaraq Ziyafətə pul verəcəyinə söz verməmişdir. Sonra onlar ayrılmış, özünə məxsus avtomobillə Ziyafət adlı qadını Biləcəri qəsəbəsinə aparmışdır. Həmin gündən sonra təxminən bir ay müddətində dəfələrlə Ziyafət adlı qadın ona zəng edərək, ona çatacaq 1.000 manat pulu verməyini tələb edmişdir. «Ordubad» kafesində söhbət zamanı atası digər oğlunun, yəni qardaşı X14 xidmət etdiyini, ali təhsilli olduğu üçün onun leytenant rütbəsi almaq məsələsində İxtiyarın kömək edə biləcəyini soruşduqda, İxtiyar bu məsələni də asanlıqla həll edə biləcək imkanının olduğunu bildirmişdir. İxtiyar onun işinin xx.xx.2017-ci il tarixədək həll olunacağına söz vermiş, həmin vaxtdan sonra mütəmadi olaraq İxtiyarla əlaqə saxlayıb iş barəsində soruşduqda, o yaxın günlərdə onun qəbula çağrılacağını demişdir. 2017-ci ilin dekabr ayında İxtiyarla metronun «20 Yanvar» stansiyasının yanında görüşmüş, onunla söhbət zamanı qardaşının işi barəsində soruşduqda, o qardaşının işi ilə bağlı Fikrət adlı şəxslə görüşəcəyini deyib, onu «Elit» ticarət mərkəzinin yaxınlığına aparmağını xahiş etmişdir. Özünə məxsus avtomobillə İxtiyarı «Elit» ticarət mərkəzinin yaxınlığına aparmış, orada İxtiyar tanımadığı şəxslə görüşüb, həmin şəxsə məxsus «Mercedes» markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşmişdir. Onların avtomobildə hansı mövzuda söhbət etdiklərini bilməmiş, bir neçə dəqiqədən sonra İxtiyar ona yaxınlaşıb, artıq onu gözləməməyini, bu işlə bağlı atası ilə söhbət edəcəyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, atası metronun «Qara Qarayev» stansiyasının yaxınlığında İxtiyarla görüşmüş və ona 3.500 manat pul vermişdir. 2018-ci ilin yanvar ayının əvvəllərində işlərin nə yerdə olduğunu soruşmaq üçün İxtiyara zəng etsə də, İxtiyar ona cavab verməmişdir. İxtiyar adlı şəxs onları aldadaraq atasının ümumilikdə 8.200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Atasının İxtiyar adlı şəxsə 4.700 manat pul verdiyinin şahidi olsa da, sonradan atasının ona 3.500 manat pul verdiyinin şahidi olmamş, bu barədə atasından məlumat almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 həm qonşusu həm də dostudur. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Təqsirləndirilən şəxslə və zərərçəkmiş şəxslərlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Tacirin iki oğlu vardır. Böyük oğlu Şahid10 Səngəçal qəsəbəsində yerləşən «N» hərbi hissədə zabit olaraq qulluq edir. Digəri Şahid2 isə Daxili Qoşunlarda müddətdən artıq xidmət edir. Ziyafət adlı qadını bir ilə yaxındır ki, tanıyır. Onunla şəbəkə biznesi ilə məşqul olan zaman tanış olmuşdur. İş yoldaşı kimi onunla münasibətləri yaxşı olmuşdur. Ziyafətlə söhbət zamanı, o, bacısı oğlunun hərbiçi olduğunu, hərbi məsələlərlə bağlı olan müəyyən problemləri həll etmək imkanının olduğunu demişdir. 2017-ci ilin oktyabr ayının ortalarında qonşusu Tacirlə söhbət edərkən, oğlu Mustafanın xidmət etdiyi hərbi hissə yaşadıqları evdən uzaq olduğu üçün, onun evə gəlib-getməsi çətinlik yaratdığından, onun xidmət yerini nisbətən yaxına dəyişdirmək istədiyini bildirmişdir. İş yoldaşı olmuş Ziyafət adlı qadının bacısı oğlu barəsində ona dediklərini Tacirə demişdir. Ziyafətdən onun bacısı oğlu, sonradan adının İxtiyar olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini alıb Tacirə vermişdir ki, özü onunla danışıb bu barədə söhbət etsin. Aradan bir qədər keçmiş, yəni 2017-ci ilin oktyabr ayının sonlarında Tacirin İxtiyar adlı şəxslə danışdığını, onunla razılığa gəldiyini, İxtiyarla görüşüb ona pul vermək istədiyini və pul verəndə onun da iştirak etməsini xahiş etmişdir. 2017-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, «Neapol» dairəsinin yaxınlığında yerləşən «Ordubad» kafesində o, Tacir, oğlu Mustafa İxtiyarla görüşmüşlər. İxtiyarla görüşərkən Ziyafət adlı qadın da iştirak etmişdir. Kafedə əyləşib çay içdikləri zaman Tacir İxtiyara 4.700 manat pul vermişdir. Aralarında olan razılaşmaya əsasən İxtiyar verilmiş 4.700 manat pulun müqabilində Mustafanın xidmət etdiyi hərbi hissədən evlərinə yaxın olan qeyri hərbi hissəyə dəyişdirməli idi. İş düzələndən sonra əlavə olaraq Tacir ona məlum olmayan məbləği yenə də İxtiyara verməli idi. Elə həmin gün Tacir digər oğlunun Daxili Qoşunlarda xidmət etdiyini İxtiyara deyib, onun leytenant rütbəsi almasında ona köməklik etməyi xahiş etmişdir. Bu zaman o, Tacirə iradını bildirərək Mustafanın işi düzəlib qurtarandan sonra Etibarın işi ilə məşqul olarsan deyə bildirsə də, Tacir onun iradına məhəl verməmişdir. 2017-ci ilin dekabr ayının ortalarında Tacir ona zəng edərək, Etibarın leytenant rütbəsi alınması işi ilə bağlı İxtiyara 3.500 manat pul verdiyini bildirmiş, sonra Tacir yenə də zəng edərək İxtiyarın onu get-gələ saldığını, işi həll etmədiyini demişdir. Tacirlə danışandan sonra İxtiyarın istifadə etdiyi nömrəyə zəng edib bu barədə ondan soruşduqda, o, xx.xx.2018-ci il tarixədək məsələni həll edəcəyini, əks halda ona verilmiş 3.500 manat pulu qaytaracağını bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Tacir İxtiyarın onu aldatması barədə polisə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 atasıdır. Digər zərərçəkmiş şxəsləri tanımır. Təqsirləndirilən şəxslə və digər zərərçəkmiş şəxslərlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət edir. Böyük qardaşı Şahid10 Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə bölmə rəisi vəzifəsində xidmət edir. Mustafa səhhəti ilə əlaqədar olaraq, həmçinin xidmət etdiyi hərbi hissə ilə yaşadıqları ev arasında olan yol uzaq olduğundan, xidmət yerini nisbətən yaxın yerə dəyişmək qərarına gəlmişdir. Atası Mustafanın xidmət yerinin dəyişmək istədiyini məsələsini 2017-ci ilin oktyabr ayının ortalarında söhbət zamanı qonşuları Şahid1 demişdir. Sanil tanıdığı Ziyafət adlı qadının bacısı oğlu İxtiyar adlı şəxsin keçmiş hərbiçi olduğunu, yüksək rütbəli tanışlarının olduğunu deyib, Mustafanın xidmət yerini dəyişməkdə yardım edə biləcəyini bildirmişdir. Buna görə də, Sanil Ziyafət adlı qadından İxtiyar adlı şəxsin mobil telefon nömrəsini öyrənərək, atası Tacirə vermişdir ki, özü Mustafanın işi barədə zəng edərək İxtiyarla söhbət etsin. Bir neçə dəfə atası ilə İxtiyar arasında olan söhbətdən sonra, təxminən 2017-ci ilin oktyabr ayının sonlarında atası, qardaşı Mustafa və qonşuları Sanil Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən kafelərdən birinə gedərək orada İxtiyar adlı şəxslə və onun xalası Ziyafət adlı qadınla görüşmüşlər. Həmin kafedə qardaşının işinin düzəlməsi üçün İxtiyar adlı şəxs 8.000 manat pul istəmiş, lakin atası ona 4.700 manat vermiş, qalan məbləği isə iş düzələndən sonra verəcəyini bildirmişdir. O, ali təhsilli olduğu üçün, evdə söhbət zamanı atası Tacir ona leytenant rütbəsi verilməsinə çalışacağını bildirmişdir. Qardaşı Mustafanın işinin düzəlməsi üçün atası İxtiyar adlı şəxsə 4.700 manat pul verdikdən sonra, İxtiyara onun Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətdə olduğunu deyərək, leytenant rütbəsi verdirmək istədiyini bildirmişdir. İxtiyar bu işi asanlıqla düzəldə biləcəyini deyərək bunun üçün atasından 8.500 manat pul istəmişdir. Sonra isə onun idman bölüyünə keçirilməsi üçün hələlik 3.500 manat pul istəmiş, qalan 5.000 manat pulu isə sonra verəcəyini atasına bildirmişdir. Atası Tacir xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində İxtiyar adlı şəxslə görüşərək ona 3.500 manat pul vermişdir. Atasının İxtiyar adlı şəxsə pul verməsində iştirak etməmişdir, qeyd olunan məbləğlərin verilməsini atası Tacirdən və qardaşı Mustafadan eşitmişdir. Sonradan İxtiyar adlı şəxsin atasını aldadaraq dələduzluq yolu ilə ümumilikdə 8.200 manat pulunu ələ keçirməsini, verdiyi vədə əməl etməyərək, nə onun, nə də qardaşı Mustafanın işini düzəltmədiyini, aldadaraq aldığı pulu qaytarmadığını bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Zərərçəkmiş şəxslərdən Taciri bir dəfə kafedə görmüşdür. Dİgər zərərçəkmiş şəxsləri tanımır. Zərərçəkmiş şəxslərlə heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Şahid1 ilə işlədiyi özəl şirkətdə tanış olmuşdur. 2017-ci ilin təxminən oktyabr ayında Sanillə söhbət zamanı qohumunun hərbiçi olduğunu, onu xidmət etdiyi hərbi hissədən Azərbaycan Respublikasının rayonlarına göndəriləcəyini, səhhətində problemlər olduğu üçün onu hal-hazırda xidmət etdiyi hərbi hissədə saxlatdırmaq istədiyini bildirmişdir. Sanilə bacısı oğlu İxtiyarın keçmişdə hərbiçi olduğunu, bu sahədə tanışları olduğunu, bacısı oğlu İxtiyarla danışıb bu işdə ona kömək edə biləcəyini soruşub məlumat verəcəyini demişdir. Sonra Bakı şəhəri, Neapol dairəsinin yaxınlığında dəqiq ünvanını bilmədiyi kafedə bacısı oğlu İxtiyar, Sanil və sonradan adları ona məlum olan Tacir və Mustafa adlı şəxslə görüşmüşlər. Söhbət zamanı İxtiyar Tacirə bu məsələ ilə bağlı tanışlarına deyəcəyini, alınarsa bu işdə onlara kömək edəcəyini bildirmişdir. Kafedə olan zaman onların arasında pul barədə söhbət olmamış, hər hansı şəxsin İxtiyara pul verməsini görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır. Zərərçəkmiş şəxs2 Şahid4 atası kimi tanıyır. Digər zərərçəkmiş şəxsləri isə tanımır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Xaçmaz rayonu, X23, Xızı rayon xidmət sahəsində çilingər işləyən Şahid4 Xızı rayonunda işlədiyi vaxtdan tanıyr. 2018-ci ilin son aylarında yaşadığı kənddə olarkən Turalla görüşmüş, onunla söhbət əsnasında Tural iş yerini yaşadığı Siyəzən rayonuna dəyişdirmək istədiyini bildirmişdir. Bu zaman Turala İxtiyar adlı tanışının olduğunu, bu məsələdə ona köməklik edə biləcəyini bildirmiş və həmin vaxt Turalın yanında İxtiyarın mobil telefon nömrəsini yığıb onunla danışmış, Turalın iş yerini dəyişdirilməsinə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. İxtiyar Turalın işinə köməklik edə biləcəyini bildirdikdən sonra İxtiyarın mobil telefon nömrəsini Turala vermişdir. Sonradan ona məlum olmuşdur ki, İxtiyar Turalın iş yerini Xızıdan Siyəzən rayonuna dəyişdirəcəyini yalandan vəd edib Turalın atası Əhlimandan 3600 manat pul almışdır. Lakin İxtiyar verdiyi vədə əməl etmədiyinə və aldığı pulu qaytarmadığına görə Əhliman ondan Abşeron rayon polis şöbəsinə şikayət etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumatlandırılmış şahidlər Şahid4, Şahid6, Şahid7, Şahid8 və Şahid9 məhkəmə iclaslarına gəlməmiş, onların məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Müdafiə tərəfi şahidlər Şahid4, Şahid6, Şahid7, Şahid8 və Şahid9 məhkəmə baxışında iştiraklarını tələb etmədiyindən məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən onların iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 2012-ci ildən Xaçmaz rayonu, Qaz İstismar İdarəsinin, Xızı rayon xidmət sahəsində çilingər işləyir. Şahid5 onun xidmət etdiyi Xızı rayonunda yaşayır və iş prosesində onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs Rafiqin vasitəsilə tanımışdır. Onların heç biri ilə qohumluğu və ədavəti yoxdur. İş yerim yaşadığı Siyəzən rayonundan uzaqda yerləşdiyinə və gedib-gəlməkdə çətinlik çəkdiyinə görə də atası onun iş yerini yaşadığı Siyəzən rayonuna dəyişdirmək istəmişdir. Bu səbəbdən iş yerini dəyişdirmək üçün adam axtarmışlar. Rafiqlə söhbət zamanı bu barədə danışarkən yaxın hərbiçi tanışının olduğunu, həmin şəxsin ona köməklik göstərə biləcəyini demişdir. Onun təklifi ilə razılaşdığı üçün Rafiq onun yanında İxtiyar adlı şəxsin mobil nömrəsinə zəng edərək ona köməklik etməsini xahiş etmişdir. İxtiyar adlı şəxs telefonda danışarkən ona köməklik edə biləcəyini bildirəndən sonra Rafiq İxtiyarın istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrini ona vermişdir. Evə getdikdən sonra bu barədə atası Əhlimana demiş və İxtiyarın mobil nömrəsini ona vermişdir. Atası həmin nömrəyə zəng vuraraq İxtiyarla görüş təyin etmiş və 2018-ci ilin noyabr ayının ortalarında razılaşdırılmış qaydada Xırdalan şəhərində yerləşən “Meqastore” mağazasının qarşısında İxtiyar adlı şəxslə görüşərək yolun əks tərəfində yerləşən çayxanaya getmişlər. Orada İxtiyara problemi izah etmiş, İxtiyar onun xidməti vəsiqəsini və sertifikatını istəmiş, həmin sənədlərin surətlərini ona vermişdir. İxtiyar qısa zamanda onun işini həll edəcəyini və həmin işin düzəlməsi üçün müəyyən qədər pul lazım olduğunu bildirmiş, lakin konkret olaraq məbləğ deməmişdir. Onunla razılaşandan sonra atası ilə birlikdə evə qayıtmış, bundan bir müddət sonra 2018-ci ilin dekabr ayının əvvəllərində İxtiyar atası Əhlimana zəng edərək onun xidmət sahəsini Xızdan Siyəzən rayonuna dəyişdirmək üçün 3600 manat pul lazım olduğunu bildirmişdir. Bu danışıqdan bir müddət sonra atası ilə birlikdə Xırdalan şəhərində İxtiyarla görüşmüş və atası ilkin oaraq ona 400 manat pul vermişdir. İkinci dəfə Xırdalan şəhərində 1800 manat, sonuncu dəfə isə İxtiyara 1400 manat pul vermişdir. Lakin İxtiyar verdiyi vədə əməl etməmiş, hətta onların telefon zənglərinə cavab verməmişdir. Sonra İxtiyarı tapıb ondan verdikləri 3600 manat pulu tələb tələb etdikdə qısa zamanda aldığı 3600 manat pulu qaytaracağına söz versə də müxtəlif bəhanələr gətirərək bu günə kimi pullarını qaytarmamışdır. İxtiyar adlı şəxsin onları aldadılıb 3600 manat pullarını dələduzluq yolu ilə ələ keçirməsinə əmin olduqdan sonra atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində Abşeron RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Nəcəfov Tural ifadəsində atasının İxtiyara pul verərkən Şahid5 iştirak etmədiyini, Rafiqin Təqsirləndirilən şəxs pul verməsi barədə sonradan bildiyini göstərmişdir (cild İ, i/v 9., cild İİ, i/v 83-84). İş üzrə Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, yuxarıda qeyd olunan ünvanda yaşayır, subaydır, H.Əliyev adına Beynəlxalq hava limanında yanğınsöndürən vəzifəsində işləyir, əvvəllər məhkum olunmamışdır. Abşeron rayonu Xırdalan şəhər sakini X7 2019-cu ilin iyul ayından ortalarından etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. X18 onun sinif yoldaşıdır, Zərərçəkmiş şəxs4 isə Muradın atasıdır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır, onlarla münasibəti normal olmuşdur, Zərərçəkmiş şəxs3 isə onun atasıdır. Murad Azərbaycan Respublikası Memarlıq və X4 bitirmişdir, hazırda da Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Abşeron rayon dövlət aqrar inkişaf mərkəzində torpaqşünaslıq üzrə baş məsləhətçi işləyir. O, özü 2012-ci ildə Türkiyyə Respublikası Samsun şəhərində yerləşən 19 mayıs universitetinin Mexanika mühəndisliyi fakultəsinə daxil olmuş, 2017-ci ildə isə həmin universiteti mexanika ixtisası üzrə bitirmiş, həmin vaxtdan da Bakı şəhərində olur, heç bir yerdə işləmir, özünə iş axtarmışdır. Həmin vaxt onun atası Şadoğlan hərbçi olduğundan, İxtiyar adlı şəxsə onun işini danışmış, İxtiyar onu Qala hərbi şəhərciyində yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə zabit kimi işə düzəldəcəkdi, həmçinin onun qaynı Vasifi də onunla birlikdə eyni hərbi hissəyə zabit kimi işə düzəldəcəkdi. Buna görə də İxtiyar atası Şadoğlandan pul almış, o, həmin pulun məbləğini bilməmişdir. Sonradan dostu Murad onların hərbi hissəyə zabit kimi işə düzələcəklərini eşidəndən sonra, ona demişdir ki, «yolum uzaqdır, mən də istəyirəm yaxında işləyim». O da Murada demişdir ki, «atan Şahlara de, atamla danışsın». Sonradan Muradın atası Şahlar bu barədə Şadoğlanla danışmış, Şadoğlan da Şahlara demişdir ki, «mənim bir tanışım var, oğlum və qaynının işini də həll edir, istəyirsən danışım, nömrəsini verim sənə, danışaq, görüşək». Sonradan o, onların danışıb görüşmələrini bilməmişdir. Sonradan 2019-cu ilin sentyabr ayında onları Nəsimi rayonu ərazisində yerləşən Hərbi hospitala tibbi komissiyaya çağırmşlar, orada ona məlum olmuşdur ki, Murad da onlarla komissiyaya gəlmişdir. Həmin vaxt onlar hospitalın qarşısında olarkən, Şahlar 4000 manat pulu sayaraq İxtiyara vermişdir. İxtiyar da pulu alandan sonra Şahlara demişdir ki, «sənin oğlunun işi düzələcək, narahat olma, komissiya ilə danışmışam, hər şey yaxşı olar». Daha o, bilməmişdir ki, Şahlarla İxtiyar təkrar görüşmüşlər ya yox, Şahlar İxtiyara pul vermişdir, ya yox. Sonradan o, eşitmişdir ki, Muradda xəstəlik tapılmışdır, ona görə də tibbi komissiyadan keçməmişdir, İxtiyar da Şahları aldatmışdır və pulunu ələ keçirmişdir. Şahlar atası Şadoğlanla söhbət etdiyi zaman bilmişdir ki, İxtiyar ümumilikdə şahlardan 8855 manat pul almışdır. Həmçinin onun və qaynı Vasifin işi də düzəlməmiş, İxtiyar onun atası şadoğlanı da aldatmış, onunda 11000 manat pulunu ələ keçirmişdir. Hazırda Şadoğlan ərizə ilə Nərimanov rayon polis idarəsinə müraciət etmişdir və orada bununla əlaqədar araşdırma aparılır. Şahlar da nəsimi rayon polis idarəsinə müraciət etmişdir (cild 2, i/v 181-182). İş üzrə Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid7 göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Təqsirləndirilən şəxs 2013-cü il tarixdən etibarən tanıyır. Belə ki, o, Bakı şəhərində yeni tikili binada fəhlə işləyən zaman İxtiyarla qonşulqda kirayəşin yaşamış və oradan da aralarında tanışlıq yaranmışdır. Sonradan ailəvi dostluq etməyə başlamışlar. O, onun ailə üzvlərini və oda onun ailə üzvlərini çox gözəl tanıyır. İxtiyarla aralarında olan söhbətlərin birində o, ona demişdir ki, «xalam oğlu X19 hərbi xidmətini çəkib qurtarmışdır və bunun davamı olaraq hər hansı bir hərbi hissədə xidmətini davam etdirmək üçün müddətdən artıq xidmət edən hərbu qullquçu kimi qalmaq istəyir». O, ondan bu işdə onlara köməklik göstərməsini xahiş etmişdir. İxtiyar bildirmişdir ki, onun bu səhədə tanışları vardır. O, ona tanışları vasitəsi ilə köməklik edə bilər, lakin bunun üçün ona Məmməd Əlilliyə məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətlərini verməlidir. O, onun dediyi kimi etmişdir. 2017-ci ilin oktyabr ayının son on günlüyündə Məmməd Əlillidən həmin sənədlərin ksero surətlərini Yevlax rayonunda alıb, Bakı şəhərinə gəlib Nəsimi rayonu, Şamaxinka adlanan yerdə İxtiyara vermişdir. İxtiyar sənədlərin ksero surətlərini götürdükdən sonra ona bildirmişdir ki, «bu işin düzəlməsi üçün o öz tanışına 3.000 manat pul və məndən aldığı sənədlərin kserosurətlərini verəcəkdir». O, İxtiyara təklif etmişdir ki, əgər istəyirsə 3.000 manat pulu ona qabaqcadan versin. Lakin İxtiyar pulu götürməkdən imtina etmişdir. Bildirmişdir ki, pulu özü verəcək və iş düzələndən sonra o, İxtiyara 3.000 manat pulu verər. Bundan sonra o, oradan çıxıb getmşdir. Lakin hazır ki, vaxta kimi həmin iş düzəlməmiş və İxtiyar sənədlərin ksero surətlərini ona qaytarmışdır. Təqsirləndirilən şəxs həmin şəxs barəsində ona heç bir məlumat verməmişdir. O, İxtiyardan sənədlərin kserosurətlərini götürən zaman onun mobil nömrəsinə zəng gəlmiş və İxtiyar onunla sağollaşaraq bildirmişdir ki, «işi düzəltməli olan tanışı ona zəng edir». O, Alov parkın qarşısına gedəcəyini demişdir. Belə ki, sənədlərin kserosurətlərini həmin şəxsə verməli olduğunu bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi o, işi düzəltməli olan şəxsi tanımır, onun anket məlumatlarını bilmir (cild 1, i/v 138-139). İş üzrə Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid8 göstərmişdir ki, o, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Şahid7 onun xalası oğludur. Onun Müseyiblə aralarında olan söhbətlərin birində o, ona demişdir ki, hərbi xidmətini çəkib qurtarmış və bunun davamı olaraq hər hansı bir hərbi hissədə xidmətini davam etdirmək üçün müddətdən artıq xidmət edən hərbi qullquçu kimi qalmaq istəyir. O, Müseyibdən bu işdə ona köməklik göstərməsini xahiş etmişdir. O, bildirmişdir ki, onun imkanları geniş olan tanışı vardır və həmin tanışının vasitəsi ilə ona köməklik edə bilər. Bundan sonra 2017-ci ilin oktyabr ayının son on günlüyündə Müseyib ondan ona məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətlərini Yevlax rayonunda alıb bildirmişdir ki, Bakı şəhərinə aparıb ki bir nəfər tanış olan həmin şəxsə verəcəkdir. Belə ki, o, bu işdə onlara köməklik etməsini söz vermişdir. O, xalası oğlu Şahid7 tanışının kim olmasını bilmir. Onunla heç bir əlaqədə olmamışdır. Müseyib ona onun adını belə deməmişdir. O, bu işin düzəlməsinə görə heç bir şəxsə həmçinin Müseyibə heç bir məbləğdə pul verməmişdir. Həmçinin həmin iş düzəlməmiş və sonradan Müseyib ona aldığı sənədlərin kserosurətlərini qaytarmışdır (cild 1, i/v 141-142). İş üzrə Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid9 göstərmişdir ki, anket məlumatında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Bildirir ki, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından etibarən tanıyır. Belə ki, Samir adlı şəxs vəfat etmiş atasının yaxın dostu olmuşdur. 2017ci ilin oktyabr ayında Samir adlı şəxs bizim rayonda olan zaman o, ona bildirmişdir ki, «mən əvəllər hərbi xidmətdə olmuşam, bundan sonra müddətdən artıq xidmət edən hərbu qullquçu olumşam və sonradan ailə vəziyyətimlə əlaqədar olaraq ehtiyyata buraxılmışam. Lakin hazırda hər hansı bir hərbi hissəyə müddətdən artıq xidmət edən hərbu qullquçu kimi bərpa olmaq istəyirəm». O, ondan bu işdə onlara köməklik göstərməsini xahiş etmişdir. Samir bildirmişdir ki, onun İxtiyar adlı tanışı var. Həmin şəxs ona köməklik edə bilər. X21 telefonla danışmış və İxtiyar bildirmişdir ki, o, özünə məxsus şəxsiyyət vəsiqəsinin və hərbi biletinin kserosurətlərini ona verməlidir. O, onun dediyi kimi etmişdir. 2017-ci ilin oktyabr ayının son on günlüyündə İsmayıllı rayonundan Bakı şəhərinə gəlib Nəsimi rayonu, Şamaxinka adlanan yerdə sənədlərin kserosurətlərini İxtiyara vermişdir. İxtiyar sənədlərin kserosurətlərini götürdükdən sonra ona bildirmişdir ki, bu işin düzəlməsi üçün o öz tanışına 3.000 manat pul və ondan aldığı sənədlərin kserosurətlərini verəcəkdir. O, ona təklif etmişdir ki, əgər istəyirsə 3.000 manat pulu ona qabaqcadan versin. Lakin o pulu götürməkdən imtina etmişdir. Bildirmişdir ki, pulu özü verəcək və iş düzələndən sonra o, ona 3.000 manat pulu verər. Bundan sonra o, oradan çıxıb getmişdir. Lakin hazır ki vaxta kimi həmin iş düzəlməmiş və İxtiyar sənədlərin kserosurətlərini ona qaytarmışdır. Təqsirləndirilən şəxs həmin şəxs barəsində ona heç bir məlumat verməmişdir. O, ondan sənədlərin kserosurətlərini götürən zaman onun mobil nömrəsinə zəng gəlmiş və o, onunla sağollaşaraq bildirmişdir ki, işi düzəltməli olan tanışı ona zəng edir. O, Alov zavodun qarşısına gedəcəyini demişdir. Belə ki, sənədlərin kserosurətlərini həmin şəxsə verməli olduğunu bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi o, işi düzəltməli olan şəxsi tanımır. Onun anket məlumatlarını bilmir. Samir adlı şəxs vəfat etmiş atasının dostu olmuşdur, bildiyi qədər o hazırda X10 şəhərində yaşayır. O, onun əlaqə nömrəsini və anket məlumatlarını bilmir. (cild 1, i/v 145-146). İşdə olan Təqsirləndirilən şəxs tərərindən verilən xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə iltizam verərək Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə ələ keçirdiyi 11000 (on bir min) manatdan 6000 manatını xx.xx.2019-cu il tarixdə, qalan 5000 manatı isə xx.xx.2019-cu il tarixdə qaytaracağını bildirmişdir (cild 3, i/v 148). İşdə olan ziyanın qaytarılmasına dair xx.xx.2020-ci il tarixli protokoldan və qəbzdən görünür ki, Gərayev X5 Şadoğlan Fərzi oğluna vurduğu ziyandan 2000 manat ödəmişdir (cild 3, i/v 150-152). İşdə olan Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Nicat Sadıqov tərəfindən tərtib edilən xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskə Şahid10 iştirakı ilə baxış keçirilmiş və diskdə olan Şahid10 ilə Təqsirləndirilən şəxs arasında olan səs yazısı dinlənilmişdir. Həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğlu Şahid10 rütbəsinin artırılması üçün 3500 manat aldığını, 5000 manatı isə rütbənin qaldırılmasından sonra alacağını bildirir (cild 2, i/v 118-122). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24492 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilən SD diskdə olan danışıqlar və səslər Zərərçəkmiş şəxs1, Şahid10 və Təqsirləndirilən şəxs məxsusdur (cild 2, i/v 108-117). İşdə olan Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus 11000 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etmiş və həmin puldan 2000 manatı qaytardığını bildirmişdir (cild 3, i/v 34-44) İşdə olan Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus 8800 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini etiraf etmişdir (cild 3, i/v 45- 52). İşdə olan Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona məxsus 8200 manat pulu dələduzluq yolu ilə ələ keçirdiyini bildirsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus yalnız 8200 pulunu ələ keçirmədiyini bildirmişdir (cild 2, i/v 58-63) İşdə olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona məxsus 3600 manat pulu dələduzluq yolu ilə keçirdiyini bildirsə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus yalnız 1500 pulunu aldığını, lakin verdiyi oğlunun iş yerinin dəyişdirilməsi ilə bağlı vədinə əməl edə bilmədiyi üçün qaytardığını bildirmişdir (cild 2, i/v 49-51) İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsi Kadrlar idarəsinin rəisi polkovnik Elçin Xəlilov tərəfindən Bakı şəhəri Nizami RPİ-nə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Ordusunda zabit və gizir (miçman) qismində xidmət keçməsi barədə məlumat yoxdur (cild 1, i/v 157). İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rasim Babayev tərəfindən Bakı şəhəri Nizami RPİ-nə ünvanlanan xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası Silahlı Qüvvələrində müddətli və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu qismində xidmət keçməsi barədə məlumat yoxdur (cild 1, i/v 158). İşdə olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə tutulmuşdur (cild 1, i/v 184) İşdə olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxx 2019-cu il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 216-219) İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 36).. İş materiallarında olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 64-65). İşdə olan xx.xx.2020-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 1 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx xxxx 2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixli qərarla 20 gün müddətinə uzadılmışdır (cild 3, i/v 2, 64-67, 233-235). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən və Daşkəsən rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli material üzrə icraata xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11ci maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Gərayev X6 rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində olan iş üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilib. (cild1, i/v 161, 164-167,245-246). İşdə olan xasiyyətnamədən, arayışdan və doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur və himayəsində xx.xx.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan övladı vardır (cild 1, i/v 70-71, cild 3 i/v 89). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3500 manat və 4700 manat, cəmi 8200 pulu alaraq ələ keçirdiyini inkar etsə də, ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs məxsus olduğu təsdiq edilən səs yazısında sonuncu 3500 manat pulu aldığını bildirmişdir. O cümlədən Zərərçəkmiş şəxs1 tərəfindən 4700 manat pulun Təqsirləndirilən şəxs verilməsi iş üzrə şahidlər Şahid10 və Şahid1 ifadələri ilə təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğlunun işini həll etmək adı ilə 1500 manat pulunu aldığını və işi həll edə bilmədiyi üçün qaytardığını bildirsə də, qaytarmasını təsdiq edə biləcək hər hansısa sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3600 manat pulunu ələ keçirməsində özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət qanunun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət iş üzrə tutulduğu xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət və xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.http://eqanun.az/alpidata/code/data/0/c_c_14.htm Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan 300 (üç yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 8200 manat maddi ziyanın 5000 manat mənəvi ziyanın, 31 manat ödənilmiş dövlət rüsumunun, müdafiəçiyə ödənilmiş 110 manat pulun, cəmi 13341 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddiadan görünür ki, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 3600 manat aldığı pulun, 1000 manat maddi zərərin, 1000 manat mənəvi zərərin, 31 manat ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilən mülki iddialar ilə bağlı hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 qarşı törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh – təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 8200 (səkkiz min iki yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin çəkilmiş hüquqi xidmət xərcləri olaraq 110 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, işdə olan Zərərçəkmiş şəxs1 tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardıma görə 110 manat ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinin tələbinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu normanın tələbinə görə fiziki şəxs olaraq məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi xərc və məsrəflərin ödənilməsi huququnu yalnız o halda malikdir ki, onların həqiqqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun 20 manat cavabdehə, qalan 11 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh – təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 3600 (üç min altı yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı – Zərərçəkmiş şəxs2 ödənilməlidir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs2 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş və iddia ərizəsində tələb olunan 31 manat iddia tələbinin 31 (otuz bir) manat dövlət rüsumunun 20 manat cavabdehə, qalan 11 manat isə iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddia tələbinin 1000 manat maddi zərərlə bağlı hissəsində hesab edir ki, Zərərçəkmiş şəxs2 dəymiş 1000 manat maddi zərərlə bağlı heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa məhkəmə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş hər iki iddia ərizələrinin mənəvi zərərlə əlaqədar hissələrinə də münasibət bildirərək qeyd edir ki, verilmiş iddia ərizələri mənəvi zərərin ödənilməsi ilə bağlı hissələrdə əsaslı olmadığından təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X27 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X27 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki cavabdeh tərəfindən onlara mənəvi ziyan vurulması barədə məhkəməyə mötəbər və tutarlı sübutlar təqdim etmədiklərindən məhkəmə iddia tələblərinin mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsinin təmin edilməməsi nəticəsinə gəlir. İddia ərizələri ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 8200 manat maddi ziyan, hüquqi yardım görə ödənilmiş 110 manat, dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 8330 (səkkiz min üç yüz otuz) manat alınaraq Zərərçəkmiş şəxs1 verilməli, ödənilmiş dövlət rüsumunun 11 (on bir) manatı Zərərçəkmiş şəxs1 aid edilməlidir. Həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia qismən ətmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 3600 manat vurulan zərər, dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 3620 (üç min altı yüz iyirmi) manat alınaraq Zərərçəkmiş şəxs2 verilməli, ödənilmiş dövlət rüsumunun 11 (on bir) manatı Zərərçəkmiş şəxs2 aid edilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət və xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilən mülki iddia qismən təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs 3600 manat vurulan zərər, dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilən mülki iddia qismən təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs 8200 manat maddi ziyan, hüquqi yardım görə ödənilmiş 110 manat, dövlət rüsumuna görə ödənilmiş 20 manat, cəmi 8330 (səkkiz min üç yüz otuz) manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-29/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver