Məhkəmə qərarları › İş №1(006)-29/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-29/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-29/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Pro Bono” vəkil bürosunun vəkilləri Nümayəndə və X1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1999-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan təbdiri seçilmiş, digər cinayət işi üzrə isə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 dekabr 2023-cü il tarixdə saat 00:50-də Zərərçəkmiş şəxs işlətdiyi ünvan 5 ünvanında yerləşən “İtaliya” şərab evi mağazasının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs2 isə istintaqla müəyyən edilməyən alətlə giriş qapısının kilidini açdıqdan sonra oraya qanunsuz daxil olub mağazanın kassasından 471 manat nəğd pul vəsaitini, vitrində satış üçün qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 136 manat dəyərində “Croizet” markalı konyak içkisini, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 200 manat dəyərində 80 qutu “Keno Club” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Kent 4” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent 1” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent Silver” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 180 manat dəyərində 40 qutu “Sobranie Qara” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu “X16” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston Caster" markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu “Winston Xstyle” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston XS One" markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 320 manat dəyərində 128 qutu “Viceroy Blue” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Davidoff Gold” markalı və hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu “X19” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2607 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 dekabr 2023-cü il tarixdə saat 00:50-də Zərərçəkmiş şəxs işlətdiyi ünvan 5 ünvanında yerləşən “İtaliya” şərab evi mağazasının qarşısına gəlib orada aralarında olan rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə istintaqla müəyyən edilməyən alətlə giriş qapısının kilidini açdıqdan sonra oraya qanunsuz daxil olub mağazanın kassasından 471 manat nəğd pul vəsaitini, vitrində satış üçün qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 136 manat dəyərində “Croizet” markalı konyak içkisini, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 200 manat dəyərində 80 qutu “Keno Club” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Kent 4” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent 1” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent Silver” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 180 manat dəyərində 40 qutu “Sobranie Qara” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu “X16” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston Caster” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu “Winston Xstyle” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston XS One” markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 320 manat dəyərində 128 qutu “Viceroy Blue” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Davidoff Gold” markalı və hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu “X20” markalı siqaretləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2607 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 ilə qeyri-rəsmi nikahdadır. Hadisə bir il olar baş veribdir. Onlar Bakı şəhərində kirayə evdə qalırdılar. Oğurluq olan günü Amin onu və uşağı götürüb gəzməyə çıxmışdılar. Amin onu gətirib uşaqla parkda qoyaraq indi qayıdacağını bildirmişdir. Onlar soyuqlu havada Amini gözləmişlər. O, Bakı şəhərini tanımadığından getməyə yer də tanımayıb, ona görə oturub Amini gözləmişdir. Təqribən bir saat sonra Amin əlində qara torba ilə geri qayıtmışdır. Həmin torbanın içi dolu idi. O, soruşanda, ona bildirmişdir ki, oğurluq edib. O, onunla dalaşmış və bildirmişdir ki, haram iş görməsin, daha sonra evə qayıtmışlar. Aminin pul borcu var idi, səhəri gün siqaretləri satıb əmisi Vasifin borcunu vermişdir. Sonda Təqsirləndirilən şəxs1 oğurluq etmədiyini, Aminin etdiyi əməldən sonradan xəbər tutduğunu, üç uşağa baxdığını bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və iş materiallarında olan ilkin ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 ilə 2015-ci il tarixdən qeyri-rəsmi olaraq yaşayır. 2023-cü il dekabr ayının sonlarında Aminlə birlikdə dilənmək məqsədilə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə gündəlik kirayə evlərdə qalmağa başlamışlar. 27 dekabr 2023-cü il tarixdə, saat 00:50-də Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində Aminlə birlikdə piyada hərəkətdə olduğu zaman Amin “İtaliya” adlı şərab evindən oğurluq etmək istədiyini demişdir. Onun özü həmin şərab evindən təxminən 40 metr məsafədə yolun əks tərəfində Mirəli Qaşqay küçəsində dayanmışdır. Buna səbəb baş verə biləcək hər hansı bir təhlükə barədə Aminə məlumat vermək olmuşdur. Amin həmin dükana daxil olduqdan bir neçə dəqiqə sonra geri qayıtmış və Aminin əlində qara rəngii polietilen torba var idi. Həmin torbanın içərisində çox sayda tütün məmulatları və 01 ədəd şüşə qabda spirtli içki var idi. Aminlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə gündəlik kirayədə yaşadıqları evə getmişdir. Səhəri gün yəni, 27 dekabr 2023-cü il tarixdə Amin tütün məmulatlarının bir qismini və spirtli içkini götürmüş və qaldıqları evdən çıxaraq Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsində yerləşən tütün məmulatlarının satışı ilə məşğul olan dükana getmişlər. Dükana daxil olmazdan əvvəl Amin onun əmisi X9 zəng edərək 300 manat borcunu qaytarmaq məqsədilə sonuncunu həmin yerə çağırmış və təxminən 10 dəqiqədən sonra Vasif gəlmişdir. Onlar üçü birlikdə dükana daxil olmuşlar. Amin tütün məmulatlarını 300 manat qarşılığında satmağa razılıq vermişdir. Amin həmin şəxsə spirtli içkini almasını təklif etsə də sonuncu onunla razılaşmamışdır. Amin 300 manat pulu götürmüş və onlar çölə çıxmışlar. Amin aldığı 300 manat pulu Vasifə verdikdən sonra onlar evə qayıtmışlar. Təxminən iki aydan sonra onlar Yevlax rayonuna geri qayıtmışlar. 12 may 2024-cü il tarixdə saat 22 radələrində polis əməkdaşları onu Yevlax rayonu ərazisində saxlamışlar. 27 dekabr 2024-cü il tarixdə, saat 00:50-də Aminlə birlikdə ünvan 5 ünvanında fəaliyyət göstərən “İtaliya” adlı şərab evindən oğurluq etdikləri zaman Aminlə ondan başqa kimsə olmayıb. Aminlə “İtaliya” adlı şərab evindən oğurladıqları “Croizet” markalı konyakı Aminin nə etdiyini bilmir. Həmin şərab evinin daxilində quraşdırılmış kassadan 471 manat nəğd pulun oğurlanması barədə Amin ona məlumat verməyib. X5 Aminlə onun Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsində tütün məmulatlarının satışı ilə məşğul olan dükana satdıqları tütün məmulatlarını 27 dekabr 2024-cü il tarixdə, saat 00:50-də ünvan 5 ünvanında fəaliyyət göstərən “İtaliya” adlı şərab evindən oğurladıqlarını bilməmişdir. Vasif bu barədə Aminə sual verdikdə Amin həmin tütün məmulatlarının özünə aid olduğunu, pərakəndə satmaq niyyəti ilə aldığını, lakin bunu bacara bilmədiyi üçün satdığını demişdir.Bundan başqa hər hansı bir oğurluq cinayət əməli törətməmişdir.Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 ilə 2015-ci il tarixdən qeyri-rəsmi olaraq yaşayır. 2023-cü il dekabr ayının sonlarında Gülzarla birlikdə dilənmək məqsədilə Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə gündəlik kirayə evlərdə qalmağa başlamışlar. 27 dekabr 2023-cü il tarixdə saat 00:50-də Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində Gülzarla birlikdə piyada hərəkətdə olduğu zaman o, Gülzara “İtaliya” adlı şərab evindən oğurluq etmək istədiyini demişdir. Gülzar həmin şərab evindən təxminən 40 metr məsafədə yolun əks tərəfində Mirəli Qaşqay küçəsində dayanmışdır. Gülzarın orada dayanmasına səbəb isə baş verə biləcək hər hansı bir təhlükə barədə ona məlumat vermək idi. O, dükana yaxınlaşaraq əlindəki dəmir parçası ilə qapını sıxıb açaraq içəri daxil olmuş, ilk öncə dükanın girişindən sol tərəfdə tütün məmulatları rəfinə gözü sataşmışdır. Dükandan qara rəngli polietilen torba götürərək müxtəlif markalı tütün məmulatlarını torbanın içərisinə yığmışdır. Daha sonra həmin rəflə üzbəüz kassaya gözü sataşmışdır. Kassanı açaraq içərisində müxtəlif əskinaslardan ibarət pulları götürərək cibinə qoymuşdur. Dükandan çıxarkən giriş hissədən sol tərəfdə yerləşən və müxtəlif markalı şərablar düzülən rəfə gözü sataşmışdır. Özü içmək məqsədilə bir ədəd “Croizet” markalı konyakı da götürərək əlindəki qara polietilen torbanın içərisinə qoymuşdur. Dükandan çıxdıqdan sonra yolun əks tərəfinə Mirəli Qaşqay küçəsinə, yəni Gülzarın onu gözlədiyi yerə getmişdir. Gülzarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə gündəlik kirayədə yaşadıqları evə getmişdir. Səhəri gün, yəni 27 dekabr 2023-cü il tarixdə oğurladıqları tütün məmulatlarının bir qismini və “Croizet” markalı konyakı götürərək Gülzarla qaldığı evdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsində tütün məmulatlarının satışı ilə məşğul olan dükana getmişdir. Dükana daxil olmazdan əvvəl o, Gülzarın əmisi X9 zəng edərək 300 manat borcunu qaytarmaq məqsədilə sonuncunu həmin yerə çağırmışdır. Təxminən 10 dəqiqədən sonra Vasif gəlmiş və onlar üçü birlikdə dükana daxil olmuşlar. O, tütün məmulatlarını 300 manat qarşılığında satmağa razılıq vermişdir. Həmin şəxsə spirtli içkini almasını təklif etsə də, həmin alıcı onunla razılaşmamışdır. Onun özü 300 manat pulu götürmüş və sonra onlar çölə çıxmışlar. Aldığı 300 manat pulu Vasifə vermiş və sonra onlar evə qayıtmışlar. Təxminən iki aydan sonra onlar Yevlax rayonuna geri qayıtmışlar. 12 may 2024-cü il tarixdə polis əməkdaşlarının Gülzarı Yevlax rayonu ərazisində saxladığını eşitmiş və gizlənmək rahat olsun deyə Bakı şəhərinə gəlmişdir. Buna baxmayaraq polis əməkdaşları onu 13 iyun 2024-cü il tarixdə saxlayaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə təqdim etmişlər. “İtaliya” adlı şərab evindən oğurluq etdikləri zaman ikisindən başqa kimsə olmayıb. Şərab evindən oğurladığı “Croizet” markalı konyakı onun özü içmişdir. Şərab evindən oğurladığı 471 (dörd yüz yetmiş bir) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı 471 (dörd yüz yetmiş bir) manat pul barədə Gülzara heç nə deməmişdir. X5 Gülzarla onun Bakı şəhəri, Yasamal rayonu, X17 küçəsində tütün məmulatlarının satışı ilə məşğul olan dükana satdıqları tütün məmulatlarını 27 dekabr 2024-cü il tarixdə, saat 00:50-də ünvan 5 ünvanında fəaliyyət göstərən “İtaliya” adlı şərab evindən oğurladıqlarını bilməmişdir. Vasif bu barədə ona sual verdikdə o, Vasifə həmin tütün məmulatlarının özünə aid olduğunu, pərakəndə satmaq niyyəti ilə aldığını, lakin bunu bacara bilmədiyi üçün satdığını demişdir. Bundan başqa hər hansı bir oğurluq cinayət əməli törətməmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada fiziki güc tətbiq edilməyib və psixi təzyiq göstərilməmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, səmimi peşmançılıq çəkdiyini bildirərək, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, gənc olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, Təqsirləndirilən şəxs2 və zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutların götürülməsi protokolu, ekspertizanın rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə yaşayır. Naməlum şəxs və ya şəxslər 26 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il tarixə keçən gecə ərzində icarə əsasında işlətdiyi ünvan 5 ünvanında fəaliyyət göstərən “İtaliya” adlı şərab evinə daxil olaraq kassadan 471 (dörd yüz yetmiş bir) manat nağd pulu, 01 ədəd 136 (yüz otuz altı) manat dəyərində “Croizet” markalı konyakı və 2000 (iki min) manat dəyərində tütün məmulatlarını oğurlamışlar. Belə ki, mağazada hesabat aparan zaman mağazadan hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 200 manat dəyərində 80 qutu “Keno Club” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Kent 4” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent 1” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Kent Siler” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 180 manat dəyərində 40 qutu “Sobranie Qara” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu "X16” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston Caster” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu "Winston Xstyle” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 140 manat dəyərində 35 qutu “Winston XS One” markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 320 manat dəyərində 128 qutu “Vicerou Blue” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 168 manat dəyərində 40 qutu “Davidoff Gold” markalı və hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 135 manat dəyərində 30 qutu “X21” markalı siqaretlərin oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 2607 (iki min altı yüz yeddi) manat ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, ona ümumilikdə 2600 manat məbləğində ziyan dəydiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 1); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kaitanı Elvin Allahquliyevin 01 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və ibtidai istintaq CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilmişdir (i.v. 42-44); şübhəli şəxsin tutulması haqqında 13 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 14:00-da CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 62); “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 72-73); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 14 may 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Elvin Allahquliyevin 14 may 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs1 Nəsimi RPİ-nin X8 azad olunmuşdur (i.v. 90-92); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 94-95); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2024-cü il tarixli, 9/4053 nömrəli rəyindən görünür ki, 2023-cü ilin dekabr ayına orta bazar qiyməti ilə hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 25 manat dəyərində 10 qutu “Keno Club” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 33 manat 60 qəpik dəyərində 08 qutu “Kent 4” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik dəyərində 02 qutu “Kent 1” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 8 manat 40 qəpik dəyərində 02 qutu “Kent Silver” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 18 manat dəyərində 04 qutu “Sobranie Qara” markalı, hər birinin qiyməti 4 manat 50 qəpik olan 01 qutu “X16” markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 8 manat dəyərində 02 qutu “Winston Caster" markalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 8 manat dəyərində 02 qutu “Winston Xstyle” markalı, hər birinin qiyməti 4 manat olan 1 qutu “Winston XS One” markalı, hər birinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 5 manat dəyərində 2 qutu “Vicerou Blue” markalı, hər birinin qiyməti 4 manat 20 qəpik olan 01 qutu “Davidoff Gold” markalı və hər birinin qiyməti 4 manat 50 qəpik olan 1 qutu “X21” markalı siqaretlərin ümumi dəyəri nəzəri qaydada 131,60 manat müəyyən edilmişdir (i.v. 117-120); şübhəli şəxsin tutulması haqqında 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 20:20-də CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 147); “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 136-137); Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 15 iyun 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Elvin Allahquliyevin 15 iyun 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs2 Nəsimi RPİ-nin X8 azad olunmuşdur (i.v. 184-186); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 187-188); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (i.v. 191-192); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnsitiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb 01 il 09 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 193-194, 196-207); “toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 180-cı maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X12 və Şahid barəsində AR CM-nin 177.2.1, 194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, ********* nömrəli cinayət işi üzrə Şahid götürülmüş Zərərçəkmiş şəxs məxsus 10 qutu “Keno Club” markalı, 08 qutu “Kent 4” markalı, 02 qutu “Kent 1” markalı, 02 qutu “Kent Silver” markalı, 04 qutu “Sobranie Qara” markalı, 01 qutu “X16” markalı, 02 qutu “Winston Caster” markalı, 02 qutu “Winston Xstyle” markalı, 01 qutu “Winston XS One” markalı, 02 qutu “Vicerou Blue” markalı, 01 qutu “Davidoff Gold” markalı və 01 qutu “X20” markalı siqaretlər maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanıldığı kameraya təhvil verilmiş, ünvan 6 ünvanında fəaliyyət göstərən “İtaliya” adlı şərab evindən oğurluq faktının və şərab evindən oğurlanmış tütün məmulatlarının Şahid işlədiyi Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsində yerləşən “Leon” adlı köşkdə satıldığı anın videogörüntüləri olan “DVD” disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş, iş üzrə təqsirləndirilən şəxslərin ifadələri, şahid ifadələri, ifadənin yerində yoxlama protokolları, götürmə haqqında protokol və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs2 məhkumluğu olan təqsirləndirilən şəxs kimi hesab edilmiş, Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivi kimi müəyyən edilmişdir (i.v. 210-221); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və tədqiq edilmiş digər sübutlarla tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Murad Əliyevin axtarışda olan şəxsin tutulması barədə xx.xx.2025-ci il tarixli protokoluna əsasən Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:45 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 056288 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 20 dekabr 2017-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. X2, anası isə Təqsirləndirilən şəxs1dır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 402762 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 16 yanvar 2020-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. X2, anası isə Təqsirləndirilən şəxs1dır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqların olmasını, zərər çəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-269/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnsitiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb 01 il 09 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdırılan hallar, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün və axtarış zamanı saxlanıldığı 01 (bir) gün, ümumilikdə 02 (gün) müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – Şahid götürülmüş Zərərçəkmiş şəxs məxsus 10 qutu “Keno Club” markalı, 08 qutu “Kent 4” markalı, 02 qutu “Kent 1” markalı, 02 qutu “Kent Silver” markalı, 04 qutu “Sobranie Qara” markalı, 01 qutu “X16” markalı, 02 qutu “Winston Caster” markalı, 02 qutu “Winston Xstyle” markalı, 01 qutu “Winston XS One” markalı, 02 qutu “Vicerou Blue” markalı, 01 qutu “Davidoff Gold” markalı və 01 qutu “X21” markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 7 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” vəkil bürosunun vəkili Nümayəndə və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” vəkil bürosunun vəkili X3 dövlət büdcəsi hesabına vəsaitlər ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və axtarış zamanı saxlanıldığı 01 (bir) gün, ümumilikdə 02 (gün) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2anını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı həbs altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il, 05 ay, 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Şahid götürülmüş Zərərçəkmiş şəxs məxsus 10 qutu “Keno Club” markalı, 08 qutu “Kent 4” markalı, 02 qutu “Kent 1” markalı, 02 qutu “Kent Silver” markalı, 04 qutu “Sobranie Qara” markalı, 01 qutu “X16” markalı, 02 qutu “Winston Caster” markalı, 02 qutu “Winston Xstyle” markalı, 01 qutu “Winston XS One” markalı, 02 qutu “Vicerou Blue” markalı, 01 qutu “Davidoff Gold” markalı və 01 qutu “X20” markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən bərabər məbləğdə (yəni hər birindən 25 manat) pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” vəkil bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” vəkil bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar