Məhkəmə qərarları › İş №1(006)-29/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2022 13.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X12 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs10 Zərərçəkmiş şəxs9 Zərərçəkmiş şəxs11 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğlunun Zərərçəkmiş şəxs1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs7 (mülki iddiaçı) Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs (mülki cavabdeh) iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 61, mənzil 18 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin ümumi bölməsinin məsul icraçısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə iş yoldaşı Şahid7 tanışı Zərərçəkmiş şəxs8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs8 Şahid7 vasitəsilə göndərdiyi 2.500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən eyni vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə: • Şahid7 tanışı Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğluna sonuncunun qardaşı X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs13 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğluna maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğluna sonuncunun qohumu Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Qax rayonunda yerləşən hissəsində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs4 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs11 sonuncunun tanışını Şahid9 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs11 Babayev vasitəsilə göndərdiyi 3.000 manat pulunu alıb verdiyi vədə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs5 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs5 5.000 manat maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs3 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2.000 manat pulunu alıb verdiyi vədə əməl etməyərək ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs3 5.000 manat maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs2 oğlu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs2 5.000 manat maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilaetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs6 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs6 5.000 manat maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs10 oğlu Şahid11 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs10 Şahid7 vasitəsilə göndərdiyi 3.000 manat və 2020-ci ilin sentyabr ayının ortalarında həmin ünvanın qarşısında 2.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs10 5.000 manat maddi ziyan vurmaqla; • Şahid7 tanışı X1 arvadı Şahid12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadrlar şöbəsində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs9 Şahid7 vasitəsilə göndərdiyi 3.500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib X13 maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs1 Şahid7 vasitəsilə göndərdiyi 3.500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla; • Şahid7 tanışı Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin yanvar ayının 7-də Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs12 Şahid7 vasitəsilə göndərdiyi 4.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla; • tanışı Zərərçəkmiş şəxs7 sonuncunun arvadı Şahid15 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs7 1.300 manat, 2021-ci ilin fevral ayında Zərərçəkmiş şəxs7 “E-manat” ödəmə terminalı vasitəsilə onun "xxxx" ASC-yə məxsus plastik kart hesabına köçürdüyü 1.500 manat pulunu Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42də yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin inzibati binasının yaxınlığında yerləşən bankomatdan çıxarmaqla ələ keçirib verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs7 ümumilikdə 2.800 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 05 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin ümumi bölməsinin məsul icraçısı vəzifəsinə təyin olunmuşdur. 2020ci ilin yanvar ayında onun bir neçə şəxsin işə düzəlməsinə kömək etməsi barədə məlumatı olan və eyni idarədə xilasedici-sürücü işləyən Şahid7 ona yaxınlaşaraq bir neçə dosttanışının işə qəbul olunmasında köməklik göstərməsini istəmiş, o da təkrar vakant yerlər yaradılacağını fikirləşib Şahid7 bu məsələni həll edə biləcəyinə vəd vermiş və bunun üçün işə düzələcək olan şəxslərin hər birinin müəyyən miqdarda pul verməli olduğunu bildirmişdir. Veriləcək olan pulun bir hissəsini öncədən sənədlərlə birlikdə, qalan hissəsini isə işə düzəldikdən sonra alacağını söyləmişdir. 2020-ci ilin mart ayının ortalarında Faiq ona Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Nicat Abdulrəhmanlı və Şahid9 adlı şəxsləri işə düzəltməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən işlədikləri idarədə hər biri üçün 1.500 manat olmaqla ümumilikdə 6.000 manat pul və sənədləri vermiş, o da 4-5 ay ərzində işi həll edəcəyinə söz vermişdir. İyun ayında həmin şəxslərin mobil telefon nömrələrinə zəng etmiş, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim edərək onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərin qeydiyyata alındığını bildirmişdir. Həmin zəngdən sonra Şahid7 ona olan inamının daha da artdığını hiss etmişdir. İyun ayında Faiq işlədikləri idarədə Zərərçəkmiş şəxs3, Şahid2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və Şahid11 adlı şəxsləri də Fövqəladə Hallar Nazirliyində sürücü və ya yanğın söndürən vəzifəsinə düzəlmələri üçün kömək istədikdə adam başına cəmi 5.000 manat pul verməli olduğunu, həmin pulun 2.000 manatını sənədlərlə birlikdə, qalan 3.000 manatını isə işə başladıqdan sonra verməli olduqlarını bildirmişdir. İyul ayının ortalarında Faiq ona 10.000 manat pulu və həmin şəxslərin sənədlərini işlədikləri idarənin qarşısında ona vermişdir. Pul və sənədləri alarkən Faiqə 2020-ci ilin sentyabr ayının sonunadək bütün pul verən şəxslərin təyinatlarını alaraq işlə təmin olunacaqlarını demişdir. Sentyabr ayında həmin şəxslərin mobil telefon nömrələrinə zəng etmiş, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş və hazırda onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərinin qeydiyyata alındığını demişdir. Sentyabr ayında Faiq işə düzəlmək istəyən Zərərçəkmiş şəxs1 və Şahid12 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiklərini bildirmişdir. Faiqə Şahid12 nazirliyin Kadrlar şöbəsində köməkçi düzəlməsi üçün 7.000, Zərərçəkmiş şəxs1 isə yanğın söndürən vəzifəsinə düzəlməsi üçün 6.000 manat pul verməli olduğunu bildirmişdir. Sentyabr ayının ortalarında Şahid12 üçün ilkin olaraq 2.200 manat pulu, Zərərçəkmiş şəxs1 üçün isə ilkin olaraq 2.000 manat pulu və hər ikisinin sənədlərini işlədikləri idarənin qarşısında Faiqdən almışdır. Dekabr ayında Faiq tanışı Zərərçəkmiş şəxs12 işə düzəlmək istədiyini bildirmiş, həmin şəxsi yanğın söndürən vəzifəsinə düzəltmək üçün ümumilikdə 5.500 manat verməli olduğunu Faiqə demişdir. İlkin olaraq 1.500 manat pulu və sənədləri işlədikləri idarənin qarşısında Faiqdən almış, qalan 4.000 manat pulu isə işlə təmin olunduqdan sonra alacağını bildirmişdir. 2021-ci ilin fevral ayında pullarını aldığı bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən ***-***-**-** nömrəsindən zəng edərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş və 03 mart 2021-ci il tarixdə həmin şəxslərin işə qəbul ilə bağlı Fövqəladə Hallar Nazirliyində qəbul ediləcəklərini bildirmişdir. Fevral ayının sonunda Faiqə zəng edərək vakant yerlərin yaradılacağını düşündüyünü, lakin pandemiya və Vətən müharibəsi səbəbindən vakansiya verilmədiyini bildirmişdir. Faiq pulları istədikdə 10 mart 2021-ci il tarixədək vaxt istəmiş, lakin aldığı pulları şəxsi istifadəsinə xərcləmişdir. Həmin şəxslərin heç biri ilə tanışlığı olmadığından Faiq verdiyi pulları ondan tələb etmiş, pulu geri qaytara bilmədiyindən Faiq onun barəsində şikayət etmişdir. İlkin olaraq pulu qaytarmasını tələb edən zaman 12 mart 2021ci il tarixdə Faiqə borclarını bağlaması üçün ayrılıqda 700 manat və 500 manat miqdarda pul vermiş, daha sonra Faiqlə “Moskva” univermağının yaxınlığında qızıl alqı-satqısı məntəqəsinə gedərək ona məxsus qızıl-zinət əşyasını satmış, bundan sonra “Olimpik star” əyləncə mərkəzinin qarşısında Faiqin dostu Ceyhunla görüşərək 1.500 manat pulu Qəzənfər adlı şəxsə verməsi üçün sonuncuya vermişdir. Əlavə olaraq qeyd edir ki, 2020-ci ilin oktyabr ayında iş yoldaşı Zərərçəkmiş şəxs7 arvadı Şahid15 işə düzəltmək üçün ona müraciət etmişdir. İlkin olaraq arvadının Fövqəladə Hallar Nazirliyində işləməsini istəsə də, daha sonra onun üçün Ədliyyə Nazirliyinin daha münasib olduğu qərarına gəlmiş və Xəyal ondan Ədliyyə Nazirliyinə işə düzəldə bilib-bilməməsini soruşduqda, o, həmin vaxt Xəyala atasının Ədliyyə Nazirliyində tanışları olduğunu və oraya daha rahat işə düzəldə biləcəyini demişdir. Xəyala arvadı Şahid15 nazirliyin Kadrlar idarəsinə işə düzəldə biləcəyini və bunun üçün 4.500 manat pul tələb olunduğunu bildirmişdir. Xəyal ilkin olaraq ona 1.300 manat pul verəcəyini, daha sonra arvadının işə düzəlmə əmri çıxdıqdan sonra pulun qalıq hissəsini verəcəyini dedikdə, o, Xəyalla razılaşmış və 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi, ev 42-də yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında görüşərək 1.300 manat pulu və zəruri sənədləri ondan almışdır. 2021-ci ilin fevral ayında Xəyaldan öz işləri ilə əlaqədar borca 1.500 manat pul istəmiş, həmin vaxt Xəyal onun artıq pulu olmadığını və evdə olan pulu arvadı Göyərçinin işi üçün düzəltdiyi pul olduğunu bildirmişdir. Bu hadisədən bir neçə gün sonra özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Xəyalın arvadı Şahid15 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək özünü Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin əməkdaşı kimi təqdim etmiş, işə düzəlmə ilə əlaqədar sənədlərinin qeydiyyatdan keçdiyini və yaxın günlərdə qəbula çağırılacağı barədə məlumat vermişdir. Bundan sonra Xəyal ilə əlaqə saxlamış və arvadının işinin həll olunduğunu və buna görə pulun qalığını ödəmək lazım olduğunu bildirmişdir. Həmin vaxt Xəyaldan 1.500 manat pulu “E-manat” ödəniş sistemi vasitəsi ilə kart hesabına göndərməyi xahiş etmiş və bunun üçün Xəyala kartının şəkilini atmışdır. 03 fevral 2021-ci il tarixdə axşam saatlarında Xəyal 700 manat və 800 manat olmaqla 1.500 manat pulu ona göndərmiş, o da bu pulu iş yerinin yaxınlığındakı bankomatdan çıxarmışdır. 2021-ci ilin fevral ayında bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən ***- ***-**-** saylı mobil nömrədən zəng edib özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aqil Ağayev kimi təqdim edərək 2021-ci il mart ayının 1-dən 5-dək həmin şəxslərin işə qəbul olunmaları ilə bağlı onları nazirlikdə qəbul ediləcəklərini bildirmişdir. Fevral ayının sonu, mart ayının əvvəlində Şahid7 bütün işə düzəlmə məsələsinə görə aldığı pulları heç kimə vermədiyini, həmin pulları şəxsi ehtiyaclarına və borclarına xərclədiyini demişdir. Şahid7 onun üzərinə gəlməməsi üçün fındıq bağının olduğunu və mart ayının 10-a kimi həmin bağı satıb pulları geri qaytaracağını söyləmişdir. Faiq pulu qaytarmağı tələb etdiyi üçün “Moskva” univermağının yaxınlığında yerləşən qızıl alqı-satqısı yerinə getmiş və özünə məxsus qızıl-zinət əşyasını sataraq 1.500 manat pulu Faiqə geri qaytarmışdır. Elə həmin gün 500 manatı Zərərçəkmiş şəxs1, 700 manatı isə Faiqin tanışı Şahid6 olan borcunu ödəmək üçün Şahid7 1.200 manat vermişdir. Faiqə olan ümumi borcun 21.700 manat puldan 2.700 manatını qaytarmış, hazırda Şahid7 cəmi 19.000 manat borcu qalmışdır. Zərər çəkmiş şəxslərin heç birini tanmır, onların işə düzəlməsi üçün pul və digər sənədləri Faiq vasitəsilə almışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 2020-ci iyul ayının ortalarında oğlu Bəxtiyara iş axtardığını bilən qohumu Şahid6 ona zəng edərək Bəxtiyara iş tapıb-tapmadığını soruşmuş, o da Bəxtiyarın hələ işsiz olduğunu bildirmişdir. Ceyhun tanışı vasitəsilə Bəxtiyarı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə kömək edə biləcəyini, işə qəbul üçün nəzərdə tutulmuş 5.000 manat pulun 3.000 manatını sənədlər ilə birlikdə, qalan 2.000 manatını isə Bəxtiyar işə qəbul olduqdan sonra verməli olduğunu bildirmişdir. 2020-ci ilin iyul ayının axırında Ceyhuna zəng edərək sənədləri və 3.000 manat pulu götürüb Bəxtiyar ilə birlikdə Bakıya gəlmiş, bundan sonra Ceyhun ilə metronun “28 May” stansiyasının yaxınlığında görüşmüş və həmin sənədləri Ceyhuna vermişdir. Oğlu Bəxtiyarın işə düzəlmə məsələsini Ceyhun iş yoldaşı Şahid7 vasitəsilə həll edəcəyini bildirmiş, bu məqsədlə Ceyhun onu Faiqlə görüşdürmüşdür. Ceyhun işə düzəlmə məsələsinin təxminən 1-2 ay çəkəcəyini, həmin müddət ərzində Bəxtiyarın müəyyən yoxlamalardan keçəcəyini bildirmişdir. Bundan sonra Ceyhuna 3.000 manat pulu vermişdir. 2020-ci ilin sentyabr ayında Ceyhun ona zəng edərək Bəxtiyarın işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparıldığını və buna görə qalan 2.000 manat pulu da verməli olduğunu bildirmişdir. Sentyabr ayının ortalarında 2.000 manat pulu rayondan Bakı şəhərinə gələn taksi vasitəsilə Ceyhuna göndərmişdir. 2020-ci ilin noyabr-dekabr aylarında Bəxtiyara özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslər zəng etmiş və qabiliyyət imtahanına çağırmış, bir neçə gün sonra yenidən zəng edərək imtahanın təxirə salındığını və vaxtı barədə məlumat veriləcəyini demişlər. 2021-ci ilin yanvar-fevral aylarında özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən şəxs oğlu Bəxtiyarı fevral ayının 10-da nazirlikdə qəbul ediləcəyini demiş, lakin Bəxtiyar həmin vaxtı Bakıya gələndə bu görüşün təxirə salındığını söyləmişlər. Bu proses 1 ildən çox davam etmiş, 2021-ci ilin mart ayında Bəxtiyara xatırlamadığı mobil nömrədən zəng edən şəxs sonuncunun sənədlərinin geri qayıtdığını və gəlib pulları geri götürməyini demiş, bundan sonra Ceyhun zəng edərək pulları qaytaracağını bildirmişdir. 2021-ci ilin aprel-may aylarında Ceyhuna zəng edərək ona verdiyi ümumilikdə 5.000 manat pulu Ceyhundan tələb edəndə, sonuncu işə düzəldən şəxsin barəsində araşdırma getdiyini bildirərək 10-15 günə pulu kimdənsə alıb ona verəcəyini söyləsə də, pulu qayıtmamışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç vaxt görüşməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, təxminən 2020-ci ilin yanvar ayında arvadı Şahid12 rəfiqəsi Sevinc Babayevadan ona iş tapılmasında kömək göstərməyini xahiş etmişdir. S.Babayeva əri Şahid7 Fövqəladə Hallar Nazirliyində işlədiyini deyərək orada işləyən tanışının Vüsaləni işə qəbul olmasına kömək edə biləcəyini demişdir. 2020-ci ilin sentyabr ayında Faiq Vüsalənin işə düzəlməsi üçün 7.000 manat və işə qəbul üçün lazım olan sənədlərin tələb olunduğunu bildirmişdir. Faiq həmin pulun ilkin olaraq 3.500 manatını, arvadı işə başladıqdan sonra qalan 3.500 manatını alacağını demişdir. Ailəvi dost olduqlarından o, Faiqə etibar etmiş və 2020-ci ilin sentyabr ayında lazım olan sənədləri, oktyabr ayının sonlarında isə 3.500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Faiqə vermiş, Faiq də işin 6 ay çəkəcəyini bildirmişdir. Dekabr ayında Fövqəladə Hallar Nazirliyindən Aqil adlı şəxs yoldaşı Vüsaləyə zəng vuraraq onu tezlikdə işə dəvət edəcəklərini bildirmişdir. 2020-ci ilin fevral ayının 10da Vüsalə ***-***-**-** saylı mobil nömrədən zəng gəldiyini və onu 24 fevral tarixdə, saat 11-də Fövqəladə Hallar Nazirliyinin Kadrlar idarəsinə çağırıldığını bildirilmişdir. O, həmin nömrəyə yenidən zəng etdikdə əlaqə yaratmağın mümkün olmadığını görüb şübhələnmiş və Faiqə həmin səs yazısını göstərmiş, Faiq isə narahat olmamağı, işin qaydasında getdiyini demişdir. 2021-ci ilin mart ayında Faiq işə düzəlmək istəyən şəxslərdən işə qəbul olunacağı adı altında həmin şəxslərin pulları və sənədləri götürüb Tamerlan adlı tanışına verdiyini, sonuncunun isə onu aldatdığını demişdir. O isə sənədləri və pulu Faiqə verdiyini xatırladaraq pulu ondan tələb etmişdir. Bundan sonra Faiq sənədləri qaytarmış, lakin 3.500 manat pulu Tamerlandan alıb qaytaracağını bildirmişdir. O, heç vaxt Təqsirləndirilən şəxs görməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, Şahid7 4 ilə yaxındır tanıyır. 2020-ci ilin yanvar ayında dostu X15 X1 Nazirliyinə işə düzəltmək istədiyini bildirmiş, o da Şahid7 zəng edərək Vüsalı X16 Xidmətinə işə qəbul olunmasına köməklik göstərmək imkanının olub-olmamasını soruşmuşdur. Şahid7 işə düzəlməyə kömək edə bilən tanışı ilə danışıb xəbər edəcəyini bildirmişdir. Təxminən 3-4 saat sonra Şahid7 tanışı Tamerlanın səs yazısını ona göndərmişdir. Səs yazısında “dayı deyir ki, iyun ayına kimi əmr verdirəcəm, danışdığımız kimi 6.000 manata həll olunacaq” deyilirdi. Salmanla danışdıqdan sonra Faiqə razılığı bildirmişdir. 2020-ci ilin fevral ayının əvvəlində S.Həsənov oğlu Vüsalın sənədlərini göndərmiş, o da Faiqə vermişdir. Bir neçə gün sonra Faiq zəng edərək Tamerlanın vəd olunmuş 6.000 manat pulun 3.000 manatını istədiyini, qalan hissəsini isə işə qəbul olunma haqqında əmr çıxdıqdan sonra verilməli olduğunu demişdir. Salmana zəng edib bu barədə deyəndə, Salman Vüsal işə başlayanda pulu verəcəyini bildirmişdir. Salmanın dediklərini Şahid7 bildirdikdə, sonuncu ona Tamerlanın dayısından xahiş etdiyini və özünün də Tamerlana söz verdiyini demişdir. Bundan sonra Şahid7 Vüsalın işə düzəlməsi üçün Tamerlana çatacaq 3.000 manat pulu 2020-ci ilin mart ayının 9-da Tamerlanın tanışı Əjdər adlı şəxsdən Nizami rayonunda yerləşən 50 saylı notariat ofisində borc götürüb Tamerlana vermişdir. Bu pulu da sonra ozü şəxsən ödəmişdir. Şahid7 işə düzəlmə məsələsinin təxminən 3-4 ay çəkəcəyini və həmin müddət ərzində Vüsalın müəyyən yoxlamalardan keçəcəyini demişdir. 2020-ci ilin fevral ayında iş yoldaşı Xanlar zəng edərək dostu Rizvan Abdullayevin onun yanında olduğunu bildirərək ora gəlməyini istəmişdir. Xanlar dostu Rizvanı tanış edərək işçisi Soltan adlı şəxsin qardaşını Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Qax rayon bölməsinə işə düzəltmək istədiyini bildirmişdir. O da həmin vaxt Şahid7 zəng vurmuş və telefonu Rizvana vermişdir ki, özləri danışsınlar. Bir neçə dəqiqə sonra Faiq sonuncunun telefon nömrəsinə zəng edərək X16 Xidmətinin Qax rayon bölməsində yer olduğunu və işə düzəltməyə kömək edə biləcəklərini bildirmişdir. Daha sonra onlar bir-birilərinin nömrələrini götürmüşlər. 2020-ci ilin iyun ayında Salman zəng edərək X24 Nazirliyindən zəng gəldiyini və zəng edən şəxsin Vüsalın işə düzəlmə məsələsinin həll edildiyini, sənədlərin qeydiyyata alınması barədə məlumat verdiyini bildirmişdir. Daha sonra Rizvan da ona zəng edərək Soltanın qohumlarına da analoji zəngin gəldiyini demişdir. 2021-ci ilin yanvar ayında sonuncu Şahid7 zəng edərək tanışı Şahid8 qohumu Zərərçəkmiş şəxs12 Fövqəladə Hallar Nazirliyində işə düzəltmək istədiyini bildirmişdir. Şahid7 tanışı Təqsirləndirilən şəxs vasitəsilə kömək edə biləcəyini bildirdikdən sonra onlar bir-birilərinin nömrələrini götürmüşlər. Vüsalın və Soltanın qohumlarının işə düzəlmədiyini görüb 2021-ci ilin fevral ayında Faiqlə danışıb Çevik Xilasetmə İdarəsinə getmiş, Faiqlə birlikdə idarənin ikinci mərtəbəsində olan otaqların birində Təqsirləndirilən şəxs gözləmiş, həmin vaxt Soltan da orada olmuşdur. Bundan sonra Tamerlan gəlmiş və Faiq Tamerlana işə düzəltməli olduğu şəxslərə görə gəldiklərini və əgər iş alınmısda pulun qaytarılmasını demişdir. Tamerlan isə cavabında 3.000 manatın aldığını, lakin barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma getdiyini və adını xatırlamadığı dayısının köməkliyi ilə Vüsalı, Şəhriyarı, Nicatı və digər şəxsləri tezliklə işə düzəldəcəyini və 2021-ci ilin aprel ayından işə çıxacaqlarını bildirmişdir. 2021-ci ilin mart ayında Novruz bayramından sonra Faiq zəng edərək Tamerlanın heç bir sənədi heç kimə vermədiyini demişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 bildirdi ki, 2020-ci ilin iyul ayının sonunda dayısı Şahid5 Əlisahib oğluna Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Kürdəmir rayon şöbəsinə işə qəbul üçün sənəd verdiyini, tibbi və qabiliyyət imtahanından keçdiyini, lakin işə qəbul olunmadığını və özünə iş axtardığını bildirmişdir. Bu zaman dayısı ailəvi tanışı olan Səkinə xanıma zəng edərək məsələni ona bildirmiş, Səkinə də Ceyhun adlı qonşusu ilə danışıb xəbər edəcəyini söyləmişdir. Təxminən 1 saat sonra Səkinə dayısına zəng etmiş, Ceyhunun kömək edə biləcəyini bildirərək sonuncunun nömrəsini vermişdir. Ceyhunla danışanda sonuncu sənədləri yenidən verməli olduğunu və həmin orqana işə qəbul olunmasına öz tanışı vasitəsilə kömək edəcəyini bildirmişdir. Ceyhun 2 gün sonra zəng edərək X16 Xidmətinin Kürdəmir rayon şöbəsinə işə qəbul üçün nəzərdə tutulan sənədləri və ilkin olaraq 6.000 manat, iş düzəldikdən sonra isə 4.000 manat pulun verməli olduğunu bildirmişdir. O da onunla razılaşmış, təxminən 10 gün sonra Ceyhuna zəng edərək sənədləri və 6.000 manat pulun hazır olduğunu deyib onu avqust ayının 6-da Kürdəmirə dəvət etmiş, notariusda borc müqaviləsi ilə 6.000 manat pulu və sənədləri ona vermişdir. Ceyhun işin 31 dekabr 2020-ci il tarixədək həll olunacağını bildirmişdir. 2021-ci ilin yanvar-mart aylarında xatırlamadığı şəhər və mobil nömrələrdən zənglər gələrək ona sənədlərinə Fövqəladə Hallar Nazirliyində baxıldığı və tezliklə Bakı şəhərinə çağrılacağı bildirilmişdir. 2021-ci ilin fevral və mart aylarında özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs onu Bakıya çağırmış, lakin gəlməsinə 1 gün qalmış yenidən zəng edərək görüşün təxirə salındığını söyləmişdir. İyun ayının əvvəlində Ceyhun zəng edərək bildirmişdir ki, işə düzəlməsi üçün sənədləri və pulları verdiyi Tamerlan adlı şəxs tərəfndən aldadılıb. O isə pulu Tamerlana yox, Ceyhuna verdiyini deyərək pulu və sənədləri geri qaytarmasını tələb etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. İş üzrə şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, 2020-ci ilin yanvar ayında tanışı Rizvan Abdullayevlə söhbət edən zaman qardaşı Şahid1 işə düzəltmək istədiyini deyəndə, həmin vaxt orada olan Rizvanın dostu Zərərçəkmiş şəxs11 dostu Şahid7 vasitəsilə bu işi həll edə biləcəyini bildirmiş və Faiqlə danışdıqdan sonra X25 Nazirliyinin X16 Xidmətinin Qax rayonunda yerləşən bölməsinə işə qəbulla bağlı Faiqin nömrəsini ona vermişdir. O da Faiqlə əlaqə saxlayarkən sonuncu işə düzəlmə üçün lazəm olan 6.000 manat puldan ilkin olaraq 2.000 manatın və zəruri sənədlərin verilməsini, əmrdən sonra da qalan 4.000 manatın verilməli olduğunu bildirmişdir. 2020-ci ilin fevral ayının əvvəlində X20 Nazırlıyındə işə düzələcəyi barədə məlumatı olan qohumu Zərərçəkmiş şəxs4 da işə düzəlməsinə kömək etməyini xahiş etmiş, o da Faiqlə əlaqə saxlayaraq Şəhriyarın da X16 Xidmətinə işə düzəltmək imkanının olub-olmamasını soruşmuşdur. Bir neçə dəqiqə sonra Faiq zəng edərək bu işin də alınacağını və buna gör də ilkin olaraq 2.000 manat pulun əvvəl verilməli olduğunu söyləmişdir. 2020-ci ilin fevral ayının ortasında sənədləri və 4.000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində Faiqə vermişdir. Daha sonra Faiq zəng edərək bu vəsaitin az olduğunu, hər adama görə əlavə olaraq 1.000 manat pul verməli olduğunu bildirmişdir. O da həmin 2.000 manat pulu Faiqə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında vermiş, Faiq də ona işə düzəlmə məsələsində müəyyən yoxlamaların təxminən 3-4 ay çəkəcəyini bildirmişdir. Faiq pulları alarkən Zərərçəkmiş şəxs4 və Şahid1 işə düzəlməsinə Təqsirləndirilən şəxs kömək edəcəyi barədə heç nə söyləməmiş, lakin kiminsə kömək etdiyini bildirmişdir. 2020-ci ilin iyun ayında Şəhriyar və Nicat zəng edərək Fövqəladə Hallar Nazirliyindən onlara zəng edən şəxsin işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərinin qeydiyyata alınmasını bildirmişlər. Pulun verilməsindən xeyli müddət keçməsinə baxmayaraq 2020-ci ilin avqust və sentyabr aylarında Şəhriyar və Nicatın işə düzəlməməsinin səbəbini Faiqdən soruşduqda əvvəlcə pandemiya, daha sonra Vətən müharibəsi səbəbindən yubandığını bildirmişdir. Nicat müharibəyə getdiyindən işə düzəlmə məsələsi yarımçıq qalmış, bu səbəbdən Faiqdən heç olmasa Şəhriyarı işə düzəltməsini istəmişdir. 2021-ci ilin fevral ayında Faiq onu Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinə gəlməsini istəmiş, oraya çatdıqda idarənin ikinci mərtəbəsində olan otaqlardan birində Faiqin tanışı olan Təqsirləndirilən şəxs gözləmişdir. Bundan sonra Faiq Rəhimin də gəldiyini bildirərək onu qarşılamaq üçün aşağı düşmüş və bir neçə dəqiqə sonra Faiq Rəhim və tanımadığı bir nəfərlə birlikdə gəlmişlər. Tamerlanı ilk dəfə orada görmüşdür. Faiq Tamerlana “işə düzəldə bilirsənsə işə düzəlt, əgər bacarmırsansa camaatın pulunu qaytar” dedikdə, Tamerlan cavabında pulu aldığını, lakin dayısının tutulduğunu, özü barəsində isə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma getdiyini deyərək Şəhriyarı, Nicatı və digər şəxsləri tezliklə işə düzəldəcəyini və onların 2021-ci ilin aprel ayından işə çıxacaqlarını bildirmişdir. 2021-ci ilin mart ayında Faiq ona zəng edərək bildirmişdir ki, Tamerlan heç bir sənədi heç kimə verməmiş və bütün sənədləri özündə saxlamış, eyni zamanda pulu qaytaracağını və Tamerlan barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyini demişdir. Ona dəymiş zərərdən 2.500 manat qaytarılmışdır. İş üzrə şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayında tanışı Şahid10 iş axtardığını və Fövqəladə Hallar Nazirliyinin X16 Xidmətinin Biləsuvar rayon şöbəsində boş yerlər olduğunu bildirmişdir. Həmin vaxt Müslüm ora işə qəbul olmasına köməklik edə bilib-bilməyəcəyini öyrənmək üçün tanışı Şahid7 zəng etmişdir. Bir qədər sonra Faiq Müslümə zəng edərək həmin yerə işə düzəlməsinə kömək edə biləcəyini, bunun üçün 7.000 manat pulun 3.500 manatını sənədlərlə birlikdə əvvəlcədən, qalan 3.500 manatı isə işə başladıqdan sonra alınacağını bildirmişdir. 2020-ci ilin sentyabr ayının əvvəlində Müslümə zəng edərək sənədləri və 3.500 manat pulu gətirdiyini və metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olduğunu bildirmiş, Müslüm da oraya gələrək onları ondan götürüb Faiqə verib onu onunla tanış etmişdir. Sentyabr ayının ortalarında Müslüm və Faiq zəng edərək sənədlərdə çatışmazlıq olduğuna görə onun Bakıya gəlməli olduğunu bildirmişlər. Lakin o, müharibəyə yollanmış və işə düzəlmə məsələsi nəticəsiz qalmışdır. Müharibədən qayıtdıqdan sonra 2021-ci ilin yanvar ayının sonlarında bir neçə dəfə xatırlamadığı nömrələrdən zənglər gəlmişdir. Zəng edən şəxs özünü kapitan kimi təqdim etmiş, onu Fövqəladə Hallar Nazirliyinin Kadrlar idarəsinə dəvət etmiş, o isə Bakıya gəldikdə görüşün təxirə salındığı söylənilmişdir. İşə düzəlmədiyini görüb Müslümə zəng edərək sənədlərini və verdiyi 3.500 manat pulu geri istəmiş, mart ayının axırlarında Müslüm Biləsuvar rayonunda sənədlərini və verdiyi 3.500 manat pulu ona geri qaytarmışdır. Şahid7lə Müslüm vasitəsilə tanış olduğunu, lakin Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Müslüm işə düzəlməyinə Faiq vasitəsilə kömək edəcəyini bilmişdir. Ona dəymiş ziyan ödənilmiş, iş üzrə heç bir şikayəti yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, özü Fövqəladə Hallar Nazirliyi əməkdaşıdır və Təqsirləndirilən şəxsla iş yoldaşı olmuşlar. Tamerlan bir neçə dəfə pul müqabilində nazirliyə müxtəlif vəzifələrə işə adam düzəldə bildiyini, arvadı Şahid13 və bacısı X9 da nazirlikdə işlədiyini söyləmişdir. 2020-ci ildə arvadı Şahid15 işə düzəltmək qərarına gəlmiş, Tamerlan ilə bu barədə söhbət edərək şəxsi əlaqələri vasitəsi ilə arvadının işlə təmin edilməsini xahiş etmişdir. İlkin olaraq arvadını Fövqəladə Hallar Nazirliyində işləməsini istəsə də, daha sonra onun üçün Ədliyyə Nazirliyinin daha münasib olduğu qərarına gəlmiş və Tamerlandan Ədliyyə Nazirliyinə işə düzəldə bilib-bilməməsini soruşmuşdur. Həmin vaxt Tamerlan atasının Ədliyyə Nazirliyində tanışları olduğunu, oraya daha rahat işə düzəldə biləcəyini, bunun üçün 4.500 manat pul tələb olunduğunu söyləmişdir. İlkin olaraq ona 1.300 manat, arvadının işə düzəlmə əmri çıxdıqdan sonra isə pulun qalan hissəsini verəcəyini demişdir. Tamerlan da razılaşmış və onlar 2020-ci ilin sentyabr ayının axırlarında işlədikləri idarənin qarşısında görüşüb o, 1.300 manat pulu və arvadına aid müəyyən sənədləri Tamerlana vermişdir. 2021-ci ilin fevral ayında Tamerlan iş düzəldikdən sonra verəcəyi pulun sonunda özünə çatacağını deyərək şəxsi xərcləri ilə əlaqədar 1.500 manat borc pul istəmiş, lakin o, pulunun olmadığını demişdir. Bir neçə gün sonra arvadı Şahid15 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edən şəxs özünü Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin əməkdaşı kimi təqdim edərək işə düzəlmə ilə əlaqədar sənədlərinin qeydiyyatdan keçdiyini və yaxın günlərdə qəbula çağırılacağı barədə məlumat vermişdir. Bundan sonra Tamerlan əlaqə saxlayaraq arvadının işinin həllini tapdığını və buna görə də pulun qalanını ödəmək lazım olduğunu demişdir. O da Tamerlana 1.500 manat pul verəcəyini bildirəndə, sonuncu bank kartının şəklini ona göndərərək “E-manat” ödəniş sistemi vasitəsi ilə pulun köçürülməsini xahiş etmişdir. 03.02.2021-ci il tarixdə, 17 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Emanat” ödəniş aparatlarının birindən o, 700 manat və 800 manat olmaqla iki dəfəyə 1.500 manat pulu Tamerlanın kart hesabına göndərmişdir. Lakin, Tamerlan vədinə əməl etməmiş, arvadını işə düzəltməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Verilmiş mülki iddianın təmin edilməsini xahiş edir. Məhkəmədə dindirilməsi üçün dəvət edilmələrinə və onların iştirakı üçün görülmüş bütün zəruri tədbirlərə baxmayaraq, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmədə iştirakları təmin olunmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs8 məhkəməyə teleqramlar ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, istintaq dövründə verdikləri ifadələri təsdiq etdiklərini bildirmişlər. Tərəflərin razılığı ilə məhkəmədə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs12 ifadəsinə əsasən 2020-ci ilin dekabr ayında Bakıda yaşayan qohumu Şahid8 və onun ailəsinə Fövqəladə Hallar Nazirliyində işləmək istədiyini bildirmişdir. Bundan sonra Əli öz tanışı ilə danışdığını bildirərək Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunması üçün ümumilikdə 7.000 manat pulun 3.500 manatını sənədlər ilə birlikdə, qalan 3.500 manat işə qəbul olunduqdan sonra verilməli olduğunu demişdir. 2021-ci ilin yanvar ayının əvvəlində sənədləri hazırladıqdan sonra Əliyə göndərmiş və Əlidən borc olaraq pul verməsini xahiş etmiş, hissə-hissə ona qaytaracağını demişdir. Bir neçə gün sonra Əli zəng edərək işə qəbul olunmasına kömək edəcək olan şəxsə 4.000 manat pul və sənədləri verdiyini, qalan 3.000 manatı işə qəbul olunandan sonra verəcəyini, işə düzəlmə məsələsinin təxminən 3-4 ay çəkəcəyini və həmin müddət ərzində müəyyən yoxlamalardan keçəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayında məlum olmuşdur ki, Əlinin verdiyi 4.000 manat pul dələduzluq niyyəti ilə ələ keçirilmişdir. Əli sənədləri və 4.000 manat pulu adını bilmədiyi tanışına vermişdir. İşə qəbul üçün lazım olan sənədləri qohumu Əliyə göndərmiş, Əli həmin sənədləri və 4.000 manat pulu öz tanışına verdikdən sonra zəng edərək işə düzəlmə məsələsinin 3-4 ay çəkəcəyini bildirmişdir. Şahid7 və Tamerlan adlı şəxsləri tanımadığını və əlaqəsinin olmadığını bildirmişdir. Bu günə kimi o, Əlinin pulunu qaytara bilmədiyi üçün ona 4.000 manat ziyan dəymişdir (cild ll, i.v.11-14). Zərərçəkmiş şəxs5 ifadəsinə əsasən 2020-ci ilin iyun ayının sonunda Ceyhuna X16 Xidmətinin Gəncə şəhərində yerləşən bölməsində yanğın söndürən vəzifəsi üzrə sənədlərini vermək istədiyini bildirmişdir. Ceyhun da tanışı vasitəsilə kömək edə biləcəyini, bir neçə gün sonra işə qəbul üçün nəzərdə tutulmuş sənədləri və 6.000 manat pul verilməli olduğunu bildirmişdir. O, işə qəbul olduqdan sonra 6.000 manat verəcəyinə razılaşdı. Bundan sonra Ceyhun işə qəbul üçün lazım olan sənədləri siyahısını göndərdi və əlavə olaraq bildirdi ki, 6.000 manatın 3.000 manatını sənədlərlə birlikdə, qalan 3.000 manatını isə işə qəbul olduqdan sonra verməlidir. Bir neçə gün sonra Ceyhuna zəng edərək sənədləri hazırladığını bildirmişdir. Bundan sonra Ceyhunla Gəncə şəhərində görüşmüş, sənədləri kafelərin birində ona vermişdir. Ceyhunla neçə vaxtdır tanış olduğuna görə onun yerinə borc pul verməyini, bir müddətdən sonra isə borcunu qaytaracağını söyləmişdir. Ceyhun da razılaşmışdır. Ceyhun onun yerinə 3.000 manat pulu verdikdən bir müddət sonra, yəni 2020-ci ilin sentyabr ayında zəng edərək işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparıldığını və buna görə də pulun qalan hissəsindən 2.000 manat pul verməli olduğunu bildirmişdir. Bundan sonra təxminən sentyabr ayının ortalarında o, 2.000 manat pulu rayondan Bakı şəhərinə gələn taksi vasitəsilə Ceyhuna göndərmişdir. Daha sonra Ceyhun zəng edərək ona göndərilən 2.000 manat pulu aldığını bildirmişdir. 2020-ci ilin noyabr ayında xatırlamadığı mobil nömrədən zəng edən şəxs Fövqəladə Hallar Nazirliyinə 10.12.2020-ci il tarixədək qabiliyyət imtahanına dəvət olunacağını, bundan sonra 2020-ci ilin dekabr ayında gələn xatırlamadığı nömrədən zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin idman şöbəsinin əməkdaşı kimi təqdim edərək qabiliyyət imtahanından keçdiyini və tezliklə əlaqə saxlayacaqları bildirmişdir. 2021-ci ilin yanvar ayında ona özünü nazirliyin işçisi kimi təqdim edən şəxs zəng vuraraq fevralın 1-da nazirlikdə qəbul ediləcəyini söyləsə də, sonradan zəng vurub görüşün təxirə salındığını bildirmişdir. Şahid6 işə düzəlmək üçün kimdən kömək istəyəcəyini bilməmiş, ona verdiyi pulun və sənədlərin kimə çatacağı barədə məlumatı olmamış, Şahid7 və Təqsirləndirilən şəxs adlı şəxslərin kim olması barədə məlumatı olmamışdır. Hazırda onun Ceyhuna borcu qalmış və buna görə də iş üzrə ona 5.000 manat ziyan dəymişdir (cild ll, i.v.159-162). Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən 2019-cu ilin oktyabr ayında oğlu Şahid2 hərbi xidməti başa vurduqdan sonra ona iş axtarmağa başlamışdır. 2020-ci ilin iyun ayının ortalarında Rüfət dostları vasitəsilə tanıdığı Şahid6lə onu tanış edərək oğlu Rüfəti X16 Xidmətinin Beyləqan rayon şöbəsinə işə qəbul olmasına kömək edə biləcəyini bildirmişdir. Ceyhun və Rüfətlə Beyləqan rayonunda kafelərin birində görüşmüş, Ceyhunla tanış olduqdan sonra o, tanışı vasitəsilə Rüfətə kömək edə biləcəyini bildirmiş və məsələni dəqiqləşdirmək üçün kiməsə zəng etmişdir. Bundan bir qədər sonra həmin şəxs Ceyhuna zəng edərək Rüfəti həmin quruma işə düzəldə biləcəyini bildirmişdir. Ceyhun Rüfətə işə qəbul üçün nəzərdə tutulmuş sənədlər və 12.500 manat pul verməli olduğunu bildirmişdir. 2020-ci ilin sonlarında razılığını bildirdikdən sonra Rüfət sənədlərini hazırlayıb rayondan Bakıya gələn taksi vasitəsilə Ceyhuna göndərmişdir. Bundan bir neçə gün sonra Ceyhun zəng edərək deyilən puldan 7.000 manatını indi verməli olduğunu söylədiyi üçün o, 02 iyul 2020-ci il tarixdə bu pulu bank vasitəsilə Şahid6 göndərmişdir. Pulu verdikdən bir müdət sonra Rüfətə işə düzəlmə məsələsinin həll edildiyi, sənədlərin qeydiyyata alınmaı və tezliklə əlaqə saxlanılacağı barədə zənglər olmuş, həmçinin Bakıya gəlib idman normativləri ilə bağlı imtahan verəcəyi söylənilmişdir. Bu zəngdən 10-15 gün sonra özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs Rüfətin idman normatvləri ilə bağlı imtahandan uğurla keçdiyini demişdir. 2020-ci ilin sonlarında Rüfət Ceyhuna danışdığı zaman ona Vətən mühaibəsinə görə işə qəbulun dayandırıldığı bildirilmiş, 2021-ci ilin aprel ayında Rüfətin işə düzəlməsi məsələsi ilə bağlı aldadıldığını başa düşmüşdür. Şahid6 oğlunun işə düzəltmək üçün aldığı 7.000 manat pulu və sənədləri kimə verəcəyi barədə məlumatı olmamışdır (cild ll, i.v.41-44). Zərərçəkmiş şəxs8 ifadəsinə əsasən 2020-ci ilin fevral ayında qohumu Şahid14 iş axtardığını, Elçin də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində X16 Xidmətinə işə qəbul olunmağına köməklik göstərmək imkanın olub-olmamasını öyrənmək üçün nazirlikdə işləyən tələbə yoldaşı Şahid7 zəng etmişdir. Təxminən 2-3 saat sonra Şahid7 Elçinə zəng edərək tanışı Tamerlanın vasitəsilə işlə təmin olunacağına köməklik göstərə biləcəyini, işə düzəlməsi üçün ilkin olaraq 2.500 manat, işə qəbul olunma haqqında əmr çıxdıqdan sonra isə qalan 3.000 manat, cəmi 5.500 manat alacağını, eyni zamanda işə qəbul olmaq üçün lazım olan sənədlərin verməli olduğunu bildirmişdir. 2020ci ilin fevral ayının sonlarında Şahid14 2.500 manat pulu və sənədləri taksi vasitəsilə göndərmişdir. Həmin ilin iyun ayında xatırlamadığı nömrədən zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş, hazırda işə düzəlmə məsələsi həll edildiyini və sənədlərin qeydiyyata alındığını bildirmişdir. 2021-ci ilin mart ayının sonlarında Elçin Şahid7 tanışı Tamerlan adlı şəxsin işə düzəlmək istəyən şəxsləri aldadaraq dələduzluq etdiyini bildirmişdir. 2021-ci ilin aprel ayının ortalarında Elçinə verdiyi 2.500 manat pul və sənədlər Şahid14 tərəfindən geri qaytarılmışdır (cild ll, i.v.147-150). Zərərçəkmiş şəxs3 ifadəsinə əsasən 2020-ci ilin mayın sonunda tanışı Şahid6lə söhbət əsnasında ona iş axtardığını bildirəndə, Ceyhun tanışı Şahid7 vasitəsilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə işə düzəltməsinə kömək edə biləcəyini bildirərək ona zəng vurmuşdur. Bir neçə saatdan sonra Ceyhun onu Tovuz rayonunda yerləşən yanğından mühafizə bölməsində yanğın söndürən vəzifəsinə işə düzəldə biləcəyini deyib işə qəbul üçün nəzərdə tutulmuş sənədləri və 6.000 manat pul verməli olduğunu söyləmişdir. Həmçinin, qeyd etmişdir ki, 3.000 manat sənədlərlə birlikdə, qalan 3.000 manat isə işə qəbul olduqdan sonra verilməlidir. 2020-ci ilin iyun ayının əvvəlində Şahid6 zəng edərək Bakı şəhərinə gəldiyini bildirdikdən sonra həmin sənədləri və 3.000 manat pulu metronun “Memar Əcəmi” stansiyası yaxınlığında Ceyhuna vermiş və rayona qayıtmışdır. Bir neçə gündən sonra Ceyhun zəng edərək tərcümeyi-halda natamamlıqlar olduğunu və Bakı şəhərinə gəlməli olduğunu bildirmişdir. Bundan sonra tərcümeyi-halında olan natamamlıqları aradan qaldırmaq üçün Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinə gəlib tərcümeyi-halı yenidən yazıb qayıtmışdır. 2020-ci ilin iyul ayında ona ***-***-**-** saylı GSM nömrədən zəng olunaraq özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim edən şəxs hazırda işə düzəlmə məsələsinin həll edildiyini, sənədləri qeydiyyata alındığını və tezliklə əlaqə saxlayacaqlarını bildirmişdir. 2020-ci ilin sentyabr ayında Ceyhun zəng edərək işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparıldığını, idman imtahanı keçirildiyini və buna görə də pulun qalıq qalan hissəsini də verməli olduğunu bildirmişdir. Ceyhunla danışdıqdan sonra 2.000 manat pulu taksi vasitəsilə Ceyhuna göndərmişdir. 2021-ci ilin mart ayında işə düzəlmə məsələsinin həll olunmadığını görəndən sonra Ceyhuna zəng edərək pulunu və sənədlərini geri qaytarmasını tələb etmiş, bundan sonra Ceyhun sənədləri və pulları geri qaytarmışdır. İşə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs kömək edəcəyini bilməmiş, verilən pulların və sənədlərin kimə çatacağı barədə məlumatı olmamışdır (cild ll, i.v.171-174). Zərərçəkmiş şəxs4 ifadəsinə əsasən 2020-ci ilin fevral ayının əvvəllərində sinif yoldaşı Nicat Abdurəhmanlının qardaşı Soltan onu Fövqəladə Hallar Nazirliyinə işə düzəlməyə kömək edəcək adam tapdığını demiş, o da ona X16 Xidmətinin Qax rayon hissəsində işləmək istədiyini bildirmişdir. Soltan kiməsə zəng edərək bu barədə danışmış və işə qəbul olmaq üçün lazım olan sənədlərin siyahısını verərək ümumilikdə 6.000 manat pulun lazım olduğunu, onun da 3.000 manatı əvvəlcədən verilməsini bildirmişdir. Sənədləri hazırladıqdan sonra 3.000 manat pulu götürüb təxminən 2020-ci ilin fevral ayında Nicatla birlikdə Abşeron rayonu, Sulutəpə qəsəbəsində Soltanın iş yerində ona vermişlər. Soltan hər ikisinin işə düzəlmə məsələsinin 3-4 ay çəkəcəyini, həmin müddət ərzində müəyyən yoxlamalardan keçəcəyini və nazirlikdən əlaqə saxlanacağını bildirmişdir. 2020-ci ilin iyun ayında nömrəsini xatırlamadığı, tanımadığı şəxs nazirliyin Kadrlar idarəsindən zəng etdiyini bildirərək nazirliyin inzibati binasına yaxınlaşmasını, növbəti gün üçün saat 14-15 radələrində Kadrlar idarəsinin işçiləri tərəfindən qəbul ediləcəyini bildirmişdir. Nicata da eyni məzmunlu zəng gəlmişdir. Növbəti gün Nicatla birlikdə Bakıya gəldikdən sonra həmin nömrədən yenidən zəng edilərək sənədlərdə çatışmazlıq olduğunu və yenidən əlaqə saxlanılacağını söylədiklərinə görə Qax rayonuna qayıtmışlar. 2021-ci ilin may ayının ortalarında Soltan nazirlikdə pulu alan şəxslər barəsində prokurorluqda araşdırma getdiyini bildirmişdir. Eyni zamanda pul və sənədləri verdiyi şəxsdən tələb etdikdə, ayın sonunda Soltan həmin şəxsdən aldığı 1.000 manat pulu ona göndərmiş, 2.000 manat pulu isə qaytarılmamışdır. Şahid7 və Təqsirləndirilən şəxs kim olması barədə məlumatı olmamışdır (cild ll, i.v.94-97). Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 2018-ci ilin avqust ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs bir neçə dəfə müəyyən pul müqabilində Fövqəladə Hallar Nazirliyində işləyən arvadı Şahid13 və bacısı X9, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Şahmar Paşayevin yaxın dostu və həkimi olan dayısının köməkliyi ilə nazirlikdə müxtəlif vəzifələrə işə düzəltdiyini qeyd etmişdir. 2020-ci ilin fevral-mart aylarında dostları Şahid14 və Zərərçəkmiş şəxs11la söhbət əsnasında tanışlarından Fövqəladə Hallar Nazirliyində işləmək istəyənlərin olduğunu bildirmişlər. O da Rəhimin tanışı olan Soltan Abdurrəhmanovla qardaşı Nicat və tanışı Zərərçəkmiş şəxs4 kömək etmək üçün tanış olmuşdur. Elçinin tanışı Zərərçəkmiş şəxs8, Rəhimin tanışı Şahid9, Soltanın isə qohumu Zərərçəkmiş şəxs4 və X2 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəmələri ilə əlaqədar söhbət etmiş, iş yoldaşı Tamerlan həmin şəxsləri müəyyən pul müqabilində işə düzəldə biləcəyini söyləmişdir. Tamerlan ilə bu barədə söhbət etdikdən və nə qədər pul verməli olduqlarını öyrəndikdən sonra Elçin, Soltan və Rəhimlə danışmış və həmin şəxslərin işə düzəlmələri üçün bir nəfərin ümumilikdə 6.000 manat pul verməli olduğunu, həmin pulun 3.000 manatını işə düzəlmək üçün lazım olan sənədlərlə birlikdə, qalan 3.000 manatını isə təyinat öncəsi istədiyini bildirmişdir. Elçin, Soltan və Rəhim bununla razılaşmışlar. Orxan Elçinin yaxın dostu olduğu üçün Tamerlan onun işə düzəlməsini 6.000 manata deyil, 5.500 manata həll edəcəyini bildirmişdir. Elçin 2021-ci ilin fevral ayının sonlarında Orxanın verdiyi 2.500 manat pulu və işə qəbul üçün sənədləri Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağının qarşısında vermişdir. 2020-ci ilin mart ayının əvvəlində Soltan Bakı şəhəri, Xətai rayonunda yaşadığı binanın qarşısında 4.000 manat pulu, qalan 2.000 manat pulu növbəti gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağının qarşısında vermişdir. Şahid9 sənədlərini Tamerlana verdikdə pulun 1 həftə ərzində veriləcəyini, vaxt tamam olduqdan sonra Rəhimdən pul istəyəndə pulu düzəldə bilmədiyini və sənədləri geri qaytarmasını istəmişdir. Tamerlana bu məsələni bildirdikdə o, Vüsala görə xahiş etdiyini, zamin durmasını və sənədlərin yoxlanışa göndərildiyini bildirmişdir. Bundan sonra Tamerlan Vüsalın işə düzəlməsi üçün ona çatacaq 3.000 manat pulu 2020-ci ilin mart ayının 9-da Tamerlanın tanışı Əjdər Ələsgərov adlı şəxsdən Bakı şəhəri, Nizami rayonunda yerləşən 50 saylı notariat ofisində borc müqaviləsi əsasında borc ala biləcəyini söyləmişdir. Elçin, Soltan və Rəhimin tanışları olan Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Nicat Abdurəhmanlının və Şahid9 Fövqəladə Hallar Nazirliyində sürücü və ya yanğın söndürən vəzifəsinə işə düzəltməsi üçün Tamerlana ümumilikdə 11.500 manat pul vermişdir. İşə düzəlmək istəyən dostu Şahid6 tanışları Zərərçəkmiş şəxs3, Şahid2, Şahid11, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 da Fövqəladə Hallar Nazirliyində işə düzəlmələri üçün kömək istədikdə, Tamerlanın vasitəsilə kömək edə biləcəyini, bir nəfərə görə cəmi 6.000 manat pul verməli olduğunu, həmin pulun 3.000 manatını sənədlərlə birlikdə, qalan 3.000 manatını isə sənədləri qeydiyyata alındıqdan sonra verməli olduqlarını bildirmiş, Ceyhuna da həmin şəxslərə Tamerlanın dediyi formada pulu verməli olduqlarını söyləmişdir. 2020-ci ilin iyun ayının ortalarında Ceyhun həmin şəxslərin hər birindən 3.000 manat götürərək sonuncuya ümumilikdə verilən 15.000 manat pulu Tamerlana Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında vermişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs3 tərcümeyi-halında natamamlıqlar olduğundan 2020-ci ilin iyun ayında Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsində Zərərçəkmiş şəxs3 Tamerlanla onun iştirakı ilə görüşmüş və Qəzənfər tərcümeyi-halı yenidən yazdıqdan sonra getmişdir. Qəzənfərdən başqa heç biri Tamerlanla əlaqədə olmamış və onu görməmişlər. Bundan sonra Tamerlan əlaqə saxlayaraq bildirmişdir ki, həmin şəxslərin işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparılmış və buna görə də pulun qalıq qalan hissəsini də ödəməlidirlər. O da Ceyhunla əlaqə saxlamış və sonuncu da 2020-ci ilin sentyabr ayının ortalarında hər birindən 2.000 manat olmaqla, ümumilikdə 10.000 manat pulu Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə idarəsinin yaxınlığında ona verərək bildirmişdir ki, qalan 5.000 manatı da həmin şəxslər işə qəbul olunduqdan sonra veriləcəkdir. Bundan sonra həmin 10.000 manat pulu 2020-ci ilin sentyabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında Tamerlana vermişdir. 2020-ci ilin sentyabr ayında Müslümün tanışı olan Zərərçəkmiş şəxs1 və tanışı Zərərçəkmiş şəxs9 arvadı Şahid12 da Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiklərini bildirmişlər. Tamerlanla bu barədə söhbət etdikdə V.X8 Nazirliyində Kadrları şöbəsində köməkçi düzəltməsi üçün ümumilikdə 7.000 manat, digər şəxs T.Xanmədlini isə yanğın söndürən vəzifəsinə düzəltməsi üçün ümumilikdə 7.000 manat tələb edildiyini, işə düzəlmələri üçün həmin şəxslərin ilkin olaraq 3.500 manat pulu və işə qəbul üçün lazım olan sənədləri verməli olduqlarını, qalan 3.500 manat pulu işə başladıqdan sonra verəcəklərini bildirmişdir. Onlar Tamerlanın dediyi şərtlərlə razılaşmış və 2020-ci ilin sentyabr ayının ortalarında hər biri 3.500 manat pulu, eyni zamanda özlərinə aid sənədləri vermiş, ümumilikdə 7.000 manat pul və sənədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında Tamerlana vermişdir. Həmin şəxslərin heç biri Tamerlan ilə əlaqədə olmamış və həmin şəxsləri görməmişlər. 2021-ci ilin yanvar ayında dostu Rəhim zəng edərək tanışı Şahid8 qohumu Zərərçəkmiş şəxs12 işə düzəlməsi üçün köməkliyi göstərməyi xahiş etmiş, bu barədə Tamerlan ilə söhbət etmiş və bildirmişdir ki, həmin şəxsi yanğın söndürən vəzifəsinə düzəltməsi üçün ümumilikdə 7.000 manat tələb edilmiş, həmin pulun 3.500 manatını işə qəbul olmaq üçün lazım olan sənədlərlə birlikdə, qalan hissəsini işə başladıqdan sonra verməli olduğunu bildirmişdir. Bundan sonra Şahid8 ilə Bakı şəhəri, Nərimanov rayonu ərazində yerləşən 38 saylı notariat ofisində 4.000 manat pulun verilməsinə dair borc müqaviləsi bağlamış, həmin pulu 07 yanvar 2021-ci il tarixdə Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin qarşısında Tamerlana vermişdir. Həmin şəxs Tamerlanla əlaqədə olmamış və onu görməmişdir. Tamerlan başqa şəxslərlə bu məsələlərlə bağlı söhbət etmək istəmədiyindən bütün danışıqları o özü həll edirdi. Pulları verən zaman Tamerlan bildirmişdir ki, həmin şəxslərin işə düzəlmə məsələsi təxminən 3-4 ay çəkəcək və bu müddət ərzində onlar müəyyən yoxlamalardan keçəcəklər. Həmin şəxslərin pullarını Tamerlana verən zaman sonuncunun tələbi ilə onların şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrinin, hərbi biletlərinin, sürücülük vəsiqələrinin, nikah haqqında şəhadətnamələrinin, yaxın ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, diplom və attestatlarının notariat qaydasında təsdiq edilmiş surətlərini, yaşayış haqqında arayış, 86 formalı tibbi arayış, şəkillərini və öz xətləri ilə xasiyyətnamələrini ona vermişdir. 2020-ci ilin iyun ayında həmin şəxslərin mobil telefon nömrələrinə ***-***-**-** saylı GSM nömrədən zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş, hazırda onların işə düzəlmə məsələsi həll edildiyi və sənədlərin qeydiyyata alındığını bildirmişdir. 2021-ci ilin fevral ayında bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən həmin nömrədən zəng edən şəxs özünü təkrar Aqil Ağayev kimi təqdim edərək bildirmişdir ki, 2021-ci il mart ayının 1-dən 5-dək onların işə qəbul olunmaları ilə bağlı Fövqəladə Hallar Nazirliyində qəbul ediləcəklər. Şahid12 mobil telefonunda səs yazan proqram olduğu üçün onun əri Ramil həmin şəxs ilə arvadının danışığını göstərmişdir. Səsə qulaq asan zaman səsindən dərhal tanıyaraq özünü Aqil Ağayev kimi təqdim edib həmin şəxslərlə danışan şəxsin Tamerlan olduğunu bilmişdir. Dərhal Tamerlan ilə görüşərək həmin səsi dinlətdikdən sonra Tamerlan müxtəlif bəhanələr gətirərək bütün işə düzəlmə məsələlərinin 03 mart 2021-ci il tarixdə həllini tapacağını bildirmişdir. 05 mart 2021-ci il tarixdə heç bir şəxsin işə düzəlmədiyini görüb Tamerlanın onu aldatdığını başa düşmüşdür. Pulu qaytarmasını tələb etmiş, Tamerlan və Ceyhunla birlikdə “Moskva” univermağının yaxınlığında lombarda getmiş və özünə məxsus qızıl-zinət əşyasını sataraq 1.500 manat pulu geri qaytarmış, həmin pulu işə düzəlmək istəyən şəxslərdən biri olan Qəzənfərə verməsi üçün Ceyhuna vermişdir. Tamerlan ilkin olaraq pulları qaytaracağını bildirsə də, daha sonra onunla əlaqə saxlamaq mümkün olmamışdır. Tamerlanun işə düzəldəcəyi şəxslərdən alınan pullarla bağlı heç bir maddi marağı olmamışdır. İşə düzələn şəxslərin sonda ona şirinlik verəcəklərini düşünmüşdür. Tamerlanın işə düzəlmək istəyən şəxslərdən Qəzənfərdən başqa heç kəsin pulunu qaytarmadığını görmüş, bu barədə həmin şəxslərə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 verdiyi 3.500 manat pulu Şahid10 öz vəsaiti hesabına 2021-ci il ilin martında qaytarmış, o da 2021-ci ilin aprelindən bugünə qədər Şahid10 3.500 manatdan 2.600 manat pulunu qaytarmışdır. Bundan əlavə, Şahid14 verdiyi 2.500 manat pulunu 2021-ci ilin aprel ayında Şahid14 Zərərçəkmiş şəxs8 qaytarmış, o da 2021-ci ilin aprel-may aylarında Elçinə 2.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs13 qardaşı N.Abdurahmanov və tanışı Zərərçəkmiş şəxs4 işə düzəltmək üçün ayrılıqda hər biri üçün 3.000 manat, cəmi 6.000 manat olan puldan 2021-ci ilin may ayında 2.000 manat pul qaytarmışdır. Pulları Tamerlana verən zaman özlərindən başqa heç kəs olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2020-ci ilin may ayında Şahid10lə söhbət əsnasında tanışı Şahid7 Fövqəladə Hallar Nazirliyinə işə düzəltməyə kömək edə biləcəyini bildirmişdir. Müslüm və Faiq birlikdə olduqları zaman F.X22 Nazirliyində Tamerlan adlı tanışı olduğunu və öz qohumlarını işə düzəltmək üçün onların sənədlərini ona verdiyini söyləmişdir. Faiqə tanışlarından istəyən olarsa nazirliyə işə düzəltmək üçün kömək edə bilib-bilməyəcəyini və Tamerlanın etibarlı şəxs olubolmamasını soruşanda, sonuncu buna müsbət cavab verərək Tamerlanın arvadı və bacısının da həmin qurumda işlədiyini, onun bacarıqlı adam olduğunu demişdir. 2020-ci ilin may ayının sonunda tanışı Zərərçəkmiş şəxs3 ona iş axtardığını deyəndə o Faiqə zəng vurmuş, Faiq də sonradan zəng edərək Tamerlanla danışdığını və X10 Mühafizə Xidmətinin Tovuz rayon bölməsinə yanğın söndürən vəzifəsinə işə düzəldə biləcəyini, işə qəbul üçün nəzərdə tutulmuş sənədləri və 6.000 manat pul lazım olduğunu, bu puldan da 3.000 manatını əvvəlcədən verilməsini söyləmişdir. Qəzənfər də bununla razılaşmışdır. 2020-ci ilin iyun ayının əvvəlində Qəzənfər sənədləri və 3.000 manat pulu götürüb metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında ona vermiş, o da Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin yaxınlığında Faiqlə görüşərək verilən sənədləri və bu pulu ona təqdim etmişdir. Bundan əlavə, tanışı X5 X16 Xidmətinin Tovuz rayon bölməsinə işə düzəlməsi üçün 2020-ci ilin iyun ayının ortalarında 3.000 manat pulu da həmin yerdə Faiqə vermişdir. Həmçinin, tanışı Zərərçəkmiş şəxs5 X16 Xidmətinin Gəncə şəhərində yerləşən bölməsinə işə düzəlməsi üçün Faiq tərəfindən söylənilən və əvvəlcədən ödəniş kimi nəzərdə tutulan 3.000 manat pulu o, Ayxanın əvəzinə Faiqə verməyə razı olmuş, bununla bağlı 2020-ci ilin iyun ayının ortalarında Faiqlə Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin yaxınlığında görüşərək Zərərçəkmiş şəxs6 X16 Xidmətinin Kürdəmir rayon bölməsində işə düzəlmək üçün göndərdiyi 6.000 manatdan 1.000 manatı və Şahid2 X16 Xidmətinin Beyləqan rayon bölməsində işə düzəlmək üçün göndərdiyi 7.000 manatdan 2.000 manatı, cəmi 3.000 manat pulu Ayxana görə, habelə həmin şəxslərin hər birinə görə 3.000 manat pulu sənədlərlə birlikdə ona vermişdir. Pulları verdikdən sonra 2020-ci ilin sentyabr ayında həmin şəxslərin mobil telefon nömrələrinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş və zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kapitan Aqil Ağayev kimi təqdim etmiş, hazırda onların işə düzəlmə məsələsinin həll edildiyini və sənədlərin qeydiyyata alındığını söyləmişdir. Bir neçə gün sonra Faiq onunla əlaqə saxlayaraq həmin şəxslərin işə düzəlmə məsələsi ilə bağlı qeydiyyat aparıldığını və Tamerlanın ondan pulun qalan hissəsini də ödəməli olduqlarını bildirmişdir. 2020-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Şahid11 ilə əlaqə saxlayıb Faiqin ona bildirdiklərini demiş və həmin şəxslər də qalıq qalan 3.000 manatdan 2.000 manatı göndərmişlər. Rüfət və Səmədin hər birinin onda olan 2.000 manatını və digər şəxslərin göndərdikləri 2.000 manat pulu, ümumilikdə 10.000 manat pulu Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə idarəsinin yaxınlığında Faiqə vermişdir. 2021-ci ilin fevral ayında bütün işə düzəlmək istəyən şəxslərin mobil telefon nömrələrinə yenidən ***-***-**-** saylı nömrədən zəng edən şəxs özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aqil Ağayev kimi təqdim edərək 2021-ci il mart ayının 1-dən 5-dək onların işə qəbul olunmaları ilə bağlı Fövqəladə Hallar Nazirliyində qəbul ediləcəklərini bildirmişdir. 05 mart 2021-ci il tarixdə heç bir şəxsin işə düzəlmədiyini görən zaman Tamerlanın onları aldatdıqlarını başa düşmüşlər. Pulu qaytarmasını tələb edən zaman Tamerlan, Faiq və o “Moskva” univermağının yaxınlığında lombarda getmiş və Tamerlan özünə məxsus qızıl-zinət əşyasını sataraq 1.500 manat pulu Faiqə geri qaytarmış, Faiq də həmin pulu işə düzəlmək istəyən şəxslərdən biri olan Qəzənfərə qaytarması üçün ona vermişdir. Bundan əlavə, öz vəsaiti hesabına 3.500 manat pul da qoyaraq Qəzənfərə dəymiş ziyanı ödəmişdir. Tamerlan ilkin olaraq pulları qaytaracağını bildirsə də, sonra əlaqə yaratmamışdır. İş materiallarında olan: • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin 01.07.2021-ci il tarixli, 37/34-00464 nömrəli məktubuna görə Təqsirləndirilən şəxs 20.07.2017-ci il tarixdə Xidmətin Çevik Xilasetmə İdarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Xilasetmə bölməsinin xilasedicisi vəzifəsinə qəbul edilmiş, 05 may 2018-ci il tarixdən Çevik Xilasetmə İdarəsinin Ümumi bölməsinin məsul icraçısı vəzifəsində işləmiş, 15 mart 2021-ci il tarixdə öz təqririnə əsasən həmin vəzifədən azad edilmişdir. Tutduğu vəzifə xüsusi rütbəli olmaqla, hərbi qulluqçu hesab olunmur. Şahid7 17.05.2019-cu il tarixdən Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ehtiyat xilasedicilər dəstəsinin Ehtiyat xilasetmə qrupunun Ehtiyat xilasetmə bölməsinin sürücüsü vəzifəsində işləyir (l cild, i.v.196); • "xxxx" ASC-nin Beyləqan rayon filialının 02.07.2020-ci il tarixli, TT**********1777030 nömrəli qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 Şahid6 7.000 manat pul göndərir (ll cild, i.v.31); • Notariat qaydasında təsdiq edilmiş:

1. 06.08.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs6 Şahid6 borca 6.000 manat pul verir (ll cild, i.v.230);

2. 09.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X4 Faiq Orucəli oğluna borca 3.000 manat pul verir (lİl cild, i.v.55);

3. 08.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Şahid8 Şahid7 borca 4.000 manat pul verir (lİl cild, i.v.56); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 4(006)- 381/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (llİ cild, i.v.143-151); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (l cild, i.v.207); • “Sübutların qiymətləndirilməsi haqqında” 07.09.2021-ci il tarixli qərara əsasən Şahid7 və Şahid6 hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.1 və 32.5, 312-ci maddələrinin, zərər çəkmiş şəxslərin hərəkətlərinsə isə həmin Məcəllənin 312-ci maddəsinin tərkibi olmadığı üçün onlar barəsində cinayət işinin başlanılması rədd edilmişdir (İİİ cild, i.v.152-186); • Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07.12.2016-ci il təvəllüdlü övladı var (İİİ cild, i.v.127); • Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanlanmış 09.11.2021-ci il taroixli teleqramında qeyd olunur ki, işə düzəlmə ilə bağlı ondan alınan 2.500 manat məbləğində pulu tam qaytarılıb (İV cild); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyanın əvəzi olaraq 2.800 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İV cild).

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur (23-cü bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusi rütbəli olmaqla 05.05.2018-ci il tarixdən 15 mart 2021-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ümumi bölməsinin məsul icraçısı vəzifəsində işləyən dövr ərzində öz qulluq mövqeyindən istifadə etməklə hazırki iş üzrə zərər çəkmiş şəxsləri nazirliyin müxtəlif qurumlarında, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 arvadının Ədliyyə Nazirliyinə işə düzəltməyinə dair yalandan vədlər verərək bu şəxslərə məxsus pul vəsaitlərini alıb ələ keçirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Şahid7 ümumilikdə 21.700 manat pul aldığını və həmin puldan 2.700 manatı qaytardığının bildirməsi məhkəmədə dindirilmiş və tədqiq edilmiş digər şəxslərin ifadələri ilə təkzib olunur, onun ümumilikdə ələ keçirdiyi 50.300 manatdan yalnız 1.500 manat pulun qaytarılması müəyyən edilir. Bununla da Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə, məhkəmədə o da müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 2.500 manat, Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs11 hər birinin 3.000 manat məbləğində pulunu 2020-ci ilin mart ayının ortalarında ələ keçirərək dələduzluq etmiş və həmin vaxtdan da iki ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluğa, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, 178.2-ci maddəsi isə eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, təkrar törədilməsinə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə və xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət müəyyən edir. Qeyd olunan Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.03.2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.2-ci maddəsində müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanması təsbit edilib. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş və Cinayət Məcəlləsinin eyni maddəsi üzrə və yaxud bu Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilmiş hallarda (həmcins) cinayətlərin yenidən törədilməsi halları üçün fərqli qayda müəyyən etməmişdir. Məhkəmə baxışı nəticəsində təkrarlığa daxil olan iki cinayətdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi müəyyən edilərsə və bu səbəbdən həmin əmələ görə cinayət təqibinə xitam verilərsə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin çoxluğu mövcud olmadığından, onun əməlinin təkrarlıq əlaməti üzrə tövsif edilməsi də istisna edilir. Bu səbəbdən ikinci əmələ münasibətdə bütün hüquqi məsələlər, o cümlədən cinayət məsuliyyətinə cəlb etmə müddətinin müəyyən edilməsi ikinci əməlin təkrarən törədilən əməl kimi deyil, belə əlamətlə müşayiət olunmayan cinayət kimi həll edilməlidir. Eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin ayrı-ayrılıqda hesablanmasını istisna etmir. Bir daha vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında cinayətlərin təkrarlığını bütöv cinayət kimi qəbul etməyərək təkrarlığa daxil olan cinayətlərin məhz ayrıayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğunu bildirmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələblərinə, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərə görə, təkrarlıq müstəqil eyni və ya həmcins cinayətlərdən təşkil olunan cinayətlərin çoxluğu olduğundan, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanan cinayət məsuliyyətinə cəlb etmə müddəti ayrı-ayrılıqda hər bir cinayətə münasibətdə müəyyən edilməli, təkrarlığı təşkil edən cinayətlərdən birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar şəxs cinayət məsuliyyətindən azad olunduqda, onun əməlinin cinayətlərin təkrar törədilməsi əlaməti üzrə tövsif edilməsinə və yaxud təkrarlığın Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs11 dələduzluq nəticəsində vurulmuş zərərin məbləği beş min matdan artıq olmadığından (cinayətlərin təsnifatına görə hər bir əməl böyük ictimai təhlükə törətməyən cinayətə aiddir), Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün cinayət təqibinə xitam verilməlidir. Digər zərər çəkmiş şəxslərə münasibətdə törədilmiş cinayətlərə görə məsuliyyətinə cəlbetmə müddətləri keçmədiyindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 pullarının qaytarıldığı üçün onların iş üzrə şikayətlərinin olmamasını, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olmasını və cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün tərəfindən qismən ödənişin etməsini məhkəmə Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda təqsirləndirilən şəxsin cəzasının ağırlaşdıran hal müəyyən edilmədi. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda qeyd olunan Plenumunun Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə cinayət qanunvericliyinin tələbələrini və Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı andan – 01 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs dələduzluq əməllərini həmin dövrdə xüsusi rütbəli olmaqla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ümumi bölməsinin məsul icraçısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə törətmişdir. Cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, habelə onun şəxsiyyəti belə nəticəyə gəlməyə əsas verir ki, Cinayət Məcəlləsinin 178.2-ci maddəsinin sanksiyasında bilavasitə nəzərdə tutulmasa da, onun dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmaq hüququ müəyyən müddətə qadağan edilməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş mülki iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 2.800 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs7 ödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs13 Zəkəriyyə oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs11 münasibətdə törədilmiş dələduzluq əməllərinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilsin. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 2.800 (iki min səkkiz yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs7 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən,

Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar