Məhkəmə qərarları › İş №1(006)-29/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2023 28.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, məhkum olunmamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Yevlax şəhəri, N.Hikmət küçəsi, ev 02-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin Vİİİ hissəsinə əsasən müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyataxtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunmasının qadağan olunması, həmin Qanunun 10-cu maddəsinin İX hissəsinə əsasən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aid olması, əməliyyataxtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilinməsi, bununla bağlı xüsusi icazənin alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli, 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”nın 2.1-ci bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 08 may tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in 13-cü hissəsində müəyyən edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilməsinin zəruri olmasına baxmayaraq, qeyd edilən qaydada xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə Çin Xalq Respublikasında fəaliyyət göstərən “Gadget” şirkətində çalışan, istintaqa məlum olmayan Azərbaycan Respublikasının vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq 2022-ci ilin mart ayından iyul ayınadək olan müddətdə cinayət tərkibi yaratmayan mobil telefon və telefon aksessuarlarını, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən müxtəlif texniki vasitələri, o cümlədən hər birinin dəyəri 120 manat olan 06 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihaz, hər birinin dəyəri 50 manat olan 04 ədəd mikro qulaqcıq, hər birinin dəyəri 27 manat olan 02 ədəd “Nokia” markalı mikromobil cihaz, dəyəri 27 manat olan 01 ədəd “Hope” markalı mikromobil cihaz, dəyəri 120 manat olan 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihaz, hər birinin dəyəri 80 manat olan 03 ədəd gizli çəkiliş aparan düymə kamera, ümumilikdə 06 adda 17 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib beynəlxalq poçt göndərişi yolu ilə özünə göndərilməsinə və ünvan 1 ünvanda yerləşən "xxxx" Rabitə Müəssisəsinin Bakı ofisindən 2022-ci ilin mart ayından iyul ayınadək olan müddətdə həmin bağlamaları götürüb vahid niyyətlə satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında icarəyə götürərək işlətdiyi “X7” mağazasında satış məqsədilə saxlamış, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən həmin texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə 2022-ci ilin mart ayında qeyd olunan mağazaya müştəri kimi gəlmiş Şahid1 04 ədəd gizli kamera quraşdırılmış düymə kamera, 04 ədəd məsafədən qulaq asmaq üçün nəzərdə tutulmuş cihaz, eyni zamanda 02 ədəd eynək (gizli kamera quraşdırılmış) olmaqla, cəmi 10 ədəd xüsusi texniki vasitəni ümumilikdə 3.400 manat məbləğində pula satılmasına dair razılığını alıb, xüsusi texniki vasitələri bir müddət sonra verəcəyinə razılaşıb bir neçə gün sonra cəmi ödəniləcək 3.400 manat pul vəsaitindən 1.500 manat pulu mağazada ondan beh kimi qəbul edərək 16 iyun 2022-ci il tarixdə 01 ədəd düymə kamera, eyni zamanda 02 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart NO20210001” modelli xüsusi texniki vasitəni, 26 iyul 2022-ci il tarixdə isə icarəyə götürdüyü həmin mağazada daha 02 ədəd düymə kameranı Şahid1 təqdim edərək ümumilikdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən 02 adda 05 ədəd texniki vasitəni vahid niyyətlə satmışdır. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 07 ildir ki, mobil telefonların, telefon aksessuarlarının satışı və təmiri ilə məşğul olmuş, son iki ildə Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığında yerləşən “X7” mağazasını icarəyə götürərək işlətmişdir. Mağazada, həmçinin, mikroqulaqcıqların satışı ilə məşğul olmuş və bunun satışına dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən berilmiş müvafiq icazəsi də olmuşdur. Onun işlətdiyi mağazanın yanında saat təmiri yeri də olmuş, Şahid1 də məhz öz saatını təmir etdirmək üçün həmin yerə gəlmişdir. O, mağazada olan zaman Şahid1 müştəri qismində yaxınlaşaraq ona xüsusi texniki vasitələr (kamera və s.) lazım olduğunu bildirmişdir. Lakin Şahid1 ondan istədiyi xüsusi texniki vasitələrin ölkəyə idxalının qanuni olub-olmaması barədə heç bir məlumatı olmamışdır. O da həmin malların qiymətini maraqlanıb bu barədə ona məlumat verəcəyini söyləmişdir. Bir müddət sonra Şahid1 ona zəng vuranda o, bu malların dəyərinin 1.500-1.600 manat civarında olacağını demiş, sonuncu da onları başqa adama satmaq məqsədilə maraqlandığını və həmin şəxsə bu malların qiymətinin 3.400 manat deyəcəyini bildirmiş, eyni zamanda mağazaya gələndə ona 1.500 manat pul verəcəyini, daha sonra mağazanın qarşısında həmin puldan 800 manatını geri alacağını və mallar gəldikdən sonra bu pulu ona verəcəyini söyləmişdir. Daha sonra Şahid1 mağazaya gələrək ona 1.500 manat pul vermiş, danışdıqları kimi bayırda 800 manat pulu ondan geri götürmüş, 700 manat pul isə onda qalmışdır. O, malların nə vaxt gələcəyi barədə Çində yaşayan tanışından maraqlanmış, həmin şəxs sifariş olunan malların arasında qanunsuz olanlarının çox olduğunu və həmin mallar ölkəyə idxal olunduğu zaman bu barədə ona problemlər yaranacağını bildirmişdir. Bundan sonra o, Şahid1 zəng edərək həmin malların qanunsuz olduğunu və onları gətirmək istəmədiyini, yalnız oxşar, qanuni olan malları istədiyi təqdirdə onları gətirməyin mümkün olduğunu bildirmişdir. Bir müddət sonra Şahid1 yanında adını bilmədiyi, narkotik istifadəçisi olan bir xanımla mağazaya gəlmiş və mağazada səs-küy salaraq ondan həmin malların hamısının gətirilməsini tələb etsə də, o, bununla razılaşmamış və pulu qaytarmağı təklif etmişdir. Bu zaman Şahid1 əlində onun görüntülərinin olduğunu, ona 1.500 manat pul verdiyini deyərək onu “şantaj” etmişdir. O da əlacsız qalıb ondan aldığı 700 manatın əvəzinə 300 manat da artıqlaması ilə, yəni 1.000 manat pul, əlavə olaraq da 03 ədəd kart verəcəyini və bir daha onu narahat etməməyini xahiş etmişdir. Lakin Şahid1 istədiyinə nail olmadığı üçün çıxıb getmişdir. Bir müddət sonra Şahid1 bir nəfərlə gəlmiş, onun avtomobilə əyləşərək ondan sürməyi tələb etmiş, yol boyu ona təyziqlər etmiş, avtomobilin açarlarını ondan almış, pulu vermədiyi, habelə malları gətirmədiyi təqdirdə avtomobili onun əlindən alacağını bildirmişdir. İttiham aktında guya o, lentlə olan kameradan Şahid1 04 ədəd verdiyi qeyd edilsə də, bu həqiqətə uyğun deyil. Çünki, o, Şahid1 lentlə olan kameradan 01 ədəd və “MasterCard” markalı cihaz, yəni “AİEK M5” markalı telefon aparatı vermişdir. “AİEK M5” markalı telefon aparatının ölkəyə idxalında heç bir icazə tələb olunmağından 50 ədəd satmaq üçün gətirmişdir. O, lentlə olan kameranı Şahid1 verdikdən sonra sonuncu onun üzərinə düymə yapışdığımağını xahiş etmiş, o da burada heç bir qanunsuz hal olmadığını düşünərək buna əməl etmişdir. Şahid1 ondan bundan əlavə iki ədəd də istədikdə o, Şahid1 verdiyi kartları geri qaytarmağını və bundan sonra həmin “MasterCard” markalı cihazdan əlavə 02 ədəd də verə biləcəyini demişdir. Şahid1 ümumilikdə 03 ədəd “AİEK M5” markalı telefon aparatı vermiş və ona bildirmişdir ki, satdığı 03 ədəd kameranın dəyəri olan 600 manat pulunu gətirdikdən sonra o, onun onda olan 700 manat pulunu geri qaytaracaq və lentlə olan kameradan 02 ədəd verəcək. Bir müddət sonra o, Şahid1 lentlə olan 02 ədəd kameranı yoxlayıb vermək istədiyi zaman saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılmışdır. Eyni zamanda onun avtomobilindən saat, 02 ədəd telefon aparatı və satmaq üçün saxladığı müxtəlif markalı 05 ədəd cihaz götürülmüşdür. Bir müddət sonra həmin əşyalar ona geri qaytarılsa da, Şahid1 ondan götürdüyü “Samsung Galaxy S20 FE” mobil telefon aparatını geri verməmişdir. İdarədə ona bildirmişlər ki, onu tutmaq niyyətləri yoxdur, onunla işləri var. Belə ki, o, əvvələr də xüsusi texniki vasitələrin istifadəsində dövlət orqanlarının əməkdaşlarına köməklik etmişdir. Bu işdə də o, belə başa düşmüşdür ki, xüsusi texniki vasitələrin istifadəsində yenidən onun köməyinə ehtiyac var. Onun elektrotexnika sahəsindən anlayışı olduğu üçün özü gizli çəkiliş aparan kamera və gizli səs yazan qurğuları hazırlaya bilsə də, belə məhsulları hazırlayıb satmamışdır. O, qanunsuz heç bir əşya satmamış, mağazasında olan lent kamera və bu kimi texniki vasitələri özü şəxsən ölkəyə qanuni yolla gətimişdir. Xüsusi texniki vasitələri ya Rusiyada yerləşən şirkətdən, ya da Çində fəaliyyət göstərən “Gadget” şirkətindən sürətli poçt rabitəsi xidməti olan "xxxx" Rabitə Müəssisəsi vasitəsilə götürmüşdür. Onun əvvəllər bu işdə heç bir çətinliyi olmamış, rüsumunu ödədikdən sonra həmin malları götürsə də, bir dəfə həmin xüsusi texniki vasitələrinin ölkəyə idxalında icazə sənədinin tələb olunduğu bildirilmiş və bu barədə Dövlət Təhlükəsizlik Xidmətinə sorğu verilmişdir. Poçt xidmətinin əməkdaşı onu çağıraraq icazə sənədinin gəldiyini və bundan sonra heç bir çətinlik olmayacağını, bu sənəd əsasında malların rüsumunu ödədikdən sonra asanlıqla gömrükdən götürə biləcəyini bildirmişdir. O, ittiham aktında göstərilən vasitələri Azərbaycan Respublikası ərazisinə **********8060 və **********8719 saylı gömrük bəyannamələri ilə idxal etmiş və bununla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müvafiq icazə məktubu da Dövlət Gömrük Komitəsinə göndərilmişdir. O, qanunsuz olaraq heç bir qurğu hazırlamır, nə də ki, onların satışı ilə məşğul olur. Əlildir, himayəsində iki uşağı var. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin mart ayının ortalarında tanımışdır. Belə ki, bahalı olan qol saatı işləmədiyi üçün təmir məqsədi ilə o, qeyd etdiyi vaxtda Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “X7” adlı telefon satış mağazasını bitişik yerləşən obyektdə daxil olub saatını təmirə vermiş, bu zaman həmin mağazada xeyli sayda gənclərin yığışdığını görmüşdür. O da onlara yaxınlaşanda məlum olmuşdur ki, bu şəxslər tələbələrdir və onlar imtahanlarda istifadə etmək məqsədi ilə uzaqdan dinlənilmək üçün nəzərdə tutulmuş qulaqcıqlar almağa görə gəliblər. Bu minvalla o, mağazanı işlədən Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında olan söhbət əsnasında sonuncu ona belə qulaqcıqların 300 manata satdığını, hətta özünün də bəzi cihazların hazırlaya bildiyini demişdir. Bundan başqa, Pərviz üzərində balaca kiçik ölçülü kameralar quraşdırılmış müxtəlif əşyaların satışını da həyata keçirdiyini və onları Çindən gətizdirdiyini söyləmiş, gizli çəkiliş aparan kameraları 350-400 manata, səs yazan cihazları isə 200-250 manata satdığını bildirmişdir. O da gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin satışının qadağan olunduğunu bildiyi üçün bu barədə könüllü olaraq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məlumat vermək qərarına gəlmişdir. Buna görə 17 mart 2022-ci il tarixdə həmin idarəyə ərizə ilə müraciət etmişdir. Bundan sonra Baş İdarənin əməkdaşları tərəfindən müəyyən tədbirlər görülmüş, əməkdaşların nəzarəti altında o, istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə X2 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsinə “WhatsApp” proqramı vasitəsi ilə, eyni zamanda adi telefon danışığı qaydasında əlaqə saxlamışdır. O, Pərvizə ona təklif etdiyi xüsusi texniki vasitələrdən almaq istədiyini demiş, sonuncu da bununla razılaşmışdır. Bundan sonra o, Pərvizin işlədiyi mağazaya gedərək bu barədə söhbət etmişdir. Pərvizdən 04 ədəd gizli kamera quraşdırılmış düymə kamera, 04 ədəd məsafədən qulaq asmaq üçün nəzərdə tutulmuş cihaz, eyni zamanda 02 ədəd gizli kamera quraşdırılmış eynək, beləliklə cəmi 10 ədəd xüsusi texniki vasitəni ona satmasını istəmişdir. Pərviz də bu 10 ədəd məhsula görə cəmi 3.400 manat pul ödəməli olduğunu, məhsulları sifariş edib gətizdirəcəyini, onların təxminən 01 ay və ya 40 gün ərzində gələcəyini bildirmişdir. O da Pərvizlə razılaşmış, əvvəlcədən 1.500 manat pul beh verə biləcəyini demişdir. Daha sonra o, yalandan Pərvizə üzərində hazırda o qədər pulun olmadığını və pul götürüb gələcəyini demişdir. O da bundan sonra özünə məxsus 1.500 manat pulla Baş İdarəyə əməkdaşlara yaxınlaşmış, 15 ədəd yüz manatlıq əsginasları əməkdaşlara təqdim etmiş və sənədləşmə aparılmışdır. Bundan sonra o, qeyd edilən pul vəsaiti ilə mağazaya gedərək Pərvizə beh kimi vermiş, Pərviz də sifariş etdiyi məhsullar gələn kimi bu barədə ona məlumat verəcəyini demişdir. O da Pərvizdən məhsulların gəlməsi barədə cavab gözləməyə başlamışdır. 16 iyun 2022-ci il tarixdə Pərviz onunla əlaqə saxlamış, məhsulların bir hissəsinin gəldiyini demişdir. O da mağazaya gedərək həmin tarixdə 01 ədəd düymə kameranı, eyni zamanda 02 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart NO20210001” modelli xüsusi texniki vasitəni Pərvizdən götürmüşdür. Pərviz digər məhsulların yaxın zamanda gələcəyini və bu barədə ona məlumat verəcəyini demişdir. O da Pərvizlə sağollaşdıqdan sonra aldığı xüsusi texniki məhsulları Baş İdarənin əməkdaşlarına təqdim etmişdir. Bir müddətdən sonra Pərviz düymə kameraların da gəldiyini ona məlumat vermişdir. O da 26 iyul 2022-ci il tarixdə mağazaya getmiş və orada Pərviz ona 02 ədəd düymə kameranı təqdim etmişdir. Bundan sonra Baş İdarənin əməkdaşları mağazaya daxil olaraq Təqsirləndirilən şəxs yaxınlaşmış və onu izahat verməsi üçün Baş İdarəyə dəvət etmiş, eyni zamanda Pərvizdən digər xüsusi texniki vasitələr də aşkar edilərək götürülmüşdür. Məhkəmədə Şahid2 şahid qismində ifadəsində göstərdi ki, sinif yoldaşı Təqsirləndirilən şəxs təxminən 2020-ci il tarixdən icarəyə götürdüyü Bakı şəhəri, Nəsimi rayonu, metronun “M.Əcəmi” stansiyası yaxınlığında yerləşən “X7” mağazasının telefon aksesuarları hissəsini özü işlətmiş, aldığı malların orada satışını həyata keçirmişdir. O, 7-8 ay müddətində Pərvizlə eyni mağazada işləmiş, Pərvizin mikroqulacıq və lent kamera satdığından məlumatlı olmuşdur. Bütün bu işləri Təqsirləndirilən şəxs şəxsən özü tək icra etmişdir. Onun bildiyinə görə Pərviz qadağan olunmuş cihazları deyil, icazəli mallar satmışdır. Pərviz “İnstagram” sosial şəbəkəsində olan səhifəsi vasitəsilə xüsusi texniki vasitələrin satışını da həyata keçirmişdir. O, işlədiyi müddətdə aylıq 400-500 manat qazanmışdır. Ceyhun adlı şəxs Pərvizin yanına gəlib-gedəndə o, mağazadan çölə çıxmış, özü onlar arasında olan söhbətləri eşitmək istəməmişdir. Pərviz mağazada olmayanda Ceyhun Pərvizə verməli olan pulu ona təklif etsə də, o bunu qəbul etməmiş, həmin pulu Pərvizə verməyi ona bildirmişdir. Onun Təqsirləndirilən şəxs gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri sifariş etməsindən və satışını həyata keçirtməsindən xəbəri olmamışdır. İş materiallarında olan: • Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrə əsasən o, təxminən 07 ildir ki, mobil telefonların, telefon aksessuarlarının satışı və təmiri ilə məşğul olur. Son 02 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, metronun “M.Əcəmi” stansiyası yaxınlığında yerləşən “X7” mağazasını icarəyə götürərək işlədir. Onun elektrotexnika sahəsindən anlayışı olduğu üçün özü də gizli çəkiliş aparan kamera və gizli səs yazan qurğuları hazırlaya bilir. Lakin belə məhsullar hazırlayıb satmamışdır. O, Şahid1 təxminən 2022-ci ilin mart ayının ortalarında tanımışdır. Belə ki, Şahid1 həmin vaxtda qol saatını təmiri ilə bağlı gəlmiş, mağazada satışda olan mobil telefonlara və telefon aksessuarlarına baxmış, məhsulların qiyməti, funksiyaları ilə maraqlanmışdır. Beləcə aralarında səmimi söhbət yaranmışdır. Söhbət əsnasında o, Şahid1 bildirmişdir ki, mağazasında satılan telefonları bazar qiymətindən aşağı endirimlə satışını həyata keçirə bilir, yəni digər mağazalara baxanda məhsulun üzərinə çox qiymət qoymur. Ceyhun da ona bildirmişdir ki, imkanı olan zaman gəlib ondan mobil telefon alacaqdır. Bundan başqa, o, Ceyhuna gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin, yəni üzərində gizli balaca kiçik ölçülü kameralar quraşdırılmış müxtəlif əşyaların (düymə kamera, məsafədən qulaq asmaq üçün nəzərdə tutulmuş cihaz, mikro qulaqcıq, mikromobil cihaz və sair əşyalar) satışını da həyata keçirdiyini bildirmişdir. Ceyhun da ondan bu xüsusi texniki vasitələri haradan əldə etdiyini və hansı qiymətə satdığını soruşmuşdur. O da gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri Çin Xalq Respublikasından “AZems” poçt xidməti vasitəsi ilə gətirmiş, bu xüsusi məhsullar sifariş verdiyi digər adi malların arasında həmin məhsullarla birlikdə gəlmişdir. O, Ceyhuna gizli çəkiliş aparan kameraları təxmini 350-400 manata, gizli səs yazan cihazları isə təxmini 200-250 manata satdığını bildirmişdir. Ceyhun da bundan sonra onunla əlaqə saxlayıb lazım olarsa, təklif etdiyi məhsullardan alacağını demişdir. O, istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsini də Ceyhuna bildirmişdir. Bundan sonra Ceyhun onunla sağollaşaraq mağazadan çıxıb getmişdir. Təxminən bir neçə gün sonra Şahid1 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq təklif etdiyi xüsusi texniki vasitələrdən almaq istədiyini demişdir. Daha sonra Ceyhun mağazaya gələrək onunla bu barədə söhbət etmişdir. Şahid1 ondan 04 ədəd gizli kamera quraşdırılmış düymə kamera, 04 ədəd məsafədən qulaq asmaq üçün nəzərdə tutulmuş cihaz, eyni zamanda 02 ədəd eynək (gizli kamera quraşdırılmış), beləliklə cəmi 10 ədəd xüsusi texniki vasitəni satmağını istəmişdir. O da həmin məhsula görə cəmi 3.400 manat pul ödəməli olduğunu, habelə həmin məhsulları sifariş edib gətizdirəcəyini, məhsulun gəlməsinin təxminən 01 ay və ya 40 gün çəkə biləcəyini Ceyhuna bildirmişdir. Ceyhun da onunla razılaşmış, əvvəlcədən 1.500 manat pul beh kimi verə biləcəyini demişdir. O da bundan sonra razılaşmış, Ceyhun pulla bərabər gələcəyini deyərək sağollaşıb çıxıb getmişdir. Daha sonra Şahid1 qısa müddət ərzində yenidən mağazaya gələrək qeyd edilən pul vəsaitini ilkin olaraq beh kimi ona vermiş, o da sifariş etdiyi məhsullar gələn kimi bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, qeyd olunan məhsulları hazırda adını, telefon nömrəsini xatırlamadığı adamlardan eşitdiyi Çin Xalq Respublikasında fəaliyyət göstərən “Gadget” şirkətindən sürətli poçt rabitəsi xidməti olan “AZems” poçt xidmətinin ("xxxx") ünvan 1 ünvanda – metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Bakı ofisi vasitəsi ilə sifariş etmişdir. O, hər dəfə məhsul sifariş edən zaman “Gadget” şirkətində çalışan, Çin Xalq Respublikasında yaşayan, hazırda adını və soyadını, telefon nömrəsini xatırlamadığı bir Azərbaycan Respublikasının vətəndaşı ilə danışmışdır. O, həmin şəxslə danışan zaman ancaq məhsullar sifariş etmiş, həmin şəxs barəsində hər hansı bir məlumat ona maraqlı olmamışdır. Öz istifadəsində olan mobil telefonu tez-tez dəyişdiyi üçün hazırda bu barədə heç bir məlumat verə bilmir. O, xüsusi texniki vasitələrlə yanaşı, satışına icazə verilmiş çoxsaylı mobil telefonlar, aksesuarlar, mikroqulaqcıqlar və s. telefon vasitəsi ilə sifariş edib gətirmişdir. O, məhsulları müxtəlif qiymətlərə almış, bütün məhsullarda pulu Çin Xalq Respublikasında yaşayan həmin şəxsin Bakı şəhərində yaşayan, hazırda xatırlamadığı bir dostuna metronun “28 May” stansiyası yaxınlığında görüşərək vermişdir. Məhsullar gəldikdən sonra o, şəxsən “AZems” poçt xidmətinin ("xxxx") ünvan 1 ünvanda – metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Bakı ofisinə getmiş, şəxsiyyət vəsiqəsini təqdim edərək sifariş edilən malın qablaşdırma ölçüsünə uyğun olaraq rüsum ödəyərək poçt şöbəsindən təhvil almışdır. Bundan sonra 16 iyun 2022-ci il tarixdə Ceynun Paşayevlə telefonla əlaqə saxlamış, məhsulların bir hissəsinin gəldiyini demişdir. Ceyhun da mağazaya gəldikdən 01 ədəd düymə kameranı, eyni zamanda 02 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart NO20210001“ modelli xüsusi texniki vasitəni sonuncuya vermiş, digər məhsulların yaxın zamanda gələcəyini və bu barədə ona məlumat verəcəyini bildirmişdir. Bir müddətdən sonra o, “AZems” poçt xidmətinin saytından məhsulların bir hissəsinin də gəldiyini öyrənmişdir. O, yenə “AZems” poçt xidmətinin ("xxxx") ünvan 1 ünvanda – metronun “28 May” stansiyasının yaxınlığında yerləşən Bakı ofisinə getmiş, şəxsiyyət vəsiqəsini təqdim edərək sifariş edilən malın qablaşdırma ölçüsünə uyğun olaraq rüsum ödəyərək məhsulları poçt şöbəsindən götürmüşdür. O, məhsulların gəlməsi barədə məlumat verdikdən sonra Ceyhun 26 iyul 2022-ci il tarixdə mağazaya gəlmişdir. Orada o, Ceyhuna 02 ədəd düymə kameranı təqdim etdikdən sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları mağazaya daxil olaraq özlərini ona təqdim etmiş və mağazaya baxış keçirdərək onda olan digər xüsusi texniki vasitələri də götürmüşlər. Onlar 04 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihaz, 04 ədəd mikro qulaqcıq, 02 ədəd “Nokia” markalı mikromobil cihaz, 01 ədəd “Hope” markalı mikromobil cihaz, 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihazı - gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri mağazadan aşkar edərək götürmüşlər. Şahid1 satdığı ilə birlikdə ümumilikdə, cəmi 17 gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitə ondan götürülmüşdür. Şahid1 sifarişlərindən kənar olan digər xüsusi texniki vasitələri əvvəlki vaxtlardan kimsənin sifarişi olmadan müxtəlif vaxtlarda 2022-ci ilin təxminən əvvəllərində, mart ayından iyul ayına kimi Çin Xalq Respublikasından eyni qaydada gətirmiş, müştəri çıxacağı halda satışını həyata keçirməyi nəzərdə tutmuşdur. Məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihazın 01 ədədini 120 manata, mikro qulaqcığın 01 ədədini 50 manata, “Nokia” markalı mikromobil cihazın 01 ədədini 27 manata, “Hope” markalı mikromobil cihazı 27 manata, məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihazı 120 manata almışdır. Gizli kamera quraşdırılmış düymə kameranın 01 ədədini isə 80 manata almışdır. Gizli kamera quraşdırılmış eynək isə sifariş qəbul etsə də, gətirməmişdir. O, əvvəllər də gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri ölkəyə gətirərək hazırda xatırlamadığı zamanlarda və xatırlamadığı şəxslərə müxtəlif qiymətlərə satışını həyata keçirmişdir. Gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələri ölkə ərazisinə gətirilməsi ilə bağlı xüsusi razılıq tələb olunduğunu barəsində araşdırma başlanandan sonra bilmişdir (İ cild, i.v.28-29, 67-73, 105-108, 164-171); • Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir (İ cild, i.v.16-18); • “Pul vəsaitinin təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Şahid1 Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının qarşısında yerləşən “X7” mağazasında işləyən Təqsirləndirilən şəxs qanunvericiliklə satışı qadağan edilmiş gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrin satışını təşkil etməsi barədə müraciəti əsasında şikayətçi Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə sonuncuya məxsus 15 ədəd 100 manat dəyərində əsginaslar (A80051961, C47746265, B00760825, A02818032, A75393757, A36442439, C58144788, A46608327, A79392564, A89186947, A59673112, C50368536, A51622135, C75652871 və A********) - cəmi 1.500 manat pul vəsaiti təqdim edilmişdir (İ cild, i.v.19- 23); • “Nəzarət qaydasında mal alınmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin günü “X7” mağazasında işləyən, qanunvericiliklə satışı qadağan edilmiş gizli qaydada informasiya əldə edilməsi üçün nəzərdə tutulmuş texniki vasitələrin satışını təşkil edən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərarı əsasında 01 ədəd “düymə kamera”, 02 ədəd “VİP” smart NO20210001 modelli məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrin X3 vasitəsilə nəzarət qaydasında alışı həyata keçirilmişdir (İ cild, i.v.24); • Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 24/2109 nömrəli, 08 iyul 2022-ci il tarixli məktubdan çıxarışdan görünür ki, 1 ədəd üzərində gizli kamera quraşdırılmış düymə və 2 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP” smart NO 20210001 markalı cihazın gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə kimi istifadə edilə biləcəyi və “Mülki dövriyyəsinin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinə əsasən “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr”ə aid edildiyi bildirilmişdir (İ cild, i.v.27); • Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 24/2568 nömrəli, 11 avqust 2022-ci il tarixli məktubdan çıxarışdan görünür ki, 2 ədəd üzərində gizli kamera quraşdırılmış düymənin, 1 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihazın, 2 ədəd “Nokia” markalı mikromobil cihazın, 1 ədəd “Hope” markalı mikromobil cihazın, 4 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP” smart NO 20210001 markalı cihazın, 4 ədəd mikro qulaqcığın gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə kimi istifadə edilə biləcəyi və “Mülki dövriyyəsinin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci bəndinə əsasən “Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr”ə aid edildiyi bildirilmişdir (İ cild, i.v.33); • “Diskə baxış keçirilməsi barədə” 24 avqust 2022-ci il tarixli protokola əsasən içərisində 5 ədəd video çəkiliş olan bir ədəd diskə baxış keçirilir. Həmin video çəkilişlərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə 2022-ci ilin mart ayından iyul ayınadək olan müddətdə, ümumilikdə 06 adda 17 ədəd texniki vasitəni satış məqsədi ilə sifariş edib beynəlxalq poçt göndərişləri yolu ilə özünə göndərilməsinə nail olaraq “AZems” poçt xidmətinin ("xxxx") Bakı ofisindən həmin texniki vasitələri götürüb satış məqsədilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında icarəyə götürərək işlətdiyi “X7” mağazasında satış məqsədilə saxlamış, ümumilikdə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən 02 adda 05 ədəd texniki vasitəni vahid niyyətlə Şahid1 satmışdır. Eyni zamanda video görüntülərə əsasən Şahid1 “X7” mağazasına gedərək orada, habelə mağazanın qarşısında Təqsirləndirilən şəxslə bir neçə dəfə görüşmüş, bundan başqa telefon əlaqəsi də saxlamış, Təqsirləndirilən şəxs əvvəlcədən razılaşdıqları kimi sifariş edilmiş xüsusi texniki vasitələrin alınması üçün ilkin beh kimi 1.500 manat pul vermişdir. Daha sonra mağazadan ilkin olaraq gələn texniki vasitələr Şahid1 tərəfindən götürülmüşdür (İ cild, i.v.30, 43); • “Telefon məlumatları olan diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD diskdə “18206-xx.xx.2022.zip” qovluğu var, həmin qovluq açıldıqda ümumilikdə 04 fayl var.Bu fayların tərkibinə daxil olan sms faylarında istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı məzmunda mesajlar aşkar edilmişdir:  “xx/xx/2022,11:42:15,**********01,**********56, Saat 5 de gelib 1500 goturecem sene gore 3000 min ziyana dusmusem 3 aydi ujeyy  17/06/2022,16:23:15,**********01,**********56, Burda oturub camat axrıncı gündü telefonuvu aç cavab ver  17/06/2022,16:24:30,**********01,**********56, Qırıb buraları dağıdacaqlar camaat ya malını yada pulunu istətir ma  17/06/2022,16:24:30,**********01,**********56, alınmırsa 1500 gətir xoşduqla qaytar”. Telefon danışıqlarını əhatə edən faylarda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsi arasında 01 yanvar 2020-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək olan dövrdə çoxsaylı telefon danışıqları həyata keçirilmişdir (İ cild, i.v.79, 80); “ Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 5/1031-9/6248 saylı rəyinə əsasən:

1. Altı ədəd “VİP smart No 20210001” markalı cihaz məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuşdur. Cihaza xarici baxış keçirilərkən onun ön yuxarı hissəsinin ekrandan, alt hissəsinin “SİM” danışıq kartı yuvasından, söndürüb-yandırma düyməsi və enerji yığmasını təmin edən yuvadan təşkil olunduğu müəyyən olundu. Cihazlar standart prosedurlarla elektrik mənbəyinə qoşularaq işə salındıqda ekran hissələrində görüntülər müəyyən edildi. Bundan da belə nəticəyə gəlindi ki, təqdim edilmiş cihazlar hal-hazırda işlək vəziyyətdədirlər. Mobil cihazların təyinatları üzrə istifadəyə yararlı olmasını müəyyən etmək üçün onlara “SİM” tipli danışıq kartı daxil edib, mobil şəbəkəyə qoşaraq üzərlərində tədqiqat aparmaq ekspert səlahiyyətlərinə aid olmadığından təqdim edilmiş cihazların istifadəyə yararlı olub-olmaması üzrə tədqiqat işləri aparılması mümkün olmadı.

2. Təqdim edilmiş iki ədəd üzərində “Micspy J2110” yazı, bir ədədinin üzərində “A808 2105” yazı və bir ədədinin üzərində yazı olmayan mikro qulaqcıqlara xarici baxış keçirildi. Qeyd edilən qulaqcıqlar üzrə internet resursların aparılmış axtarış nəticəsində onların rəyin tədqiqi hissəsinin 1-ci bəndində göstərilən “VİP smart No 20210001” markalı cihazla əlaqəli işləməsi müəyyən olundu. Rəyin “tədqiqi hissəsi”nin 1-ci bəndində göstərilən səbəblərə görə naqilsiz, uzaqdan idarəolunma funksionallığına malik olan qulaqcıqların texniki parametrləri, təyinatları üzrə istifadəyə yararlı olubolmamaları və digər göstəriciləri üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.

3. Təqdim edilmiş daxilində bir ədəd “SİM” tipli danışıq kartı olan “Nokia” markalı arxa məlumat göstəricisinə görə “Mini Phone” modelli “**********58813, **********58821” “İMEİ” kodlu və bir ədəd daxilində “SİM” tipli danışıq kartı olmayan “Nokia” markalı “Mini Phone” modelli proqram təminatına görə “**********34652, **********34650” “İMEİ” kodlu mobil telefonlar olmaqla, qabaq üz hissələrində “Nokia” sözünün yazılması və mobil telefonların gövdə hissəsinin onun daxili ilə əlaqələndirilmiş naqillə sarılması müəyyənləşdirildi. Mobil telefonların yuxarı hissəsi ekrandan, eşitmə mikrofonundan, aşağı tərəfləri isə müvafiq düymələrdən, ötürmə mikrofonundan təşkil olunmuşdur. Təqdim edilmiş daxilində bir ədəd “SİM” tipli danışıq kartı olan “Nokia” markalı arxa məlumat göstəricisinə görə “Mini Phone” modelli “**********58813, **********58821” “İMEİ” kodlu telefon standart proseduralarla cərayan mənbəyinə qoşuldu, lakin telefonu işə salmaq mümkün olmadı. Bununla belə nəticəyə gəlindi ki, qeyd edilən mobil telefon işlək vəziyyətdə deyil və istifadə üçün yararsızdır. Təqdim edilmiş bir ədəd daxilində “SİM” tipli danışıq kartı olmayan “Nokia” markalı arxa məlumat göstəricisinə görə “Mini Phone” modelli proqram təminatına görə “**********34652, **********34650” “İMEİ” kodlu mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malikdir və hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Mobil telefonun arxa məlumat göstəricisində qeyd edilən “İMEİ” kodla, telefonun proqram təminatında qeyd olunan “İMEİ” kod eynilik təşkil etmir.

4. Təqdim edilmiş bir ədəd daxilində “SİM” danışıq kartı olmayan “hope” markalı arxa məlumat göstəricisinə görə “BM10” modelli proqram təminatına görə “**********08913, **********08921” “İMEİ” kodlu mobil telefon olmaqla, qabaq üz hissələrində “hope” sözünün yazılması və mobil telefonun gövdə hissəsinin onun daxili ilə əlaqələndirilmiş naqillə sarılması müəyyənləşdirildi. Mobil telefonların yuxarı hissəsi ekrandan, eşitmə mikrofonundan, aşağı tərəfləri isə müvafiq düymələrdən, ötürmə mikrofonundan təşkil olunmuşdur. Mobil telefonla hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.

5. Tədqiq olunan mobil telefonların gövdə hissəsinə kustar üsullarla sarılmış naqillərin telefonlarda hansı əlavə funksiyanı yerinə yetirdiyini mobil telefona fiziki müdaxilə edilərək, sökməklə müəyyən etmək məhkəmə-kompyuter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından qeyd olunan hal üzrə tədqiqat işləri aparılmadı.

6. Təqdim edilmiş 01 ədəd üzərində “MasterCard” yazısı olan cihaza xarici baxış keçirildi. Qeyd edilən cihazı hər hansı bir üsulla işə salmaq mümkün olmadı. Cihaza xarici baxış keçirilərkən onun alt hissəsinin “SİM” danışıq kartı yuvasından, söndürüb-yandırma düyməsi və enerji yığmasını təmin edən yuvadan təşkil olunduğu müəyyən edildi. Ekspertizaya cihazın qoşulması üçün qurğunun təqdim edilməməsi səbəbindən naqilsiz, uzaqdan idarəolunan cihazın texniki parametrləri, təyinatları üzrə istifadəyə yararlı olub-olmaması və digər göstəriciləri üzrə tədqiqat işləri aparılmadı.

7. Təqdim edilmiş üç ədəd kustar üsullarla gizli çəkilişlərin aparılması üçün nəzərdə tutulmuş düymə kameraları təyinatları üzrə işlək vəziyyətə gətirmək mümkün olmadı.

8. 01 ədəd üzərində “Nokia“ sözləri olan mikromobil cihaz satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla orta bazar qiyməti 20,0 manat, 01 ədəd üzərində “Hope“ sözləri olan mikromobil cihaz satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla - 20,0 manat müəyyən olundu. 01 ədəd üzərində “Nokia“ sözləri olan mikromobil cihaz - istifadəyə yararsız olduğu üçün mobil telefonun qalıq qiymətini müəyyən etmək mümkün olmadı.

9. Ekspertiza tədqiqatına təqdim edilmiş məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş üzərində “VİP smart No 20210001” sözləri olan cihaz, mikro qulaqcıq, üzərində “MasterCard“sözləri olan cihaz, kustar üsulla hazırlanmış gizli çəkiliş aparan düymə kamera respublikada yerləşən ticarət məntəqələrində satış barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (İ cild, i.v.91-95);

- Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 103-3-24/1889 saylı məktubuna görə xx.xx.2022-ci il tarixdə Mərkəzi poçt şöbəsinin ünvanına “Tələb olunanadək” kateqoriyası ilə Təqsirləndirilən şəxs adına daxil olan CB008939505RU ştrix kodlu beynəlxalq poçt göndərişi mövcud qanunvericiliyin tələblərinə uyğun gömrük orqanı tərəfindən xüsusi baxışdan keçirildikdən sonra xx.xx.2022-ci il tarixində PDM tərəfindən alıcıya verildiyi məlum olmuşdur. SS771102191AZ ştrix kodlu sifarişli məktubun üzərində göndərici tərəfindən alıcının ata adı qeyd olunmadığından bu şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmək olmasa da, şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsindən (AA*******), eləcə də fin kod nömrəsindən (xxxxxxx) beynəlxalq poçt göndərişinin Təqsirləndirilən şəxs aid olduğu müəyyən edilmişdir (İ cild, i.v.103-104); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən əməliyyat-axtarış tədbirlərini zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 06 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihaz, 04 ədəd mikro qulaqcıq, 02 ədəd “Nokia” markalı mikromobil cihaz, 01 ədəd “Hope” markalı mikromobil cihaz, 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihaz, 03 ədəd gizli çəkiliş aparan düymə kamera maddi sübut hesab edilmiş, CD disklər cinayət işinin materiallarında, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş qeyd olunan texniki vasitələr isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat Təminatı İdarəsində saxlanılmışdır (İ cild, i.v.127-144); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı 06 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı, 02 ədəd “Nokia” markalı mikromobil və 01 ədəd “Hope” markalı mikromobil, 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihazların, habelə 04 ədəd mikro qulaqcığın və 03 ədəd gizli çəkiliş aparan düymə kameraların Azərbaycan Respublikası ərazisinə **********8060 və **********8719 saylı gömrük bəyannamələri ilə idxal olunub-olunmamasına, habelə onlara Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq icazə məktubunun mövcud olmasına dair məlumatın verilməsi istənilmiş və buna cavab olaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 1900-020/0xx-xx/001423 saylı məktubunda qeyd olunmuşdur ki, **********8060 və **********8719 saylı gömrük bəyannamələri üzrə sorğu edilən malların rəsmiləşdirilməsi qeydə alınmamışdır. Sözügedən gömrük bəyannamələri üzrə AİEK M5 markalı mobil telefonların və qol saatı üçün batareyaların (Sony Baterije) rəsmiləşdirilməsi həyata keçirilmişdir (İİ cild); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.2-ci maddəsi ilə təqsirli bilinərək 2.500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həmin hökm ləğv edilmiş və cinayət işinin icraatına Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir (İ cild, i.v.66); - xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.174-176); - Doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü bir övladı var (İ cild, i.v.101); - “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə:  Bu Qanunla müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən əməliyyat-axtarış tədbirlərinin aparılması, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən (yəni əməliyyat-axtarış tədbirləri çərçivəsində informasiyanın gizli yolla əldə olunması məqsədilə xüsusi olaraq yaradılmış, işlənib hazırlanmış, istehsal olunmuş, proqramlaşdırılmış, təkmilləşdirilmiş avadanlıqlar, cihazlar, qurğular, ləvazimatlar və digər texniki vasitələr) istifadə olunması qadağandır (Vİİİ hissə);  Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyalara aiddir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən onların istehsalı, satışı, əldə edilməsi, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada verilən xüsusi icazə əsasında həyata keçirilə bilər (İX hissə);  Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (X hissə). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli Qaydada informasiya alınması üçün nəzərdə tutulmuş xususi texniki vasitətlərin növlərinin Siyahısı”na akustik məlumatların gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr; telefon danışıqlarına gizli qulaq asılması üçün xüsusi texniki vasitələr; texniki rabitə kanallarından informasiyanın gizli alınması və qeydi üçün xüsusi texniki vasitələr; poçt bildirişləri və göndərişlərinə gizli nəzarət üçün xüsusi texniki vasitələr; gizli qulaqasma qurğularını və məxfi məlumatların radiotexniki (o cümlədən mexaniki) sızma kanallarını aşkar etmək üçün xüsusi texniki vasitələr; şüalanma mənbələrinə istiqaməti və onların yerini təyin edən xüsusi texniki vasitələr; müxtəlif növ siqnalların texniki təhlil və təhqiqi üçün istifadə olunan xüsusi və digər texniki vasitələr; gizli radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapozonlu radioqəbuledici qurğular; gizli vüzual müşahidə və sənədləşdirmə üçün xüsusi texniki vasitələr; əşyaların və sənədlərin gizli tədqiqi (təhqiqi) üçün xüsusi texniki vasitələr; binalara (otaqlara), nəqliyyat vasitələrinə və digər obyektlərə daxil olunması və onların müayinəsi üçün xüsusi texniki vasitələr; müxtəlif tikinti konstruksiyalarında xüsusi məqsədli mikrafonları, videokameraları, foto və optik cihazları quraşdırmaq üçün istifadə olunan xüsusi texniki vasitələr; nəqliyyat vasitələrinin və digər obyektlərin yerdəyişməsinə gizli nəzarət üçün xüsusi texniki vasitələr; informasiyanın saxlanılması, işlənilməsi və ötürülməsi üçün istifadə olunan texniki vasitələrdən informasiyanın çıxarılması (dəyişdirilməsi və məhv edilməsi) üçün xüsusi texniki vasitələr; şəxsiyyətin gizli eyniləşdirilməsi (identifikasiya) üçün xüsusi texniki vasitələr aiddirlər. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nın 12-ci bəndinə görə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verən - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən texniki vasitələrin belə icazə olmadan əldə edib satışını həyata keçirmişdir. Bu hərəkətləri ilə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Həmin əməlin törədilməsini Təqsirləndirilən şəxs məhkəmədə inkar etsə də, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspert rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişi nəticəsində əldə olunmuş materiallar və digər mötəbər dəlillərlə, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadələrin tədqiqi ilə bu cinayətin onun tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs hazırki iş üzrə qeyd olunan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin Azərbaycan Respublikasına **********8060 və **********8719 saylı gömrük bəyannamələri ilə qanuni əsaslarla idxal etdiyini və buna dair Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi icazəsinin olmasını bildirsə də, bununla bağlı tutarlı sübut məhkəməyə təqdim oluna bilinməmiş, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli, 1900-020/0xx-xx/001423 saylı məktubda bu gömrük bəyannamələri üzrə həmin malların rəsmiləşdirilməsinin aparılmadığı qeyd olunmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının, özünün də əlil olmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış, əməliyyat-axtarış tədbirlərini zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 06 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihaz, 04 ədəd mikro qulaqcıq, 02 ədəd “Nokia” markalı mikromobil cihaz, 01 ədəd “Hope” markalı mikromobil cihaz, 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihaz və 03 ədəd gizli çəkiliş aparan düymə kamera Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri, N.Hikmət küçəsi, 02 saylı evi hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Yevlax rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, əməliyyat-axtarış tədbirlərini zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında, habelə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitə - 06 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “VİP smart No 20210001” markalı cihaz, 04 ədəd mikro qulaqcıq, 02 ədəd “Nokia” markalı mikromobil cihaz, 01 ədəd “Hope” markalı mikromobil cihaz, 01 ədəd məsafədən danışığa qulaq asmaq üçün nəzərdə tutulmuş “MasterCard” markalı cihaz və 03 ədəd gizli çəkiliş aparan düymə kamera Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə müvafiq olaraq dövlət nəfinə xüsusi müsadirə olunmaqla Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar